Yanvarın 21, 2012 – Rəsul Quliyevin Berlindəki Konfransdakı Çıxışının 3-cü hissə

Yanvarın 21, 2012 — Rəsul Quliyevin Berlində Azərbaycan Xalqının Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərakatının Avropa Konfransında Çıxışı – 3-cü Hissə

January 21, 2012 — Rasul Guliyev‘s Speech at the European Conference of Azerbaijan People’s Resistance Movement for Democratic Society held in Berlin, Germany – Part 3

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

13 Cavab to “Yanvarın 21, 2012 – Rəsul Quliyevin Berlindəki Konfransdakı Çıxışının 3-cü hissə”

  1. Rəsul müəllim,çox gözəl məntiqli və izahlı çıxışlarınızdan adam dogrudan da həzz alır.Belə çıxışlar vacibdir çünki ləkəli və şübhəli beyinlərdə aydınlıq yaradır.

  2. Sizin cixislara baxdim, eslinde Siz yeni bir fikir soyleye bilmediniz. Size bir nece sualim var. 1.Eger Siz olkenin musteqilliyine ses vermedinizse, MDB ve ateskesle bagli imzalara bir basa mesul ve ya loyal munasibet besledinizse bu hal gelecek siyasi addimlarinizi neticesiz etmirmi? 2. Siz siyasi fealiyyetinizde yalniz naxcivanlilara esaslanirsinizsa, eliyevlerden ne ferqiniz var (hesab edirem ki, meni duzgun basa duseceksiniz, oradan coxlu ziyalilar cixsada yaninizda oncaq siyasetden basi cixmayan ve ya sexsi maraqlara ustunluk verenler cemlesib)?? 3. Siz hamini laga qoyur, milleti BADBAXT adlandirirsiniz ve muxalifet quvvelerini redd edirsiniz bunlarin siyasetle bir elagesi varmi? 4. Niye vetenine donmekden qorxursunuz? 5. Niye Cenubi Azerbaycan meselesine Iran mollalari kimi yanasirsiniz? Ne ucun Berlinde asagi ranqli adamlarla gorusunuzde rus diline ustunluk verdiniz?? Menim movgemi diger serhcilerle yanasi qoyub suallarima cavabinizi onceden minnetdarliq hissi ile qarsilayiram. Inanmaq isterdim ki, bele olacaq!!!!

    • Samir “bedbext” sözünün menasi “bexti qara” demekdir. Bexti qara olmasaydik torpaqlarimiz Rusiya, Iran, Gürcüstan ve ermenistan terefinden ishxal olunmazdi. Senin burda özünü “agilli”oldugunu reklam ederek “amerika” acmagin yersizdir. Men 10 ildir Almaniyada yashayiram , amma burda tercümeci olan bir Azerbaycanli taniyiram oda 1-il Azerbaycanin Almaniyadaki sefirliyinde ishleyir sonra 1-il müxalifetci olur ve nece illerdir bele davam edir. Indi sizce Resul Quliyev Bundestaqin teputatlari ile görüshlerde ona tercümeci kimi nece güvene bilerdi? Birde yuxaridaki Aydin beyin müsahibesini diqqetle oxuyun, eger diqqetle oxuya bilsen inaniram ki burda hamidan üzr isteyeceksen.

      • Hatəm bəy,fikirləşitsən ki,Samir bədbəxt sözünün mənasını başa düşə bilmir?Yox bunu başa düşür və özü də bu soz onun çestinə bərk toxunub.Sədacə başa düşə bilmir ki,biz bədbəxtik amma o bədbəxtin bədbəxtidir ki,deyilən sözlərdən də nəticə çıxara bilmir.Əgər özünü agıllı bilirsənsə ay bədbəxt məntiqli suallar ver və Rəsul müllimdən soruş ki,millətimizi necə edək ag günə çıxardaq? Necə edək Ki, millətdə birlik yaradaq?Necə edək ki,biri-birimizə dəyərli,agayana baxaq?Necə edə ki,biri-birimizdə qara ləkə axtarmayaq?Necə edək ki,millət,xaılq yolunda yumruq kimi bir olub bir məqsədə çataq?Bax bunların yollarını tapıb bu milləti bir etsək bu millət “Bədbəxt”olarmı?
        Yoxsa həyatda hamının səhvi var,lap belə dahilərin də.Millət qara gündədir,biz biri-birimizin keçmişində ləkə axtarmaga çalışırıqsa bu minvalla nə edə bilərik?Yoxsa kişiliyi,
        qeyrəti olan insan su bulandırmaz,gic-gici suallarla adamın nervilərini oynatmaz!

  3. Hörmətli Rəsul müəllim. Mən sizin yenidən aktivləşməyinizi və ciddi bəyanatlar verməyinizi, Berlində konfrans təşkil etməyinizi hər zaman dəstəkləmişəm və dəstəkləyirəm. Çox ciddi addımlar atırsınız. Amma bir şeyi anlamıram ki, siz “millət niyə özündən razıdır”, “millət niyə ayağa qalxmır” və sair deyib, azərbaycanlıları ittiham etməklə nəyə nail olmaq istəyirsiniz. Axı, hörmətli Rəsul müəllim, Azərbaycan xalqı ayağa qalxanda, özünə Elçibəy kimi milli insanı prezident seçəndə siz və Sürət Hüseynovun qismində digərləri birləşib xalqın prezidentinin əvəzinə Heydər Əliyevi hakimiyyətə gətirdiniz. Onda da məhz sizlərdə pul olduğuna görə, tamahkarlrdan da yararlanıb qarşıdurma yaratmaq mümkün oldu…
    Azərbaycanda 8-nəfərdən biri qaçqındır, təkcə 1991-93-cü illərdə 20 min insan şəhid olub. 100 min əlil var. 100… min gənc bu gün sərhəd də və döyüş bölgəsində erməni silahlılarıyla üz-zə dayanıb və sair. Bu o deməkdir ki, Azərbaycanda az qala hər ailə müharibədən zərbə alıb. İndi də insanların evləri başlarına uçurulur, min-bir zillət içində yaşayır və sair. İnsanlar indi nəinki çörəklə, ev-eşiklə, həbsə atılmaqla sınağa çəkilib susdurulur. Bunun da əsas səbəbi Əliyevlərin hakimiyyətə gəlməsi və rejim yaratmasıdır. O da qeyd etdiyim kimi sizlərin dəstəyilə oldu. İndi deyin görüm, bu xalq neyləməlidir və kimin kimi ittiham etməyə daha çox haqqı var?

    • Mən sizin yazıdan belə başa düşdüm ki, sizin 1992-93-cü illərdə baş verən hadisələrdən ya xəbəriniz yoxdur,ya da hansı səbəbdənsə qərəzli mövqe tutmusunuz. İzah edirəm.1993-cü ilin mayında mən Əbülfəz bəyin razılığı ilə baş nazirin müavini təyin olmuşam.15 gündən sonra mütləq mənada mənim xəbərim olmadan Gəncə hadisələri baş verib.Əgər əvvəldən bu barədə mənimlə məsləhətləşsəydilər bu hadisələrin qarşısını almağa gücüm catardı. Çünki onlardan fərqli olaraq kifayət qədər təcrübəli idim. Bir neçə gündən sonra Əbülfəz bəy öz komandası ilə məndən xahiş ediblər ki, H.Əliyevin arxasınca Naxçıvana gedim.Çünki onlar Surətin 100 nəfərlik qoşunu və 3 tankının qarşısına qoymağa güc tapa bilmirdilər. Müdafiə nazirləri qaçıb itmişdi.Mütəllibovun hakimiyyətə qayıtmaq şansı çox yuxarı idi.Mütəllibov həm də leqitim idi.Təəssüf ki,Əbülfəz bəyin Kələkiyə getməsindən də mənim xəbərim olmayıb,bilsəydim çalışardım getməsin.1993-cü ildə Azərbaycan xalqı siz də iştirak etməklə 90 faiz səslə cənab Əliyevi prezident seçdi. Əgər yadınızdadırsa. Əksinə H.Əliyev rejiminin formalaşmasına müqavimət göstərən 3 il mən olmuşam müxalifət yox.Soruşursunuz indi bu xalq nə etməlidir.İlk növbədə xalq araşdırmamış, hansısa səbəbdən obyektivliyini itirməməlidir. İkincisi sizin yaxşı ideyalarınız varsa bir neçəsini söyləyin və xalqa yol göstərin,mən bildiklərimi artıq demişəm.

  4. Bu dəqiqə Azərbaycan böhran dövrünü yaşayır.Kasıbçılıq artıq son həddə çatıb.Konstutisiyamız sadəcə kagız üzərindədir və son vaxtlarda da hakimiyyete uygun deyisikliklər edilir.
    İnsanların hüquqları kopudcasına pozulur desək azdır, onların hüquqlarına vəhşicəsinə təcavüz edilir.
    Dünən Hakimiyyətin əleyhinə müxalifət adı ilə çıxış edib söyənlər,bu gün hər hansı bir vasitə ilə deputat kreslosunda oturub Hakimiyyəti tərifləyir.(M.Hüseynovun qırmızı pərdə arxasındakı dediyi su məsələsi)
    Danışanda agzımıza “çullu dovşan” yerləşmir,hamımız xalqdan,qeyrətdən,demokratiyadan,insanlıqdan,kişilikdən danışırıq.
    Siyasi Müxalifət partiyalarının hərəsinə bir damga vururuq,bu pisdir,
    bu satılıb və sair.40-dan çox müxalifət partiyaları var amma ümumilikdə cəmisi YAP qədər üzvü yoxur.Bəs hanı acından ölən,hüquqları pozulan bu
    qeyrətli millət?5-6 nəfər bir yerdə oturub sual-cavab edəndə,nə danışırsan adamı öldürərlər,başını kəsərlər,asarlar,tutarlar sözlərindən başqa heç nə eşidə bilməzsən.O zaman acından öl,hüquqların pozulursa sus,
    səsini çıxarma,imdad deyə qışqır qoy Amerika gəlib sənə kömək eləsin!
    Millətin artıq son nəfəsidir,indi Rəsul Quliyev millətin bu halına yanaraq siyasi arenaya atılıb mllətinə kömək etmək istəyir,lakin milli şüuru olmayan bir gədə də,guya özünü agıllı sayıb millətini düşünən də
    savadsızı da Rəsul Quliyevdə ləkə axtarır,onun keçmişini arayır,minbir şərşəbata ilə agzına gələni danışır.Biri deyir Naxçıvan klanı,biri deyir H.Əliyevi Hakimiyyətə gətirən,kimisi deyir İqtidarın adamı və sair.
    İndi gəlin görək bu Naxçıvan klanı dediyimiz adamlar kimlərdir?İnsan haqları əsasən hansı orqanlart ərəfindən pozulur,Ədliyyə Naziri Fikrət Məmmədov,Baş Prokuror Zakir Qaralov,Daxili İşlər Naziri Ramil Usubov,Apellasiya Məhkəməsinin sədri İman və digər məhkəmə orqanlarında isə hər regiondan var,məgər bunlar Naxçıvanlılardır?Lap tutalım ki,5-10
    nəfər Naçıvanlı da var,amma bunun nə fərqi varki?Amma əslində isə Naxçıvanlılar qədər zülm çəkən də yoxdur.Ayıbdır belə dar düşüncə ilə milləti regionlara bölüb parçalamaq.Belə olan halda Resublikanın 70 faizi Naxçıvan,Ermənistanlılardr və səs çoxlugunda heç o zaman Azərbaycanın digər regionlarına ehtiyac da yoxdur.Amma belə olarmı,milləti parçalamaga bizim mənəvi hüququmuz varmı?
    Bu Hakimiyyətin kimlər tərəfindən idarə olunmasını Dahi Ziyalımız Rüstəm İbrahimbəyov axı bizə anlatdı.
    İkinci,məgər yadımızdan çıxıbmı Azərbaycanın agır,acınacaqlı,QARABAGIMIZI itirdiyimiz günləri?İldə bir dəfə Prezident dəyişirdik,hansı nəsə yaratdı və biz mane olduq? H.Əliyevi mən də
    dəstəkləmişdim.Amma kim inana bilərdi ki,H.Əliyev belə bir Hakimiyyət
    quracaqdı?Məgər bu H.Əliyevi dəstəkləyənlərin suçudur?İndi əksəriyyəti
    həbxanalarda,kimisi işsiz,kimisi siyasi qaçqın,elə biri də Rəsul Quliyev.
    Bilirsiniz gərək sual verəndə gərək məntiqlə,düşüncə ilə sual verəsən,fikirləşəsən!İndi gəlin görək Rəsul Quliyev necə ola bilər İqtidarın adamı və yaxud hansısa Klanın üzvü?16 il il evindən-eşiyindən,Vətənindən didərgin salınan bir adam bu Hakimiyyətin adamı ola bilərmi?Mən xalqını sevən, onun bu güngkü agır gününə yanmaq istəyən bütün agıllı,dərrakalı adamlarına üz tutub rica edirəm,gəlin qurtaraq bu dedi-qoduları,bəzi agzı göyçək vicdanını pula satan nadanların sözlərinə uymayaq,hətta yeri gəlsə onları ifşa edək,düz yola çəkək!Azı bizim bir məqsədimiz var o da yumruq kimi bir olub xalqımızı bu odun-alovun içərisindən,bu faciələrdən çıxarıb azad edək!Yoxsa belə dedi-qodulara uysaq,o zaman nəinki regionla tayfalara bölünməli olacagıq!
    Ayılın,bəsdirin biri-birimizə qara ləkə yaxdıgımız artıq yetər!

  5. Aydın müəllim fikirləriniz çox məntiqli və tutarlıdır.. Bizim tarixən ən böyük problemimiz parçalanmaq olub Ele bu səbəbdəndir ki bu veziyetdeyik….İtirilmiş nə qədər torpaq…korrupsiyalaşmış rejim kölə vəziyətinə salınmış bir xalq və daha nələr-nələr…bəziləri Rəsul müellimin ”Bədbəxt” sözünə irad tuturlar….hemin şexslere demek isderdim ki bu qeder yer altı sərvətlərimiz olmasina rameən ondan heç nə dada bilməyən yaşadığı ölkədə məscidlərin sökülməsinə göz yuman və XALQIN pulları hesabına kimlərinsə Avropada özlərini reklam etmək məqsədi ilə miliyonları kilisələrin təmirinə xəcləməsinə səsini çıxarda bilməyən bir xalq sizcə BƏDBƏXT deyildə nədir……Azərbaycanın bu günçü acınacaqlı vəziyətini görməmək üçün sadecə kor yox həmçinin karda olmaq gərəkdir…Adını vətənpərvər qoyub Rasul Quliyevi itiham edenlərə demək isdərəm ki buyurun gizləndiyiniz yuvalarınızda çıxın eşiyə və öz proqramınızı irəli sürün bəlkə xalq sizi dəsdəklədi onda heç Rasul Quliyevədə ehtiyac qalmaz …Eyer bunu edə bilməyəcəksinisə Onda edənləri boş və mənasız sullarınızla yorub vaxtlarını almayın……..

  6. Bizi belə boş,mənasız sözlər yolumuzdan sapdıra və ruhdan sala bilməz.
    Hadı Vətən ogulları işimizdə olaq!

  7. Prezidentimiz Davosda çıxış edərək Şərqdə ilk demokratik respublika məhz Azərbaycanda 1918-ci ildə yaradılmasından,Respublikada dövlət quruculuğu, demokratiyanın təmin olunması, siyasi-iqtisadi sahələrdə görülən işlərə, ictimai-siyasi sabitlik və digər məsələlərdən danışdı.
    100-dən artıq ölkələrin keçirdiyi toplantıda heç olmasa bir nəfər demokrat durub demədi ki,Ay qardaş bəs ilk müstəqil demokrat dövlətini kim yaratdı,heç olmasa hər rayonda,hər parkda,hər şəhərdə yox,heç olmasa şəhərin bir küncündə o Dahiyə heykəl yox 2-3 kv.metrlik yerdə bir büst qoyardınız.Və yaxud millətin acından ölür,hər gün sənin yaratdıgın qanunlarla hüquqlarla pozulur.Və yaxud hansı ictimai-siyasi sabitlikdən söhbət gedə bilər ki,millətə “düşmən”damgası vurub didərgin salıbsınız,həbsxanalarda çürüdürsünüz.Və yaxud demədilər ki.gördüyünüz işlər park,yol,özünüz üçün şəxsi otellər,mülklərdirsə ornda da “QARA ULLARINIZI”yumusunuz.Heç olmasa biri demədi ki,1918-ci ildə ilk demokratik dövləti yaradanın “ruhu”adamdan soruşa bilər ki,a bala mən bu dövləti ona görə qurdum ki,Siz xalqın varidatını talayıb,onu ac-yalavac axlayıb,özünü də qul edəsiniz!Hanı bəs bu dediyin bu gurultulu demokratiya?Vallah adam fikirləşir ki,ya bu demokratların Azərbaycandan xəbəri yoxdur,ya da ki………..

  8. Mən nöqtələr qoydum ki,sonrasını Siz oxucular yazsın,amma görürəm ki,səsiniz gəlmədi.Odur ki,özüm yaziram.
    Ya da ki….bu çıxışı yazıb hazırlayanlar ya Prezidenti ələ salır,ya da gəlişi gözəl sözlərlə demokratlarları heyrətləndirib məzələnir!

  9. Aydin Shirinov: Man eminlikle soyleyiremki milletin demokratiyadan anlayishi yohtur. Daha dogru desem Demokratiyanin derinnen ve demokratik cemiyyet ne formada oldugunu ,demokratik cemiyette hayat surmeylerni bilmirler ve indiki hakimiyetle cox normal xaldi nece ve hardan bilsinler? 6 yashinda ushag 1 sinife gederken bilirki ,müallime pul ve hadiye vermek lazimdi yohsa giymetleri yazilamz! mektebe gurtaran kimi eskerlikden can gurtarmagin ne geder pul lazim oldugunu eskerlik cagirishnan gabag hatta bilirler! telebeler olsalar oda pulnan! polisden yaha gurtarmagin (yol polisinnen) ickili veziyette, gaza veziyettinnen tutmush , stop znakinda durmamaglarina geder giymetleri bililler cox yoh 1 ili mashin suren suruculer! pulun yohdusa yihil öl yada ged olkeden lozunglarida bizdere tanishdir! Demokratik cemiyyet gurmag butun olkeler ucun catindi ve helede 100% demokratiya hec yerde yohtur, ama yuhari ashagi dereceleri var! Azerbaijanda 0 derecededir, ve gelin birlikde siyasetci ve ya alimde olmasag , en azinnan xaricde olan,Demokratik cemiyetlerde yashayan,demokratik cemiyette hayat süren insanlarnan birlikde el ela tutub öz demokratik cemiyetimizi formalashdirag ve yaxin gelecekde öz isteklerimizi ireli surmekle , vetenimizde demokratik seckiler kecirilmesine nail olag! bu tek manim yoh hamimizin arzusu olmalidir!

    • Hörmətli Farid Aliyev,Demokratiya haqqında 150 min işarə var və bu haqda
      dünya Dahiləri müxtəlif fikirlər söyləyib. “demokratiya” anlayışı müxtəlif dövrlərdə, müxtəlif yerlərdə və müxtəlif insanlar üçün tamamilə müxtəlif mənalar ifadə edib. Və bu gün demokratik ölkələr adlandırdığımız – ABŞ, Böyük Britaniya, Fransa, Norveç, Avstraliya və digər bir çox ölkələrdəki “demokratiya” nə dərəcədə demokratikdir?
      Demokratiya (demos – xalq, kratos – hakimiyyət) yunan sözüdür, “Xalq hakimiyyəti” və ya xalq idarəetməsi deməkdir. Demokratiya 200 il bundan əvvəl Amerika Birləşmiş Ştatlarında doğulub.
      Avraam Linkolnun (ABŞ-ın prezidenti) dediyinə görə demokratiya xalq tərəfindən həyata keçirilən, xalqın xatirinə xalq idarəetmə üsuludur.
      Dahi Политолог Robert A. Dahl Demokratiya nə üçün lazımdır?
      1. Səmərəli iştirak.
      2. Səsvermədə bərabərlik.
      3. Məlumatlılığa əsaslanan dərketmə.
      4. Gündəliyə nəzarətin həyata keçirilməsi.
      5. Yetkinlik yaşına çatanların iştirakı.
      . Demokratiya
      Demokratiyanın üstün cəhətlərinə aiddir:
      1. Tiraniyadan qurtulma.
      2. Əsas hüquq və azadlıqlara riayət etmə.
      3. Şəxsi toxunulmazlıq hüququ.
      4. Öz müqəddəratını təyin etmə.
      5. Mənəvi muxtariyyət.
      6. Şəxsiyyətin inkişaf etmə imkanları.
      7. Şəxsiyyətin təməl mənafelərinin qorunması.
      8. Siyasi bərabərlik.
      Bunlardan əlavə, müasir demokratiyalar nəzərdə tutur:
      9. Sülhə can atma.
      10. Firavan yaşama.
      Demokratiyanın növləri çoxdur,lakin Dahi Aristotelin təbirincə desək hələlik bizə birinci növü lazımdır:
      * Demokratiyanın birinci növü bərabərlikdir. Bərabərlik demokratiyanın bu növü üçün əsas qanun olub nə kasıblara, nə də varlılara hər hansı bir üstünlük vermir; ali hakimiyyət nə onun, nə də o birinin əlində toplanır, hər ikisi bərabərdir. Əgər azadlıq və bərabərlik demokratiyanın mühüm əlamətləridirsə, bu özünü onda göstərə bilər ki, dövlətin idarə olunmasında hamı mütləq iştirak etsin. Xalq demokratiyada çoxluqda qaldığından və onun qərarları həlledici olduğundan, belə dövlət quruluşu demokratikdir. Bu, demokratiyanın bir növüdür”…

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: