Dekabr 9, 2011-ci il Irəvan Qəzetinə Verilmış Müsahibə

 

 

 

 

Sual:

Rəsul müəllim, ilk öncə diqqətinizi “İrəvan” adlı qəzetin nəşrinə çəkmək istərdim. Belə adda qəzet Azərbaycan xalqına, cəmiyyətinə lazımdırmı?

Cavab:

Çox düzgün və təqdirə layiq addımdır. Mən məcburam bir qədər tarixi arayış verəm. İrəvan İran imperiyasının tərkibində olan qismən düzənlikdə və çaya yaxın yerdə yerləşdiyi üçün çox adam yaşadığı yerdir. Adamların sayının artımı əsasən Altaydan gəlmiş türk tayfalarının hesabına 11-ci əsrdən artmağa başlayıb.

İrəvan Ruslar tərəfindən 1828-ci ildə ən axırıncı işğal olunan Azərbaycan torpağıdır. Birinci dünya müharibəsinin axırında 1918-ci ilin mayında zorla yeni yaradılmış Ermənistana verilib. O vaxtı İrəvanda yaşayan əhalinin cəmi 15 faizini təşkil edən ermənilərin əksəriyyəti 1914-cü ildən Türkiyədən qaçmış ermənilər idi.

İrəvanın ətrafında qədim xristian  kilsələrinin olması orada ermənilərin yaşadığına qəti dəlalət edən fakt deyildir. 5-ci əsrdə xristianlığın yunan qolu yaranmağa başlamışdı. Onlar Roma imperiyasının tərkibində Konstantinopal şəhərini yaradaraq yeni ortodoks dinlərini yaxın ətrafda yaymaq istəyirdilər. Bütün dinlərdə olduğu kimi bu işi missionerlər həyata keçirir. Həmin o kilsələr Vizantiya imperiyasının pulu ilə missionerlər tərəfindən tikilib və sözsüz yunan kilsələrinin kopiyasıdır.

İrəvanın bir daha Azərbaycanın tərkibində olub olmayacağını bir kənara qoysaq belə İrəvanın Azərbaycan olduğunu unutmaq olmaz. Dünyada gedən qloballaşma prosesi yenə orta əsrlərdə yaranmış xalq millət məfhumunu zəiflədir. Miqrasiyaya üstünlük verən ermənilərin nə müddətə İrəvanda qalacaqlarını söyləmək çətindir.Ona görədə İrəvan adı qorunub saxlanılmalıdır.

Sual:

İrəvan, Göyçə, Zəngəzur, eləcədə digər tarixi Azərbaycan torpaqlarının yaddan çıxmaması üçün fikrinizcə, hansı istiqamətdə siyasət aparılmalıdır?

Cavab:

İlk növbədə güclü Azərbaycan yaradılmalıdır. Azərbaycanın gələcəyini düşünən insan ölkənin dinamik inkişafının yolunda konkret işlər görməlidir. Konkret iş ölkənin inkişafını təmin edə biləcək müasir, sivil qaydalara söykənən rejimin yaradılmasındadır. Bunsuz heç bir milli idealogiya və ya onun tezisləri ola bilməz.

Normal demokratik ölkə yaratmadan milli idealogiya barədə sayıqlamaq ya 1930-cu illərdəki kimi alman nasinalizminə,ya da Stalin totalitarizminə qulluq edə bilər. Siz qəzetinizlə insanların beynindən İrəvan sözünün silinməsinə imkan verməməlisiniz, bu işin mənəvi tərəfidir, camaatda hökümətin müqavimətini qırıb normal rejim yaratmalıdır.

 

Sual:

Hakimiyyətin Qərbi Azərbaycan siyasəti sizcə, doğrudurmu, ümumiyyətlə bu istiqamətdə ayrıca konsepsiya olmalıdırmı?

Cavab:

Hakimiyyətin heç bir siyasəti düz deyil bunu qərbə şərqə bölmək lazım deyildir. Hərdən belə fikirlər səslənir, qərbi azərbaycanlılar Heydər Əliyevi hakimiyyətə gətirib, ancaq onlar qərbi azərbaycanlılara düşmən münasibəti bəsləyir. Siz klandan başqa kiməsə dostluq münasibəti görmüsünüzsə deyin.

 

Sual:

Qərbi Azərbaycandan olan bir qrup ziyalı 5 dekabrı Deportasiya Qurbanları günü elan edilməsini təklif edir və bildirirlər ki, bu gün tarix boyu qədim Azərbaycan torpaqlarından deportasiya edilən insanların yad edilməsinə səbəb olardı…

Cavab:

Mənim ümumiyyətlə həmişə yas saxlayıb vay şivən qoparmaqdan zəhləm gedir. Mən başqa bir şey barədə yenidən o torpaqlara qayıtmaq barədə planlar qurmağa üstünlük verərdim.

 

Sual:

Bir müddət əvvəl Deportasiya Qurbanları Cəmiyyəti adlı təşkilat yaradılıb və bu təşkilat əsasən deportasiya olunan insanlarla bağlı fəaliyyət göstərəcək. Həmdə təklif edilir ki, deportasiya qurbanları ilə bağlı abidə qoyulsun. Sizcə, bu təklif ölkəmizə lazımdırmı?

Cavab:

Bilmirəm, onu bilirəm ki,istəyəndə bizdən çox abidə qoymağa usta millət yoxdur.

 

Sual:

Rəsul müəllim, Dağlıq Qarabağla bağlı aparılan danışıqlarda Ermənistandan qovulan insanlar icma olaraq iştirak etməlidirmi, ermənilərin Qarabağa status verilməsi tələbinə qarşı olaraq Ermənistanda kompakt yaşayan ərazilərdə Azərbaycanlılara analoji statusun verilməsi məsələsi qaldırıla bilərmi, ümumiyyətlə danışıqlar prosesində dövlət bu amildən istifadə etməlidirmi?

Cavab:

Yaxşı ideyadır, ancaq siz hansı dövlətin bu ideyadan istifadə etməsindən danışırsınız, birdən Azərbaycan hökümətini nəzərdə tutarsınız.

 

Sual:

Özünüzün gələcəklə bağlı ictimai-siyasi planlarınız nədən ibarətdir?

Cavab:

Xalqı düşdüyü bəlalardan xilas etmək.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

6 Cavab to “Dekabr 9, 2011-ci il Irəvan Qəzetinə Verilmış Müsahibə”

  1. Rəsul müəllim salamlayıram sizi.Müsahibənizi oxudum olduqca xoş təsir bağışladı.Çox doğru qeyd etmisiniz hazırki hakimiyyət ilə Qarabağ məsələsinin həlli utopik fərziyyədən başqa bir şey deyil.Demokratik əsaslara söykənən hökümət formalaşmasa bu məsələlərin heç biri həllini tapa bilməz.Yalnız Azərbaycan beynəlxalq arenada Demokratik imic formalaşdırdıqdn sonra nəyinki Qarabağ məsələsi həllini tapacaq hətda Qərbi Azərbaycanın bir necə mahalına ən azı triol statusu da tələb etməyə cürətimz olar.Bütün bunlar bizim haqlı və beynəlxalq hüquq normlarına söykənən tələblərimizdir.Lakin hazırki totalitar rejimin deyəcək belə deyək də,dili olmadığı üçün bütün bunlar qeyri müəyyən vaxta qalıbdır.Artıq 20-ildir Qarabağ məsələsi dalana dirənmiş vəziyyətdədir 30 il tamam olduqdan sonra Ermənilər artıq orada yeni nəsilin formalaşdığını əsas gətirərək heç bizlə masa arxasına əyləşməyəcəklər.

  2. Rasul muellim saxata prezidentin saxta sözləri ilə(torpaqlarımızı sülh yolu ilə və yaxud möharibə yolu ilə azad edeceyik) Atası sonra isə oğlu bu xalq neçə dəfələrlə aldadılıb…..Ama artıq xalq bu sözlərə inanmır ve sadece gülür…Ancaq acınaqlısı odur ki xalqda Qarabağa və itirilmiş digər torpaqlar qarşı olan sevgi mehf olmaqdadır….bu gedişlə yaxın 10 ilə tam mehf olacaq…Qəlbində vətən sevgisi olan.bir kəsin bunları görməsi və bir şey edə bilməməsi inanın çox çətindir..Mən vətənimi çox sevirəm və təkcə Qqarabağı yox Təbrizli Azərbaycanı görmək ən böyük arzumdur…..RAsul müellim indiki prosesin sualı olmasada eyr vaxtınız olsa bütöv azərbaycan haqqında fikirlərinizi bizimlə paylaşardınız……….Əvvəlcədən təşəkkürlər…….

  3. Resul mellim bugunoxudugum bir yazida qeyd edirlerki siz prezdentliye namizedliyinizi vere bilmersiniz cunki.bizim qanun vericilikde varmis ki eger Azerbaycandan 10 il kenarda yasayirsansa namizedlik qeyde alinmir siz bu meseleni nece hel ede bileceksiniz

  4. Вместо реальных шагов для решения проблемы вокруг Карабаха, нелегитимная власть, извлекает выгоду из существования угрозы войны: орет о том, что наш военный бюджет равен бюджету Армении, подразумевая – доходы от отката военных военно-технических контрактов равны половине бюджету Армении. Власть в Азербайджане ничего внятного, я бы сказал вменяемого, не в состоянии предложить, кроме антиармянской истерики. Яркий пример такой истерики – это как Сергея Гюрджиана, гражданина Российской Федерации, не пустили в самолет, не посадив на борт азербайджанской авиакомпании AZAL. Никак не могу понять, каким образом, этот человек мог бы угрожать безопасности Азербайджана? Ведь лже-президент говорит, что военный бюджет больше бюджета Армении. Ведь Азербайджан не является ядерной державой, следовательно, даже если допускать, что лже-президент не ворует откаты от военно-технических контрактов, проблема Карабаха не может быть решена одним военным путем, так как никто не поверит, что страна, не пускающая гражданина РФ на самолет из-за его фамилии, военные операции проводит не в целях этнической чистки, а для восстановления территориальной целостности, принципа незыблемости послевоенных (имеется в виду границы после 1945 года) границ и для обеспечения равных прав граждан на территории Карабаха до 1987 года, когда не менее 30-40% населения названного района составляли азербайджанцы.
    Если Азербайджан с таким авторитетом, как сегодня, таким первобытно-общинным уровнем соблюдения прав человека начнет войну – это приведет к полной утрате суверенитета.
    Потому, мне кажется, что проблема Карабаха может быть решена только на законодательном, исполнительном, медийном, дипломатическом уровне ДОКАЗЫВАНИЕМ возможности сосуществования армян и азербайджанцев в юрисдикции Азербайджана. Вне всяких сомнений, в таком доказывании нужны аргументы. Спрашивается «какие аргументы?» Всё, что говорил выше это надо реально доказывать, а не кукарекать как ХОРУЗ. Сегодня в Азербайджане права самих азербайджанцев соблюдаются хуже, чем в Римской империи. Нынешняя власть лучший союзник армянских сепаратистов, ибо она сама доказывает невозможность существования иных народов в этой тирании. Поэтому, если Азербайджан станет настоящим демократическим государством, где соблюдаются права человека и свободы личности переговорный процесс, по формуле «экономическое, культурное, социальное самоопределение национальной группы, ограниченная территориальной целостностью государства» станет убедительным. Надеяться, что армянские сепаратисты легко согласятся – наивность. Вот, здесь как раз-то и нужен аргумент, аргумент отсутствия иной формулы, чем та, которая выше. А таким аргументом должна служить реальная, мощная, национальная армия, вооруженная не С-300, которые при вероятном конфликте с армянскими ВС, будут просто заблокированы на уровне БВМ (бортовая вычислительная машина, которая сопряжена с системой распознавания «чужой-свой»), а высокотехнологическим оружием из страны, где за малейшие признаки отката конгресс заблокирует любую сделку.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: