ramiz mehdiyev

“…Azərbaycanı Azərbaycanlılara Qaytarmaqdır”

“Prezidentliklə əlaqədar yeganə mən heç vaxt alternativ variantların olmayacağını və İlham Əliyevin 2013-cü il seçkilərində iştirak edəcəyini birmənalı demişdim”.

Bunu Teleqraf.az-a (TELEQRAF İNFORMASİYA AGENTLİYİ) eks-spiker, ACP lideri Rəsul Quliyev PA rəhbəri Ramiz Mehdiyevin hakimiyyətin 2020-ci ilə qədər olan planı barədə açıqlamasına münasibət bildirərkən deyib.

Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev dolayısıyla İlham Əliyevin nəinki 2013-cü il, hətta ondan sonrakı dövrlər üçün YAP-ın prezidentliyə namizədi olacağını açıqlayib. Onun sözlərinə görə ölkə başçısının 2020-ci ilə qədər bir sıra konsepsiyaları var və planlaşdırlan bu işlər YAP liderinin rəhbərliyi altında həyata keçiriləcək. Bəs, görəsən planlaşdırılan bu  konsepsiyalar nədən ibarətdir və dünyanın ən avtoritar rejimlərinin belə tarix səhnəsindən silindiyi bir dövrdə Azərbaycan iqtidarını hardasa daha 10 il hakimiyyətdə qalmağa həvəsləndirən hansı amillərdir?

Əməkdaşımızın sualını cavablandıran eks-spiker Rəsul Quliyev Ramiz Mehdiyevin söylədiklərində sensasiyalı heç bir məqamın olmadığını bildirdi. ACP liderinin sözlərinə görə, YAP hakimiyyətinin prezidentliklə əlaqədar heç vaxt başqa alternativ variantların olmayacağı və İlham Əliyevin 2013-cü il seçkilərində iştirak edəcəyi ona əvvəldən aydın idi və bu barədə dəfələrlə bütün xalqı, o cümlədən müxalifət qüvvələrini xəbərdarlıq etmişdi.

Rəsul Quliyev indiki hakimiyyətin ən azı görüntü xatirə belə olsa əslində səlahiyyətləri öz əlində olmayan birisinin qondarma liderliyi altında seçkilərə gedərək özünü sivil dünyanın qınaqlarından sığortalamamasının səbəbini iqtidar mənsublarının cinayətkar xarakteri və bu xarakterdən doğan xofları ilə əlaqələndirir: “Hər gün kifayət qədər ciddi cinayətlər törədən, korrupsiya və rüşvət bataqlığında üzən diktator heç vaxt öz xoşuna hakimiyyətdən getməz. Bu addımı atsa onu ən yaxşısı Mübarəkin taleyi gözləyər.

Rəsul Quliyevin fikrincə, 2013-cü il president seçkilərində İlham Əliyevin iştirak etməyəcəyi haqqında ictimai-rəydə indiyə qədər mövcud olan qənaətlər zəif vəziyyətdəki demokratik qüvvələrin çarəsizliyindən irəli gələn ümid hissindən başqa bir şey deyil və reallığı əks etdirmir. Əslində isə “İ. Əliyevin planı 2037-ci ilə qədər prezident qalmaqır. Oğlunu özü və ya atası xarakterli edə bilsə, hakimiyyəti o vaxt ona  ötürməkdir. Bu məqsədlə də o, hətta öz oğlunu gözünün önündən kənara ötürmür. Hesab edir ki, özü və atası tipli adam kimi formalaşmaq üçün gərək vaxtının çoxunu Azərbaycanda keçirə. Qərbdə çox yaşasa, çaşa bilər.”

Ramiz Mehdiyevin haqqında söhbət açdığı konsepsiyalara gəlincə, Rəsul Quliyevə görə bu planlar tamamilə ölkəmizin milli maraqlarına qarşı yönəlib. Məqsəd Azərbaycanı azərbaycansızlaşdırmaqdır.  “İ.Əliyevin Azərbaycanlı olmayan məsləhətçiləri çox gözəl bilirlər ki, məsələn, 2013-cü ildə seçki saxtalaşdırıla bilsə, 2018-ci ilə qədər azı 1 milyon azərbaycanlı ölkəni ümidsizlikdən tərk edəcək. 2037-ci ilə Azərbaycanın 1990-cı ildə olan köklü azərbaycanlılarının miqdarı heç 20 faizdə təşkil etməyəcəkdir. Bu siyasətin adı Azərbaycanı azərbaycansızlaşdırmaqdır. 1990-cı illərdən başlayıb bu günə qədər uğurla həyata keçrilən bu konsepsiyaların qarşısı alınmasa ölkəmizi təsəvvür edə bilməyəcəyimiz böyük fəlakətlər gözləyir. Bizim apardığımız mübarizənin də əsas məqsədi 2013-cü ildə Əliyevin cinayətkar siyasətinə xitam verib, Azərbaycanı azərbaycanlılara qaytarmaqdır.

About Rasul Guliyev - Rəsul Quliyev

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

18 Cavab to ““…Azərbaycanı Azərbaycanlılara Qaytarmaqdır””

  1. Salam Resul muellim. Size ele gelmirmi ki, hakimiyyet qanunda deyisiklik edecek ve Azerbaycanda prezident 7 illik muddete secilecek?

  2. Salam Resul müellim!

    Metbuatda Ilham Aliyevle Putinin telefon danishiqlari haqda yayilan xeberden sonra Ramiz Mehdiyev “Ermenistan bölgede kiminse peskası olub…” dedi.
    Bunu konkret mesaj hesab etmek olarmi?
    Her halda Ruslar “bizim torpaqları isgal edən bu peskanı oynadandır” ittihamini qebul etmir.

    Bütün bunlardan sonra o neticeye gelmek olar ki, Rusiyanin siyaseti hakimiyyətdən istediklərini almaq, qopartmaq ücün deyil, hakimiyyet deyisikliyini hedefleyir, stratejidir?

    • İlham Əliyevlə Putinin danışığı fikrimcə başqa məsələnin müzakirəsinə həsr olunub. Düşünürəm ki, onun Putinlə Aşğabadda görüşünə mənfi cavab veriblər,o da Putinlə çox ciddi məsələ ilə əlaqədar heç olmazsa telefonla danışmaq xahişini edib. Düşünürəmki bir neçə cümlə ilə Dağıstan seperatçılarla əlaqədər sözlərini qurtaran Əliyev yenə Türkmənistanda görüşmək xahişini edib. Buna nail olub ya yox yaxın günlərdə bilərik.

      • Rəsul müəllimin şərhi əksini tapdı.Aşqabad görüşü mənfi cavablandırıldıgı üçün İlham Əliyev yox,Baş Nazir görüşə gedəsi oldu.Baş Nazir isə ne myaso,ne rıba,onda elə səlahiyyət yoxdur ki,sərbəst qərar versin.

      • Fikrimcə mənim hökümətin hansı addımlar ata biləcəkləri barədə verdiyim proqnozların 90 faizi təsdiqlənir.Çünki mən onların bəsit ağıllarına bələdən. Onların intlektual mürəkkəb addımlardan ibarət siyasət aparmaq şansı yoxdur. Hətta o telefonda söhbətin necə getdiyinidə proqnozlaşdırmaq mümkündür. İlk növbədə bu telefon danışığı 5 dəqiqədən az çəkib. Bu danışığın 5 dəqiqədən artıq ola bilməməsinidə Putinin köməkçisi Əliyevə deyib. Yəni proses necə gedir. Əliyev zəng edir,köməkçi telefonda onu gözlətdirir və bir neçə dəqiqədən sonra neçə dəqiqə danışmaq oları bildirir.

  3. Rəsul müəllim,azpolitika.com da “Putin dostu Ilham Rəhimlini Azərbaycana baş nazir gətirmək istəyir” sərlöhvəli yazıda redaksiya tərəfindən bildirilir ki,Rəsul Quliyevin bu gün İlham Rəhimliyə qarşı cəbhə açmasının gerçək səbəbləri barədə kifayət qədər maraqlı və ilginc ayrıntıları bilmək istəyirsinizsə, yaxın günlərdə izləyin.
    Bilmirəm,bu məsələyə açıqlıq gətirməniz ümumi işimizə xeyiri olacaq,yoxsa əksinə?Hər halda Siz daha yaxşı bilərsiniz.

  4. Ramiz Mehdiyevin çıxışındakı ifadələr məntiqsizdir.Yəni “Milyarderlər İttifaqı”haqqında sölədikləri cəfəngiyyatdır.Deyir ki,ittifaq yaranmamışdan öncə üzvlərdən biri onunla məsləhətləşib və onun fikirlərini mənfi hesab edib.Eyni zamanda da bildirir ki,onlar öz şəxsi maraqları üçün belə bir təşkilat yaradıblar.Görəsən kimsə öz şəxsi maragı üçün onunla məsləhətləşməkdə maragı nə olub?Həm də o Rusiyanın qorxusundan tam açıqlamadı təşkilat haqqında,şəxsi maraq üçün diaspora qarşı nə iş görülə bilər?
    İkinci,Elşad Abdullayevi julik adlandırdı.Yulikin necə olub ki,deputat seçilməyinə razılıq verilib və küllü miqdarda pul alınıb,o zaman bunların özlərinə nə ad vermək olar?Video çəkilişdə faktlar,sübutlar var,özü də birbaşa onun adı hallanır.bununla Ramiz müəllim sübut etdi ki,onlar həmişə aga qara deyiblər və zor gücünə də çirkli əməllərini ört-basdır etməkdə guya ustatdırlar.
    Üçüncü,Ziyalılar forumunu bu şəkildə aşagılamaq onun öz akademikliyinə kölgə saldı ziyalı kimi.Eyni zamanda Azərbaycan Ziyalısını təhqir etmək yüksək dövlət məmuruna yaraşan iş deyil,elə ifadəni küçə və yaxud bazar adamı işlədər.
    dödüncü,17 il müavinsiz çalışan Ramiz müəllimə birdən birə 4 müavin təyin olunur.Əgər bu işlərin çoxlugu və qocalıqla əlaqəlidirsə o zaman pensiyaya getsin,maşallah yıgdıgı milyard kötücəsinin kötücəsinə də bəs eləyər,daha bu yaşda işləməkdə maragı nədir görəsən.Hələ bundan sonra da sözündən belə çıxdı ki,İlham Əliyevlə 2020-ci ilə qədər də işləmək həvəsi var.
    lakin elə düşünürəm ki,pensiya yaşına çatmış Akademikin aqibəti həbsaxana ilə bitəcək,çox yəqin ki,ömürlük.Tək Gülər olayına görə yox,20 ildə törətdikləri saxtakarlıqlara görə də.

  5. Rəsul müəllim,bir qrup mütəxəssisin hazırladığı “Seçki islahatları memorandumu” adlı sənədlə bağlı fikirləriniz maraqlı olardı.
    Bu memorandum imzalanmaqla müxalifətdəki qüvvələri bir araya gətirmək istiqamətində ciddi təkan ola bilərmi?
    Müxalifət daxilində boykot əhval-ruhiyyəsi də var.Əgər demokratik seçkilərin keçirilməsi mümkün olmasa boykot çıxış yoludurmu?
    Xalqın Azərbaycanda baş verən proseslərə biganəliyi,passivliyi,heç bir müxalifət partiyalarına qoşulmamagı,eyni zamanda hakimiyyətə nifrəti fakt kimi göz qarşısındadır.Ümumilikdə xalqın qeyridemokratik seçkilərdə iştirak etməməsinə nail olmaq mümkündürmü?

  6. Rəsul müəllim, Rusiya pezidenti Vladimir Putin Türkmənistanda keçirilən MDB dövlət başçılarının sammitində ATƏT-i “ayrı-ayrı ölkələrin marağına” xidmət etməkdə günahlandırıb. V.Putin hansı ölkələri nəzərdə tutur?
    Putin MDB ölkələri arasında Azad Ticarət Zonası haqqında müqavilənin imzalanmasının vacib olduğunu bildirib.MDB ölkələrinin valyutalarının inteqrasiyasına dair sazişi yüksək qiymətləndirən Putin bildirib ki, bu addım Gömrük İttiifaqı və Vahid İqtisadi Məkanın yaradılmasına imkan verəcək. Sizcə bunun Azərbaycana xeyiri nədir?Ümumiyyətlə Azərbaycan bu müqaviləni imzalmağa razılıq verəcəkmi?

  7. Bu gün Quba rayon Məhkəməsində 1 mart – Quba hadisələri ilə əlaqədar təqsirləndirilənlərdən 8 nəfərinin məhkəməsi keçirilib.Dövlət ittihamçısı Roza Şıxəliyeva Fərhad Abdurrəhmanovun 6 il, Samir Talıbovun 5 il, Alxaz Dənyalovun 5 il, Mətləb Dadaşovun 5 il, Sərvin Çobanovun 5 il, Murad Zakirovun 5 il, Səxavət Ələsgərovun 5 il 3 ay, Samir Xammədovun 6 il azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin təqsirləndirilənlərdən zamində olan 5 nəfərin həbs olunmasını istəyib.
    Bu da hakimiyyətə qarşı çıxan vətənpərvərlərin aqibəti.İP dəfələrlə Əli Kərimlinin qaynı, bank əməliyyatlarındakı cinayət əməllərinə görə həbs edilən Elnur Seyidovun həbsdən azad olunması və sair kiçik məsələlər haqqında bəyanatlar verib,amma belə bir məsələdə susur.
    Xalq da buna biganə baxır,susur.Elə düşünür ki,haqq səsini qaldıranın taleyi belə sonluqla bitəcək.
    Hakimiyyətlə dialoq aparan,Quba hadislərində xalqı sakitləşdirən deputat Vahid Əhmədov da susur.Amma o söz vermişdi ki,heç kimin burnu da qanamayacaq,çünki bu haqda prezident ona söz verib.

  8. Rəsul müəllim,

    Mən bir güneyli olarak sizin danışıqlarınıza hər zaman qulağ asıram. Sizce, bu rüşvət kölələrinin və çıxarcı sürülərinin çobanları olan, İlham Əliyev, Mehdi Ramizov, Kemaləddin Heydərov-lar nə zamn Azərbaycan xalqından əl çəkəcəklər. Bunların səhv siyasətləri biz Cənubluları da etkiləyir. Xalqımız həmən bu rüşvət və korrobsiya çobanlarına və sürülərinə cavab vermək üçün ayaqlanmalıdılar. ..
    Birdə, sizə bir sözüm var, bilisiniz ki, 5-6 ay öncə Cənubda zəlzələ başverdi, heç sizdən bu barədə xalqımızın bir parçası olan cənublulara başsağlığı eşitmədik. Bu bizləri çox üzdü. Niyə görəsən bu cənublular bu yas günlərində Rəsul müəllim tərəfindən unuduldu?
    Hörmətlə,
    Bir Cənublu Azərbaycanlı

    • Birincisi zəlzələ ilə əlaqədar xaraktercə quru başsağlığı verməklə çox aram yoxdur. Aydın məsələdirki faciəbaş veribsə biz bir birimizin yanında olub əlimizdən gələn köməkliyi etməliyik. Bununla əlaqədar mən Təbrizdə yaşayan dostlarımdan xahiş etdim onlar həmin zəlzələ zonasına gedib əllərindən gələn köməkliyi etdilər. İkincisi mənim üçün güney və quzey azərbaycanlı yoxdur,biz iki dövlətdə yaşayan bir millətik.Onuda qeyd etməliyəmki hər iki tərəfdə bir birlərinə qohum olan xeyli insanlar yaşayır. O ki qaldı korrupsiya və rüşvətə bu problem ayrı ayrı insanların naqisliyindən asılı deyildir rejimdən asılıdır. Əgər rejim imkan yaradırsa istənilən xalqın içərisində azı 10 min İlham kimiləri var. Ümid edirəm ki, həm İran həmdə Azərbaycanda demokratiya qələbə çalcaq və onda biz heç olmazsa avropadakı kimi məsələn Almaniya- Avstriya kimi birləşəcəyik.heç bir şeyi dağıtmadan.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

Digər 7. 864 izləyiciyə qoşulun

%d bloqqer bunu bəyənir: