Hörmətli Oxucular və Dinləyicilər

 

 

 

 

Cəmi 20 günlük ömrü olan mənim yaratdığım http://www.rasulguliyev.wordpress.com bloquna 30 minə yaxın oxucu daxil olub, ümid edirəm ki, bu bir aya 40 minə çatacaqdır. Azərbaycan kimi kiçik ölkə üçün bu yaxşı göstəricidir. Mən sizin hamınıza Xalqımızın yaşadığı ağır və çətin dövrdə mənimlə millətimizin faciəli vəziyyətdən çıxarılmasının və perspektiv qərarların verilməsinin müzakirə eləməyinizə görə öz təşəkkür və minnətdalığımı bildirirəm.

Dekabrın 2-də http://www.youtube.com/user/guliyevrasul?ob=video-mustangbase youtube səhifəsinə qoyulmuş video müraciət və müsahibəmə artıq 7 mindən artıq adam baxıbdır. Üst üstə 300-dən artıq müxtəlif sual və təkliflər irəli sürülüb,onların heç birini çalışmışam cavabsız buraxmayım.

Hətta kifayəy qədər kobud, təhqirlə tənqidin sərhədində olan suallarıda cavablandırmışam və onların aqressiv tonu addımba addım zəifləyib nəhayət işgüzar təkliflərlə əvəz olunub. Bloqa daxil olanların 90 faizindən yuxarısı mənim təklif və ideyalarımı bəyənir və dəstək verməyə hazırdılar.

Bloqla demək olar ki, Azərbaycanın bütün rayonlarlarından tanış olanlar və təkliflərlə müraciət edənlər vardır.Xarici ölkələrin sərhədi Çindən başlayıb Amerika qitəsində qurtarır.Bloqa daxil olanların 70 faizindən çoxu gənclər 90 faizi 45 yaşına qədər olanlardır.

Mənim qətiyyətli fəaliyyətimdən təşvişə düşmüş hökümət və onların asanlıqla ələ ala biləcəyi həm xaricdən həm də daxildən bəzi adamlar,(onların sayı 0 faizdən bir az artıq olar) ağıllarının məhdudluğundan açıq dialoq əvəzinə böhtan və təhqirlərlə səhifələrimi doldurmaq istəyirlər.

Təhqirlərin səviyyəsi ancaq küçə tərbiyəsini gördüyünə dəlalət edən bu adamlar mənim aktivliyimdən dərin təşvişə düşüblər. 1997-ci ildən mənə qarşı söylənən təhqir və böhtanları üst üstə toplasan 10 min səhifəlik kitab olar. Məni bu metodlarla yolumdan döndərməyin qeyri mümkün olduğunu bilə bilə yenə belə yaramazlıqlara əl atılması opponentlərin sərıştəsiz və zəif olduğunu göstərir.Bu tip adamlara cavab verməyimi yəqin sizdə məsləhət görməzsiniz. Sadəcə olaraq o yazıları bundan sonra oxumayacağam, çünki layiq deillər.

Bizim bir arzumuz , bir ideyamız, bir məqsədimiz var o da Azərbaycanın gələcəyidir.Əgər ölkənin prezidenti indiyə qədər olanları bir kənara qoyub xalqın naminə sözün əsl mənasında siyasi və iqtisadi islahatlara başlasa onuda alqışlamağa hazırıq. İslahatların həyata keçrilməsi ancaq Azərbaycanı yeni bir mərhələyə çatdıracaq və aşağıdakı problemlərin həlli ilə başlana bilər.

1. İndiki parlamentin işini 3 aydan sonra dayandırmaq.

2. 3 ay müddətində yeni parlament seçkiləri keçirmək,seçki komisiyalarını  heç bir partiyaya mənsub olmayan bitərəf  özünün düzgünlüyü ilə tanınmış alim və ziyalılardan təşkil etmək və 1000-dən çox xarici müşahidəçilər dəvət etmək.

3. Nəhayət Azərbaycan xalqının iradəsini ifadə edən bir parlament yaratmaq və ona söykənərək höküməti formalaşdırmaq.

4.Hökümət idarələrində işləyən nazir və müavinlərdən başqa qalanlarını ancaq profesional səviyyəsinə görə təyin etmək partiya mənsubluğunu nəzərə almamaq və .sair

Bu islahatların edilməsi Azərbaycanın gələcəyi deməkdir və hər bir vətəndaş üçün müqəddəs olmalıdır.İstənilən vəzifə xalqın gələcəyi naminə heç nədir,ondan 5 əlli yapışmağa dəyməz.

About Rasul Guliyev - Rəsul Quliyev

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

43 Cavab to “Hörmətli Oxucular və Dinləyicilər”

  1. Inshallah Sizin etrafinizda milyonlarla insan toplashacaq.

  2. InshAllah artiq bu hakimiyyet aqini cixardib redd olub getsinler
    ele bil ki bunlara xalq deyir hec bir qramda kenara pul qoyma her seyin heddi var oqurluqun da heddi var ama siz camaati qoyundandan asaqi yere qoymusuz
    Dronqo elbet ki eledir kim ki xalqi sevir nese etmek isteyir onu destekleyenler elbet tapilar

  3. Menim adimi ve soyadimi bilmek elede onemli deyil.onemli olan ne dediklermdi.kim oldugumu bilmek isteyirsiz?men sizin vaxtile cox yaxin adamlarinizdan birinin ogluyam.sizin ucun heyatlarini hecne eden insanlardan birinin ogluyam.orda oturubda bakida mehv etdiyinz aillerin ovladlarindan biriyem.

    • Hörmətli gənc sizin Londonda oturub adınızı açıqlaya bilməməyiniz mənə təəccüblü görsənir.Atanızın da adını açıqlaya bilməməyiniz daha təəccüblüdür.Çünki siz atanız və ailənizin məhv edildiyini qeyd edirsiniz artıq onun adını çəkməyinizin nə təhlükəsi var.Mən onu bilirəm ki,həyatımda heç kimdən nə məni dəstəkləməyi xahiş etmişəm,nə də kimisə nəisə bir iş görməyə məcbur etməmişəm.Ona görə özünü tələbimlə və ya xahişimlə mənim yolumda fəda etmiş sizin atanızın, o nadir şəxsiyətin əgər mövcuddursa və ya mövcud olubsa adını bildirərdiniz.
      Bu Bloq şəxsi məsələləri müzakirə etmək üçün yaradılmayıb. Azərbaycanın gələcəyi üçün təkliflər müzakirə olunur və olunacaq bu bloqda.Ona görə inciməyin əgər mənim barəmdə hansı isə bir böhtan uydurmaq və ya yalan söyləmək niyətiniz varsa bir səhifə açın və oranı o yazılarla doldurun.Axı sizdə ziyalısınız.

      • Hormetli ziyali insan evvela sehviniz war men londonda yasamiram. Ikincisi azerbaycan xalqina komek etmeyi dusunursunuzse sadece insanlarin icinde olmaginiz besdi insanlara.

      • Bu size son yazimdi.menim ailem sag salamatdi.ondan qeti supheniz olmasin.men ziyalida deyilem.genc cavan bir azerbaycan sakiniyem. Yalan bohtan bu kimi islerle isim olsaydi tebiiki bura yazmazdim.mehv etmek deyende resul muellim heqiqi menada basa dusmeyin mecazi menada basa dusun.bir gun sizle qarsi qarsiya gelib sohbet etmek isteyerdim.

  4. Indi men size nece müraciyet edim ? Hörmetli xxxxxxxxxxxxx bey / xanim menim 39 yashim var ve hemishe Resul Quliyevin insanlara heyat verdiyini , kömeklikler etdiyini eshitmishem . Amma Resul Quliyev ugrunda heyatimi hec ede bilecek güce sahib ola bilsem, kendimi cox xoshbext hiss ederdim. Eger sizin valideynleriniz bunu etmeyi bacaribsa cox heyf onun yerine niye men olmamisham deye heyfslenirem. Indi ne qeder yüksekliklere özünüzde bilmeden yükseldiyinizin ferqine vardinizmi ???
    Sayqilarimla !

    • Eziz dostum.bizim kimi siradan insanlarin heyati bu kimi insanlar ucun elede onemli deyil.bizim heyatlarimiz bu kimi insanlar ucun oyuncaq kimi bir seydir.o sizin gorduyunuz yukseklik,etdiyiniz qiraqdan xos sozler sadece ve sadece bu cur insanlari yaxindan tanimiyan insanlarin deye bilceyi sozlerdir.halbuki ozunu bu xalqin xilaskari kimi goren insan eslinde hec yani etrafindakilarla maraqlana bilmeyen aciz bir insandir.gozel dostum derin elmi ve bilyi ola biler ancaq unutmaki bir insanin sadece kitablarini oxuyub ve yazilarini teqib etmekle o insan ucun kas bele ederdim deyilmez.

  5. Bax Ezit dostum mene mollaliq etme Resul Quliyev senin kimi insanlardan meni ve menim ailemi qoruyub . Ömrümün axirina kimi menim boynumda o shexsin haqqi var. Sen bu melikmehhemed nagillarina vaxtini serf eleme. Agzina geleni deyil aglina geleni yaz . Bu insan yolunda heyatim ücün her tehlükeni seve-seve qebul edirem !

  6. Resul Muellim,

    Raziyam ki, siz burda her bir yazilanlari sebirle dinleyib cavab vermelisiniz, ozde temkinle negeder cetin olsa bele herden. Amma sayiram ki her bir issiz kucsuz adama siz zaman serf etseniz esas hedefden yayinacayig.

    Sizinle olan polemikalara baxib, size teklif etmek isterdim ki, bu avara adamlarin shablon ve cox vaxta terbiesiz ve standard suallarina/kommentlerine bir effektiv cavab usulu post edesiniz ve orada butun butip sualar cavab kosteresiniz. Sozsuz ki melumatiniz var, bir cox gerb dovletlerinde her hansisa bir dovlet idaresinin saytina kirende orda bolme olur “Frequently Asked Questions” (tez tez verilen ve eyni tipden olan suallar ).

    Sizde hemen bu menasiz avara suallara orda cavab azasiniz ve bu avara axmaglarda ora baxib ozlerine bir rahatlig tapalar. Meselen bu suallara cavab yazmag

    1. “Milyonlari” nece gazanmisiniz?
    2. Xalgdan ne zaman uzr isteyceksiniz
    3. Azerbaijan xalgina mexsus “neft” pullarini orda nece/hara xercleirsiniz

    ve saire ve ilaxir

    • Mən göstərdim və sübut etdim ki,Azərbaycanın naminə istənilən suala o cümlədən tərbiyəsiz suallara da cavab verə bilərəm.Mənə elə gəlir o cür yaramaz suallar verənlər uduzdu mən yox. Təklif düzdür ola bilər o şəkildə toplayıb ayda bir dəfə hamısına birdən cavab verəm.O yazıları yazanlara üzümü tutub xahiş edirəm siz bir gücünüzü sınayın bəlkə Azərbaycanın gələcəyi üçündə nə isə bir şey deyə bildiniz.

  7. Браво! Бу тәмкин саһиби олмағын өзү дә бөјүклүкдүр.

  8. Resul bey sizi salamlayiram!
    Bakiya donduyunuz an men sizin yaninizda yer alacam. Zaten burada size yaxin adamlarla emekdashlik etmekdeyem. Inanin ki bura donmeyiniz burada cox sheyi deyishe biler. Mence sizin Amerikada yashadiginiz illerin ozu bele boyuk bir mekteb sayilmalidir. Qurbetde bundan sonra yashamak sizin yashda olan bir adam ucun cetin olacak. Ona gore de men sizi Azerbaycanda gormeyi arzu edirem.

  9. Dogrudanda man dushunduyumdan chox aktiv oldu bu bloq, va bu insana umid verirki azadliq chiragi tam sonmayib Azerbaycanda. Rasul bey sizada tashabbusunuza gora minnetdaram.

    Bazi oxuculardanda istayim odurki ucuz taktikalardan istifade edarak Rasul beya shaxsi hucumlar etmakla, muzakira movzusu olan va bizi birlashdiran Azerbaycanda azadlig arzusun lakalamayin.

    Bu taktikadan istifade edan insanlara bir sualim var – Rasul beyin irali surduyu Azerbaycanda demokratiya ugrunda mubariza haqda fikirlari ila konkret nada razilashmirsiz? Bu suala cavabiniz varsa, buyurun yazin. Yoxdursa, siza qulaq asmagi maslahat goruram – bu boshbogazliqdan daha sharaflidir!

    Azerbaycan xalqina ugurlar.

  10. Rasul muellim bloqun aktivliyi insallah durmadan süretle artacaq…….ama nezere almaq lazımdır ki narazı kütlənin əksəriyyətini kömpüterdən isdifadə etmək imkanı yoxdur…..Şəxsən mənim özüm iş yoldaşlarımın bir neçəsinə yaratdığınız bloq haqqında məlumat vermişəm ölkəyə qayıtmaq fikirlərinizi onlara bildirmişəm onlarda cavablarında inşallah qayıdar bizdə rahat həyat görərik kimi fikirlər səsləndirirlər..ama onların əksəriyətinin kopüterdən istifadə etmək imkanı yoxdur………bunun üçün məncə yaxın zamanlarda partiya faliyətinidə inkişaf etdirmək lazımdır….
    Rasul muellim semimi olaraq deyirem ki indiden prezidentlik idiallarına düşmək çox tezdir…BElə ki artıq Əli Kərimlinidə prezdentliyə namizədliyini verəcəyi haqqda fikirlə var…
    2013 cü ildə tarixin bizə verdiyi bu şansı prezdentlik naminə parçalanaraq itirsək….Azərbaycan xalqı məyfə doğru getdiyi bu yolda sonuncu qaranlıq tunele girecek ve ışıqlı yola çıxması mence birde çetin olacaq…………………..

    • Bilirsiniz sivil dünyanın 18-ci əsrdən formalaşmasında həqiqətən danılmaz rolu olmuş 10-a yaxın dahi şəxsiyətin azadlöq barədə dedikləri bizim üçündə örnək olmalıdır. ”Azadlıq ən böyük nemətdir. Təbii bu böyük nemət uğrunda hər bir şəxs qətiyyətli mübarizə aparmalıdır.Bu mübarizə ölüm dirim mübarizəsi olmalıdır və o qələbəyə inanmalıdır.Nəticədə öz azadlığı uğrunda vuruşanlar qalib gəlir. Azadlığı uğrunda vuruşmayan xalq azad olmağa layiq deyildir.”
      Nə kompyuterin,nə internetin ,radionun,televiziyanın hətta kifayət qədər kağızın olmadığı dövrlərdə bir bəyənatla ev ev,kənd kənd gəzib azadlığa çağırırdılar.Biz hamının kompyuteri olmamasından şikayətlənməməliyik,təşkil edib 10,20 nə qədər mümkündürsə yığışıb bir likdə baxmaq lazımdır.

      • O ki qaldı prezidentliyə namizədliyin tez və ya gec elan edilməsinə, onun elə bir əhəmiyyəti yoxdur.Mən həmişə demişəm əsas məqsədim xalqı azad və firavan görməkdir.Bu işi görə biləcəyimə əminəm.Əgər bir başqası xalqın gözündə buna daha layiqdirsə nə problem ola bilər,şəxsən mənim üçün heç bir.

  11. Selamlar Hörmetli resul Müellim.
    Mence eyer gebul ederseniz se Bu bloka girischleri ya Kod nömresi ile yada bir sual verenin tam ve degig adini adresini vermekle mümkün olmasini teschkil etmek lazimdire yoxsa bu Bloka kimlikleri belli olmayan her cinsden insan girib istediyi fikiri ve ya ferziyelerini yazarsa bizler Saglam bir isch göre bilmerik,Dogrudur burada fikirlerini yazan her kesin fikirleri bizim fikirlerimizle ust üste düschmeye biler amma en azindan fikiri yazanin kimliyi degig olarak bilinmelidir bizim ve tebii i sizinde Xalgdan gizli bir fikriniz yoxdur ona göre her bir insan bu elementar gaydalara reaet etmelidir.
    Sizlere ugurlar Xalk her zaman xalk adaminin yanindadir.

    • Bu işi görmək olmaz,çünki Azərbaycanda insanların canımndan rejimin xofu hələ çıxmayıb,sadəcə olaraq mən çalışıb tərbiyəsiz yazıların bloqa düşməsinə yol verməyəcəyəm. Çox tezliklə bu xofdan çoxları azad ola biləcəklər.Xofu sındırmaq bərabərdir xalqın azadlığına şüarıdır bizim əsas şüarımız.

  12. xxxxxxxxxxxx bey /xanim !
    Mesel var deyirler gunah hemishe doyulende olur. Eger hegigeten Sizin ataniz hansisa tezyiglere meruz galibsa ilk once zahmat cekib atanizdan bu tezyiglerin yaranmasi uchun sebebi sorushun. baxmayarag ki, her kes hadiselerin gedishini oz xeyrine danishir ancag belke Siz meseleleri tehlil edacaksiz ve aydin olacag ki,, onun bu ishde kifayet geder gunahi olub?
    Her halda ataniz eger Rasul Guliyev ideyalarina gore eziyyet chekibse demali o hele de herekatdadir ve egidesi olan insandir, chunki burda shexsi yox ideya ugrunda mubarize var, buna gore Rasul Guliyevi ittiham etmak ne derecede haglidir. Biz hamimiz yaxshi basha dushuruk ki, rejimle mubarize biza neye basha gele biler ve bu mubarizeye de oz arzumuzla goshulurug.
    Ancag eger Sizin ataniz , ideya yox bashga shexsi munasibetler uchun mubarize aparibsa ve neticede tezyiglere meruz galibsa , bu halda bu tezyigin yaranma sebebini atanizdan sorushun ve her halda bu blog onunchun muzakire yeri deyil. Bunu Resul muallimin e-mail adresine de yaza bilersiz.
    Hormetle Abdi

  13. Hazirda garshimizda duran en birinci vezife Azerbaycanin hazirki hakimiyyetinden can gurtarmagdir. Ve bu blogda da yegin ki, esas suallar bununla bagli olmalidir. lakin etiraz etmirsinizsa Azerbaycan dovletinin gonshu dovletlerle munasibeti barede bir sualima munasibet bildirerdiniz.
    Hal hazirda Turkiye Israil munasibetleri hamiya bellidir. Azerbaycan ise Turkiye ile gardash olkedir , ancag Israil ile bir cox sahede (esas da cox vacib olan texnalogiyalar ve hetta herbi sahede) emekdashlig edir ve menim fikrimce bu cox vacibdir. Lakin bezi siyasetciler bu addimi gardash Turkiyeye garshi duzgun saymirlar. Zahmat olmasa Siz de oz fikriniz bildirerdiniz bu barede.
    Hormetle Abdi

  14. xxxxxxxxx yoxsa yyyyyyy Ya nik qoy ya da adini yaz. Onsuz da “eziyyet cekenler”den olmusunuz. Men basha dushmure Resul muellim gelseydi Azerbaycana her shey yaxshi olsaydi onda bashqa cur shubhesiz ki, danishardin. Resul muellim duz deyir hec kime ne xahish edib ne mecbur edib ki, Onun mudafiesine qalxsinlar. Shexsen men hec Resul muellim Amerikaya gedende 2 il sonra onun mudafiesine qalxmisham. Resul muellim hec meni tanimir da, amma menim vicdanim buna yol vermedi< Resul uellime qarhi aparilan "cinayet ishini" eshidende. Oyunda biri uduzar biri udar, bu oyunlarda hec-hece olmur. Hele her shey bitmeyib. Mene maraqli olan bilirsen nedir xxxxx sen adini bilirsen niy yazmirsan Resul muellim Prezident olandan sonra glib at bala deyesiniz k:, – biz Size gore eziyyet cekmishik Resul muelim unu nezere alin. Cox komik olar onda!

  15. Bir halda ki, tehsil naziri cixis ederek 200 den artiq muellimim saxta diplomunun askarlandigini dile getirirse ve buna hec bir reaksiya olunmursa,hansi metoddan danismaq olar.Rusvet ,korrupsiya haqqinda hami danisir,faktlari da gosterirler,netice yoxdur.Mulkiyyet huqularinin kobud sekilde pozulmasi adi haldir.Hesab edirem ki, Azerbaycanin cixis yolu milli birlikdir, muxalifetin muxalifetle, muxalifetin igtidarla masa arxasinda eylesib bu problemlerin cozulmesine calismaginda, igtidarin islahatlara baslamasina getmesinden sohbet gedir.Eks tegdirde bizi felaketler gozleyir.Ziyalilarin bir araya gelmesi vacibdir!

  16. Salam Rəsul mellim necesiniz Azərbaycan xalqi o xalqdir ki 20 yanvarda dovletinin musteqiliyi azadliqi uqurunda rus tanklarinin üstunə əli yalin getdi bu hokümət bunu nəzəra almaldir hec de duşunmek lazim deyil ki millət sinib sadəcə bu gun hökumət ele bir sərait yaradib ki Azərbaycan xalqinin 90% faizi banglara hakimiytə yaxin olan isnalarin boyük ticarət abyektlərinə borcludular ve buna baxmayaraq gec tez millet sizi kimi ağsaqqalarin sayəsində öz sözünü deyecək alah sizi və bu xalqi düsünənləri qorusun

  17. Resul Bey nece Sizin Muqavimet herekatina uzv olmaq olar?

  18. Bloqu yaranmasini kifayet qeder insan bilir ve her gun de maraqla Sizi izleyirler. Perviz qardashim MILLETIN axinini gorende bileceksen harada uzv olmaq lazimdir.

  19. GOREK DE BU HEREKATDAN DA NE ÇIXIR ONSUZ DA BAŞQA ÇIXIŞ YOLU YOX Kİ

  20. Rəsul bəy xoş gördük,

    DEYİLƏM nə partiya üzvü nə də ki Biganə

    Məni maraqlandıran aşağıdakı məqamlar barədə hansı fikirdə olduğunuzu bilmək istərdim:

    1.Rusiya və İranı gələcək 20 ildə necə görürsüz?
    2.İndiyədək xarici siyasətdə nələrə nail ola bilərdiik ki bilməmişik?
    3.iqtisadiyyatımızda islahatlar oldu, o oldu, bu oldu. Ela. Bes axı rasional düşünməyən bir şərqli olan bizlərin qafası? Bu qafaları necə dəyişmək olar Rəsul bey?

    Əvvəlcədən Təşəkkürlər!

    P.S. : RAZILIQ QALİBİYYƏTİ DOĞURUR

  21. salam . size guvenirik bilirik ki siz AZƏRBAYCANİ İŞIQLI AZAD MUSTEQİL BİR ÖLKE YARATMAQA ÇALİŞACAQSIZ İNŞALLAH . .MENDE SİZE QOÜULMAQA HAZİRAM CANİM FEDA OLSUN AZƏRBAYCANİN AZADLİQİ MUSTEQİLLİYİ UQRUNDA !!

  22. Siz bizə lazımsınız.

  23. MENIM BIR DAVAM VAR VETENIM UGRUNDA ATAM KIMI SEHID OLMAQ VE VETEN LAYIQ INSAN OLMAQ VE BUNUN UCUN ELIYEVLER BELE MENIM QABAGIMI ALA BILMEZ

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

Digər 7. 865 izləyiciyə qoşulun

%d bloqqer bunu bəyənir: