Rəsul Quliyev qiyamdan danışdı

Avqustun 19-da SSRİ imperiyasının çöküşünü sürətləndirən ən mühüm hadisənin – məşhur “QKÇP” (Dövlət Fövqəladə Vəziyyət Komissiyası) olayının 20-ci ildönümüdür.

http://www.qafqazinfo.az/news.php?id=2868#.TrWMMYN1dPU.facebook

1991-ci ildə SSRİ-nin qorunub saxlanması məqsədilə təşkil edilən qiyam məğlubiyyətlə nəticələnsə də, bu məqam o vaxt bir çox ölkələrdə həqiqi demokratların üzə çıxması üçün yaxşı bir test olmuşdu. Çünki o vaxt bu qiyamı dəstəkləyənlər də vardı, əleyhinə çıxanlar da. “Qafqazinfo”ya açıqlama verən Rəsul Quliyev “QKÇP” ilə bağlı danışıb.

Eks-spikerin xatırlamasına görə, bu barədə ilk məlumat alan kimi, hadisənin demokratlar üçün təhlükəli xarakter alacağını bilib: “Avqustun 19-da səhər saat 6-da Pirşağıdakı pansionatda həyat yoldaşım məni yuxudan oyatdı ki, Moskvada nəsə baş verib, radio və televizorlar qəribə şeylərdən danışırlar. “QKÇP”-nin bəyanatını eşidən kimi, “dövlət çevrilişi olub, mən təcili Bakıya getməliyəm”- dedim. Maşını özüm sürürdüm. Yolboyu nələrin baş verə biləcəyi variantlarını düşünürdüm. Aydın məsələ idi ki, “QKÇP”-nin qələbəsi mənim kimi rəhbər vəzifədə işləyərək demokratiyanı dəstəkləyənlər üçün ancaq repressiya ilə qurtara bilərdi. Ancaq o dəqiqələrdə özümü düşünməyib, daha çox hadisələrin necə cərəyan edəcəyi variantlarını analiz etməyə çalışırdım”.

R. Quliyevin dediyinə görə, zavoda çatan kimi, dərhal sexlərə gedərək fəhlələri müqavimətə hazırlamaq istəyib: “Əmin oldum ki, kollektivin güclü dəstəyi olacaq. “Elouavt” qurğusunda söhbətləşərkən, köməkçi zəng edib, raykomun birinci katibi Elmir Şərifovun və rayon prokuroru Arif Hüseynovun – o vaxtkı DTK sədri İlhüseyn Hüseynovun oğlu idi – gəldiyini və mənimlə görüşmək istədiklərini dedi. Mən 10 dəqiqəyə olacağımı söylədim. Kabinetə gəldikdə, katibə onların gözləməyib getdiklərini dedi. Həm də həyəcanla bildirdi ki, prokuror deyib, Rəsul müəllimə çatdırın ki, bir azdan qayıdıb, onu həbs edəcəyik. Mən gülümsəyib, içəri keçdim. Bilirdim ki, məni tutmaq onlar üçün heç də asan başa gəlməyəcək”.

Sovet xalqlarının əziyyətlə, qan bahasına demokratiyanın astanasında dayandığı bir vaxtda Kryuçkov, Yazov və Püqo kimi banditlərin tanklar altında xalqları yenidən əzəcəyini düşündüyünü deyən R. Quliyev həmin vaxt Moskvadakı dostlarına zəng vurduğunu bildirib: “Xoşbəxtlikdən, “QKÇP”- nin ağlına rabitə sistemini dayandırmaq gəlməmişdi. Kifayət qədər məlumat topladım və əmin oldum ki, demokratik qüvvələr müqavimətsiz təslim olmaq fikirlərində deyillər. Avqust qiyamına qədər, Sənayeçilər İttifaqının sədri kimi, Moskvada keçirilən konfransın Rəyasət Heyətində olduğum üçün Boris Yeltsinlə tanış olmuşdum və onun elə-belə təslim olacağına inanmırdım. Azərbaycan radiosu isə dayanmadan bəyanatı oxuyur və respublikanın əmək kollektivlərinin “QKCP”-ni alqışladıqları barədə qərarlardan sitatlar gətirməklə, bu kollektivlərin siyahısını verirdi. Uşaq bağçalarından tutmuş, nazirliklərə qədər, hamı “QKÇP”-ni “alqışlayırdı. Bir sözlə, Azərbaycan birinci yerdə idi. Təcili kollektivin iclasını çağırdım, demokratiyanı dəstəkləyən qərar qəbul etdik və bu qərarı həm radioya, həm də Yeltsinin dəftərxanasındakı faksa və teletaypa göndərtdim. Dəftərxanadan “sağ olun” cavabını aldıq. Bizim zavod Azərbaycandan Yeltsini dəstəkləyən yeganə təşkilat oldu”.

R. Quliyevin sözlərinə görə, səhəri günortaya yaxın, Moskvadan ona zəng edərək, qiyamçıların hərəsinin bir tərəfə dağıldığını, nümayəndə heyətlərinin isə Farosa – Qorbaçovun yanına uçduqlarını xəbər verəndə, Azərbaycanın hələ də “QKÇP”-ni dəstəklədiyi haqda bəyanatı oxunurmuş: “ Mən radioya zəng vurub, bu rüsvayçı bəyanatı oxumağı təcili saxlamağa çağırdım. Dedim, artıq “QKÇP” yoxdur, özünüzü rüsvay etməyin. Nə desələr yaxşıdır? Bildirdilər ki, prezident İranda səfərdədir, oradan komanda verib ki, biz bu bəyanatı oxuyaq, sən kimsən…”

R. Quliyevin dediyinə görə, Moskva televiziyaları dövlət çevrilişi edən qiyamçıların necə dağıldığını göstərdiyi müddətdə də Azərbaycan radio və televiziyaları “QKÇP”-yə dəstək bəyanatını oxuyurlarmış: “Avqust hadisələri unutdurulsa da, bu qiyam SSRİ-nin dağılmasını sürətləndirdi və bu gün, faktiki, 15 respublikaya müstəqilliyin verilməsilə nəticələndi. Mən şadam ki, Azərbaycanda məhz mənim rəhbərlik etdiyim zavod elə kritik məqamda demokratiyanın yanında olduğunu bütün dünyaya göstərməyi bacardı”.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: