“…Onda əclafların hamısı mömin olardı”

 

 

 

“Heydər Əliyev mənə spikerlik təklif edəndə güldüm, dedim “məndən parlament sədri olar?” Ömrüm boyu bir dəfə də Azərbaycan dilində iclas aparmamışam”

Azərbaycanın eks-spikeri Rəsul Quliyev rəsmi bloqunda oxucuların suallarını cavablandırıb. “Qafqazinfo” sualları və cavabları təqdim edir. Suallar qısa ixtisarla təqdim olunur:

Şahin Öztürk

– Demokratiya ikili standartlar çərçivəsində olmur, demokratiya qanunla yazılmış demokratik qanunlar əsasında hər bir vətəndaş üçün bərabər formada tətbiq olunur… Dinindən, milliyyətindən, əqidəsindən və dəstəklədiyi partiyadan asılı olmayaraq, demokratiya uğrunda müqavimət hərəkatında birləşib, gələcəyimizin qarantı olan, həqiqi demokratiya uğrunda mübarizə aparmalıyıq. Yoxsa, heç bir dahi siyasətçi bizlərin daimi qarantı ola bilməz.

Rəsul Quliyev

– Siyasətçinin dahiliyini ancaq bir faktor müəyyənləşdirir. Hər bir insan kimi görkəmli siyasətçinin də müəyyən potensialı var. O, potensialını həyata keçirəndən sonra xalqa yeni bir şey verə bilməyəcəyini bildiyi üçün siyasətdən gedir. O siyasətçilərin hamısı dahi siyasətçilər hesab edilir. Adətən heç bir potensialı olmayanlar hakimiyyətdən yapışdısa, əl çəkmirlər. Onların hamısı hakimiyyətdə olan dövrdə “dahi”, “ulu öndər” adlandırılır, hakimiyyətdən qovulandan və ya öləndən sonra xalqın düşməni elan edilir. Birincilərə ölümündən 10-100 illər sonra da heykəllər qoyulur. O birilərin heykəlləri uçurdulur. 20-ci əsrdən bir dəfə də tarixin bu qanunauyğunluğu pozulmayıb. Həmin proses Azərbaycanda da baş verəcək. Siyasətçinin dahiliyini göstərən bir əsas faktor da vardır.

Prezident Vaşinqton ABŞ-ı yaratmaq üçün özünün və arvadının bütün pullarını xərclədi, prezidentlikdən gedəndən sonra kasıb bir adam idi. Çörçill baş nazir vəzifəsindən gedəndə borcun içərisində üzürdü, sonradan yazdığı kitablar və çəkdiyi şəkilləri satmaqla maliyyə vəziyyətini düzəldə bildi. Mən sadəcə iki misal çəkdim. Bu qəbildən yüzlərlə adamın adını sadalaya bilərəm. 1993-cü ildə hakimiyyətə gələndə bir kostyumunun, evinin olmadığını elan edən əliyevlərin bu gün cah-cəlalı yerdə qalan 9 milyonun var-dövlətindən çoxdur. Bu arqumentin qarşısına arqument qoya bilən başda Əliyev olmaqla adam varsa, çıxsın üzə. Hər bir azərbaycanlı bunları bilməlidir və onları belə şərəfsiz həyat yaşamağa məcbur edənlərə qətiyyət və cəsarətlə yox deməlidir. Reallıq ondadır ki, biz ellikcə Müqavimət Hərəkatına qoşulub onların üzərinə yeriməliyik.

Kənan

– Rəsul bəy, diqqətinizə görə Sizə təşəkkür etməyə bilmərəm. Amma mən ünvanladığım suala hələ də cavab ala bilmədim. Yəqin bu barədə danışmağın hələ tez olduğunu hesab edirsiniz. Sizin sualınıza isə cavab verirəm. Mən Azərbaycan türküyəm, tariximi də az-çox oxumuşam. Bir azərbaycanlı kimi də sizi tam olaraq əmin edə bilərəm ki, Dərbənddən tutmuş Zəngəzur mahalı, İrəvan xanlığı…düz Təbrizə kimi yaddaşımdan heç biri silinməyib…
Ona görə nikbin olub konkret, real addımlar atmağa çalışmaq lazımdır. Sözdə deyil, əməldə. Hər şey yaxşı olacaq, sadəcə çalışmaq lazımdır. İqtidar, müxalifət, bitərəf-hamımız Azərbaycan naminə bir olmalıyıq. Var-dövlət gəldi, gedərdi, Azərbaycan isə əbədi olmalıdır. Rəsul bəy, Sizə bu il Azərbaycana dönə bilməyi arzulayıram. İqtidara da güzəştə getməyi. Xarici qüvvələrə qarşı güc birlikdədir!

Rəsul Quliyev

– Bir daha diqqətlə mənim sözlərimə qulaq asmağınızı xahiş edirəm. Mən sizin və sizin kimi min yox, azı on min gəncin olduğuna şübhə etmirəm. Ancaq on min gənc Azərbaycan xalqı demək deyildir. Mən sizə azərbaycanlıların unutma mexanizmini göstərməklə Qarabağ problemini həll etməyi tezləşdirməyin vacibliyini qeyd etdim. Mən gənc deyiləm, ancaq vaxtımı sərf edib 1500-cü ildən bu tərəfə tariximizi unutmamaq üçün ”Qarabağ Faciəsi” kitabını yazmışam. Siz məni hərəkata çağırmayın, mən bu hərəkatı yaradanam orada aktiv iştirak etməyə başlayın. Ümumiyyətlə, vəzifəyə varlanmaq vasitəsi kimi baxanları ən keyfiyyətsiz insanlar hesab edirəm, onları nəinki vəzifədə, işdə saxlamaq olmaz, onları cəmiyyətdən izolyasiya etmək lazımdır. Mənim rüşvət almaq imkanım 24 yaşımdan başlanıb. Yəni tabeliyimdə olan 30 adamın bəzilərinə artıq pul yazıb bölüşə bilərdim. Sizi əmin edə bilərəm ki, onda da, indiyə qədər də heç vaxt belə bir iş görməmişəm, çünki o tipli adamlardan həmişə iyrənmişəm.
Sizin “Hamı bir olmalıdır” tezisinizi özünüz anlayırsınızsa, izah edin. Çünki xalqı kölə şəklində saxlamaq istəyən iqtidar da Azərbaycan naminə bir yerdə olmaqdan danışır həmişə.
Cənubi Azərbaycanı unutmadığınızı qeyd edirsiniz. Çox yaxşı. Ancaq çalışmaq lazımdır ki, onlar bizi unutmasın, çünki onlar 32 milyondur, biz 9. Onlar ildə 350 min nəfər artır, biz 90 min.

Azər

– Rəsul bəy, inciməyin, prezident postu sizcə naxçıvanlıların və ya qərbi azərbaycanlıların boyuna biçilib?

Rəsul Quliyev

– Azər müəllim, siz də inciməyin, gərək bilərdiniz ki, prezident postu Azərbaycan xalqının seçdiyi şəxs üçün biçilib, onun haradan olub-olmamasını konstitusiya müəyyənləşdirməyib. Mənim yaratdığım Müqavimət Hərəkatının məqsədi də bildiyiniz kimi, Azərbaycanda azad seçkilərin keçrilməsinə yönəldilib. Bir daha inciməyin, əgər ancaq atmaca söz atmaqla məşğul olub heç bir iş görməyəcəksinizsə, hələ uzun müddət hər halda ən azı sizin ömrünüzün axırına qədər o regiondan “prezident” görəcəksiniz.

Haci Əli

Salam, Rəsul müəllim! Zəhmət olmasa, mənim sualımı cavablandırın: Əvvəla, hakimiyyətdən getməyinizdə özünüzü nə qədər təqsirli hesab edirsiz? Sonra da, bu keçən illər ərzində hakimiyyətdən xalqa daha çox xeyir vermək olardı, yoxsa, okeanın o tayından? Hakimiyyətdə olarkən elə etmək olmazdımı ki, sizin hakimiyyətdən getməyiniz qaçılmaz olanda, xalq bir nəfərə kimi ayağa qalxıb Sizi müdafiə edərdi? Bir sözlə, mənə elə gəlir ki, Siz vaxtından qabaq istefa vermisiniz.

Rəsul Quliyev

– Əlbəttə, vəzifədən istefa verməyim normal ölkələr üçün yeganə düzgün addım idi. Ancaq H. Əliyev rejiminin sonrakı inkişafı göstərdi ki, bu addım çox səhv addım olub. Bilirsiniz, insanın yalan danışması, başqalarını aldatması lap gənc yaşlarından formalaşır, birdən ortaya çıxmır. İnsanda əgər belə ləyaqətsiz xarakter varsa, bu xüsusiyyət o istər 5 nəfərin, istərsə də ölkənin başında dayansın, özünü göstərəcək. Xoşbəxtlikdən mən belə naqis, xarakteri olmayan adamlardanam. Biz H. Əliyevlə bir komandadan idik. O, prezident seçiləndən sonra bir neçə dəfə məndən kimi parlamentə sədr qoymağı soruşdu. Mən ilk növbədə Lalə xanımın adını çəkdim. Əliyev dedi ki, Lalə xanım deputat deyil. Mən dedim, o bir problem olmaz, çoxlu vakant deputat yeri var, bir dairədən namizədliyini verib seçilə bilər. Razılaşmadı. Sonra mən Rəhimzadənin, Cəlilovun və yadımda deyil, daha kimlərin adını çəkdim, o hamısının namizədliyinə müəyyən səbəblər gətirərək “yox” dedi. Hətta kimlərə hansı səbəbdən “yox” dedi, onu da deyə bilərəm, ancaq ehtiyac yoxdur. Sonradan birlikdə işlədiyimiz dövrdə onu daha dərindən tanıdıqca başa düşdüm ki, elə birinci gündən o mənim parlamentə sədr olmağımı istəyirmiş, sadəcə olaraq, mənim özümün belə bir xahiş etməyimi gözləyirmiş, sonra qəhrəmanlıqla belə bir işi həll etməyin mümkün olmadığını, amma məsələni həll etdiyini deyib minnət qoysun. Nəhayət, “Niyə sən olmayasan” deyəndə mən güldüm, dedim məndən parlament sədri olar? Ömrüm boyu bir dəfə də Azərbaycan dilində iclas aparmamışam.
Konkret həmişə real işlərlə məşğul olmuş mən deputatların məntiqli, çox vaxt da məntiqsiz müzakirələrinə necə səbrlə qulaq asa bilərəm? İstəmirəm, heç baş nazir müavini də işləməyə bilərəm. Bir sözlə, məni bir neçə günə dilə tuta bildi. Sonra başladı ki, gərək deputatlarla iş aparasan, sənə səs versinlər. Baş nazir müavini təyin olunanda da elə bir təklif edilmişdi mənə. Hər iki halda cavab eyni oldu. Heç bir deputatla bu barədə danışmaq dilə tutmaq niyyətim yoxdur, çıxıb qabaqlarında suallarına cavab verəcəyəm, xoşlarına gələr səs versinlər, seçməyəcəklər, daha yaxşı. Buna baxmayaraq, Əliyev dedi ki, mən təcrübəliyəm, özüm gəlib deputatlarla söhbət edəcəyəm. Nə isə, seçildim, sonra bir, ya iki dəqiqəlik çıxış etdim. Dedim ki, çox sağ olun, mənə etimad göstərmisiniz, mən prezident Əliyevlə bir komandadayam. Əgər onun apardığı siyasətlə tam razılaşa bilməsəm, istefa verəcəyəm. 1996-cı ilin may ayında artıq istefa vermək qərarına gəlmişdim. Çünki Əliyev siyasətinin tam əleyhinə idim. Yəni bu, belə də olmalı idi. Seçiləndə də demişdim. Sonrakı hadisələr göstərdi ki, gərək qalıb, ona qarşı əsl müxalifət hərəkatı təşkil edərdim. Sözsüz, o məni aradan götürmək üçün yüz üsullara əl atacaqdı. Ancaq mən də sadə adam deyildim, hər halda fikirləşmirəm ki, o məni asanlıqla yıxa bilərdi. Prezident qalmağın xatirinə bir çox məsələlərdə geri çəkiləcəkdi. Ona görə atdığım o addımı sivil ölkə üçün düzgün addım hesab edirəm. Çünki bir problem yox idi, sivil ölkə olsaydı, Azərbaycanda 1998-ci il prezident seçkilərində iştirak edərdim, Əliyev heç 10 faiz səs yığa bilməzdi. Heç altı ay keçməmiş məni Azərbaycanın görkəmli oğlu adlandıran Əliyev əleyhimə qondarma cinayət işi açdırdı.

Kənan

– Sizin qeyd etdiklərinizin hamısı ilə mən yaxından tanışam. Qarabağ isə heç vaxt yaddaşlardan silinə bilməz. Mən Rəsul bəyin bu mövzuda qısa, lakonik fikrini eşitmək istərdim. Torpağını itirmiş indiki Azərbaycan mənəviyyatını, turklüyünü də itirir, dövlət kimi əriyirik, dilinə, dininə belə sahib çıxa bilmir. Bu, faciədir! Sağlam düşüncəli beyinlər buna biganə qala bilməz, əgər Azərbaycan duyğusu zərrə qədər varsa onlarda. Biz yenicə əldə etdiyimiz müstəqilliyimizi düzgün qiymətləndirməliyik. Bizim bəlkə də heç haqqımız çatmır ki, indiki vəziyyətdə bayram keçirək. Biz isə bir-birimizi təbrik edirik. Hər bir Qarabağsız ilimizi uğurlu il hesab edirik.

Rəsul Quliyev

– Qarabağdan qat-qat böyük olan Dərbənd və İrəvan xanlığını yaddaşından silən azərbaycanlıların Qarabağı unutmayacaqlarını nəyə əsaslanıb belə cəsarətli və qətiyyətli elan edirsiniz? Yaddan çıxacaq, daha doğrusu, yaddan çıxmaq üzrədir. Burası gündə torpaqlar uğrunda müharibə gedən Fələstindir sizin üçün, bunu unutmayın. Bu dəqiqə sizdən soruşsam, DQ və işğal olunmuş rayonların kənd və qəsəbələrinin heç 5 faizinin adını sadalaya bilməzsiniz. Bu gün həmin torpaqlardan qaçqın düşmüşlər o yerlərin yaşayış məntəqələrinin heç 15 faizini saya bilməz. Bu torpaqlar yaxın vaxtlarda azad olmasa, unudacağıq. Ona görə azad etmək barədə düşünmək lazımdır, “Qarabağ” mahnısına qulaq asıb “unutmayacağıq” deyib ağlamağa yox.

Mübariz

– Rəsul müəllim! Yeni il təbriki üçün təşəkkür edirəm! Sizin də 2012-ci iliniz mübarək!
Məlumat vermək istəyirəm ki, bir çox azərbaycanlı kimi, mən də 1993-cü ildən Rusiyada yaşamağa məcbur olmuşam. Ancaq Azərbaycanda və onun ətrafında baş verənləri diqqətlə izləyirəm. Son vaxtlar məni Dövlət Müstəqilliyimizin itirilə biləcəyi təhlükəsi ciddi narahat etməyə başlamışdır. Ona görə, xahiş edirəm aşağıdakı suallarımı cavablandırın:
– Nə üçün məhz Siz H.Əliyevin prezidentliyi dövründə ermənilərlə atəşkəs barədə məlum sənədi imzaladınız?
– Azərbaycanımızın Siyasi sistemində Naxçıvan Respublikasının yerinə, o cümlədən, onun Muxtariyyat statusuna münasibətiniz necədir?
– Əgər xalqımız Sizə etimad göstərib Azərbaycanımıza Prezident seçərsə, onda itirilmiş torpaqlarımızı hansı müddətdə geri qaytara bilərik?
Öncədən təşəkkür edirəm!!!

Rəsul Quliyev

– Siz yəqin ki, Bişkək protokolunun imzalanmasını nəzərdə tutursunuz. Birincisi, qeyd etmək istəyirəm ki, parlament sədrlərinin Bişkekdə keçirilən iclasında mən iştirak etməmişəm. Sadəcə olaraq, cəbhə bölgələrində vəziyyətin ağır olması mənim ölkədən çıxmağıma imkan vermirdi. Cəbhə bölgələrində vəziyyət ağırlaşanda oralara məndən başqa gedən yox idi. Çünki ağır vəziyyətdə məsuliyyəti üzərinə götürüb qərar qəbul etmək lazım idi, ona da cəsarət edən adam yox idi. Müharibədə qərar qəbul etmək öz xalqını repressiya qərarı qəbul etmək kimi asan deyildir. Ona görə başqaları tərəfindən imzalanmış protokol cənab Kazimirov tərəfindən Bakıya gətirildi. Mən o sənədə prezidentin qəbul otağında Şuşanın icra başçısı ilə birlikdə qol çəkdim. Bu sənəd bizə lazım idi. Türk zabitləri intensiv Azərbaycan ordusunu hazırlayırdılar. Təqribən 2-3 aya 10 minə yaxın əla təlim görmüş qoşun yetişməkdə idi. Şəxsən mən avqusta qədər Azərbaycan ordusunu axırıncı qətiyyətli döyüşə hazırlayırdım. Əminliklə deyirəm ki, 1994-cü ilin avqustunda biz Ermənistan ordusunun “xrebetini” qırıb, ya onları bütövlüklə Qarabağdan qovacaqdıq, ya da biz istədiyimiz sülh müqaviləsinə imza atdıracaqdıq. Parlament tərəfindən qəbul olunmamış protokolun heç bir hüquqi qüvvəsi yox idi. Həm də mən protokola DQ Azərbaycan icmasının da qolunu qoymaqla o vaxtı Qarabağın adından danışan erməniləri də qeyri-legitim etmişdim, çünki onlar DQ adından təklikdə danışa bilməzdilər. Belə bir sənədə imza atmamaq əbləhlik olardı. Ermənilər də bu protokolun heç bir hüquqi qüvvəsinin olmadığını bildiyi üçün hökumətin belə bir sənədə imza atmasını tələb edirdilər.
Bişkek protokolundan fərqli olaraq, ilk hüquqi sənəd , uzağı 1 həftəyə hökumətlərin timsalında müdafiə nazirləri tərəfindən imzalandı. Buna görə mənim etirazıma Əliyev siyasi manevr etməyindən danışdı, ancaq mən ona “Əgər atəşkəs barədə sənədə imza atacaqsınızsa, atəşkəsin vaxtı avqustun axırına qədər ola bilər”,-dedim. Mənim xəbərim olmadan bir, ya iki aydan sonra Əliyevgil həmişəlik atəşkəs müqaviləsinə qol çəkəndə şoka düşdüm. Əliyevlə bizim aramızda çox xoşa gəlməyən söhbət baş verdi. Mən onun bu qərarının xalqa xəyanət olduğunu və heç vaxt torpaqlarımızı qaytara bilməyəcəyimizə yol açdığını söylədim. O isə növbəti dəfə asanlıqla ”Xaricilərlə danışıb, neft kontraktına imza atandan sonra Qarabağı bizə qaytaracaqlar. Onlar deyib ki, belə bir sülh müqaviləsi imzalasanız imiciniz tamamilə dəyişəcək və bizim üçün bu işi görmək asan olacaq”,-deyib mənim ona inanmağıma nail oldu. Bilirsiniz, 71 yaşlı adamın ölkədə özünün şəxsi hökmranlığını və korrupsiya rüşvət rejimi yaratmağın xətrinə, gələcəkdə oğlunu hakimiyyətə gətirməsi naminə bu səviyyədə özünü qeyri-səmimi aparmasına inanmamaq mənim üçün çətin idi. Sonra baş verənlərdən xəbəriniz var.
İkinci sualınızla əlaqədar nəzərinizə çatdırmaq istəyirəm ki, bu reseptin nədən ibarət olduğu vaxtından qabaq yazılmamalıdır.

Muhaddin

– Salam, Rəsul bəy. Çox şadam ki, sizə məktub yaza bilmək imkanım oldu.
1992-93 illərdə mənim yaşım az olsa da, sizin rəhbər vəzifədə olduğunuz mənə çox maraqlı idi.
Azərbaycan dövləti kiçik bir dövlət olsa da, problemləri həddindən artiq çoxdur.
1. Qarabağ problemi;
2 . İslama azadlıq;
3. Millətçilik problemləri- turk olmayan xalqlar: dilini ,mədəniyyətini tələb edənlər;
4. Demokratiya, insan azadliği;
Siz bu problemlərə necə baxırsız və necə həll edərdiniz?

Rəsul Quliyev

– Qarabağ Azərbaycanın torpaqlarıdır, bu torpaqlar əldən getsə Azərbaycanı parçalamaq prosesinin başlamasının qarşısını almaq mümkün olmayacaq. 1918-ci ildə Osmanlı imperiyasının məsləhəti və təzyiqi ilə Azərbaycanın 30 min kv. km-ə yaxın ərazisini onlara bağışladıq ki, Ermənistan yaratsınlar. Bolşevik inqilabından sonra 10 min kv.km sahəmizi də ermənilərə hədiyyə ediblər. 1991-1993-cü illər ərzində əlavə 19 min kv.km-lik ərazimiz də əlimizdən alındı. 1996-cı ildən aparılan danışıqların nəticəsində Azərbaycan faktiki olaraq DQ və Laçın rayonunu verməyə hazırdır. Sadəcə olaraq ermənilərdən xahiş edir ki, gəlin, müqaviləyə qol çəkək siz qoşunları o biri rayonlardan çıxarın, 5 ildən sonra referendum keçirib DQ-ni götürün. Ermənilər isə DQ və Laçını müqavilə imzalanan kimi onlara verməyi, o biri rayonları isə sonradan boşaltmağı tələb edirlər. Bütün danışıqların məğzi bundan ibarətdir. Danışıqları bu səviyyəyə gətirib çıxaran şəxsin Azərbaycanın prezidenti olmağa haqqı varmı? İstəyirəm biləm, bu Azərbaycan xalqına nə etsələr, etiraz səsini çıxardacaq? Qarabağ problemini həll etmək üçün birinci bu rejimdən xilas olmalıyıq-bu, əsas şərtdir. İkincisi, xalqın seçdiyi adam prezident olmalıdı. Arxasında Azərbaycan xalqı dayanmış adamla zəif ermənilər heç vaxt belə ikrahla danışmağa cəsarət etməzlər. Bizim hökumətin xalqa olan “siz kimsiniz, bir sürü qul” münasibətinə oxşar münasibəti erməni liderləri bizim hökumətin rəhbərlərinə göstərirlər.

İndi qayıdaq dinlə əlaqədar sualınıza.

İslam dini dünyanın ən gənc dinlərindən biridir. Buddizm, təqribən 1500 il, iudaizm 1000 və xristianlıq 200 islamdan öncə yaranmış dinlərdir. Xristianlıq əslində İudaizmin qadağan olunmuş bir qolu kimi inkişafına başlayıb və bir din kimi İsa peyğəmbərin ölümündən 400 il keçəndən sonra Roma imperatoru tərəfindən formalaşdırılıb. O vaxtdan təqribən 225 il sonra İslam dininin formalaşması başladı. İslam dini yeganə dindir ki, Məhəmməd peyğəmbər yaşadığı dövrdə başlayıb və vəfat edəndə artıq böyük bir ərazidə qəbul olunub. İndiyə qədər alimlər 625-ci ildə başlayıb və 12 il müddətində dünyanın ən qüdrətli dinlərindən birinə çevrilən İslamın belə vüsət almasının səbəblərini izah edə bilmirlər. İslam dininin banisi Məhəmməd peyğəmbər (bu da sirr olaraq qalır) Quranın bütün ayələrini əzbərdən deyibdir və ətrafındakılar yazıblar. Quran ona qədər yazılmış bütün dini kitablardan, o cümlədən Bibliyadan daha proqressivdir. Ona görə də qısa bir müddətdə İslam Hindistandan İspaniyaya qədər çox böyük bir ərazini əhatə edib. Məhəmməd peyğəmbərin Quranda yazılmış elmin inkişafına yol açan müddəları qısa bir zamanda bütün antik Yunan fəlsəfəsini ərəb dilinə çevirməyə və öyrənməyə gətirib çıxarıb. Müsəlmanlar bu kitablardan aldıqları elmi inkişaf etdirib ilk dəfə ali riyaziyyatı yaratdılar. Ərəb xilafətinin yaratdığı elm 11-ci əsrdə İspaniyanı ələ keçirən avropalıların qarşısında elə imkanlar yaratdı ki, 400 ildən sonra artıq Avropanı tanımaq mümkün deyildi.

Paradoks ondadır ki, Avropanın inkişafına güclü təkan verən İslam 11-ci əsrdən başlayaraq müxtəlif adamların xilafətdə hakimiyyəti ələ keçirmək üçün dini müxtəlif qollara parçalamaq cəhdləri dini zəiflətməyə başlayıb. Müxtəlif qolların əsasında xilafət dağılmağa başlayıb. Sünnilik, Şiəlik,Vəhhabiçilik və sair tamamilə bir-birinə zidd ideyaların mənfi rolunu qeyd etmək lazımdır. Hər bir qol Quranı özü bildiyi kimi izah etməklə onun mənəvi və əxlaqi dəyərlərinə zərbə vurub. Bununla yanaşı, İslamda heç vaxt xristianlıqda olduğu kimi, inkvizasiya məhkəməsi kimi günahsız insanların qanlarını tökən təşkilatlar olmayıb. 15-ci əsrdən başlayaraq xristianlıqda daha liberal istiqamətlər yarandığı halda İslamda fundamentalist meyllər güclənib. Fikirləşirəm ki, dini İslam dini olan dünyanın görkəmli teoloqları və din xadimləri simpozium təşkil edib Məhəmməd peyğəmbərin yaratdığı Müqəddəs Quranı qarşılarına qoyub müəyyən bir kompromisə gəlməli və öz aralarındakı düşmənçiliklərə xitam verməlidirlər. Mən bütün dinləri kifayət qədər dərindən öyrənmişəm. İstənilən səviyyədə, istənilən yerdə İslamın daha proqressiv din olduğunu sübut edə bilərəm. Ancaq bununla yanaşı, bir çoxlarının Quranı anlaması, özü bildiyi kimi izah etməsi İslama ziyandan başqa bir şey gətirmir. Məsələn, adi bir məsələyə baxaq: çoxarvadlılıq. O dövrdə qonşuları ilə müharibə aparan müsəlmanlar kütləvi şəkildə həlak olurdular, nəticədə insanların sayı azalırdı-bu bir, ikincidə bir kişiyə dörd qadın düşürdü. Qəti surətdə o qanunu bu günə aid etmək olmaz. Quranda da belə bir şey yoxdur. İndi fikir verin, 30 milyonluq Səudiyyə Ərəbistanında 15 milyon qadın 15 milyon kişi yaşayır. Səudiyyə Ərəbistanının 2 milyon varlısı 8 milyon qadınla evlənsə, 13 milyon kişiyə cəmi 7 milyon qadın qalar.
Məgər İslam dininin əsas prinsipi haqsızlığın qarşısını almaq deyilmi? Ona görə doqmatiklər bu gün dinə zərər vururlar. Dindar adamla din deyib çığır-bağır salanları fərqləndirməyi bacarmaq lazımdır. Dinin əsas prinsipi odur ki, haram çörək yemək olmaz. İndi deyin görüm, özünü din xadimi adlandıran və ya bizim hökumətdə işləyənlərin arasında neçə müsəlman var? Tək namaz qılmaq və ya Məkkəyə getməklə müsəlman olmaq mümkün olsaydı, onda əclafların hamısı mömin olardı. Ona görə dindar adamlara hörmət etmək lazımdır. Çünki o, haram çörək yeməz, başqasına paxıllıq etməz, közü öz qabağına çəkməz, yalan danışmaz, vətən yolunda şəhid olmağı özünə şərəf bilər və sair. Dini adət-ənənələrə gəldikdə, onlara hörmət etmək hər birimizin borcudur. Məsələn, məndən soruşurlar ki, hicaba münasibətiniz necədir? Hicabı heç kim qadağan edə bilməz, bu insanların konstitusion hüququnu pozmaq olar. Ancaq mən 18 yaşına qədər hicab geyməyin əleyhinəyəm, çünki uşaqlar arasında bir-birlərini ələ salmaq, kənarlaşmaq meylləri arta bilər. Uşaq uşaqdır. Hicabın Quranın qanunu olduğunu da sübut etmək mümkün deyil. Bir çox din alimlərinin fikrincə, bu, o vaxt düşmənin, kafirin qarşısında üzüaçıq olmamaqdan qaynaqlanıb. Yəni cavan qızların gözəlliyini düşməndən gizlətmək məqsədi güdüb. Bir sözlə, din və onun müsbət rolu barədə bütöv bir kitab da yaza bilərəm.

Millətçilik barədə.

Millətçilik həmişə hakimiyyəti ələ keçirib diktatura yaratmaq istəyənlərin əlində ən güclü silah olub. Millətçilikdən həmişə başqa əraziləri işğal etmək, adamlarda izafi aqressivlik yaratmaq üçün istifadə ediblər. Faktiki olaraq millətçilik 19-cu əsrin axırlarında öz aktuallığını itirib. 1923 və 1933-cü illərdə italyan və alman millətçilərinin hakimiyyəti ələ keçirmələri 50 milyon adamın öldürülməsi ilə qurtardı. Millətçilik ideyaları üzərində uzağa gedə bilmərik. Türkçülük məsələn, universal türk dili yaratmaq, ümumi türk tarixi yazmaq, türk dövlətlərinin iqtisadi inteqrasiyasını yaratmaq və bu işləri görmək lazımdır. Ancaq böyük Türk milləti ideyaları ilə insanların beynini xarab etmək olmaz.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

47 Cavab to ““…Onda əclafların hamısı mömin olardı””

  1. Если перефразировать слова Аскара Уайльда: Национализм – это последнее прибежище негодяев. Национализм – это пропаганда и/или осмысленные действия с целью установления превосходства одной этнической, религиозной, конфессиональной группы над другими. И если посмотреть на историю современных стран, национализм всегда или почти всегда становится орудием политики для тех политиков, кто не в состоянии предложить электорату что-то полноценное, служит аргументом тех, кто считает, что сложные вопросы можно решить и простыми путями.
    Конечно, можно всегда говорить: Ну что, если кто-то носит паранджу в школах, какая связь паранджи с национализмом или религиозным экстремизмом? – На самом деле, государство по своей сути всегда должно оставаться светским. По моему глубокому убеждению – это в первую очередь и сохраняет религиозные устои, охраняет и саму религию, как института, вокруг которого формируется нравственные и культурные ценности общества, а не государственные институты XXI века.
    Я считаю, главной причиной, по которой ислам потерял былое величие, служило размывание границы между религией и государством в форме создания халифатов, шариатских институтов государственной власти.
    Допуская религиозную, этническую пропаганду в школах в форме подчеркивания принадлежности через религиозные атрибуты, оно (государство) не замечая это, сползает к пропасти под названием религиозный экстремизм. Религиозный экстремизм не всегда означает, что одна религиозная группа на улицах убивает других, или наоборот. Нет, как только законы государства начинают уступать религиозным традициям, как только религия становится основой государства, а не основой культуры, нравственности – это начало религиозного фашизма, ведущего не только к разрушению самого государства и к «коррозию» самой религии, потери её авторитета.
    Поэтому ношение не только в школах, но в государственных учреждениях паранджи (хиджаба) должно быть под уголовно наказуемым запретом, ровно так же и ношение видимых атрибутов других религий, конфессий.

  2. coxarvadliliq mecburi bir sey olaraq buyurulmuyub haminin mutleq 4 arvadi olmalidir deye o situasiyaya dovre gore deyise biler ve ya basqa sebebler
    Islam hicab meselesinde ise sizle qeti razi deyilem ayeti oz istediyiniz kimi yozmaq cox pis haldir-hicabin Islamin qanunu vacibati olduqu ele Quranin ozunde qeyd olunub(Nur suresi 30-31)-yas heddi ise sehih hedislerde var-cemiyyetde ferqlenmek meselesi ise duzgun izah deyil
    +Islami bu gune qoyan ele o kafirlerdir veziyyeti bu yere catdiriblar-muselmanlar bezi olkelrde terorist kimi taninir hamisi Amerikanin Israilin guclu tebliqatinin neticesidir
    +++”New World Order” bu haqda fikirinizi bir defe biri sizden youtube-da cvblandirmaqini istemiwdi ama cvb vermemisiz mumkunse cvblandirardiz
    +++Candalise Raysin 2000 necenci ilde 22 olkede bawcilar deyisecek fikri+Sorosun Rockfellerin dunyadaki deyisiklikler+1980-lerde Kissinger idi sehv etmiremse Amerikanin gelecek plani haqda daniwiqi
    +++Deccal(Anti Christ)+Mehdi haqqinda fikirleriniz (Islami bildiyinizi qeyd edirsiz mehz ona gore sorusdum)
    coxlari ele bile biler ki bunlar bizim movzudan kenar meseledir men ele dusunmurem derine getsek dunyadaki hadiselrle menim verdiyim suallarin elaqesini her kes tapa biler
    cox savadli siyasi anlitik kimi sizden bunalra cvb vermeyinizi isterdim

    • Hörmətli demokrat sizin ümumiyyətlə islam dinindən xəbəriniz var.Siz bilirsiniz ki üst üstə 1 milyarddan çox müsəlman yaşayan (yəni dünyada yaşayan müsəlmanların 90 faizi) ölkələrdə çox arvadlılıq qanunla qadağandır.Pakistan-150 ,Banqaladeş-230,
      İndoneziya-150,Misir-80,Türkiyə- 80, İran-75 milyon İraq,Suriya,İordaniya və sair böyük ölkələr bu sıradadırlar.Siz sünnü,şiyə,ələvilər arasında dinin nəilə fərqləndiyini bilirsiniz.Bilirsiniz ki, bu dinlərin baniləri həmi quranın ayələrini özləri bildiyiyi kimi fərqli izah etdiyinə görə bu problemlər yaranıb.Siz belə qətiyyətlə flan fikir düz deyil deyirsinizki elə bil dünyanın bir nömrəli din alimisiniz.Biliyi olan adam həmişə mən belə düşünürəm deyər.
      Sonra verdiyiniz sualların dinə nə dəxli var.Özünüz sual verirsiniz özünüzdə cavabını yazırsınız məsələn müsəlmanların terorist adalndarılması ABŞ və İsrailin təbliğatının nəticəsidir.Vəssalam.Məndə siz deyirəm ki, heç kim heç bir ölkə müsəlmanları terrorist adlandırmır.Heç bir ölkə İslam dinin terrorizmə dəstək verən din olduğunu elan etməyib.Amerikada Azərbaycandan bir yarım dəfə çocx müsəlman yaşayır ,firavan və azad Amerikada məscidlərin sayı Azərbaycandan 3 dəfə çoxdur.Deyilən budur.Dünyada olan terroristlərin çoxu müsəlmandır.Məgər bu belə deyildir.Statistika var çığır bağırıla onun qarşısına çıxmaq mümkün deyildir.Səbəbini də izah edirlər.Terrorizmidə İslamın rolu yoxdur,terroristlərin yaranmasının səbəbi diktatura rejimləridir.Bəlkə bu düz deyildir.Məgər görmürsünüz ki,Azərbaycandakı rejim quzu kimi azərbaycanlıları addım ba addım terrora sürükləyir.Sizin yazı tonunuzdan hiss edirəm ki,gətirdiyim bu dəlilər sizi razı salmayacaq.

  3. Если бы мусульманский мир не был полон НАНИКОРАМИ, вспомнил бы тот факт, что НАТО первую свою военную операцию после 1949 года, провел в защиту мусульманского населения в Боснии и Герцеговине, а позднее и в защиту косовских албанцев. При этом нельзя забывать, что у США, как и у любой другой страны (имеется в виду нормальные государства, а не квази-государства, где верховенство имеет материальные интересы какого-нибудь псевдо президента. Не будем повторять, кого и что имеем в виду) есть свои интересы. И задачи дипломатии Азербайджана (ровно и любого относительно небольшого государства) в том, чтоб воспользоваться историческим, моментом, политической ситуацией, приложить усилия так, чтоб интересы мощного государства (или группы государств) работали «ЗА», а не «ПРОТИВ».
    Государства, у которых это получается – их считают состоявшимися государствами, другие часто теряют свою государственность, иногда даже формальные составляющие государственности.
    Что же касается вопросов многоженства и пр. вещей – очевидно одно, как бы не интерпретировали любое священное писание, в том числе Коран – многие религиозные устои не вписываются в реалии современного мира и должны оставаться предметом исторического, культурного, научного исследования, и соблюдения в быту, если этим не нарушается фундаментальный принцип современного права: РЕАЛИЗАЦИЯ ПРАВ И СВОБОД ОДНИХ, НЕ ДОЛЖНА ОГРАНИЧИТЬ ПРАВА И СВОБОДЫ ДРУГИХ.

  4. Islam movzusu cox vacib deyildi cunki eslinde siz din alimi deyilsiz coxlari kimi oz fikirivizi bildirmisiz,diger vacibat ise her bir muselman olkesinde var hem sie hem sunni sehih qebul etdiyi hedisler bu vacibati tesdiqleyir menim istinad noqtem onlar ve Allahin kelami idi ozumden fetva vermedim ne ise ..
    esas asaqidaki suallari cvblandirmaqinizi isterdim ama onu cvblamasiz mumkunse siyasi-elmi dunyevi,dini fikirlerivizi o movzuda da bizle boluserdiz
    esas new World Order siz de Erdogan kimi onun yaxsi bir layihe olduqu fikrindesiniz mi?

    • Bu ideya əslində dünyanın bir mərkəzdən idarə edilməsi ideyasıdır.Yəni ən yuxarı ağıl və idarəçilik potensialına malik olan elit bir qüvə insanların bütün planet üzrə yaşamaq qanun qaydalarını müəyyənləşdirir.Əslində bu ideya yeni deyildir.Bu ideyanın fundamenti 1920-ci ildən Millətlər Liqası və onun ardınca 1945-ci illərdə BMT yaratmaqla qoyulmuşdu. İndi qloballaşmanın inkişaf edib artıq iqtisadiyatın 90 faizini intiqrasiya etdiyi bir zamanda bu ideyanın inkişafı zəruriləşir. Ancaq ictimai münasibətlərin,vətəndaş cəmiyyətlərin yaradılması bütün dünya üzrə eyni qanunlarla işləməsinə nail olmaq yaxın gələcəyin işidir, ola bilər 100 il və çox çəksin.Söhbət özlərini orta əsr xanları hesab edən Azərbaycan,Qazaxstan orta asiya ölkələri,Belarusiya prezidentlərinin ipə sapa yatmamaqlarından getmir.Onların siyasi arenadan süpürülüb atılması tezliklə baş verəcək.Başda Çin olmaqla 3 milyarda yaxın insanlar yaşayan ölkələrin başçıları bu işə maneçilik törədirlər. Ancaq bu proses gedəcək onun qarşısını almaq mümkün deyildir.

  5. salam Resul bey vetenden uzaqda olsanizda en azindan vetenmiz olan azerbaycan torpagni unutmadignizcin en azindan sizlere tesekkur edrem .icinde yasadgi dovleti sadece var dovlet [[ata mirasidi sanki]]yigmakcin isdifade edib veteni unudanlerdan deylsiz ….oxudugum serhlerde sizlere yazilanlarin coxunu dehsetle garsilamag elde deyl…burda size yazanlarin coxsu gorduyum qederiyle baki ve baketrafi bolgelerin internet isdifadeclerdir…axi baki azerbaycan demek deyl baska rayolarmizda var…bakida ehali coxdur ve siz daha yaxsi bilirsizki ehali cox olan regonda yasayis standartlari bezi memur ve meur etrafi insanlarcin herzaman yaxsidir soz burda bakidan gedirse dahada eladir deyek..axi bu isanlar sizin fikrinizce hec istermiki rahat olan heyatlari muf olan rusvet pulla altust olsun axi bu insanlarcindi bu demakratya isdedikleri seyleri onlar serbast edebildikleriycin demokratya bu olsa gerek deye dusunurler…axi KASIB TEBEGENIN GENCLERI INTERNETDE NECE TAPSINLARKI RESUL BEYE SOZ DEMEK YAZMAG IMKANI VAR,AXI BOLGELERDE RAYONLARDA INTERNET NEDI MILLET NECE YASAMAGIN DERDINDEDI….DEMOKRATYA NEFT SERVETI OLMAYAN GURCUSDANDA NECE ISLEDYNDEN BELKEDE XEBERNIZ VAR RESUL BEY.. SIZLER NE VED EDRSIZ BIZLER CIN……AZDA OLSA INANRAMKI AMERIKADA DEMOKRATYA DENILEN SEYDEN GORMUSSUNZ….CUNKI SIZDE BURADA OLANDA INDIKILER KIMIYDINIZ DEYILLER… BIR NECE SUALM VAR CAVAB YAZARSIZSA FIKRLERM NETLESMIS OLUR .NECE BIR MUHIT GOZLEYIRSINIZ AZERBAYCANA DONMEK ICIN ?INDIKI HAL HAZIRDA OLAN MUXALIFETI XALG DESDEKLEYIBDE INANDIGINI FIKRLESIRSINIZMI?MENCE IDEAL LIDER MUXALIFET TEREFDE HAL HAZIRDA YOXDUR SIZCE?

  6. Resul bey qloballasmanin xeyirleri olduqu kimi cox boyuk ziyanlari da var,ve hec kim qaranti vere bilmez ki o bir noqte idarecilik zamani her seyi insanliqin xeyrine edecek-yani new World Order eslinde insanlari felakete surukleyecek cox alcadici bir plandir onu cox genis arasdirmisam vaxtile-eks fikrinizi menle bolusmek istesez cvb vermeye haziram(P.S bu inqilablarin sonu ora gedir ve bizi tam yaxindan ilgilendirir cunki bizim balaca siyaset dunya siyasetinin bir parcasidir
    +++bir sualim daha sizce neye gore Amerika Erebistan Israil atom bombasina sahibdi ama Irana mesele gelende buna imkan verilmir Amerika bunu pis niyyete istifade edib iranla ise onu hec kim subut ede bilmez cunki esline qalsa birinci Amerikanin elinden alinmalidir
    bu mesele +Amerika Iran munasibetlerini daha derinden movqeyivizi bolussez sizin gelecekde tuttacaqiviz yolla daha derinden tanis olardiq

    • Ərəbistanda atom bombası yoxdur.İsrail və Pakistan atom bombalarını ən azı Amerikanın göz yumması şəraitində yaradıb.O vaxt Sovet imperiyası mövcud idi,siyasət tamamilə başqa xarakter daşıyırdı.Həmdə Sovetə yaxın Hindistanda atom bombası hazırlanırdı. Hindistan Amerikanın Pakistanla yaxınlığınl qəbul etmək istəmirdi.İran 1979-cu ildən yaxın şərqdə hegemon rolunu oynamaq istəyir.Ona görədə İraqla demək olar ki,mənasız müharibə apardı.İndi də İran aralarında kiçik ərazi problemləri olan BƏƏ və sözsüz Səudiyə ilə istənilən vaxt müharibə etmək niyətindədir.İranın əlində atom bombası olsa o birinci növbədə öz qoşunlarını onun siyasətinə qoşulmağa məcbur edəcəkdir.Amerika və İngiltərə ərəblərin müttəfiqidir, bu məsələyə kənardan durub baxa bilməz.Çətin vəziyyətdə qeyridemokratik İranın atom bombasını tətbiq etməyəcəyinə inam yoxdur.Amerika bu qlobal müharibədə iştirak edib kütləvi qırğında məsuliyyət daşımalı olacaq.Ona görə belə qətiyyətlə İranın atom bombası yaratmasının əleyhinədir. İran bu işi görsə onun atom obyektlərini Amerika yer üzərindən siləcək.

  7. mesele de ondadir onda niye Amerika ise basqa don geyindirir guya İran sivil insanlara bunu tetbiq edecek -İran bunu hec vaxt etmez lap tutalim edir ozu biler neye gore tekce Amerika atoma sahib olmalidir–ikinci Amerikanin indiki veziyyetde ve sonra da bunu ede bileceyine inanmiram
    bir diger maraqli faktor ise inqilablarin mehz neft olan olkelerde gerceklesmesidir yer uzunde o qeder antidemokratik olke var++Behreyn hadiseleri Amerika onlari desteklemedi
    Azerbaycan iqtidarina nifret eden bir sexs kimi onlarin tez basimizdan cekilmesini istediyim hal da qorxum odur ki Amerikanin bu isleri xalqin tebii naraziliqini oz maraqlari ucun sitifade etmesi ola biler
    ++Turkiyedeki hadiseler Erdogan+Amerikanin bir olduquna ve Turkiyeni parcalamq istediklerine nisanedir ele mehz Nev Vorld Order-in xeritesinde olan olkelerde bu inqilablarin olamsi ve bu erazilerin israilin Muqeddes Torpaqlar layihesindeki erazilerle eyni olmasi bezi hadiselerin heqiqeten gorsendiyi kimi olmadiqi qenaetini gosterir
    ++Resul muellim bu aralar HAARP adli proje haqqinda oxudum cox teeccublendim bir defe İran prezidenti qeyd etmisdi ki bilerekden suni quraqliq yaradilir bizim erazilerde inanmamisdim ama bu adini cekdiyimiz projeni arasdirdiqca onun doqru deiyinin Somali-deki quraqliqla bezi olekelrdeki sel felaketlerinin bu projenin mentiqi sonluqu olduqunu gosterir
    yani sizin demokratik dediyiniz olkenin diger olkelerin halina yanmadiqni yalniz oz xalqini dusunduyunu gormek olar+Amerikanin qonsuluq munasibetleri onun hec de bolgede demokratiya deyil+servet arxasinda olduqunu gosterir–menim fikrimce bizim kimi olekerde demokratiya hegemonlarin maarqinda deyil eslinde bu fikir deyil coxlarin isbatlaya bildiyi bir seydir
    yani ki Amerikaya guvenib demokratiya getirecem deyen insana men ve menimkimiler ne vaxt inana biler ne vaxtki men sadaladiqlarimin gelecekde ele olmayacaqini isbat eden biri
    bu ise indiki zmanda yoxdur ve demokratiya lazimdir bize ona gore her bir siyasetcinin komeye ve desteye ehtiyyaci var –sadece olaraq desteyi alib xaricilerin maraqi ucun nese etmek mence cox pis haldir(ve ya onlara aldanib)
    bu yazdiqlarim yene qeyd edirem xeyal mehsulu deyil gerceklerdir ++maraqlananlar Amerikanin Blue Beam projesini de search etsinelr cox maraqli seylerle rastlasarlar

    • Birincisi atom bombası ABŞ,İngiltərə,Fransa,Rusiya,Çin,Hindistan və Pakistanda vardır tək Amerikada yox.İkincisi istəsələr Almaniya və Yaponiya 6 aya bu bombalar və onun daşıyıcısı raketləri düzəldə bilər. Dünyanın ölkələrinin əksəriyyəti, daha başqa ölkələrdə nüvə silahı istehsal etməmək müqaviləsi imzalayıblar.Doğrudur İran o müqaviləyə imza atmayıb.Nüvə silahlarının mövcudluğu 3-cü dünya müharibəsinin qarşısını alan faktorlardan biridir.Əgər nüvə silahları olmasa idi azı 3 dəfə 3-cü dünya müharibəsi başlaya bilərdi.1956 və 1968-ci illərdə Sovet qoşunları Macarıstan və Çexslovakiyanı işğal edəndə.Və 1962-ci ildə Sovetlər Kubaya silah sursat göndərəndə.Nüvə silahı istehsal etmək heç bir ölkənin daxili işi ola bilməz.Onun yaradılmasına hamı mane olmalıdır.
      İnqilablar neftlə zəngin ərəb ölkələrində yox diktatura rejimli ərəb ölkələrində baş verib.İnqilabın 100 milyon əhalini əhatə etdiyi Misir və Tunisdə nəinki neft yoxdur hətta yaxın gələcəkdə də gözlənilmir. Neftt olan Liviya və Bəhreyinin əhalisi bir yerdə götürəndə 8 milyona yaxındır. Bəhreyində inqilab vüsət ala bilmədi.Bəhreyinlər tələbi düzgün tələbdir.Ancaq amerika və qərb ölkələri Misir və Tunisdə baş verənlərə də qarışmadı.Çünki xalq özü bütün işləri görürdü.Liviyada Kadafinin kütləvi qırğınından sonra ona qarşı sanksiyalar başladı.Bəhreyində fikrimcə problem hələ açıqdır,çox ehtimal ki,bu yaxınlarda orada demokratik parlament seçkiləri baş tutacaq. Suriyada hadisələr mənim bir ay bundan öncə bloqda yazdığım ssenari üzrə inkişaf edir.
      Sizin yazdığınız o xəritələr improvizasiya edənlərin məhsuludur reallıqla heç bir əlaqəsi yoxdur.
      Bizim kimi və bütün başqa ölkələrdə demokratiya hegemonların (avtoritar rejimli hegemonlardan başqa ) marağındadır əmin ola bilərsiniz.

  8. novbeti sualim ise III dunya muharibesi haqqinda olacaq siyaset yaxsi anlayan biri ancaq menim bezi dusuncelerimin isiqlanmaqina komey ede biler
    mence yaxin dovrumuz ucun bu qacinilmazdir bs sizin movqeyiniz
    (tesekkur her suala sebirle cvb verdiyniz ucun)

    • 3-cü dünya müharibəsi yaxın 100 ildə gözlənilmir. Bu gün dünyada bir möhtəşəm ölkə var,ikinci o tipli ölkənin ona yaxınlaşması azı 30 il çəkər.Birinci ölkə ilə bu gün müharibə aparmaq şansı yoxdur. Avropa ittifaqının da Super derjava ABŞ-la ittifaqını nəzərə alsaq heç 30 ildən sonrada Çin superderjavaya çevrilə bilməyəcək. Bu gün atom bombası olan ancaq bir agressiv ölkə mövcuddur Rusiya.Ancaq o atom bombası olduğuna görə aqressiv danışa bilər müharibə başlaya bilməz. Müharibəyə başlasa onun nüvə potensialı öz ərazisində ya havada ya da raketlərin şaxtasında məhv ediləcək.Ona görə Rusiya ABŞ-ın Raket əleyhinə qurğularının Avropada yerləşdirilməsinin əleyhinədir. Çin hətta hərbi texnika nöqteyi nəzərindən Amerikanı keçsə belə müharibə etməz. Çünki 2 min ildir Konfu ideyaları ilə yaşayan Çin heç vaxt özü aqressiv müharibəni başlamayıb.Ona görə 3-cü dünya müharibəsi gözləməyin.Başqa məsələ texnika və elmin proqresi nəticəsində təsadüfən elə partlayış ola bilərki,planetin yarısını məhv edər.

      • Salam Rəsul müllim!
        Deyirsiniz ki,3-cü dünya müharibəsi gözlənilmir.
        Hazırda İranın Hörmüz boğazı ətrafında gərginliyi artırmaq cəhdləri davam edir.Hətta Amerikanın hər hansı müqaviməti qarşısında İsraili vurması ilə də hədəliyir.Çin isə öz hərbi təlimlərinə başlayıb.Yəni bu bir qıgılcım deyilmi?
        Ola bilsin ki,Amerikadakı seçki məsələləri bu məsələləri bir az ləngitsin.Amma Amerikanın İranı vurması mən elə düşünürəm ki,mütləqdir.Siz buna necə baxırsınız?Belə olan təqdirdə bunun Azərbaycana nə kimi ziyanı ola bilər,yəni şimali Azərbaycana?

      • Çox ehtimal ki,Avropa şurası yanvarın 30-da İran neftinə embarqo qoyacaq. Fikrimcə İran bu embarqodan dəhşətli qorxur və ayın 20-si yanvardan sonra MAGATE-ni nüvə obyektlərinə buraxacaq .Əgər bu addımı atmasa İrana embarqo qoymayıb axırıncı xəbərdarlıq etmək şansı 30 faizdən artıq deyildir.İranın Ormuz boğazını bağlamaq şansı sıfırdanda aşağıdır.Əgər o belə bir addım atsa İranın flotunun axırıncı balaca qayığına qədər batırılması heç bir gündə çəkməz.Kim 3-cü dünya müharibəsini başlayacaq Çin? Ukraynadan aldığı bir gəminin bazasında yaratdığı bir təyyarı daşıyan gəmisi ilə.Nə danışırsınız dəniz müharibəsində bütün ölkələr o cümlədən ikinci qüdrətli dəniz donanması olan İngiltərədə yığışsa Amerikanın dəniz donanmasına məğlub olar. Ola bilərki,Amerika fürsətdən istifadə edib İranın əlavə 500 nüvə istehsal edən obyektlərini də dağıtdı. Dünyada heç kimdə ona bir şey demiyəcək.Çünki İran MAGATE-ni öz obyektlərinə buraxmamaqla özünə problem yaradıb.Niyə İran bu işi görür. İranın daxilində vəziyyət qeyri stabildir.Dini liderlər arasında parçalanma var.Rəfsəncanın komandasını aradan götürmək Xomeneyi üçün asan məsələ deyildir.Prezident Əhmədi Nicat Xomeneyinin əlində oyuncağa çevrilmək istəmir.Bir tərəfdəndən demokratiya uğrunda mübarizə genişlənir. Xomeneyi Amerika ilə əlaqələri gərginləşdirmək hesabına xalqı ümumi düşmənə qarşı mübarizədə konsolidasiya etmək istəyir.Bu metoddan onlar bir neçə dəfə müvəffəqiyyətlə istifadə ediblər.Ancaq bu dəfə bu mexanizm yaxşı işləmir. Amerika İrana qarşı edə biləcək hucumu İraqdakı buraxdığı səhvlərdən nəticə çıxararaq çox diqqətlə hazırlayıb.Söhbət İran tərəfdən minimal itgi ilə (maksimum min nəfər) xaos yaratmaq ,hökümətin çaşqınlığına nail olmaqdır. Bu məsələləri qısa izah etmək mümkün deyildir.Ancaq 100 faiz İranı ritorik bəyənatlardan başqa heç kim ciddi dəstəkləməyəcək.

      • Çox sag olun!
        Təyyarələrin Azərbaycan ərazisindən qalxa bilməyəcəyi həm amerikalılara, həm də azərbaycanlılara məlumdur.Çünki İran xəbərdarlıq edib ki, əgər Azərbaycan ərazisindən bir dənə belə təyyarə İran istiqamətində havaya qalxarsa, Tehran buna adekvat cavab verəcək.Hətta belə də deyirlər ki,Qarabağ ərazisindən hərbi əməliyyatlara başlamaq üçün uçuş-eniş zolağı qismində istifadə etmək olar.Bəs,o zaman Rusiya ilə Ermənistan arasında baglanılmış 49 illik hərbi müqavilə nə məqsədlədir?Bizim başbilənlərimizin dediyinə görə guya bunun bizə istisi-soyugu yoxdur.

      • Aydın Amerikanın hər bir təyarə daşıyan gəmisində kifayət qədər təyyarə var.Bir Gəmisi kifayət edirki İranın flotunu batırsın.Ondan başqa hər gəmidə 100-lərlə tomoqavk raketləri var iki dərində olmayan nüvə silahı bazasını dağıtsın.Dərində yerləşən obyektləri isə ağır bomba daşıyan B-52 təyarəliri vasitəsi darmadağın edəcəkdir,onlar isə ancaq ya Amerikadan ya da İngiltərədən havaya qalxırlar Onlar uçan qalalardır,hələ indiyə qədər birinidə vurmaq mümkün olmayıb çünki özünü müdafiə edə biləcək çox saylı raketlər pilotun heç bir iştirakı olmadan ona qarşı ucan istənilən obyekti 20-30 km məsfədə məhv edir.Azərbaycandan ona qalxmaq lazım deyiul.Azərbaycandan Amerika Əfqanıstana yük daşımaq üçün istifadə edir.İraq İranla 10 il müharibə edib torpaqlarının da 2 min kvadrat km-ni işğal etmişdi.İranın ordusu hay küy salmaqlarına baxma İraqdanda zəifdir.Amerikanın İraqa hava hucumunda bir nəfərdə həlak olmadı.Ancaq yerdə vuruşan qoşunlarda tələfat oldu.Amerika İrana qoşunu ilə girmək niyətində deyildir.

      • Yəni bizim bildiyimizə görə Rusiya ilə İranın siyasəti 1-ci Pyotorun dövründən bu günə kimi üst-üstə düşür.Rusiya İranı həmişə müdafiə edib.

      • Heç vaxt,ancaq şah Nəsrəddinin təcrübəsizliyi dövründə bir qədər yaxınlaşma olubdur,qalan vaxtlar həmişə düşmən olublar.İkinci dünya müharibəsində də İranın bir nömrəli düşməni sovet idi.Lap bu dəqiqə Rusiya İranın dostu olsa belə nə edə bilər.

      • Minnətdaram cavabınıza görə.
        Düşmən də olsalar,İranla Türkiyənin arasında olan düşmənçiliyi məgər onlar yaratmayıbmı?
        Rəsul müəllim mənə elə gəlirki,dünyada baş verən indiki bütün çaxnaşmalar yalnız bir məqsəd üçündür!Yəni YEK DÖVLƏT olmagın sübut edilməsi.Bu da yəqinki,baş tutacaq.Bəs o zaman siyasi sirri bilinməyən gözəgörünməz qüvvələr görəsən nə düşünür?

      • Dünya müharibəsi haqqında xeyli bilgiləndik.Bəs daxilimizdə gedən “müharibəyə”necə baxırsınız?Cızıgından çıxanları əvvəl yaxşıca sındırırlar,sonra isə ölümcül halda soruşurlar ki,yaşamaq yoxsa ölmək?Təbii ki,yaşamag qəbul olunur və buna da eməl edilir,yəni həm maddi həm də vəzifə,deputat və sairə.
        Eyni zamanda etnik qruplar arasında da güclü bədxərcliklər olur.
        Məsələn cuhudların SİNEQOQU-nun sədri mənim köhnə qonşum olub indi maşallah olsun yaxşı villası və sair ilə təmin olub.Xarici ölkələrdən gələnlərə söyləyir ki,Azərbaycanda olan yaşayış heç Amerikada da yoxdur.Onlar isə başını bulayıb gedir və sonradan isə sual verirlər ki,belədirsə o zaman niyə sizinkilər oranı tərk edib başqa yerlərə gedirilər və nə qədər yuxarı orqanlarda işləyənlər var?Burada isə xoruzun quyrugu görsənir artıq.

  9. Azərbaycan düz 20 ildir müharibə şəraitindədir.Bir tərəfdən QARABAG müharibəsi,daxilində isə İQTİDAR MÜXALİFƏT müharibəsi.Görəsən bu müharibələrin sonu görünürmü?Əlbətki yox!Bütün dünyanın Beynəlxalq Təşkilatları başlarını sındırsalar da məsələnin həllinə heç bir əncam tapılmır.Amma HAQQ və NAHAQQ göz qarşısındadır.Bir milyon insan öz yurdlarından,ev-eşiklərindən didərgin düşüb,20 % torpaqlar isə işgal altındadır.
    Amerika politoloqu Pol Qobl özünün “Dağlıq Qarabağ böhranının öhdəsindən necə gəlməli” məqaləsində yazırki,AR və ER-in özləri problemi həll etmək iqtidarında deyillər. Tərəflər köhnə status-kvoya, 1988-ci ildə cari mübarizənin başlanmasınadək mövcud olmuş vəziyyətə qayıtmağa cəhd göstərsələr, ümumiyyətlə, heç bir həlldən danışmaq mümkün olmayacaq.
    P.Qobl qeyd edir ki, keçmiş status-kvonu SSRİ dəstəkləyirdi. İndi o, mövcud deyil. Hazırda dəyişilmiş vəziyyət DQ münaqişəsinə yeni yanaşma tələb edir.
    P.Qobl yazır ki, “prinsipcə, DQ problemi 3 üsulla “həll oluna” bilər: ya gərək oradakı ermənilərin hamısını qovasan və ya öldürəsən, ya gərək orada çoxlu xarici qüvvə yerləşdirəsən, ya da DQMV-ni ermənilərin nəzarətinə verəsən”. Lakin bu mümkündürmü? Yəqinki,yox.
    Rusiya isə ER və AR-nın prezidentləri ilə siçan-pişik oynayır! Hətta buz üstə də sürüşürlər!…..
    Məsələnin uzanmasında bəs udan kimdir,uduzan kim?
    ER istədiyinə nail olub! Azərbaycan Hakimiyyəti isə bu məsələnin həllində çox acizdir,nə müharibə edə bilir,nə də bu yolda siyasi bacarıgı var.Bəs niyə? Çünki,bundan da önəmli məsələ olan İQTİDAR və MÜXALİFƏT davasına başı qarışıb.Bax bu məsələdə Azərbaycan Hakimiyyəti çox güclüdür,həm siysətində,həm də “QAPAZ” vurmagında.Müxalifət isə 20 ildir öz passivliyində qalmaqdadır,hərçəndi bu siyasətdə isə XARİCİ QÜVVƏLƏR onların mövqeyini saxlasalarda. Hətta ərəb ölkələrində gedən BAHAR inqilabları da böyük şans yaratsa da 2-3 mindən artıq adam toplaya bilmədilər.20 ildir mübarizə aparan müxalifətin bu siyasətinə nə qoşulan var,nə də dəstəkləyən.Bəs görəsən niyə?Niyə bütün varidatı talan olmuş,hüquqları əlindən alınmış xalq onlara inanmır,etibar etmir? Əslində isə bunları araşdırmaq vacibdir.Amma Müxalifət öz siyasətini davam edir,yorulmur,necə ki,Hakimiyyət siyasətini yorulmadan QARABAG ugrunda aparır.
    Millət isə öz “QULDALIQ” dövrünü yaşayır. Demək olar ki,20 ildir belə bir siyasətin gedişində məlum olur ki, sən demə, quldarlığın dairəsi nəinki daralıb, əksinə, daha da genişlənmək üzrədir. Yəqinki, biz böhran həddinə çatmayınca və onu həll etməyincə bu genişlənmə davam edəcək. Düşünürəm ki, yarısı kölə, yarısı hürr olan bir məmləkət uzun müddət yaşamağa qadir deyil. O, ya bütöv bir cür olmalıdır, ya da bütöv özgə cürə! Ya quldarlığın qənimləri onun qabağına sədd çəkəcək,yada beləcə məhv olacaq!
    Amma Allahın da bir rəhmi var!Yenə də Allah-Tala bir şans verib bu millətə!Mən bilirəm ki,bu şans RƏSUL QULİYEVDİR! Bu şansı əlindən qaçıran millət,deməli bütün müsübətlərə dözməlidir və günah onun özündədir!
    “Humanist”polisimizin millətin başına gətirdiyi müsübətlərə düşünərək
    baxın və səsinizi çıxarmayın!……..

    • Bu”humanist” polislərimizin hərəkətlərini görəndə hörmətli Rəsul müəllimin bir sözü yadıma düşdü “Heydər Əliyev təkbaşına xalqın başına bu oyunu aça bilməzdi, əgər ətrafındakı yaramazlar olmasaydı” Çox dəhşətli mənzərədir..

  10. Demokrat bey, deyesen senini ishin gucun yoxdur, menasiz suallarinan cammati bezdirme!!!
    Deyesen özunden de cox mushtebehsen… Senin yazdiqlarini oxuyanda adamin ureyi bulanir…

    • Əsgər bəy!Amma Rəsul Quliyevin məntqli analizi maraqlıdır.Qoy Demokrat sual versin.Xoşuna gəlməsə sualı oxuma cavabı oxu.

  11. Azərbaycanda qadinlar bir cox kişilerden qeyrətlidi.Heç olmasa işsizlərin yarısi bu işde maraqlı olsalar.məsələ həll olar.Əks halda gələcəkdə kişilər hicabdan istifadə etməli olacaq

  12. Her vaxtiniuz xeyr olsun Resul mellim ve bloq istirakcilari. Men Farman beyle Skype vasitesile söhbet edikden sonra, mende özüne qarsi cavadli ve mehriban insan kimi regbet qazanib. Men Farman beyden yazili süretde de xahis etdim ki, lütfen bezi fikirleri tekrar bloqda yayimlamayin ve bu cür xahisler dostlarimiz terefindende edilib. Bütün bunlara baxmayaraq Farman bey indi hemin yazini artik tek Azerbaycan dilinde deyil Rus variyanti ile birlikde yaimlamaga baslayib. Men burdan yene Farman beyden xahis edirem , lütfen etmiyin bunu. Hara baxirsan böyük kicik herflerle yazilmis tekrarlar. Axi bunu her gün bir nece defe yayimlamaqla ne etmek isteyirsiniz ? Belke hemin statusda hese qeyri adi bir fikr var bizler anlaya bilmirik deye tekrar edirsiniz. Onda lütfen daha etrafli izah edin belke anlaya bildik.
    Eger men bloqda yeniden hemin statuslara rast gelsem, bloqun idare heyetinden buna qarsi tedbir görmesini xahis edecem. Bizim , sexsen menim bloqa daxil olmaqda meqsedim verilen suallar ve cavablarla tanis olmaqdir. Artiq bu cür hereketler meni menfi enerji ile yüklemeye baslayir ve bunu istemirem.

    • Hatəm bey,Fərman bəyin yazdıqlarının açmasını yalnız skype də özü ilə danışıb öyrənmək olar.O tekrarlıgı ona görə edir ki,deyir bunlar menim idealarımdır öyrənin və nəticəsini açın.
      Bundan sonra daha yazmayacaq,vidiolar göndərəcək.

  13. Aydin bey men Farman beyle skypeda bir saatdan cox danismisiq. Onun ideyalarini basa düsdüm ve dedim ki, cox deyerli fikirleridr. Ancaq Farman bey evini satib seherin merkezinde böyük ev almaq istediyini (esas meqsed sponsor axtarisidir) ve oradan ofis kimi bu ideya etrafinda istifade etmek isteyini mende destekleyirem . Ancaq bu cür isler dövlet , esasen diaspora terefinden maliyelesdilirmelidir. O ki qaldi video meselesine. Bloq xeber portali deyil ki videolar yayimlansin. Bura fikir mübadileleri ve polemikalar ücün nezerde tutulub. Bu cür videolarin yayinlanmasi bloqun fealiyyet istiqamerine mane olur.

  14. @Esger bura mubahise yeri deyil suali size unvanlamiram,senin kimi duwuncesizlerdi her weyi ancaq daxilde gorur ferqine varmir ki butun kicik siyasetler boyuk siyasetin bir parcasidir
    ureyin de bulanirsa get kus.
    diger mesele mence III dunya muharibesi qesden yaradilir ve olacaq da qeyri-ixtiyari olsa bele
    Iran meselesi ile ise raziyam Iranda nelerse olacaq hokumetin cox eleyhine -yerli xalqlarin qizisdirilib ayaqa qalxmasi kimi de ola biler
    ama bu muharibenin sonunda yene Amerika qalib gelmeyecek
    ++Turkiye qarisacaq
    Resul bey imkaniniz varsa Turkiye ve Erdogan movzsunu da aciqlardiz +Turkiyedeki general hebsleri cox maraqlidir movqeyiniz

  15. Fərman bəy!Göndərdiyin vidiolardan birinə baxdım.Jirinovski başdan xarab,vicdanını pula satan bir avantürüstdür!O tərxibatçıdır,və millətlər arası bu tərxibatına görə Rusiya höküməti onun üzərinə cinayət işi qaldırmalıdır!
    O bir zamanlar türkiyədə işləyib,çox yəqinki,o zaman türklər ona nəsə ediblər,yoxsa o belə yanıqlı şantajlar etməzdi.

  16. Hormetli Resul mellim duzu atdiginiz addimi teqdir atdiginiz addimi(istefa)daha demokratik bir addim hesab edirem amma gerek burda qalib oz fikirlerinizi ve yurutmek istdediyiniz siyasetin neden ibaret oldugunu xalqa gostererdiz!Milli meclisin sedri kimi selahiyyetinize aid meseleler sizi dahada genish ishler gormek imkani vere bilerdi sizde bu imkandan istifade edib xalqla bagli genish ishlerde gore bilerdiz amma siz olkeden cixib getdiz!Sizce men ne qeder haqliyam?

  17. Resul bey sualima cvb vermediz hansi olke Amerika ile yaxinliq edir fikir verirem o olkelerdeki werefsizlikle baqli danismaqdan cekinirsiz–mumkunse cvb verib oz fikirleriniz boluserdiz

    • Gəlin belə danışaq,siz konkret hansı ölkəni nəzərdə tutursunuz və necə Amerikadan çəkindiyimi hiss etməniz barədə açıq və konkret yazın,100 faiz cavab alacaqsınız.

      • Resul bey imkaniniz varsa Turkiye ve Erdogan movzsunu da aciqlardiz +Turkiyedeki general hebsleri cox maraqlidir movqeyiniz
        Turkiye ve Amerika munasibetleri
        ne vaxti imkaniniz olsa cvblandirin
        (ama mumkunse cvbsiz qoymayin bezi fikirlerimin ne derecede doqru olduqu qenaetine varmaq isteyirem)

  18. Rufet bey Resul Quliyev getmeseydi indi o da burda turmede yatan sherefli hemvetenlerimiz kimi olardi . Bilmeliyik ki, bunlarda bir fikir var bu milleti ezmek ya onlarin yanindasan yadaki yox bashqa yolu ola bilmez. O ki qaldi Resul beye menim shexsi fikirim cox duz edib, nece deyerler her bir ishin oz zamani var budaki artiq yaxinlashib ugurlar Resul beye………….

  19. AYDIN Shirinov o seviyesizi Turkiyede yaxshca ezishdiribler onu bilirem ele ezishdiriblerki sefir olan vaxti hele yadindan cixarmayib )))

  20. Salam Rəsul məllim,hər vaxtınız xeyr olsun.Siz fəal siyasətə qayıtdığınıza görə,həm də prezidentliyə iddialı olduğunuza görə sizə iki sualım var.
    1.Bizim bildiyimizə görə Heydər Əliyev 2003 iyulun 31-də dünyasınıı dəyişdi.1-2 gün sonra Şvernadze hətda xalqımıza başsağlığı da verdi.Amma ortada olan məntiqdən gördük ki ,bu hadisəni Azərbaycan,Türkiyə,Rusiya,Amerika gizlətdi və İlham Əliyevi qeyri qanunu yolla hakimiyyətə gətirdilər.4 aydan sonra isə meyidi ortalığa çıxardılar.Xahiş edirəm mümkünsə bu məsələyə səmimi olaraq aydınlıq gətirəydiniz.Bu məsələnin açıqlanması bu hakimiyyətin qeyri qanunu olmağının əsil sübutudur.
    2.Bu təklifim isə açıq seçki məsələsidir.Artıq insanlar nəinki Azərbaycanda dünyanın heç bir ölkəsində gizli seçkinin düzgün olmasına inanmırlar.Mən elə başa düşürəm ki, açıq seçki keçirməyin vaxtı coxdan çatmışdır. Xahiş edirəm fikirinizi bildirəsiz.Bəri başdan təşəkkür edirəm.

  21. Rəsul məllim bir daha salamlayıram sizi. Şahindi sizi narahat edən.
    Birinci sualı, məsələni, daha çox qabartmaq və faş etmək lazımdır ki, xalqımız bu məsələdən halı olsun. Yəni Heydər Əliyevin meyidinin güzlədilməsi və İlham Əliyevin qeyri qanuni hakimiyyətə gəlməsindən söhbət gedir. Bəzi insanlarımız bu barədə bilmirlər, bilənlərinsə bir çoxu tam əmin deyil. Siz nüfuzlu adam olduğunuz üçün , bu məsələni qabartsaz insanların çoxu xəbərdar olar və inanar. Və bilmirəm “WIKI LIKS” , Amerika, Türkiyə, İlham Əliyevin getməyini istəyirlərsə , niyə bu məsələni qabartmırlar ? ?
    Açıq seçki isə , onu demək istəyirəm ki , yəni gizli səs vermə yox açıq səs vermə olsun. Məsələn: Mən Rəsul Quluyevə səs vermək istəyirəmsə pasportumun məlumatları ilə qeydiyyatdan keçib səs verirəm. Yəni bunu evdə oturub intenet vasitəsi ilə də etmək olar. Xəstələri, qocaları məntəqəyə gətirməyə ehtiyac olmaz , xaricdəki insanlarımız da asanlıqla səs verə bilərlər və xüsusən də saxtakarlığın qarşısı alınar . Səslər hesablananda da , uzun uzadı bülütenləri saymağa ehtiyac olmaz və 1000 cürə fırıldağın qarşısı alınar. Rəsul Quluyevə, İlham Əliyevə və başqa namizədlərə kim səs veribsə bir düyməni basmaqla seçicilərin siyahısını ekranda görmək olar, və heç kimin səsini oğurlaya bilməzlər. Seşkiyə xərclənən pul isə 22 milyon yox 1 miyon da bəs edər. Yəqin bilməmiş deyilsiniz , axırıncı Milli Məclisə seçkidə , qeyri rəsmi də olsa bu üsuldan istifadə etdilər. Mənim fikrimcə əsil demokratik seçki budur əks təqdirdə heç Amerikada da, gizli seçkinin düzgünlüyünə inanmıram. Artıq insanlarda güzli səs verməklə , seçkiyə inam qalmayıb.

  22. Resul bey, sizin şekillerinize baxdım, amma Heyder Eliyevle olan şekillerininzi görmedim. Siz ki, onu çox sevirdiniz. O sizin müelliminiz olub axı…. Siz bu xalqdan ne isteyirsiniz?! Bu millet onsuz da bu rejimin elinden zara gelib, inildeyir, sizi de gördük de , nefti ailelekle satıb talıyırdınız , yalanmı bunlar?!. Bu milleti ne vaxta qeder aldadacaksınız?! Ele bilirsiniz ki, xalq sizi tanımır?! Üz lazımdır ki, yeniden hakimiyyete gelesen. Onda İlham Eliyevi niye yıxırıq ele qalıb yerinde de?!… Sen ki, onlardan ne ile ferqlenirsen? daha çox pul yığmaga hevesin ve bacarıgın var!

    • Heydər Əliyevlə çox şəkillərim vardır ancaq bilmirəm haradadır.Ancaq yazınızdan hiss olur ki,o sizin müəlliminiz olub.Millətdən nə istəyirəm. İstəyirəm ki, Zazalar çevrilib Ziyalılar olsunlar vəssəlam.

    • Zaza,elə adından bəllidir ki,sən bu xalqın xeyirinə heç nə danışa bilməzsən.Yıxmaq da sənlik deyil,yalnız ara qarışdıra bilərsən.

  23. Eldar Həsənov da “Yeni Müsavat”a müsahibəsində Vaqif Novruzovun sifarişli ittihamlarına belə cavab verib: “Vaqif Novruzov kimin sözçüsüdür – o da mənə məlumdur. Amma çox uğursuz seçimdir. Ömrünün bu çağında…sifarişli mirzəlik eləmək…nə deyim, hər kəs dediyi söz qədərdir”.
    Vaqif Novruzovun indiki hakimiyyətin komandasında qalıb işləməməsi çox təccüblüdür.Görünür V.Novruzov o zaman işləyən yaxşı adamların qəzəbinə gələrək işindən uzaqlaşdırılıb və ona görə də belə ittihammlarla qisas almaga çalışır.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: