Rəsul Quliyevdən İlham Əliyevə şok çağırış!

http://azadliq.info/index.php?option=com_content&view=article&id=10151%3Arsul-quliyevdn-lham-liyev-ok-car&catid=293%3Asyas&Itemid=457

«Ayılın, sizi Qəzzafinin taleyindən daha betəri gözləyir!»

Açıq Cəmiyyət Partiyasının lideri, hazırda ABŞ-da mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyev “Azadlıq”a Ərəb inqilabları və Azərbaycandakı vəziyyəti  təhlil edən məqalə göndərib. Məqaləni dərc edirik.

I məqalə

Xalq hökumətə nifrət edir

Isaak Nyutonun kəşf etdiyi “cazibə qüvvəsi’’ və mexanikanın 3 qanunu alimlər tərəfindən dərindən öyrənilməsəydi, sözsüz ki, sonradan nə Eynşteynin “Nisbilik nəzəriyyəsi”, nə atom enerjisindən faydalanmaq yolları, nə də ümumiyyətlə, bu gün dünyanı çalxalayıb dəyişdirən, get-gedə kiçildən informasiya inqilabları baş verə bilərdi. Lap elə adi və ibrətamiz bir həyat hadisəsini götürək: yeriməyə yenicə başlayan körpənin irəliyə doğru daha inamla atdığı hər addım, instinktiv olaraq, onu keçmişdə yıxmış addımındakı səhvi təkrarlamamaqdan başlayır. Tarix də eynən belədir – hər bir hadisə və ya dövr növbəti mərhələdə daha uğurlu addım atmaq, ən azı, “yıxılmağa səbəb olan yanlış addımı təkrarlamamaq üçün” yaxşı təcrübə mənbəyidir. Tarixə yalnız keçmişdə baş verənlərin xronologiyasını göstərən elm kimi baxılması kökündən yanlışdır. Mahiyyətinə varılsa və dəqiq elmlərlə müqayisə aparılsa, əslində tarix elmi daha mürəkkəbdir. Çünki səhv etmək insana xas olan və çox tez-tez, asanlıqla baş verən haldır. Nə hansısa insan, nə də bütövlükdə xalq səhv etmək xüsusiyyətindən sığortalanıb. Bununla belə, bir-birinə oxşar, ancaq fərqli mentalitetin, intellektin daşıyıcısı olan insanların və ya xalqların hamısına eyni dərəcədə şamil ola biləcək inkişaf və ya tənəzzül qanunları kəşf etmək də mümkün deyil. Dəqiq elmlərin qanunları əsasən materiya ilə bağlı olduğundan, dünyanın hər yerində  eyni qaydada işləyir. Məsələn, cazibə qanunu üçün Ingiltərə ilə Azərbaycanın heç bir fərqi yoxdur.  Ancaq həm Ingiltərə, həm də Azərbaycan cəmiyyəti üçün eyni inkişaf yolları qanununun tapılmasından danışmaq, sadəcə, mümkün deyil. Odur ki, tarix nəinki dərindən öyrənilməlidir, üstəlik, onu öz ölkənə tətbiq etmək istəyirsənsə, differensləşdirməni və təsnifatlaşdırmanı da mütləq bacarmalısan…

Konstitusiyaya zidd vəzifə sahibləri

Artıq tarixə çevrilən və bizim üçün də öyrənilməsi mütləq vacib olan “ərəb inqilabları”nın birinci mərhələsi yekunlaşmaq üzrədir. Biz bu tarixdə baş verənləri ona görə mütləq öyrənməliyik ki, Azərbaycandakı mövcud ictimai-siyasi durum heç də hadisələrin qismən başa çatdığı və hələ də dramatik şəkildə davam edən  bəzi ölkələrdən ciddi fərqlənmir. Xüsusən də Azərbaycan prezidenti baş verənləri daha ciddi və daha dərindən analiz etməlidir. Özünün buna gücü yetmirsə, informasiya qıtlığı varsa, istər ölkə daxilindən, istərsə də xaricdən kimlərisə dəvət edib, müəyyən bir nəticə çıxarmalıdır.Çünki indiyədək ölkədə baş verənlərə və bundan sonra da baş verəcəklərə bir nömrəli cavabdeh məhz odur – üzərinə məsuliyyəti götürə biləcək ikinci şəxs heç üfüqdə də görünmür! Konstitusiyaya görə, müəyyən dərəcədə məsuliyyət daşıya biləcək Baş nazir, Parlamentin və Ali məhkəmənin sədri, Baş prokuror vəzifəyə qeyri-konstitusion yollarla təyin olunduqlarından, onlar üçün bu məsuliyyət formal xarakter daşıyır. Ona görə ki, parlamenti xalq seçməli, o da özünə sədr və müavinlərini müəyyənləşdirməli, digər hakimiyyət qollarının təşkilində müstəqil qərar qəbul etmək imkanında olmalıdır. Əgər bu institutu xalqın iştirakı olmadan prezident formalaşdırıbsa, prezidentin təyin etdiyi deputatların və parlament sədrinin başqa konstitusion vəzifələrə təyinatda hansı rolu və ya məsuliyyət payı ola bilər ki? Əlbəttə ki, heç bir! Deməli, Azərbaycanda bütün məsuliyyətin bir nəfərin – prezidentin üzərində olduğunu dərk etmək və konkret nəticə çıxarmaq üçün elə də xüsusi bir ağıla və ya araşdırmaya ehtiyac yoxdur: hər şey ortadadır və bu hal illərdir ayrı-ayrı nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında konkret faktlarla da öz əksini tapıb.

“Hacı Məmmədov rejimi”

Məgər nəticə çıxarmaq üçün, elə çox yaxın tariximizdə baş verən adi bir nümunə – “Hacı Məmmədov məsələsi” yetərli deyilmi?! Hələ heç bir təhlükənin olmadığı şəraitdə hakimiyyətin ən sadiq fiqurlarından sayılan nazir Usubov qanunsuz addımlarının bir hissəsini Heydər Əliyevin tapşırığı ilə yerinə yetirdiklərini elan etdisə, görün, bir balaca gərginlik və ya real təhlükə olan zaman nələr ortaya çıxacaq?! Məgər prezidentin ətrafında olanların əksəriyyəti elə “usubovlar”dan ibarət deyilmi? Axı tarix dəfələrlə sübut edib ki, kritik situasiyalarda Azərbaycan tipli rejimlərdə ya lider daim qorxu hissi altında saxladığı komandasının üzvlərini, ya da komandası qeyri-qanuni göstərişlərini yerinə yetirmək məcburiyyətində qaldığı liderini satıb, hamısı üçün aqibət isə eyni olub – rüsvayçılıq və faciə!
Son vaxtlar Azərbaycan mətbuatında hakimiyyətə yaxın şəxslər israrla sübut etmək istəyirlər ki, inqilablar dalğasının yayıldığı ərəb ölkələriylə Azərbaycandakı şərait fərqlidir və bu səbəbdən dünya dağılsa da, Azərbaycanda nəsə baş verə bilməz. Bunu ən yaxşı halda ya mağaraya qapılıb dünyada gedən proseslərdən xəbərsizlərin yanaşması kimi qəbul etmək lazımdır, ya da özünün cahil və nadanlığını bilənlərin inadkarlıqla özünətəsəllisi kimi. Çünki ən elementar təhlil belə, reallığın tamam fərqli olduğunu, Azərbaycanın bu proseslərdən kənarda qalmayacağını ortaya qoyur.
Yəqin ki, oxucuların xatirində qalar: hələ mart ayında mən siyasi qüvvələri ərəb ölkələrində gedən proseslərdən tələsik nəticə çıxarmamağa və vaxtından qabaq hansısa addımlar atmaqla, Azərbaycanda yetişməkdə olan siyasi şəraitə ziyan vurmamağa çağırmışdım. Və hadisələrin axarı da göstərdi ki, mən nə dərəcədə haqlıyam: Ictimai Palatanın bəzi üzvləri “şərait yetişib” arqumentiylə tələsik aksiyalara başlayıb “apreldə rejimin axırına çıxacağıq” desələr də, arzuladıqları nəticəni ala bilmədilər. Əksinə, süni şəkildə prosesləri tələsdirməklə, “ərəb inqilabları”ndan təsirlənib oyanmaqda olan gəncliyə bilərəkdən və ya bilməyərəkdən zərbə vurmuş oldular.
Bu məqalədə isə mən Azərbaycanla ərəb ölkələrinin oxşar və fərqli cəhətlərini izah etməyə çalışacağam. Çünki Azərbaycanı daha faciəli bir aqibətin gözlədiyini izah etməyi özümə borc bilirəm.

Ben Əlinin Azərbaycan ssenarisi

“Ərəb inqilabları”nın baş verdiyi ölkələr içərisindən tarixlərinin birinci səhifələrini qismən bağlamış Liviya və Tunis Azərbaycanla daha identifik xüsusiyyətlərə malik olduğundan, gəlin, bu ölkələrlə bağlı müəyyən məlumatlara, ötəri də olsa, nəzər salaq:
Liviya neft ölkəsidir, gündə 1,5 milyon barrel neft çıxarır, ÜDM 96 milyard dollardır; ildə adambaşına 15 min dollarlıq məhsul istehsal olunur; 1969-cu ilin sentyabrında Qəzzafi dövlət çevrilişi ilə hakimiyyəti ələ keçirib və 2011-ci ilin oktyabrına qədər diktatorluğunu edib; orta aylıq əməkhaqqı 700 dollara yaxındır; əhalisi 1969-cu ildə 1,8 milyon, 2011-ci ilə 6,5 milyon olub; korrupsiya və rüşvət ranqına görə, 146-cı yeri tutub.
Tunisdə isə neft-qaz ehtiyatları yox dərəcəsindədir: ÜDM ildə 95,6 milyard dollar, adambaşına məhsul istehsalı ildə 9.100 dollar, orta əməkhaqqı ayda 450 dollar, əhalisi 1969-cu ildə 5 milyon, 2011-ci ilə 11 milyona qədər olub. 1987-ci ildə prezident tərəfindən Baş nazir qoyulmuş Ben Əli 2 həftə ərzində hakimiyyəti qansız-qadasız ələ keçirib və 2011-ci ilin əvvəlinədək diktatorluğunu davam etdirib. Tunis korrupsiya və rüşvət ranqına görə, dünya ölkələri sırasında 59-cu olub.
Hər iki ölkədə son inqilabların baş vermə səbəbləri isə aşağıdakılardır:
– ölkədə korrupsiya və rüşvətingeniş yayılması;
– diktatura rejimlərinin uzunmüddət vətəndaşları elementar hüquqlarını pozması;
– inzibati orqanların və məhkəmələrin qanunsuzluqları, rüşvət bataqlığında üzməsi;
– diktator ailəsinin ölkənin bütün sərvətlərinə və biznesə nəzarət etməsi, hər şeydə paylarının olmasını tələb etməsi;
– adi vətəndaşların, xüsusilə gənclərin ölkə daxilində nə dövlət işində, nə də biznesdə heç bir perspektivinin olmaması;
– bütün seçkiləri saxtalaşdırmaqla, “ölkənin ağası mənəm, kimi istəsəm – deputat qoyaram, kimə istəsəm – vəzifə verərəm, kimi istəsəm – zindana ataram, kimə istəsəm – terror təşkil edərəm” düşüncəsiylə utanmadan hakimiyyətin gücünü nümayiş etdirmək, millətə yuxarıdan aşağı, ikrahla baxmaq və s.

Azərbaycanda Qəzzafi həyatı

Indi gəlin, Azərbaycana baxaq: Azərbaycanda 1969-cu ildən hakimiyyətdə Əliyevlər sülaləsidir – yəni, Qəzzafi kimi, düz 42 il! Burada Əliyevin 1970-1987-ci illərdə apardığı siyasət nəticəsində (1982-ci ildən 1988-ci ilə qədər MK-nın birinci katibi zəif xarakterli Kamran Bağırov olsa da)  ölkə daxilində respublikanı idarə etməyə bir nəfər də potensialı olan kadrın tapılmaması səbəbindən Pakistanda səfir işləyən və xalq arasında “bambılı”,  “qozəkən”, “hamamtikən” adlandırılan Əbdürrəhman Vəzirovun 1988-90, öz “yaraşığı”nın vurğunu  olduğundan, hətta keçirdiyi iclasın ortasında da gedib güzgüyə baxıb, daranıb qayıdan Ayaz Mütəllibovun 1990-91-ci illərdəki hakimiyyətlərini bir kənara qoyaq. Çünki Əliyevin əvvəllər apardığı siyasətin labüd nəticəsi elə məhz belə hakimiyyətlərin törəməsi ilə yekunlaşmalıydı. 1992-ci il iyunundan 1993-cü ilin iyununadək olan təcrübəsiz Xalq Cəbhəsi hakimiyyətini də bir qırağa qoymaq lazımdır. Xalq Cəbhəsi, hətta bütövlüklə “düşmənlərdən” ibarət olsaydı belə, onların bir ildə buraxdığı səhvləri 18 il ərzində çeynəmək, bu səhvlərin Azərbaycanın tarixində həlledici rol oynadığını, demokratikləşmənin qarşısını kəsdiyini iddia etmək, yumşaq desək, əbləhlikdir. Faktiki olaraq, 1993-dən bu yana olan son 18 ildəsə nəinki Xalq Cəbhəsinin yol verdiyi yanlışlıqları, hətta Azərbaycanın 1969-cu ildən 1993-cü ilədək olan dövrdə yol verilən bütün səhvləri, yanlışlıqları da aradan qaldırmaq və ölkəni demokratik bir dövlətə çevirmək mümkün idi.
Beləliklə, ötəri bir analiz təsdiqləyir ki, Azərbaycanın son 42 illik tarixinin neqativləri, ən qaranlıq və faciəli anları, həmçinin ölkənin demokratikləşməməsi və bu yolda yaradılan əngəllər birbaşa və dolayısıyla daha çox Əliyevlərin adıyla bağlıdır. Bu gün ölkədə mövcud olan ab-hava da inqilabların baş verdiyi ərəb ölkələrindən qətiyyən fərqli deyil. Əksinə, bir çox parametrlərə görə, Azərbaycan  daha bərbad vəziyyətdədir. Indi “ərəb ölkələrində inqilablara səbəb olan şəraitdən hansı Azərbaycanda yoxdur?” sualına, qoy, tək sadə azərbaycanlılar yox, daha çox hakimiyyətin yuxarı eşelonunda əyləşənlər, hökumətə rəhbərlik edənlər cavab axtarsınlar! Məsələn, elə birinci korrupsiya və rüşvətə qarşı kompromissiz mübarizə apardıqlarından ağzı köpüklənə-köpüklənə danışan, reallıqda isə şər-böhtanla sayısız-hesabsız günahsız insanları tutdurmaqla minlərlə düşmən qazanan Baş prokuror və ya Daxili Işlər naziri çıxıb desinlər görək, özlərinə, yaxınlarına yaratdıqları bu cah-cəlalı neçə illik maaşlarıyla əldə ediblər? Deyə bilərlərmi?! Yox! Çünki bu cah-cəlalı yaratmaq üçün bugünkü maaşları ilə azı 10 min il işləməlidirlər! Baş prokuror 1000 ilə 20 milyon manata yaxın maaş almalıdır. Bu, heç onun bir evinin qiyməti deyildir, ay əziz azərbaycanlılar! Belələri hələlik xalqın öz taleyinə sahib çıxa bilməməsinin yaratdığı arxayınlıq hissinin təsiri altındadılar. Ancaq tarix sübut edib ki, öz xalqına yuxarıdan aşağı baxanların bu arxayınçılıq hissi qəfildən və bir günün içərisində darmadağın edilir!

***

Azərbaycanda millətin uzun müddət və ya həmişəlik yaşadığı rəzil həyatla barışacağına inananlara üzümü tutub deyirəm: qəflət yuxusundan ayılın, cənablar, sizi Qəzzafinin taleyindən də faciəli günlər gözləyir! Çünki ölkədəki vəziyyət Liviyadakından daha dramatik və daha ağırdır! Bu fikri yaxın buraxmaq istəməsəniz də, bəli, məhz belədir: liviyalılarla tunislilərin həyat səviyyəsi, Azərbaycanla müqayisədə, qat-qat yuxarı həddədir.
Düzdür, hakimiyyətdəkilərin çoxu düşünür ki, azərbaycanlıların tarixdə öz azadlıqları uğrunda qətiyyətli mübarizə aparmaq ənənələri yoxdur. Ancaq unudurlar ki, tunislilərin və liviyalıların öz azadlıqları uğrunda Roma və Osmanlı imperiyalarına, həmçinin fransız, italyan kolonistlərinə qarşı iki min ildən çox apardıqları mübarizə ənənəsi olubsa, biz azərbaycanlıların da müasir tarixində xalqın əliyalın rus tanklarının önünə çıxması, törədilən qətliama, vəhşiliklərə baxmayaraq, meydandan qaçmamasını göstərən 1990-cı ilin yanvar hadisələri nümunəsi də var. Görünür, hadisələrdən 21 il keçdiyindən, bir çox insanın yaddaşından nələrsə itib. Ancaq situasiya eynidir: onda da xalq hökumətə nifrət edirdi, indi də xalq hökumətə nifrət edir; onda sadə camaatın heç olmasa evində yeməyə nəyisə vardısa, indi o da yoxdur; onda xalqın qarşısındakı düşmən  böyük bir imperiyanın qəddar, amansız ordusu idisə, indi əhaliyə divan tutmalı olanlar rejimin xidmətində duran qanı və dini eyni olan kiçik bir dəstə – özününkülər; onda kütlə müxalifətin bir mərkəzdən idarə olunmamasından, hər ağızdan bir avaz gəlməsindən narazı idisə, indi daha pisdir – xalq müxalifətə, ümumiyyətlə, inanmır və kritik məqamda da onu dinləməyəcək…
Düşünün və ayılın, cənablar, yoxsa sonra çox gec olacaq!

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

29 Cavab to “Rəsul Quliyevdən İlham Əliyevə şok çağırış!”

  1. bunlari bakida demek lazimdi

  2. Rəsul bəy, bir zamanlar bütün müxalifət liderləri və digər ictimai təsisatların nümayəndələri tez-tez deyirdilər ki, Amerika Azərbaycanda demokratiyanın bərqərar olmasında maraqlıdır.
    Bəs indi necə ? Amerika maraqlı deyil desək nə dərəcədə haqlı olarıq, maraqlıdır desək nə qədər haqlı (və ya haqsız) olarıq ?

    • ABŞ və Avropa ölkələri tək Azərbaycanda yox bütün totalitar rejimlərin yıxılmasında maraqlıdır.Demokratik ölkələr bu dövlətlərin təbii portnyorlarıdır.Ancaq Amerikanın Azərbaycan xalqının yerinə ölkədə inqilab edəcəyinə inanmaq sadəlövlükdür.

  3. Bir qrup insanın fikrinə görə Qərb dəyişikliklərdə birbaşa və bilavasitə iştirak etməlidir. Deməli siz bu fikri inkar edirsiniz.
    Belə demək olarmı ki, Qərb kim güclüdürsə onu dəstəkləyəcək. Yəni xalq özü hakimiyyəti dəyişəcək gücdə olsa Qərbdən dəstək alacaq. Nə qədər ki, əks tərəf güclüdür Qərb onu dəstəkləyir.
    Bəziləri isə belə fikirdədirlər ki, Qərb milli qüvvələrin hakimiyyətə gəlməsində maraqlı deyil. Nə qədər ki, hakimiyyətdə bu günkü iqdidardır, sərvətləri talamaq asandır.

    • Bəli xalq hərəkətə gəlməsə qərbin birbaşa müdaxilə etmək şansı yoxdur.Ancaq bir məsələyə diqqət yetirmək lazımdır, qərbin dəstəyi olmadan Azərbaycan tipli ölkələrin xalqı istəsə belə inqilab edə bilməz.Məsələn Azərbaycanda müəyyən bir hərəkət olsa qərb Rusiyanı bu məsələlərə qarışmaqdan distansiyda dayanmağa məcbur edə bilər və edəcək.Xalq hərəkətə gəlməsə ona kömək etmək mümkün deyildir. Qərb güclünü dəstəkləmir,qərb yaranmış vəziyyətdə özünün bir şey edə bilməyəcəyi gücsüzlüyünü dəstəkləyir.

  4. Sizcə iqtidar daxilində hakimiyyət ugrunda mübarizə gedirmi ? Özünü Əli İnsanov kimi Əliyevlərdən sonra iqtidarda görən qüvvələr varmı ? Onların daxildə çevriliş imkanlarını nə cür dəyərləndirirsiniz ?

    • Liderləri zəif olduğu üçün hər birinin könlündən prezident olmaq keçir.Ancaq sistem elə qoyulub ki, hamısı bir birilə düşmən kimidir.Hansı isə qüvvələr birləşib indiki prezidentə alternativ güc yarada bilmir. Yuxarıdan aşağıya hökümət işçilərinin hamısı müxtəlif səviyyəli və kifayət qədər çoxsaylı cinayət törətdiklərindən hər birini istənilən vaxt həbs etmək olar.Fərhad Əliyev və Əli İnsanov əməliyatı indikilərin yaddaşında yaxşı oturub.

  5. Azərbaycan prezidentinin “Lazım gəlsə Qaarbagı müharibə yolu ilə alarıq. buna hərbi gücümüz yetər” kimi bəyanatları nə dərəcəd ciddidir ? Nəzəri olaraq Azərbaycanın hərbi potensialı müharibədə qalib gəlməyə çatarmı ? Həm də səhv etmirəmsə 1994-cü ildə atəşkəs müqaviləsi baglananda Azərbaycan müharibəyə başlamayacagı barədə öhdəlik götürüb. O müqavilənin şərtlərində hansı müddəalar var ?

  6. Tamamile dogrudur , hazirda , eslinde ela tarix boyu Azerbaycanin en boyuk problemi ayri ayri shexslerin , liderlarin bir araya gelmemesidir,bu ishde boyuk dovletlerin maragi oldugu kimi, indiki hakimiyyetin de maragi var, hetta deyardim ki, bu ishden otru elinden geleni edir. Chunki parcala hokm sur prinsipi isbata ehtiyaci olmayan teoremdir. Ancag xalgin oyanmasi ve ayaga galxmasi uchun fikrimce televiziyaya cixish helledici rol oynaya biler. Bunu hakimiyyet cox yaxshi bildiyinden , inanmiram ki, musbet hellini tapa. Ancag ki, butun hallarda hemishe cixish yolu olur, xalgin oyanmasi uchun hansi vasitelerin komek eda bileceyi barede Sizin fikrinizi bilmek isterdim Resul muallim

    • İlkin olaraq kimlərin lider statusu ala bilmək imkanı var o müəyyənləşdirilməlidir.Məsələn tutaq ki, özünü lider hesab edən müəyyən bir şəxs indi Azərbaycanda yaranmış ictimai siyasi vəziyyətlə əlaqədar, əgər heç vaxt prezident seçilmək şansına malik deyilsə gərək bu iddiasından əl çəkə.Soruşa bilərsiniz ki, onu necə müəyyənləşdirmək olar.Çox asan.Yəni meydanda maksimum 2-3 lider qalmalıdır,onların dil tapa bilməsi xeyli asanlaşır.Sözsüz ki,hökümət özünün xalq əleyhinə rejimini saxlamaq üçün müxalifətin arasında həmişə nifaq salacaq.Televiziya əsas məsələlərdən biridir,sizinlə razıyam.Nə etməliyik.Birincisi TV açmaq qadağan deyildir. insanların hüququnun tərkib hissəsidir,onun açılması üçün cəhd göstərmək lazımdır. Qoy hakimiyyət növbəti dəfə icazə verməyib diktatura sifətlərini bir daha göstərsinlər.Bütün gücü qoyub internetin imkanlarından istifadə etmək lazımdır.Analitik yazılarla sadə azərbaycanlıların dilində camaata nəyə görə öz haqları uğrunda mübarizəyə qalxmaqlarını başa salmaq lazımdır.Onlardan başqa mən həmin azdan çoxdan arxasınca gedə biləcək azda olsa qüvvənin olduğu bir neçə lidelərlə iş əlaqələri yaratmağa çalışacağam.Vaxt azdır,onsuzda daha çox demoqoqiyaya meyilli olan adamlarla məsələ müzakirə edib qərar çıxartmağa vaxt yoxdur.Ona görə adı müəyyən bir effekt yaradan ancaq əslində heç bir real gücü olmayan İctimai Palata tipli təşkilatlarla işləmək fikrim yoxdur.Bir dəfə qəzetdə Rəsul Quliyev müraciət etsə biz onun qəbul olunub olunmamasına baxa bilərik yazılmışdı. Onları da bu əziyyətli işdən xilas etmiş olaram.

  7. Əvvəl ondan başlayaq ki,Azərbaycan əskəri vuruşa bilmir fikri absalyut həqiqətə uyğun deyildir.Azərbaycan əskəri ilə Türk əskəri arasında cəsarətlilik nöqteyi nəzərindən elə bir fərq yoxdur.Ancaq əskər hər gün yaxşı qidalanmalı və NATO qoşunlarının proqramı ilə təlim görməlidir.Əskərin çəkisi 50 kq-dan az olmamalıdır,çünki o azı 30 kqlıq silahsursatı daşımalıdır məsələn gündə 10 km. Zabitlər səngərdə yox həmişə əskərlə çiyin çiyinə vuruşmalıdır.Kəşfiyyat çox yüksək səviyyədə olmalıdır,azərbaycan komandanlığının hər bir düşmən əskəri,topu,tankının harada yerləşməsi barədə dəqiq məlumatı olmalıdır.Müharibəni canlı qüvvə ilə başlamamışdan öncə artileriyaya qənaət etməyib bir yerə 2 mərmi lazımdırsa 10 mərmi atmalıdır ki,öz əskərlərinin itgisi minimum olsun. Belə bir şərait yaransa Azərbaycan ordusunun DQ azad etməsi maksimum 2 gün çəkər. Əskərlərin mənəvi əhval ruhiyəsi beynəlxalq standartlar səviyyəsinə qalxmalıdır.Əskər bilməlidir əsri nə öldürmək nə də yaralamaq olmaz, çünki cinayətdir.Yerli əhaliyə gəldikdə onlar azərbaycan vətəndaşlarıdır,təbii ki,qorumaq Azərbaycan əskərinin borcudur. Əskər vətəni və torpağı uğrunda vuruşduğuna inanmalıdır.Xalqa nifrət edən hökümətinin qalmasına naminə əskər 100 faiz ürəkdən vuruşmayacaqdır.Bəli təəsüüf 1994-cü ilin iyun və ya iyul ayında müddətsiz atəşkəsə deyəsən əvvəl müdafiə nazirləri sonradan prezidentlər imza atıblar.Bu sözsüz ki,çox böyük səhv idi.Ancaq atəşkəsi daima pozan Ermənistan ildə bir neçə dəfə müharibəni başlamağa əsas verir. Ancaq həm ordu mən dediyim standardlara uyğun gəlmir,həm də məsuliyyəti üzərinə götürüb belə bir addım ata biləcək lider görünmür.

  8. Beli, ambisiyalar imkan vermir ki, komanda sheklinde birleshib shere garshi doyushek. O cumleden IP nin demasi ki, kimsa muraciet etsin baxag sozunun ozu , Ilham Aliyevin xahish etsin efv edak sozune oxshayir. Hansi ki, efv olunan insanin ozu hagsiz yera tutulub ve azadligda olmag onun zaruri haggidir. Bu nogteyi nezerden real soza, sosial bazaya malik olan liderdan muraciet gozlamak lazim deyil. Ve butun iddialari kenara goyub, belke de liderliyi de , kenara goyub birinci novbede beladan gurtarmag lazimdir , daha sonra liderin ve ya prezidentliye namizedin legitimliyini faktiki olarag ancag secki erefesinde bilmek mumkundur. Ancag ki, Rasul muallim, mana ela galir ki, bu gun hec kim bilmir ki, ne etmak lazimdir. Azerbaycanda hal hazirda , illerle doyushen liderlar da, onlarin etrafindaki insanlar da , umidsizliye gapiliblar, baxmayarag ki, bacardiglari geder doyushubler, ve men sadece bir insan kimi ozumu onlarin yerine goyuram, ne etmak lazim oldugunu bilmirem. Konkret na etmak lazimdir? Igtidar numayishe hec vaxt imkan vermayacak, o yaxshi bilir ki, numayish , miting son demakdir. ona gore de hemishe sixacag, ancag sixmagla da hara geder gedacak belli deyil, ne vaxtsa bu sixmanin sonu facieye cevrile biler. Bela olan halda insanlar ve ya,liderlar, ne etmalidir , hansi addim atilmalidir, yeni konkret hansi ish gorulmalidir? Insanlar hamisi basha dushur ki, deyishiklik lazimdir, hami, hetta yuxarida oturanlarin da bezileri bunu isteyir , amma neca? Bu suala cavab isterdim, bununcun hansisa program varmi?
    Men sozun esl menasinda , 1994-cu ilden beri hemishe Sizin demokratik cemiyyet gurmag ugrunda fikirlerinizi dinlamishem ve bolushmushem, Siz hemishe deyirsiz, azad metbuat, mehkeme, parlament ve president olmalidir, ve men inaniram ki, bela bir dovlatin gurulmasi Sizin belkede heyatda en boyuk arzunuzdur. Ancag bu gun ne etmak lazimdir? bela bir fealiyyet programinin hazirlanmasina ehtiyac var, chunki , mene ela galir hec kim ne etmak lazim oldugunu bilmir.

  9. Elə bir proqram vardır.Azərbaycanda hakimiyyət dəyişikliyi müxtəlif variantlarda baş verə bilmək şansı olduğundan, konkret hər variant üçün proqram hazırlamaq mümkün deyildir.Ümumi prinsiplərin əsasında təcrübədən istifadə edib, qərar qəbul etmək lazım olacaq.Əsas məsələ qansız qadasız bu dəyişiklərin baş verməsinə nail olmaqdır.Bu istiqamətdə müəyyən iş aparılır,hökümətdəkiləri başa salmağa cəhd edilir.Əsas məsələ camaatın aktivləşməsinə nail olmaqdır . Heç bir narazılığa məhəl qoymayan hökümət bir qədər özünü narahat hiss etməlidir.Mitinq keçirməyə isə hökmən nail olmaq lazımdır və biz buna nail olacağıq.

  10. Elbette ki, Rasul muallim , haminin arzusu proseslarin gansiz gadasiz otushmasidir, chunki ingilabdan eziyyet cheken sonda yena da orta tabaga, siravi insanlar olur. Ancag neca? Siza tam semimi deyirem ki, gansiz gadasiz otushme meselesinde Siz en ideal lidersiz, bu ishda Sizin mustesna rolunuzun ola bileceyini , azca da olsa tehlil etma gabiliyyeti olan insan , daha duzunu desak tehsilli, intellektli ziyali basha dushur. Ancag , buna neca nail olmag olar? Ingilab bash veracayi tegdirde , proseslari idare etmak ela da asan olmayacag. netice indikinden de gat gat pis ola biler.
    Ancag yena da , indiki hakimiyyetden gurtulmag uchun numayishler gachilmaz olsa bela, numayishlerin netice veracayini dushunmek chetindir, belke de indiya gadarki numayishlarin olmamasi daha yaxshi ola bilerdi, chunki , numayishlarin neticesinde hebsler, doyulenler ve s,hakimiyyetin vehshiliyi insanlarin yaddashindan silinmeyene geder yeniden mubarize ezmi yaratmag hech de asan deyildir. Indiki numayishlere gedan insanlari nezere almasag, yeni son 2011 hadiselerini deyirem, 2006 -ci illerdeki numayish ishtirakchilarinin 99 faizinin ayaginin biri gabagda , o biri dalda idi. Bu hegigetdir. Hech birinde mubarize ezmi yox idi. Onlara el galdirmag yox, ustlerine ses galdirmag kifayet etdi ki, gaca gac dushsun. bela numayishlerin ne faydasi olacag ki? Inandiriram Sizi, bela numayishler hakimiyyetin omrunu uzadir. O numayishe ki, hokumete yalvarmagla icaze verilecek onun ne effekti ola biler ki? Bu sadece kobud olsa da “IZDEVATELSTVADIR ! Guya az az adamlar toplashib , gar topasi kimi get geda boyuyacak, sonra da hokumet bir tepikle onu mehv edacak,
    Elbette men Sizinle polemikaya girecek derecede tarixi melumatlara malik deyilem, ancag ki, bu gun muzakire movzusu olan Liviyada sehv etmiremse uzun iller sakit heyat terzi olub. O insanlar , yeni bu gunku Liviyali, bu gunku pokoleniya, bilmirdi ki, muharibe, ingilab onlara ne veracak? Neca ki, “унесенные ветром” kinosunda , yankileri gisa muddetde darmadagin edacaklarine inanan sadelohv insanlar kimi, muharibenin, numayishin, ingilabin ve.s aci neticeleri yaddan cixmayana geder , yeniden hemin ehval ruhu yaratmag mumkundurmu? Shexsi tecrubemden: 1988 ci ilden 2006-ci ilin (sehv etmiremse sonuncu dinc miting o vaxt olub) dagidilan mitinglerine geder 80-85 faiz mitinglerde ishtirak edan vetendash kimi, deya bilerem ki, istenilen meclisde hami eyni derecede hakimiyyetden bezdiyini desa da, meydana cixmag gelende siralarimizin suretle azaldigini gormushuk. Ve bu gorxu hissini insanlarin canindan cixarmag hec de asan deyil, onlar hamisi oz haglarini cox yaxshi bilirler, ancag onu teleb etmayi dushunmurler.Bununchun de , menim uchun chox maraglidir Sizin fikirleriniz, Chunki Siz hemishe Azerbaycanda bash veran herekatlara tengidi yanashmisiz, sozun duzu men de Sizin kimi,ayri-ayri liderlarin, muxalifet numayendelerinin dedikleri ve ya etdikleri ile razilashmasam da, (bezi hallarda Sizin de) ancag ki,mehz miting meselesinde , hakimiyyetle mubarize meselesinde kimi ise ginamagdan da uzag olmusham.Sebeb ise odur ki, ne etmak lazim oldugunu men ozum bilmemishem ve bu gun de bilmirem. Bu sebebden , Azerbaycanin bu beladan xilasi uchun , Sizin fikrinizi bilmek chox maraglidir, ne etmali ? Bu sualin cavabi bu gun hamini dushunduren en aktual meseledir.
    Bu gun en uzag bolgede bela bilirler ki, bu hakimiyyet Azerbaycani mehve aparir, eslinde en onemli sahe olan tehsile vurulan zerbe kifayet edir ki, aliyevlarin megsedi insanlar uchun aydin olsun. Sizi emin edirem ki, artig hami aliyevlarin ich uzunu yaxshi bilir. Amma bilmek cox azdir, belanin sagalmasi uchun dermani tapmag lazimdir.
    O dermanin hazirlanma yolunu deyin, bir vetendash kimi biz hemishe hazirig.
    Hormetle Abdi

    • Hörmətli Abdi müəllim ilk növbədə sizə və ümumiyətlə Azərbaycanlıların hamısına bədbinlik torunu cırıb xilas olmağı məsləhət görərdim. İndi gəlin yaranmış vəziyyəti müzakirə edək.Azərbaycan höküməti başda prezident olmaqla bilirlərki ildə xalqdan milyardlarla pullarını oğurlayırlar, rejimi saxlamaq üçün saxta seçki sistemi,saxta prokurorluq,saxta məhkəmələr yaradıblar və xalqın heç bir hüququ yoxdur. Onlar nə qədər həyasız həyasız danışsalarda hər biri hansı bankda nə qədər pulunun olduğunu,hansı ölkələrdə mülkiyyətlərinin olmalarını yaxşı bilirlər və bu gün oturub kreslolarında bu varı dövləti heç vaxt itirə biləcəklərinə inanmırlar.Eyni ilə Mübarək,Ben Ali və Kaddafidə buna inanmırdı.Sizin kimi əqidəli adamlar və hökümətdə oturanlar mənim indi yazdıqlarımı diqqətlə oxumalıdırlar.Tunis prezidenti ən az müqavimət göstərən və az qan tökən adam olduğu üçün qismən azad qismən pulunun bir hissəsini saxlamış,ailəsinə toxunulmamış şəxsdir və ərəbistanda yaşayır. Mübarək kifayət qədər qan töksədə öz xoşu ilə vəzifəsindən istefa vermişdi. Sağdır,uşaqlarıda sağdır,məhkəmə hər halda onun ailəsinə qarşı çox kəskin qərarlar qəbul etməyəcək.Müqavimət göstərib xalqın qanını tökən Kaddafinin taleyidə hamıya məlumdur.Uşaqlarının çoxu öldürülüb,həbs olunub pullarına bütün dünya üzrə arest qoyulub və sair. Hamı elə bilirki, tək prezidentlərə zərbə dəyib.Elə deyil nazirlərdən tutmuş orta səviyyəli çinovliklərə qədər əksəriyyəti həbs olunublar pulları, mülkləri əllərindən alınıb .Uşaqları ya həbs olunublar ya da dünyanın totalitar rejimli ölkələrinə səpələniblər.Belə müqavimət göstərən xalqın qanını tökən Bəşir Əsədin taleyinin necə olacaqı məlumdur.Onun üçün ən yaxşı variant gözləmədən intihar etmək olardı. Bizimkilərin də aqibəti ancaq belə qurrtara bilər əgər özləri xalqın qarşısında günahlarını boynuna alıb demokratik prinsipləri həyata keçirməsələr.Prezident və onun ətrafında olan nazirlər,məsələn Usubov və Qaralov özlərini yalandan inandırmamalıdırlar ki, onları Kaddafinin nazirlərindən fərqli olaraq camaat sevir.Əksinə.
      Mənim ümimiyyətlə qaraguruhçu bir qədər kəm ağıllı adamları sevmirəm . Onların mənim tənqidlərimə verdikləri bazar cavablarını heç vaxt oxumuram. Ciddi bir iş görmək istəyən müxalifət camaatı çaşdıran bu adamlardan yaxasını qurtarmalıdır.Əgər öz daxilinddə kiçik bir qrupun içərisində belə bir addımı ata bilmirsə arenadan getməlidir. Məsələn müxalifəti fikirləşmədən,ölçüb biçmədən vaxtı yetişməmiş aprel mitinqlərinə sürükləyən qaraguruhçuları indiyə qədər sıralarında saxlayanların gələcəyi ola bilməz və yoxdur.Birləşmək adı altında heç kimə lazım olmayan çoxadlı təşkilatlardansa bir və iki kifayət qədər ağıllı proqmatik komanda ilə iş birliyi yaratmaq daha müvəffəqiyyətli olar. Biz addımba addım xalqın canından qorxunu çıxartmağa nail olacayıq indidən planı açmaq istəmirəm,ancaq hər adımı atdıqca camaatda inamda artacaq.Mən sizi 100 faiz inandırıram ki,İlham Əliyev 2013-cü ildə seçkiləri saxtalaşdırmaqla hakimiyyəti ələ keçirə bilməyəcək buna birlikdə imkan verməyəcəyik.Müəyyən bir mərhələdən sonra mən hansı təşkilatları hansı səbəbdən müxalifət hesab etmirəmi elan edəcəyəm.Bu çox vacibdir.Bizə Azərbaycanda demokratiyanı özünün həyatı hesab edən mətin,ağıllı insanlar lazımdır, psevdo müxalifət partiyası və özünün onun lideri olduğu statusu uğrunda çalışanlar yox. Tələsmək lazım deyil fundament yaxşı qurululmalıdır.

  11. Hormetli Rasul muallim !
    Yazinizi oxuyanda yaranan inam hissi bu gun her bir Azerbaycanliya lazimdir, pessimizmden gurtulmag gelebenin kokunde dayanir. Tam eminlik, geriye yol yoxdur deyib, insanlari inandiran, arxasi ile aparan lider ancag bu gunku veziyyetden cixish ola biler. O lider ki, biz miting kecireceyik deyib ondan otru hokumete muraciet etmayan geti addimlar atan.
    Inaniram ki, inshallah 2013 cu il prezident seckileri bu hakimiyyetin, Azerbaycan dovletini ve xalgini mehve surukleyen bu aile varvarlarinin sonu olacag.
    Yolunuz acig olsun, Siza ve Azerbaycani sevan, demokratiyaya sadig olan butun insanlara , bu yolda ugurlar dileyirem.
    Hormetle Abdi

  12. Salam Resul muellim.Size olan hormetim o qeder boyukdur ki.bir olan ALLAH bilir.Sizin kimi bir insanin okeanin o tayinda qalmagi meni cox narahat edir. bu xalqa lazimsiniz,torpagimsiniz. Mence size inanmasalar maraqlanmazlar.men o vaxt narahat olaram ki,imumiyyetle sizden danismasinlar.tenqidin ozu bele irelileyisdir.Sizi tenqid edenler ve terifleyen yeterince var.Ad gununuzu Vetende qeyd edin insaallah.

  13. Rəsul müəllim, Azərbaycan iqtidarı haqda ikili fikir var. Bir qism hesab edir kİ, bunlar ağılsız olsaydı 18 il hakimiyyətdə qala bilmzədilər. Digər bir qism isə hesab edir ki, hakimiyyətdəkilər ağıllı olsaydı islahatlara gedərdi. Bu versiyalardan hansı daha məntiqə uyğundur?

    • O kateqoriyalarla bu insanlara qiymət vermək düz deyildir.Bu bir totalitar sistemdir ki,müəyyən həddə çatandan sonra geriyə qayıtmaq və ya hər şeyi yenidən başlamaq şansını itirirsən.Heydər Əliyevin həyatını analiz etsəniz Azərbaycanın tarixində onun qədər karyerist şəxsiyyət tapmaq mümkün deyildir. Yəni o hakimiyyəti ələ keçirəndə artıq ömrünün axırına qədər bu kresloda oturacağını bilirdi.1995-ci ilin mart hadisələrində çox təəssüflə mənə onlar mənim ancaq meyidimi bu kabinetdən çıxarda bilərlər dedi.Tutduğu kreslonu saxlamağın ancaq bir yolunu diktatura yolunu bilən Əliyev təbii ki,bu rejimi yaratdı. Hamı, tək çinovliklər yox, müəllimlər,həkimlər,inzibatı orqanların işçiləri və məhkəmələr total rüşvət alır, bütün millət o cümlədən iş adamları total rüşvət verir bir sözlə xalq və hər bir vətəndaş ayrılıqda cinayət törədir,istənilən vaxt həbs oluna bilər.Bu stalinizmidir. Fərq ondadır ki,orada rüşvət almaq olmazdı amma hamını xalq düşməni adlandırmaq olardı.Bizdə ağıllı deyəndə müsbət emosiya yaranır.Bu hər kəsin bacarmadığı, yolverilməz metodlardan insanlığa qarşı istifadə etmək bacarığı adlandırılsa daha düzgün olardı. İlham Əliyev seçkiləri saxtalaşdırmaqla 2003-cü ildə prezident seçilməsinə baxmayaraq, postu tutandan sonra reformalar etmək şansına malik idi.Onun üçün o atasından qalma nazirlərin ,ümumiyyətlə yüksək ranqlı çinovniklərin hamısından 1 il müddətində xilas olmalı,təyin olan kimi özünün korrupsiya və rüşvətdə iştirakına xitam verməli idi.Bu işi görmək ondan mətinlik,gündə ən azı 16 saatlıq ağır iş,kifayət qədər çətin vəziyyətlərdən çıxmağı bacaran dərin idarəçilik ağlı tələb edirdi.Bu keyfiyyətlərin heç birinin onda olmaması bir tərəfə,daxilində reformalar etmək tələbatı da yoxdur.Ona görə hər şeyi başdı-başına buraxıb, ancaq öz pulunu yığmağa üstünlük verdi.İndi ictimai-siyasi vəziyyət ştopurdadır, Əliyevgil o vəziyyətdən çıxmağa cəhd etməyəcəklər.Cəhd etsələr göydə partlayacaqlar.Ona görə üstünlüyü yerə dəyib dağılmağa verirlər,ümid edillər ki, bu proses qat-qat uzun çəkər.

      • Salam Rəsul müəllim! Əvvala mən Sizin Almaniyadakı işlərinizi bəyənir və alqışlayıram!
        Həqiqətən də mən inanıram ki,gördüyünüz işlərin böyük faydası olacaq.Çünki,Amerikadan və Avropadan 2-3 günlüyünə Azərbaycana gələn hər bir nümayəndənin qısa vaxt ərzində görüşləri İQTİDARLA,İQTİDAR YÖNLÜ MÜXALİFƏT PARTİYALARI ilə və yaxud da deyək ki,MÜXALİFƏT PARTİYALARI ilə olur. 2-ci və 3-cü tərəflərin fərqli çıxışları da həmin nümayəndələrdə təbii ki, çaşqınlıq yaradır. Amma Sizin orada ümumiliklə görüşləriniz və xalqın “acınacaqlı durumu”, “Tiranlıgın hökm sürdüyü” haqqındakı analizləriniz təbii ki,məsələnin əsil mahiyyəti onlar üçün tam asan başa düşülür.
        İkinci isə, 1995-ci ilin mart hadisələri haqqındakı söhbətiniz mənə həmin keçmişi bir daha təkrar xatırlatdı.Çünki həmin vaxt çox gərgin bir an idi və H.Əliyevin qəbulunda oturub narahatçılıq keçirən 15-16 adamın biri də mən idim.Rus demişkən “mejduproçim” bizim aramızda indiki prezidentimiz də var idi və ən böyük qorxu,həyacanı o özü keçirirdi və siqareti siqaretin kötüyünə yandırırdı.Əfsuslar olsun ki,həmin anlar yaddan çıxıb.
        Həmin dövrdə kimin haqlı,kimin haqsız oldugu haqda mən danışmaq istəmirəm.Qısa bir zamanda tarix özü bu və digər məsələləri araşdıracaq və bu biçarə xalq hər şeydən agah olacaq.
        Amma onu deyə bilərəm ki,H.Əliyev bu həngamənin çox böyük müxtəlif yönlü siyasətlə və taktika ilə öhdəsindən gələ bildi.Mənə elə gəlir ki,məhz xalqın bu acınacaqlı günə düşməsi də elə o dövrdən başladı.Müəyyən səvdələşmələrlə və bizim vasitəmizlə (biz inanırdıq) Hakimiyyətə gələn H.Əliyev o gündən “özünə yaxın”qürurlu,əqidəsi düz,cəsarətli,düşüncəyə, idraka qabillik, mərd insanları bir-bir müxtəlif yollarla özündən uzaqlaşdırmagı bacardı.Ətrafında isə yaltaq,öz məqsədi naminə xalqını düşünməyən kölələri cəmləşdirə bildi.Bununla da xalqın qara günləri göyərməyə başladı.
        Müəyyən taktika və qəddarlıqla tuthatut,ölümlər insanlarda qorxu,yaltaqlıq əlamətlərini yaratdı.
        Və xalqı aciz,kölə,qorxaq halda yaşatmaq üçün yaxşıca (sıgalla vur )variantlarla tədbirlər görüldü. Məsələn, bunlardan biri də idmançı uşaqlar yetişdirmək və onlardan gələcəkdə istifadə etmək.Ona görə də hər bir idman növündə olimpiada və ya federasiya sədrləri də elə özləridi.Əslində isə bu sədrlərin idman haqqında heç təsəvvürləridə yoxdur.Polisin içərisində mülkü formada müxalifəti şil-küt edən çox güman ki,həmin idmançılardan idi.Biz isə fikirləşirik ki,uşaqlarımız saglam ruhda böyüyür və yaxud tikilən parklar,xiyabanlar,otellər və nələr nələr xalqın rifahı üçündür.Daha qanabilmədik ki,bunlar əsasən “QARAPULLARIN”
        yuylması,QAZANC MƏNBƏYİ üçündür.
        Başsız,Lidersiz qalan xalqda qorxaqlıq,yaltaqlıq hissləri təbii ki,bu cür neqativ hallardan irəli gəlir. Bəs necə olurduki, “20 yanvar”faciəsində “böyük rus killerlərinin,ordusunun qarşısında partizan dəstələri ilə ölümün gözünə dik baxan xalq indi belə “məzlum quzuya” dönüb?
        Məncə xalqımızın müəyyən səbəblərdən müxalifətimizə də inanmaması ona əsas vermir ki,biz onlardan üz döndərək.Çünki döyülə-döyülə,tutula-tutula səslərini çıxarıblarsa,deməli bu özüdə müəyyən mənada hərakatdır.
        Eyni zamanda mən düşünürəm ki,xalqın əsil faciəli günləri isə H.Əliyevdən sonrakı dövrü əhatə edir.Çünki, ətrafda olan, yuxarıda adlarını çəkdiyim bu “insanlar” H.Əliyevin qorxu hofundan sonra sanki,rahatlıq və fürsət tapdılar.Və “yaranmış boşluqdan” ustalıqla özlərinin “peşələrindən” məharətlə istifadə edərək qısa bir müddətdə “OLİQARXLARA” döndülər,eyni zamanda qruplara bölündülər,bununla da mənəmlik ideyaları yarandı və kim necə istəyirsə iş prinsipi yarandı.Əsas məqsəd isə “Talançılıq” ideyası oldu.Bu ideyalar o qədər quduzlaşdı ki,
        Hətta xalqın “yavan çəriyini” də əlindən qoparılmasına gətirif çıxardı.
        Rəsul müəllim,regionundan asılı olmayaraq,xalqın əksəriyyəti Sizi özünə LİDER seçməyi düşünür və Respublikamızın bu bəlalardan qurtarılmasını Sizdə görür.Lakin xalqın qanına hopmuş bu qorxu xofu o qədər kəskindirki,hətta inana bilmirlər ki,bu QARA ZƏNCİRLƏRİ qırmaq olar!
        Bəli hamı bilir ki,xalqda bu qorxu xofunu içindən çıxarmaq,yerinə isə cəsarət,qürur hisslərini doldurmaq,ruf yüksəkliyi lazımdır. Amma necə? Çox yəqin ki,bunun əsası xalqın LİDERİNDƏN,onun apardıgı siyasi hərakatlardan,beynalxalq əlaqələrindən asılıdır!
        Çox böyük şücaətlə prinsipial fəaliyyətə başlamısınız! ALLAH KÖMƏYİMİZ OLSUN!

  14. Желаю Вам больших успехов, Расул-муаллим.

  15. Salam, Rəsul müəllim!
    Yenə də Ağaisadır.
    Yazirsınız ki, “Müəyyən bir mərhələdən sonra mən hansı təşkilatları hansı səbəbdən müxalifət hesab etmirəmi elan edəcəyəm.”
    Sizi öyrətmək fikrindən çox uzağam (tövbə), amma mənim inancıma görə bunu “müəyyən bir mərhələdən sonra” yox, bütn mərhələlərdən əvvəl elan etmək lazimdır ki, çaşqınlığa yer qalmasın. Onda Abdi kimi adamlar bu xalqın, guya, “qorxaq” olduğunu xalqa yedizdirməyə cürət etməzlər. Xalq qorxaq deyil, çaşqındır. Qorxaq olsaydı 90-cı ildə tankin qabağina çıxmazdı.
    Sağ olun!

    • Mən xalqın qorxaq olduğunu iddia etmək fikrində deyiləm.Ruzveltin çox önəmli bir kəlamı var ”biz ilk növbədə qorxaqlıqımızdan qorxmalıyıq”. Qorxaqlıq hissi bütün insanlara xas olan normal vəziyyətdir. Amerikalıların ikinci dünya müharibəsindən çəkdiyi filmilərin birində ilk dəfə müharibə zonasına düşmüş 18 yaşlı əskər başını səngərdən qaldıra bilmir,qorxusundan ağlayır. Buna görə utandığından özünü öldürmək istəyir.Serjant ona deyir ki, sən elə bilirsən mən qorxmuram biz hamımız qorxuruq,ancaq biz çalışırıq bunu biruzə verməyək və qorxunu yaddan çıxarmaq üçün düşmənin üzərinə yeriyirik. O açıqlamağın hələ çatmayıb,mübariz olmaq üçün əvvəl gərək sıralar təmizlənsin.Komanda nə qədər azsaylı, ancaq monolit fikirli adamlardan olsa, bir o qədər gözlənilən nəticə olacaq.Vəzifə barədə yox, ancaq xalqın gələcəyini düşünənlərin komandasını yaratmaq lazımdır.

  16. Mence bizde ele Qezzafi varianti olacaq son ana qeder ypishacaqlar kreslodan milletde qirilirsa qirilsin hech veclerine de olmayacaq. Maraqlisi orasidir ki SSRi kimi idialogiyadan sonra bir gunun ichinde millet butun leninin heykellerini sokduse seddamin heykelleri bir gunde uchdusa her rayonda her parkda her tinde bir heykel ucaldirlar beyem bilmirlerki axri nece olacaq? Yixib bashi ile fudbol oynayacaqlar en ashaqisi.

Geri izləmələr/Geri bildirişlər

  1. iTheme2 Üst Menü Temasını Açma Resimli Anlatım | lafagel - Yanvar 22, 2012

    […] Rəsul Quliyevdən İlham Əliyevə şok çağırış! (rasulguliyev.wordpress.com) […]

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: