18 və 19 yanvarda Rəsul Quliyevin Almaniya Bundestaqında tanınmış lider deputatlarla intensiv görüşləri davam edibdir. Bundestaqda Xarici əlaqələr komitəsinin sədrinin müavini və Amerika-Almaniya əməkdaşlıq komisiyasının rəhbəri Hans-Ulriç Klose- Sosial Demokrat Partiyasının tanınmış ağsaqqal deputatı ilə görüş bir saat çəkdi.
Həmin günün səhəri hakimiyyətdə olan Xristian Demokrat İttifaqı partiyasından deputat- xarici əlaqələr komitəsinin sədri Ruprecht Polenzlə görüş keçirildi. Bu görüş də müzakirə olunan məsələlərin genişliyi ilə fərqləndi.
Sonrakı görüş solçular fraksiyasının deputatları Dr. Barbara Höll və bu yaxınlarda Azərbaycanda olmuş Bundestaqın Xarici Əlaqələr komitəsinin üzvü Stefan Liebiçlə olubdur.
Kifayət qədər həyat təcrübəsi olan cənab Klose və Polenz Quliyevin qaldırdığı məsələlərdən başqa, dünyada bu gün mövcud olan bir çox problemlər barədə də müzakirələr aparmaq istədiyini bildirdilər.
Rəsul Quliyev Almaniyanın onun səfərlərində birinci olmasın səbəbini belə izah etdi. “Almaniyanın kontinental Avropada əhalisi ən çox və ən güclü iqtisadiyata malik olan aparıcı dövlət olması buradan başlamağa əsas verir. Avropa İttifaqının mövcudluğu Almaniyanın aparacağı siyasətdən çox asılıdır. Həm Avropa parlamentində və həm də Avropa şurasında ən böyük deputat qrupu Almaniyadandır.”
Rəsul Quliyev müstəqilliyini alandan sonra saxtalaşdırma əmsalı seçkidən-seçkiyə artan 8 ,,seçki ,, keçirmiş Azərbaycan respublikasının hökümətinə 2013-cü il seçkilərinin saxtalaşdırlmasının qarşısını almaqda qətiyyətli olmasını və bu işdə 4 istiqamətdə işlərini qurmaq fikirlərinə aydınlıq gətirmışdir.
- ABŞ konqresində Azərbaycanda demokratiyanın vəziyyəti barədə dinləmələr təşkil edib konqresin qətnamə qəbul etməsinə çalışmaq. ABŞ konqresinin diktatura və monarxiya tipli rejimlərlə qəti surətdə barışmayan kifayət qədər tanınmış konqresmenləri var və onlar bu işdə yardımçı olacaqlar.
2.Avropa şurası,Parlamenti və ATƏT-dən Azərbaycan hökümətinə saxtalaşdırmağın əleyhinə sərt qərarların qəbul olunmasına nail olmaq.
3.BMT-da ölkələri təmsil edən səfirlərlə görüşüb demokratik seçkiləri və insan haqlarının müdafiəsi məsələsini ön plana çıxartmaq və Azərbaycan tipli ölkələrə əgər beynəlxalq normalara uyğun seçkilər keçrilməsə bu hökümətlərin qeyri leqitim olduğu élan ediləcək mesajını göndərmək.
4.Əlbəttə ən əsas məsələ Azərbaycanın daxilində saxtakarlığın qarşısını almaq üçün müqavimətin vətəndaşlar tərəfindən kifayət qədər güclü olacağını özünü mütləq ağa hesab edən hökümətə göstərmək.
Quliyevin görüşdüyü deputatların hamısı onun haqlı olduğu ilə razılaşdıqlarını və bu məsələlərdə Almaniya Bundestaqının dəstəyinin olacağına söz verdilər.
Bu yaxınlarda Azərbaycanda olmuş Stefan Liebiçin Azərbaycanlıların hökümətdən narazı olduqları ilə razılaşsada onlar eyni səviyyədə müxalifətdəndə narazı olduqlarınıda bildirmışdır. Onun deməyindən belə başa düşüldü ki, Azərbaycan xalqı çoxda ölkədə dəyişiklərin baş verməsini istəmir.
Quliyev Cənab Liebiçi yenidən bir qədər geriyə 1988-ci ilə qayıtmağı xahiş etdi. “Berlinin bir tərəfində kommunistlər və o biri tərəfində demokratik rejim mövcud idi. Sizin hamınız Almaniya Federativ Respublikasının televiziya kanallarına baxırdınız. Bu iki rejim arasında fərqin necə uçrumlu olduğunu görürdünüz ancaq səsinizi çıxartmağa qorxurdunuz. Əgər Reyqan və Buşun şərqi avropada xalq hərəkatlarını qətiyyətlə dəstəkləmək siyasəti olmasa idi,bəlkə indidə həmin rejimdə yaşayırdınız. İndi kiçik bir nümayişə çıxanda həbs olunan,ölümcül döyülən, qohum əqrəbası represiya olunan Azərbaycanlılardan siz Azərbaycanın daxilində cəsarətli etirazla rastlaşmaq istəyirdiniz.
Bilirsiniz Çexiyanın prezidenti Vaçlav Havelin görkəmli kəlamları var: “Totalitar rejimdə ölkəyə gələn turist heç bir şey hiss etmir, insanlar gülür, bir birləri ilə şən söhbət edirlər və hər şey çox yaxşı təsir bağışlayır. Ancaq onlar o insanların qəlbinə girsə orada tökülən qan yaşlarından başqa bir şey tapa bilməyəcəklər.
İndi sizdə həmin visual təsirin altındasınız. 1988-ci ildə Reyqan deyirdi Qorbaçova bu divarı yıx qoy bu xalq xoşbəxt olsun. İndi nə baş verir. Azərbaycan höküməti hər gün sizin onların bu rejimini necə dəstəklədiyinizi xalqa göstərib sadə insanları alçaldır və heç bir şey deyilsən, arxanda da duran yoxdur səsini çıxartma deyir və eyni vaxtda sizdəndə bir etiraz səsi eşidilmir.”
Cənab Polenz və Klose Dağlıq Qarabağ problemi, Gürcüstan və Rusiya münasibətləri, İranın siyasəti , Türkiyə və Ermənistan əlaqələrinə münasibət bildirməyi xahiş etdilər. Bütün məsələlər barədə Rəsul Quliyev öz fikirlərini geniş şəkildə açıqladı. Maraqlı suallardan biridə Rəsul Quliyevdən Eurovisiona Azərbaycanda keçırilməsinə əngəl törətməyə ondan hökümətə təzyiq vasitəsi kimi istifadə etməyə necə baxdığını soruşdular. Qeyd etdilər ki, qərb ölkələrinin insan hüquqlarının pozulması ilə əlaqədar boykota çağırmağa necə baxır. O qeyd etdiki Azərbaycan hökümətinin Eurovisionu Azərbaycanda keçırilməsində hökümətin heç bir rolunun olmadığını dedi. Sadəcə olaraq gözəl bir musiqinin iki talantlı gənc tərəfindən gözəl ifa etməsi və qalib çıxması bu hadisənin Azərbaycanda qeyd edilməsinə gətirib çıxardıbdır.
“Sözsüz ki, Azərbaycan höküməti bu hadisəni özünün dahi xidmətlərinin hesabına baş tutduğunu camaata yedirtmək istəyir. Tək müsiqi və incəsənətin inkişafına yox bir çox başqa məsələlərdə əslində mane olan hökümət özünün qəhrəmanlığından danışmağı xoşlayır. Qeyd edir ki, onlar olmasaydı daha pis olardı. Onsuzda onlrın bu hadisənin fonunda özlərini qəhrəman göstərməklərinin ömrü bir neçə gündən artıq çəkməyəcək. Ona görə bu hadisəni boykot etməyi düzgün hesab etmir. Tarixdə belə hadisələr olub, məsələn Sovetlərin Əfqanistanı işğal etdiyinə görə Olimpiyada oyunlarının Moskvada keçirilməsi boykot edilib. Ancaq Qərb ölkələrinin Eurovisionun Azərbaycanda keçırilməsi əsas vermir ki, hökümət indi və gələcəkdə insan haqlarını pozub yenidən saxta seçkilər keçirə bilər tipli bəyənatların əhəmiyyəti böyük olardı. Deputatlar Rəsul Quliyevin fikirlərinin əksəriyyəti ilə razı olduğlarını xüsusi qeyd edib ona işlərində müvəffəqiyyətlər arzuladılar.
Görüşlər davam edir.
Bir var cox danishib az ish gormek, Birde var az danishib cox ish gormek.1-cisi IP-ye 2-cisi DCUMH ya aiddir Resul bey size ugurlar arzulayiram!
Удачи Вам Расул Байрамович!
uqurlar destekleyirem sizi bezimisik artiq
Allah Sizə kömək olsun!Qarşıya qoydugunuz məqsədə nail olasınız,İNŞALLAH.
Gizili haraja gizlat san da o oz pariltiligini itirmir. Rasul bej, Avopa goychlariniz kimi bachca olkalarda keciracajiniz gorychlarin da ugurlu kecacajina ymidbaram va parlag ugurlar arzulajiram.Allah jardimciniz olsun.
salam necesiz men size inaniram
Salam Rəsul müəllim. Böz slzln bütün görüşlərinizi alqışlayırıq.
Hamı Rəsul müəllimin Almaniyadakı görüşlərini ALQIŞLAMALIDIR!
“Qafqazinfo” xəbər verir ki, konfransda İngiltərə, Fransa, Hollandiya, Belçika, İsveçrə, İsveç, Norveç, Avstriya və Almaniyadan olan nümayəndələr iştirak edib. Konfransda Rəsul Quliyevdə daxil olmaqla hər ölkədən bir nəfər nümayəndə müzakirə nitqi söyləyib.
Konfransın qərarı ilə Demokratiya uğrunda müqavimət hərəkatının Avropa Bürosu yaradılıb. Büronun ilk İdarə Heyətinin tərkibi müəyyənləşib. İdarə Heyətinə tanınmış və təcrübəli siyasətçilər seçilib.
Bundan əlavə Rəsul Quliyev gənclərdən ibarət Hərəkatın işçi qrupunu yaradıb.
Konkret iş planı müəyyənləşdirilərək hərəkat fəaliyyətinə başlayıb.
Eşq olsun Azərbaycanın görkəmli oglu Rəsul Quliyevə!
Mən əminəm ki,O xalqının azadlıgının,pozulmuş hüquqlarının bərpa edilməsində və Azərbaycanın xoş gələcəyi ugrunda öz gücünü əsirgəmiyəcək!
Biz də Rəsul Quliyevin tutdugu bu yolda dəstək olmalı və var gücümüzlə bu mübarizə ugrunda şalışmalıyıq!
allah xeyir etsin
Hammini salamlayiram, beli Resul beyin görüsleri cox vacibli görüsler oldu, bu klan qorxsun,qorxsun onun ücün ki sonu gelib artiq bütün xalq ister ölkeden kenarda yasayanlar istersede ölke daxilinde yasayanlarin hammisi Resul Quliyevin yaninda olduqlarini onu desteklediklerini birdaha tesdiq elediler ve Resul beyin Berlin görüsü bu dirnaq arasi hakimiyyeti tesvise salib …
Resul bey Almaniyanin bir cox seherlerinde isteyib amma sizin görüse gele bilmeyen bir cox genclerimiz oldu onlar size coxlu salamlar gönderdiler ve müqavimet herekatinin qedemleri ugurlu olsun dediler (gerekerse isimleri soy isimleri ile tesdiq ede bilerem).