Planetimizdə ilk adama bənzər şüurlu canlı yaranandan bu günə qədər insanların qarşılıqlı münasibətlərini tənzimləyən qanunların dəyişdirilməsi evalyusiya yolu ilə daima davam edir və bundan sonra da davam edəcək. Proses özü evolyusiya ilə gedən prosesdir, ancaq dəyişikliklər çox vaxt revolyusiya ilə baş tutur. Elmdə son sözün heç vaxt olmadığı kimi insan münasibətlərinin nizamlanmasının ideal olması və etalonu heç vaxt olmayacaq. Bundan sonra da təkmilləşə-təkmilləşə davam edəcəkdir.
Bu münasibətlərin necə dəyişdiyini asan anlamaq üçün ictimaiyyətlərin inkişafı ilə məşğul olan alimlər hər qitədə və regionda müxtəlif sürətlə inkişaf edən, ancaq insanların münasibətlərini tənzimləyən qanunların oxşarlığını nəzərə almaqla bu prosesləri müxtəlif quruluşlar, formasiyalar adı altında toplayıblar. Klassik nəzəriyyə ilə bu ibtidai icma münasibətləri ilə başlayır, adı kapitalizm adlandırılsa da daha mürəkkəb tənzimləmə mexanizmi olan dünyanın bir çox ölkələrində bu gün mövcud quruluşla qurtarır. Bu qurluluşların yaranmasının nə vaxt başladığını və o birisi quruluşa nə vaxt keçdiyini təyin etmək mümkün deyildir. Ona görə ki, bu günkü dünyada bəşəriyyətin kecdiyi bütün formasiyalarda yaşayan insanlar qrupu mövcuddur. Hələ də dünyanın 7 milyard əhalisinin 5 minə yaxını ibtidai icma, 5 milyondan artığı quldarlıq, 200 milyona yaxını feodalizm, 2 miyarda yaxını qarışıq-feodalizm – kapitalizm, yerdə qalanları kapitalizm münasibətləri ilə yaşayırlar.
Sosializm sistemi yoxdur, o adı süni surətdə marksizm-leninizm idealogiyası ortaya atıb. Xalqın bütövlüklə seçkilərdə iştirak etdiyi sosialist ölkələri adlandırılanlar kapitalizmə, ayrı ayrı (Çin kimi) bir partiyanın seçkiləri idarə etdiyi komunist və ona bənzər rejimli ölkələr feodal kapitalizmə aiddir . Xalqın yaşayış səviyyəsi, vətəndaşlarının normal və hərtəfli inkişafı, həyatda yaşamağından zövq ala bilib-bilməməsi, uşaqlarını hansı səviyyədə və hansı istiqamətdə tərbiyə etməsi və bir çox başqa faktorlar ancaq və ancaq ölkənin hansı quruluşun qanunları ilə yaşamasından asılıdır, başqa bir təsir edə biləcək amil yoxdur. Yəni yaxşı, dahi rəhbər və ya pis rəhbərin insanların yaşayış göstəricilərinin necə olmasında rolu demək olar ki, yox dərəcəsindədir. Çünki insanların münasibətini tənzimləyən qanunlarının əsas yaradıcısı həmin dövrdəki liderdir və o, həmin yaratdığı qanunların quludur.
Azərbaycan xalqı hansı quruluşda yaşadığını dəqiqliklə bilməlidir və ictimai münasibətlərin Azərbaycandakı kimi tənzimlənməsi ilə razılaşıb-razılaşmadığını müəyyənləşdirməlidir. Azərbaycan xalqı repressiya rejiminin yox, istəyinin, arzusunun qulu olmalıdır. Öz istəyinin yox, başqasının istəyinin qulu olan xalqın gələcəyi ola bilməz. Xarici bər-bəzəyə baxmayaraq Azərbaycan bu gün quldarlıq –feodal quruluşlarının qarışığı olan bir ictimai formasiyanın içindədir və insanların yaşayışları bütün aspektlərində həmin quruluşa uyğundur. Xarici görüntü həlledici deyildir. Binanın gözəl fasadının içərisində cəhənnəmə oxşar evlərin olması yeni bir şey deyildir.
İlk dəfə proqressiv quruluşlu velosiped kəşf edən ölkə ilə onu o ölkədən pulla alan ölkələrin arasında fərq çox böyükdür. Azərbaycandakı quruluşu müəyyənləşdirən bir neçə aspektə baxaq:
İlk dəfə, indikilərə oxşar məhkəmə sistemi İngiltərədə 11-ci əsrdə feodal quruluşu dövründə, yaranıb, məhkəmənin işinə kral özü də qarışa bilməyib, yəni müstəqil olub, kralın əfv etmə və ya qərarı daha da gücləndirmə hüququ olub. Məhkəmələr qərarı koleggial qəbul ediblər. Sözsüz heç bir rüşvətdən söhbət gedə bilməzdi. Məhkəmə üzvlərinin hamısı xususi təhsil görmüş aristokratlar idi və onların aldığı tərbiyə rüşvət barədə düşünməyi belə qadağan edirdi.
İndi bizdəki məhkəmələrə qiymət verin. Tutaq ki 100 işə baxılır. O işlərin qərarlarının 10 faizi prezident və onun ətrafındakıların tapşırığı ilə verilir. Yerdə qalan 90 faiz qərarlar rüşvətlə həll olunur. Rüşvəti ya advokat alıb prokuror və məhkəmənin arasında bölüşdürür, ya da məhkəmə və prokurordan biri bu işlə məşğul olur. Belə bir sistemdə əhalinin azı 90 faizinin öz elementar haqlarını müdafiə etmək şansları yoxdur. Məhkəmələrin 5 faizi tanışlıqla, 95 faizi rüşvət verməklə təyin olunurlar. Onlar nəinki verdikləri rüşvəti qaytarmalıdır, paralel aylıq verəcəkləri rüşvəti və özünün qazancını çıxarmalıdır. Sistem elə qurulub ki, o məhkəmələrin rüşvət almamaq şansı yoxdur. Rüşvət almayan məhkəmə heç altı ay öz vəzifəsində qala bilməz. İnsanlar arasında münasibətlərin tənzimlənməsində əsas və yeganə arbitr rolu oynamaq üçün yaradılan məhkəmə sisteminin olmaması hansı quruluşda olub, əlbəttə quldarlıq qurluşununda. Vizual effektinə görə, yəni geyimi, əlindəki taxta toxmağı ilə sivil ölkələrin məhkəməsinə oxşasa da, mahiyyətcə insanlara münasibətin ev heyvanlarına münasibətə yaxın olması ilə bizdə hüquqi durum quldarlıq quruluşudur.
Mülkiyyət toxunulmazlığına gələndə, vəzifə sahiblərinin istənilən vaxt istənilən kasıb adamın mülkiyyətini əlindən ala bilmək səlahiyyətinin olması ancaq öz aralarında bir-birlərinin mülkiyyətinə toxunmamaları feodal quldarlıqdır. Son vaxtlar zorla camaatı öz evindən çıxarmaları, həm qədim, həm də yeni tikilmiş evləri sökməkləri ilə bunu təsdiqləyirlər. Təhsil sistemində total rüşvətin mövcudluğu heç bir quruluşa xas deyil, ancaq Azərbaycanda zühur edib. Yəni Sovetdən çıxmış başqa ölkələrdə də təhsil sistemində rüşvət var, ancaq Azərbaycandakı kimi total şəkil almayıb. Ali təhsil almışların iş tapmaqlarının çox böyük problem olması, yaxşı vəzifələrə ağlından, talantından asılı olmayaraq müəyyən kastanın uşaqlarının qoyulması feodalizmidir.
Sadalamağa ehtiyac yoxdur-bu günkü azərbaycanlının insan hüqyqlarını 8-9 əsr Ərəb xilafəti və ya 16-cı əsr Rusiyada yaşayanların hüquqları ilə müqayisə etmək olar. İlk dəfə 18-ci əsrin sonunda Azərbaycan adlanan ərazilərdə yaşayan xalqın hüquqlarının olmaması və ya az olması heç vaxt bu günkü səviyyədə olmayıb, nə 1828-1918- Rusiya, nə 1920-1991-ci illər-sovet imperiyaları dövründə. Bu yazıların düzgünlüyünü sovet dövründə yaşamış ən azı 6 milyon azərbaycanlı təsdiqləyə bilər. Sovet imperiyasını xatırlamayan gənclərin bu işi görmək üçün şansları yoxdur, çünki müqayisə etmək üçün obyektləri yoxdur. Hökümətin alternativsiz propaqanda maşını bir çox gəncin beyninə xaricdə də bizdəki kimi hökümətdə hamı yalan danışır, orada da korrupsiya və rüşvət adi şeydir kimi gənclərin mənəviyyatını dağıdan neqativ yalanları onların beyinlərinə yeridə bilib. Xaricdə yaşayan azərbaycanlı gənclərlə daxildə yaşayanların arasında fərq hiss olunur.
Prezident vəzifəsinin hər dəfə zorla ələ keçrilməsini, seçkilərin saxtalaşdırılmasını hansı quruluşa aid etmək olar-sözsüz ki, quldarlıq və feodal quruluşunun qarışığına. Çünki kapitalizmin əsas şərti azad və düzgün seçkilərin keçrilməsidir, o olmasa quruluş heç vaxt kapitalizm adlandırıla bilməz. Azərbaycanın prezidenti prezident vəzifəsini özünün mülkiyyəti, vətəndaşlarını isə qulları hesab edir. Narazılıqlarını kücələrdə bildirmək istəyənlərə ya dəli, ya da protest etmiş qullar kimi baxır.
Dünyanın bir çox ölkələrində hər dəfə saxta seçki adı altında təyin olunmuş deputatlardan ibarət olan Azərbaycan parlamentinin mövcudluğundan insanların çoxunun xəbərləri yoxdur. Korrupsiya və rüşvət belə özlərinin yaratdığı “qanunla” işləmir, başçılarının keyfindən asılı olaraq istənilən vaxt dəyişdirilir. Azərbaycandakı rejimin çox qısa analizindən sonra yeganə bir sualla azərbaycan xalqına müraciət edirik:
• Belə bir rejimdə yaşamağı davam etdirməyə razısınızmı?
• Necə istəyirsiniz adlandıraq-demokratiya uğrunda Müqavimət Hərəkatı və ya diktaturaya qarşı Müqavimət Hərəkatının yaradılmasını dəstəkləyirsinizmi?
Yaranacak teshkilatin adi ne olursa olsun Menim Düshüncelerime göre Bu Teshkilat vasitesi ile Azerbaycan Vetendanshlarina son shans verilir bunu agilli deyerlendire bilsek 40 illik bir Esaretden Tezlikle gurtarmak imkanlari elde edeceyik.Ve Bundan sonra göreceyik biz Hegigeten yüksek seviyyede yashamaya layig bir milletik.
,,Ailelerin Xoschbext, Genclerin Firavan, ,Büyüklerimizin Hüzurlu yashayacagi bir geleceye dogru ell-Ele Birleshek.”
Övladlarımız və özümüzün xoşbəxt firavan gələcəyi üçün suveren .hür,insanları öz düşüncələrini ifadə edə biləcəyi həqiqi demokratiyaya ehtiyac var.Qıssa müdətlik vəzifə kürsülərində əyləşərək və ya kimlərinsə himayəsində miliyardlar,miliyonlar qazanmaq sizin qarantınz ola bilməz misal; Ə.İnsanov,F.Əbiyev,H.mübarək və yaxınları Qəddafi və yaxınları B.Əssad v.s çoxlarını saymaq olar düşünün siz onlardan güclü olacaqsınız?, yuxarıdan aşağıya sizlərdə bu hala düşə bilərsiniz. Bu halların olmaması üçün,kimliyindən asılı olmayaraq ölkəmiz və özümüzun gələcəyində ötrü həqiq demokratik cəmiyyətin qurulmasına nail olmalıyıq. XOŞBƏXT ,FİRAVAN,AZAD,HƏQİQİ DEMOKRATİYA UĞRUNDA SƏMİMİ QƏLBDƏN VƏ İNANARAQ ƏLL-ƏLƏ BİRLƏŞƏK! ALLAH sonda belə haqqlının yanindadır.ALLAHIN ADI İLƏ UĞURLAR OLSUN.
O məqalədə yazılanlara inandığınıza çox təəsüüf edirəm.Məqaləyə münasibət bildirmişəm yəqin müsavatda sabah çıxar izləyin.
Rasul bey çox gözəl analiz aparıb … məncə indi əsas problem bu analizlərin geniş xalq kütlələrinə çatdırilmasıdır…….Məncə Televiziya acildiqdan sonra xaricde ve azerbaycanda yasayan hakimiyyətdən bezmis iş adamlarının həmçinin azərbaycanımızı seve geniş xalq kütlələrinin maddi vəsayiti hesabına televizyanin faliyətini davam etdirmək olar……..Rasul bey televiziya açmaq haqqında düşünürsünüzmü.,,,??
Bu analizin məqsədi başqalarının dərindən fikirləşib hərəkata qoşulmasına nail olmaqdır.Tərəfdarımlarla birlikdə biz buna nail olmasaq yazının heç bir əhəmiyyəti olmayacaq.Azı 50 min adamın bu yazını müxtəlif informasiya mənbələrindən,o cümlədən facebook,Bloqq-dan oxumalıdır və onların içindən azı 30 min bizi dəstəkləyənlər olmalıdır.Xahiş edirəm bu konkret və real işi görməkdə aktiv olun.Hər gün məlumat gəlsin ki, bir nəfər bu yazı ilə məsələn 50 adamı tanış edib.Bu dediyim işlər rutin işlərdir ancaq yazılan ağıllı yazılardan daha effektlidir.Bu yazıya hə deyildikdən sonra onun əsas hissəsi proqram hissəsi sizin müzakirəyə veriləcək.Köhnə və yeni dostlar sizin sayınız minlərlədir,hərəkətə gəlin.