Azərbaycanda Demokratiya Uğrunda Müqavimət Hərəkatının Preambulası

Planetimizdə ilk adama bənzər şüurlu canlı yaranandan bu günə qədər insanların qarşılıqlı münasibətlərini tənzimləyən qanunların dəyişdirilməsi evalyusiya yolu ilə daima davam edir və bundan sonra da davam edəcək. Proses özü evolyusiya ilə gedən prosesdir, ancaq dəyişikliklər çox vaxt revolyusiya ilə baş tutur. Elmdə son sözün heç vaxt olmadığı kimi insan münasibətlərinin nizamlanmasının ideal olması və etalonu heç vaxt olmayacaq. Bundan sonra da təkmilləşə-təkmilləşə davam edəcəkdir.

Bu münasibətlərin necə dəyişdiyini asan anlamaq üçün ictimaiyyətlərin inkişafı ilə məşğul olan alimlər hər qitədə və regionda müxtəlif sürətlə inkişaf edən, ancaq insanların münasibətlərini tənzimləyən qanunların oxşarlığını nəzərə almaqla bu prosesləri müxtəlif quruluşlar, formasiyalar adı altında toplayıblar. Klassik nəzəriyyə ilə bu ibtidai icma münasibətləri ilə başlayır, adı kapitalizm adlandırılsa da daha mürəkkəb tənzimləmə mexanizmi olan dünyanın bir çox ölkələrində bu gün mövcud quruluşla qurtarır. Bu qurluluşların yaranmasının nə vaxt başladığını və o birisi quruluşa nə vaxt keçdiyini təyin etmək mümkün deyildir. Ona görə ki, bu günkü dünyada bəşəriyyətin kecdiyi bütün formasiyalarda yaşayan insanlar qrupu mövcuddur. Hələ də dünyanın 7 milyard əhalisinin 5 minə yaxını ibtidai icma, 5 milyondan artığı quldarlıq, 200 milyona yaxını feodalizm, 2 miyarda yaxını qarışıq-feodalizm – kapitalizm, yerdə qalanları kapitalizm münasibətləri ilə yaşayırlar.

Sosializm sistemi yoxdur, o adı süni surətdə marksizm-leninizm idealogiyası ortaya atıb. Xalqın bütövlüklə seçkilərdə iştirak etdiyi sosialist ölkələri adlandırılanlar kapitalizmə, ayrı ayrı (Çin kimi) bir partiyanın seçkiləri idarə etdiyi komunist və ona bənzər rejimli ölkələr feodal kapitalizmə aiddir . Xalqın yaşayış səviyyəsi, vətəndaşlarının normal və hərtəfli inkişafı, həyatda yaşamağından zövq ala bilib-bilməməsi, uşaqlarını hansı səviyyədə və hansı istiqamətdə tərbiyə etməsi və bir çox başqa faktorlar ancaq və ancaq ölkənin hansı quruluşun qanunları ilə yaşamasından asılıdır, başqa bir təsir edə biləcək amil yoxdur. Yəni yaxşı, dahi rəhbər və ya pis rəhbərin insanların yaşayış göstəricilərinin necə olmasında rolu demək olar ki, yox dərəcəsindədir. Çünki insanların münasibətini tənzimləyən qanunlarının əsas yaradıcısı həmin dövrdəki liderdir və o, həmin yaratdığı qanunların quludur.

Azərbaycan xalqı hansı quruluşda yaşadığını dəqiqliklə bilməlidir və ictimai münasibətlərin Azərbaycandakı kimi tənzimlənməsi ilə razılaşıb-razılaşmadığını müəyyənləşdirməlidir. Azərbaycan xalqı repressiya rejiminin yox, istəyinin, arzusunun qulu olmalıdır. Öz istəyinin yox, başqasının istəyinin qulu olan xalqın gələcəyi ola bilməz. Xarici bər-bəzəyə baxmayaraq Azərbaycan bu gün quldarlıq –feodal quruluşlarının qarışığı olan bir ictimai formasiyanın içindədir və insanların yaşayışları bütün aspektlərində həmin quruluşa uyğundur. Xarici görüntü həlledici deyildir. Binanın gözəl fasadının içərisində cəhənnəmə oxşar evlərin olması yeni bir şey deyildir.

İlk dəfə proqressiv quruluşlu velosiped kəşf edən ölkə ilə onu o ölkədən pulla alan ölkələrin arasında fərq çox böyükdür. Azərbaycandakı quruluşu müəyyənləşdirən bir neçə aspektə baxaq:

İlk dəfə, indikilərə oxşar məhkəmə sistemi İngiltərədə 11-ci əsrdə feodal quruluşu dövründə, yaranıb, məhkəmənin işinə kral özü də qarışa bilməyib, yəni müstəqil olub, kralın əfv etmə və ya qərarı daha da gücləndirmə hüququ olub. Məhkəmələr qərarı koleggial qəbul ediblər. Sözsüz heç bir rüşvətdən söhbət gedə bilməzdi. Məhkəmə üzvlərinin hamısı xususi təhsil görmüş aristokratlar idi və onların aldığı tərbiyə rüşvət barədə düşünməyi belə qadağan edirdi.

İndi bizdəki məhkəmələrə qiymət verin. Tutaq ki 100 işə baxılır. O işlərin qərarlarının 10 faizi prezident və onun ətrafındakıların tapşırığı ilə verilir. Yerdə qalan 90 faiz qərarlar rüşvətlə həll olunur. Rüşvəti ya advokat alıb prokuror və məhkəmənin arasında bölüşdürür, ya da məhkəmə və prokurordan biri bu işlə məşğul olur. Belə bir sistemdə əhalinin azı 90 faizinin öz elementar haqlarını müdafiə etmək şansları yoxdur. Məhkəmələrin 5 faizi tanışlıqla, 95 faizi rüşvət verməklə təyin olunurlar. Onlar nəinki verdikləri rüşvəti qaytarmalıdır, paralel aylıq verəcəkləri rüşvəti və özünün qazancını çıxarmalıdır. Sistem elə qurulub ki, o məhkəmələrin rüşvət almamaq şansı yoxdur. Rüşvət almayan məhkəmə heç altı ay öz vəzifəsində qala bilməz. İnsanlar arasında münasibətlərin tənzimlənməsində əsas və yeganə arbitr rolu oynamaq üçün yaradılan məhkəmə sisteminin olmaması hansı quruluşda olub, əlbəttə quldarlıq qurluşununda. Vizual effektinə görə, yəni geyimi, əlindəki taxta toxmağı ilə sivil ölkələrin məhkəməsinə oxşasa da, mahiyyətcə insanlara münasibətin ev heyvanlarına münasibətə yaxın olması ilə bizdə hüquqi durum quldarlıq quruluşudur.

Mülkiyyət toxunulmazlığına gələndə, vəzifə sahiblərinin istənilən vaxt istənilən kasıb adamın mülkiyyətini əlindən ala bilmək səlahiyyətinin olması ancaq öz aralarında bir-birlərinin mülkiyyətinə toxunmamaları feodal quldarlıqdır. Son vaxtlar zorla camaatı öz evindən çıxarmaları, həm qədim, həm də yeni tikilmiş evləri sökməkləri ilə bunu təsdiqləyirlər. Təhsil sistemində total rüşvətin mövcudluğu heç bir quruluşa xas deyil, ancaq Azərbaycanda zühur edib. Yəni Sovetdən çıxmış başqa ölkələrdə də təhsil sistemində rüşvət var, ancaq Azərbaycandakı kimi total şəkil almayıb. Ali təhsil almışların iş tapmaqlarının çox böyük problem olması, yaxşı vəzifələrə ağlından, talantından asılı olmayaraq müəyyən kastanın uşaqlarının qoyulması feodalizmidir.

Sadalamağa ehtiyac yoxdur-bu günkü azərbaycanlının insan hüqyqlarını 8-9 əsr Ərəb xilafəti və ya 16-cı əsr Rusiyada yaşayanların hüquqları ilə müqayisə etmək olar. İlk dəfə 18-ci əsrin sonunda Azərbaycan adlanan ərazilərdə yaşayan xalqın hüquqlarının olmaması və ya az olması heç vaxt bu günkü səviyyədə olmayıb, nə 1828-1918- Rusiya, nə 1920-1991-ci illər-sovet imperiyaları dövründə. Bu yazıların düzgünlüyünü sovet dövründə yaşamış ən azı 6 milyon azərbaycanlı təsdiqləyə bilər. Sovet imperiyasını xatırlamayan gənclərin bu işi görmək üçün şansları yoxdur, çünki müqayisə etmək üçün obyektləri yoxdur. Hökümətin alternativsiz propaqanda maşını bir çox gəncin beyninə xaricdə də bizdəki kimi hökümətdə hamı yalan danışır, orada da korrupsiya və rüşvət adi şeydir kimi gənclərin mənəviyyatını dağıdan neqativ yalanları onların beyinlərinə yeridə bilib. Xaricdə yaşayan azərbaycanlı gənclərlə daxildə yaşayanların arasında fərq hiss olunur.

Prezident vəzifəsinin hər dəfə zorla ələ keçrilməsini, seçkilərin saxtalaşdırılmasını hansı quruluşa aid etmək olar-sözsüz ki, quldarlıq və feodal quruluşunun qarışığına. Çünki kapitalizmin əsas şərti azad və düzgün seçkilərin keçrilməsidir, o olmasa quruluş heç vaxt kapitalizm adlandırıla bilməz. Azərbaycanın prezidenti prezident vəzifəsini özünün mülkiyyəti, vətəndaşlarını isə qulları hesab edir. Narazılıqlarını kücələrdə bildirmək istəyənlərə ya dəli, ya da protest etmiş qullar kimi baxır.

Dünyanın bir çox ölkələrində hər dəfə saxta seçki adı altında təyin olunmuş deputatlardan ibarət olan Azərbaycan parlamentinin mövcudluğundan insanların çoxunun xəbərləri yoxdur. Korrupsiya və rüşvət belə özlərinin yaratdığı “qanunla” işləmir, başçılarının keyfindən asılı olaraq istənilən vaxt dəyişdirilir. Azərbaycandakı rejimin çox qısa analizindən sonra yeganə bir sualla azərbaycan xalqına müraciət edirik:

• Belə bir rejimdə yaşamağı davam etdirməyə razısınızmı?
• Necə istəyirsiniz adlandıraq-demokratiya uğrunda Müqavimət Hərəkatı və ya diktaturaya qarşı Müqavimət Hərəkatının yaradılmasını dəstəkləyirsinizmi?

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

5 Cavab to “Azərbaycanda Demokratiya Uğrunda Müqavimət Hərəkatının Preambulası”

  1. Yaranacak teshkilatin adi ne olursa olsun Menim Düshüncelerime göre Bu Teshkilat vasitesi ile Azerbaycan Vetendanshlarina son shans verilir bunu agilli deyerlendire bilsek 40 illik bir Esaretden Tezlikle gurtarmak imkanlari elde edeceyik.Ve Bundan sonra göreceyik biz Hegigeten yüksek seviyyede yashamaya layig bir milletik.

    ,,Ailelerin Xoschbext, Genclerin Firavan, ,Büyüklerimizin Hüzurlu yashayacagi bir geleceye dogru ell-Ele Birleshek.”

  2. Övladlarımız və özümüzün xoşbəxt firavan gələcəyi üçün suveren .hür,insanları öz düşüncələrini ifadə edə biləcəyi həqiqi demokratiyaya ehtiyac var.Qıssa müdətlik vəzifə kürsülərində əyləşərək və ya kimlərinsə himayəsində miliyardlar,miliyonlar qazanmaq sizin qarantınz ola bilməz misal; Ə.İnsanov,F.Əbiyev,H.mübarək və yaxınları Qəddafi və yaxınları B.Əssad v.s çoxlarını saymaq olar düşünün siz onlardan güclü olacaqsınız?, yuxarıdan aşağıya sizlərdə bu hala düşə bilərsiniz. Bu halların olmaması üçün,kimliyindən asılı olmayaraq ölkəmiz və özümüzun gələcəyində ötrü həqiq demokratik cəmiyyətin qurulmasına nail olmalıyıq. XOŞBƏXT ,FİRAVAN,AZAD,HƏQİQİ DEMOKRATİYA UĞRUNDA SƏMİMİ QƏLBDƏN VƏ İNANARAQ ƏLL-ƏLƏ BİRLƏŞƏK! ALLAH sonda belə haqqlının yanindadır.ALLAHIN ADI İLƏ UĞURLAR OLSUN.

  3. Rasul bey çox gözəl analiz aparıb … məncə indi əsas problem bu analizlərin geniş xalq kütlələrinə çatdırilmasıdır…….Məncə Televiziya acildiqdan sonra xaricde ve azerbaycanda yasayan hakimiyyətdən bezmis iş adamlarının həmçinin azərbaycanımızı seve geniş xalq kütlələrinin maddi vəsayiti hesabına televizyanin faliyətini davam etdirmək olar……..Rasul bey televiziya açmaq haqqında düşünürsünüzmü.,,,??

    • Bu analizin məqsədi başqalarının dərindən fikirləşib hərəkata qoşulmasına nail olmaqdır.Tərəfdarımlarla birlikdə biz buna nail olmasaq yazının heç bir əhəmiyyəti olmayacaq.Azı 50 min adamın bu yazını müxtəlif informasiya mənbələrindən,o cümlədən facebook,Bloqq-dan oxumalıdır və onların içindən azı 30 min bizi dəstəkləyənlər olmalıdır.Xahiş edirəm bu konkret və real işi görməkdə aktiv olun.Hər gün məlumat gəlsin ki, bir nəfər bu yazı ilə məsələn 50 adamı tanış edib.Bu dediyim işlər rutin işlərdir ancaq yazılan ağıllı yazılardan daha effektlidir.Bu yazıya hə deyildikdən sonra onun əsas hissəsi proqram hissəsi sizin müzakirəyə veriləcək.Köhnə və yeni dostlar sizin sayınız minlərlədir,hərəkətə gəlin.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: