“İnsanların Pulları Onların Azadlığını Təmin Edən Səviyyədə Olmalıdır.”

 

 

Yenilik İnternet Qəzetinə Müsahibə

Eks-spiker Rəsul Quliyevin ilin yekunları ilə bağlı müsahibəsi:

Rəsul bəy, 2011-ci il Sizcə dünya üçün nə ilə yadda qalacaq?

– Baş verən hadisələrin zənginliyinə görə 100 ildə  cəmi 4-5 il olur və azı 15-20 il də yaddaşlarda qalır. Ərəb baharı adlandırılan, yanvarda Tunis hadisələri ilə başlayıb , oktyabrda Liviya ilə tamamlanan xalq hərəkatlarının unudulmaz təsiri  avtoritar və totalitar rejimlərin, diktatorların yuxularını uzun müddət qarışdıracaq. Gözlərinin qarşısından Tunisin bir nömrəli klanı sayılan Ben Əlinin bütün nəsli nəcabəti ilə cəlayi vətən olması, Mubarəkin xəstəxana çarpayısında yarıölmüş vəziyyətdə oğlanları ilə birlikdə məhkəmənin suallarına cavab verməsi və nəhayət milyonlarla vətəndaşlarını ya qoyun ya da terrorist adlandıran qanına qəltan edilmiş Kaddafinin “haram, haram” (yəni qeyri qanunidir) çığırtısı çəkilməyəcək. Vətəndaşları həmin ölkələrdəki şəraitə uyğun şəraitdə yaşayan Azərbaycan tipli ölkələrin camaatı da şirin yuxular görür.Görürlər ki,bir gün Misirin Təhrir meydanından olan insanlar Bakının Azadlıq meydanındadır.Azərbaycanın sərvətlərini talayanlar ya Mübarəkin ya da Kaddafinin vəziyətinə salındığı momentdə şirin yuxularından ayılırlar. Düşünürlər ki, sabah bəlkə qəfildən oyanmayıb prosesi axıra çatdıra biləcəklər.

İnsanların təlatümü olan “Ərəb baharı”nı Yaponiyada təbiətin təlatümü əvəz etdi. Bu sunaminin qarşısına mərdliklə sinə gərən Yapon xalqı bir daha insanın gücünün tükənməz olduğunu göstərdi.

Əsrin bir nömrəli terroristi Ben Ladenin heç bir itgi vermədən öldürülməsi Amerika xüsusi təyinatlılarının profesionallığının ən parlaq nümayişi oldu.

İlin lokal hadisəsi kimi Rusiyada başlanan avtoritizmə qarşı müqavimət hərəkatını göstərmək olar.

 

2011-ci ildə Azərbaycanın qazancı və zərəri nə oldu?

– Ölkə kimi heç bir qazancdan söhbət getmir. Fərdi şəkildə əvvəlki kimi hökümət strukturları yenidən milyardlar qazandı, xalq da bir o qədər itirdi. Dağlıq Qarabağ probleminin həlli daha da müşgülləşdi. Müxalifətin bir neçə inamsız addımlarından sonra hökümət daha da azğınlaşdı. Camaatı ələ salmaq, alçaltmaq, insan yerinə qoymamaq kimi hərəkətlərə vaxtilə az da olsa abrını saxlayıb bu işləri görməyənlər də qoşuldular.

 

2012-ci il üçün planlarınız  varmı?

– Bu planları artıq elan etmişəm. Xalqın demokratiya uğrunda və ya diktaturaya qarşı müqavimət hərəkatını yaratmaq. Bu hərəkata qoşulanların sayını artırmaqla xalq hərəkatı statusuna nail olmaq. Höküməti (inanmasamda) siyasi və iqtisadi reformalara getməyə dinc yolla məcbur etmək. Anlamasalar alternativ variantların olmasını da xatırlatmaq. Buna o vaxta qədər əminəm ki, Suriyanın prezidenti Bəşər Əsədin də məsələsi ya Kaddafi kimi həll olar, ya da beynəlxalq məhkəmə qarşısında dayanar. Anlatmaq ki,əgər Bəşər Əsəd 7 ay bundan öncə getsə idi istənilən ölkə ona siyasi sığınacaq verərdi.Törətdiyi cinayətlərdən sonra onun planetdə ancaq bir yeri ola bilər o da zindandır. Onun kimi xalqın qanını töküb gözləməyin.

 

Yeni ildə sizcə dünya siyasətində nə yeniliklər baş verə bilər?

– Birincisi mühüm hadisə ABŞ-da prezident seçkiləri olacaq.Bu seçkilərdən sonra dünya siyasətində bir çox strateji məsələlərə yenidən baxılacaq. Amerika hələki super dövlət statusunu saxlamaq qüdrətinə malikdir. Ancaq Çinin nəfəsi artıq il ildən arxadan amerikanı daha güclü yandırır. Bir neçə il bundan öncə milli gəlirinə görə 7-ci yerdə olan Çin bu gün 2-ci yerdədir. Çin yeganə ölkədir ki, hərbi texnikası klasına görə Amerikaya yaxınlaşıb. Çinin artan təsir dairəsinin qarşısını almaq üçün Amerika yaxın şərqdə, RF-da və Şimali Koreyada demokratik dəyişikliklərə nail olmalıdır. ABŞ dilemma qarşısındadır.O məqsədyönlü siyasət aparsa yenidən neftin bir barelinin qiymətini 20 dollar səviyyəsinə endirə bilər. Bu halda Rusiya yenidən ya dağılmalıdır, ya da demokratiyanın 2-ci mərhələsinə başlamalıdır.

Sözsüz ki, neftin qiymətinin aşağı düşməsi İranı da laxladacaq. Mən Azərbaycan və Qazaxstanı yazmıram çünki bunlar fundamenti olmayan ölkələrdir, ordakı rejimlər avtomatik çökəcək. Necə ‘’polkovnik’’ Hüseynov 1993-cü ildə çevriliş etmişdi, indi hətta serjant bu işi görə bilər, sözsüz biz imkan versək. Ancaq Amerikanın bu siyasətin çox mühüm çatışmayan cəhəti var. Bu gün Çin enerji resursları import edir və milyardlar xərcləyir.Neftin qiymətinin aşağı düşməsi Çinin finans resurslarını azı 20 faiz qaldırır. Ona görə də ABŞ-ın strateji beyinləri yeni strateji proqram üzərində baş sındırırlar. Dünyanın bu sahədə toplanmış beyinlərinin 70 faizinin Amerikada olduğunu nəzərə alsaq bu çox masştablı plan olacaq. Hər halda bu planın tərkib hissəsində yeni demokratik ölkələrin yaradılması xüsusi yer tutacaq.Həmin ölkələrin içərisində bizim balaca Azərbaycanın olmasına da şübhəniz olmasın.

 

Xeyli vaxtdır ölkədə maaaşlar artırılır. Siz bir iqtisadçı kimi necə düşünürsüz, 10 faizdən çox qaldırmaq mümkün deyilmi əmək haqqlarını?

– Bu bir çox elementlərin bir yerdə baxılmasını tələb edən bir məsələdir. Maaşların artırılması istənilən normal ölkədə iqtisadçı və finasistlərin dərin analizinin əsasında həyata keçrilir.Sözsüz ki,söhbət ancaq dövlət büdcəsindən maaş alanlardan gedir.İstənilən sivil ölkədə prezident flankəslərin maaşını qaldırdı deyilsə və ya yazılsa, o prezidenti o qədər ələ salarlar ki,özü başını götürüb qaçar. Ona görə bizdə maaşların artırılması heç bir qaydaya tabe olmadığından fikir söyləmək çətindir.Kimlərsə , “təhsil nazirliyində 1 milyon adam işləyir,onların maaşını 10 faiz qaldırsanız onsuzda sizi hamı sevir bundan sonra sevgi birə on artar” deyir.Prezidentin kefi sazdırsa  “gedin qaldırın” əmrini verir. Baş finansit kar kağızın götürüb gəlir ki, məsələn “bu işi görmək üçün yarım milyard manat lazımdır”,  o da komanda verirki, neft fondundan verilsin. Yarım milyard sösüz ki, müəllimlərin cibində qalmır bazara çıxır. Prezidentin yemək içmək malları satan monopolistləri o dəqiqə qiymətləri qaldırır. Həmin pullar əlavə heç bir şey almadan əvvəl həmin monopolistlərin, oradan da prezidentin cibinə axıdılır. çünki qiymətlər artıb. Siz özünüz də hər şeyi çox asanlıqla hesablaya bilərsiniz.Sadəcə olaraq maaş artırılana qədər məsələn, ət, yağ, qənd neçəyə olub qaldırlandan sonra neçəyə qalxıb fərqi hesablaya bilərsiniz.Məsələ ondadır ki,müəllimə maaşı qaldırdılar o nə uddu, nə də uduzdu.Bəs maaşları qaldırılmayanlar? Onlar hamısı uduzdu.Ona görə bu sistemli maaşların tənzimlənməsinə mənim şərh vermək şansım yoxdur. Mən kriminalist deyiləm.

 

Ölkədə jurnalistlər üçün bina tikilir. Sizcə  bu dövlətin jurnalistlərə, söz azadlığına  qayğısı deyilmi?

– Rüşvətlə işləyən jurnalistdən jurnalist olmaz. Bu evləri alan jurnalistlər ölkədə olan jurnalistlərin 5 faizini təşkil edər. Hökümət başa düşmədən meşədə və ya dağda canavarın oynadığı rolu oynayacaq. Ümid edirəm ki, bu hərəkət nəhayət təmiz və qeyrətli jurnalistkanın Azərbaycanda inkişafına kömək edəcək.

 

Hakimiyyətə iddialı olduğunuzu artıq bəyan etmisiz. Sizcə ölkədə maaşlar nə qədər olmalıdır, ziyalıların, yaradıcı insanların mənzil şəraitini, mətbuatın vəziyyətini necə düzəltmək olar?

– Ölkədə maaşların miqdarını pul vahidi ilə ifadə etməyin mənası yoxdur. Mən onun strukturasını izah edim. Kreditlə ev almısansa və ya kirayə götürmüsənsə aldığın maaşın 30 faizi  buna, 25 faizi yeməyə, 10 faizi pal-paltar, 15 faizi  maşın və ya başqa bahalı şeylər almaq istəyirsənsə yığılmalı və ya kreditlə almısansa onu ödəməyə, 10 faizi qara gün, ağ gün üçün toplanmalıdır .Yerdə qalan 10 faiz də gözləmədiyin xərclər ola bilər. Müxtəlif ölkələrdə bu rəqəm məsələn, ayda 1200 dollardan 3000 dollara qədər ola bilər. Bu rəqəm asılıdır ölkə sosial proqramlarını necə həll edir. Müxtəlif yaş qruplarına,müharibə veteranlarına və sair və sair sosial təminatlar hansı səviyyədir.Məsələn səhiyyə, təhsil sözün əsl mənasında pulsuzdur ya yox. Mən özüm üçün Azərbaycanda hansı sistemin olacağını müəyyənləşdirmişəm. O dediyim struktura hamı üçün eyni səviyyədə işləyəcək. Adını çəkdiyiniz intlektual qrupların yuxarı pul qazanmaq şansları daha çox olacaq. Əksinə sivil ölkələrdə olduğu kimi onlar kasıblara xəstələrə kömək üçün öz pullarından ayıracaqlar.

 

Yaltaqlana bilməyən, tapşıranı, pulu olmayanlar həmişə mənzilsiz yaşamalıdırlar, yoxsa bunun bir çıxış yolu olmalıdır? Dünyada müxalifətin öz təkliflərini vermək ənənəsi də var, bu baxımdan bəlkə hökumətə məsləhətlərinizi verəsiz?

– Birinci başlayaq pulun olub olmamasından, çünki bu əsas faktordur. İnsanların pulları onların azadlığını təmin edən səviyyədə olmalıdır. Pul fərdin başqasından asılı olmamağına təminat verir. Ona görə ilk növbədə insanlara öz fiziki və intlektual resurslarını maddiləşdirməyə  şəraitin yaradılması zəruridir. Bu şərait hamı üçün eyni olmalıdır. Sözdə yox. Öz imkanlarını maddiləşdirən insanlar ümumi əhalinin 95 faizini təşkil edəcəkdir. İstənilən cəmiyyətdə ancaq beş faiz şikəst , əlil bacarıqsız adam ola bilər, onlar da dövlətdən maliyələşdirilməlidir. 95 faizin imkanları çərçivəsində milyonerlər, orta sinif və çinovlikləri olacaq, onlar praktiki heç kimdən yox, ancaq özündən asılı olacaq.Bu insanlara  yaltaqlanmaq lazım deyildir və onların mənzilinin olmaması mümkün deyildir. Müxalifətin səsi sayından asılı olmayaraq həmişə eşidilməlidir, kar olmamaq üçün vətəndaş cəmiyyəti yaradılmalıdır. Hökümətə təklifləri vermişəm, xeyri yoxdur.

Müsahibəyə köhnə illə başladıq, yeni illə bitirmək istəyirik. Yeni il münasibətilə Azərbaycan xalqına  nə arzu edirsiz?

Video ilə xalqa müraciət edəcəyəm, arzularımı da orada səsləndirəcəm. Hamını bloquma dəvət edirəm. https://rasulguliyev.wordpress.com/

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

28 Cavab to ““İnsanların Pulları Onların Azadlığını Təmin Edən Səviyyədə Olmalıdır.””

  1. Yeqin ki,İran ölkəsində olanlar bilir.Küçələrdə bir nəfər belə dilənçi görə bilməzsən.Yəni həm vətəndaşlar və həm də dövlət tərəfindən onların yaşayışı təmin olunur.Amma bizdə qoca-cavan,arvad-kişi,əlil-uşaq qarışıb bir-birinə.15-16 il əvvəl 5-6 yaşında bir uşagın boyu maşının pəncərəsinə çatmırdısa indi yekə kişi olub və maşının banından yuxarı üzü aşagı əlini açıb dilənir.Günü-gündən çoxalan bu insanların acı taleyı görəsən kimisə düşündürürmü ?Demək olar ki, bütün dövlətlər BMT-nin İnsan Haqları Bəyannaməsini və ya Avropada İnsan Haqları Bəyannaməsini imzalamışlar.
    İnsan Haqlarına sosial haqlar(bunlar dövlətin müsbət mənada müdaxiləsini nəzərdə tutan iş, mənzil təchizatı, ərzaq və s. Kimi haqlardır) və siyasi haqlar (heç bir dövlət müdaxiləsini nəzərdə tutmayan bu haqlara fikir və sözazadlığı, zorakılığa qarşı müdafiə və s. aiddir) daxildir.
    Bəs görəsən Azərbaycanda hər gün (şənbə və bazar günlərindən başqa) təkcə məhkəmə orqanları tərəfindən nə qədər insanların sosial haqları tapdalanır ?

  2. Resul beye ve onun ailesine bu Yeni Ilde can sagligi ve uzun omur arzulayiram! Azerbaijanda heqiqi Demokratik Hakimiyyetin qurulmasi ugrunda apardigi yorulmaz mubarizesinde ugurlar arzulayiram! Onun mubarize ile dolu heyati, Xalgimizin genclerine, Azerbaijanin gozel geleceyi ugrunda aparilan yorulmaz mubarizenin parlaq bir numunesidir! Men ona bu poetik misralarimi gonderirem:
    “Qelbimin en gozel negmelerini,
    Hele dememishem, omur telesme!”

  3. Salam Resul muellim! Sizi ve ailenizi Yeni il munasibeti ile tebrik edirik. Allah Sizi ve Bizi arzularimiza catdirsin Inshallah!

  4. Azərbaycan böyük bir həbsxanada olsa hər şey xalqın iradəsindən,qürurundan,birliyindən və onun liderindən adılıdır!İradəli,qürurlu xalq azadlıgını qorumalıdır,əks təqdirdə qapazlar altında məhv olmalıdır.Hələki,bizim qürurdan,iradədən danışmaga mənəvi haqımız yoxdur,çünki eyni zamanda nə qədər torpaqlarımız işgal altındadır!Millət bir olarsa basılmaz vətən!!!

  5. Rəsul müəlim,mən universitetdə oxuyanda bizim professor müəllimimizin bir kitabı çapdan çıxmışdı və əsərdə əsərdə əsasən valideynə,anaya hörmətdən bəhs oururdu.Mənimlə oxuyan Akif adlı kor bir oglan Nürəddin müllimə sual verdi və bildirdi ki,”Nürəddin müəllim,Siz yazmısınız ki,anaya hörmət etmək lazımdır,hamı bilirki,anaya hörmət etməlidir,amma görsətmirsiniz ki,mən anamı necə sevim,hörmət edim ki,anam məndən razı qalsın”.
    Onun sözü olmasın,hamı qeyrətdən,qürurdan,birlikdən,kişilikdən dəm vurur,amma ortada isə quru sözdən başqa heç nə yox.
    Bəlkə bu haqda dnışasınız?

    • Mən müraciətimdə deyirəm,Azərbaycan öz qürur hissini qaytarmasa…İnsanın qüruru konkretdir və mücərrədlikdən uzaqdır.Məsələn çoxlu Gürcü siyasi liderləri və sadə adamlarını tanıyıram.Azərbaycanlılarla müqayisədə ya eyni səviyyədədirlər ya da çoxda uzağa getməyiblər.Ancaq azadlıqlarının səviyyəsinə gəldikdə,ölkədəki hökümətlə vətəndaşların münasibətinə baxdıqda,korrupsiya və rüşvətin səviyyəsini müqayisə etdikdə bu iki ölkə arasında onların xeyrinə yer göy fərq var.Mənim daxilimdə Azərbaycanlılıq qürurum avtomatik baş qaldırır.Suzl olunur bu niyə belə olmalıdır.Analiz edib əmin olursan yeganə səbəb Azərbaycanda olan rejimdir.Qürur hissin səni rahat buraxmır və sadəcə olaraq normal yaşamaq şansını itirirsən.Yeganə çıxış yolunu rejimi dəyişdirub camaatın ağ günə çıxmasına şərait yaradılmasında görürsən.Əgər potensialın varsa ,arxanca gedənlər kifayət qədərdirsə özün bu mübarizəni təşkil edib camaatı ayağa qaldırmağa cəhd edirsən.Əgər belə bir potensialın yoxdursa mübarizəni dostlarınla ,tanışlarınla həm fikirlərinlə birlikdə kiminsə yaratdığı belə bir hərəkatda davam etdirirsən.Primitiv bir misalla sizə izah etdim.Ancaq əsas məsələ o qürur hissini bərpa etmək arzusu olmalıdır.Əgər bu tələbat daxilində yoxdursa taleyin göydən müəyyənləşdirilib, sənin həyatda heç bir rolun yoxdur və ola da bilməz ifrat,insanlarön qul olmaq xarakterlərini reallaşdıran nəzəriyyəni qəbul edib mənasız həyatını davam etdirirsən. Vəssəlam,mürəkkəb bir şey yoxdur,məndə sizin kimi şüar deməyin əleyhinəyəm,gəlin konkret işə başlayaq.

  6. Minnətdaram cavabınıza görə.
    Atalar gğzəl deyib,aslanın erkəyi,dişisi olmaz.Görürsünüzmü qızımız Samirə xanım Samir bəyə iradlarını necə başa salır.Deməli bu millət yaşayır, ruhdan,qürurdan düşməyib.Sadəcə kimsəsizliyindən bu günə düşüb!Heç bir qapaz,heç bir qorxu qüruru olan milləti susdura bilməz!Şükürlər olsun millət kimsəsiz deyil,onun Rəsul kimi yol görsədəni,Agsaqqalı var.
    Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.Bunu bizim
    konstitusiyamiz deyir!

  7. Salam Resul müellim !
    Qazaxıstan, Rusiya və Belarus liderlerinin birge basladigi Avrasiya Birliyi layihəsinin ilk addımı kimi, 1 yanvar 2012’den etibarən, üç ölkə arasında mal, pul və is qüvvəsi dövriyesinin sərbəst edilmesi ve üc ölkə arasında qurulan Gömrük İttifaqının 1 Yanvar 2012’den etibarən”tək iqtisadi bölgə”olaraq calısması qerara alinib.
    Bu birliyin gelecekde hansi perespektivleri olacaq ? Azerbaycanin bu birliye qoshulma ehtimali varmi ? Bu addimi kecmish sovetler birliyinin yaranmasina cehd kimi qiymetlendirmek olarmi ?

    • Bu Avropa birliyinin yaranma modelidir,yeni bir şey yoxdur.Praktiki olaraq Ukraina,Gürcüstan və Maldovadan başqa bütün SNQ dövlətləri o cümlədən Azərbaycan bu quruma daxil olub ittifaq yarada bilər.Belə bir ittifaqın yaranması üçün siyasi rejimlərin uyğun olması əsas şərtdir.Yəni bütün avtoritar -diktatura rejimləri ittifaq yarada bilər,yazdığım 3 respublikanın yeri isə Avropa birliyində ola bilər.Azərbaycan bu quruma girməmək üçün naz edir,şərt qoyur yəni sən mənim DQ məsələmi həll et məndə ittifaqa girim.Sözsüz ki,Azərbaycan Avropa birliyi barədə heç düşünmək belə istəmir.İstənilən şərqi Avropa ölkəsi əvvəl demokratik rejim yaradıb sonradan AB qəbul olunub.Azərbaycanın prezidentinin öz xoşuna demokratik seçki keçirib 10 faiz aldığı səslə prezident postunu tərk etməyinə kim inanar.Əksinə Lukaşenko kimi oğlunu yanına salıb indidən gələcək prezidenti başqa ölkələrlə tanış edir.Rusiya istəsə kiçik bir təzyiqlə Azərbaycanı həmin quruma girməyə məcbur edəcək Bu nə deməkdir.Bu Moskvanın diktəsi ilə işləməyə razılıq vermək deməkdir.Başqa sözlə yeni tipli Sovet ittifaqı yaratmaq deməkdir.

  8. Avropa birliyinə girə bilməməyimizin əsas səbəbi mənim fikirimcə demokratik rejim yarada bilməməyimizdir.Çünki gözəl bilirik ki,Avropa çox ciddi şəkildə demokratik rejimə necə əməl eləməyimizi tələb edəcək.

  9. Artıq Müqavimət Hərəkatının Aran Koordinasiya Mərkəzi təsis olunub.Göründüyü kimi Hərakatın formalaşması və genişlənməsi çox sürətlə gedir Rasul Quliyevin adı ilə bağlı məqalələr (isdər əlehinə isdərsədə lehinə) ən çox oxunan məqalələrdir….Bu da Rəsul Quliyev faktorunun ölkədə nə qədər böyük rol oynadığını bir daha subut edir….Bəzilərini dediyinə görə 2005-ci ildə Rasul Quliyevin nufuzu gücülü idi və nəsə etmək olardı..indi etmək olmaz Bu tamamilə yanlşdı.. Sadəcə olaraq Rasul Quliyevin uzun muddət Azərbaycanda baş verən proseslərə kəskin fikir bildirməməsi bəzi insanları onun haqqında mənfi fikir bidirməsinə səbəb yaradıbdır… Əyər 2005 də .Azərbaycan əhalisinin 70 faizi narazı idisə indi bu rəqəm 95 faizdir…Yaxşı təşkilatlanma il (Belə ki bu sürətlə gedir) Rasul Quliyev 2005 ilə müqasiyədə daha çox narazı kütləni öz ətrafında birləşdirə biləcək….. Bu yolda RAsul Quliyevə və onu sevən hər kəsə TAnırıdan yardım diləyirəm…..Hamımıza uğurlar

  10. Azərbaycanin müxalif partiyaları da son illər xalqın ümidlərini doğrultmayır və bunun nəticəsi kimi xalq da ümüdsüzliyə qapanır. Bu vəziyyətdə iqtidar arenasına yeni siyasi qüvvə, yeni lıder cıxmalıdır. Azərbaycanı düşünən bütün qüvvələr isə bu yeni liderə dəstək olmalıdır.

  11. Hörmətli Rəsul bəy!
    Hal hazırda Azərbaycan quldarlıq dövrü yaşayır! Kim başını qaldırıb söz demək istəyirsə onun başını əzirlər. Heydər Əliyev bu ölkəni qoxu üzərində qurubdur. Heç kəs fikirini azad ifadə edə bilmir, haqqını tələb etdikdə, təziqlərə məruz qoyan ölkə rəhbərliyi beynəlxalq qurumlar qarşısında cavab verə bilməməsi özü bugünki reallığı üzə çıxarır.
    Əvvəlki şərhimdədə qeyd etmişdim, mən 4 ilə (2008-2011 illər)yaxın daxili işlər orqanlarında polis zabiti kimi müxtəlif vəzifələrdə çalışmışam. Hansı yollarla seçkiləri saxtalaşdırmalarını, sifarişlərlə insanları şərləyib həbs etmələrini görmüşəm.
    Mən BDU-nin hüquq fakultəsini fərqlənmə diplomu ilə bitirmişəm. DİO-ya öz biliyimə 100 baldan 88 bal toplayaraq qəbul olmuşam.
    Özləri necə haqsızdılarsa, özləri kimidə rəhbərlər təyin edirlər. 2010-cu ildə mənə qarşı olan ədalətsizliklə bağlı DİN-ni 4 fakt üzrə məhkəməyə verdiyimdən, fakt qarşısında aciz qalan DİN-i məni DİO-dan xaric edib, saxta ittihamla mənim barəmdə hakimiyyət nümayəndəsinə müqavimət və saxta sənəd hazırlama maddələri ilə cinayət işi qaldıraraq axtarış elan ediblər. Ölkəyə girib çıxışı bağlayıblar.
    Hər halda bir gün Azərbaycandada haqq ədalət olacağı arzusuyla yaşayırıq, ancaq buna inanmırıq.

  12. menim fikrimce bu gun Azerbaycanda demokratik toplumun onunde gedecek yeni simaya ehtiyac var.O ele bir lider olmalidir ki, kechmishle bagli hech bir bagliligi olmasin.Bir sozle kechmishden gelib, bu gun liderlik iddiasinda olanlara inam yoxdur.chun ki, kechmishden gelenlerin ekseriyyeti milletin etimadini dogrultmayanlardir.Bu gun muxalifet dushergesine nezer salin.20 ildir eyni soz, eyni shuar, eyni ideya.Ne qeder chaba gosterseler de sosial dayaq tapa bilmirler.Ona gore de bu gun ki iddialilarin qalibiyyeti inanilmazdir.Sosial baza olmadan neyese nail olmaq mumkun deyil.Bu bazani qazanmaq uchun ise en bashlicasi inam ve etimad qazanmaqdir.Itirilmish inami ise yeniden qazanmaq mumkun olacaq kimi gorunmur.Gelin ozumuzu aldatmayaq.

  13. Hormetli Resul bey.Siz Milli Meclisin sedri ishleyende menim cemisi 13 yashim var idi.Sizin efirden danishiq medeniyyetiniz meni hech vaxt qane etmeyib.Xatirlayiram , oz kabinetinizde intervyu verirdiniz.Ele primitiv,etik normalara sigmayan cumlelerden istifade edirdiniz ki, o cumlelere men hech oz heyetimizde ushaqlarla oynanyanda bele rast gelmirdim.Hele nezere alsaq ki, intervyu vererken siqaret chakmeniz, tustunu jurnalistun duz uzune ufurmeniz , bir sozle toplum qarshisinda ozunuzu numunevi aparmamaniz, bu gun sizi ,menim lider kimi qebul ede bilmemeyime bir sebebdir.
    Incimeyin, menim liderim , daha dogrusu qebul ede bileceyim liderimin xususiyyetleri, en azindan vizual olaraq siz deyilsiniz, ve ola da bilmezsiniz.

    • Əgər 13 yaşında mənim çıxışıma qiymət verməyi bacarırdınızsa bu günkü yazınız göstərir ki,ondan sonra çoxda inkişaf edə bilməmisiniz.Sizdə inciməyin.Ola bilər ki,kimlərsə sizə baş qoşduğuma görə mənə irad tutsunlar.Ancaq mən həqiqətən Azərbaycanın gələcəyini gənclərdə gördüyüm üçün bu sözləri yazmalıyam.

  14. Resul bey , vurgulayirsiniz ki, inami olen xalqin ozu olur. Bu fikrinize munasibet bildirmek isteyirem.
    Nezerinize chatdirmaq isteyirem ki, sizin bu deyiminizi kolgede qoyacaq bir meshhur deyim de var.INAM EN AXIRDA OLUR.Umumiyyetle inamin olmeyi mumkun deyil. ozunuze de baxin, sizin de inaminiz olmeyib.Inanirsiniz ki, ne vaxtsa iqtidara gelib ,sizin tebilinizce desek xalqinizi bu tezyiqlerden, bu qara gunden qurtaracaqsiniz.
    Duzunu desem sizin inandiginiz, mene ne vaxtsa Amerikanin prezidenti olacagima inanmagim kimi gelir.
    Gelin her ikimiz bu inadimiza inanaq,ianaq,inanq.Siz demishken, inami olen, ozu olur.Allah her ikimize can sagligi versin.
    Amin!!!

    • Mənim yazdıqlarıma nəyi əlavə etdiyinizi bşa düşmədim.Mənim Azərbaycanda prezident olmaq arzumun sizin ABŞ-da prezident olmaq arzunuzla eyni səviyədədir fikrinizi isə 21-ci əsrin fantaziyası adlandırmaq olar.Uğurlar belə düşünməkdə davam edin,bəlkə bir şey çıxdı.Sizi əgər kəndin kəndxudası qoysalar dünyanın prezidenti olmaq arzunuz meydana çıxacaq.

  15. Cavabınıza görə çox sağolun!

    Onuda qeyd edim ki,onlar belə təziqlər etməklə məni mövqeyimdən döndərə bilməzlər. Onların bu kimi ədalətsiz hərəkətləri ilə bağlı məhkəmədə 4 iddiam var biri artıq yekunlaşıb yəni ali məhkəədə baxılıb az bir müddətə Avropa Məhkəməsinə göndərilməsinə nail olacam. Onlar bu hoqqaları ancaq ölkə daxilində edə bilərlər, yəni ədalətsiz qərarlar qəbul edilməsinə ancaq Azərbaycanda nail ola bilərlər.
    Hal hazırda mən axtarışda olduğudan işimi qanuni nümayəndəm hədə vəkilim Anar Qasımlı aparır. Allah qoysa bu ölkənində bir gün ədalətli rəhbəri olar!

  16. Hörmətli Ruhid bəy!

    Heç kim bilməzdi ki, böyük gücə malik, hegamon bir SSRİ kimi quruluş, bir gün çökəcək və 16 dövlət ayrı ayrılıqda müstəqillik əldə edəcək.
    Ona görədə bilmək olmaz kim hara layiqdir, kimi hansı vəzifə gözləyir.
    Ancaq Sizin ABŞ prezidenti olmaq arzunuz cəfəngiyatdır. Azərbaycanda hansısa bir vəzifədə işləyə bilərsiz, indiki hakimiyyətlə. Çünki sizin düşüncə tərziniz ancaq bu hakimiyyətdə işləməyə layiqdir. Çünki bu hakimiyyətdə savada, intelektual səviyəyə və danışıq mədəniyyətinə baxan yoxdur, bu hakimiyyətə sizin kimi adam lazımdır. Hansı mahnını çalsalar oynayasız.

  17. ruhiyə yazdığın cavaba göre teşekür edirəm yaxsai və məntiqli cəvabdir

  18. Ferman bey!
    Özünüz başa düşürsüz nə yazmısız?

  19. Salam Rasul bey….Yuxarıda inam haqında fikirlerinizi yazırsınız….bu bir həqiqətdir ki bu gün azərbaycan xalqının isdər ikdidara isdər müxalifətə isdərsədə özünə və gələcəyinə olan inamı ölmək üzrədir…bir çoxları artıq öz bədbəxt talehləri ilə barışıblar….Yəqin ki sizdə bu haqda çox yaxşı məlumat var və inamın geri qaytarılmayacağı təqdirdə nəsə bir şeylər ediləcəyinin çox çəti olacağını yaxşı bilirsiz… sizin aktiləşməniz müəyyən bir kəsim içərisində aktivləşmə ilə his olunur ama geniş xalq kütlələrinin isdər özlərinə isdərsədə gələcəklərinə olan inamını geri qaytarmaq ..haqqında hər hansı bir proqramınız varmı..??? Əyər varsa İlk öncə hansı işlər görüləcək..???

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: