“Ölkənin 80 %-i Bu Rejimin Əleyhinədir”

 

 

 

50-100 Min İnsanla Azərbaycanda Bu Rejimin Dəyişdirilməsinə Nail Olacağıq

Rəsul Quliyev: “ Martın sonu, aprelin əvvəlində güclü və fundamental aksiya keçirməyi planlaşdırırıq”

“Ola bilsin ki, ilk günlərdə aksiyalarda 30 min insan iştirak eləsin. İkinci gün isə onların sayı 100 minə çatacaq”

Amerikada mühacir həyatı yaşayan, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev yeni yaratdığı Demokratiya Uğrunda Müqavimət Hərakatının preabulasını açıqladı. Həmin preambulada ACP sədri bir çox məsələləri qabarıq çəkildə göstərərək, Hərakatın əsas məqsədini ortaya qoydu. Bununla mühüm nəticələr əldə etməyi və Azərbaycana gəlməyi qarşısına məqsəd qoyan eks-spiker istədiklərinə nail olacaqlarını inamla ifadə etməyə çalışır.

Bia.az saytına verdiyi bu günkü müsahibəsində də Rəsul Quliyev bir daha göstərdi ki, Azərbaycanda yeni quruluş qurulmayınca, mübarizəsindən geri çəkilmək istəmir.

Bir neçə gün bundan əvvəl preambulanın yaymaqda əsas məqsədlərinin nə olması ilə bağlı sualımız cavabladıran Rəsul Quliyev bildirdi ki, insan gərək indiki vəziyyətdə təsəvvür etməyi bacarsın:

– Azərbaycanda əhalinin 70%-i isə ictimai formasiyanın, yəni ibtidai icma, kapitalizm, yaxud sosializm quruluşunun nə olduğunu bilmir. İnsanlar bilməlidirlər ki, hansı quruluşda yaşayır və bu imkanları nədən ibarətdir. Onlar bilməlidir ki, feodal quruluşunun ən yüksək səviyyəsi nədən ibarətdir. Onun ictimai vəziyyəti bundan yuxarı heç vaxt yüksələ bilməyəcək. Mən preambulada rəqəmlərlə də göstərmişəm ki, bu quruluşlarda neçə milyard insan yaşayır. Məsələn, sən bu gün quldarlıq-feodalizm quruluşunda yaşayırsan. Məhz bu quruluşda təxminən 100-150 milyon, ondan sonrakı quruluşlarda isə 2-3 milyard insan yaşayır. Sən 150 milyonun içində olmaq istəyirsən, ancaq ondan aşağıda olanların sırasındasan.

Azərbaycan insanı gərək bu gün hansı vəziyyətdə yaşadığını və bu şəraitə razı olub-olmadığını bəyan etsin. Onların özlərinin bunu bəyan etməsini gözləmək isə sadəlöhvük olardı. Ümumiyyətlə, xalq ayağa qalxıb bunu istəməsi üçün heç bir imkanı yoxdur. Söhbət ondan gedir ki, xalqın müəyyən hissəsinin bu məsələyə münasibətini bildirməsi sonrakı addımın başlanmasına gətirib çıxarır. Sonrakı addım da yaradacağımız Müqavimət Hərakatının plan və proqramıdır. Xalqın razılığı olandan sonra bu addımı atmaq lazımdır. Buna görə də preambulanı hazırladım və sizin saytda, öz blokumda və Facebookda yayımladım. Təxminən 20 minə yaxın bunu oxuyub və kifayət qədər cavablar almışam. Cavabların 99%-də vətəndaşlar belə quruluşda yaşamamağın arzusunda olduğu bildirilib. Bu da mənə əsas verir ki, ikinci addıma başlayım.

-Bəs siz əminsiniz ki, preambulada göstərdiyiniz məqsədlərə çatacaqsınız?

– İnsan öz azadlıqları uğrunda mübarizə aparmasa, heç nəyə nail ola bilməyəcək. Bu, tarix boyu belə olub. Azadlığı əldə etmək asan məsələ deyil. Heç bunun asanlıqla əldə ediləcəyinə inanmıram da. Bilirəm ki, bu proses çox məşəqqətli, ağrılı keçəcəkdir. Ancaq nəticə etibarı ilə bu xalq birdəfəlik belə bir şəraitdə yaşamağına son qoyacaq. Mənimlə həmyaşıd olanlar, yaxud məndən bir qədər balaca olanlar nəzərdə tutduğum müstəqil Azərbaycanda çox yaşamayacaqlar. Bu, təbii bir prosesdir. Ancaq bu günki gənclərin yeni Azərbaycanda uzun müddət yaşamağa imkanları olacaq. Mənim də məqsədim, vətəndaşlarımızın gözəl şəraitli və imkanlı müstəqil Azərbaycan Respublikasında əbədi yaşamasını təmin etməkdir.

-Bəs bu məsələ ilə bağlı hansısa müxalifət liderləri sizinlə müzakirələrə qoşulmaq istədilərmi? Ümumiyyətlə, müxalifət düşərgəsi tərəfindən buna reaksiya verən oldumu?

– Bununla bağlı reaksiyalar kifayət qədərdir. Həm müxtəlif partiyalar, həm də ölkənin müxtəlif regionlarında olan ziyalılar tərəfindən çoxlu təkliflər gəlir. Artıq hərakata qoşulmaq istəyənlərin sayı 50 mini ötüb. Ancaq sayın çox olması o demək deyil ki, bu hansısa nəticə ilə qurtara bilər. İlk növbədə təşkilatlanma olmalıdır. Ancaq bu gün təşkilatlanma olmadan belə, ölkədə yaşayanların 80 %-i bu rejimin əleyhinədir və bu barədə danışır. Ancaq bu danışmağın müəyyən nəticə ilə bitməməsi uzun illərdir ki, həyata keçmir. Çünki, təşkilatlanma yoxdur. Yaxşı təşkilatlanma olarsa, 50-100 min insanla Azərbaycanda bu rejimin dəyişdirilməsinə nail olarıq. Artıq bu proses gözlədiyimdən də artıq böyük sürətlə başlanılıb və bu gün də davam edir. Mən insanların açıq çıxış edərək bu təşkilata qoşulmasını, siyasi partiyaların isə bütövlüklə bizə qoşulmasını hələlik ona görə istəmirəm ki, qurumun güclü bünövrəsi yoxdur. Bilirsiniz ki, güclü bünövrə olmadan böyük bina tikmək ağılsızlıqdır. Mən də bu bünövrənin güclü olması üçün dayanmadan fəaliyyət göstərirəm. Əsas məqsədim də odur ki, Müqavimət Hərakatı ölkənin bütün regionlarını əhatə etsin. Bu məsələ öncə müzakirəyə çıxarılmalı və çoxluğun qəbul etdiyi qərar hamı üçün eyni səviyyədə yerinə yetirilməli olan bir qərar olmalıdır. Bundan əvvəl isə heç kim, o cümlədən mən də bunu üzərimizə götürüb, xalqın adından qərar çıxarmamalıyıq. Fikrimcə, hərakatın tamam formalaşması 2012-ci ilin yanvar ayında tamamilə başa çatmalıdır. Mart ayına qədər isə biz Bakıda çoxlu aksiyalar keçirəcəyik. Martın sonu, aprelin əvvəlində isə biz güclü və fundamental aksiya keçirməyi planlaşdırırıq.

-Gəlin sizin dediklərinizlə son Rusiya hadisələri arasında kiçik bir oxşarlıq axtaraq. Bu gün, sizinlə söhbət etdiyimiz dəqiqələrdə (Müsahibə ötən həftənin şənbə günü götürülüb – R.Z) Moskvada və digər vilayətlərdə ilkin söyləntilərə görə 100 min insan aksiyalarda iştirak edir. Siz də deyirsiniz ki, Müqavimət Hərakatı ölkənin bütün regionlarına yayılmalıdır. Buna görə də düşünürsünüz ki, keçirəcəyiniz aksiyalarda 100 mindən çox insan iştirak edəcək. Bəs necə əmin ola bilərsiniz ki, hərakatınız bütün bölgələri əhatə edəcək aksiyalara ən azı 50-60 min insan çıxacaq?

-Əvvəlcə onu deyim ki, bu gün Rusiyada 100 min yox, ən azı 500 min aksiyaçı iştirak edir. Siz Rusiya hökumətinin televiziyalar vasitəsi ilə açıqladığı statiskaya inanmayın. Həmin aksiyalarda isə xarici ölkələrdən çoxlu ekspertlər iştirak edir. Onların göstərdiyi statiskaya isə inanmaq lazımdır. Çünki, onlar heç vaxt yalan danışmırlar. Onlar tək Moskvada 100-120 min nəfərin aksiyalarda iştirak etdiyini qeyd edirlər. Bütün Rusiya üzrə isə bu say 500 mindən artıqdır. Azərbaycana gəldikdə isə, deyə bilərəm ki, ölkə 7-8 regiona bölünəcək. Hər region isə ən azı 6-7 rayonu əhatə edəcək. Bakıda təşkil ediləcək aksiyalar, eyni zamanda bütün regionlarda davam edəcək. Ola bilsin ki, ilk günlərdə aksiyalarda 30 min insan iştirak eləsin. İkinci gün isə onların sayı 100 minə çatacaq. Bu günki Azərbaycan xalqının səviyyəsi 1500 il bundan öncəki Yunanıstan xalqının səviyyəsindən də aşağı deyil ki? Ola bilməsin ki, xalqımızın içərisindən heç olmasa 5% -də olsa, azadlığı istəyən adam tapılmasın. Bu da ən azı 450 min edir. Biz bu xalqı o qədər də aciz hesab etməməliyik. Düzdür, bu gün xalq elə bir vəziyyətə gətirilib ki, hökumət tez-tez bu qədər oyunlardan çıxır. Sonra da bildirir ki, sizdən aciz millət yoxdur. Həqiqətən də Azərbaycan xalqı çox aciz olub. Çünki, 1 kv.metr də olsun torpaqlarını azad etməyə də gücü yoxdur. Bir milyon qaçqının arasından heç olmasa, 50-60 nəfərlik partizan dəstəsi də düzəldə bilmirlər. 1980-ci illərin sonlarında “perestroyka” edən SSRİ rəhbərliyi belə düşünürdü ki, Azərbaycandan başqa bütün respublikalarda nə isə baş verəcək. Ancaq əksinə oldu.

– Lideri olduğunuz Açıq Cəmiyyət Partiyası dekabrın 18-də bəyanat verərək, Müqavimət Hərakatına qoşulduğunu bəyan etdi. Üzərindən bu qədər zaman keçməsinə baxmayaraq, heç bir siyasi qurum hərakata qoşulmaq üçün mövqe ortaya qoymayıblar. Sizcə, bu nə ilə bağlıdır?

-Bir daha bildirirəm ki, təşkilatın bünövrəsini möhkəmlətməmiş biz bu işə başlaya bilmərik. Onda sual verə bilərsiniz ki, əgər işlər başa çatmayıbsa, niyə ACP bu işə qoşulur? Partiyanın belə bir iş görməsinin səbəbi, ümumiyyətlə proseslərin necə bir sərt şəkildə gedəcəyini yeni üzv olacaq təşkilatlara və ya insanlara nümunə kimi göstərməkdir. Proseslər məhz bu şəkildə cərəyan etməlidir. Sizi əmin edirəm ki, bu nümunədən istifadə etmək istəyənlərin sayı kifayət qədərdir. Bu gün Azərbaycanın beş regionu Müqavimət Hərakatının yerli təşkilatlarını yaratmağı elan etməyə tam hazırdır. İsveçrədə olan bir təşkilat isə özlərini nümunə göstərərək, digər Avropa ölkələrində fəaliyyətlərini genişləndirməyə hazır olduqlarını bildirirlər.

-Bizdə olan məumatlara görə, bəzi müxalifət partiyalarının daxilində də sizin liderliyinizi qəbul edən şəxslər var. Bu, doğrudan da belədir?

– Lderliyimi kimlərinsə qəbul edib-etməməsinin mənim üçün heç bir fərqi yoxdur. Onsuz da lider olduğumu özüm hər kəsə bəyan edirəm. Mən fəhlə işləyəndə də, qurğu rəisi və Zavod direktoru olanda da liderdim. Liderlik keyfiyyəti sonradan yaranmır ki?! Bu xarizmatik cəhət insanın daxilindən gəlməlidir. Prezident olmaq üçün də məhz bu keyfiyyət tələb olunur. Kiminsə liderliyimi qəbul edib-etməməsinin mənim üçün nə fərqi var? Bir lider kimi prezidentliyə namizədliyimin verilməsi məsələsinə gələsinə gəlincə, bunun vaxtı hələ yetişməyib.

– Bəs Müqavimət Hərakatı əsasən hansı müxalifət partiyaları ilə əməkdaşlıq etməyi planlaşdırır? Ümumiyyətlə onlardan blok şəklində əməkdaşlıq təklifi gələrsə, qəbul edəcəksinizmi?

– Bu hərakat tək mənə məxsus deyil ki?! Bu təşkilatın özünün qaydaları və prinsipləri var. Bunlan da artıq müzakirəyə çıxarılıb və bunları qəbul edən istənilən təşkilat və ayrı-ayrı şəxslər bu təşkilata qəbul ola bilərlər. Mənim onlara “Yox” deməyə haqqım yoxdur. Hətta hakim komandadan da kimsə gəlib bu prisipi qəbul etdiyini və hərakata qoşulmaq istədiyini desə, ona da yox deməyəcəyəm. Əlbəttəki, bu prinsipləri qəbul etməyənlərində Müqavimət Hərakatında iştirak etməyə haqqı var. Əsas məqsədim odur ki, bu hərakat Xalq hərakatına çevrilsin.

– Bir neçə gün əvvəl “Yeni Müsavat” qəzetində belə bir informasiya getdi ki, siz Qərbi Azərbaycanlılardan ibarət yeni komanda formalaşdırmaq istəyirsiniz. Hətta belə bir məlumat da vardı ki, siz hətta Əli İnsanovla da əməkdaşlığa səy göstərirsiniz. Bu, nə dərəcədə həqiqətdir?

– Etibarlı mənbənin “Yeni Müsavat” qəzetinə verdiyi informasiyanın bir sözü də doğru deyil. Qəzet çox “maraqlı” bir məsələni qaldıraraq yazıb. İlk növbədə, Azərbaycanı regionlara bölənlərlə mənim heç bir əlaqəm ola bilməz. Bilməzdim ki, torpaqlarının 20 min kv.kilometrini itirən və 66 min kv. kilometrə sahib olan bir ölkənin qərbi də varmış. Belə çıxır ki, qərb varsa, şərqi də var. Biz Azərbaycanı həm də Şimali Azərbaycan Respublikası adlandırmışıq. Belə çıxır ki, şimali Azərbaycanın şimali azərbaycanlıları da var. Bu balaca ölkədə Qərbi Azərbaycan necə ola bilər? İndi kimsə zorla özünü xalqa sırımaq istəyir, deyir ki, mən Qərbi Azərbaycanlıların lideriyəm. Kim və nəyə görə bu insanları onlara lider seçib? Azərbaycan xaqlının içindən çıxan insanların intellektuallıqdan və mentalitetlikdən uzaq çıxışlar edirlər ki, bəzən onlara nə cavab verəcəyimizi bilmirik. Mən Firuddin müəllimi də, Beycan müəllimi də tanıyıram. Firuddin müəllimlə məni Etibar Məmmədov tanış edib. Ona çox böyük hörmətim var və gözəl insan və savadlı alimdir. Beycan müəllimlə isə məni onların evində rəhmətlik Əbülfəz Elçibəy tanış edib. Anlaya bilmirəm ki, hər ikisi ilə şəxsi tanışlığım ola-ola kiminsə vasitəsi ilə nəyə görə əlaqə yaradıram və onlara bildirirəm ki, gedin bir-birinizlə əlaqə yaradın. Gülməli bir versiyadır və buna sadəcə olaraq gülmək lazımdır.

Əli İnsanovla bağlı məsələyə gəlincə, deyim ki, 1997-1998-ci illərdə Azərbaycanda elə bir ciddi bir məclis olmazdı ki, orada məsələm qaldırılmasın və məni ləkələməyə çalışmasın. Məhz onun sayəsində məni xalq düşməni adlandırdılar. Azərbaycanda yüksək səviyyədə əleyhimə iş aparan ikinci nazir olmadı. Ancaq bu hərəkətinə görə, onun əleyhinə mənfi münasibətim belə yoxdur. Əksinə, onun günahsız yerə həbs olunmasına qarşı çıxmışam. Həmişə bildirmişəm ki, Ə. İnsanov siyasi dustaqdır. Bu, o demək deyil ki, onun nazir olduğu vaxtlarda rüşvətxorluğun və korrupsiyanın içərisində olduğunu görməməzlikdən gəlirəm. Ona görə Əli İnsanovu müdafiə edirəm ki, onu siyasi çıxışlarına və bu hökumətin əleyhinə getdiyinə görə həbs ediblər. Bu gün də arzu edirəm ki, o, azad olsun.

Mən hesab etmirəm ki, əgər Qərbi Azərbaycan məfhumu mövcuddursa, orda kiminsə hörməti məndən artıqdır. Məqsədim qərbi azərbaycanlılarla, yaxud başqaları ilə dil tapmaq deyil. Buna ehtiyacım yoxdur. Ölkədə çox yaramaz tendensiya gedir. Məni Naxçıvan-Ermənistan xalqının bir lideri kimi təqdim edirlər. Kiməsə isə deyirlər ki, o da Şamaxı-Quba camaatının lideridir. Yaxud da başqa birini Qarabağ camaatının lideri adlandırırlar. Bu nə deməkdir? Bəli, Naxçıvanın Qazançı kəndində anadan olmuşam və buna görə də fəxr edirəm. Ümumiyyətlə, hər bir vətəndaş doğulduğu yerə görə fəxr etməli və ora hörmət etməlidir. Bu, normal bir məsələdir. Ancaq həyatım boyu kiminsə Naxçıvanlı, Ermənistanlı olduğuna görə, kiminsə irəli getməsinə, yaxud müəyyən bir qanunu pozmasına biganə yanaşmamışam. Zavod direktoru işləyəndə müavinlərimi, hətta sex rəislərini də özüm təyin etmişəm və onların haralı olduqlarına diqqət yetirməmişəm. Çünki, neçə illər onlarla bərabər işləmişəm və onları yaxından tanıyırdım. Yalnız bir dəfə müavinlərin sənədlərinə baxanda gördüm ki, onların arasında bir nəfər də olsun naxçıvanlı yoxdur.

Həmin vaxtlar da hakimiyyətdə olan Əbdürrəhman Vəzirov mərhum Heydər Əliyevdən qisas almaq üçün komissiyalar təşkil edərək vəzifələrdə olan naxçıvanlıları vurmaqla məşğul idi. Həmin komissiyalardan biri də bizim zavodda araşdırmalar aparırdı. Mən də acığa düşərək onların gözü qarşısında bir naxçıvanlını istehsalat üzrə müavin təyin etdim. Milli Məclisin sədri işləyən vaxtı müavinim olmuş Arif Rəhimzadənin hələ də haralı olduğunu bilmirəm. Bu insanların başları tamamilə tərsinə işləyir. Bu, düzgün deyil. Əgər onlar məni Bütöv Azərbaycanın deyil, yalnız Naxçıvan-Ermənistan xalqının lideri kimi təqdim etmək istəyirlərsə, onda onlar uduzacaqlar. İş elə gətirib ki, naxçıvanlılarla ermənistanlıların sayı Azərbaycan vətəndaşlarının sayının yarısına bərabərdir. Belə bir ənənədən qurtarmağın vaxtı çoxdan yetişib. XXİ əsrin 11-ci ilin sonundayıq, ancaq hələ də bu tendensiyadan qurtara bilmirik.

– Sizin saytımıza verdiyiniz əvvəlki müsahibəniz Azərbaycanda bir qədər rezonans doğurdu. Bununla bağlı hətta müxtəlif fikirlər səsləndirildi. Bunu normal qarşılayan, hətta qısqanclıqla yanaşanlar da oldu. Sizin Azərbaycana gəlmək və mütləq prezident seçilməyinizlə bağlı qəti fikirləriniz isə müxalifət düşərgəsində əsl ajiotaj yaratdı. Bəs siz, bu müsahibənin belə qarşılanacağını gözləyirdinizmi?

– Mənə qarşı bu cür münasibətlər həmişə olub. Çünki, öz fikirlərimi xalqa açıq çatdırmaq istəyən bir şəxsəm. Heç vaxt da bu yolumdan dönməyi fikirləşməmişəm və həmişə də fikirləşdiklərimi birbaça çatdıracağam. Belə bir cəhd həmişə də kimlərinsə fikirlərinə uyğun gəlməyə və müəyyən qısqanclığa, etiraza səbəb ola bilər. Mən bunları gözləyirdim. Mən hətta bu müsahibədən sonra da əleyhimə və lehimə fikirlərin səsələnəcəyini gözləyirəm. Aydın məsələdir ki, bu müsahibədə də kimlərinsə xoşuna gəlməyən ifadələr işlətmişəm. “Yeni Müsavat” qəzeti həmin müsahibədən sonra yazdı ki, hansısa çox mühüm liderlərdən biri deyib ki, biz heç vaxt Rəsul Quliyevi Azərbaycanda hakimiyyətə gəlməyə qoymayacağıq. Mən də həmin qəzet vasitəsilə cavab verdim ki, müxalifətdə olan həmin mühüm lideri niyə tanımıram. Axı o, kimdir ki, məni Azərbaycanda hakimiyyətə əlməyə qoymayacaq. Müxalifət liderləri nə qədər səs-küy qaldırsalar da, onların güclü olduqlarını sübut edən fakt gətirməyə gücləri yoxdur. Mən isə qəti çəkildə bildirirəm ki, bəli, gücüm artıb. Bloku yaratdığım bir ay deyil, artıq 50 min nəfər daxil olub. Hər gün minlərlə insan elektron poçtuma isə təkliflər verən və qoşulmaq istəklərini açıq bildirən məktublar göndərirlər. Hətta onu da iddia edə bilərəm ki, aktiv siyasətə qayıtmağımdan sonra müxalifət düşərgəsində əsl canlanma hiss olunmağa başlayıb. Onların bu canlanmasının mənim aktivləşməyimlə bağlı olub-olmamasının mənim üçün fərqi yoxdur.

Rövşən Ziya


Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

3 Cavab to ““Ölkənin 80 %-i Bu Rejimin Əleyhinədir””

  1. INSHALLAH..SIZIN BUTUN VERDIYINIZ QERARLARIN ARXASINDAYIQ.

  2. insallah llah qoysa artiq canimizi qurtarmaqin vaxtidi bu qan icenlerden

  3. Hörmətli Rəsul müəllimsizə cəmiyyətdə böyük ümüdlər var. Bir çox insanın sadəcə cismi azad görünür bu idarəetmədə,ruhu sarsılmışdır. Buna baxmayaraq ümüdimiz tükənmədi. Yararlanmaq olmasın, Siz liderliyə layiq bir şəxsiyətsiniz.Allah Sizi qorusun.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: