“Xalqımız hər iki tərəfdən inamı itirilmiş kütləyə çevrilib” – BİRİNCİ HİSSƏ

http://bia.az/interw/382-rquliyev-azrbaycanda-insanlar-diri-diri-qbr-girmy-d-hazrdr.html

Rəsul Quliyev Bia.az -a eksküliziv müsahibə verdi…

Son dövrlərdə Azərbaycan parlamentinin eks-spikeri, Amerika Birləşmiş Ştatlarında mühacir həyatı yaşayan Rəsul Quliyevlə bağlı ölkə mətbuatında ilginc infomasiyalar yayılmaqdadır. Bu xəbərlərdə göstərilir ki, eks-spiker yaxın vaxtlarda Azərbaycana qayıtmaq haqqında düşünür. Hətta deyilir ki, o, Vaşinqtonda Müqavimət hərakatı yaradır. Bunlardan əvvəl isə R.Quliyev dekabrın 2-də Azərbaycan xalqına müraciət edərək, ölkənin düşdüyü durumla bağlı açıqlama verdi və bunun həlli yollarını göstərdi.

Bəs ölkənin düşdüyü vəziyyətdən çıxmaq üçün hansı işlər görülməlidir? Eks-spiker bununla bağlı konkret olaraq hansı təkliflər irəli sürür?

Bu və ya digər suallara cavab tapmaq üçün Rəsul bəyin özü ilə əlaqə yaradaraq geniş müsahibə aldıq. O, bizimlə söhbətində bir çox qaranlıq məqamlara aydınlıq gətirdi.

Suallarımızı cavablandıran keçmiş parlament sədri ölkədəki hazırkı durumu heç bir sivil və demokratik ölkənin standartlarına uyğun olmayan bir durum kimi dəyərləndirdi…


“2003-2005-ci illər seçkilərində millətin mənəvi gücünü tamam sındırdılar”

– Azərbaycan xalqının demək olar ki, bütün hüquqları tapdalanır. Bu hökumət son vaxtlarda xalq tərəfdən heç bir müqavimətə rast gəlmədiyinə görə isə daha da azğınlaşıb. Və belə düşünür ki, bu metodla öz hakimiyyətini uzun müddət davam etdirə biləcək. Mən əminliklə deyirəm ki, bu üsuli-idarə Azərbaycanda uzun müddət davam edə bilməz, çünki Azərbaycan xalqı ləyaqətini itirmiş bir xalq deyil. Son 20 ildə dünyada belə düşüncə vardı ki, Rus xalqı ayağa qalxan deyil və Rusiyada heç bir hadisə baş verə bilməz. Putin rejimi isə belə fikirləşirdi ki, heç bir müqavimətə rast gəlməyəcəklər. Ancaq son hadisələr göstərdi ki, bu, belə deyil. Ölkəmizdəki bu gərginlik isə ərəb dünyasında və Rusiyada olanlardan kəskin şəkildə özünü büruzə verəcəkdir. Azərbaycan hökumətinin apardığı siyasət birbaşa xalqın əleyhinə yönəlmiş bir siyasətdir.

-Siz Azərbaycanın problemlərindən danışmaqla birbaşa Rusiya hadisələrinə keçid etdiniz. Bir məsələ də var ki, rus xalqı kiçik bir saxtakarlıq hadisəsi ilə meydanlarda toplana bildi. Ancaq Azərbaycanda baş verən son hadisələrə – gündən-günə baş verən bahaçılıq, rüşvətxorluq, korrupsiya və digər hallara qarşı xalq biganəlik göstərir. Bu nədən irəli gəlir?

-Bu məsələdə bir neçə faktor əsas rol oynayır. Birincisi odur ki, həqiqətən milləti mənən sındırıblar. Rusiyada zaman-zaman demokratik seçkilər keçirilib. 50-55 faiz saxtakarlıqla yanaşı, 30-35 faiz də normal seçkilər keçirilib. Belə ki, Rusiya həmişə əsas üç partiya ilə parlamentdə təmsil olunub. Azərbaycanda isə belə bir proses heç vaxt baş verməyib. 2000-ci ildən bu yana müxalifət parlamentdə özünə yer tapa bilməyib. 2003-2005-ci illər seçkilərində isə millətin mənəvi gücünü tamam sındırdılar. Buna görə də Azərbaycan xalqı Rus xalqı ilə müqayisədə daha çox sındırılmış vəziyyətdə görünür. Başqa bir fakt da ondan ibarətdir ki, ölkəmizdə müxalifət liderlərinin plan və fəaliyyətləri real olmadığından bir qədər qaragüruhçu xarakter daşıyır. Buna dörə də xalqın onlara da inamı itib. Hətta mən deyərdim ki, xalqımız hər iki tərəfdən inamı itirilmiş kütləyə çevrilib. Mənim Müqavimət Hərakatını yaratmaqda məqsədim də xalqı öz məqsədləri və hüquqları uğrunda mübarizəyə qaldırmağa kömək etməkdir. Daha doğrusu sadə və konkret planlaşdırılmış hərəkətlərlə onların talelərini və inamlarını özlərinə qaytarmaqdır. İnanıram ki, buna nail olacağam. Bu inam da ondan irəli gəlir ki, bu hərəkatı yaratmağımdan bir həftə keçməmiş Azərbaycanın bütün regionlarından, o cümlədən xaricdə yaşayan həmyerlilərimizdən çoxlu məktublar, təkliflər almışam. Belə fikirləşirəm ki, xalq artıq öz haqları uğrunda mübarizəyə qalxmağa hazırdır.


“Nə qədər ki, bu rejim var, nəinki indiki nəsil, hətta onların övladları da heç nəyə nail ola bilməyəcək!”


-Bəs yaratdığınız bu hərəkat Azərbaycanda mövcud vəziyyətin həllində rol oynaya biləcəkmi?

-İlk işim ondan ibarət olacaq ki, ölkənin dövlət büdcəsinin gəlirləri barədə hökumət xalqa hesabat versin. Çünki tək Azərbaycanda deyil, bütün dünyada dövlət büdcəsi xalqa məxsus olub. Və Azərbaycan xalqının da haqqıdır ki, bir cəmiyyət olaraq dövlət büdcəsinin hara xərclənməsi ilə bağlı məsələləri vaxtaşırı öyrənsin. Çünki bu haqqı xalqa Azərbaycan Respublikasının Konstitusiyası verib. İstənilən vətəndaş dövlət idarəsinə, universitetə, yaxud Təhsil Nazirliyinə gedib, büdcədə olan vəsaitin hansı işlərə xərclənməsi ilə bağlı sənədləri tələb edə bilər. Hərəkatın görəcəyi işlərdən biri də bu olacaq ki, istənilən vətəndaş Təhsil Nazirliyinin elektron poçtuna məktub yazaraq, təhsilə ayrılan pulların hansı məqsədlərlə xərclənməsinə aydınlıq gətirilməsini tələb etsin. Əgər nazirlik 10 gün müddətində buna aydınlıq gətirməsə, biz elan edəcəyik ki, nazirliyin rəhbərliyindən tutmuş bütün yerli orqanlara qədər hamısı oğurluqla məşğul olur. Əgər oğurluq etmirlərsə, onda vəsaiti hara xərclədiklərini açıqlasınlar. Bir sözlə, biz tək TN-ni deyil, bütün dövlət qurumlarını bu cür açıqlamalar verməyə məcbur etməliyik. Biz xalqa onun seçkilərdə itirdiyi səsverməni göstərməliyik. Bəs xalqın cibindən çıxarılan pullar hara gedir? Bəs bu rejim davam etdikcə, cibdən çıxarılan rəqəmlər hansı həddə qədər inkişaf edəcək? Nə qədər ki, bu rejim var, nəinki indiki nəsil, hətta onların övladları da heç nəyə nail ola bilməyəcəklər. Ən yaxşı halda ailəsini də götürüb xaricə qaça və özünə bir çarə tapa bilər. Əgər Azərbaycan vətəndaşı xaricə qaçacaqsa, deməli onun yerini başqa ölkələrdən gəlmiş insanlar doldurmalıdır. Tarix boyu belə olub ki, bir dövlət itirsə, onun yerinə başqa bir dövlət gəlir. XX əsrdə 100-dən çox dövlət yarandığı kimi, bir o qədər də dövlət yox olub. Hökumətin tutduğu bu yol yeni yaranmış Azərbaycan dövlətçiliyini məhvə doğru aparır. Heç kim də düşünməsin ki, bu dövlət məhv olmayacaq. Əlbəttə ki, yox olacaq və bu dövlətin başqa şansı yoxdur. Məsələn, Gürcüstandan Abxaziya ilə Şimali Osetiyanı qoparıb aldılar. Belə bir vəziyyətdə Rusiya və İran üçün Azərbaycanı parçalamaq problem deyil.

-Bəs göstərdiyiniz problemlərin həlli ilə bağlı hansı işləri görərdiniz və konkret olaraq hansı təkliflər verərdiniz?

-Yuxarıda dediklərim ola bilsin ki, sizə kiçik bir məsələ kimi görünsün. Ancaq bunlar kiçik məsələ deyillər, əksinə, böyük problemli məsələlərdir. Biz addım-addım göstərməliyik ki, bu hökumət oğru hökumətdir və onlar birbaşa xalqın cibinə girərək oğurluq edirlər. Mən də bu istiqamətdə fəaliyyət göstərmək üçün Azərbaycanda özümə tərəfdarlar toplamaq və onların öz hüquqlarını müdafiə etmək üçün fəaliyyət göstərmələrini istəyirəm. Bir şeyi də deyə bilərəm ki, bəlkə də şüaralarla insanları meydanlara çıxarmaq mümkün olardı. Bunun üçün də gərək Azərbaycana gələm. Ancaq gələ bilmədiyim üçün şüarlarla bir şey edə bilmərəm. Mən ancaq konkret iş görmək istəyirəm. Hətta siz özünüz də bilməlisiniz ki, bu korrupsioner hökumət sizin cibinizdən nə qədər pul oğurlayıb və bunu hesablayaraq görməlisiniz ki, bu hökumət son 5 ildə ən azı 10 min manat pulunuzu cibinizdən çıxarıb. Bilin ki, bu məbləğlə siz həyatınızı necə dəyişə bilərsiniz.

-Son günlər sizin Azərbaycana qayıtmaq istəyinizlə bağlı informasiyalar yayılır. Bəs indiki məqamda, xüsusilə sizin İnterpol tərəfindən axtarışda olduğunuz bir vaxtda Azərbaycana necə gələcəksiniz?

-(Gülür): Mənim axtarışda olmağım əslində bir komediyadır. Heç bir cinayət törətməyən bir insanı axtarışa verirlər, ancaq beynəlxalq səviyyədə cinayət törədən insanlar yüksək vəzifələrdə oturub ağalıq edir. Azərbaycana gəlməyimə heç kim maneçilik törədə bilməz və tezliklə Vətənimə qayıdacağam. Bunu həyata keçirməyimə sadəcə olaraq imkan vermirlər. Ölkədə elə bir vəziyyət formalaşmalıdır ki, hökumət məcburiyyət qarşısında mənim Bakıya gəlməyimə şərait yaratsın. Ancaq onlar son güllələrinə qədər döyüşərək mənim ölkəyə gəlməyimə mane olacaq. Biz çalışmalıyıq ki, hökumətin bu imkanını əlindən alaq. Bunun üçün də xalq hərəkətə keçməlidir. Belə olan təqdirdə hökumət mənə qarşı olan aqressiv siyasətini davam etdirə və bura gələcəyim zaman mənə qarşı terror həyata keçirə bilməz. Mənim Azərbaycana dönməyim tezliklə baş tutacaq.

– Siz söhbətimizin girişində xalqın düşdüyü durumdan və buna qarşı müxalifətin fəaliyyətsizliyindən şikayətləndiniz. Bu, bir faktdır və doğrudan da müxalifət hökumətin apardığı siyasətə qarşı birləşə bilmir. Əksinə, daha da parçalanıb və çoxlu qruplara – Üçlər, Beşlər, Qarabağ Bloku, İctimai Palata kimi qrup və təşkilatlara parçalanıb. Sizcə Azərbaycan müxalifəti necə etməlidir ki, birləşə və xalqı arxasınca apara bilsin?

(Ardı var)

Rövşən Ziya / Baki İnformasiya Agentliyi

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: