“Demokratiya Təbriz bazarı deyil ki, nəyisə 100 manatdan başlayıb axırda bir manata satasan.”

“Demokratiyanın ən böyük neməti Azadlıqdır. Ancaq axırıncı araşdırmalar göstərir ki, Azadlığa biz nizam-intizam ilə nail ola biləriq.” – Bernard Barux, Amerikan maliyyəçisi və xeyriyyəçisi

Eks-spiker, ACP lideri Rəsul Quliyev “Yeni Müsavat”a müsahibə verib. Müsahibəni təqdim edirik.

– Rəsul bəy, son iki ay ərzində gördüyünüz işlər, çağırışlar, bəyanatlar və məqalələriniz, sizcə, hansı nəticəni verib?

– Proses mənim nəzərdə tutduğumdan da artıq sürətlə gedir, nəticələrdən danışmaq isə hələ tezdir.

– Sizin fəaliyyətə dair iqtidar və müxalifət düşərgəsindən gələn reaksiyaları necə qiymətləndirirsiniz?

– Bu reaksiyaların əksərinə hərdən gülmək, hərdən də daha doğrusu, çox vaxt ağlamaq istəyirsən. Mən Ziyafət Əsgərovun (O, bir neçə gün öncə Rəsul Quliyevin əleyhinə açıqlama vermişdi-E.M.) indiyədək demək olar ki, heç adına rast gəlməmişdim. Qəzetdə onun mənim barəmdə nə isə dediyini oxuyanda, bu adamın haradasa, nə vaxtsa adını eşitdiyimi xatırladım. Yadıma düşdü ki, 1995-ci ildə konstitusiya yazılanda – sözsüz ki, o prosesdə əsas aparıcı şəxs mən idim, prezident deyildi – bu iş üçün işçi qrupu yaradılarkən ya Murtuz Ələsgərov, ya da Səfa Mirzəyev onun namizədliyini qrupda iştirak etmək üçün sürmüşdülər. Birinci dəfə onu görəndə sifətinin rəngi qırmızıya çaldığına görə bir qədər təəccübləndim. Sonra xatırladım ki, Naxçıvanda, xüsusilə Nehrəm kəndində qırmızı dərili, ala gözlü adamlar yaşayırlar. Düzdür, Ziyafət Əsgərov müzakirələrdə aktiv deyildi, dəvət edilmiş hüquqşünasların arasında, əgər yaddaşım məni aldatmırsa, Mənsumə xanım adlı bir professordan başqa elə bir aktiv adama rast gəlmədim. Konstitusiyanın birinci variantı tam şəkildə demokratik bir konstitusiya idi və sözsüz ki, o, prezidenti qane edə bilməzdi. Ona görə də prezident Murtuz müəllim kimi adamları irəli ötürüb, konstitusiyaya antidemokratik hala saldırmağa çalışdı.

– Yəni necə?

– Məsələn, prezident nə qədər istəsə seçilə bilər, prezident istənilən vaxt parlamenti buraxa bilər və sair kimi müddəaları yazmaq istəyirdilər. Böyük mübarizə aparandan sonra o zaman mən bu maddələrin yazılmasına yol vermədim. Ziyafət Əsgərovun o vaxtlar Heydər Əliyevi dəstəkləyən çıxışlarının da şahidi olmadım. Mənim barəmdə çox yaxşı sözlər dediyi isə mənə məlumdur. Çünki bunları özümə də deyirdi. İndi birdən birə bu adamın “Rəsul Quliyev bizim tarixin qara arxividir”, deməsi gülməli deyilmi? Əgər Ziyafət müəllim özünü öndəri olan prezidentlə tarixin ağ səhifəsi hesab edirsə, əlbəttə mən qara olmalıyam. Ona kim deyib ki, qara pis rəngdir? Xoşbəxtəm ki, Ziyafət müəllimin də bildiyi kimi, mən onların rəngindən deyiləm, başqayam. Məgər bu gülməli deyilmi, görkəmli alim düşmən hesab etdikləri adamın onlara bənzəmədiyini belə obrazlı ifadə etsin? Fəzail Ağamalını isə yaxşı tanıyıram, qəbuluma düşmək üçün çox dəridən qabıqdan çıxan vaxtları olub. Görəsən, bu adamın parlamentə müxalifət adı ilə təyin olunanların hamısına “ağamalıdır” ayaması verilməsindən xəbəri varmı? Görəsən, bu adam “cızığından” çıxmış deputat Hüseyn Abdullayevi tutdurmağı ona tapşırmamışdan öncə neçə adamın bu yaramaz işi görməkdən imtina etdiyindən və onların sonradan deputat seçilməməsindən xəbəri varmı? Bu adamın parlament yaranandan orada oturmasını və on illik müddətlə əlaqədar maddənin hələ də necə izah edildiyini anlamamasına ağlamaqdan başqa nə etmək olar ki?! Sabirin məşhur Fatma, Tükəzbanlar barədə yazdığını başqa şəkildə demək də olar:

Parlamentdə döyüşən gürcü deputatlar olacaqsa,
Deputat ağamalıları neylərdin, ilahi?!..

– Yaratdığınız Müqavimət Hərəkatı ilə bağlı fərqli yanaşmalar var. Bəziləri bunu İctimai Palatanın alternativi hesab edir və bu üzdən də gəlib orada birləşməyi məsləhət görür…

– Məgər İP ölkədə diktatura rejimini dəstəkləyir, yoxsa hökumətlə xalqın olan-qalanını da bölüşdürmək üçün danışıqlar aparmaq fikrindədir? O da mübarizə aparan təşkilatdır. Elə isə ölkədə demokratik prinsiplərin bərqərar olmasını istəyən bir təşkilata qarşı necə alternativ güc yaratmaq niyyətim ola bilər? İP-i planı və proqramı olmayan bir təşkilat hesab edən mən necə orada birləşə bilərəm? Orada birləşib nə etməliyəm? Özündən başqa bir adamdan belə dəstəyi olmayanın nağıllarına qulaq asıb “hazır xalqı” küçələrə çıxmağa səsləməliyəm? Digər tərəfdən, iddia edildiyi kimi, əgər Azərbaycan müxalifətinin yarısından çoxu İP-də birləşibsə, daha mən onların nəyinə lazımam? Dediklərimi bir daha təkrar edirəm, birləşməyimiz plan və proqramları yaxın olan və ya üst üstə düşən qüvvələrlə olacaq. Heç bir konsensusla qərar qəbul edilməyəcək, çoxluğun qəbul etdiyi qərarı azlıq da onun kimi yerinə yetirməlidir. Qərar qəbul olunduqdan sonra müzakirə edilə bilməz. Demokratiyada nizam-intizam diktatura rejimindən azı 5 dəfə güclü olmasa, heç bir şeyə nail olmaq olmaz. Demokratiya Təbriz bazarı deyil ki, nəyisə 100 manatdan başlayıb axırda bir manata satasan.

– Bəyanatlarınızdan birində prezidentliyə namizədliyinizi verəcəyinizi və qalib gələcəyinizə əminliyinizi bildirmisiniz. Hakimiyyət düşərgəsindən buna dair verilən reaksiyada deyildi ki, üzərinizdə cinayət işi olduğu və 10 ildən artıq ölkədə yaşamadığınız üçün konstitusiya sizin prezidentliyə namizəd olmanıza icazə vermir.

– Əslində, yuxarıda bu suala cavab verilib. Əlavə edim ki, saxta, bir vərəqdən ibarət olan “cinayət işi” məhkəmə qərarı olmamış cinayət hesab edilə bilməz. Mən çox istəyərdim, bir nəfər də şahidi, heç bir faktı olmayan, sovet imperiyası vaxtına təsadüf edən – çünki müstəqil Azərbaycanda mən sadəcə olaraq direktor işləməmişəm – bu “cinayətə” baxıb qərar qəbul edəydilər. Nəzərə çatdırım ki, Avropa İnsan Haqları Məhkəməsi o qərarı ləğv etməyə hazır dayanıb. Çünki Azərbaycan məhkəməsinin o işin içərisinə nəsə yazıb Avropaya göndəriləsi bir şeyi yoxdur. Onu da qeyd edim ki, Avropa Məhkəməsi prezident seçkiləri qabağı belə işlərə növbədənkənar baxır.

– Sizə qarşı yönələn iddialardan biri də budur ki, bəyanatları ABŞ-dan verirsiniz. Hesab edirsinizmi ki, siyasi fəaliyyətin harada göstərilməsinin bir fərqi var?

– Elə bir fərq hiss etmirəm. Ancaq insanların qarşısında bu bəyanatları canlı münasibətdə olaraq verməyin arzusundayam.

– Azərbaycana qayıtmağınız nə zaman reallaşa bilər?

– Hər zaman.

– “Yeni Müsavat”da belə bir informasiya getdi ki, siz qərbi azərbaycanlıları öz ətrafınızda birləşdirmək üçün iş aparırsınız. Həmçinin, Əli İnsanovla əməkdaşılığa dair razılaşmanız olması da deyilir. Bundan başqa, Azərbaycana qayıda bilməyəcəyiniz təqdirdə Eldar Namazovu dəstəkləməyə ilkin razılıq verdiyiniz iddia olunur…

– İlk növbədə deyim ki, “Qərbi Azərbaycan” sözünün ortaya çıxmasını çox qeyri-ciddi bir şey hesab edirəm. Yaxşı, Sovet imperiyasının İranı öz təsiri altında saxlamaq məqsədinə qulluq edən, onun təşəbbüsü ilə bizə sırınan “şimali və cənubi Azərbaycan” anlayışlarını zor-xoş qəbul etdik. İmkan verdik ki, bolşeviklər həmişə İrana “bax, özünü yaxşı apar, yoxsa imkanımız var sizi parçalayaq” deyə bilsin. İndi cəmi 86 min kvadrat kilometrlik sahəmiz qalıb, onun da 20 faizi işğal altındadır. Balaca bir ölkədə bu “qərbi azərbaycanlılar” nə deməkdir? Necə yəni “qərbi azərbaycanlıların nümayəndələri”? Belə çıxır ki, indi Azərbaycanın özünün içərisində kiçik şimalı, cənubi, şərqi azərbaycanlılar da olmalıdır? Tutaq ki, kimlərsə bundan kimlərəsə qarşı təzyiq etmək və ya hansısa qrup insanların, klanların rəhbəri olmaq üçün yararlanmaq istəyir. Bəs özünüzü xalqın aparıcı qüvvəsi hesab edən siz qəzetçilərə nə olub belə bir zərərli, xalqı parçalayan işlərlə məşğul olursunuz? Mənə aydındır ki, sizin istinad etdiyiniz mənbələrin əksəriyyəti həmişə yalan, ancaq müəyyən bir məqsədə qulluq edən şayiələr yayırlar. Məlumdur ki, bu kimlərin mətbəxində və nə səbəbdən hazırlanır.

Amma sözsüz ki, mən həm Firudin Cəlilovu, həm də Becan Fərzəliyevi yaxşı tanıyıram. Birini mənimlə Əbülfəz bəy, o birisini Etibar Məmmədov tanış edib. Əli İnsanovu da nazir olandan tanıyıram. İnsanov mənim əleyhimə 1997-98-ci illərdə Azərbaycanın bütün tibb müəssisələrində gurultulu iclaslar təşkil edən şəxs olub, Azərbaycan televiziyası bu verilişlərlə başlayırdı. Buna baxmayaraq, İnsanovun qeyri-qanuni, ədalətsiz həbs edildiyini onda da, indi də deyirəm və onun tezliklə azad edilməsini istəyirəm.

Məlumat verən o mənbədən isə soruşmaq istəyirəm, əzizim, nəyə görə mən Cənab Firudin və Becan müəllimlə bir başa özüm danışmıram, bir birilərinə elçi göndərirəm? Bu dəqiqə öz ölkələrində təsir gücünü itirmiş türk generallarının isə mənə nə köməyi dəyə bilər? Xahiş edirəm, möhtərəm mənbəniz gələn dəfə məlumat verəndə mənə göndərin, onu heç olmazsa bir qədər inanılması mümkün vəziyyətə salım. Axı mənim həmin o adları hallandırılan qərbi azərbaycanlılar və naxçıvanlılar arasında “olmayan” hörmətimi Əli İnsanov niyə görə hörmətə mindirməlidir? Elə bir başa mənim gələcəkdə “dəstəkləyəcəyim” Eldar Namazovun hörmətini qaldırsın, heç bir gücü olmayan mən onların nələrinə lazımam? Eldar Namazova da, belə başa düşdüm ki, qərbi azərbaycanlı olduğuna görə dəstək verməliyəm.

Azərbaycanın gələcəyinə bu səviyyədə qeyri-ciddi yanaşmaq olarmı? İrəvan və Naxçıvan vilayətləri ən gec Rusiya imperiyasının tərkibinə qatılmış vilayətlərdir. Onlar Azərbaycanın o biri xanlıqlarından 16 il sonra işğal olunublar. 1812-ci ildən Rusiyanın tərkibinə keçmiş xanlıqlardan çoxsaylı azərbaycanlılar İrəvana, oradan da Naxçıvan xanlıqlarına qaçıblar. Rusların yalançı tarixi, guya azərbaycanlılar səbirsizliklə rus ordusunu gözləyirdi kimi sözlərinə inanmayın. Həmin 16 il ərzində bu iki regionda əhali iki dəfədən çox artıb. Düz 100 ildən sonra əks proses – ermənilərin İrəvan xanlıqlarından azərbaycanlıları qovması prosesi başlayıb və 1992-ci ilə qədər davam edib. Azərbaycan əhalisinin yarısına yaxınının kökü sadaladığınız zonalardandır. Bu yazılar və hərəkətlərlə millət parçalanır, bir-birinə düşmənçilik münasibəti bəsləyən yerlibazlıq ortaya çıxır. Bu işi görməyin, Allah xatirinə.

– Həmin yazıda önəmli müxalifət liderlərindən biri deyib ki, “nə qədər ki, biz varıq, Rəsul Quliyev və onun tərəfdarları heç nə edə bilməyəcəklər. Xalq onların arxasınca getməyəcək. İnanmıram ki, onlar nəyəsə nail ola bilsinlər. Hakimiyyət tərəfindən kimlərinsə Rəsul bəyə dəstək verə biləcəyini də düşünmürəm”. Bu yanaşmaya münasibətiniz necədir?

– Mən heç bilmirdim Azərbaycanda önəmli müxalifət lideri var. Bu önəmli şəxs əvvəl həbs edilən dostlarına həftədə bir dəfə xörək verməyə nail olsun, sonradan iddialarını böyütsün. Mümkündürsə o “önəmli lider” adını da açıqlasın və bir çoxlarını təşvişə salsın, insanlar başa düşsünlər ki, bunu önəmli şəxs deyibsə, daha Rəsul Quliyevin axırı çatdı, gedək başımıza çarə axtaraq və önəmli şəxsdən üzr istəyək. O ki, qaldı hakimiyyətdə məni dəstəkləyənin olub-olmasına, əqrəb istiqamətini dəyişən kimi, hamı ömrü boyu demokratik prinsipləri tətbiq etməyindən danışacaq, günahkarın bir adam olduğunu iddia edəcəklər.

– Qarşıda hansı addımları atmağı planlaşdırırsınız?

– Sadəcə olaraq mətbuatı və bloqumu (www.rasulguliyev.wordpress.com) izləyin, hər şeyi görəcəksiniz.

Elşad MƏMMƏDLİ

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

9 Cavab to ““Demokratiya Təbriz bazarı deyil ki, nəyisə 100 manatdan başlayıb axırda bir manata satasan.””

  1. Ay bedbaxt! sen niye bu qeder yarimciq adamsan?

  2. Salamlar.
    Dogrusu mendede Marag oyatdi ,,önəmli müxalifət liderlərindən biri deyib ki, “nə qədər ki, biz varıq, Rəsul Quliyev və onun tərəfdarları heç nə edə bilməyəcəkler.” Eslinde, Bu kimse, özlerinin ic üzünü acmish oldular yani Bu müxalifet liderinin en azindan Müxalifet olmadagi ve bu önemli adamin Azerbaycan Hakimiyyetine xidmeti aydin görünmüsh ve En az Azerbaycani Esaretde tutan Eliyevler geder Bu xalgin düshmenidir .Bu o demekdir ki Azerbaycanda Bezi özünü ,,Müxalifet” adlandiranlar hegigeten Hakimiyyetin ,,Müxalifetidir” Ve bu adamin liderliyi ve önemliyi sadece Hakimiyyet ücündür.Xalgin gözünde onsuzda bir önemleri yoxdur kime xidmet etdikleri aydin görünür.O ki galdi Resul Guliyev ve etrafindakilara, bilmish olasiniz ki Resul Guliyevin etrafinda olanlarin sadece bir megsedi var o da Azerbaycanda Gurulacak Azerbaycan Devletine ve onun vetendashlarina xidmet etmek.En önemlisi o dur ki Resul guliyevin Etrafinda olanlarin Sizin kimi Hakimiyyet terefinde deyerlendirilmemesidir, bizlere önemi Xalk verir

  3. Rəsul müəllim, sizdən artıq dərəcədə xahiş edirəm, spiker işlədiyiniz zamandakı çıxışlarınızın videolarını, o dövrdəki müsahibələrinizin videolarını imkan daxilində – burda yerləşdirin, lütfən! Mümkün mü?

  4. bir onu deye bileremki hele Azerbaycanda hele bir muxalifet lideri yoxduki sizin kimi fikrini aydin ede bilsin ve ona qarsi iddia edilen bir yalani sebirle ve temkinle tekzib etsin

  5. Əvvəla,qərbi azərbaycanlıları öz ətrafınızda birləşdirmək üçün iş aparırsınız deyənlərdən soruşmaq istərdim ki,üzü qırmızılar,agamalılar və sairələr kimlərdir? Məgər Rəsul Quliyevin eleyhinə şər-böhtan atan bu adamlar qerbi azərbaycanlılar və yaxud naxcıvanlılar deyilmi?
    İkinci ise bir neçe ay evvel 2-3 min adam toplayıb meydana çıxara bilməyən müxalifət, elçilərini Rəsul Quliyevin adamlarına müraciət etməsinin səxsən şahidi mən olmuşam.O elçilerin adlarını sadəcə çəkmək istəmirəm,müxalifətdə sanballı adamlardırlar və “bəzi müxalifət” adamlarından da hörmətlidirlər.Bu sözləri deyənlər özlərini müxalifət sayırlarsa deməli məlumdur hansı müxalifətdir.Amma bunlar mən deyərdim ki,agamalılardan da təhlükəlidirlər,çünki müxalifət donu altında nə əməllərdən çıxdıqlarını hamı artıq bilir….
    İndi isə mənim sözüm xalqımadır!Ey mənəm biçarə və zavallı xalqım,qəflət yuxusundan artıq oyan!Oyan gör taleyin kimlərin əlindədir!Agamalılarınmı və yaxud müxalifət donu altında min bir oyundan çıxanlarınmı?…
    Lakin hər şeyin öz hökmü,zamanı var.
    Hələ 90-cı ildə özü qeyd etdiyi kimi ilk Azərbaycan jurnalisti olaraq H.Əliyevdən müsahibə almışam.o zamanlar mən “Ədalət” qəzetinin Naxçıvan MR-sı üzrə xüsusi müxbüri olmuşam.Suallarımdan biri belə oldu ki,H.Əliyeviç yenidən Siz hakimiyyətə qayıtsanız xalqımızın gələcəyi,inkişafı üçün nə kimi planlar haqqında düşünürsünüz?O,bildirdi ki,bu mümkün olan məsələ deyil və mən heç vaxt hakimiyyətə qayıda bilmərəm…Amma bəs necə oldu?
    Haşiyədən kənar da olsa etiraf etməliyəm ki,o zamanlar mən sırf H.Əliyevçi idim.Yəni onun yolunda hər bir addım atmaga hazır idim.
    Məsələn,89-cu ildə “Elm və Həyat”jurnalında müxbir idim.Günlərin birində iş yoldaşlarımla süfrə arxasında əyləşmişdik.Ə.Vəzirovdan söhbət düşdü və üzr istəyirəm mən onun arxasınca söydüm.Bu zaman jurnalist həmkarımdan biri isə mənə cavab olaraq H.əliyevi söydü,və mən ona bildirəndə ki,sözünü geri götür,o isə təkid edəndə,üzr istəyirəm bir daha kasıb eşşəyini döyən kimi o ki var ona çırpdım…Hətta həmkarlarım onu əlimdən qurtara bilmədilər.Ayagımı sinəsinə qoyub bir söyüş etmişdisə 11 söyüşü qəbul etdikdən sonra onu buraxdim.Təsəvvür edin.Ə.Vəzirovun hakimiyyəti dövründə bu işə görə məni neşə il həbs gözləyirdi? Həmkarım sag olsun ki,o şikayət etmədi.Və yaxud H.Əliyevlə müsahibəmi əfsuslar olsun Aqil Abbas cənabları”Ədalət” qəzetində dərc etmədi.Qoy bu sözlərimdən Aqil Abbas inciməsin və elə başa düsməsin
    ki,deputatlıgına paxıllıgım tutur,esla yox!
    Hətta prezident Aparatında işləyən zaman (95-ci ildə)Mahir Cavadova görə 100-dən artıq adamları həbs etdilər.Onların içərisində mənim də bir tanışım var idi.Və mən bilirdim ki,onun M.Cavadovla umumiyyətlə arası yoxdur.O.zaman belə işlərə nəzarət edən Xüsusi İdarənin rəisi Elaman Qenbərova zəng vurdum və bildirdim ki,bu yoldaşın M.Cavadovla arası yoxdur,necə olur ki.günahsız adamları həbs edirsiniz?Bildirdi ki,araşdırarıq,amma əvəzində H.Əliyeviçə məruzə etdi ki,Aydın Şirinov onları müdafiə edir.Məni Prezident Aparatının Rehbəri Cənab R.Mehdiyev çagırdı və soruşdu ki,bu nə məsələdir?Etiraf etdim ki,bəli Ramiz müəllim mən Xüsusi İdarənin rəisinə zeng etmişəm,amma M.Cavadovu deyək ki,4-5 adam aradan çıxarıb,bəs öz ciblərinin məqsədi üçün niyə 100-dən çox adamı həbs ediblər?Çox sag olsun o,məni başa düşdü və bildirdi ki,get işlərinlə məşgul ol!Amma fürsətdən istifadə edən Akif Muradverdiyev məni işdən azad etdi.Amma mənə pislik edənlərin həmişə Allahım özü cəzasını verir.Akifində elə Elmanın da taleyini gördünüz.
    Məncə yerinə düsər ki,hörmətli Rəsul müəllimdən soruşum çünki,onun H.Əliyevin yolunda elədiklərinin 100-də birini biz eləyə bilməmişik:Rəsul müəllim,Sizcə niyə belə oldu?Niyə H.Əliyevi ürəkdən sevən,onun yolunda həyatını riskə qoyan adamları Respublikadan didərgin saldılar,bəzilərini zindanlarda çürütdülər,bəzilərini isə mənim kimi işsiz avara qoydular? Bəs yenidən hakimiyyətə gəlməyi gözləməyən H.Əliyevin dövründə necə olur ki,Siz dogma Respublikamiza gələ bilmirsiniz? Allah bilir o zamanlar H.Əliyevin haqqinda hansısa məqsədi güdən agamalılar,qırmızılar,sarılar Sizcə hardan peyda oldular?Çömçə qaşıq kimi harda var orda baş olan bu filankəsərə kim haqq verir ki,xalqın adından danışır,şəxsiyyətli,xalqını sevən adamlara qara ləkə yaxırlar?Axı bunlar kimdirlər?Bu sual məni neçə illərdi çox düşündürür,lakin cavabını tapa bilmirəm…

  6. Salam Resul muellim size bir sualim var.Meni ne ce vaxtdi dushundurur.Niye Nemat Penahlini tutdular axi o hakimiyyete tehluke yaradacaq bir adam deyildi axi menim fikrimce.evvelceden tesekkurler.

  7. Rəsul müəllim sizi salamlayıram!Doğrusu mətbuatdan oxuduğum bu “önəmli müxalifət liderinin” Kimliyi məni çox maraqlandırdı.Görəsən heç bir real gücə malik olmayan arxasınca gedən,onlara inanmayan insanların olmadığı halda bunlar nəyə əsaslanıb Rəsul Quliyevin hakimiyyətə gəlməsinin qarşısını alacaqlarını bildirirlər.Hər halda öz qərargahlarında oturan 3-4 nəfəri yəqin ki nəzərdə tuturlar.Cox gülməli bir məsələdir.Hörmətli Rəsul müəllim mən sizi əmin edirəm ki öz aralarında hec bir razılığa gələ bilməyən, hər fürsətdə bir-birini təhqir,edən “önəmli müxalif liderlərinin”hec bir sözü xalqımız tərəfindən ciddiyə alınmır.Mən deyərdim ki,sizin elan etdiyiniz müqavimət hərəkatı insanlarda yeni stimul,inam yaradıb.Bütün bunlarda təbii ki müəyyən insanlarda qısqanclıq yaradır.Bundan əlavə qeyd edim ki,xalqın sizi dəstəkləməsi təbii məsələdir,Yəni insanlar kimin bütün bu haqsızlıqlara qarşı adekvat addım ata biləcəyini çox yaxşı bilir.Müsahibənizdə prossesləi olduqca dolğun analiz etmisiniz.Qərbi Azərbaycanlılar məsələsinə gəldikdə isə mən belə düşünürəm ki sadəcə bu regiondan olan insanlar sizi dəstəkləməkdə ayrıca bir dövlət yaratmırlar sizi dəstəkləməklə Azərbaycan Respubliksinin hər bir vətəndaşının maraqlarına xidmət edirlər.Burada başqa nəsə regionçuluq,irqçilik və.s axtaran insanları şiddətlə qınayıram.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: