Azərbaycan Barıt Çəlləyinə Çevrilib

“Ərəb inqilabları” Azərbaycanda: oxşarlıqlar və fərqliliklər (II məqalə)

«Analoqsuz inkişaf»ı xalq hiss etmir!

…1984-cü ildən bu günə qədər adambaşına düşən gəlir Tunisdə 10 dəfə artıb, kasıbçılıq həddindən aşağı yaşayan əhalinin sayı isə 14 faizdən 3 faizə düşüb… Azərbaycanda isə adambaşına düşən gəlir dəyişməyib, kasıbçılıq həddindən aşağı səviyyədə yaşayan əhalinin sayı isə 45 faizdən də yuxarını ötüb. Hakimiyyət təmsilçiləri 2006-cı ildən Azərbaycanın dəhşətli dərəcədə – “analoqu olmayan sürətlə” inkişaf etdiyini, hətta birinci yeri tutduğunu bar-bar bağırsalar da, bu haray-həşirin bir qara qəpik də qiyməti yoxdur! Çünki xalq hökumət təmsilçilərinin söylədiklərini öz həyatında hiss etmir, xalqın həyatında yaxşılığa doğru heç nə dəyişməyib və dəyişə də bilməz!
Diqqət yetirin: Tunisdə adambaşına  ildə 9.100 dollarlıq məhsul istehsal edilir. Bunun 32 faizi sənaye, 30 faizi kənd təsərrüfatı məhsullarının, yerdə qalanı isə xidmət sektorunun və turizmin payına düşür. Azərbaycanda isə bu rəqəm 10 min dollar səviyyəsindədir. Ancaq bu 10 min dolların 6.600-ü neft məhsullarının payına düşür. Yəni, Azərbaycanda faktiki, 20 il bundan öncə olduğu kimi,  adambaşına 3.400 dollarlıq məhsul istehsal edilir – Tunisdən düz 3 dəfə az!
Ümumiyyətlə, adambaşına istehsalda asan və ucuz qiymətə çıxarılan təbii materiallar, neft və qaz bir çox ölkələrdə heç bu göstərciyə daxil edilmir. Bir ölkəyə Allahın bəxş etdiyi təbii sərvətləri də kiminsə “xidməti” saymaq ancaq totalitar rejimlərə xas xüsusiyyətdir və rejimin çöküşüylə o “xidmət” də yoxa çıxır.
Ben Əli rejimi ilə Azərbaycan rejimi arasındakı daha bir oxşarlıq hər iksinin Islam fundamentalizminə münasibətdə istifadə etdikləri tryuklardır. Ben Əli də “Islam fundamentalizmi” ilə mübarizə apardığını, qonşu ölkələrə Tunisə islam ekstremizminin transferinə imkan vermədiyini özünün müstəsna xidmətlərindən biri olaraq Qərbdəki dairələrin gözünə soxmağa cəhd edir, dini və solçu partiyaların seçkilərdə iştirakına qadağa qoymasını qəhrəmanlıq kimi qələmə verirdi. Ölkə partlayanda isə Ben Əli bir həftə camaatın nə istədiyini anlaya bilmirdi, hər yerdə təəccüblə “bunlar nə istəyir, Tunis regionda həyat səviyyəsi ən yuxarı və ən liberal ölkədir, işsizlik demək olar ki, hamıdakından azdır” deyirdi.

Ben Əlinin axırına arvad qohumları çıxdı!

Doğrudan da, Əlcəzair, Liviya və başqa ölkələrlə müqayisədə, Tunisdə inqilab olmamalıydı. Ben Əli tunislilərin onun arvadına münasibətdə bu qədər neqativ olmasını heç cürə anlaya bilmirdi və heç sonadək də anlamadı. Hadisələrin yenicə başladığı vaxt xarici jurnalistlərdən birinə müsahibəsində Ben Əli deyirdi: “Mənim arvadım filantropdur, fondları ilə əlillərə, işsizlərə kömək edir, indiyə qədər “Ilin qadını” mükafatına layiq görülüb, başqa ölkələrin ordenləri ilə təltif olunub, dünyanın ən güclü 50 qadını siyahısına düşüb” və s. Jurnalist ona deyəndə ki, cənab prezident, tunislilər “Trabelsi” familyasını eşidəndə (Trabelsi onun arvadı Leylanın qızlıq familyasıdır-R.Q.) kimisə öldürmək istəyirlər, Tunisin prezidenti söyləyirdi: “Axı, onun familiyası Ben Əlidir…!”. Jurnalist də başını bulayıb gülümsəməklə, müsahibəsini yekunlaşdırmışdı.
Məgər Tunisdə gedən proseslərin indi daha ifrat şəkildə Azərbaycanda baş verdiyini görmürükmü?! Hələ Leyla Əli fondlarını ərəb ölkələrindən topladığı pulların hesabına yaratmışdı və həqiqətən, o regonun əlsiz-ayaqsızlarına, kimsəzilərinə kömək edirdi. Bizimkilərin isə xalqın pulunu iqtisadı gücü 30 Azərbaycan kimi ölkədən güclü olan Fransada xeyriyyəçiliyə sərf etməsi, sadəcə, gülünc və absurddur! Heç kəs də hesab sormur ki, axı, dilənçi həyatından da rəzil vəziyyətdə yaşayan, 1 miliyon qaçqını olan ölkənin xalqa məxsus pulu niyə naməlum məqsədlərə xərclənir?! Məqsəd Fransa ordeninə sahib olmaq idimi? Diqqət yetiridinzsə, Sarkozi Gürcüstan və Ermənistan prezidentlərinə ordeni təqdim edəndə bunun “iki ölkə arasında əlaqələrin inkişafına görə” olduğunu , Bakıda isə “Fransada xeyirxahlığa pul xərcləndiyinə görə” dedi. Görünür, 1 miliyon qaçqının bir neçə aylıq doyunca yemək pulunu Parisdə hansısa heykəlin və ya sənət əsərinin bərpasına  sərf etmək üçün də xüsusi “talant” olmalıdır!
Tunisdə Baş nazir və nazirlər qismən müstəqil siyasət apara bilirdilər, heç Ben Əli və arvadı Leylanın qohumları da onların işlərinə çox qarışmırdılar. Ancaq Azərbaycanda hansısa nazirin ağzı nədir ki, klandan icazəsiz hansısa müstəqil addım atsın. Bir ölkədə ki, cangüdən qohumçuluq əlaqələrinə görə istənilən naziri cəzalandıra bilir, istədiyi adamın mülkiyyətini, biznesini əlindən alır, o ölkədə uzunmüddətli sabitliyin olacağına inananların “parlaq ağılları”na adamın lap paxıllığı tutur.

Barıt ambarına çevrilən ölkədə fitil haçan çəkiləcək?

Şübhəsiz ki, Azərbaycanı, Yəmən istisna olmaqla, istənilən ərəb ölkəsiylə müqayisə etsək, xalqımızın indiyədək ayağa qalxmaması möcüzə kimi qarşılanır. Inana bilmirsən ki, bu xalq 22 il bundan öncəkidir! Qarabağın “Topxana” meşəsində qırılan 3 ağaca görə, 1 milyon adam küçələrə töküldüsə, indi həmin xalq Şuşada tikilən hotelləri, turist mərkəzlərini, salınan küçələri biganəliklə seyr edir. Anlamırlar da ki, ermənilərin heç vaxt Şuşanı tərk etmək niyyətləri yoxdur! Üçaydanbir təkrarlanan “torpaqlarımızı silah gücü ilə azad edəcəyik” ritorikalarını ələ salıb lətifələr qoşan ermənilər, Azərbaycanın adi təxribat təşkil etmək iqtidarında da olmadığını deyir, bizim acığımıza ekranlarda Şuşanın yenidən tikilmiş küçələrini, bərbəzəkli hotellərini göstərirlər. Halbuki, ermənilərin bu səviyyəli təhqiramiz hərəkətlərinə qarşı xalq bütün respublika üzrə küçələrə çıxmağa təhrik edilməli, özü də bu işi hakimiyyət görməlidir. Hakimiyyət çoxmilyonluq mitinqlərlə xarici ölkələri ermənilərin işğalçı davranışlarının qan tökülməsinə gətirib çıxaracağına inandırmalı, televiziyalar gecə-gündüz ermənilərin Azərbaycanı müharibəyə sürüklədiyini, Azərbaycanın qədim Şuşa şəhərinin mənimsənilməsinə xalqın dözməyəcəyini təbliğ etməlidir. Cəmiyyətə o fikir aşılanmalıdır ki, Yerusəlim fələstinlilər üçün hansı əhəmiyyəti kəsb edirsə, Şuşa da azərbaycanlılar üçün o dəyərdədir.
Bəs bizim hakimiyyət nə edir? O heç 10 min nəfərlik mitinq keçirməyə belə, cürət etmir. Qorxur ki, mitinq ermənilərin yox, hakimiyyətin öz əleyhinə çevriləcək. Öz xalqından bu səviyyədə qorxan hakimiyyət isə heç vaxt torpaq azad edə bilməz!
Əlbəttə, millətin hələ də apatiya vəziyyətində olması mövcud rejimin liderlərini bir az da arxayınlaşdırır, onların xalqdan qorxmaq hissini öldürür. Düşünürlər ki, professordan 2 dəfə artıq maaş verdikləri sadə polis rəhbərliyin komandası ilə millətin qanını içəcək, onlar da öz yerlərində rahatca əyləşib hələ illərlə öz talançılıqlarını davam etdirəcəklər! Elə Ben Əli də bu cür fikirləşirdi, ancaq hadisələr başlayandan 10 gün sonra polisin bir hissəsi, 15 gündən sonra isə hamısı xalqın tərəfinə keçdi, Ben Əlisə əlavə bir gün də ölkəsində qala bilmədi!
Azərbaycanda da eyni proseslər hər an başlaya bilər. Bir də görəcəklər ki, tələbələrin çox hörmət etdiyi hansısa professorun işdən çıxarılmasından, polisin günahsız yerə kimisə tutmasından və ya öldürməsindən, hər gün Bakı küçələrində tıxaca düşüb bir-birini, sonda da hakimiyyəti söyən sürücü və sərnişinlərin əsəb gərginliyindən, bir həkimin xəstəni yanlış müalicə etməsindən və ya pulu olmayanı müalicə etmək istəməməsindən, müəllimin hansısa valideyndən “süpürgəpulu” tələb etməsindən və sairə yüzlərlə başqa bu kimi səbəbdən inqilab başladı! Hakimiyyət ha ört-basdır etmək, gizlətmək istəsə də, indi Azərbaycan barıt anbarına çevrilib – fitil hansı təsadüfdən yanacaq, bax, bunu heç kim bilmir!

P.S. Məqalələrimi “Rəsul Quliyev radikallaşır” kimi təqdim edənlərə bildirmək istəyirəm ki, əslində bu yazılarla mən ölkəni radikallığa aparan, qan tökülməsinə, hərc-mərcliyə  yol açan siyasətin qarşısını almağa təsir göstərmək niyyətiylə yazıram. Növbəti yazıda isə Azərbaycanı Liviya ilə müqayisə edəcək, neftdən gələn pulların kimlərə və necə bölüşdürüldüyü, hansı məqsədlərə xərcləndiyi barədə analiz verməyə çalışacağam.

http://azadliq.info/index.php?option=com_content&view=article&id=10423:azrbaycan-bart-cllyin-cevrilib&catid=293:syas&Itemid=457

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

14 Cavab to “Azərbaycan Barıt Çəlləyinə Çevrilib”

  1. Azərbaycan Barıt Çəlləyinə Çevrilib,_ Yer uzerinde her shey ALLAH/in emrile edilmirmi?_ Eger ALLAH isterse, nasib ederse, Azerbaycan, tezlikle bir gulustana_ cennete chevriler_INSHALLAH

  2. resul bey axi siz niye 2005 de baki gelmediz?

    • Mənim Bakıya gələ bilməməyimin bir çox səbəbləri vardır.Ən əsası hökümətin məni gətirən təyyarəni Bakıya buraxmaması və Simferopolda rüşvətlə 3 gün saxlatdırmağa nail olması oldu.Ancaq söz verirəm ki,imkan olan kimi bu məsələni daha dərindən işıqlandıracağam.

  3. Salam prezident İlham Əliyev cənabları.Mən sizə vergilər nazirl Fazil Əsəd oglu Məmmədovun iki ayagından şikəst üç körpə qızı yoldaşı və himayəsində 1-ci qrup əlil bacısı olan Qarabag əlilinə qarşı iyrənc əxlaqsiz eybəcər insanlıga sigmayan əmələrindən prezidentə xəbərdarlıq məktubu.Cənab ptezident keçən məktubumda mən sizə vergilər naziri Fazil Məmmədovun mənə 500-yüz manat rüşvət təklif etməsindən yazmışdım.Birnəfər şəxs mənə dediki vergilər nazirliyi əməkdaşlarından biri mənə söhbət elədiki sənə pul təklif olunub o şəxs dediki vergilər nazirliyinin əməkdaşı mənə dediki nazirlik 500-yüz manatı səni ilişdirmək üçün verirmişlər səndə götürməmisən cənab prezident Allaha and olsun deyilən və olan sözü yazıram.Bu işi quranı o bir Allaha tapşırmışam ami amin amin.Bu gün 15-noyabır 2011-tarıxdə yenidən bir nəfər şəxs gəldi mənə dediki bəs Fazil Məmmədov sənə indi 1000-manat pul verir gəl sən bu 1000 manat pulu götür və yazma bu bina tikilsin mən dedim bunlar 500 yüz manatı məni ilşdirmək üçün verirmişlər kəsəsi Fazil Məmmədov əgər 1000 manat pulu götürməsə deyib ona elə iş quraşdırarıq ki əsbləsdirərik söyüş söyəndə səsini yazdırarıq ona cinayət işi açarıq yaxud yalandan şərləyib məhkəmiyə verərik onu həps edərik cənab prezident F.Məəmmədov məni məhkəməylə hədələyir
    Allaha and olsun.O şəxs gedən kimi mən dərhal MTN-ni rəisi Raquf müəllimə zən etdim və bu olanların hamısını danışdım.Mənim yanıma gələn şəxsdən soruşdum ki səni mənim yanlma göndərənin telefon nömürəsini mənə ver dedi verə bilmərəm mən dedim yaxşı o adamın adını mənə de dedi adını sabah deyəcəm lakin sabah o adamın adını mənə demədi bununda səbəbi odurki keçən dəfə vergilər nazirliyinin işçisi mənə 500 yüz manat rüşvət pul təklif edən Vasif müəllimin adını mobil nömürəsini məktubda sizə yazmışdım elə bu səbəbdəndə şəxsən özləri gəlməyiblər.F.Məmmədovun ikinci dəfə mənə rüşvət təklif etməsi və mən rüşvəti götürmədikdə məhkəməylə məni hədələməsi səbəbidə odurki Fazilin mənə 500 yüz manat rüşvət verməsini siz prezidentə yazdım baxmadınız Sizin bu hərəkətiniz Fazil kimi rüşvətxuru iyrən əməllər etməyə zövq edir və Qarabag əlilini hədələməsinə təkan verir Allaha and olsun.Fazil görürkü prezident Qarabag əlilinin şikayətinə baxmır.Mən Fazil Məmmədovu Allaha tapşırmışam cənab prezident.
    Mən bu vəzyətimi Fazilin balasına arzulayıram cənab prezident.Allah Fazil Məmmədova elə bir dərd versinki diri gözü ölü cəmdəyinə baxsın.16-11-2011-tarixdə prezidentə.

  4. salam Rəsul müəllim siz dediyiniz günə çox-çox az qalıb bu xalqı elə manqutlaşdırıblarki heçkim bura ilhamın qorxusundan rəyin yaza bilməz.Əgər Qarabagımızı sevən varsa rəyin yazsın.
    Rəsul müəllim mənim telefonum 050-3183886.

  5. Salam, Rəsul müəllim!
    Azərbaycanın müstəqilliyində Sizin də özünəməxsus yeriniz və fəaliyyətiniz danılmaz bir faktdır.
    Yazırsınız ki, “Qazzafi “Yaşıl kitab” adlı 3 hissəli “Üçüncü dünya nəzəriyyəsi”nin müəllifidir. Bu kitabında o, Karl Marksın və Adam Smitin nəzəriyyələrini rədd edərək seçkiləri, parlament idarəçiliyini, referendum yolu ilə konstitusiyaların dəyişdirilməsini “diktaturanın başqa forması” adlandırıb”.
    Siz də “parlament idarəçiliyi”ni diktatura hesab edirsinizmi? Bəs idarəçiliyin hansı üsulu daha demokratik adlandırıla bilər?

    • Yox Ağaisa. Mən qəti şəkildə Kaddafinin nəzəriyəsi ilə razı deyiləm.Mən parlament üsulunun inkişaf edib açıq cəmiyyətə keçməsini təbliğ edən şəxsəm.İdarəçiliyin maksimum aşağılara ötrülməsi,yerli yəni rayon parlamentlərinin rolunun artırılmasını daha məqsədə uyğun hesab edirəm.

  6. Salamlar Hörmetli Resul Müellim.
    Her kese Melumdur ki sizlerin Azerbaycanda xüsusi xidmetleriniz olmuschdur ve bu xidmetleri danmak mümkün deyil Vaxti ile Azerbaycanin müxtelif siyasi teschkilatlari ve bunlarin Metbuat organlari sizin Azerbaycanda gösterdiyiniz xidmetleri davamli ischiglandirir ve sizin hagginizda cox gözel ictimai rey yaratmag ücün canla baschla calischirdilar Tessüfler olsun ki Ister kecmisch ADP den olan, isterse ,,Müxalifet”den olan ve vaxtiyle sizin etrafinizda olan insanlar son zamanlar cox canfeschanlikla sizin elehinize cixischlar edir ve sizin Azerbaycandaki imicinizi azaltmak yolunda calischirlar. Umid edirem ki kimleri nezerde tutdugumu bilirsiniz bu barede bir scherhe ehtiyacimiz vardir. Ve bir sualimda budur ki Xarischde yaschayan Azerbaycanin Geleceyini yaxschilaschmasini isteyen güvvelerli birleschdirmek ücün bir Tedbiriniz ve ya Planiniz vardirmi?
    Hörmetle Elcin Ceferov

    • Ərəb ölkələrində olduğu və ümumiyyətlə bütün totalitar rejimlərdəki kimi Azərbaycanda da aktiv,qaragruhdan çox,praqmatik olan adamları xaricə getməyə məcbur etmək hökümətin 1996-cı ildən apardığı siyasətin tərkib hissəsidir.Ancaq həmin siyasətdə rejimin məhvində aparıcı rol oynayan faktorlardan birinə çevrilir. Xüsusi ilə sivil mühitdə böyüyən təhsil alan gənclər Azərbaycanda höküm sürən hökümətin xalqa münasibətilə yaşadıqları ölkəni müqayisə edəndə dəhşətə gəlirlər.Bu xaricə getməyə məcbur olanların kifayət qədər qohum əqrabası dost tanışı ölkədə qaldığından onlar aralarındakı söhbətlərində istər istəməz etiraz sinfi formalşdırırlar.İnformasiya inqilabının imkanlarını nəzərə alsaq və onların canlı efirdə istənilən vaxt görüşə bilməsi dədləşməsi faktorı böyük rol oynayır.Artıq yaranmış azərbaycanlıların qərb şərq əlaqələrini formalaşdırıb ona bir dinamiklik verməyin vaxtı çatıb.Mənin görəcəyim işlərdən biri də qərb şərq əlaqələrini, insanların hüquqlarını əlindən almış korrupsiya rüşvət rejiminə qarşı yönəltmək dinc yolla dəyişiklərə nail olmaqdır. Anlamasalar Tunis Misir varintlarından və yaxud 2004-2005-ci illər Ukraina və Gürcüstan variantlarını tətbiq etməklə zorla onları istefaya göndərməkdir.Detalları müzakirə olunacaqdır.

  7. TV yaratmaq indiki texnologiyalar seviyyesinde chox da chetin bir ish deyil.Xalqin aparici intelkt quvvelerinin bu ishle meshqul olmamasi teesuf doqurur. maliyye meselesi de ele bilirem problem deyil. Chox sayda insanlar var ki, bu ish ucun bacardiqi qeder iane ayira biler.

  8. :)) guman edirem ki, bloqda konkret tekliflerle yaradilan TV ancaq shou proqramlar efirleye biler.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: