,,ACP-nin (Açıq Cəmiyyət Partiyası) Avropa təşkilatı yazıçı-jurnalist Rafiq Tağının sui-qəsd şəklində qətlə yetirilməsini kəskin pisləyir, bunu ölkədə ziyalılar forumundan sonra ziyalılara, azad fikir sahiblərinə qarşı başlanan terrorun ilk dalğası kimi dəyərləndirir. Bu kimi hadisələrin baş verməsi ölkəmizdə vətandaşları qorxu və təlaş içində yaşamağa məcbur edir. ACP-nin Avropa təşkilatı olaraq, Azərbaycan hakimiyyətindən Rafik Tağıya qarşı törədilmiş cinayətin təşkilatçıları və iştirakçılarını tezliklə tapıb cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirik, ölkədə sabitliyi qorumağa, vətandaşların təhlükəsizliyini təmin etməyə çağırırıq.,,
Oxumağa davam et
Son Şərhlər – Recent Comments