Hörmətli bloqun oxucuları və Azərbaycandakı acınacaqlı həyatlarından narazı olanlar.
Siz başqa xalqlar kimi azad, rahat,maddi çətinliksiz və övladlarınızın gələcəyinə inam hissi ilə yaşamaq istəyirsinizsə mənə həm mənəvi həm də maddi yardım göstərməlisiniz. Əllbəttə söhbət mənə inananlardan gedir.
Özünüz fikirləşin. Milyardları olan hökümət hər ölkədə rejimini dəstəkləmək üçün milyonlar xərcləyir. Tək Vaşinqtonda lobiçilərə və başqa dəstəkləyənlərə xərclənən pulların miqdarı 10 milyonlarladır. 1000-lərlə adamlar səfirliklərdə və diaspora ,ölkələr arasında dostluq əlaqələri və sair təşkilatlar adı altında hökümətdən maaş alır və onun xalqın əleyhinə siyasətini təbliğ edir.
Biz xalqa olan bu total hücumun qarşısını almaq üçün Vaşinqtonda , Avropada ,Türkiyə , Rusiyada və başqa ölkələrdə heç olmazsa 10 ağıllı adamın köməyi ilə bu total hücumu kompensasiya etməliyik.
İnternet qəzet,internet TV və başqa vasitələrlə həqiqətləri xalqa çatdırmalıyıq onları öz azadlığı uğrunda mübarizəyə qaldırmalıyıq.
Azərbaycanda gedəcək proseslərdə hökümət tərəfindən represiyaya məruz qalmışların ailələrinə kömək etmək də əsas məsələlərdər biridir.
Əgər maddi kömək olmasaydı əlbəttə Berlində o konfransı keçirmək olmazdı. Bir daha bu işi görməyə köməklik etmiş insanlara təşəkkürümü bildirirəm.
Hörmətli Azərbaycan vətəndaşları, əgər bundan sonra qorxusuz, hürküsüz, qanunların işlədiyi bir ölkədə yaşamaq istəyirsinizsə bu səhifəyə qoyulmuş hesaba imkanınız daxilində pul keçirin. Bir dollar keçirənlər də sağ olsunlar. Bu iş bizim hamımızın işidir. Qorxmayın, konfidensiallığa maksimum əməl ediləcək. Ellilikcə Azərbaycanın gələcəyi uğrunda mübarizəyə qoşulun.
RƏSUL KİŞİ SALAM.MƏSLƏHƏT VERMƏY CIXMASIN.SİZ MƏNƏ MADDİ YARDIM ÇUMLƏSİNİ DƏYİŞİN MUQAVAVİMƏTİN BUCƏSİNƏ MADDİ TƏSTƏY CUMLƏSİ İLƏ.
mübariz kişi bu necə müraciyyət formasıdır özünü hansı bazarda hiss edirsən
ŞAHİN ÖZUTURK SƏNƏ ŞAHİN KİŞİ DEYƏ MÜRAÇİYƏT OLUNMAYIB SƏN YERUVU TANI.RƏSULA QULİYEVİN YERİNƏ KİMİNSƏ CAVABIN VERMƏ VERƏDƏ BİLMƏRSƏN.HƏRƏ ÖZUNƏ CABABDEHDİ.URƏYİM İSTİYƏR RƏSUL KİŞİ DEYƏ MÜRAÇİYƏT EDƏRƏM VƏ YAXUD RƏSUL ƏMİ DEYƏ MÜRACİYƏT EDƏRƏM.VƏ YAXUD AG SAQQAL DEYƏ MÜRAÇİYƏT EDƏRƏM.
Bazarda alver edənlərdə xalqın nümayəndələridi taksi sürüçüləridə və s..MÜQAVİMƏT bulokdu hakimyətdən kim narazıdısa bloka üzv olabilər mənə elə gəlir.Yoxsa yalnız ali savadlı adamlarcun yaradılıb MÜQAVİMƏT bloku??.
İlham Əliyevcun vəxr olar ona Azərbayçanlı ogular İlham kişi deyə müraçiyət etsələr.ŞAHİN BƏY.
ÖZTURK BƏY SİZ BU DÜŞÜNÇƏYLƏ MÜQAVİMƏTƏ COX ADAM YIGIB HAKİMYƏTƏ MÜQAVİMƏT GÖSTƏRƏRSİZ İNŞALLAH.DAY YAZMAYIN İNŞALLAH NƏ DEMƏYDİ SİZ ÖZVUZU HANSI MƏHCİDDƏ HİS EDİRSİZ.ƏLVİDA
mubariz dayı sənə mraciiyət qaydası öyrətmək fikirim yoxdur sadəcə bura rəsmi bloqdur hər məkanında özünə görə müraciət forması var.
Çənab Şahin öztürk sənin yeri yapdadı.Müqavimət yumruğdu yumrudada barmaqlar var.5 barmaqda bir ola bilməz .Savadlı olmaq adam olmaq deməy deyil.Bazarda oqədə adamlar var.
Sən niyə özuvu hamıdan ağıllı hesab edirsən.Dostumuzun yazısında hec bir təhqirə yol verməyib.Əvəlçədəndə yazıb məsləhət verməy cıxmasın.Hamı bir birinin fikrinə hörmətlə yanaşmalıdı.Birdəki savadlı olmiyan adamla biraz yumşaq danışmaq lazımdı.Lazım gələndə xaiş etmək lazımdı.
Siz mümkündür ki, bu yazıq qaçqınların haralara səpələnməsi ilə ciddi məşğul olasınız və o barədə məlumatlar toplayasınız. Bu xalqa qarşı siyasət aparan hökümətin iç üzünü açmağa xidmət etməlidir. Mən bununla sübut etmək istəyirəm ki,aparılan siyasət nəticəsində bu gün o torpaqlar azad edilsə ora getməyə vaxtıilə orada yaşayanların heç 5 faizidə tapılmayacaq.Mən əvvəlcədən bu yerlərə qayıdacaq adamları təşkilandırmaq istəyirəm,sizsə bir birinizlə lazımsız mübahisələr edirsiniz. Bir daha xahiş edirəm mənə real köməyə üstünlük verəsiniz boş
Mumkun maddi yardimi etmeye etirazimiz yox! Lakin, bilmek isteyirik ki, bizim bank hesablarimizin nomrelerinin gizli saxlanilmasi ne derecede temin olunur?!
MÜBARIZ KİŞİ SALAM! BAŞA DÜŞƏN BİLDİ RƏSUL MÜƏLLİMİN DEDİKLƏRİNİ! SƏNİN YAZDİGİN BİR CÜMLƏDƏ 6 ADİ QRAMMATİK SƏHVLƏR VAR!
Salam Resul bey, sizin son zamanlardaki aktivliyiniz artiq oz behresin verir. Berlindeki cixishlariniza gore tesekkurler. Inaniram ki, biz bundan da artigin ede bilerik ve edeceyik de. Yeni bashlatdiginiz maddi Yardimi da tam destekleyir ve Berlineki kimi konfranlsarin diger olkelerde de kechirilmesini arzulayiram. Bu basha dushule bilendir ki, sizin padishah Ilham Eliyev kimi milyardlarla gelir getiren ve oz meqsedleri uchun onu yeyib bitiren padishahliginiz yoxdur. Ona gore size ve muqavimet herekatina destek olmaq huquqi ve demokratik qurulush ugrunda mubarize aparanlar uchun vacibdir. Komenti yazmagimda da meqsed sizi hem menevi ve hem de maddi desteklemeyimdir. Size ve hamimiza ugurlar!!!
Mən səmimi şəkildə sizə maliyə gücümün olmadığını etiraf edirəm. Mənə yaxın olan bir sıra dostlarım bu hərəkətin düzgün olmadığını deyirlər və sözsüz onların da kifayət qədər arqumentləri vardır. Bəziləri düşünür ki,bu mənim varlı adam ancaq xeyirxah, pulunu camaata xərcləyən imicimə zərbə vura bilər.Bəziləri bədxah adamların mənim barəmdə yeni böhtan və şaiə kompaniyası başlayacağına, ,,O vaxt xalqın pulunu oğurlayıb, indi pulu qurtarıb və yenidən özü xərcləmək üçün pul yığır,, böhtanlarını yağdıracaqlarından narahatdırlar. Mən həmişə camaata ancaq həqiqəti demişəm.Mən deyəndə bu mənim də, xalqın da yaxın gələcəkdə axrıncı şansıdır,bunu nəzərə alıb 2013-cü ilə qədər bu rejimdən xilas olmalıyıq. Səmimi deyirəm və bu işi görməyə bütün gücümü qoyacağam. Əgər finans çətinliyi varsa onu da deməliyəm.Quru bəylik azərbaycanlıların evini yıxıb və yıxır. Mən daxil olan pulun miqdarı və hara xərclənməsi barədə sizin xahişinizlə məlumat verəcəyəm və əmin edirəm ki, axırıncı qəpiyə qədər ancaq və ancaq bu rejimi laxlatmaq üçün xərclənəcək. Kimin kömək etdiyini açıqlamaq şansı bu rejim mövcud olana qədər sıfıra bərabərdir.Bunu məndən başqa heç kim bilə bilməz,məndə ömrü boyu sirr saxlamağı bacaran adam olmuşam. Kimin gücü nəyə çatır ölkəmizin azadlığı naminə kömək etsin. Həftədə bir gün pəhriz saxlayıb o pullada kömək etmək olar, bir butulka artıq araq içməməklə də.İçib xalqın şərəfinə sağlıq deməkdənsə,xalqın şərəfini bərpa etmək üçün kömək edin.
Rasul muellim,salam. Hakimiyyet butun gucunu qoyub ki, Sizi xalqin desteyinden mehrum etsin. Ona gore de en kicik faktdan bele yararlanirlar, eleyhinize istifade edirler. Inaniriq ki, milletin qeyretli ogullari sizi tek qoymayacaqlar, bilenler bilir ki, tek elden ses cixmaz. El gucu, sel gucu. Allahin komekliyi ile qarsiya qoyulmus meqsede dogru ireli gedeceyik!
Dediklərinizi sözdən işə keçirməliyik,hakimiyyət dahada azğınlaşacaq. Çalışıb real köməyi təşkil etmək lazımdır,hakimiyyətin azğılaşması səhv buraxmağa gətirib çıxarmalıdır.
Rəsul müəllim o riyakarlar onsuz da Sizə olmayan şərləri atırlar.
Siz o bəghahların hər sözünə gərək fikir verməyəsiniz.Xalqın gözü tərəzidir və hər şeyi gözəl bilir.Bilmədiklərini də Siz açıb görsətməklə daha da ifşa olunurlar.
Təbii ki,16 il mühacir həyatı yaşamaq asan deyil.Xalq yolunda əlimizdən gələni edəcəyik ki,bu bəladan qurtaraq.Hamı bu dəstəyə qoşulmalıdır və xalqını sevən hər bir Azərbaycanlının harada yaşamasından asılı olmayaraq borcudur.Elə imkanlı ogullar var ki,bu avtoritar rejimin onlara güclü təsiri olub və düşüncəli halda bu məsələdə köməklik etməlidirlər.
Görürsünüzmü,adi bir sözə nə qədər reaksiyalar verilir?Yaxşı olar ki,əsas məsələlər ugrunda disskusiyalar yaradın dostlar!Belə boş sözlərlə bir-birinizin xətrinə dəyməyin,bizə birlik lazımdır,gəlin yumruq kimi bir olaq!
tamamile dogrudur bir olmaliyiq
salamlar Resul müellim ve doslar.
Hörmetli doslar Resul Quliyevin de yuxarida aciklik getirdiyi kimi,Azerbaycanda Demokratrik bir Rejimin yaranmasi ücün Müqavimet Herakati yaradilmishdir ve esas ish olan teshkilatlanma prosesi bashlamisdir.bundan sonra mühüm olan ve hakimiyeti laxlatmak ücün insanlarimizin teshkilatlanmasi,semereli fealiyyeti ücün mütlek madii ve menevi desteklerin teshkil edilmesidir ,tebii ki vetenini,milletini ve övladlarinin geleceyini seven her bir insanimiz menevi olarak bu teshkilatda birleshecek ve bizlerden menevi desteyini esirgemeyecek.Amma herbir Azerbaycani seven insanlar cox gözel bilirler ki siyasi fealiyyet ücün mütlek maddi destek lazimdir.Bu teshkilatda birleshen insanlar öz namuslu emekleriyle calisharak yashayan insanlardirlar ona görede bizler her birimiz o geder de maddi imkanlara malik deyilik ki elinde milyartlari,xalgini ezen polisi,goruma ordusu olan Eliyevler tayfasina garshi ciddi shekilde mübarize aparak .Bunun ücün menevi desteyin yaninda birde maddi destek mütlek lazimdir.Ilk baxishdan menim ücünde bir az agir geldi amma sonradan düshündüm ki eslide Resul Quliyevin attigi addim gercekden bashka bir shey deyildir,ve bu onu gösterir ki Resul Quliyev baresinde Hakimiyet terefinden seslendirilen ,,Milyonlari ogurladi” kelimesi yalan ve böhtandan bashka shey deyildir.
MEN BURADAN BÜTÜN DOSLARA VE BIZLERI TANIYAN INSANLARA SESLENIREM GELIN BIZLERE VERILMISH SON SHANSIMIZI DEYERLENDIREYIN, VETENIN AZADLIGI UGRUNDA FEALIYET GÖSTERMEK ÜCÜN BIRLESEN BIZLERE SIZLERDE QOSHULUN .VE MADDI VE MENEFI DESTEYINIZI ESIRGEMEYIN.
MELUMAT ÜCÜN:
ISVECREDE FEALIYET GÖSTEREN ,,GAF.GASTRO” SHIRKETI OLARAK BIZIMLE BERABER CALISHAN FIRMALAR VE SHIRKETLER YAXIN GÜNLERDE EDECEKLERI MADDI YARDIMLARI BAREDE MELUMAT VERECEKLER.
Resul muellim her cumlesinde hamini bir olmaga birlikde mubarize aparmaga devet edir. Bizler ise bir birimize mezeli sozler atiriq ve ya tenqid edirik bezi sherh yazanlari. Olmaz bele, ezizlerim birleshmek lazimdir VACIBDIR!!!
Universitetdə oxuyanda Professor Şirməmməd Hüseynov bizə deyirdi ki,Yaponiyada Prezidentin heykəlini rezindən düzəldib qoyublar bir böyük zala və kimin acıgı varsa gedib orada iki metrlik dəyənəklə heykəli qan-tər içində yorulunca döyüb hersini soyudur.Görəsən bizdə belə bir şey olsa növbə əlindən yer olarmı?
Salam Resul muellim! Evvela Size can sagligi ve ugurlar arzu edirik! Men xahish edirem pul kocurmesini ede bilmirem bashqa hansi sulla maddi komeklik ede bilerik. Bezilerinin hec internetden bashi cixmir amma destek olmaq isteyirler. Bunun ucun ne etmek lazimdir? Evvelceden teshekkur edirem!
Salam Resul bəy !Rəsul bəy müqavimət blokuna Əli Kərimlinin İsa bəyin partiyalarıda daxildi??
Xeyr daxil deyildir,ancaq biz onlarla işlərimizi kordinasiya etməyə hazırıq.
İsa bəy 20 ildir bu hakimiyyətlə təkbaşına mübarizə aparır,indi isə Əli bəyi də öz tərəfinə çəkib İctimai Palata yaradıb guya bu rejimə qarşı mübarizə aparır.Məntiqlə yanaşsaq görərir ki,məqsəd əslində rejimə xidmət etməkdir.Düz müxalifətsənsə birlik yaratmalısan,yarada bilmirsənsə birliyə qoşulmalısan,amma bunların kimə xidmət etməyini bir özləri bilirlər,amma bilmirlər ki,əqidələri artıq bizə məlumdur.
Sual yaranır ki,5 partiya birləşibsə və məqsəd birdirsə bəs niyə Siz kənarda qalmalısiniz?Kimdən xoşunuz gəlmir,Rəsul Quliyevdən,yoxsa 5 partiyanın hansısa sədrindən?Axı Xalq Müqavimət Hərakatı bu rejimi yıxmaq üçün birləşibsə o zaman qəlbinizdəki xılt nədən ibarətdir?Belə çıxır ki,bunların siyasəti Jirinovski siyasətidir,yəni bir medlaın əks üzüdür,sadəcə Jirinovski özünü dəliliyə qoyub,guya bunlar isə agıllıdır,amma məqsəd eynidir.
gold-dia@mail.ru, doğrudan da siz birlik istəyirsinizsə, dəqiq bilin ki, bu cür yazılarla birlik əldə olunmayacaq. İstər İsa Qəmbərin, istərsə də Əli Kərimlinin öz yeri var. Bu saat bu xalqa birlik hava, su kimi lazımdır, çalışın bu birliyin yollarını tapın, daha bu cür qıcıqlandırıcı yazılarla çıxış etməyin, indi elə dövrdür ki, hər bir kəs dediyi sözə məsuliyyətlə yanaşmalıdır.
Mücərrəd birlik üzərində baş sındırmaqdansa və məni də o perspektivsiz işlə məşğul olmağa çağırmaqdansa vəziyyəti dəyişmək üçün real işlərlə məşğul olmağı məsləhət görərdim.
Vətəndaş bu yoldaş gold-dia@mail.ru YAP partiyasına üzv olsa 1 ay müdətinə 56000 üzvdən hec 10 nəfər adam qalmaz.Güya sizin fikrinizdən nətiçə cıxarıb aşağda şərh yazıb ətim töküldü.
Düz deyirsiniz bizə birlik lazımdır.Mənim yazılarım qıcıqlandırıcı olsa da bu faktlar realdır və çox istərdim ki,20 il xalqı boş sözlərlə aldadanlar haqqında insanlarda anlayış olsun.Məsələyə məntiqlə yanaşan hər bir insan bunu dərk edib özü üçün seçim etməlidir.
Rəsul müəllim, mən birlik deyəndə hamının gedib bir qurumda birləşməyini nəzərdə tutmuram. Bir hədəf var, hamı da o hədəfə vurmalıdır. İndi sözün əsl mənasında xalqa müdrik bir AĞSAQQAL lazımdır.Mən şəxsən Sizin bloqda müxalıfətin ünvanına əsaslı-əsassız ittihamların səslənməsinin əleyhinəyəm. Bunun nəticəsi o olur ki, o biri tərəf də eyni ittihamla çıxış edir və diqqət əsas hədəfdən yayınır. Ona görə də gold-dia@mail.ru-ya müraciətlə yazmışdım ki, bu məsələdə bir az diqqətli olsun. Bu sadəcə olaraq, bir vətəndaş kimi bu mənim mövqeyimdir.
Mən qismən sizinlə razıyam,ancaq müxalifətliyindən asılı olmayaraq buraxılan səhvlərin göstərilməsinin xeyirdən başqa bir rolu olmaz.Müxalifətin səhvləri o cümlədən uğuru olsa uğurları barədə müzakirənin əsas hədəflə mübarizəyə nə ziyanı dəyə bilər. Müzakirə həmin əsas hədəflə mübarizədə buraxılmış səhvlərə və ya uğurlara aiddir,əgər bunlar barəsində deyilməsə onda necə düzgün və real mübarizə aparmaq olar. Əgər müxalifət hökümətin tənqidlərini düşmənçilik kimi qəbul edirsə öz işinidə qəhrəmanlıq nümünasi kimi göstərirsə bu pat vəziyyətindən Azərbaycanı necə və kim çıxardacaq,izah edə bilərsiniz. Sözsüz müzakirələr və fikir söyləmələr fərqli olmalıdır. Biz hökümətin antixalq siyasətini bir mənalı göstərməli və xalqı mübarizəyə haraylamalıyıq və bu hərəkatı təşkil etməyə yollar axtarmalıyıq.Bu əsas hədəfdir. Müxalifətlə əlaqədarsa onlara qarşı heç bir əksçağrışdan söhbət açmamalıyıq.Ancaq hökmən onların xalqın inamını sarsıdan,mübarizəyə inamını itirə biləcək addımları atmaqlarından da çəkindirməliyik. Mən bir neçə dəfə müqavimət hərəkatının İP ilə protest hərəkatında iştirak etməsini mümkün hesab etmişəm.Yəni qısası MH protest aksiyası keçirəndə İP, İP protest aksiyası keçirəndə MH bir birlərini dəstəkləsinlər. İP tərəfindən heç bir reaksiya yoxdur. İP-nın güclü olduğunu MH-nın isə zəif bir təşkilat olduğunu iddia edənlər var,yəni onlar kimdirki biz onlarla bu mövzuda danışıq aparaq. Əlbəttə bu həyatda əlindən heç vaxt heç bir iş gəlməmiş ,ancaq əsassız ambisiyası olan köməksiz adamların gülünc doğurmalı təkəbbürləridir. Ancaq əslində fundamental başqa səbəblər vardır və həmin o təşkilatda bir neçə adamın apardığı siyasət ölkəni parçalamağa dahada münasibətləri gərginləşdirməyə aparır. Onlar hökümətlə mübarizə aparmırlar. Mən mücərrəd və eyhamla danışmağı sevmirəm,həmin adamların adlarını və apardıqları siyasəti açıqlayacağam bir müddətdən sonra. Xəstəni ən tez ayağa qoymağın yeganə yolu cərrahiyyə əməliyatıdır. İllərlə qeyri düzgün istiqamətdə işləyən beyinləri müalicə etməyə on illərlə vaxt lazımdır.Azərbaycan xalqının vaxtı varsa 20 il həm hökümətin həm də müxalifətin dediyi, ancaq mücərrəd olduğundan yerinə yetirilməyən Azərbaycanın gələcəyi naminə birlik lazımdır deyə deyə hələ yarıqaranlıq olan tunelle mütləq qaranlığa doğru irəliləsin.Xalqın ”birliyi” ancaq diktatura rejimlərində ola bilər. Siz fikirlərinizi müxalifətdə olan bütün qüvvələr və ya hərəkatlar indiki totalitar rejimin Azərbaycanın səhnəsindən çəkilib gedənə qədər bir birləri ilə əməkdaşlıq etmək barədə müqavilə imzalasınlar kimi ifadə etsəniz reallığa daha yaxın olar.Heç bir böyük müqavilə imzalamaq lazım deyildir. Maksimum iki və yç maddəli şərtləri olan müqavilə vəssəlam.
Əzizim Vətənfaş,mən Sizin birlik çagırışınıza şərikəm və çox istərdim ki,xalqın böhran vəziyyətində yaşamasına heç kim göz yummasın.Hətta hakimiyyətin kiçik məmurlarından tutmuş polisinə qədər xalqa dəyən bu dəhşətlərin nəticəsini dərk edib düşünsünlər,bu günləri üçün yaşamasaınlar,çünki dərindən düşünsələr onlar da bu xalqın ogludur və sabah dəyənəyin bir başı da onlara da dəyəcək və qohum-əqrabasına dəyirdi.Eyni zamanda (dünənə kimi hakimiyyəti söyən)hakimiyyətə satılmış siyasi partiyalar da dünyada gedən proseslərdən heç olmasa nəticə çıxarsınlar.Məsələ budur ki, mən heç kimin əleyhinə danışmaq istəmirəm və istəyim də odur ki,indiki məqamda istərdim ki,hamı yumuruq kimi bir olsun.Sadəcə bəzilərinin elədiklərinə cavab verirəm.Bəs necə olmalıdır sən məni söy, mən də deyim çox sag ol? Youtube-dən bloqa saldıgım video yazılar da ondan ötəridir ki,özlərini görüb sinələrinə döyməsinlər,əslində bunların Hakimiyyəti də,elə müxalifətliliyi də xalq üçün effektsiz olub,bunlar faktdır və bunları da hamı bilməlidir,xüsusilə də gənclər.Çünki 25-26 yaşına qədər gənclərin əksəriyyəti Rəsul Quliyevi dərindən tanımır.Bunların da Rəsul Quliyev haqqında yalanşı faktlarla çıxış etməsi gənclərdə çaşqınlıq yaradır.Bəs xudbinlik,gözgötürməməzlik nəyə görədir?Bunların iç üzünü mən görürəm amma gənclər bilmir.İkinci isə 20 ildir guya hakimiyyətə qarşı mübarizə aparanlar məgər bilmirlər ki,bundan sonra 20 il də mübarizə aparsalar yenə də heç nəyə nail ola bilməyəcəklər? Bəs o zaman bunlar niyə birliyə səy görsətmirlər?Bu hikkə nədir,axı onsuzda gözəl bilirlər ki,onların arxasınca gedən yoxdur və bir gücləri də yoxdur.Sadəcə sensasiya xətrinə deyəndə ki,filankəslər də Xalq Müqavimət Hərakatına qoşuldu,bu xalqda bir canlanma,birlik yaradar.Bəs o zaman niyə bunu etmirlər?Axı onlar da bu xalqın ogludur.Tənqid isə dostlar üçündür,ondan nəticə çıxarmaq lazımdır,incimək yox!
Rəsul müəllim, təşəkkürümü bildirirəm, sizə ancaq və ancaq uğurlar arzulayıram..
Rəsul müəllim,çox qəribədir ki,bloqda yazılan şərhlərə reaksiya verilmir.Əslində disskuya olmalıdır,şərhlərə fikirlər bildirilməlidir ki,canlanma olsun.Mən bir neçə dəfə Sizə yönələn suallara cavab vermişəm yoldaşların xoşuna gəlməyib və irad tutblar ki,sualı biz Rəsul müəllimə vermişik.Amma canlanma ümumi işin xeyirinə olar məncə.
Hərdən sensasiya da lazımdır ki,bloqda iştirakçıların sayı çoxalsın.
Mən çox xahiş edərdim ki,mənim şərhlərimə fikirlər bildirilsin,səhvim varsa iradlar tutulsun,belə olan halda yeni fikirlər yaranar,insanlarda ciddilik olar.Xahiş edirəm Siz də mənalı və yaxud mənasız sualları boş buraxmayın,cavablandırın ki,həvəs yaransın,təbii işiniz çox olsa da çalışın fikirlərinizi imkan daxilində bildirin.
v……s cənabları, fikirinizdə çox yanılırsınız mənim bu hakimiyyətdə vəzifəm olanda da YAP-a üz keçirə bilmədilər.YAP-ın 56 min yox 560000 üzvü var,amma sən düşüncədə olsaq düzdür bizdə bu rəqəm alınmayacaq.İkinci adından da göründüyü kimi bir dəri bir sümüksən,hansı sözümdən xoşun gəlməsə denən onu yazmayım,mən istəmərəm ki,sənin ətin tökülsün.Amma çalışıb yazdıqlarıma düşüncə ilə yanaşsan çox məsələlər aydın olacaq səninçün.
Sizdən artıq dərəçədə xaiş edirik imumiyətlə şərh yazmayın.Siz dostarın adıyla məzələnirsiz bilmirsiz xanımdı qızdı.Qramatik səhv tutmağa calışmayın həyatda.
Yaxşı əvvəlcədən xəbər elə, sən icazə versən şərh yazaram.
Sərdar Qardaş baş qoşmayın cavab yazmayın dabulyu bəyə. Kimdisə təqayüdcüdü 100%özudə kecmiş komunist olub.Çavanlarnan istəyir çavanlıq edsin oda alınmır.Sağ ol var ol sağ olağ var olağ.
Sag olsun sənə tərbiyə verən valideyinlərinə,fəqanlıgını görsətdin,heç olmasa savadın olsun söhbətlərə real yanaş.
Фаган честный человек грубит не имеет смысла.
MƏN HEC BİR PARTİYANIN ÜZVÜ DEYİLƏM. ƏQİDƏ CƏHƏTDƏN BİTƏRƏF OLSAM DA, HADİSƏLƏRƏ TAM OBYEKTİV MÜNASİBƏT GÖSTƏRƏRƏK, HƏMİŞƏ REAL MÖVQEDƏ DAYANMIŞAM. ONA GÖRƏ DƏ BELƏ NƏTİCƏYƏ GƏLMİŞƏM Kİ, İNDİKİ MƏQAMDA PREZİDENT KÜRSÜSÜNƏ BU GÜN ƏN REAL VƏ ƏN ŞANSLI NAMİZƏD KİMİ ƏLİ BƏY KƏRİMLİNİ GÖRÜRƏM.SABUXİ BƏY BƏS SİZ SOCİDƏKİ QARDAŞDAR KİMİ NAMİZƏD GÖRÜRSÜZ???
Qarabağlı soydaşımız, bu saat prezident seşkisi keçirilmir. Nə qədər ki, seçkilər saxtalaşdırılır, heç nəyin xeyri yoxdur. Birdəki
ölkəmiz elə durumdadır ki, eksperiment eləmək vaxtı deyil. Bu hakimiyyət az qalır 20 il olsun, özünü müxalifət adlandıranları xərcləyə-xərcləyə gəlir, indi deyəsən növbə Əli Kərimliyə çatıb. Feysbukda Əli Kərimlini İlham Əliyevin rəqibi kimi birinci yerə çıxartmaqları sizi həvəsləndirməsin. Bunlar hamısı oyundur.Əli Kərimlinin şəxsiyyətinə, siyasətçi kimi fəaliyyətinə mənim sözüm yoxdur, amma o bu hakimiyyətlə təkbaşına mübarizə aparıb heç nəyə nail ola bilməz.
Etiraf edek ki Rəsul Quliyevdən laiqlisi heleki yoxdur o cox temkinli ve savadliqir.
B.Vahabzadə
NƏFSİMİZ
Bizdə bu soyaq qanları neylərdin ilahi ?
M. Ə. Sabir
Qacqının payına göz dikən alçaq,
Sənə hansı haqla mən insan deyim?
Millətin qanını soran qurumsaq,
Mən sənin adına soxulcan deyim.
Bəs hanı insanlıq, bəs hanı vicdan?
Tamah insanlıqdan qabağa düsdü?
Bəlkə də bu dövran dolandıgından
Qibləmiz gah sola, gab sağa düsdü.
Bu, sənin xalqına ürəyi yanan
Özgə bir millətin verdiyi paydı.
Ey öz millətinə yaddan yad olan,
Paya göz dikincə gözün çıxaydı.
Xalqının dərdinə özgələr qədər
Yanmadın, bəs bunu niyə qanmadın?
Yetim qismətini yeyib sərasər
O şisən qarnından heç utanmadın.
Biz necə məxluquq, anlamıram mən
Nəfsimiz ağırmıs qeyrətimizdən.
QARABAĞLI bəy,Prezident seçkisi olanda Əli bəy də namizədliyini verəcək.Təbii ki,ona səs vermək sənin hüququndur.
Amma indi xalqı bu bəladan necə qurtarmagın yollarını düşünmək və bu yolda görülən işlərdən danışmaq lazımdır.
ALLAH səni rəhmət eləsin Elçibəy,gör sənin əhatəni kimlər təşkil edirmiş? Milli Məclisdə təmsil olunan Siyasi Partiyaların deputatlarının əksəriyyəti sənin vaxtında ətrafında olanlardı,indi isə iqtidara işləyir….
SÖZSÜZ