“Məni Azərbaycana buraxmırlar, çünki qorxurlar”

Dekabr 21, 2011-ci ildə Yenilik.az İnternet Qəzetinə Müsahibəsi

Rəsul Quliyev: “Heç vaxt məni hansısa bir partiyanın dəstəkləməsi barədə düşünməmişəm və düşünmürəm ki, buna çox böyük ehtiyacım var!”

Rəsul bəy, Milli Müqavimət hərəkatı yaratdığınızı bəyan etdiniz. Hərəkatla bağlı hazırda hansı işlər həyata keçirilir ? Bu hərəkat hansı zərurətdən yarandı?

– Birincisi milli müqavimət hərəkatı yox, demokratiya uğrunda müqavimət hərəkatı adlanmalıdır. Müqavimətin milli mənsubiyyəti ola bilməz, müqavimət elə müqavimətdir, ancaq hansı məqsədə qulluq etdiyi məlum olmalıdır. Demokratiya universal olduğundan bu söz altında hakimiyyətin zorakılığına , qanunların hakim sinif üçün ancaq kağızda olduğuna , xalqın pulunu vəzifədən istifadə edib oğurlayanlara və sair, və sair… qarşı aparılacaq mübarizədən söhbət gedir. Bu sadalıqlarımı sübut etməyə ehtiyac yoxdur.

Azərbaycanda az da olsa bir az ağlı kəsən on yaşlı uşaqdan tutmuş Prezidentinə qədər hamı bilir ki, bu belədir. Bu işin təşkilatçıları dəridən, qabıqdan çıxıb sübut etməyə çalışırlar ki, hər şey əladır, Azərbaycan iri addımlarla sivil inkişafını davam etdirir.Onların sayı təxminən başda prezident olmaqla 100-150 nəfər olar. Təqribən 5 minə yaxın adam fürsət axtarırlar ki, belə çıxışlar etməklə sürfədən bəlkə daha yağlı bir tikə qopara bildilər. Bir o qədər də imkan verən kimi belə çıxışlar edir. Yarım milyona qədəri ürəyində söyür bu höküməti ancaq heç ailəsində də səsini çıxartmır,bu adamlar istənilən vaxt pozisiyasını hər iki istiqamətdə dəyişməyə hazır olan adamlardır. Yerdə qalanların əksəriyyəti narazılığını bildirir lakin nəyinsə dəyişə biləcəyinə inanmadığına görə ancaq deyinməklə kifayətlənir. Çox cuzi miqdarda adamlar bu rejimlə mübarizə aparmaq əzmindədilər. Onların da konkret real planları olmadığından pərakəndə çıxışlar edirlər və hökümət məmuniyyətlə bu çıxışları gözləyir , çünki təsəvvür edilməz dərəcədə asanlıqla onun qarşısını alır və hesab edir ki, pozisiyasını günü gündən gücləndirir.

Xüsusilə qulaq cingildədən bəyanatlardan sonra cüzi qüvvə ilə pərəkandə çıxışları böyük zövqlə müşaiyət edir, özünün qüdrətinə inanır. Azərbaycan xalqının ildən-ilə deqradasiyasını görməmək üçün tək korluq kifayət etməz, gərək əlinlə də heç bir şey hiss etməyəsən. Beş il bundan öncəki azərbaycanlı ilə bu günkü azərbaycanlı arasında mənəvi tənəzzül çox böyükdür. Azərbaycan xalqı həyatına, torpağına,vətəninə o qədər biganələşib ki,mətbuatda Dağlıq Qarabağla əlaqədar danışıqlardan reportajları demək olar ki, oxumur. Bu tənəzzülün davamı xalğın bütövlüklə katastrofik həddi keçib dərənin dibinə düşməsi ilə qurtaracaq. Hadisələrin belə bir istiqamətdə inkişaf etməsi artıq dözülməzdir. Mən son iki ildə səbrlə höküməti vətəndaş cəmiyyəti yaratmağa çağırdım. Korrupsiya və rüşvətin bu səviyyədə olduğu bir ölkənin gələcəyinin olmadığını anlatmağa çalışdım.Təəssüf ki, bu adamlar mənim harayımı zəiflik kimi qəbul etdilər.

Bəzi müxalifət nümayəndələrinin Azərbaycanda dəbdə olan “Rəsul Quliyev artıq siyasi meyiddir” frazalarından istifadə etmələrindən xoşallanıb “növbəti düşmənimizi məhv etdik” düşündülər.Rəsul Quliyev siyasi meyit ola bilər,ancaq bir vətəndaş kimi fiziki sağdırsa heç vaxt xalqın düşdüyü vəziyyətlə barışa bilməz fikri ağıllarına gəlmədi. Hərəkatın hansı zərurətdən yarandığını izah etdim. İndi qayıdaq onun strukturasına. Bu beynəlxalq təşkilat olacaq.Hadisələr Azərbaycanda cərəyan edəcəyinə görə ən böyük büro ölkədə yaranacaq. Strukturası çox asan idarə olunan və dəmir nizam-intizamlı olacaq. Azərbaycan bürosunun hansı şəkildə olması barədə məndə fikir formalaşıb, ancaq bu barədə açıqlama hərəkatı potensial dəstəkləyə biləcək insanlarla geniş müzakirə edəndən sonra veriləcək. Hər halda təşkilatlanma prosesi yanvarın ortalarından o tərəfə keçməyəcəkdir.

Müxalifətdə hələ də daxili ziddiyyətlər mövcuddur. Siz necə düşünürsüz bu ziddiyyətlər müxalifətin növbəti prezident seçkiləri ərəfəsində birləşməsinə imkan verəcəkmi?

– Bu məsələ bu gün məni ən az maraqlandıran məsələdir. Ölkədə seçkilərin dünya standartlarına uyğun keçirilməsi şəraitinə nail olmamış hansı birləşmədən ya ayrılmadan söhbət gedə bilər? Bu şərait olmasa o birləşməni istər Azərbaycanda yarat, istər Ayda, nəticəsi eyni olar.

Ümimiyyətlə müxalifətdə daxili ziddiyətlərin nə vaxtsa olmayacağına siz inanırsınız? Bu lap o məşhur anekdota oxşayır: Amerika prezidenti Allahdan soruşur ki, “Amerikada nə vaxt komunizm olacaq”, Allah da cavab verir ki, “100 ildən sonra”, prezident də “mən görə bilməyəcəyəm” deyib ağlayıb gedir. Azərbaycan prezidenti bu sualı verəndə Allah ağlayıb “mən onu görə bilməyəcəyəm” deyir. Zarafat bir tərəfə tamamilə müxtəlif əqidəli adamların bir bayraq altında birləşməsini mən təsəvvür etmirəm. Əlbəttə bir birlərinə yaxın pozisiyalı müəyyən birləşmələr ola bilər, ancaq bunun mənim işimlə elə bir əlaqəsi yoxdur.

Müxalifət daxilində sizə qarşı bir qısqanclıq hiss edirsinizmi? Əminsiniz ki, sizin namizədliyiniz müxalifət tərəfindən dəstəklənəcək?

-Heç vaxt məni hansısa bir partiyanın dəstəkləməsi barədə düşünməmişəm və düşünmürəm ki, buna çox böyük ehtiyacım var.

Cəmiyyətdə belə bir fikir hələ də mövcuddur ki, imza atdığınız əsərləri guya siz yazmamısız. Bu şübhələr nədən qaynaqlanır və bunlara birdəfəlik son qoymaq üçün nə cavab verərsiz?

– Cəmiyətdə yox, şayiə yayan bir qrup insanların arasında. Bu o demək deyildir ki, o şayiəni yayanlar doğrudan şübhələndiyi üçün belə bir addım atıblar. Mənim “Reportyorlar” əsərimdən internetdə bəzi fəsillər dərc olunanda aşağıda fikir bildirənlərdən biri məni Brejnyevlə müqayisə etmişdi. Təqribən belə bir şey yazmışdı.”Malıy zemlya əsərindən sonra politbüronun üzvlərindən bir neçəsi Brejnyevin yanına gəlib oxuduqlarını və çox yaxşı əsər olduqunu deyirlər,onlar gedəndən sonra Brejnyev deyir ki,gedim özümdə oxuyum deyəsən yaxşı əsərdir.” Bu yumoristin sözlərinə bir xeyli güldüm, istədim ona “sizin yazıdan sonra doğrudan əsərimi oxudum,hətta yazılmamış ikinci hissənin də artıq necə davam edib qurtaracağını bilirəm” yazmaq istədim. Sonra fikrimdən daşındım.

Azərbaycanda insanlar uzun əsərləri oxumağa meyilli olmadığı üçün istənilən şayiəyə inana bilərlər.İndi o kitabların mənim yazıb yazmadığımı müəyyənləşdirmək üçün xahiş edirəm, siz də o kitabları oxuyasınız, o dəqiqə anlayacaqsınız ki,bu əsərləri məndən başqa heç kim yaza bilməz. Çünki o əsərlər bədii olsa da mənim ideyalarımı əks etdirir. Ümumiyyətlə, tək əsərləri yox, heç vaxt heç kim mənim üçün doklad da yazmayıb, hamısını özüm etmişəm. Azərbaycanda elə adamlar var ki, o kitabların məzmunu barədə kitabın çıxmasına 2 il qalmış mənim soyləməyimdən eşidiblər. Nə isə, bu məsələ məni heç narahat etmir, belə bir şeyi uzun müddət gizli saxlamaq mümkün deyil ‘’yazan’’ üzə çıxar.

Vaxtilə sizə yaltaqlanan məmurlar bu gün əleyhinizə danışmaq üçün fürsət axtarırlar. Belə adamları görəndə, çıxışını izləyəndə hansı hissləri keçirirsiz?

– Tək mənim əleyhimə danışanlara yox, ümumiyyətlə, bu tipdən olan insanlardan iyrənirəm, onlara danışa bilən əcinnələr kimi baxıram.

Ümumiyyətlə, cəmiyyəti yaltaqlıqdan necə təmizləmək olar?

– İnsanı yaltaq olmağa məcbur edən yeganə bir faktor var, o da kimdənsə və ya kimlərdənsə tam asılı olmağıdır. Adi bir misal cəkim, istər müəllim, istər fəhlə, kimsə əgər əmin olsa ki, birincisi direktor onu qanunsuz işdən çıxara bilməz, məhkəmə var, onu həm işə bərpa edəcək, həm də almadığı məvacibi ödəməyə məcbur edəcək, ikincisi lap işdən çıxartsa belə bir neçə ay yaşamaq üçün vəsaiti var və bu müddətdə yenidən işə düzələ biləcək, hökümətdən kömək ala biləcək, həyatında o özünü Azərbaycandakı kimi alçaldıb yaltaqlıq etməz. Azı dünyada bir milyard yarım adam yaltaqlığın nə olduğunu ümumiyyətlə bilmirlər. Yaltaqlığı Azərbaycanda ləğv etmək ən asan məsələlərdən biridir. Azərbaycan xalqının da yaddaşının qısa olduğunu nəzərə alsaq ümumiyyətlə yaltaqlıq yaddan çıxacaq. Sadəcə olaraq insanların başqasından asılılığını minimuma imkan olsa sıfıra yendirmək lazımdır.

Siz həm yazıçı, həm siyasətçisiniz. Bir yazıçı kimi Azərbaycanın müasir dövr ədəbiyyatı və yazıçıları, şairləri, bir siyasətçi kimi isə Azərbaycan siyasətini və siyasətçiləri ABŞ-dan necə görürsünüz?

– Əslində mən mühəndisəm.Sovet dövründə ittifaqda sürtgü yağları üzrə bir nömrəli mütəxisislərdən biri hesab edilirdim. Nə vaxtsa ciddi şəkildə siyasətlə məşğul olacağım və kitab yazacağım heç ağlıma da gəlməzdi. Həyatım boyu heç vaxt istər sovet, istərsə də müstəqillik dövrü heç kimdən mənə vəzifə verməsini nə özüm, nə də kimsə mənim üçün heç kimdən xahiş etməyib. Əbülfəz Elçibəyin məni neft kompaniyasına vitse-prezident təyin etməsini radioda eşitmişəm. Bu açıqlamaların sizin sualınızla bilavasitə əlaqəsi olduğundan danışıram. Həmin o dediyiniz, mənim yazmağıma şübhə doğuran kitabları yazanda 10 min səhifədən artıq tarixi materiallarla tanış olmuşam.Sözsüz ki, bu materialların 80 faizi ingilis, 19 faizi rus, 1 faizi Azərbaycan dilində olub.

Yaradıcılıqla ölkədəki rejimin arasında birbaşa əlaqənin olduğuna heç bir şübhəniz olmasın. Oxuduğum materiallardan topladığım statiskanın nəticələri bunu təsdiq edir. Azərbaycan ədəbiyyatında vulkanik yüksəlmələr 1900-1924-ci nisbətən azadlığın olduğu illərdə və 1956-1970 ci illərdə Xruşşovun repressiyaları zəiflədiyi dövrlərə təsadüf olunur. 20-ci əsrın əvvəlləri C.Məmmədquluzadə,M.Ə.Sabir, Ü.Hacıbəyov, H.Cavid və onlarla Azərbaycan tarixində əbədi yaşayacaq insanları dünyaya bəxş edib. İkinci mərhələdə bəstəkarlar Q.Qarayev, F.Əmirov,A.Məlikov şah əsərlərini bu dövrdə yaradıblar.Yazıçılar və şairlər – B.Vahabzadə,M.Araz, Y.Səmədoğlu, Ə.Əylisli, R.İbrahimbəyov, Anar ən yaxşı əsərlərini 1970-ci illərə qədər yazıblar. 1970-ci ildən yaradıcılıqda dərin böhran başlayıb. Ancaq xarici ölkələrdə yaradıcılığına qiymət verilən bir neçə şəxs nəsə yaratmağa nail olub vəssalam.

Azərbaycan telekanallarına baxanda nə düşünürsüz, inkişaf çoxdur, yoxsa tənəzzül?

–Azərbaycan telekanallarına baxmaq mümkün deyildir. Bu telekanalları dünyada hansı telekanallarla müqayisə etməyin mümkün olduğunu təssəvvür edə bilmirəm. Amerika və Avropa telekanallardan söhbət getmir. Rusiya və ya Türkiyə kanalları ilə də müqayisə ediləcək deyil.Gürcüstanla da müqayisə etmək mümkün deyil.Sovet vaxtında qəzetlərdən başqa kiçik müəssisələr və məktəblərdə divar qəzeti deyilən qəzetlər buraxırdılar.Bizim telekanallar bu gün müqayisədə həmin divar televiziyasının yerini tuta bilər. İstənilən telekanalda aparıcı, diktor, xüsusi verlişləri təşkil edənlər elə ağ yalanlar danışırlar ki, adamın ayağının altından yer qaçır. Normal özünə hörmət edən jurnalist ağ yalan danışmağa məcbur olanda o yalanı elə deyir ki,qulaq asan az da olsa şübhələnsin, onun sözlərində ikinci mənanı axtarsın, bizim telekanallarda bu yoxdur.

Ölkəmizdə korrupsiya hesabına hədsiz var-dövlət sahibi olmuş məmurlar var. Sizcə bu şəxslər dövlətə qarşı hər hansı təhlükə yarada bilərmi?

– Bu çinovliklər xarizması və ambisiyası olmayan adamların arasından seçilmiş orta səviyyədən aşağı adamlardır. Başçılarının da bu qəbildən olan adam olduğunu bilirik. Yəni onların müqayisə edib həmişə “niyə mən yox, o” demək haqları var.Ancaq sistem elə qurulub ki, bunlar üzdə mehriban görsənsələr də əslində bir-birinə düşmən kəsilmiş adamlardır. Əsas işləri bir-birindən donos deməkdir. Ona görə hər biri ayrı-ayrılıqda qorxu içərisində yaşayır, bir insan kimi daha dərindən erroziya olurlar. Qorxmasalar vəzifədə olanların ən azı yarısı istefa verib ölkəni tərk edərlər. Korrupsiya və rüşvət onları tora ilişmiş hörümçəyə çevirib,yaxın vaxtlarda rejimə təhlükə yaradanlara oxşamırlar,ancaq Azərbaycandı hər şey baş verə bilər.

Sizcə Azərbaycanda bu gün mətbuat müstəqildirmi? Ölkədə mətbuatın, söz və vicdan azadlığının ümumi vəziyyətini necə qiymətləndirirsiz?

– Bu məsələyə münasibətim tam mənfi olmasaydı hərəkat yaratmazdım.

Növbəti prezident seçkilərində namizəd kimi iştirak edib hətta qalib gələcəyinizi bildirmisiz. Əminsiz ki, bu dəfə də inandığınız adamlar sizə xəyanət etməyəcəklər?

– Uzun illər ağır repressiya rejimində yaşamış Azərbaycanlıların arasında ideyasına xəyanət etmək, dostunu satmaq sindromu daha güclüdür. Belə adamların olacağına şübhəm yoxdur, ona görə də belə prosesləri neytrallaşdırmağa bir qədər çox vaxt ayıracağam.

-Ən ağır dövləti cinayətlərdə günahlandırılan Ayaz Mütəllibov haqqında cinayət işi olduğu halda sərbəst şəkildə ölkəyə gəldi və getdi, sonra isə ona hətta eks-prezident statusu da verildi. Bəs hakimiyyət Ayaz Mütəllibova qarşı bu cür münasibət bəsləyirsə ola bilərmi ki, sizin də Azərbaycana qayıdıb burda siyasi fəaliyyətlə məşğul olmağınıza mane olmasın?

– Bu hökümət üçün onların hakimiyyətinə təhlükə yaratmayan, ancaq öz maraqları ilə yaşamaq istəyən adamların törətdiyi istənilən cinayət heç bir əhəmiyyət kəsb etmir.Bu motivlər əsasında onlar Sürət Hüseynov və başqalarını da reablitasiya etdilər. Mütəllibova qarşı belə kəskin mövqeyin tutulması onun hansı isə törətdiyi bir cinayətlə əlaqədar deyildi,baxmayaraq ki,həqiqətən Mütəllibovun vəzifə məsuliyyətsizliyindən DQ-da bir çox hadisələr baş vermişdi. Mütəlibovun əsas günahı H.Əliyevi əvvəl Azərbaycana, sonra Bakıya buraxmamaq cəhdləri,1991-ci ildə Parlamentin iclasına buraxmamaq üçün Hacı Veysəl, “Qardaşlıq cəmiyyəti” kimilərin əli ilə H.Əliyevi silahla hədələmək olmuşdu. Bu hadisələrin hər ikisinin həm şahidi, həm də iştirakçısı olmuşam.1991-ci ilin deyəsən fevralında H.Əliyev parlamentdə güc – bəla ilə söz alıb çıxış edəndən sonra fasilə elan edildi. Hamı ondan foyedə uzaq gəzir yaxınlaşmağa qorxurdu. Birdən “Hacı, lazım deyil, parlamentdə bunu etmək olmaz” səslərini eşidib baxdım,heç tanımırdım bir balaca boy kişinin belinə bağladığı qoburadan tapançanı çıxartmaq və tez-tez elə buradaca onun başına bir güllə caxacağam” çığırmasının, kimlərinsə “Hacı, bunu etmə” deməsinin şahidi oldum.

Söhbətin H.Əliyevdən getdiyini başa düşüb,ona yaxınlaşıb “Heydər Əliyeviç, mən Rəsul Quliyevəm, ola bilər siz məni sifətdən xatırlamırsınız ancaq sizin tərəfdarlarınzdanam, siz narahat olmayın, kimlərsə sizi hədələyir, ancaq biz ona imkan vermərik”. Mənim Heydər Əliyevə yaxınlaşmağımı görən bütün direktorlar korpusu hardasa 10 -12 nəfər hamısı ona yaxınlaşdı və sonradan yaxınlaşanların sayı artmağa başladı. Bu o demək deyil ki,mən baş verəcək teraktın qarşısını aldım.Çünki Hacı Veysəlin Qoçu Əsgər kimi özünü aparması əsas verirdi ki,o şou göstərir. Bundan başqa Mütəllibov H.Əliyevin evini əlindən alıb Həsən Həsənova vermişdi. Əliyev qisasının yerdə qalmasına dözmürdü. Mütəllibovdan intiqam almaq istəyirdi. Ona görə də ona qarşı cinayət işi açılmışdı. İndi artıq bu qisasçılıq hissinin zəifləməsi Mütəllibov barəsəndi belə qərarları qəbul etməyə imkan verdi. Hakimiyyət üçün o heç vaxt təhlükəli olmayıb.

İlk dəfədən seçkiləri total saxtalaşdıran, xüsusilə 1991-ci il mart referendumu təşkil edib 15 faiz səs verməyə gedənlərin sayını saxtakarlıqla 90 faiz , Sovetə “hə” deyənlərin sayını isə saxtakarlıqla 80 faiz edən Mütəlibov deyildimi? Belə bir əqidəli adam Azərbaycanda demokratik seçkilərin keçrilməsi üçün hökümətə təhlükə yarada bilərdimi? Əsla yox. Mən 1993-cü ildən başladığım ictimai çıxışlarımın hamısında “yarım demokratiya, yarım diktatura rejimi ola bilməz,.demokratiyasız Azərbaycanın gələcəyi yoxdur” və sair fikirlərimə həmişə sadiq qalmışam. 45 yaşında ideyasından əl çəkməyən bir adam 65 yaşında ancaq dərin psixi xəstəliyin nəticəsində əl çəkə bilər. Mütəllibov üçün nə qədər istəyirsən haqlı cinayət işi açmaq mümkün idi.Elə həmin seckilər və referendumun saxtalaşdırılması ən ağır cinayət sayılır. Mənim ücün heç bir sənəd sübut dəlil olmadan , sovet dövründə baş vermiş hansısa özümün və heç kimin xəbəri olmadığı cinayət işi açıblar. Məni Azərbaycana buraxmırlar, çünki qorxurlar Əgər bu qorxu olmasa nə problem, ölkəyə burax ,seçkilərədə iştirak etməyə də şərait yarat sonra da 80 faizlə qələbə çaldığını yaz, işini davam etdir. Necə ki, başqa müxalifət liderləri ilə saxtalaşdırırsan da, işini də rahat davam etdirirsən.

Rəsul bəy, Milli Müqavimət hərəkatı ilə bağlı videomüraciətinizdə çay içdiyiniz fincanın üstündəki şəkil bir neçə gün sosial şəbəkələrdə müzakirə mövzusu oldu. Siz bu fincanla hansı mesajı vermək istəyirdiniz və verə bildinizmi?

–Tam səmimiyyətlə bildirirəm ki, o fincanın üzərində hansı şəklin olduğunu bilmirəm və sizin yazıdan sonra da bloqu açıb onu müəyyənləşdirməyə cəhd etmədim. Ümumiyyətlə kofe içmək üçün hansı fincanı götürəndə ancaq onun həcminə diqqət yetirirəm, üstündəki şəkilə yox. O şəkilə baxmadım, çünki müsahibə və ya müraciət artıq gedib. Lakin bundan sonra videolarımda ya heç nə içməyəcəyəm, ya da götürdüyüm fincanın şəklinə baxacağam. Sözsüz, mən üstündə Azərbaycanın bayrağı və ya Bakının şəkli olan fincandan istifadə etmək kimi bayağı hərəkətlərdən uzaq adamam, ancaq hər halda şəkilsiz fincan tapa bilərəm.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

9 Cavab to ““Məni Azərbaycana buraxmırlar, çünki qorxurlar””

  1. Salam Rasul bay 18 dekabirda kecirilen konfransda oldum sizin har bir sozunuz biza catdirildi sizin harbir fikrinizi planlarinizi dastaklayir alqislayiriq .aminamki novbati seckilarda sizin galisinizda hec 0,01 faizda subha qanliq olmaz.

  2. Salam Rəsul Bayramoviç!
    ““Məni Azərbaycana buraxmırlar, çünki qorxurlar”” deməyinizdə bir həqiqət var.Bu hamıya məlumdur.Lakin bir həqiqət də var ki,bütün millət də onlardan qorxur.Xatırlayırsınızsa Ərəb ölkələrində baş verən məlum hadisələrdə Azərbaycanda da müxalifət deyilən qüvvələr ayaga qalxdı və ictimai palata da yaradıldı.Lakin Siz bu məsələlərə bir az laqeyd yanaşdınız və hətta ictimai palatanı tənqid də etdiniz.O zaman mən hətta düşündüm ki,ola bilsin Hakimiyyət tərəfindən Sizə mesaj göndərilib.Çünki,2-3 min adamın ayaga qalxmasına baxmayaraq Hakimiyyət çox böyük təlaş və qorxu içərisində idi.Çox böyük fürsət yaransa da millət özü də qorxurdu.Hakimiyyətin ədalətsizliyinə qarşı milli hayqıtılar hıçqırtılarla içlərində bogulurdu.Çünki,müxalifətə qarşı inam az,qaşılarında isə Milli Lider yox idi.Baxmayaraq ki,millətin qəlbində bir Rəsul Quliyev yaşanırdı.Yeqin ki,Siz mənim fikirlərimlə razılaşarsınız.Siz həqiqətən o zaman indiki çıxışlarınızı etseydiniz vəziyyət tamamilə dəyişə bilərdi.Mən bilirəm ki,xalq həqiqətən Sizi çox sevir və o zaman xalq ayaga qalxa bilərdi.Hal-hazırda yenə də xalqın yeganə ümüdü Sizsiniz və yalnız xalq Sizinlə birləşib öz azadlıgına nail ola bilər…

  3. Ölkəmizdə korrupsiya hesabına hədsiz var-dövlət sahibi olmuş məmurların
    Hakimiyyətə qaşı heç vaxt təhlükəsi ola bilməz.Düzdür Öz aralarında bir-birlərinin qanını belə içməyə fürsət axtarsalar da amma onlar hakimiyyətə təhlükə səviyyəsində deyillər.Məsələn səviyəsizin biri Hakimiyyətin böyük məmurlarından birinin ailəsini açıqcasına təhqir edir,digəri isə onu alqışlayaraq hansısa bir rayona İcra başçısı təyin etdirir.Belə faktlar çoxdur və bu da məlumdur ki,vəzifə bölgüsü bir neçə adamın ixtiyarındadır.Mən hətta Hakimiyyət daxilində adamlar tanıyıram ki,hətta Heydər Əliyevin dövründən bu günə kimi düşməndirlər…
    o ki,qaldı ayaz Mütəllimova o da bu gün yenə sesini qaldirib Hakimiyyət əleyhinə siyasətə başlasa yenidən düşmən obrazına çevrilə bilər.

  4. Əksinə bu yüksək rütbəli məmurlar Rəhbərə çox sədaqətlidirlər.Və həm də çox profesionaldırlar.Heç belə məmurlar Amerikada da tapılmaz.Sadəcə Cənab Obamanin imkanı xaricindədir,yoxsa aparardı ətrafına və ömrü boyu da Prezident ola bilərdi. Bunların əksəriyətini Dahi,Müdrük syasətçi Ulu Öndər H.Əliyev şəxsən demək olar ki,20 il əvvəl təyin edib.Təsəvvür edin ki,Azərbaycan balaca dövlətdir,bunlar Amerikada olsaydılar “Amerika inkişafında düz 100 il qabaga düşərdi” .Özləri də multimilyarder olardılar.Bəs necə…..

  5. Salam Resul muellim.Sizin kitablari “oxuyan” insanlara demek isteyirem ki,bu uslub esl Quliyev uslubudur.ozunuze is tapa bilmirsiniz?

  6. Salam Rəsul bəy!
    Hal hazırda Azərbaycan gülünc vəziyyətdədir. Heç kəs fikirini azad ifadə etməyə qoymayan, haqqını tələb etdikdə, təziqlərə məruz qoyan ölkə rəhbərliyi beynəlxalq qurumlar qarşısında aciz qalması həqiqətənd gülüncdür.
    Mən 4 ilə yaxın daxili işlər orqanlarında polis zabiti kimi müxtəlif vəzifələrdə çalışmışam. Hansı yollarla seçkiləri saxtalaşdırmalarını, sifarişlərlə insanları şərləmələrini görmüşəm. Mən BDU-nin hüquq fakultəsini fərqlənmə diplomu ilə bitirmişəm. DİO-ya öz biliyimə 100 baldan 88 bal toplayaraq qəbul olmuşam. Mənə qarşı olan ədalətsizliklə bağlı 100lərlə məktub yazdığımdan və DİN-ni 4 fakt üzrə məhkəməyə verdiyimdən məni DİO-dan xaric edib saxta ittihamla mənim barəmdə hakimiyyət nümayəndəsinə müqavimət və saxta sənəd hazırlama maddələri ilə cinayət işi qaldıraraq axtarış elan ediblər. Ölkəyə girib çıxışı bağlayıblar.
    Kim bunlaraq qarşı çıxırsa bu vəziyyətə salırlar. Ona görədə xalq qorxu içərisində yaşayır.

  7. Bu sözləri Mənsurə xanımın adından yazan görəsən kişidirmi qadın adından çıxış edir?Əslində Mənsurə xanım ondan min dəfə kişi adamdır.Mən inanmıram ki,bu sözlərin müəllifi Mənsurə xanım olsun.

  8. FORUM-meydan qenis yerdir: ISTIRAKCILARI-EDEBI,MEDENI, INCE,SAVADLI,AYIQ SAYIQ OLMALIDIRLAR! SIYASET-devleti idare eden ince senetdir: MEMARLARI-EDEBI,MEDENI,INCE,SAVADLI,AYIQ SAYIQ OLMALIDIRLAR!! XALQ+hakimiyet-EDEBI,MEDENI,INCE,SAVADLI,AYIQ SAYIQ OLMALIDIR!!! Qaytaraq XALQA-YUKSEK EDEBI,YUKSEK MEDENI,YUKSEK INCE SAVADA MALIK OLAN,AYIQ SAYIQ,EDALETLI MERHEMETLI,SOSIAL YONLU MESLEHET hakimiyetin!!!! O zaman ALLAH nehlet etmis korrupsiyayada qalib qelerik, o zaman SULH, EMEK MAY-da QAYIDAR!!!!!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: