Qarabağ: Müqavimətsizlikdən Doğan Faciə – 4-cü Kitab, 1-ci hissə

1-ci hissə

Kommunist Partiyasının 1956-cı ildə keçirilən və Stalinin şəxsiyyətə pərəstişliyini ifşa edən XX qurultayı rejimin bundan sonrakı idarəçilik mexanizminin formaları barədə heç bir qərar qəbul etmədi. Böyük ehtimalla, bu, total repressiyadan başqa idarəçilik üsulu tanımamaları ilə bağlıydı. Kommunist Partiyası liderlərinin dərin analizə  söykənməyən zərərli iqtisadi islahatları, həmçinin olduqca baha başa gələn kütləvi silahlanma və kosmosu fəthetmə siyasəti bolşevik diktaturasının yaratdığı rəzil imperiyanın dağılması prosesinə start verdi.

Bu imperiyanın dağılmasında isə, həqiqətən, Nikita Xruşşovun müstəsna rolu oldu. Sovetlərin 1991-ci ilin dekabr hadisələri ilə yekunlaşan dağılma prosesinin təməlini məhz o, 1956-cı ildə qoydu. Bu tarixdən etibarən, diktatura rejimlərinin əksəriyyətinə xas olan «diktatoru təriflə və işini gör» prinsipi bütün gücü ilə işə düşdü. Piramida şəkilli idarəcilikdə yuxarıdan aşağıya doğru hər pillədə oturana xalqdan nəsə qoparmaq imkanı verən mexanizm 1960-cı illərdən sürətlə inkişafa başladı. 1964-cü ilin əvvəllərində buraxdığı “səhvlər”in kommunist rejiminin iflasıyla qurtaracağını anlayan Xruşşov, yenidən Stalinin repressiya idarəçiliyini bərpa etməyə cəhd göstərdi. Ancaq artıq gec idi, necə deyərlər, «cin şüşədən çıxmışdı»…

Həmişəki kimi, Azərbaycan “yeni siyasət”in avanqardı idi. Rüşvətalma səviyyəsinə görə, respublika ilk yerlərdən birini tuturdu. 1965-ci ildən Tibb İnstitutu və Dövlət Univeristetinin prestijli fakültələrinə (müalicə işi, hüquq, şərqşünaslıq, jurnalistika və sair) ancaq 50 faizə yaxın abituriyent öz savadı ilə daxil ola bilirdi. Yerdə qalan 50 faiz tanışlıq və rüşvətlə qəbul olunurdu. Bir tərəfdən də talon sisteminin ləğvi, gündəlik tələbat mallarının defisit olması ticarət sektorunda korrupsiyanın dərin kök salaraq, xərçəng xəstəliyi kimi, inkişaf etməsinə gətirib çıxarmışdı. Kiçik mağaza müdirləri cəmiyyətdə müəllimdən, alimdən qat-qat hörmətli şəxsiyyətə çevrilirdilər. 1917-ci il inqilabını etmiş proletariat özünün hansı sinfə aid olduğunu deməyə artıq utanırdı. Proletariatın avanqardı sayılan mühəndislər üçün çoxlu lətifələr uydurulmuşdu.

Çexoslovakiyada baş vermiş hadisələr öz ölkələrində camaatın əhval-ruhiyyəsindən xəbəri olan Sovet liderlərini əməlli-başlı təşvişə salmışdı. Hətta, istənilən problemi dramatikləşdirməyin əleyhinə olan, hadisələri sadə üsullarla yoluna qoymaqda ustalaşmış Leonid Brejnev də Çexoslovakiya ziyalılarının “2000 söz” adlandırdıqları xalqa müraciətinin verdiyi əks-sədanın dərin təsiri altında idi. 1956-cı ildə Macarıstan inqilabçılarının darmadağın edilməsində xüsusi rolu olmuş SSRİ-nin o vaxtkı səfiri, daha sonra MK katibi, 1967-ci ilin iyunundan «KQB»-nin (SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) dünyada məşhur adı. Bundan əvvəlki hissələrdə və sonra KQB formasında verilib – R.B.) sədri olan Yuri Andropovun  «Başqa cür düşünənlərin xalqın ürəyindən olan bir sözünün qəhrəmanlıq effektinin qarşısını bizim 1000 tankın tırtıllarının yaratdığı gurultunun qorxusu ala bilmir, Leonid İliç» –  sözlərinə, əsasən, «sən»lə danışan Brejnev «Bəs nə etməliyik, Yura, bu proseslər bir gün bizə də gəlib çıxar. Çexlər sovet adamlarından azı iki dəfə yaxşı yaşayırlar, ancaq ayağa qalxdılar…» – deyə, münasibət bildirmişdi…

 

 

 

Leonid Brejnevin sakit, içki məclislərində sərxoş olub kobud lətifələr danışmayan, ağıllı Andropovdan xoşu gəlirdi. Ancaq ətrafında olan Siyasi Büronun savadsız üzvlərinin, həmişə ciddi və az danışan Andropovdan zəhlələrinin getdiyini də yaxşı bilirdi. Andropov şəxsi söhbətlərində korrupsiya və rüşvətin qarşısı alınmasa, ilk proletariat diktaturası yaratmış ölkənin gələcəyinin olmadığını konkret faktlarla sübuta yetirirdi. O, «rejimin əleyhinə olan bir ağıllı dissidentin camaata təsirini bizim 10 min təbliğatçının işi kompensasiya edə bilməz» – fikrini Brejnevə qəbul etdirə bilmişdi.

Xaraktercə həddən artıq qorxaq, ancaq, bic adam olan Andropov söhbəti elə aparırdı ki, Brejnev onun fikirlərini özününkü kimi qəbul edirdi. Xruşşovun laxlatdığı, ancaq «nə qədər ki, gec deyil, boltları saxlayan qaykaları sıxmaq», prinsipcə, qismən “stalinizm”i bərpa etmək ideyası ürəyindən olmasa da, Baş Katibin diqqətini cəlb edirdi. Artıq 1967-ci ildə Brejnev onun və rejimin qorunub saxlanılmasında Andropovun mühüm rol oynaya biləcəyinə ümid edirdi…

Brejnev kifayət qədər hiyləgər siyasətci idi. 1964-cü ildə hakimiyyətə gələndə, dövlət çevrilişinin aktiv iştirakçısı Nikolay Podqornunu ikinci katib təyin etmişdilər. Nikolay Podqornu özünü ondan kifayət qədər ağıllı hesab edirdi və tezliklə Baş Katib olacağına əmin idi. Brejnev MK katibi Şelepinlə əlbir olub, Podqornunun Xarkovda katib olan vaxt apardığı siyasəti darmadağın edən məqalə yazılmasını təşkil etdilər. Podqornu isə bunun əvəzində, Bakıda səfərdə olarkən, çıxışında MK-nin düzgün siyasət aparmadığı barədə cümlələr işlətdi. Podqornu Siyasi Büro üzvləri arasında hətta Kosıgindən də liberal idi. Ona görə də Kosıgin onu dəstəkləyirdi. Suslovun iştirakı və köməyi ilə Brejnev Podqornunu MK-dən uzaqlaşdıra bildi. Ali Sovetin sədri olandan sonra Podqornu bu dəfə Kosıginin yerinə keçmək üçün cəhdlər etməyə başladı. Liberal Podqornu, təbii ki, Andropovun tam əleyhinə idi. Tək o yox, stalinizmin əleyhdarları olan MK katibləri Mixail Suslovla Boris Ponomaryovun da Andropovdan zəhlələri gedirdi.

Brejnev MK və Siyasi Büroda (baxmayaraq ki, Siyasi Büro onun əlində idi) Andropova qarşı olan qüvvələri neytrallaşdırmaq üçün yollar axtarırdı. Nəhayət, bu yol tapıldı. Brejnevin Andropovu MK-dən uzaqlaşdırıb KQB-yə sədr qoymaq təklifini Siyasi Büro üzvləri normal qəbul etdilər

İmperiyanın tarixində Beriyadan başqa, hələ heç kim KQB-dən geriyə – MK və ya Nazirlər Sovetinə yüksək vəzifəyə qayıda bilməmişdi. Artıq Kosıginlə də körpüləri yandırmış Podqornu onun əleyhinə olsa da, səsini çıxartmadı. Podqornudan sonra növbə artıq işini görmüş, ambisiyalı Şelepinə çatdı. O da 1967-ci ildə MK-dən uzaqlaşdırıldı. Həmin ildən Brejnev artıq alternativsiz lider idi. Stalinə mütləq diktator olması üçün 10, Xruşşova 5, bir çoxlarının ağılsız hesab etdiyi Brejnevə isə cəmi 3 il kifayət etdi…

KQB-yə təyinatı zamanı Brejnev Kosıginə «Aleksey, bizim MK katibinin Sizin layiqli işçiniz olacağına inanırıq. KQB Nazirlər Sovetinin nəzdnindədir, Siz də sədrsiniz» – deyərkən, Kosıgin gülümsəmiş, ürəyində isə «ay bicəngə Lyonya, KQB nə vaxtdan birinci şəxsdən başqa kiməsə tabe olub?» – deyə, düşünmüşdü.

Brejnev plenumda Andropovun Siyasi Büro üzvlüyünə namizəd seçilməsinin də vacibliyini qeyd edəndə, Kirilenko və Podqornunun kefi pozuldu. Həmin Siyasi Büro iclasında Andropova müavin olaraq, Azərbaycan KGB-nin sədri Semyon Sviqunun da məsələsinə baxıldı və təsdiqləndi.

Bu iki fiqurun – Andropov və Sviqunun Azərbaycan xalqının tarixində oynadıqları neqativ rolun real mənzərəsini vermək bu gün də çox çətindir…

Tarixi Arayış

Semyon Sviqun. Brejnev kimi, Ukraynada anadan olub. II Dünya Müharibəsinin iştirakçısı. Müharibədən sonra Moldova və Tacikistan respublikalarının KQB-lərində müavin və sədr vəzifələrində işləyib. 1963-1967-ci illərdə Azərbaycan KQB-nin sədri, 1967-1982-ci illərdə SSRİ KQB-si sədrinin 1-ci müavini vəzifəsində işləyib. Burada əsas işi hərbi kəşfiyyat və ideoloji təxribatlara qarşı idarələrə başçılıq etmək olub. SSRİ-də dissident hərəkatına qarşı ən amansız mübarizə aparan şəxs, intriqa ustası kimi tanınıb.


 

 

 

 

Odessada pedaqoji institutun tarix fakültəsini qurtaran Sviqun 1939-cu ilə qədər müəllim və məktəb direktoru işləyib. Moldova və Tacikistanda işlədiyi illər onun ukraynalı mentalında müəyyən dəyişikliklər edə bilmişdi. Tutduğu vəzifədən asılı olmayaraq, təbii qonaqpərvərliyi ilə seçilən açıqürəkli, bir qədər də çılğın moldovalılardan sonra tam fərqli Tacikistanda işləyən Sviqun, burada itaətkar qulluqçuluq «qonaqpərvərliyi» ilə rastlaşdı. Ölkənin ziyalı sayılan təbəqəsinin ucdantutma açıq, ikrah doğuran yaltaqlığı, Moskvadan göndərilmiş “xozeyin”in xoşuna gəlmək üçün canfəşanlıq etməsi onda o qədər də xoş əhval-ruhiyyə yaratmırdı…

Azərbaycana gələn Sviqunun elə ilk şəxsi görüşdən Heydər Əliyevdən xoşu gəldi.

– Kolleqa, buyur, əyləş, – deyən Sviqunun çoxmənalı gülüşu və diqqətlə Əliyevə baxması onu bir qədər təşvişə saldı. Düşündü ki, KGB-nin ovaxtkı sədri Semiçastnı, yəqin, onun 50-ci illərin ortalarında törətdiyi məişət pozğunluğu əməllərindən danışıb. Ancaq Sviqunun sonradan söylədiyi “bizim hər ikimiz tarixçiyik, koleqa” cümləsi onu sakitləşdirdi, təbəssümü bütün sifətini tutdu.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

12 Cavab to “Qarabağ: Müqavimətsizlikdən Doğan Faciə – 4-cü Kitab, 1-ci hissə”

  1. Cefengiyyat ve fikirler ile dahi sexsiyyete leke vurmaq bu nadanliqdir.Vaxti ile siz hemin siyaset bulaqin suyunu icerek yuksek vezifelere addim atmisiniz.

  2. Ən çox o siyasətçi uğur qazanır ki, bütün düşündüklərini tez-tez və digərlərindən ucadan deyir.
    Teodor Ruzvelt

  3. Yap adi ile yazanin terzinden mügenniye cox benzeyir. Amma niye narahat olur basha düshe bilmedim. Mügenniler ücün Yap-in qapisi hemishe aciq olub ve hal hazirda da eledir.
    Sizin dahiniz heyatinin ekser hissesini MTN-de calishib. Bu idarede ireli getmek ücün Sovetler Ittifaqina nece xidmet etmek lazim oldugu hamimiza melumdur. Sizin dahi adlandirdiginiz shexs bunun öhdesinden nece gelmish ki, yegane Azerbaycan vetandashi olaraq o vaxtki SSRI-da ikinci shexs sayilacaq qeder yüksek vezifeye qalxmagi bacarib. Ömrünün sonuna qeder de andina sadiq qala bilib.
    Ancaq bundan ferqli olaraq Resul Quliyev bir peshekar iqdisadci kimi yüksek vezifeye layiq görülmüsh ve öz ishcilerinin heyat seviyyesini kecmish Sovetler Ittifaqina daxil olan respublikalar arasinda en yüksek seviyyeye catdirmagi bacarmishdir.

    Ona göre ezizim Yapa üzv olmaq ücün agziniza geleni deyil, agliniza geleni yazin. Biz sizleride anlamagi bacaririq!

  4. Bir ölkə, yarı qul, yarı azad insanlardan meydana gəlsə yaşaya bilməz.

    Kimsə kimsəni razılığı olmadan idarə edə bilməz.

    Ya azad bir millət olaraq yaşayaq ya da ölək.
    Avraam Linkoln

  5. Rusiyada Böyük Balet Teatrının məşhur rəqqasəsi Anastasiya Voloçkova üzv olduğu Vahid Rusiya partiyasını tərk edərək müxalifətə qoşulub.
    Balerina baş nazir Putinin partiyasından istefa verməsinin səbəbini belə izah edib: “Vahid Rusiya partiya deyil, cinayətkar şəbəkədir. Partiyaya üzv olarkən bunun fərqində deyildim”.Bax budur xalqının acı taleyinə yanmaq.Yoxsa YAP-ın artistləri,mügənniləri kimi düşüncəsiz halda “yamaq”
    olmaq özü biabırçılıqdır.

  6. “Ölkədə həqiqi ziyalılar var. Onlar Azərbaycan ədəbiyyatı, elmi, incəsənəti, təhsili və digər sahələrin inkişafında iştirak edirlər. Bir qrup adam var ki, bunlar vaxtilə Azərbaycanın qlobal problemləri olan dövrdə ölkəni qoyub qaçan, Azərbaycan haqqında bir dənə də olsun dəyərli məqalə verməyən insanlardır”, deyən- YAP rəsmisi Siyavuş Novruzov hələ bilmir ki,ZİYALI nə deməkdir.O elə bilirki Ziyalı təkcə kitab yazmalıdır.
    Onu da başa düşmür ki,onlar qaçmayıb,onlar Hakimiyyətin haqsızlıqlarına
    dözməyib xalqını bu yaramaz böhrandan xilas olmaga çalışırlar.
    Erməniyə qarşı mübarizə aparan yazı yazmamaqda da Ziyalıları
    suçlayan S.Novruzov görəsən başa düşürmü ki,üzvü oldugu bu Hakimiyyət
    18 ildir Qarabag məsələsini həll etmək əvəzinə onun çözülməsini daha da
    əngəlləyiblər,çünki başları xalqın varidatını talamaga qarışıb.Xalqı zəlil,yoxsul vəziyyətə salıblar.
    Hamımız Ziyalılarımızı qorumalıyıq,dəstəkləməliyik və onlara şər atanların cavabını verməliyik!

  7. Sohbet Dagliq Qarabagdan gedirse, men Wikipedia adli Ensklopediyada tapdigim faktlari Azerbaijanla baglayaraq chox maraqli neticeye gelmishem, bu faktlar tarixchilerimiz terefinden arashdirilmalidir!
    Chingiz Xanin nevesi Hulaki Xanin bashchiligi altinda Islam Xelifatinin paytaxti olan Bagdad sheherinin istilasi heyata kechirilenden sonra terkibine Butun Cenubi Qafqaz, Iran, Irag, Suriya ve Afganistan daxil olmagla 1259-da paytaxti Maraga, 1265-den Tebriz olan Mongol-Turk Imperyasi olan Ilxanat yaradilmishdir! Turkler choxlug teshkil etdiyine gore bu Imperyani Turkler idare etmishler! Bizim Azeri Turkleri adlanmamiz eslinde duz deyil, biz Ilxanat Turkleriyik ve bu erazileri artiq 800 (muqayise et: USA cemi 300 ildir ki yaradilib ve indi en guclu olkedir!) ildir ki, idare edirik (duzdur erazilerin choxunu itirmishik, lakin, indiye geder Cenubi Qafgazin boyuk bir gismini ve Irani idare eden esasen ele bu Ilxanat Turkleridir!
    Iranin cenubunda yerleshen Shusha (Susa) adli qedim dovlet ve onun eyni adli paytaxti 1218 ilde bu Mongol-Turk goshunlari terefinden mehv edilmishdir ve onun ehalisi Ilxanatin muxtelif erazilerine kochurulmushdur! Chox tarixi ve mentigi gorunur ki, Ilxanatin Cenubi Qafqazda olan Qarabag Xanliginin dagliq erazisinde salinan Shusha kedi Ilxanatin Mongol-Turk goshunlari terefinden dagidilmish ele hemin Shusha olkesininve sheherinin kochkunlerinden ibaret olub! Chunki Shusha adinin Ermenilere hech bir aidiyyeti yoxdur ve qedim Shusha adli dovlete ve onun dini cehetden muqeddes olan paytaxtina aiddir!! Bu onu gosterir ki, Shusha ehli Ilxanat terefinden kochurulmush bir xususi millet olmush ve Russlar bu erazileri ishgal edenden sonra ermenileri bu eraziye kochurerek Shusha Xalgini ermenileshdirmishdir! Azerbaijanin Sheki rayonunun Kish adlanan bir kendi de var! Kish de gedim Shusha kimi eynu erazide yerleshmish Yaxin Shergin gedim sheherlerinden biri olub ve o da Ilxanatin Mongol-Turk goshunlari terefinden dagidilmish ve ehalisi kochurulmushdur!!
    Bu iki Yaxin Sherqin gedim merkezlerinin Azerbaijanda eyni adli kendler sheklinde olmasi, menim bu mentiqi sahubhelerimi tesdiq edir ve Tarixchilerimiz terefinden arashdirilmalidir!!!
    Shusha ve Kish sheherleri evveler Makedonyali Isgender terefinden istila edilmish ve hellinizasiyaya ve onlarin qebul ve inkishaf etdirdiyi xristinlashdirmaga ugramish ve sonralar Erebler terefinden Islamizasiyaya ugrasa da, Shusha-da iri xristian grupu yashaya bilib. Eslinde Shusha milleti Xachperest olmayib, onlarin ozunun xususi dini ve Inshushinak adli allahi olub ki, Shusha adi bu allahin adindan goturulub!Lakin, 1218-de Mongol-Turk qoshunlari terefinden tamamile dagidilarag ehalisi diger
    bolgelere (Cenubi Qafqazin Garabag xanligina) kochurulmushdur. Russ imperyasi Qarabag xanligini alandan sonra ermeniler Shushadan olan Xristian ehalisini Ermenileshdirmeye bashlamishdir. Ermenilerin Azerbaijan erazisinde yashayan diger xalglari ermenileshdirmesinin men ozum shahidi olmusham! Menim atamin dostu olan ve qedim Udin tayfasindan (Qebele rayonunun Nij kendi) olan Ashot Kuraninin arvadi Ermeni idi. Ashot ozu danishirdi ki, Russlar bu yerleri alandan sonra Ermenilerin bir
    qismini bu kede kochurmush ve Udin-leri ermenileshdirmeye bashlamishdi!!! Neinki tekce Nij kendi ermenileshdirilmeye me’ruz galmish, hetta azerbaijanin sefali butov rayonlari da Ermenileshdirilmeye meruz galmishdir! Meselen, indiki Gebeleni adi Qutqashen ve Oguz rayonunun adi Vartashen adli Ermeni toponimleri ile evez olunmushdur! Chox guman ki, Qarabag xanligina kochurulmush Shusha xalqi Ermenileshdirilmeye meruz qalmish ve oz milli xususiyyetlerini itirmishler! Bu onu gosterir ki Dagliq Qarabagin xristian ehalisi Ermeni yox, Monqol-Turkler terefinden kochurulmush Shusha xalqinin bir hissesidir!

  8. Aydındır ki, Heydər Əliyevin Azərbaycan xalqına qarşı torətdiyi cinayyətlər onun yaratdığı quldur,cinayyətkar rejim darma-dağın olduqdan sonra tam ifşa olunacaq.
    Kimse adının mafiyozlarla bir sırada hallanmasını istəməz. Düşünürəm ki, Rəsul Quliyevin bu əsərini oxuyanlar,(şərhlərdən məlumdur ki, rejimin toruna düşənlər də diqqətlə bu əsəri oxuyurlar ) özünde güc tapan qardaş, bacılarımız hər şeyi götür qoy edib, kimin( xalqınınmı yoxsa cinayyətkar rejimin) yanında olacaqlarına qərar verəcəklər.

  9. İlqar Kələntərov Cavabla Fevral 9, 2012 5:58 səhər

    Mən bunların heç birini bilmirdim.Demək uuzun illərdi ki,Azərbaycana cinayətkarlar rəhbərlik eliyirmiş.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: