Yanvarın 17-si Rəsul Quliyevin Almaniyanın Berlin Şəhərində Avropa Görüşləri Başlanıldı

Azərbaycan Milli Məclisinin sabiq sədri Rəsul Quliyev 17 yanvar, 2012-ci ildə Berlində Avropa görüşlərinə başlayıb. İlk görüş Bundestaqın Yaşıllar partiyası fraksiyasının Avropa İttifaqının xarici əlaqələr üzrə məruzəçisi Viola fon Kramonla (Viola von Cramon) olub. Azərbaycan haqda kifayət qədər məlumatlı Bundestaqın deputatına izahat vermək çoxda tələb olunmurdu. Quliyev  demokratiya və insan haqları uğrunda tanınmış mübariz xanım Kramona detalları ilə görüləcək işlər barədə məlumat verib. O Azərbaycanda baş verəcək proseslərdə həmişə demokratiya uğrunda mübarizə aparanların yanında olacağına  söz verdiyini bir neçə dəfə qeyd etdi.

İkinci görüş Almaniya Xarici Işlər Nazirliyinin Cənubi Qafqaz və Orta Asiya şöbəsinin rəhbəri Kristin Veil (Christine Weil) və  Baş Müşaviri Doktor Juriy Daniel Astonla olubdur. Bu görüşdə də Almaniya və Azərbaycan arasında uzun müddətli və sabit dostluq əlaqələrinin inkişafının  Azərbaycanda yalnız demokratik prinsiplərin qalib gəlməsi nəticəsində baş verə biləgəyinə hər iki tərəf razılaşıb.

Hər iki görüşdə Azərbaycan xalqının passivliyi şəraitində ona kənardan effektiv köməyin mümkünsüzlüyü barədə  məsələ müzakirə edilib. Ancaq demokratik Azərbaycanın Qərbin təbii müttəfiqi ola bilməsi fikrinə də alternativ olmaması da qeyd olundu.

Cənab Quliyev bildirib  ki, Qərb ölkələri, Avropa Parlamenti və  Avropa Şurası dəyirmi masa təşkil edib, Azərbaycanda hakimiyyəti təmsil edənlərlə ölkədə yaranmış vəziyyəti müzakirə etməlidirlər. Bu müzakirələrə Müqavimət Hərəkatının, İctimai Palatanın və başqa müxalifət partiyalarının  liderləri də dəvət olunmalıdır.

Görüşlərdən sonra Rəsul Quliyevi Almaniyada yaşayan azərbaycanlılar facebookdan olan  bir materialla tanış ediblər. Materialda özlərini İctimai Palataya daxil olan Müsavat və AXC-si partiyasının üzvü adlandıran bir neçə şəxs Avropada yaşayan azərbaycanlıları R.Quliyevin keçirəcəyi konfransa getməmək, onu boykot etmək barədə qərar qəbul etdiklərini elan ediblər.  R.Quliyev bu məsələyə özünə məxsus yumorla cavab verib. ,,Fikir verməyin. Yəqin hökümətin tör-töküntüləridir. Belə əcaib bəyanatlara Azərbaycanda fikir verən yoxdur:  İndi deyirsiniz,  Almaniyada olan azərbaycanlılar bu bəyanatdan sonra mənim bu ölkədə olduğum vaxt  Almaniyanı tərk edəcəklər? İnanmıram ki, belə bir sərəncamı onlara Bakıdan veriblər. Əgər Bakıdan əmr veriblərsə, onda  nizam-intizamsız  kütlə ilə Avropada hansı işi görmək istəyirlər?  Çox maraqlıdır. ,,

Rəsul Quliyev  bu bəyanatı verənlərə müvəffəqiyyət arzuladığını onlara çatdırmağı xahiş etdi. Təşəkkür etdi ki, yaxşı oldu belə bir qərar qəbul etdilər. Birincisi ora gəlmək arzusunda olanların sayı çox olduğundan zala hamı yerləşmirdi. Ən önəmlisi isə Quliyev nizam intizamlı, xalqın yolunda fədakar addımlar atmaq istəyənlərlə görüşmək istədiyini bildirmişdi.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

24 Cavab to “Yanvarın 17-si Rəsul Quliyevin Almaniyanın Berlin Şəhərində Avropa Görüşləri Başlanıldı”

  1. Ugurlu görüşlərdi,belə görüşlər çox vacibdir,və belə təqdirə layiq görüşləri genişləndirmək yalnız bəhrə verər.Ugurlar diləyirik!

  2. Men xaricde yashayan butun hemvetenlerimizden xahish edirem ki, Resul Quliyevin Azerbaijan Xalqinin en boyuk daxili dushmeni olan, antidemokratik, pulgir ve satgin Aliyevlerin sulale hakimiyyetine qarshi mubarizesini desteklesinler!!! Azerbaijani ve Milletimizi seven xaricde ve Azerbaijanin hududlari daxiline yashayan butun Azerbaijanlilari indiki hakimiyyete qarshi mubarize aparan butun Muxalifet Quvvelerine destek vermeye chagiriram!! Resul Quliyev kimi guclu bir muxalifet rehberini kenarlashdirmaq, muxalifeti zeifledir, ancaq ve ancaq satqin Ilham Aliyevin hakimiyyetde qalmasina komek edir!!! Ilham Aliyev Azerbaijan Xalqinin en boyuk daxili dushmenidir ve Azerbaijanda, dunyanin en ashagi seviyyeli gurulushu olan Shimali Koreya Rejimini yaradib!!! Ilham Aliyevin antidemokratik sulale hakimiyyetinin axri yoxdur!!! Bunu bilin ve mubarize aparan butun muxalifete destek verin! Biz birleshmeliyik!!! Yashasin Birliyimiz!!! Vaqif Allahverdi, USA.

  3. RƏSUL BƏY ALLAH İŞLƏRİNİZƏ KÖMƏK OLSUN

  4. HÖRMETLI DOSLAR COX UGURLU BASHLANGICDIR BUNUN DAVAMI AZERBAYCANIN MÜSTEQILLIYI,XALQIMIZIN AZADLIGI DEMEKDIR. ….OX YAYDAN CIXDI ARTIK….

    TANRI SIZLERI GORUSUN..

  5. Rəsul Quliyevin Avropada keçirmiş olduğu üzləşmələr kimə və nəyə lazımdır? Azərbaycan iqtidarına xəyanət edənlərə heç Avropada da yer yoxdur. Axı bu görüşlərin formatı nəyi dəyişə bilər? xaricdə oturub Azərbaycan iqtidarını təhdid etməkdənsə üzr istəyib günahınızı boynunuza alın. Yoxsa qiyamət günü gec olacaq. Diqqətli olun. Bir azərbaycanlının Azərbaycan dövlət başçısına ünvanladığı qeyri etik ifadələr yolverilməzdir. UTANIN!

    • Rafael Fətəliyev, Nədən utansın? kimdən utansın? Utansın ki, bu yaşda sakit həyatı buraxib problemlərlə dolu olan,uçuruma yuvarlatdığınız Azərbaycanı quldur tayfasının əlindən qurtarmağa çalışır? Sən şəxsən özün utandınmı yazdıqlarını düşünərkən??? Sənin saxta seçilmiş prezidentin Əliyev utanıb, yerə girməlidir ki, Azərbaycanın baş bilen dahi, qiymətli oğullarını pərən-pərən salıb Azərbaycandan.Kişi kimi mübarizə aparmaq qabiliyyətinə malik deyil sənin tərəfini saxladığın prezident. Ar olsun o prezidentə ki, zavvalı xalgın pulunu,malını talayır.O boyda boyundan utansın ki, vətənimizin 20 faizi işğaldadir ve heç ne eləmək iqtidarında da deyil. Amma xalqin yaxasından əl çekmir.Buğundan utansin ki, bütün xalg tüpürür ona, o ise redd olub getmək istəmir.Onun yerinə kim olsaydı saxlamazdi o buğlari.
      RƏSUL QULIYEV GƏLİB KİMDƏN ÜZR İSTƏSİN? ÇAQQALDAN? OĞRUDAN,QUMARBAZDAN ? BƏLKƏ AZƏRBAYCANIN GƏNCLƏRİNİN 60-70 FAİZINİ NARKOMAN ,ELƏ BİR O GƏDƏR DƏ QADINIMIZI DUBAYA, TÜRKIYƏYƏ CAN SATMAĞA GETMƏYƏ MƏCBUR QOYMUŞ ŞƏRƏFSİZLƏRDƏN???????
      Utansın , ilham Əliyev, onun xanımı Mehriban .Bu boyda xalqi barmaqlarina səriyiblər. Ar olsun o prezidentə ve onun apardigi siyasətə.Men lənətləyirəm. Kim mənimlə razıdırsa şərhimin altından sadəcə olaraq 777 yazsin xahiş edirəm .

    • men bir seyi sizlerin diketine catirim azerbaycanda aliyevler rejimini yixa bilecey iki sexs var idi biri rehmetlik ebulfez elcibey ve resul quliyevdir

    • rafael hazırda görürsən ki R Quluyev avropadadır.qaldı ki görüşlərin nəticəsinə iktidarın görüşləri nə nəticə veribsə bu görüşlərin onlarınkından dahada xeyirlidir heç olmasa fransada və başqa ölkələrdə muzeylərin təmiri üçün xalqımızın milyonlarını dağıtmır birdə görüşlər üçün kimlərəsə rüşvət vermirç qaldıki bu mənasız və lazımsız görüşlər üçün niyə şərh yazırsan vaxtını belə işlərə xərcləmə.sən iktidarla arxa arxay qarabağı azad etmək üçün çalış axı qarşıdan gələn yeni ili orda qeyd etməliyik söz vermisiniz hörmətli cənab

    • Rafael Fətəliyev,məlumdur ki,siz iqtidarda ya məmursunuz və yaxud da hər hansı bir sahədən bərhələnənlərdənsiniz və yaxud da 3-cü.Odur ki,xalqın taleyi əlbəttə ki,sizin kimiləri düşündürməz.Amma gəlin real,əsil Azərbaycan vətəndaşı kimi(əsil Azərbaycanlı xalqının taleyinə biganə baxa bilməz,baxsa deməli o nankor adamdır və özünü Azərbaycan vətəndaşı hesab edirsə yanılır) və kişiyana danışaq və xahiş edirəm sualıma düzgün cavab verəsiniz.
      Sizin özünüzə yaxın olan qohumlarınızın hamısı sizin kimi iqtidardan bəhrələnə bilirmi?
      1.Xalqın bu acı taleyini,başına gətirilən bu müsübətləri siz həqiqətən görə bilmirsiniz, yoxsa yalnız öz məqsədinizi güdürsünüz?
      2.Xalqının bu agır vəziyyətini görə bilməyən və yaxud öz məqsədi üçün görüb göz yuman adama siz nə ad verərdiniz?
      Məlumatın olsu deyə onu da deyim ki,Azərbaycan xalqının başına gələn bütün faciələrdən Avropanın və Amerikanın çox gəzəl məlumatı var və Azərbaycan xalqının hüquqlarının bərpa edilməsi üçün,Azərbaycanda Demokratiyanın bərqərar olması haqda da onlar öz işlərini aparır və yaxın vaxtlarda siz də onun şahidi olacaqsınız!O ki qaldı Rəsul Quliyevin Avropadakı görüşlərinin formatı məhz Azərbaycan xalqının manafelərini qorumag üçündür.Sonra isə bəlkə siz deyəsiniz Rəsul Quliyevin günahı nədir?Və hansı əsasla siz belə bir məkr və iddia ilə onun haqqında böhtan xarakterli çıxışlar edirsiniz?Onu da deyim ki,qiyamət gününə lap az qalıb,xalqına düşmən olan hər bir kəs öz layiqli cəzasına çatacaq!

  6. Bacha dysha bilmadim . XALGIN korpa balalarini dyghman gyllasindan va harbida xastalikdan oldyranlar ,cavan-cavan ganclarin yzyna chahid gojub tyrmalarda cyrydanlar ,varama ,SPIDA joluxduranlar,camaati evindan gaflatan cycaja atdiranlar,GARABAG gazisinin tagaydyna goz dikanlar ,hokumat adindan jalan danichib xalgin malini talijanlar,galirlari olka daxilina sigmajib sarmajalarini xarici olkalara dachitdiranlar,millati gizichdirib yz-yza gojanlar cox sadalamag olar nija utanmir bas.Bachgasina irad tutursan.DEJASAN SAN DA AGA NOKARISAN ,SANI BACHA DYCHMAK CATIN DEJIL.

  7. Hörmətli Rafael bey bes Azerbaycan xalqına xəyanət edən senin bu ikdidarına harda yer var….???Yazızırsan ki utanın…Azərbaycanda yaşadığın ölkənin məhf oluşunu səsizliklə izlədiğin halda və bəlkədə ikdidardakı digər dostların kimi Azərbaycana yağlı tikə kimi baxdığın halda utanmalı biri varsa o da SENSEN…. Rasul bey size görüşlərinizdə uğurlar arzulayırıq…Siz bizim üçün Azərbaycan xalqının xoşbəxt gələcəyi üçün əlinizdən gələni əsirgəmirsiniz…Axı bunu etməyədə bilərsiz çoxlu səbəblərinizdə var……

  8. Men Refail feteliyevle raziyam..azerbaycanda korrupsiya deyilen bir sey yoxdu.Bizde rusvet yoxdu.Bizde hammi ishleyir.Ishsizlik problemi yoxdu.Bizde esl vetendash cemiyyetidir.Polis ancaq oz ishini gorur-cinayetkarlari tutur.Mehkemeler tam edaletlidir,bizde seckiler saxtalashdirilmir,tam edaletli ve sheffav secki kecirilir.En boyuk problemimiz olan Qarabaq meselesinide umumilli liderimiz,dunyada tayi-beraberi olmayan dahi sexsiyyetimiz Heyder,oqlu Ilham hell edibler.Bilmirem bu xalq ne isteyir??????

  9. Refail qiyamet gununde sen harda olacaqsan goresen? Qiyamet deyende sen neyi nezerde tutursan? Qiyamet gununde hami cavab verecek! Belke sen bashqa sayta, bashqa bloqa daxil olmali idin sehv salmisan DIQQETLI OL! Her ishletdiyin kelmeni dushun eger ozunu heqiqi azerbaycanli hesab edirsense, sende azerbaycanli qani axirsa bele sozler yazmaq sene azerbaycanliya yarashmaz! Sen iqtidarin siyasetini beyenirsen bu senin ISHINDIR, o ki, qaldi Resul Quliyeve ele yazmaq bu senin SEHVINDIR! sene hec kes o selahiyyeti vermeyib ki, Resul muellim haqda ele yazasan.
    Resul Quliyeve ugurlar arzulayiriq! Allah yolunu aciq, ishlerini Inshallah ugurlu etsin. AMIN!

  10. Xalqının taleyinə biganə qalan,göz yuman,yalnız öz məqsədi naminə xalqının öndərlərinə,qeyrətli ogullarına qarşı çıxan,onlara böhtan atan nankorları,beqeyrətsizləri,xainləri ifşa etmək hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur!Mən xahiş edirəm hər bir vətən oglundan,qızından belə xainləri,satqınları bütün internet səhifələrində,hətta ictimai yerlərdə,küçələrdə barmaqla görsədib ifşa eləsin,namərd,nankor,satqın oldugunu hamının gözü qarşısında görsədib lənətləsin!Belə etməsək Azərbaycanı bu cür şərəfsizlərdən təmizləyə bilməyəcəyik!Qoy vətən ugrunda yanan və ona qarşı çıxan nankorlar üzə çıxsın,tanınsın və beləliklə Azərbaycanımızı çirkablardan təmizləyək!

  11. Rafayil bir coxlari ucun tehqir etmekde cetindir,uzur istemekde ,ancaq senin ucun deyesen her ikiside asandir.Resul muellim azerbaycan xalqi ucun ancaq xeyirxaqliq ucun yaranib.Onun Azerbaycanda yawadiqi illerde bu dovlete,bu millete nece xidmet etdiyini tek nadurustler bilmir.Resul muellimin istefasida/hakimiyyetin ikinci postundan/ xalqa ,bu hakimiyyetin xayanatina werik olmamaq ucun oldu.Uzur istemeli bir wexs varsa /bu xalqdan ve Resul muellimden oda Ilham Aliyev ve sulalesidir.Torpaqlarin 20 % ermeniler,80% ni ise Aliyevler ve Pawayevler iwgal edibler.Dunya durduqca onlar bu utancdan qurtula bilmayacaklar.Ikinci defe hakimiyyete gelende Heyder Aliyev televiza vasitesile dediki menim evimde bir xalca yoxdur,bir kostiumum var,ecaba gel gorek indi neleri yoxdu .Refayil sence hansi haqla bu milletin qani sorulir? Milyondan yox ,milyartdan yox,trilyondan gedir sohbet.Insan nefsinin heddi olmayanda aqibet Seddam,Qeddafi,Husnu Mubarekler kimi olur.Inwallah butun diktatorlarin axiri bu cur olacaq.Azerbaycanln yeralti,yerustu serveti azerbaycan vetendawlari ucundur, bir sulale ucun deyil.Bu milletden uzur istemeli olan qandinmi kimlerdir.

  12. Sizden cox rica edirem,bu Refail kimilere cavab vermeyin..Onsuzda onun kimiler kordular,hec ne gormurler.Resul beye uqurlar,Allah komeyimiz olsun.

  13. Goresen bu rafaele ne qeder verirler, cox maraqlidir.cunki haqqi vicdani, qeyreti olan hec bir adam bu rejimi teriflemez, haqq qazandirmaz bu haqsizliga. olkenin servetin talayib, milleti sefalet icinde saxlayanlar utanmirlar, haqq sozun deyenler utansinlar ???
    Ugurlar olsun Resul beye!

  14. RƏSUL QULİYEVİ DƏSTƏKLƏYƏN MƏRD OGOUL VƏ QIZLAR!SİZ DOGRUDANDA İGİDSİNİZ,QEYRƏTLİSİNİZ VƏ BELƏ ÖVLADLARI İLƏ VƏTƏNİMİZ BASILMAZ!NEÇƏ Kİ,SİZİN KİMİ ŞAHİNLƏR VAR DEMƏLİ VƏTƏN YERİNDƏDİR,MİLLƏT YAŞAYIR!SİZİN HƏR BİRİNİZ 100 ADAMA DƏYƏRSİNİZ VƏ BUNU DA 10-NA VURSANIZ DEMƏLİ BİR O QƏDƏRSİNİZ!YƏNİ HƏR BİRİNİZİN ƏTRAFINDA BU QƏDƏR DOSTLARINIZ OLMALIDIR,HƏM MƏRDLİKDƏ,HƏM QEYRƏTDƏ,HƏM DƏ R.QULİYEVİ SEVMƏKDƏ! YUMURUQ KİMİ BİRLİYƏ İSƏ BİR SİYAHIDA OLMAQLA NAİL OLMALIYIQ!BU BİRLİYİN UGRUNDA HƏRƏKƏT ETMƏLİYİK,TƏK ƏLDƏN SƏS ÇIXMAZ VƏ AYRI-AYRILIQDA İŞ GETMƏZ!
    TUTDUGUMUZ BU HAQQ YOLUNDA HAMIMIZA UGURLAR!
    gold-dia@mail.ru

  15. Ay qardaşlar öldürdünüz bü rafoşu qanmadı bir söz dedi.görün onun səsinə səs verən var?DEdiyinə peşiman oldu.

  16. Rəsul müəllim!
    Allah-Tala Azərbaycana hər şey verib.Yerinin altı, üstü hər cürə sərvətlərimiz var,neftimiz,qazımız,qızılımız,əlvan metallarımız və sair,o cümlədən kəndtəssərüfatı məhsullarımız.Belə bir ölkənin xalqı məgər kasıb,yoxsul həddə yaşayarmı? Əfsuslar olsun ki,xalqın bütün sərvətləri bir neçə admın əlindədir və istədikləri şəkildə də istifadə edirlər.Amma xalq dilənçi halında yaşayır.Məsələn,su pulunu Prezident 2011-ci ildə güzəşt etdi və reklam üçün bir neçə adamı televiziya ekranlarına çıxardılar və sevinə-sevinə deyildiki Prezident sag olsun su pulumuzu güzəşt etdi.Amma soruşan olmadı ki,a bala belə varlı bir ölkənin xalqı koomunal xərclərini verə bilmirlərsə o zaman hansı yüksək yaşayışdan söhbət gedə bilər.İnsanlar aldıqları mavaciblə güclə dolanır ,hara addımını atır pul tələb olunur.Jekdən arayış alır pul,natarus pul,maşın sürür pul,nəqliyyat vasitələrində qiymət(təyyarə)yüksək halda,uşaq oxudur pul,baxça pul və sair və sair.Təssəvür edin ki,körpə uşaqlarda bilir rüşvət nədir,deyirsən yeməyini ye deyir ki,pul ver yeyim.
    Siz Azərbaycanın Prezidenti olsanız Azərbaycanı və xalqın yaşayış səviyyəsini necə görmək istərdiniz? Əhaliyə hansı kommunal güzəştləri edərdiniz? Təhsildə nə kimi yeniliklər edərdiniz? Korrupsiya,rüşvətxorluq baş alıb gedir onu necə aradan qaldırardınız? Monopoliya bir neçə adamın əlindədir,hətta adicə meyvə, semiçkada ölkəyə gətirmək olmur.Bu məsələlərin qarşısını necə alardınız? Dövlətin əmlakı,torpaqlar saxta yollarla bir neçə adamın əlində cəmləşib,bu məsələyə necə baxırsınız? Hər bir idarə və təşkilat rəhbəri dədələrinin elə bil şəxsi xırmanıdır,tikinti və sair işlərə bir adamı yaxın buraxmırlar,yalnız öz adamları,öz firmaları olmalıdır,hətta fəhləni,süpürgəçini də də yaxınları olmasa işə götürmürlər.
    Diqqətinizə görə sag olun!

  17. Neçə ki,müxalifətdə İsa Qənbər var,müxalifətdə saglam mühüt olmayacaq.
    20 ildir adını müxalifət qoyub xalqı boş və mənasız sözlərlə aldadırlar.
    Məhz ona görə də xalq onlara inanmır və arxalarıca getmir,fakt göz qabagındadır.Hansı səbəbə görə Müqavimət hərakatına qoşulmurlar?Çünki iqtidara işləyirlər,eyni zamanda əllərində iki qarpız tutmaq istəyirlər.
    İP-nın üzvləri Mehdi Xəlilbəyli, İntiqam İbrahim, İlham Həsən, Rövşən Qəmbər, Qurban Ələkbərov, Fəxrəddin Hacıbəyli, Yusif Əbilov, Sarvan Rizvanov, Elbəyi Həsənli tərəfindən imzalanan bəyanatla Rəsul Quliyevə qarşı böhtana keçirlər.Ar olsun sizlərə.Əgər Siz həqiqətən bir amal,məqsəd ugrunda mübarizə aparırsınızsa o zaman bu məqsəd üçün vuruşan adamlara şər böhtan atmamalısınız.Biz əgər keçmişi xatırlasaq o zaman İsa bəyin hakimiyyəti dövründəki atdıgı addımların hamısı xalqın əleyhinə olub.Mən bunları bir-bir sübut eləyərəm.Amma buna ehtiyac yoxdur,çünki artıq keçmişdə qalıb.Gəlin yeni işlərdən danışaq bəsdirin xalqı aldatdıgınız,heç olmasa xain xislətli fikirlərinizi müyyən müddət dayandırın,xalqı birliyə çagırın,ayrı seçkilik etməyin,yaraşmaz belə şeylər və xalqın haqqı tutar sizləri.Xəbəriniz olsun ki,iqtidardan çox siz xalqın əsəblərini tükəndirirsiniz!Ya xalqa birləşin ya da adınızı satılmış müxalifət qoyun ki,xalqda çaşqınlıq yaranmasın!Güya ki,bu dəqiqə Prezident seçkiləri gedir bunlar isə qalıb qıraqda,çox ayıblar olsun sizlərə.

  18. Azerbaycanin gurtuluwu R.Guliyevin vetene dønuwu ve Seckilerde iwtirakindan sonra baw verecek.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: