“Mən Azərbaycana yaxınlaşanda, bəzilərinin yuxusu qaçır”

“Azərbaycanın xoşbəxt gələcəyi uğrunda ölənə qədər mübarizə aparacağam, yaşasın Azərbaycan!’’. Vəssalam…”

Azərbaycan parlamentinin keçmiş sədri, hazırda ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyevin “Qafqazinfo”ya müsahibəsi:

http://qafqazinfo.az/news.php?id=2712#.TrWNMFJXVbM.facebook


– Rəsul müəllim, son bir neçə ay ərzində Azərbaycan cəmiyyətinə daha çox yazdığınız kitablar vasitəsi ilə təqdim olunursunuz. Bunu necə qəbul edək: Rəsul Quliyevin kənara çəkilib yazıçılıqla məşğul olmaq istəyi kimi, yoxsa siyasət meydanına yenidən daxil olmaq cəhdi kimi?

– Mənim nəzərimdə siyasətdə emosiya yox, ağıl üstəməlidir. Baxmayaraq ki, məzmunlu emosional çıxış, siyasətçiyə uğur gətirən faktorlardan biridir. Ancaq bu bir aksiomdur ki, siyasətin uğuru daha çox ağıla bağlıdır. Siyasətçi üçün də öz düşüncələrini, yəni, ağlının imkanlarının nəyə çatdığını ortaya qoymaqda, insanlara çatdırmaqda ən yaxşı vasitə kitabdır. Yəni, kitab yazmaq zərurəti, əsasən, bir insanın, xüsusən siyasətçinin düşüncələrini dəqiqliklə oxuculara çatdırmaq istəyindən irəli gəlir. Adam var, bir saat alovlu çıxış edib, alqışlarla səhnəni tərk edər, ancaq onun çıxışını yazıya çevirib oxuyanda, görərsən ki, o bir saatdakı danışığında, maksimum, bir və ya iki cümləylə ifadə olunacaq söz deyilib. Məsələn, “Azərbaycanın xoşbəxt gələcəyi uğrunda ölənə qədər mübarizə aparacağam, yaşasın Azərbaycan!’’. Vəssalam… Mən heç vaxt elə çıxış edə bilmərəm, yalandan insanların emosiyası ilə oynamağı isə dinləyənlərə qarşı hörmətsizlik kimi qəbul edirəm. Ona görə, düşünürəm ki, daha faydalı yol kitablar vasitəsiylə insanlara müraciət etmək, onlara tələsmədən sənin düşüncələrini oxumaq, analiz etmək və nəticə çıxarmaq imkanı verməkdir…Əlbəttə bu heç bir məzmunu olmayan emosional çıxışla müqayisədə çox riskli addımdır. Çünki sonradan yazdığından qaça bilməzsən.Gərək özünə inamın olsun…

– Deməli, kitablarınız siyasi iddialarınızı gerçəkləşdirmək, yenidən siyasət meydanına qayıtmaq istiqamətində atdığınız addımlardır?

– Mənim heç vaxt nə siyasətə gəlməyimdən nə də getməyimdən xəbərim olmayıb. Ağlım kəsəndən təmasda olduğum adamların daha yaxşı, daha azad yaşaması üçün əlimdən gələni etməyə çalışmışam. İllərlə bu təmasda olduğum insanların sayı həndəsi silsilə ilə artıb…1987-ci ildən isə Azərbaycan xalqının daha ləyaqətli həyat yaşamağa layiq olduğunu sübut etmək istəyim bu günə qədər də davam edir, heç vaxt qısa müddətə də dayanmayıb. Bu işi görmək üçün daima taktika və strategiyanı dəyişmək lazımdır, siyasətə girib çıxmaq yox. Sivil həyatlı vətəndaşları azad olan ölkədə siyasətə gəlib getmək olar, durğunliq bataqlığında çabalayan ölkədə yox. Belə ölkələrdə kordinal dəyişikliyə nail olana qədər hər bir vətəndaşın siyasətin içərisində olması vacibdir.

– Kitablarınızı elə vaxt yazmısınız ki, Azərbaycan ətrafında çəmbər get-gedə daralır…

– Yox, kitablarımın yazılmasına bu aspektdən baxılmasının tərəfdarı deyiləm. Kitab yazmaq istəyimin hansı zərurətdən qaynaqlandığının bir hissəsini yuxarıda dedim. Üstəlik, baş verən hadisələrin görünəndən başqa, görünməyən tərəflərinin olduğunu və onun camaata çatdırılmasının vacibliyini bilən, analiz qabiliyyətinə malik istənilən şəxsdə həm də fikirlərini kağıza köçürmək arzusu, ehtiyacı olur. Şərait yaranan kimi, bu reallaşır. Mənim vəziyyətimdə olan şəxs üçünsə bu şəraiti ideal saymaq olar. Yəni, cəmiyyətin inkişaf etdirilməsində kifayət qədər həm praktik, həm nəzəri biliyi olan, onu reallaşdırmaq potensialına malik bir adam bu işi görməkdən zorən, məcburən təcrid edilibsə, sözsüz ki, həmin statik enerji, yazılar şəkilində dinamikləşdiriləcəkdir, başqa variant yoxdur.

– Bilmək maraqlıdır: hakimiyyətdəkilər kitablarınızı oxuyurlarmı, Sizcə, reaksiyaları necə olar?

– Vaxtilə mənim sərt, ekstremal anlarda amansız sifətimi görmüş bəziləri, mən Azərbaycana hətta 2 min km yaxınlaşanda belə, elə təşvişə düşür ki, yuxularını qaçırır, canlarını xof basır. Belələri, əlbəttə ki, nəinki kitabları oxumaz, heç əlinə götürməyə risk etməz. Əksinə, bəlkə də düşünürlər ki, əşşi, qoy nə qədər kitab yazır-yazsın də, onsuz da Azərbaycanda heç nağılaoxşar kitabları oxuyan yoxdur, onu kim oxuyacaq. Ancaq səhv edirlər, həm kitabı oxuyanlar, həm gəlişimi istəyənlər var və mənim Azərbaycanda olmağım da əksəriyyət üçün ancaq xeyir verməklə yanaşı, elə onlar üçün də daha az zərər gətirər.

– Kitabı oxuyanların hansı qrupa daxil olan insanlardan ibarət olduğunu təqribi olsa da bilirsinizmi?

– Kitabın başlığında “bu kitab Azərbaycanın gələcəyi barədə düşününən və mübarizə aparanlar üçün yazılıbdır” cümləsi var. Ümid edirəm ki, oxuyanların 95 faizi bu qəbil adamlardır.

– Kitablarınınz haqda fikirlər səslənir ki, Rəsul Quliyev daha çox Çörçillin, Bjezinskinin üslub və maneralarını təkrarlayır…

– Xeyr, heç bir yazıçı və ya publisistin manerasına istinad edilməyib. Həddən artıq, müxtəlif səpkili kitablar oxuduğumdan, kiminsə yazı üslubundan istifadə etmək şansımı itirmişəm. Mən ancaq özüm-özümü təkrarlaya bilrəm.

– Sonuncu kitabınız Qarabağla əlaqədardır. Bu mövzuya müraciət etməyinizə səbəb əndir? Özü də o vaxt ki, Qarabağla bağlı danışıqlar kritik mərhələyə daxil olmaqdadır…

– Çünki Qarabağ məsələsi bu gün Azərbaycanın ən ağır problemlərindən biridir və onun yaranmasında biz azərbaycanlıların rolu da az deyil. Açıq desəm, azərbaycanlıların öz talelərinə biganəliyi, müqavimət instinktlərinin deformasiya olması bugünkü Qarabağ, eləcə də digər problemlərinin yaranma səbələrindən biridir. İnkişaf etmək istəyən xalq və onun liderləri hansı addımları atmalıdır? Əlbəttə ki, ilk növbədə, keçmişinə nəzər salıb, buraxılmış səhvləri analiz etmək və onları təkrarlamamaq. İkincisi, dövlətlə xalq arasındakı münasibət, ünsiyyət formalarını təkmilləşdirmək, vətəndaş cəmiyyəti yaradılmasının yollarını müəyyənləşdirmək və ardınca da reformalara başlamaq. Reforma da heç vaxt dayanmamalı və ideal idarəçilik forması olmadığından, həmişə keçmişin səhvlərini nəzərə almaqla aparılmalıdır. İndi, gəlin, baxaq görək, Azərbaycanda cəmiyyətində bu proses son 300 ildə necə inkişaf edib? Demək olar ki, heç nə baş verməyib. XVI əsrin 1-ci ilində başlanan Səfəvi şahlığı ilə XIX əsrin Qacarlar şahının idarəçilik üsullarında heç bir fərq yoxdur. Belə əcaib “tənəzzül sabitliyi”nə dünyanın heç yerində rast gəlinmir. Və nə qədər də ağrılı olsa da, deməliyik ki, bu “sabitlik”də xalqın günahı heç də o şahlarınkından az olmayıb. Digər ölkələrdə xalqın aktiv dəstəyi ilə, öz içərisindən çıxmış liderlər müxalifət yaradıb rəhbərləri reformalara məcbur ediblər. Mümkün olmadıqda, başqa yollarla istəklərinə çatıblar. Məsələn, Fransa inqilabı, İngiltərədə “Kromvel hərəkatı” və s. Heç uzağa getməyək, günümüzdəki Tunis, Misir, Liviya, Suriya, qonşumuz İranda “Müsəvi hərəkatı”nı götürək… Azərbaycanda isə şahlar və millət bir-birlərindən ayrı, həm də xəbərsiz yaşayıblar. Əgər sarayda bir hadisə baş veribsə, o, xalqın iştirakı olmadan olub. Həmin proseslərin əcaib ənənələri, xəcalət çəkməyə məcbur olsaq da, indi də davam edir.

Baxın, 1994-cü ildən bəri, Qarabağ problemi ilə əlaqədar ildə onlarla görüşlər keçirilir, son vaxtlar hər görüş qabağı, “nəhayət, problem həllini tapır” bəyanatları verilir. Ancaq aydın başa düşüləcək bir məsələni Azərbaycanda anlamaq müşkülə çevrilib…

– Hansı məsələni?

– Ermənilər Qarabağın müstəqilliyini və Laçın dəhlizinin xüsusi statusunu nəzərdə tutmayan heç bir sənədə qol çəkməyəcəklər – nə Sərkisiyan, nə Ter-Petrosyan, nə də gələcəkdə hansısa “x” prezidentləri. Onlar açıq-aşkar, gizlətmədən bütün çıxışlarında bunu elan edirlər. 5 il müddətində referendum vasitəsi ilə DQ statusunu müəyyənləşdirmək, əslində 5 ildən sonra Ermənistana vermək deməkdir. O rəqəm heç olmazsa 15 ildən sonra ilə əvəz edilməlidir. Yaxşı şəraitdə yaçamağa can atan ermənilər, çox ehtimal demokratik, dərin reformalardn sonra iqtisadiyyatın çiçəkləndiyi Azərbaycanda yaşamağa üstünlük verəcəklər.

Bizimkilər də ermənilərin tələb etdiyi müqaviləyə heç vaxt qol çəkə bilməzlər, çünki o dəqiqə sual ortaya çıxacaq: yaxşı, 1994-cü ildə bundan qat-qat Azərbaycanın xeyrinə olan müqaviləyə qol çəkilmədiyi halda, indi nə əsasla 17 il bu torpaqlar əsarətdə, yüz minlərlə insan görülməmiş məşəqqətdə yaşamağa məcbur edilib?! Ermənistandan və Qarabağdan didərgin düşmüş 700 minə yaxın insan isə, həmişə olduğu kimi, öz taleləri ilə barışıb, yenə ümidlərini nəsə mücərrəd bir şeyə bağlayıblar, heç bir müqavimət hərəkatı təşkil etmirlər. Halbuki, Qarabağdan didərgin salınanların sayı Dağlıq Qarabağda yaşayanlardan 7 dəfə çoxdur. XVIII əsrdə yaşamış görkəmli Alman şair, yazıçı və filosofu Hyute deyirdi ki, “həyatda azad yaşamağa ancaq bu məqsəd uğrunda hər gün qətiyyətlə mübarizə aparanlar layiqdir”. Bu sitat o vaxtdan 10-larla siyasətçilər tərəfindən istifadə edilib. Bu sitat hüqüqları əlindən alınmış məzlum xalqların hamısına aiddir, o cümlədən biz azərbaycanlılara.

Sözsüz ki, yüz illərdir davam edən “tənəzzül sabitliyi”nin üstünlüyü də var: yaxşı yaşamaq, daim inkişaf etmək istəyən cəmiyyətlərdən fərqli olaraq, biz dünyaya gəldikdən ta ölənə qədər evlənmək, uşaq əkmək, yarıac-yarıtox onları birtəhər böyütməkdən başqa, heç bir şey barədə düşünməmək instinkti yaratmışıq özümüzdə! Qarın dolusu yemək içməyimiz olanda artıq özümüzü xoşbəxt hiss edirik.

Əlbəttə, xalqın belə apatik vəziyyətindən istifadə edib, onu talayaraq varlananlar (əhalinin heç bir faizi də deyildir) etiraz edib, “bu, belə deyildir” söyləyə bilərlər. Ancaq bir daha təkrar edirəm – bu, məhz belədir! O varlılar, sadəcə, kasıblardan fərqli olaraq, yüz qat tox yaşayan, araq içib əyyaşlıq edən varlı apatiklərdir. Onlar varlı olmaqlarına baxmayaraq, istənilən vaxt həbs olunmaq qorxusu altında, həmişə kiminsə qarşısında əyilməklərindən, yaltaqlanmaqlarından, rüşvət verəndə də “birdən az olar, qəzəbə gələrəm” təşvişiylə daim apatiyadadılar. Bu dəqiqə Azərbaycanda varlılıqdan doğan güclü apatiya sindromu var.

Təəssüf ki, azərbaycanlılar “xalq öz taleyinin ağası olmalıdır” ideyasını qəbul etmir, yenə hansısa “dayı”mızın bizim əvəzimizdən Qarabağ problemini həll edəcəyi ümidylə yaşayırlar. 200 ildən artıq bu ümidlə yaşaya-yaşaya Mahaçkaladan tutmuş Qusara, Batumidən tutmuş Qazax və Zaqatalaya qədər, bütövlüklə indi Ermənistan adlandırılan torpaqlarımızı itirmişik, ancaq ayılmamışıq, heç ayılmaq fikrimiz də yoxdur. Bu, faktdır, acı reallıqdır!

Bu gün də Amerika və Rusiya kimi “dayılar”ımızın bizim yerimizə bu problemi həll edəcəyini gözləyirik. Kiçikdən tutmuş, böyüyünədək, qeyri-real, gülüş doğuran məsələlər pofosla elan edilir: ay, Azərbaycan ABŞ-ın strateji partnyorudur, onlar əvvəl-axır Qarabağı ermənilərdən alıb bizə verəcəklər; ay, ABŞ-ın prezidenti istəsə, bu problemi bir gündə həll edər, ay, erməni lobbisi imkan vermir və sair…

– Məgər belə deyilmi?

– Azərbaycan ABŞ üçün Ermənistan və Gürcüstandan daha yuxarı səviyyədə əhəmiyyət kəsb edən ölkədir, ancaq strateji partnyor olmaq şansı yoxdur. ABŞ hökumətinin əlində ermənilərin “Azərbaycan qeyri-demokratik ölkədir, Qarabağ erməniləri onların tərkibində yaşasalar, repressiya ediləcəklər” arqumentini vuracaq kartı yoxdur. ABŞ-ın əsas məqsədi konfliktin yenidən müharibəyə çevrilməsinə imkan verməməkdir. Çünki müharibə başlasa, Azərbaycanın tam şəkildə Rusiyanın təsiri altına düşməsindən narahatdır. Medvedyevin Gürcüstanın Cənubi Osetiyası ilə əlaqədar verdiyi müsahibədə Azərbaycanı açıq-aşkar hədələməsi boş söz deyildir. Xatırlayıram ki, 1994-cü ildə Beyləqan şəhərinə ermənilərin bir “qrad” mərmisi düşmüşdü, camaat şəhərdən qaçırdı. Mərmi küçəyə düşmüşdü, heç kimi də öldürməmişdi. Mən təcili ora gedib, camaatın qaçmağını zorla saxladım, söz verdim ki, gecə onlarla birlikdə Beyləqanda qalacağam, birtəhər sakitləşdilər. O vaxtdan 17 il keçib, bəlkə mənim xəbərim yoxdur, ancaq deyin görək, bu müddət ərzində azərbaycanlılarda bombadan, mərmidən qorxmamaq, torpaqları qoyub qaçmamaq xarakteri formalaşdırılıbmı? Fikrləşirəm ki, yox. İndi yaxşı, bir mərmi Beyləqana yox, Bakıya düşsə, nə baş verəcək, bilən varmı? Rusların bir neçə bombasının Tiflisin kənarında partlamasından Gürcüstanda yaranmış xaos yadınızdan çıxmayıb ki? Baxmayaraq ki, gürcülər hadisələrin belə inkişaf edəcəyinə hələ bir neçə il hazırlanmışdılar…

– Ancaq Rusiya problemin həll edilməsinə çalışırmış kimi görünür…

– Rusiya Dağlıq Qarabağ probleminin həlli, Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşmasında maraqlı tərəf deyil. Bu normallaşmanın Türkiyənin patronajlığı altında Zaqafqaziya alyansına gətirib çıxaracağından ehtiyatlanır, çünki bu, realdır. Azərbaycan isə öz daxilində bu problemi həll etmək üçün kardinal iş görmür. Heç vaxt tətbiq edə bilməyəcəyi silahlanmadan tez-tez danışmaqda məqsədin nə olduğunu bilmirəm. Bu, ancaq ermənilərin həm xaricdən dəstəyini artırır, həm də Rusiyanın Ermənistanı gücləndirməsinə xidmət edir. Problemin sülh yolu ilə həlli üçün vacib olan işlər – demokratikləşmə, vətəndaş cəmiyyətinin yaradılması istiqamətində addımlar atılmır. Belə çıxır ki, vəzifə Azərbaycan torpaqlarından qat-qat şirindir.

– Bəs, yaxşı, Qərb ölkələri niyə Ermənistana lazımi təzyiq göstərmirlər, onların işğalçı hərəkətlərinə dəstək verirlər?

– Sərkisiyan qarışıq, Ermənistandan olan bütün siyasətçilər dünyanın istənilən ölkəsində görüşdükləri siyasətçilərə deyirlər: “Dağlıq Qarabağı Azərbaycana bolşeviklər verib, orada xalq ayağa qalxıb müstəqilliyini elan edib, sivil qərb tipli demokratik ölkə yaradıblar, indiyə qədər 3 dəfədən artıq seçkilər keçiriblər, hər dəfə özlərinə yeni prezident seçiblər, parlament daim yeniləşir, seçkilərdə iştirak edən qərb müşahidəçiləri onun standartlara uyğun olduğunu qeyd ediblər. Ermənistan da demokratik ölkədir, Dağlıq Qarabağın müstəqilliyini dəstəklədiyimizə görə, seçicilər bizə səs verib, ona görə də heç vaxt Dağlıq Qarabağ ermənilərinin əleyhinə getməyəcəyik. Azərbaycanda isə vəziyyət fərqlidir. Bu gün prezidentləri sənəd qəbul etsə, sabah parlamentləri gözüyumulu təsdiqləyəcək. Lap referendum keçrilsə belə, istəsələr, 90 faiz “hə” deyəcək. Dağlıq Qarabağa Laçınla birlikdə müstəqillik vermək bütün problemləri həll edir. Həm Türkiyə ilə, həm də Azərbaycanla Ermənistan arasında münasibətlər düzələr”.

Yəni, ermənilər Qərbi inandıra biliblər ki, Azərbaycanı güzəştə sövq etmək mümkündür. Sərkisiyanın istinad etdiyi arqumentlər məhz bizim yüz illərdir yaratdığımız “tənəzzül sabitliyi”nin üzərində qurulub. Elə kitabı yazmaqda da məqsədim xalqın öz taleyinin ağası olmasından kənarlaşmasının ağır nəticələrinin bundan sonra da davam edəcəyi təhlükəsini qabartmaqdır.

– Necə bilirsiniz, bir xalq kimi bu təhlükədən yenə həmişəki kimi üzüqara çıxacağıq, yoxsa nəsə etmək imkanımız var?

– Xalqın tənəzzüldən qurtulması, inkişaf etməsi və taleyinə sahib çıxması ancaq və ancaq rejimdən asılıdır. Dünyanın beş min illik tarixində totalitar və avtoritar rejimlər altında yüksək inkişaf etmiş xalqların mövcudluğu faktı yoxdur. Yalnız bir avtoritar rejimli ölkədə inkişafa rast gəlinir – o da eni-uzunu bir neçə kilometr və bir limandan ibarət olan Sinqapurdur. Sinqapur həm də korrupsiya və rüşvətin sıfır həddində olduğu ölkədir. Misirdə tənəzzül fironların totalitar rejimi yaratmasından başladı, Roma imperiyası diktaturanı gücləndirdiyinə görə çökdü, SSRİ totalitarizminin qurbanı oldu, İran imperiyası totalitar rejimdə yüz illər boyu reformalar etməməsinə görə dağıldı… Bu bir qaydadır – ölkədə avtoritarizm nə qədər güclənirsə, bir o qədər rejimin və onun liderinin şanına təriflər artır. Yaltaqlıq və məddahlıq avtoritarizmin səviyyəsini müəyyənləşdirən lakmus kağızıdır. Mən kitabda həm də Azərbaycan xalqının taleyində rejimlərin rolunu açmağa çalışmışam. Bu gün addımbaşı “Azərbaycan zəngin ölkədir, bizim hər şeyimiz var” və sair nağıllar söylənilir. Ölkənin zənginliyinin barometri insanlarının həyat səviyyəsidir. İndi gəlin, baxaq görək, ildə 50 milyon ton neft çıxaran Azərbaycanda insanların yaşayış səviyyəsi heç bir təbii sərvəti olmayan Gürcüstan və Ermənistandan nə qədər yuxarıdır? Yuxarı deyildir, əksinə… Həyat səviyyəsi tək maaşla yox, bazarda olan malların qiyməti, rüşvətin miqyası və bir çox faktorları nəzərə almaqla müəyyənləşdirilir. Görəsən, bizim hökumət bilir ki, azərbaycanlılar Gürcüstan ərazisinə keçən kimi, cənnətə düşdüklərini elan edirlər. Çox ehtimal ki, “Azərbaycan zəngindir” deyəndə, korrupsiya və rüşvətlə pul yığanları nəzərdə tuturlar. Həqiqətən, o göstəricilərə görə, Azərbaycan qonşularımızdan on dəfələrlə zəngindir. Ancaq bunun xalqa bir dəxli varmı?

Rəsul Quliyev müsahibəsinin sonunda bildirib:

– Sizin səhifədə gedən yazılara operativ münasibət bildirmək kimi dünya praktikasında istifadə edilən forma var və bu çox təqdirə layiqdir. Bununla əlaqədar iki xahişim olacaq: Birincisi, münasibət bildirən şəxs gərək yazını oxuya ondan sonra düşündüyünü səsləndirə. İkincisi, ciddi yazılara şou dili ilə cavab vermək o qədər də effektli deyildir.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Bir Cavab to ““Mən Azərbaycana yaxınlaşanda, bəzilərinin yuxusu qaçır””

  1. men sizinle fexr edirem ki, siz azeri-oquz turkusunuz.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: