Rəsul Quliyevin Dekabrın 12-si Bakı İnformasiya Agentliyinə Verdiyi Müsahibədən 3-cü hissə

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

40 Cavab to “Rəsul Quliyevin Dekabrın 12-si Bakı İnformasiya Agentliyinə Verdiyi Müsahibədən 3-cü hissə”

  1. Bəli Rəsul müəllim siz 2013-cü ildə prezident seçiləcəksiniz.Bunun üçün xalqın dəstəyi var və zaman sizin xeyrinizə işləyir.Bu həmdə Azərbaycan xalqının çoxdan arzu etdiyi demokratik,insan hüquqlarının qorunduğu bir ölkə kimi beynəlxalq imicin yarnmasına gətirib çıxaracaq.Hazır ki Quldur,Oğru rejimi çökdürmək üçün biz sizin ətrafınızda sıx birləşərək öz prezidentimizi yəni sizi seçməklə nəyin ki demokratik ölkə, eyni zamanda Azərbaycanın dünya xəritəsindən silinmək təhlükəsinində qarşısını almış olacağıq.Rejimin çürük siyasəti ölkəni cox pis duruma gətirib çıxarıb.Demək olar ki,bütün dövlət qurumları məmurların şəxsi ofisi kimi istifadə olunur.İnsanların elementar hüquqları belə qorunmayan ölkəni hansı avropa və digər demokratik ölkə dəstəkləyə bilər əlbətdə ki,heç biri.Qarabağ məsələsinin həlli də məhs demokratik hökümətin formalaşmasından sonra həllini tapa bilər.Bütün bunların hamısını həyata keçirtmək üçün sizin yüksək siyasi potensialınız var və sizi dəstəkləyən sosial baza günü gündən çoxalmaqdadır.Rəsul müəllim Biz sizinləyik.

  2. Naxcivan ehli de sizi destekleyir-baxmayaraq ki ekseri bir tike corek ucundan vetenden didergin dusub.

    • Bilirsiniz ki,mən Naxçıvanın Qazançı kəndində anadan olmuşam və ömrümün 17 ilini orada yaşamışam yəni instituta gedənə qədər.İnstituta getmək üçün pul qazanmaq üçün ay yarım geolaqların yanında işlədiyimdən Naxçıvanın çox yerin ayaqla gəzmişəm. Naxçıvan o vaxtda Azərbaycan rayonları arasında kasıb yeridi.Ancaq camaatı həddən artıq qürurlu idi.Elə bir ailə yox idiki,oradan bir ali təhsilli çıxmasın.Heç kimin ağlına gəlməzdi ki, elə qururlu xalq bu qədər acınacaqlı vəziyyətə salına bilər. Mənim Azərbaycanın hər bir rayonu və reqionu ilə əlaqədar inkişaf planım var idi.1993-cü ilin axırı 1994-cü illərdə mən həqiqətən inanırdım ki,Azərbaycanda Heydər Əliyevin başçılığı ilə demokratik çiçəklənən bir ölkə yaradacağıq və Heydər Əliye tarixdə Azərbaycanda yeni formasiyanın yaradıcısı kimi qalacaq.Onun özünə bu haqda dəfələrlə söyləyib bu addımları atmağa həvəsləndirməyə çalışırdım.Çox söhbətlərimiz olub bu barədə hələki uzun uzadı hədanışmaq istəmirəm.Naxçıvanın əhalisinin 30 ildən çox bir müddətdə artmaması məni narahat edirdi.Naxçıvanın məhdud imkanları cavanların orta məktəbi qurtarandan sonra Bakıya gedib birdə geri qayıtmağa çərait yaratmırdı.Mənim planımla Naxçıvanda ildə 2 milyon ton neft emal edən neftayırma zavodu tikilməliydi,neft Təbriz neft kəmərindən götrülməli ,əvəzinə Bakıdan Ənzəliyə həmişəki sxemlə dizel yanacağı göndərilməli idi.Bu neft ayırma zavodunun məhsulları hesabına 3 Naxçıvnın tələbatında 50 dəfə çox elektrik enerjisi istehsal edən elektrostansiya inşa edilməliydi artıq qalan məhsulların hamısı türkiyənin qonşu vilayətlərinə ixrac edilməli idi.Mineral resurslardan və başqa sahələrin inkişafına nail olmaqla nəinki Naxçıvandan Bakıya miqrasiyanın qarşısı alınmalı Əks proses Bakıdan Naxçıvana miqrasiya başlamalı idi.Təəssüflər…Bu işi edə bilmədik. Nəinki onu bütün zonalarda bu tipli proyektlərin heç biri həyata keçmədi.İndi millət neftin istehsalından narkomanın narkotik maddədən asılı olması kimi asılıdır.

  3. Здравствуйте Расул муаллим.Я с вами согласен не надо давать большие обещание ради рекламы и само пиар и потом не выполнять.Я думаю надо переходить маленьким но конкретным дела как вы говорили. Вы правы,к сожалению те кто хотят и стремиться к власти в Азербайджане у них мысль только обогатиться сесть на трон продолжать унижать народ. И у них есть пример “хороший” нынешняя власть и эти тоже думают а им что было за это нам тоже ничего не будет. То что касается ответа на вопрос журналиста вашей поддержки кого ни будь из оппозиции думаю там такого нет (а что вы мало поддерживали за эти годы их, им только интересует ваши финансы) Лучше вы сами или……. Но я остаюсь при своем мнении о новом третьем лице котором мы с вами говорили.

  4. Нахичевань наша отдельная боль там лаборатория для унижение и оскорбление народа они наблюдают сколько может выдержат. Специально выживают народ из своих домов,чем меньше населения тем легче управлять. Но не будем забывать что первые в СССР снесли гос. границу у нас и Государственный флаг тоже там первыми подняли но к сожалению возвращение второй раз к власти алиева тоже оттуда.Но я уверен мы вместе с вами исправим эту историческую ошибку и оттуда начнем борьбу за настоящий демократические преобразование нашего Азербайджана.

  5. Video sujetin 3 hissesine izledim.Cok gözel ve mentqli fikirler söylemisiniz.Bunlari heyata kecirtmek ucun size ugurlar.

  6. Rəsul bəy Dekabrın 12-si Bakı İnformasiya Agentliyinə Verdiyiniz Müsahibənin 3-cü hissəsini izlədim.Mən əminəmki,sizin müsahibə və yazılarınızı izləmək istəyən yüzminlərlə Aərbaycan vətəndaşı var.Bəlidir ki,Azərbaycanın 70%-da internet yoxdur vəya,yox səvyədədir.Mövcud olan regionlarda isə əhalinin çoxluq təşkil edən hissəsi maddi vəziyyətə görə internet xidmətindən istifadə etmir.Buda sizin fikirlərinizin xalq arasında güniş şəkildə yayılmasına mane olur.Fərdi şəkildə bunu etməkdə bir o qədər mümkün deyil.Ərəb və digər inqlablarda televizorun ne derecede mühüm rol oynadığını şahidi olduq. Azzərbaycanda tərəfsiz televizorun olmadiğini və rejimində buna icazə verməyəcəyini düçünsək, çıxış yolunun xarici ölkədə muxalif televizor kanalı açmaqda olduğu görünür.Bu vasitə ilə xalqı daha çox məlumatlandirmaq olar.İnanıram bu məsələyə köməklik edəcək iş adamlarıda var.Sizin fikiriniz necədir bunu etmək haqqda düşünürsünüzmü.Yazılrınızın birində ölkədə muxalifət televiziyas yaradmaq haqda təklifiniz var Azərbaycanda bu inanılır kimi görsənmir.

  7. Diasporaynan bagli heqiqeten cox duzgun dediniz, Resul muellim.

  8. Hormetli Resul bey,
    Ola bilermi ki Sizin planlarin garshisini almagdan otru, Aliyevler respublikada veziyeti garishdirsinlar? Misal uchun:
    1. Muharibe bashlasinlar ermenilernen ve desinlerki president sechkileri texire salinir.
    2. Ve yaxud umumiyyetche Bakida arani garishdirib, vaxti goyulmayan State of Emergency
    veziyyet eilan etsinler ve total represiyala bashlasinlar?
    3. Sizi fiziki Azerbaijana gelmeye goymasinlar?
    4. Ve en nahayet bezi “mukhalifet” guvveleri ile el bir olub Size garshi ittifaga girib sizin
    gelebenizi engellesinler?
    Javablariniza gore minnetdaram
    Hormetle,
    Farhad
    CA

    • Müharibə başlamaqdan başqa qalan hər bir addımı ata bilər.Düşünmürəm ki,müxalifətində hamısı ilə dil tapa bilər.Ancaq nəzərə alsaq ki,2005-ci ildə deputat seçkilərindən sonra kimlərləsə dil tapa bildi,indidə vəzifə xatirinə kimlərsə belə danışıqlara gedə bilər.Ancaq ömrü qısa olan razılaşmalar ola bilər.

      • Javablariniza gore minnetdaram Resul bey. Resul bey burada chox Azeriler yashayir. Sizinle gorushmek maragli olardi.
        Farhad
        CA

  9. Azərbaycan xalqının demek olar ki,her şeyi talanıb,mənəviyyəti,haqqı,varı,dövləti və.sairə.Diqqətlə fikir verin görun kimlerin əlində?Bir vaxtları mən bəlkədə ən qatı H.Əliyevçi olmuşam.Və ölənə qədər də bunu özümə bagişlamayacam,çünki bu mənim həyatımda ən böyük səhvimdir.Mənim kimiləri çoxdur və əksəriyyəti də sarsıntılarla yaşayır.Çox heyiflər olsun……
    Bir vaxtları mən Prezident aparatında işləmişəm və 20 ildir xalqın varidatını talayan nazirləri də,icra başçılarını da,xalqın adından dilmanclıq edən,öz şəxsi ambisiyaları üçün canfəşanlıqla xalqını istəyən adamlara şər-böhtan atan Fəzail Agaməliyevləri də çox yaxşı tanıyıram..
    Hal-hazırda xalqı bu bəladan qurtarmagın yeganə variantını yalnız və yalnız Rəsul Quliyev ola bilər.Çünki Rəsul Quliyevin savadı,iş təcrübəsi,insanlıgı,əsil Azərbaycanlılıgı,Xalqına qarşı sevgisi buna tam imkan verir.
    Xalqını sevən hər bir kəs xalqının azadlıgı ugrunda Rəsul Quliyevə dəstək olaraq onu müdafiə etməlidir.

  10. Resul müəllim siz Azerbaycana gelmeyi ele asan bilmeyin.cox işler gorun burda sizin qarşivizi almaqdan yana her yola en axirinci variantlara el atacaqlar.hazirliqli olun xahis edirik yoxsa bizi lap mehv edecekler size ugurlar.onuda deyimki uje bakida hami sizden danisir artiq cammat youtubedaki videolarivizi telefonlarina kocurur interneti olmayanlara gosterir.sag olun ciddi hazirlaşin Azerbaycan xalqi ucun.

  11. inanin her gun fikirlewirem nece etmek olarki bura gelmeye sizi özleri mecbur qalıb cagırsınlar.bunun üçün gerek yehudi ağlı ola yada yehudi dostum olaki onun ağlından istifade edim.yeyqin özünüzde bunun üstünde calışırsınız.amma xahiş edirem burda yazmayın cunki hamısın oxuyurlar qabacadan maneye olmasınlar.inanın bu deqiqe hamı gözleyir bu evrovision sağ salamat qurtarsın bakıda sora yavaş yavaş sizin gösterdiyiniz yolla aktivleşsinler.burdakı muxalifet sistemsiz işleyir nece geldi mitinq edir buda xalq lap pis veziyyete salır.başadümürlerki mitin etmek üçün mühit yaratmaq lazımdı.sizde xahiş edirem amandı sehv addım atmayın her şeyi götür qoy edin bu yolda Allah kömeyiniz olsun.

  12. Salam Rəsul bəy.1.Qazaxıstanın neft şəhərciyi olan Janaozendə nefitçlerin əmək haqlarının qaldirılması uğrunda 7 aydan çoxdur apardıqları mübarizənin,Qazağıstanın müstəqilik günü münasibətilə çekirilən bayram şenliyində kütləvi aksiyyaya çevrilməsi haqda yayılan məlumatları oxudum.Qazaxıstanın baş prokurorunun verdiyi məlumatda 10 nəfər işçinin öldüyüdə bildirilir.Nəzərə alsaq ki,Azərbaycanda nefitçilərin sosial vəziyyəti , Qazağstandakı nefitçilərdən heçdı fərqli deyil,onda ölkəmizdə çalışan nefitçilərin (müəllim,həkim,v.s)(10%-lik gülünc doğuran maaş artımınıda nəzərə alsaq) öz haqlarını müdafiyə etməmlərini necə izhah etmək olar.(bütün sekçilər bu qurumların vasitəsi ilə saxtalaşdırılır).2 Prezdent Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyəti və FH Nazirliyinə ayrı- ayrılıqda 10,0 milyon manat vəsait ayrıb.Məqsəd Bakının gözələşdirilməsi və FHN-nə yeni avadınlıqların alınmasıdır.Əhalinin sosial vəziyətinin yaxşılaşmasına heç bir əhmiyəti olmayan bu kimi işlərə milyonlarla manatın ayrılmasına nə məna vermək olar?,bəllidir ki, bu məblğlərini çox hissəsi məmurların şəxsi büdcəsinə axıdılır.Rəsul bəy sizin bu hallara münasibətinizi və hakimiyətə gəldiyiniz tdqirdə,bu qanunsuz halları hüququ müstəvidə necə baxılacaqını bilmək istərdik.

    • Qazaxstan tək sivil dünyadan uzaqlaşıb orta asiya qardaşlarımızın totalitar rejimlərinə qoşulmuş Azərbaycandan yox,baltika ölkələrindən başqa sovetlərdən çıxmış ölkələrin arasında maddi cəhətdən ən yaxşı yaşayan respublikadır.Bu ölkədə liberal diktatura hökm sürür.Yəni siasi qurluş mütləq diktaturadır, iqtisadiyyat sferasında neft qaz sektorundan başqa sahələrdə biznes liberallaşdırılıbdır.Protestin neft sektorunda baş verməsinin də əsas səbəbi total kontrol və total korrupsiya və rüşvətin bu sektorda olmasından irəli gəlir. Əgər Qazaxstan kimi qismən müvəffəqiyyətli ölkədə protest baş verirsə Azərbaycanda baş verməsi labüddür bu günü sabahı var.Biz Azərbaycanlıların əlindən bir şey gəlməməklə yanaşı özündən bədgümanlığı var.Biz necədə Üzeyir Hacıbəyovun yazdığı Məşdiban komediyasındakı qurubəy Rüstəm bəyə oxşayırıq.Sovet dövründə dəqiq yadımda deyil sonradan bütün ölkəni bürüyən birinci iğtişaş Kazaxstanın birinci katibi Kunayevi işdən azad edib onun yerinə Rus millətindən olan birisini göndərəndə başladı. İlk dəfə sovet dövründə kommunist partiyasının siyasətinin əleyhinə türkçülük barədə əsəri də Qazax Oljes Suliyminov yazdı.Ona görədə Qazaxların aktivliyi qanuna uyqundur.O ki qaldı sosial vəziyyətə səhv edirsiniz Qazax neftçiləri bizimkilərdən yaxşı yaşayır.Yaxşı pis yaşamağı müəyyənləşdirmək üçün hər şeyə kompleksdə baxmaq lazımdır.Məsələn qonşumuz İranda məsələn aylıq əmək haqqı deyək ki,25 dollardır.Qapalı cəmiyyət olduğu üçün baxmaq lazımdır bu 25 dollara İranlı nə ala bilər əgər onun ala biləcəyi Azərbaycanlının ala biləcəyindən çoxdursa deməli onun 25 dollarının qiyməti Azərbaycanlının 200 dollarından çoxdur.Sizin 10 milyon manat dediyiniz pul gündə Azərbaycanlıların cibindən çıxarılan pulun miqyasında ağıla gəlməz dərəcədə azdır.Mənim fikrim tamamilə başqa bir qurluş yaratmaqdır.Bunlar müqayisə edilməsi mümkün olmayan məsələlərdir.Xərclənən hər bir qəpik açıq və xalqın dəstəkləməsi ilə həyata keçrilməli və həmin vətəndaşlar tərəfindən nəzarət edilməlidir.Mən deyə bilmərəm ayrılmış o 10 miyon düzdür ya yox.Çünki bir prezident kimi o işlərə qarışmamalıyam.Həmin problemi Bakılıların sözün əsl mənasında seçdiyi deputatlar müəyyənləşdirməlidir.Həmin deputatları xalq secdiyinə görə o xalqın adından səs verir. Yaradılacaq qurluş tamamilə fərqli bir quruluşolacaq ,onu ancaq qərb və ABŞ-la müqayisə etmək olacaq.

      • şahin öztürk Dekabr 16, 2011 8:49 axşam

        İnanırm! inşallah olacaq!.

      • şahin öztürk Dekabr 16, 2011 9:04 axşam

        RƏSUL BƏY ən böyük arzularımdan biri sizin hakimiyətə gəlməyinizdir.Bununla bərabər xalqin sərvətini talayan, haqqını tələb edən insanlara işgəncələr verən,yalnızca öz kürsülərini düşünən rejim nümayəndələrinin, hüqüqi müstəvidə cəvab verməsi üçün tam şərait yaratmanızdır.İNANIRAM Kİ,BUNLARI EDƏCƏKSİNİZ.

  13. Azərbaycanda müxalifət yoxdur. Yalnız bir qrup siyasət dəllalı var ki, onlar da seçkilərdə alternativlik görüntüsünü təmin edirlər, yəni iqtidara xidmət edirlər.

  14. Derd bir olsa onun caresini de tapmaq asan olardi. Biz ermeni isgalcilari ile mubarize aparmaga basimizi qatmisiq daha dogruzu basimizi bununla qatdilar.Amma oz daxilimizde megerse bizi ermenidende vehsi isgalci qan icen xalqin haqqini tapdaliyan bir hakimiyyet qurublar.Bunun da caresi var.Son on ilde tarix bize neler gostermedi.O tarix ki kimleri sildi bu dunyadan.Ele bularin da sonu onlardan ferqli olmayacaq.Resul muellim sizden tek isteyimiz hazirliqli olun bu milletin geleceyi sizlerden umid gozleyir yoxsa bizi lap mehv edecekler size ugurlar.Artiq hami sizden danisir.Cunki onlarin nece gelib bura cixdiqlarini siz gozlerinizle gorub sahid olmusuz.Allah size uzun omr versin Azerbaycan xalqina ise artiq ALLAH SEBR VERMESIN.

  15. aziz hemvetenler Azerbaycanda muxalifet yoxdur demak ne derecede duzgundur, bu neca illerde mubarize aparan insanlarin zahmatini bir necha dellala gore yera vurmag olmaz, shexsen menim fikrimce Isa Gambar, Ali Karimli ve onlarin etrafinda olan kifayet geder mubariz, shexsiyyetli ve Azerbaycan dovletciliyinin gorunub saxlanmasinda mustesna rol oynayan insanlar var. Bir anlig dusunmek lazimdir bes biz ne ish gormushuk onlarla mugayisede?

    • Azərbaycanda məndə başda olmaqla müstəsna rolu olan adam yoxdur, dövlətçiliyi də heç kim qoruyub saxlamayıb,sadəcə olaraq hələ almaq istəmək üçün şərait formalaşır yetişmiyib.Əli Kərimli və İsa Qəmbər sözsüz ki,müxalifətdir. Əli Kərimliyə neçə illərdir pasport verilməməsi başqa məsələləri qoyuram qırağa müxalifətşiliyin parlaq göstəricisidir.

      • Partiyaların hamısında kifayət qədər ağıllı və millətə sadiq adamlar vardır və xalqına xidmət etmək istəyir.Əgər bu işi görə bilmirlərsə deməli təşkil etmək imkanları məhduddur.Planlarını düzgün qura bilmirlər.Bir işi başlamamışdan öncə bunun üzərində baş sındırmalıdırlar buraxıla biləcək səhvləri minimuma yendirməlidirlər.Mən bilirəmki,indi də yıqıncaqlar keçirəndə birinin durub həyəcanla biz bir həftəyə çıxmalıyıq,hamı bunu istəyir yoxsa yubana bilərik deyəndə bir çoxu sevinir və çıxış edəndən soruşmurlar bax sən konkret olaraq neçə adam çıxarda biləcəksən, yox ümumi sözlər danışma adba ad say soruşsalar,qaraguruhçunun maksimum 10 ad çəkə biləcəyinə əmin ola bilərlər.

  16. Rasul muallim !
    Fantastik musahibedir ! burda shuar, lozung yoxdur, sade sozlarla hegiget soylenir.
    Biz hereket etmaliyik. Artig yol dalana direnib.
    Her gun insanlarla danishib onlari inandirmag, hegigeti onlara basha salmag, onlari yuxudan oyatmag lazimdir. Ela bilirem ki, her bir kesin esas vezifesi budur.Ancag bu ishi ziyalilar gorse daha asan ve tez olar. Onlari eshiden coxdur axi? Onlari danishmaga mecbur etmak lazimdir.

    • Mən öz tərəfimdən hərəkət edirəm,sizin aktivləşməniz lazımdır. Ziyalı məfhumu bir qədər mübahisəlidir,onun kriteriyalarına görə sadə fəhlə ziyalı məsələn akademik titulu olan qeyri ziyalı sayıla bilər.Hər halda sizin düşündüyünüz ziyalılarda dəstək verəcəklər.

  17. Resul bey sizi salamlayiram.Meni maraqlandiran bir suala aciqliq getirmeyinizi xahis edirem, bu yaxinlarda Gürcüstanin NATO üzvlüyü ile bagli EURONEWS kanalinda proqrami izleyirdim ve Russiyanin xarici isler naziri aciq askar narazi olduqlarini beyan etdi hetda bele bir cümle isletdi “siz gürcüstani müharibeye tehrik edirsiniz ” bu cümle NATO ve ABS-a istiqametlenmisdi. Bele basa düsdüm ki, Russiya aciq-askar beyan edir ki ne qeder bacaririq sa buna qarsi cixacayiq deyir. Bes Azerbaycanin NATO – ya üzvlüyü barede meselelere start verilse ve bu meseleler müsbet hell olunsa onda Russiyanin qarsi cixmasi Azerbaycana ne derecede zerer vere biler? Axi bilirik ki indiki Eliyevler klani ile Russiya dövleti dostluq münasibetlerindedirler. Ikinci bir sebeb Azerbaycan Qafqazda cox böyük bir strateji mövqeye sahibdir ve Russiya hecbir zaman Azerbaycan kimi bir dövleti MDB-den cixmasini istemez.

    Tural Siyabli Almaniya.

    • Nato eyni zamanda siyasi təşkilatdır.Pyotr -dən başlayaraq Rusiyanın bütün çarları imperiyalarını Avropanın bir hissəsi kimi qəbul edilməsi uğrunda dəridən qabıqdan çıxsalarda avropa Rusiyanı heç vaxt avropa hesab etməyib.Nə üçün,çünki Rusiyadakı rejim heç vaxt avropa standartlarına uyqun gəlmiyib.Rusiyada idarə edənlər idarə olunanlara həmişə heyvan kimi baxıblar .NATO-ya müəyyən siyasi reformakarı həyata keçirən ölkələri qəbul edirlər.Həmin qurliş həqiqətən demokratik olmalıdır. Ona görə Rusiya istəsədə NATO-nun üzvülüyünə qəbul etməzlər.Çünki yarı demokratik və yarı diktatura rejimi ilə NATO-ya girə bilməzsən.Natonun sərhədləri 1991-ci ildən sonra Rusiyaya 1 min kilometrdən artıq yaxınlaşıbdır.1991-ci ildən Rusiya NATO-nun sərhədlərinin genişlənməsinə qarşı çıxış edir.Ona görə yox NATO qoşunlarının Rusiyaya hucumundan qorxur.Onsuzda atom bombası tətbiq etmədən müharibə başlasa NATO qoşunları Rusiyanın torpaqlarına girmədən bir neçə ay ərzində ordusunu darmadağın edər.Rusiya qorxur ki, NATO-dan kənarda yeganə ölkə kimi qala bilər.Düzdür Azərbaycanın NATO-ya daxil olmaq şansı Rusiyadan da aşağıdır,ona görə səsini çıxartmır.Səsin çıxartsa əlinə bir sənəd verib deyəcəklər get bunları həyata keçirt bizim ekspertlərin nəzarəti altında sonra gələrsən danışarıq. Nədir o tələblər.Əvvəlcədən seçki şəraiti yaratmaqla azad şəffaf düzgün seçkilərin keçrilməsi.İnformasiya vasitələri və TV-lərdə dövlət manopoliyasını ləğv etmək,müstəqil məhkəmə sistemi yaratmaq, korrupsiya və rüşvəti hökümətin içərisində ləğv etmək və sair.Rusiya Azərbaycandan rahatdır çünki Azərbaycan höküməti üçün özünün maraqları həm vətəndaşlarından həm də vətənindən qat qat yüksəkdir,ona görə NATO barədə heç düşünmür.Xalqı aldadaraq həmişəki kimi guya DQ probleminin həlli naminə bu işi görmədiyini deyir.Əlbəttə bu ağ yalandır.Bu yalana söykənərək biz 1991-ci il mart referendumunda iştirak edib SSSR-ə hə dedik.Bu yalana söykənib1989-cu il seçkilərini saxtalaşdırdıq.

  18. Ikinci bir sualim Azerbaycanda müxalifetde olan siyasi partiyalarla baglidi,bilirik ki azerbaycanda birnece aparici müxalifet partiyalari var ve mene cox maraqlidi Resul Quliyev 2013 -cü il seckgilerinde qalib geldikden sonra eyer ehtiyac olarsa hansi siyasi partiya ile kualissiya hökümeti qura biler ?

    Tural Siyabli Almaniya.

  19. Salam Rasul bey…. Bloqun populuyarlığı hə günün artamaqdadır…..görünən budur ki çox gözəl bir taktika seçmisiniz.. Rasul bey bu günçü gündə insanların 90 faizi bu hakimiyətdən narazıdır ama əksəryət ayın axırına belə çıxa bilmədiyi maaşlı işinə xatir sözünü deməkdən çəkinir…Böyük bir işsiz toplusu isə iananıb arxasınca gedə biləcəyi bir lider olmadığında öz taleyi ilə razılaşmağa məcbur qalır…çıxşınızad dediyiniz kimi xalqın cıbindən hər il nə qədər pulun oğurlanmasını öyrənmək taktikasının xalqın kör olmuş gözlərinin açılması üçün böyük rolu olacaq…
    Rasul bey Azərbaycanın illik gəlirini nəzərə alaraq narazı kütlənin böyk bir hissəsini təşkil edən müəllim, həkim və neft işçilərinin normalda ne qeder maaş almaq imkanlarının olduğunu açıqlasanız (zennimce bunu hesablamaq sizin üçün o qederde çetin deyil.).. onalarında paslanmış beyinlərinin silinməsinə və çox asanlıqla sizin tərəfinizə keçməyinə nail ola bilərik…..
    Rasul bey sizə birinci sualım 2013 cü il qədərki gedişatda vəzifədən vurulmuş keçmiş yüksək rütbəli məmurlarla, həmçinin maliyə vəsayiti üçün xarici ttəşkilatlarla (misal üçün soros fondu ilə) əlaqəyə girmək fikiriniz varmı…???
    İkincisi…. məncə siz digər muxalifət liderlərindən fərkli olaraq hal-hazırki ikdidarı parçalamaq gücünə maliksiniz…sizcə siz ölkəyə qayıdacağınız təqdirdə hal-hazırkı bəzi vəzifəli şəxslərdən sizin tərəfinizə keçən olacaqmı….???
    Əvvəlcədə Cavab üçün təşəkürlər…….

    • Azərbaycandakı satış mallarının qiymətlərini nəzərə almaqla minimum əmək haqqı azı 500 manat, müəllimlər bütün ölkələrdə ilk növbədə orta məktəb müəllimləri xüsusi sinif sayıldığından (ölkəyin gələcəyi təhsildədir) onların maaşları ən azı 1500 manat olmalıdır. Həkimlər istər dövlətin finanslaşdırdığı istər özəl tibb müəssələrində kontraktla işləməlidir.Bu sənət insan həyatı ilə bağlı yüksək profesionallıq tələb edən sənətdir.Onun ağlı və bacarığını satmaq imkanı olmalıdır.Elə həkim var ki, öz profesionallığına yarım milyon qiymət qoyacaq biz onun işinə qarışmamalıyıq.Dövlət ancaq bir işlə məşqul olmalıdır onlara 1000 manat həcmində minimum əmək haqqı müəyyənləşdirməlidir, yuxarı hədd açıq saxlanılmalıdır. Bu barədə uzun uzadı danışmaq yazmaq lazım gələcək və mən bu işləri edəcəyəm.

  20. Mən Sizinlə tam razıyam ki,Azərbaycan xalqi bu 20 il Əliyevlər rejiminin yeritdiyi siyasət nəticəsində bir xalq kimi məhv olmaq üzrədir.Təhsil sistemindəki manqurtlarin yeritdyi siyasət nəticəsində tezliklə nəinki ziyalı,hətta yazıb-oxumaği bacaranları tapmaq mümkün olmayacaq.Bu da bu rüşvətxorların çoxdankı arzusudur

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: