Rəsul Quliyevin Azadlıq Radiosuna müsahibəsi.

Azərbaycan parlamentinin keçmiş spikeri Rəsul Quliyev Almaniyada səfərdədir. 2013-cü ilin prezident seçkisinin azad və ədalətli keçirilməsinə dəstək üçün Avropa turnesinə çıxdığını deyən keçmiş spiker Azadlıq Radiosunun da suallarına cavab verib.

– Rəsul bəy, Siz indi Almaniyada səfərdəsiz, zəhmət olmasa, orada görüşləriniz, səfərinizin məqsədi barədə məlumat verin.

– Dünəndən parlamentdə və Xarici İşlər Nazirliyində görüşlərə başlamışam. Xarici İşlər Nazirliyində Qafqaz və Orta Asiya üzrə idarənin rəhbəri və onun müavini ilə görüşmüşəm. Bundestaqda da deputatlarla görüşmüşəm. Bu görüşlər davam edəcək.

Niyə Almaniya? Biz qəbul etməliyik ki, bu gün Almaniya kontinental Avropada superdövlətdir. Təbii ki, əsas görüşlər Almaniyadan başlamalı idi. Almaniya parlamenti və hökumətinin Azərbaycanda demokratik proseslərə dəstəyini almağın əhəmiyyəti çox böyükdür.

– Zəhmət olmasa, bir az konkret deyin, nəyə, hansı formada kimdən dəstək almaq istəyirsiniz?

– Azərbaycandakı problemlərin həllinin yeganə yolu demokratik seçkilərdən keçir. Hazırda Azərbaycanın böyük problemləri həm ərazi ilə, həm də korrupsiya və rüşvətlə bağlıdır.

Faktiki olaraq, Azərbaycan müstəqilliyini alan dövrdə hüquqi dövlət yaratmağa indikindən daha yaxın idi. Ölkədə səkkiz dəfə – dörd dəfə prezident, dörd dəfə də parlament seçkisi keçirilib. Hər dəfə də beynəlxalq təşkilatlar bu seçkilərin saxtalaşdırılması barədə məlumatlar yayıblar. Saxtalaşdırma arta-arta davam edib. Belə saxta seçkilər, Azərbaycanda demokratiyanın olmaması ölkənin üzləşdiyi problemlərinin də həllinə imkan vermir.

Mənim Avropadan istəyim odur ki, Azərbaycan hökumətinə təsirləri bu dəfə daha güclü olsun. Yəni, başa salsınlar ki, bu dəfə də demokratik seçki keçirməsə, Azərbaycan Avropa Şurasından da azad oluna, hökumət açıq şəkildə qeyri-legitim də elan edilə bilər. Yəni, Azərbaycan hökuməti qarşısında gərək şərt qoyula.

Ümid edirəm ki, 2012-ci ilin sonlarına qədər həm Avropa Şurasının, həm də Avropa Parlamentinin bu məsələlərlə bağlı konkret qərarlar qəbul etmələrinə nail olacağıq. Almaniya deputatları həmin problemi həm Avropa Şurasında, həm də Avropa Parlamentində qaldıracaqlar.

Sözsüz ki, mən Avropanın xarici siyasətinin açarı əlində olan başqa ölkələrə – İngiltərəyə, Belçikaya, Skandinaviya ölkələrinə də səfər edəcəm. Bu dəfə biz qəti şəkildə yol verə bilmərik ki, seçki saxtalaşdırıldın. Bu dəfə də seçkinin saxtalaşdırılması Azərbaycan Respublikasını çox böyük təhlükələr qarşısında qoyacaq.

Çox gözəl başa düşürəm ki, Azərbaycanın özünün daxilindən hər hansı etiraz, müqavimət olmasa, kənardan heç bir qərar, heç bir ölkə, beynəlxalq təşkilat vasitəsilə Azərbaycanda köklü dəyişikliyə nail olmaq mümkün deyil. Ona görə də sözsüz ki, mən əsasən Azərbaycanın daxilində işləri qurmalıyam.

– Rəsul bəy, Sizin haqqınızda Azərbaycanda cinayət işi var. İnterpolun xətti ilə də axtarışdasınız. Bəs, bu problemlər Sizin xarici ölkələrə səfərlərinizə mane olmurmu?

– (Gülür) Mən başa düşə bilmirəm… Korrupsiya və rüşvətin içində olan, milyardları oğurlayan bu Azərbaycan hökumətinin İnterpola verdiyi kağız əsasında, doğrudan siz fikirləşirsiz ki, məsələn, Avropadakı sivil demokratik dövlətlər bir addım atar, həmin sənədi ciddi qəbul edərlər? Bu, mümkün olan şey deyil…

– Hər halda, İnterpol beynəlxalq təşkilatdır…

– Bilirsiz, bəli, İnterpol beynəlxalq təşkilatdır. Amma onun sənədlərinin istifadə edilib-edilməməsi hər dövlətin öz daxili işidir.

Mən ABŞ-da siyasi sığınacaq verilmiş bir şəxsəm. 1951-ci ildən BMT qərar qəbul edib ki, siyasi sığınacaq alan şəxslərin hüquqları toxunulmazdır.

– Bəs, Azərbaycana qayıtmağı nə vaxta planlaşdırırsız? Çünki, yəqin Sizə də tanışdır, tənqidçiləriniz deyir Rəsul Quliyev Bakıya dönmək şansını hələ 2005-ci ildən itirib.

– Hətta 2010-cu ilin axırlarına yaxın da bir çoxları deyirdi ki, Rəsul Quliyev siyasi meyitdir. Ümumiyyətlə, Azərbaycanda bu sözü sevirlər. Vaxtilə Heydər Əliyev barədə də deyirdilər ki, siyasi meyitdir. Azərbaycandır də deyirlər qurtardı, siyasi meyit oldu…
İndi görək də mən, bu barədə konkret bir söz deyə bilmərəm. Ancaq bu o demək deyil ki, Azərbaycana qayıtmaq qeyri-mümkündür. Müəyyən şərtlər daxilində bu, çox realdır.

– Yəni, şərtiniz nədir?

– O şərtləri sizə açıqlamaq niyyətim yoxdur.

– Bizim dinləyicilərə heç olmasa, təxmini bir zaman deyə bilərsizmi, məsələn, qarşıdakı prezident seçkisi ərəfəsi, filan…

– Mən Azərbaycanda qarşıdan gələn prezident seçkisində iştirak etmək niyyətindəyəm. İştirak etmək və azad şəkildə keçirilən seçkini udmaq niyyətindəyəm.

– Yəni, artıq Sizinlə prezidentliyə namizədliyini verməyə hazırlaşan bir siyasi lider kimi danışmalıyıq, eləmi?

– Yox, hələ onu qəti demək tezdir. Çünki, hələ seçkiyə bir il 9 ay qalır. İndidən prezidentliyə namizəd fikrini irəli sürməməliyik. Mən deyirəm ki, iştirak etmək niyyətindəyəm, niyyətində olmaqla iştirak edəcəm demək arasında böyük fərq var.

Yəni, iş elə gətirə bilər ki, 2013-cü ildə doğrudan da Azərbaycanda demokratik dəyişikliklər baş verər, birdən normal exit-pollarla yoxlanar və görünər ki, reytinqin sıfra yaxındır, ondan gərək ağılını tamamilə itirəsən ki, gedib o prezident seçkisində iştirak edəsən.

Deməli, ilk növbədə ölkədə azad seçki keçirilməsi mühitinə nail olmalıyıq. Onda sözsüz ki, mənim niyyətim də real olacaq. Ona görə indidən mənimlə bir namizəd kimi danışılmasına mənim özüm də istehza edərdim.

– Rəsul bəy, Azərbaycanda müxalif çevrələrdə belə fikirlər dolaşır ki, hər hansı formada müxalifət liderlərinin, təşkilatlarının birliyinə nail olmaq lazımdır. Müxalifət çevrəsində bu niyyətlə bir İctimai Palata yarandı. Amma onun ardınca da Siz bir neçə başqa müxalifət partiyası ilə Milli Müqavimət Hərəkatı yaratdığınızı elan edibsiz. Bununla o mesajı vermirsiz ki, birləşmək əvəzinə daha da parçalanırsız?

– Mən, yaxın tariximizə nəzər salıram. Bir neçə dəfə müxalifət qrupları arasında birlik olub. Məsələn, 1998-ci ildə SİDSUH deyilən bir qurumda demək olar bütün müxalifət və müxalifətə bənzər qüvvələrin hamısı orada birləşdi.

2003-cü ildə prezident seçkisi ərəfəsində mən də bir bəyanat verdim, demək olar ki, bütün müxalifət qüvvələri bir namizədi dəstəklədi.

2005-ci ildə ümumiyyətlə, müxalifət və müxalifətə bənzər hər hansı qüvvə kənarda qalmadı, hamısı bir yerdə oldu. Nəticə nə oldu?

Ona görə bunları analiz etmədən, iddia ilə çıxış etmək ki, birləşmə olmasa, nəsə baş verəcək, başa düşün, nədi bu birləşmə.

İctimai Palata, yaxud, ona bənzər bir qurumda qərarlar konsensus yolu ilə qəbul edilirsə, orada hökumətin hər hansı adamı istənilən vaxt istənilən qərarı belə də çevirə bilər, elə də. Orada səhərdən axşama qədər oturub, müzakirə aparıb, axırda tamamilə qeyri-ciddi bir qərar da qəbul oluna bilər. Bir dənə qeyri-ciddi qərar sonradan ümumiyyətlə Azərbaycanda demokratik hərəkatın belini qıra bilər.

Məsələn, keçən ilin aprel-may aylarında mitinqlərin keçirilməsi kimi qeyri-ciddi qərarın qəbulu görün, nəyə gətirib çıxardı…

– Bəs, Siz də deyirsiz bir etiraz, müqavimət olmalıdır…

– Yox, bir dəqiqə… Ona görə ciddi yanaşmaq lazımdır. Bunun da yolu odur ki, gərək yaradılmış təşkilatda nizam-intizam ola. Qərar 50+1 səs çoxluğu ilə qəbul olunmalıdır. Qəbul olunmuş qərarı müzakirə etmək olmaz. Onu gərək, əleyhinə səs verənlər də, lehinə olanlar da icra edələr. İntizam olmayan təşkilatda müvəffəqiyyət ola bilməz, bu, Azərbaycanın indiki şəraitində mümkün deyil.

Ona görə müxalifətin bir yerə yığışıb, nəyisə müzakirə etməsi, heç bir qərar qəbul etmədən prosesin yenidən davam etməsi yol verilməzdir.

Amma müqavimət Hərəkatı tamamilə başqadır, burada nizam-intizam və çoxluğun qəbul etdiyi qərarla işləyən bir təşkilatdır.

Biz yerdə qalan müxalifət qüvvələri ilə əməkdaşlığımızı qurmağı fikirləşirik. Bunun üçün ehtimal ki, İctimai Palata ilə müqavilə bağlayacağıq ki, bir-birimizin aksiyalarında fəal iştirak edək. Bunu Müqavimət Hərəkatında razılaşdırmaq mümkündür, amma İctimai Palatada buna razılıq əldə etmək mümkün olacaqmı? Ola bilər, İctimai Palatada bir nəfər deyəcək ki, yox, belə bir müqaviləyə imza atmaq olmaz. Bizdə sadə çoxluqla bu, qəbul olunacaq, amma orada?

Ona görə, ikinci variant da var. Ola bilər, biz İctimai Palataya daxil olan ayrı-ayrı partiyalarla, məsələn, AXCP ilə müqavilə imzalayacağıq ki, onların bütün aksiyalarında Müqavimət Hərəkatı, bizim aksiyalarda da AXCP iştirak edəcək. Bəli, bu, artıq realdır.
Yəni, müxtəlif yollarla biz o qüvvələrlə müəyyən əlaqələr yaratmağa cəhd edəcəyik. Bu bizim işlərimizdən biridir.

– Rəsul bəy, Siz hansısa şəraitdə bəlkə Azərbaycanın prezidenti ola bilərsiz deyə, seçicilərin də Sizin fəaliyyətinizdə şəffaflıqla bağlı məlumatlarla maraqlanması yəqin ki, təbiidir. Seçicinin bilmək hüququnun olduğunu göz önünə alıb da bir sual da vermək istəyirəm. Artıq 20 ilə yaxındır ki, daimi iş yeriniz yoxdur, işləmirsiz, bəs, nə ilə dolanırsız?

– (Gülür) Hə… o çox maraqlı sualdır. 100 faiz sizə deyim ki, mənim yaşayış səviyyəm orta amerikalının yaşayış səviyyəsindən də aşağıdır. Yəni, ucuz maşınım var. Maşınımı özüm sürürəm.

– Maşınınız nədir?

– Əvvəl Ford idi, indi isə balaca bir Volkswagen-im var. Evi borcla almışam.
Çox maraqlıdır e, 20 ildir milyonlar Azərbaycanda heç bir şeylə məşğul olmadan yaşaya bilir, amma mən Rəsul Quliyev ABŞ kimi ölkədə yaşamağa pul tapmaqda çətinlik çəkəcəkdim… Məsələn, mənim verdiyim bir məsləhətim bir saata 250 dollardır, əgər bilmək istəyirsizsə.

– Bəli, Rəsul bəy, sadəcə bilmək istəyirik…

– Əgər bilmək istəyirsizsə, mən Sovet dövründə Azərbaycanda işlədiyim dövrdə həddən artıq yuxarı məbləğdə maaş almışam. Bilmirəm, sizin yaşnız nə qədərdir, amma yaşlı adamlar bilirlər, o vaxt çox böyük maaşı xərcləməyə yer yox idi. Həm də bir az imtiyazı olan adamlar üçün belə xərc yerləri yox idi.

Sovet rublunu da dollara çevirəndə mən 1992-ci ilə qədər 1.5 milyon dollara qədər maaş almışam.

Uşaqlarımın hamısı işləyir, yoldaşım əvvəl işləyirdi, indi işləmir. Yəni, bir yoldaşımdı, bir mən, iki nəfərik də.

Mən yeddi kitab yazmışam…

– Kitablarınıza qonorar da aldınızmı?

– Sözsüz ki, başqa necə ola bilər?

Bundan başqa, mən Rusiyada, Türkiyədə çalışan bir çox şirkətlərə analizlər yazmışam. Bilirsiz, (gülə-gülə) mənim ABŞ-da yaşamaq imkanım çoxdur. Ümumiyyətlə, ABŞ-da yaşamaq problemi ola bilər?

– Siz Azərbaycan vətəndaşının taleyi ilə bağlı qərar verməyə iddialı siyasi lidersiniz. Ona görə vətəndaşın Sizinlə bağlı hər şeyi bilmək istəyi məncə haqlıdır…

– Yox, mən bir söz demirəm ki, hər halda, sualınıza cavab verdim.

Neçə illərdir ürəyimdən keçir ki, Azərbaycan vətəndaşlarını da ABŞ vətəndaşları səviyyəsində olmasa da onların 50 faizi səviyyəsində yaşamasına nail olam.

– Bilirsiz ki, Siz necə indi hakimiyyətdə olanları korrupsiyada, talançılıqda ittiham edirsiz, eyni sözlərlə də onlar Sizi ittiham edirlər…

– 1992-ci ildən bu yana mən heç bir təsərrüfat işində, iqtisadiyyatda işləməmişəm. 1996-cı ildə də mən gedəndə bu bədbəxt Azərbaycanın hələ qətiyyən pulu yox idi. Heç nəyi yox idi, haa! Nefti də ancaq özünə çatırdı. Mənə deyin, görüm, mən bu pulu hardan götürmüşəm? Axı gərək, bir insan məntiqi düşünməyi bacara də! Yox idi axı bu pul!

– Siz zavod direktoru idiz, axı…

– Mən sizi başa salıram də. Mən zavod direktorluğundan 1992-ci ildə getmişəm. 1992-ci ildə sovet dağıldı, mən də ordan getdim. 1992-ci ildən orda işləmədim.

İkincisi, hətta, indiki zavod direktorları bu hökumətin başında duranlarla müqayisədə korrupsiya və rüşvət sahəsində balaca uşaqlar hesab oluna bilər. Onların heç adlarını çəkən yoxdur ki, pulları var…

– Rəsul bəy, çox təşəkkür edirəm bu suallara cavab verdiz, bu yöndə bir sual da var. Sizin dediklərinizdən belə çıxır ki, siyasi rəqiblərinizin yaxşı pulları var, Sizin isə yox. Siz həm də yaxşı iqtisadçısız. Onda bu mübarizəni pulsuz necə aparacaqsız?

– Mən nə dediklərimi çox yaxşı xatırlayıram. Bəli, bunların dəhşətli dərəcədə çox pulları var. Bu baxımdan, onlara qarşı mübarizə aparmaq çox-çox çətindir. Ancaq bu pul xalqın qəzəbinin qarşısında heç vaxt dayana bilmir.

Onun üçün də misal çəkirəm, Tunisdə ben Alinin və nəslinin əlində milyardla toplanmışdı. Misirdə Mubarak və oğlanlarının 50 milyard dollara yaxın pulu vardı. Qaddafini, indiki Suriyanı misal gətirmək olar. Bəhreyndə neftin pulunun 70 faizi şeyxlərin əlindədir.

Ona görə, heç vaxt o pul xalqın qəzəbinin qarşısını ala bilməz.

– Rəsul bəy, sonda bir sual da verim. İndi 1991-ci il 20 Yanvar Qırğınının ildönümü gəlir. Həmin hadisələr baş verən günlər Siz harda idiz, xatirələriniz nədir?

– Mən, o dövr hadisələrinin aktiv iştirakçılarından biri idim. Yanvar hadisələrinə qədər Bakıda bir çox millətlərin nümayəndələrinə qarşı baş verən qırğınların qarşısının alınmasında Əbülfəz Elçibəylə birlikdə çox ciddi işlər görmüşük.

Yanvar hadisələrindən iki-üç gün əvvəl mən həmin bu Almaniyada idim. Televiziyada Bakıda qırğınlar barədə məlumat aldım və məzuniyyəti kəsib Moskvaya getdim. O zaman Etibar Məmmədov orada idi. Onu qatarla Azərbaycana gətirib həbsdən xilas etmək istəyirdik. Amma bu, alınmadı, onu həbs etdilər.

Yanvarın 21-də Azərbaycana qayıtdım. Azərbaycanda hər yerdə fövqəladə vəziyyət idi. Mənim işlədiyim zavoda da əsgərlər yerləşmişdi. Zavodun yerləşdiyi Xətai rayonunun komendantı isə çox maraqlı adam idi. O, hərbi akademiyanın kafedra müdiri, professor idi. Tarixi çox gözəl bilirdi. Onun söhbətimiz tuturdu. Ona görə Xətai rayonunda fövqəladə vəziyyət rejimi başqa yerlərə nisbətən yumşaq keçdi.

Həmin günlərdə müxalifət rəhbərlərini axtarırdım. Onda hərə bir tərəfə getmişdi. Müxalifəti açıq şəkildə müdafiə edən demək olar yeganə üzdə olan insan idim.
Nəhayət, Əbülfəz bəyi tapa bildim. İki-üç gündən sonra məlum oldu ki, 8-ci mikrorayonda rayon Partiya Komitəsində Sücəddin Abdullayev adlı adam işləyirdi, onun qardaşının evində gizlənmişdi. Sonradan həmin adamı da öldürdülər.

Mən hökumətdə olan adamlarla Əbülfəz bəyin həbs olunub-olunmayacağı barədə məlumatlar aldım. Mənə söz verdilər ki, heç bir həbs olmayacaq. Ondan əvvəl də Əbülfəz bəylə görüşmüşdüm. İstəyirdim ki, üzə çıxsın, ancaq o, həbsindən çəkinirdi.

Moskvadan 35-36 xarici və yerli jurnalist gəlmişdi. Onların hamısını aeroportdan götürüb yerləşdirmək mənə qalmışdı. Köhnə İnturist mehmanxanasında onların camaatla görüşlərini təşkil etdim. Birinci dəfə özüm maşının sükanı arxasına keçib Əbülfəz bəyi 8-ci kilometr qəsəbəsindən gətirib jurnalistlərlə görüşdürdüm. O gələnə qədər Yusif Səmədoğlunu gətirmişdilər. Amma jurnalistlər Əbülfəz bəyi görəndə, tamamilə ab-hava dəyişdi. Bilirsiz də jurnalistlərə də əsas sensasiya lazımdır. Onda jurnalistlər çəkdilər, yazdılar, planetin bütün ölkələrində 20 Yanvar hadisələri göstərildi. Hər halda, bu barədə mən yazacam.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

8 Cavab to “Rəsul Quliyevin Azadlıq Radiosuna müsahibəsi.”

  1. ingilis təyarələri qarbağa gəlir ali baş komandan və s əbiyev nə düşünür ax deyirlər ordumuz güclüdür yəyqin lazım gəlməyib gəlsə ingiliz təyarələri nəyinki qarbağa heç ermənistanın sərhədlərində belə uça bilməz vay bizim halımıza

  2. MÜSAVAT QƏZETİ YENƏDƏ QƏRƏZLİ MÖVQEDƏN ÇİXİŞ EDİR RƏSUL BƏY İ PALATA İLƏ ƏMƏKDAŞLIQ EDƏ BİLƏRİK DEYİR İ PSLSTSNIN NÜMAYƏNDƏLƏRİ İSƏ ALMANİYADAN R QULUYEV HAQDA XOŞA GƏLMƏZ FİKİRLƏR SƏSLƏNDİRİRLƏR DEYƏSƏN İ PALATA İKTİDARA İŞLƏYİR İNANIRAM Kİ HƏQİQİ MÜXALİFƏT TEZLİKLƏ ORDAN UZAQLAŞAIB DÜZ YOL TUTACAQ NƏ QƏDƏRKİ MÜSAVATDA R ARİF OĞLU KİMİLƏR VAR ORDAN XALQA XEYİR GƏLMƏZ BƏSDİRİN BU HƏRƏKTLƏRİNİZ VALLAH AYBDIR

  3. Xahiş edirəm gəlin məsələyə diqqətlə yanaşaq!Hal-hazırda söbət Respunlikamızda Hakimiyyətin xalqa qarşı əgalətsiz rəftarından gedir.Ayrı-ayrılıqda xalq qrup halında müəyyən nazirlik,idarə və təşkilatlar o cümlədən Prezident Aparatının qarşısında onlara edilən ədalətsizliklərə qarşı öz etiraz səsini ucaldır.Bu haqda təbii ki,müəyyən müxalifət qəzetləri geniş və ətraflı yazır.Bəs o zaman müxalifət partiyaları xalqının bu etiraz aksiyasında necə çıxış edir və xalqın problemlərinin həlli edilməsi üçün hansı məsələlərlə yanaşır və xalqa necə kömək edir? Və nə kimi qərarlar çıxarır? Demək olar ki heç nə,sadəcə boş və mənasız çıxışlarla xalqın bu harayı haqqında məlumat verir.Bildiyimiz kimi müxalifət partiyalarının adı müxalifət olsa da onlarda iki qrupa bölünür.İqtidara satılanlar və İqtidara qarşı olanlar.Birincisi demək olar ki,hamıya məlumdur və yaxşıca da iqtidardan bəhrələnirlər.İkinci qrup yəni iqtidara qarşı olan müxalifətin özü də iki qrupa bölünür,yəni əsil iqtidara qarşı olanlar və gizli olaraq iqtidara işləyənlər.Bunlar da xalqa çox gözəl məlumudur.Baxın məsələnin əsas məgzi də burdadır.Sizi inandırım ki,İqtidara satılanlar xalq üçün bir o qədər qorxulu deyil yəni xalq onlardan heç nə gözləmir onların ideya və məqsədi artıq xalqa məlumdur,amma ən qorxulu və dəhşətlisi gizli iqtidara işləyənlərdir.Düz 20 ildir bu minvalla adını müxalifət qoyub xalqı aldadırlar eyni zamanda isə əsil müxalifəti xalqın qarşısında gözdən salırlar.Yəni qurunun yerinə yaş da yanır.İndi isə İctimai Palata yaradılıb AXCP və MÜSAVAT Partiyalarının birliyi ilə.Bəs niyə digər partiyalar onlara qarışmır? Çünki orada İsa Qənbər ona mənsub bir qrup adam var.Əli Kərimli çox adamlar arasında sevilən və təmiz adam
    kimi tanınır.Ən pis hal odur ki,İsa Qənbər onu da yolundan sapdımasın!
    Palatanın 9 nəfərdən ibarət Koordinasiya Şurası belə bir bəyanatla söz veriblər:
    – vətəndaşların cəmiyyətin və dövlətin ictimai-siyasi həyatında və idarə olunmasında iştirak haqqında konstitusiya hüquqlarını təmin etmək, bu işə ən geniş kütlələri cəlb etmək, bunun üçün seçki islahatına və azad, ədalətli, demokratik seçkilərin keçirilməsinə nail olmaq;
    – ölkədə feodal məmur oliqarx istibdadına son qoymaq, çağdaş demokratik siyasi mədəniyyət formalaşdırmaq; və sair və sarə.
    Amma gəlin görək hüquqları pozulan xalqın,evləri sökülən insanların,taksi sürücülərinin və sairənin haraylarına görsətdikləri bəyanatlarında necə səs veriblər və hansı məsələni həll ediblər?
    Mən bunu tam səmimi olaraq deyirəm ki,bunların işi xalq arasında çaşqınlıq yaratmaq,dedi-qodu salmaq,digər müxalifət partiyaların imicini xalq qarşısında gözdən salmaq.Belə deyilsə əgər özündən razı bu İctimai Palata niyə və hansı məqsədlə xalqın problemlərinin həlli yolunda düzgün yol tutan Müqavimat Hərakatına qoşulmurlar? Axı İsa Qənbər bu yaxınlarda çox yüksək pofosla və kəskin olaraq Hakimiyyətin istefa tələbini irəli sürdü.Əgər məqsəd budursa İctimai Palata bu güxə malikdirmi?Hansı xalq onların dalınca gedəcək,bunu heç olmasa bilirlərmi?Bəs o zaman İsa Qənbər kimə və yaxud nəyə arxayındır? Belə çıxır ki,20 ildə özünün məqsədi naminə mənasız səs küyü ilə yenədə xalqı aldatmaq.Yəni köhnə hamam,köhnə su.Onsuz da bu səs küyü nə İqtidar vecinə alır,nə də ki,xalq
    əhəmiyyətləndirir.
    Əgər dogrudanda İsa bəy pofoslu çıxışlarla Hakimiyyətin istefasını tələb edirsə o zaman bu məqsədə qoşulan düşmən saydıgımız erməni haqqında da etiraz fikiri irəli sürməməlidir,çünki qarşısında başlıca məqsədi var.
    Bəs o zaman xalqının yolunda İsa Qənbər və digərlərindən milyon dəfə artıq xidməti olan,və bu məqsədə ürəkdən qoşulan Rəsul Quliyev haqqında belə şər, böhtan xarakterli iddialar kimə və nəyə xidmət edir?Bu hansı məqsədi güdür özləri hər halda yaxşı biləilər,amma bu mən deyərdim ki,ən azı xəbislik,xainlik,gözgötürməməzlikdir!Xalqın gözü tərəzidir İsa bəy,Sən özünü Rəsul Quliyevlə heç vaxt əlaqələndirmə.Bu balaca Bakı şəhərində hamı hamını yaxşı tanıyır.

  4. ABŞ prezidenti Barak Obama B.Əsədin məsələsini həll etdi.
    Yəni B.Əsəd artıq siyasi meyitdir.2011-ci ildə ilin üç siyasi meyidi var idi Medvedev,Tumaşenko və Qəddafi.2012-ci ildə isə hələki B.Əsəd birincisidir.Özünüzü yaxşı aparın ay diktatot cənablar!Fikirləşin,fikirləşin,yaxşıca fikirləşin!Yoxsa 2013-cü ilə qədər meyidlərin sayı çoxala bilər!

  5. Men burdan beyan edirem YENI MUSAVATIN-redaktoru bu gun muxalifet ucun en tehlukeli adamdi.bu adamida I.PALATADA bashda oturdublar.Cox tessufler olsun ki AXCP-ni de øzlerine goshublar

  6. Yaxın gələcəkdə Azərbaycanımızı və siyasi proseslərdə yaxından iştirak edən insanları çətin və şərəfli günlər gözləyir…o vaxta qədər müxalifətdəki bəzi iyrənc adamların əsil imiclərini üzə çıxması mübarizə üçün çox əhəmiyətlidir…….Bir faktıda vurğulamaq isdəyirəm ki Hədəf gənclər təşkilatı Hərəkata qoşularkən Musavat və Azadlıqda bu haqda heç bir yazı getmədi Hedefin HErekatdan getməsini isə hər iki qazet manşet olaraq veribler…..

  7. Mən keçən şərhimdə Əhməd Bəy Agaoglundan bir misalı xatırlatdım “Mənim qorxum, xalqın NANKORLUGUDUR” Amma çox adam bunu düzgün anlamadı.Əslində isə, bu millətin içərisində NANKORLAR çoxdur.Məhz Hakimiyyət də belələrindən istifadə edərək istədiyini edir və ona görə də millət belə agır,böhran dövrünü yaşayır.Mən Sizi inandırım ki,Müsavatın başqaşı və bəzi üzvüləri AZƏRBAYCANDA ŞEYTAN rolunu oynayır.Bir tərəfdən Hakimiyyətin istefa tələbini QIŞQIRIR,digər tərəfdən isə müxalifət arasında hərcmərclik yaradır.Görəsən niyə,məqsəd nədir? Çünki İsa Qənbər Azərbaycan Hakimiyyətində 2-ci şəxs olub bir vaxt və dadı hələ də dişinin dibində qalıb.Odur ki,o elə bilir ki,xalq elə bu dəqiqə onu Prezident seçəcək.Və özünə də ən böyük alternativ Rəsul Quliyevi görür.Bax,bütün bu həngamələr də məhz bundan irəli gəlir.O həm də gözəl bilir ki,bəli Rəsul Quliyev Prezident olsa o 2-ci posta oturmayacaq və ona görə də araqarışdırmaqla məşgul olur.Düşünür ki,səs-küy salmagımla İqtidardan doluyamı alıram da.Ona görə də HƏDƏF-in getməsini sevinə-sevinə qezetində reklam etdirir.
    Hamı bilir ki,birlik olmasa və müxalifət 20 ildə bundan sonra HARAY-HƏŞİR salsa da bu HAKİMİYYƏTİN yanında bir milçək vızıltısı kimi olacaq.
    Belə bir misal var deyir ÜÇ ÖVLADI OLAN BİR VARLI RƏHMƏTƏ GEDİR,MEYİDİ DƏFN ETMƏMİŞ İKİ ÖVLADI ATALARINDAN QALAN VAR-DÖVLƏT ÜSTƏ DAVA SALIR.BUNU GÖRƏN BÖYÜK QARDAŞ DEYİR,A BALA QOYUN BU ZƏHİRMARI ARADAN GÖTÜRƏK SONRA BÖLÜŞDÜRÜN DƏ. İndi də İsa bəy elə bilir ki,prezident seçkisidir çalışır ki,alternativinə böhtan atıb gözdən salsın.
    Amma bu 20 ildə meydana çıxmayan xalq bütün iztirablara dözərək Rəsul Quliyevini gözləyir.2012-ci ildə İsa bəy bunun şahidi olacaq!

  8. Yaman çoxalıb bu azlar,
    Bu kəndirsiz kəndirbazlar!
    Körpülənin, ay Arazlar,
    Məni qoymayın təklənəm!
    Məmməd Araz

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: