Rəsul Quliyev Əliyevləri Bin Əli rejiminə oxşatdı

 

 

 

 

 

 

“Ərəb inqilabları” Azərbaycanda: oxşarlıqlar və fərqliliklər…

II məqalə: Tunis və Azərbaycan

Bir gənclə başlanan inqilab…

Totalitar rejimli ölkələrdə inqilablar qəfildən, xüsusilə hökumətin gözləmədiyi, hələ bir az da arxayınlaşdığı anlarda baş verir. “Ərəb inqilabları”nın başlamasında qığılcım rolunu oynayan Tunis, tək ərəb dünyasında yox, bütün Afrikada üsyanla hakimiyyət dəyişikliyinin ən az gözlənildiyi ölkə sayılırdı. Ancaq 17 dekabr 2010-cu ildə 26 yaşlı Məhəmməd Buəzizinin şəhərin inzibatı binasının qarşısında özünü yandırmasıyla başlanan etirazlar tez bir zamanda inkişaf edərək kütləvi yanğınlara və ardınca da ümumxalq inqilabına çevrildi.
Ehtimal ki, bu gün Azərbaycanda çoxları Tunis inqilabının hansı səbəblərdən, necə baş verdiyini təfsilatıyla bilmir. Məlumat üçün bildirim ki, özünü yandıran tunisli Məhəmməd iş tapa bilmədiyindən, bazarda lisenziyasız ticarət “toçka”sı açıb xırda alver etmək istəyən adi gənc idi. Ondan rüşvət istəyən polisin “haqqını” verə bilməməsi, polisin də bu gəncin yeganə qazanc yerini bağlaması ümidsiz və çarəsiz Məhəmmədin özünü yandırmasıyla nəticələndi. Tunisin Məhəmməd vəziyyətində olan 15 faiz əhalisinin etiraz mitinqi isə cəmi 27 gün içərisindəcə Bin Əlinin avtoritar rejiminin iflasıyla yekunlaşdı…
Bizim Azərbaycanda isə Məhəmməd vəziyyətində olanların sayı əhalinin 55 faizini də ötüb. Bunu mən beynəlxalq təşkilatların hesabatlarındakı xüsusi əmsalları hesablamaqla bilirəmsə, yəqin, ölkənin real həyatının ağırlığını çiyinlərində daşıyan sadə camaatımız vəziyyəti məndən qat-qat yaxşı bilir.
Tunisin ilk prezidenti Burqiba 1986-cı ildə Bin Əlini əvvəl nazir, sonra hökumət partiyası olan Sosialist Düstur Partiyasının (Azərbaycandakı YAP-ın prototipi) baş katibinin müavini, oktyabr ayında isə Baş nazir vəzifəsinə təyin etmişdi. Tunis Konstitusiyasına görə, Prezident olmayanda Baş nazir onu əvəz etməlidir. Elə Konstitusiyanın bu müddəası da Bin Əliyə imkan verdi ki, 7 noyabrda tibbi ekspertlərin rəyi əsasında, guya “ağlını itirən” prezidenti vəzifəsindən kənarlaşdırsın və özünü prezident elan etsin…

Artur Rəsizadənin istefasına niyə imkan verilmir?

Azərbaycanda da 2002-ci ilin avqust “referendumu” ilə Konstitusiya dəyişdirilərək, prezident səlahiyyətlərini yerinə yetirə bilmədikdə bu funksiyanın Baş nazirə ötürülməsi “qanuniləşdirildi”. Bir il sonra – 2003-cü ilin avqustunda isə məşhur “xəstələnmə-ötürmə-yenidən sağalma” əməliyyatı keçirildi. Elə Artur Rəsizadənin bu “xəstəliyi”nin təsiri altına düşən mətbuat da, 2004-cü ildən onun bu gün-sabah istefaya gedəcəyini, yerinə isə gah Fərhad Əliyevin, gah Əli Insanovun, gah Ramiz Mehdiyevin, daha çox da Kəmaləddin Heydərovun gətiriləcəyini yazmağa başladı və eyni tendensiya indi də davam edir.
Tale belə gətirib ki, indi hakimiyyətdə olanların əksəriyyətini yaxından tanıyıram, çoxunun hansısa problemlərinin həllinə kömək etmişəm, bəziləriylə isti münasibətlərim olub – xüsusilə Vəzirov, Mütəllibov və Xalq Cəbhəsi hakimiyyəti dövründə hökumətin nahaqdan qəzəbinə tuş gəlmişlərlə. Baxmayaraq ki, Vəzirov və Mütəllibov dövründə bu insanlarla təmas mənim üçün təhlükə vəd edirdi, ancaq yenə də onlarla münasibətdə məsafə saxlamırdım. Yəni demək istədiyim odur ki, çoxlarını yaxşı tanıdığımdan, hər dəfə bu “baş nazir dəyişəcək” mövzusu müzakirə olunanda, istəmişəm açıqca yazam: birdəfəlik bilin, Artur Rəsizadə istəsə də, onun istefaya getməsinə imkan verilməz! Çünki Azərbaycanda istənilən vaxt “Bin Əli variantı” yarana bilər! Məsələn, bir anlığa təsəvvür edin ki, Prezident Heydər Əliyevin 2003-cü ilin avqustunda oğlu Ilham Əliyevi Baş nazir təyin etməsi barədə “imzaladığı” şübhəli fərman Artur Rəsizadə tərəfindən qəbul edilməzdi (yeri gəlmişkən, bu fərmanın əsli heç vaxt tapılmayacaq, surətini isə ekspertizadan keçirmək mümkün deyil – R.Q.). Nə baş verərdi?!. Yaxud, ilin 365 günündən  azı 100-nü xaricdəki istirahət zonalarında keçirən Prezident (bunun dəqiq olduğunu sübut etmək çox asandır – R.Q.) cüzi bir ambisiyası olan adamı Baş nazir qoymaqla keçmişini, bugününü və gələcəyini təhlükə altına qoyarmı?! Odur ki, fövqəladə bir hal baş verməsə, Rəsizadə hələ də yerində qalacaq, yerinə kiminsə gətirilməsi zərurəti yaranacaqsa, bu adam əvvəlkindən də müti, heç bir ideya və ya arzusu olmayan, zombi tipli başqa birisi olacaq. Hətta əmin olsam ki, bu hakimiyyət xalqın günbəgün artan nifrətinin qarşısında duruş gətirə biləcək, onların “baş nazir” standartlarına cavab verən bir neçəsinin adını da çəkə bilərəm…
Qayıdaq Tunisdə Azərbaycana tanış olan daha bir neçə oxşarlığa:

Necə də Azərbaycana oxşayır Tunis?!.

Tunisdə 2002-ci ildə ümumxalq “referendumu” ilə prezidentə üçüncü dəfədən artıq seçkilərə qatılmağı qadağan edən maddə götürülür – Azərbaycandakı 2009-cu il 17 mart “referendumu” sayaq. 2009-cu ildə Tunisdə keçirilmiş axırıncı prezident seçkilərində isə Bin Əli diktatorlar üçün “ənənəvi” olan 90 faizlə “qalib gəlib”, 5-ci dəfə təkrarən prezident elan olunur.
Bin Əlinin bu 5 dəfəlik prezidentliyi dövründə Tunisdə korrupsiya və rüşvət ilbəil artan templə gedir, özünün və arvadı Leylanın çoxsaylı qohum-əqrabası isə biznes sahələrinin əksəriyyətinin ya sahibinə, ya da payçısına çevrilirlər. Insan Haqları Fonduna rəhbərlik edən Leyla xəstələrə əl tutur, xərçəng xəstəliyindən müalicə üçün vəsait ayırır, bir sıra ərəb ölkələriylə yanaşı, Fransa da Leyla Əlini ordenlə mükafatlandırır…
Bin Əlinin formalaşdırdığı parlamentin 85 faizi hökumət partiyasının üzvlərindən, yerdə qalan 15 faizi isə 5-6 rejimi dəstəkləyən “müxalif” partiyalardan idi. Real müxalifətin bir nümayəndəsinin belə seçkilərə buraxılmaması Tunisdə narazılığı şiddətləndirən əsas faktorlardan birinə çevrildi. Həmişə olduğu kimi, vəziyyətin ağırlaşdığını görən Sosialist Düstur Partiyası əvvəlcə Bin Əlidən özünü təcrid etməyə çalışdı, onu partiyadan qovdu. Ancaq bu rüsvayçı addım da onların bir partiya kimi dağılmasının qarşısını ala bilmədi…
Əminəm ki, tarixləri göstərməyib, personaların adlarını yazmasam, azərbaycanlılar tərəddüd etmədən, söhbətin bizim ölkədən getdiyini düşünəcəklər.

Tunislə Azərbaycan nədə fərqlənir?

Bir qədər də Tunislə Azərbaycanın fərqlilikləri barədə…
Tunis korrupsiya və rüşvət reytinqinə görə 140-cı yeri tutan Azərbaycandan xeyli geridədir – 61-ci yerdəki Italiya və 56-cı yerdəki Türkiyənin arasında – 59-cu sıradadır. Başqa sözlə, vəziyyət bizim ölkədəkindən düz 3 dəfə yaxşıdır. Düzdür, Azərbaycanda beynəlxalq təşkilatların belə reytinq siyahılarının əhəmiyyətini aşağı salmaq üçün bəzi “patriot”lar bu halı “erməni lobbisinin ölkəmizin imicini ləkələmək işi” kimi cəmiyyətə sırımaq istəyirlər. Ancaq xatırladıram ki, korrupsiyanın olmadığı ölkələr sırasında birinci onluğa məhz heç bir lobbi təşkilatı olmayan Skandinaviya ölkələri, Yeni Zellandiya, Hollandiya, Kanada və Sinqapur daxildir. Ən böyük lobbiyə malik ABŞ isə bu siyahda 22-ci yeri tutur. Digər tərəfdən, Azərbaycan hakimiyyətindən və onun dəstəkçilərindən heç soruşan yoxdur ki, necə olur, “Avrovizion” mahnı müsabiqəsində talantlı gənclərin yer tutmaları birbaşa “hakimiyyətin xidməti” kimi qiymətləndirilir, ancaq məhz hakimiyyətin apardığı siyasət nəticəsində ölkənin feodal quruluşlu rejimlərlə bir sırada durması başqalarının üzərinə yıxılır?!
Bəllidir ki, ölkənin inkişafını xarakterizə edən əsas faktorlardan daha biri əhalinin artım tempi, digəri isə orta ömür müddətinin səviyyəsidir. Tunisdə əhali 1970-2011-ci illər arasında 5 milyondan 11 milyona, Azərbaycanda isə 5.1 milyondan 9.1 milyona qalxıb – yəni, bizdə 2 milyon nəfər az olub.
Orta ömür müddəti isə Tunisdə 62 ildən 76-ya, Azərbaycanda isə 58-dən 63-ə qalxıb. Faktiki, Azərbaycanda yaşayış səviyyəsi 1970-ci il həddində qalıb. Çünki 58-dən 63-ə olan artım həyat səviyyəsinin yüksəlməsi hesabına yox, müasir təbabətə, yeni kəşf olunan dərmanlara görədir.
Tunis Ümumdünya Ticarət Təşkilatı (ÜTT) yaranandan – 1995-ci ildən, qonşularımız – Gürcüstan 2000-ci ildən, Ermənistan isə 2003-dən bu təşkilatın üzvləridir. Azərbaycan isə hələ də dünyanın ən mürtəce rejimləri sayılan Belarus, Özbəkistan və eyni tipli 25 başqa ölkə içərisində yer alıb…

http://azadliq.info/index.php?option=com_content&view=article&id=10364%3Arsul-quliyev-liyevlri-bin-li-rejimin-oxatd&catid=293%3Asyas&Itemid=457

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

13 Cavab to “Rəsul Quliyev Əliyevləri Bin Əli rejiminə oxşatdı”

  1. Chox maraqli muqayisedir. Buradaki muxalifet “lider”lerinden bele tehliller gormuruk. Ne yaxshi ki Siz varsiz. Ozunuzu qoruyun, bu millete lazimsiniz

  2. Расул бей,но народ вас ждал и верил в вас,ну почему же вы тогда не долетели до Баку?и так надолго исчезли?

    • Mənim imkanlarım Krım polisini rüşvətlə ələ alan Azərbaycan höküməti və Azərbaycanda təcrübəli qərb meyarlarına sadiq adamı rəhbərlikdə görmək istəməyən Rusiyanın inkanlarından az oldu.Azərbaycanın daxilində mənim qayıtmağım üçün xalqı ayağa qaldırmaq prosesidə kifayət qədər ardıcıllılıqla aparılmadı.Bir müddətdən sonra o hadisələri detalları ilə açıqlayacağam.İkinci hissənin namekunu da başa düşdüm.Yəni ondan sonra uzun müddət olmamağım yaddaşlardan çıxartdı məni.Yaddaş intilektin nisbilik nəzəriyyəsinə tabe olan hissəsidir. Ümidimizi onun bərpa olacağına bağlayaq.

  3. Мән јаддан чыхдыныз демәздим. Садәҹә милләтин бир сүрәлик инамы гырылды вә һәр кәс гынына чәкилиб башыны ҝирләмәјә башлады. Чүнки Сизә чох бөјүк үмид вар иди. Чох шүкүр ојаныш башлајыб вә иншаллаһ һәр шеј јерини алар. Сизә уғурлар.

  4. Bu oyanışda ümid edirəm ki,mənimdə kiçik olsada rolum var.

  5. Salam Rəsul bəy.
    Bu günkü Azərbaycan hakimiyyətində təmsil olunanların arasinda sizin Azərbaycana qayıtmanızı istəyənlər varmı ? Varsa, sizcə onlar ikibaşlı oyun oynamırlar ki ?

  6. Бу ролу данмаг инсафсызлыг олар. Бу илләрдә демократик ҹәбһәдә бир лидерсизлик синдрому јашанды

  7. Hormetli Resul Quliyev, butun inkisaf etmis dovletlerde partiya rehberleri,yeni patriotlarnan evez edilir.Bekem bizim muxalifetede lazim,alternatif addimlar her bir inceliklerden istifade etmek.,,Azerbaycan namine. Zaman kosterir ki revolusialar dovleti xalgi bir nece iller geriye salir,pis neticede ise dovletin parcalanmasina ketirib cixarir.

    • Siz hansı dövləti parçalayan ölkələrdən danışırsınız.Avropada əsas iki revalyusiya tarixdə qalıb 19-cu əsrdə Fransuz və 20-ci əsrdə Rus revalyusiyaları.Birincisi ölkəni absolyut monarxiyadan respublika tipli idarəçiliyə kecirdi,ikinci bolşevik revalyusiyası demokratik rejimi yıxıb diktatura yaratdı.Heç bir ölkənin parçalanması baş vermədi.Azərbaycanda tatolitar rejim olduğundan onun ancaq demokratikləşməyə şansı var əgər revolyusiya olsa.İndi qayıdaq bu il baş vermiş 3 revalyusiyaya, Tunisdə siz dediklərinizin heç biri baş vermədi,insan qırğınıda olmadı və ölkə artıq demokratiyanın içərisindədir.Misir 80 miliyonluq əhali üçün 5 min qurban verməklə totalirizm rejimini yıxıb bir gün qabaq demokratik parlament seçkiləri keçirməsi 21-ci əsrin ən əlamətdar hadisələrindən biridir.Liviyada revolyusiya yox müharibə baş verdi.Birincisi mən yazdıqlarımda qeyd edirəm ki,hökümət belə davam etsə gətirib revalyusiyaya çıxardacaq.Bu revolyusiyanı istəməmək deməkdir.Bu o deməkdir ki,hökümət düşün daşın və düzgün addım atki,revalyusiya olmasın. Revolyusiya baş versə ,hətta bir Azərbaycanlının qanı axsa məsuliyyət revolyusiyanı təşkil edənin yox totalitar rejim yaradan hökümətin üzərinə düşür.

  8. Biraz gec olsada bu maraqli meqaleni ingilis dilin basha dushan digar oxucularla bolushmak istayiram:

    http://www.guardian.co.uk/world/2012/feb/28/arab-first-ladies-of-oppression

  9. “amerikan texribat masini -Suriya” haqqinda nedense az yazilara rast gelirem hami xeberlere baxir Suriya haqqinda siyaset yurudur
    amerikaya serefsizlikde catan olmaz Misirden niye yazi paylasmirsan ay @bezmis axi orda da xalq ayaqa qalxib mubarekin gedib esil srukturun ise qaldiqini dunyaya catdirmaq istemelerinden yazin ehh ve az aldanin mediyaya size meslehet bir muddet sora onun eksini de size ele hemin media gosterecek

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: