Demokratiyaya Gedən Yol – 1-ci Yazı

 

 

 

 

 

 

Azı 50 faiz Azərbaycanlı bu rejimin yıxılılacağına ümid etmir və taleyi ilə barışıb

100 min illərlə ali instinkt düşüncədən ağılın formalaşmasına doğru hərəkətdə olan insanların inkişafı heç vaxt dayanmayıb və nə qədər həyat var, bu inkişafda davam edəcəkdir.

 

 

 

 

 

İnsanların beyni adidən aliyə doğru dəyişir. Bu gün biz adinin və ya orta səviyyənin nədən ibarət olduğunu bilirik. Alinin formulunu isə heç vaxt yazmaq, proqnozlaşdırmaq mümkün olmayacaq, çünki inkişafın sonunu görmək mümkün deyil.

Yaranandan bu günə qədər insanlar öz aralarındakı münasibətlərin təkmilləşdirilməsi ilə məşğuldurlar və bu prosesin də sonunu müəyyənləşdirmək olmur. Biz bu günə qədər müxtəlif xalqların ictimai münasibətlərinin formalaşma mərhələrini bilirik, ancaq sözsüz ki, onun sonunun necə olacağını deməkdə acizik. İnkişaf bir istiqamətdə inkişaf edir. İnsanlar özlərinin fərqli canlı olduqlarını dərk edəndən, əvvəl eyni dillilər arasında, sonra isə eyni dil və eyni ərazilərdə, daha sonra da ölkələr arasında həmişə bir birlərini aldatmamaq, başqasının malını pulunu əlindən almamaq, zorla işləməyə məcbur etməmək və sair münasibətlərin yaşandığı cəmiyyət formalaşdırmağa can atıblar. Bu proses həmişə davam edib, heç bir qüvvə onun qarşısını indiyə qədər ala bilməyib və alması da mümkün deyil. Bu proses müxtəlif qitələrdə, müxtəlif ölkələrdə fərqli istiqamət xətti ilə gedib, ancaq heç bir diktator onu saxlamağa nail olmayıb. Düzdür, bəzi şəxsiyətlər bu prosesin inkişafını qismən zəiflətməyə və ya dayandırmağa, hətta geri döndərməyə nail olub, ancaq bunlar müvəqqəti xarakter daşıyıb. Onların bir çoxunun da adı tarixin yaddaşında qalıb.

 

 

 

 

Bu gün istənilən uşaq da  diktatorların sonunun nə ilə qurtaracağını proqnozlaşdıra bilər.  Azdan çoxdan Azərbaycanla tanış olan istənilən xarici vətəndaş da cənab Əliyevin taleyinin  nə ilə qurtaracağını yaxşı bilir. Təəssüf ki, nə cənab Əliyev nə də Azərbaycan xalqının azı 50 faizi onun final akkordlarını görə bilmir.  Hər iki tərəf  bu diktatorluğun əbədi olacağına inanır. Nə cənab Əliyev nə də azərbaycanlıların yarısı istənilən müqayisəli analizə məhəl qoymur, bizdə həm mövcud şəraitin, həm də xalqın başqa cür olduğunu düşünürlər. Bir daha müqayisəli bir analiz vermək istəyirəm.

 

 

 

Suriyanın keçmiş prezidenti Hafiz Əsəd və onun oğlu Bəşir Əsədlə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev və onun oğlu İlham Əliyevin keçdikləri yol demək olar ki, 2011-ci ilə qədər üst üstə düşür.

 

 

 

 

 

Hafiz Əsəd 1930-cu ildə anadan olub. 1970-ci ildə general Əsəd dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlib. O, hakimiyyətə gəldikdən sonra Suriyada dövlət çevrilişi ənənələrinə represiyalar yolu ilə son qoya bilib.

2000-ci ildə ağır xəstələndikdən sonra oğlu Bəşəri həm partiya idarəçiliyində, həm də hökümət strukturunda ikinci vəzifəyə qaldırıb. Öləndən sonra isə oğlu onun yerinə keçib. Oğul Əsəd 2000-ci ildən ölkənin prezidentidir. Bəşir Əsəd hakimiyyətə gələndən sonra atasının çoxsaylı heykəllərini Suriyanın bütün reqionlarında yerləşdirib. Kecən ildən başlayaraq artıq o heykəl və büstlərdən 50-dən çoxu xalq tərəfindən uçurdulub. Ölkədə vəziyət gərginləşəndən sonra keçən ilin axırında Suriyanın yeni lideri televiziya vasitəsilə xalqa müraciət edib. Müraciətində etdiyi reformalardan, Suriyanın yaxın şərqdə ən demokratik ölkə olduğundan, işsizliyin axırına çıxdığından, iqtisadiyyatın görünməmiş inkişafından, Suriyalıların onu dəstəkləməsindən 2 saatdan artıq danışıb. O da ingiliz dilində sərbəst danışır. Onun diktatorluğunun sona çatdığını özündən başqa hamı bilir. Ya Kaddafi kimi qurtaracaq,

 

 

 

 

ya da ömrünü Hollandiyanın  Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin həbsxanasında başa vuracaq. Yığdığı milyardların bir hissəsini xarici banklar mənimsəyəcək, bir hissəsinidə Suriyanın yeni hökümətinə qaytaracaqlar.

Haaqada Beynəlxalq Cinayətlər Məhkəməsinin Həbsxanası

 

 

 

 

 

 

Heydər Əliyev 1923-cü ildə anadan olub. 1969-cu ildə general Əliyev Azərbaycanın başçısı təyin olunub. 1993-cü ildə 5 illik fasilədən sonra yenidən Azərbaycanın prezidenti olub. Ona qədər baş vermiş dövlət çevrilişlərinə repressiyalar vasitəsi ilə son qoya bilib. 2003-cü ildə ağır xəstələndikdən sonra öğlu baş nazir təyin olunub. Oğul Əliyev atası öləndən sonra prezidentliyi rəsmən ələ keçirib. 2003-cü ildən sonra atasının bütün Azərbaycan üzrə yüzlərlə heykəlini qoydurub.

 

 

 

 

Yüzlərlə küçələr, parklar, saraylar atasının adını daşıyır. Bu günə qədər xalqa söylədiklərin 90 faizindən çoxu yalandır. Xalqdan qorxmur , ona ikrahla baxır. Xalqın əlindən heç vaxt heç bir iş gələ bilməyəcəyinə inanır. Ölkədə müxalifətin olmadığını iddia edir, onları xalqın düşmənləri adlandırır. Bəşir Əsədin taleyinin inkişaf istiqamətinin ona heç bir dəxli olmaması fikrində qətiyyətlidir. Ən əsası bu xalqın ondan başqa heç kimi sevə bilmək şansının olmadığına düşünür. Atasının milləti bu günə salması ilə fəxr edir. Mənimsədiyi milyardların həmişə özünün olacağına şübhəsi yoxdur.Əlbəttə, bu səviyyədə məhdud ağıl sahibinə hadisələrin başqa istiqamətdə inkişaf edəcəyini başa salmaq da demək olar ki, mümkün deyil.

 

 

 

 

Təqribən 2200 il bundan öncə insanlar öz aralarındakı münasibətlərin ümumi qəbul edilmiş qanunlarla tənzimləmək qərarına gəldilər. Bu vaxtdan demokratik cəmiyyətlərin yaranmaq tarixi başlayır. Təqribən 1000 il bundan öncə qəbul edilmiş qanunlara nəzarət etmək, kimin haqlı olduğunu müəyyənləşdirmək ücün məhkəmə sistemi yaratmaq ideyası ortaya çıxdı. Bu artıq cəmiyyətin ciddi şəkildə demokratiya yoluna üstünlük verdiyinə dəlalət edirdi. 700 il bundan öncə qanunların peşəkar səviyyədə qəbul olunması üçün parlament yaratmaq ideyası ortaya atıldı. Artıq demokratiyanın iki müstəqil qolu fəaliyyət göstərməyə başladı. Təqribən beş yüz il bundan öncə hökümətin bir hissəsinin formalaşdırılması parlamentə tapşırıldı. 220 il bundan öncə açıq cəmiyyət yaratmaq ideyası ortaya atıldı. Yəni, “insanların fəaliyyəti ancaq qanunlarla məhdudlaşdırıla bilər, hökümət onların işinə qarışa bilməz”- ideyası həyata keçirilməyə başladı. Bu vaxtdan cəmiyyətlərin demokratikləşmə prosesi yeni ali mərhələyə qədəm qoydu.

 

 

 

Demokratikləşmə prosesi sürətlə inkişaf etməyə başladı. Artıq 20-ci əsrin əvvəllərində demokratik ölkələrin sayı bir neçə dəfə artmışdı. 20 əsrdə bu proses daha sürətlə inkişafa başladı və 21-ci əsrin əvvəllərindən azı 30-a yaxın ölkədə proses başa çatdı. 20-ci əsrin əvvəllərində demokratik ölkələrin sayını barmaqla saymaq mümkün idisə, bu gün totalitar rejimləri barmaqla saymaq olar. 21-ci əsr, xüsusilə, eybəcər korrupsioner, rüşvətxor totalitar rejimlərin qəfildən və böyük sürətlə dağılması ilə xarakteriza edilə bilər. Sözsüz ki, Azərbaycan bütün göstəriciləri ilə bu tipli rejimlərin içəriçində olan 3 ‘’qabaqcıl’’ ölkədən biridir.

 

Azərbaycandakı bu rejimin ömrünün uzun olmasının bir neçə səbəbi vardır. Bu səbəbləri bir daha izah etməyə çalışacağam. Çünki bu səbəblərin mahiyyətini dərindən anlamamış, köklü dəyişikliyə nail olmaq mümkün deyil. Azərbaycanda “perestroika” vaxtından etibarən gedən proseslər bu gün totalitar rejimlərin mövcud olduğu mərkəzi Asiya ölkələrindən köklü şəkildə fərqlənir. Orta Asiya ölkələrinin hamısında keçmiş Kommunist Partiyasının liderləri öz mövqelərini əllərində saxlaya bildi və müstəqilliklərini qazananda elə bir dəyişiklik baş verməmişdi. Buna görə də totalitar rejimlərini eyni qaydada davam etdirə bildilər. Yeganə fərq ondan ibarət idi ki,  son vaxtlar dəbə minmiş total korrupsiya və rüşvətxorluq bu ölkələrdə də inkişaf etdi.

 

 

 

 

 

Azərbaycan isə Dağlıq Qarabağ konflikti zəminində 5 il müddətində 4 lider dəyişməli oldu. Bağırov, Vəzirov, Mütəllibov və Elçibəy. 1988-ci ildən Azərbaycanda yaranmış yarımdemokratiya, yarımdiktatura rejimini Elçibəy höküməti dəyişdirə bilmədiyindən “xaos demokratiyası” yarandı. Elcibəydən sonra hakimiyyətə gələn H.Əliyev isə yaranmış vəziyyətdən çox məharətlə istifadə edib əvvəl demokratiyanın müəyyən elementlərini hələ də saxlamış bir rejim yaratdı, 2003 və 2005-ci ildə müxalifətin qətiyyətsizliyindən istifadə edən oğlu İlham Əliyev isə öz komandası ilə müxalifəti sındırdı və atasından qalan azsaylı demokratik elementlərindən də imtina etdi. 2008-ci il prezident və 2010-cu il parlament seçkilərini ancaq Sovet dövründəki seçkilərlə müqayisə etmək mümkündür.

 

 

 

 

 

Bütün parametrləri ilə xalqın əleyhinə olan belə bir rejimin uzunömürlü və vizual stabil olması haradan və necə qaynaqlanır?- sualına cavab tapılmasa rejimə qarşı effektli mübarizə aparmaq qeyri mümkün olacaq.

 

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

37 Cavab to “Demokratiyaya Gedən Yol – 1-ci Yazı”

  1. Başqa millətlər inkişafda, maarifdə olduğu halda, bizləri cəhalət bürüyüb, zülmətdən xilas ola bilmirik. daha barama kimi öz qınına qapanıb yaşamaq olmaz, daha letargiya yuxusuna qərq olmaq dəhşətlidir.

  2. Sadəcə olaraq insanlar dilənçi kökündə yaşamamalıdır, insanların ləyaqəti olmalıdır, onda onlar idarəçiliyə qatılacaq. Biriniz deyəcəksiniz ki, insan heç vaxt azad olmur, sərbəst olmur, həmişə tabeçilikdə yaşayır, evdə də elədir, məktəbdə də. Digəriniz razı olmayıb deyəcək ki, azadlığın da, sərbəstliyin də hüdudları olur, amma əsas odur ki, azad, sərbəst olmaq fikrinə gələsən, kölə olmaq istəməyəsən.

  3. “Azad insan ac qalmamalı, dilənçi olmamalıdır. Dilənçilik həm vətəndən, həm də vətəndaşlıqdan ötrü bir ləkədir”…

  4. “Mənəvi vasitələrlə dəyər və nüfuzlarını saxlaya bilməyən rəhbərlər maddi vasitələrə, zorakı idarəçiliyə əl ataraq, haqlı tənqidləri susdurmaq üçün, istər-istəməz, hədə-qorxu yolunu tuturlar”…

  5. Qorxaqlıqla sərbəst ölkə vətəndaşlığı bir araya sığmaz

  6. Bütün ölkələrin səfirlikləri Suryanı tərk edir!
    Görəsən niyə??????

  7. Azərbaycanda hər şey qalıb ALLAHIN ümüdinə.Hətta H.Əliyevin dövründə bu qədər özbaşınalıq yox idi.İndi isə dövlət məmurları xalqa qan uddurur,kim nə istəyir eləyir.Ölkənin yeyəsi yoxdur,özbaşınalıq baş alıb gedir.Azərbaycan polisi dəyənəyə çevrilib,haqqını tələb edəni sürükləyib aparırlar.

  8. BMT və Qrbin qaşısında ciddi tələb qoyulmalıdır.Məlumdur ki,heç bir ölkədə xalq təkbaşına yırtıcı diktator rejiminə qarşı mübarizə apara bilməz.Çünki polis,hərbi diktatorların əlində robortlaşaraq xalqa qarşı çıxarılır və xalqı əzirlər.
    Belə çıxdı ki,Rusiya dünyaya hökmranlıq edir,BMT və Qərb onun vetosuna görə susur.Rusun himayəsindən sonra azgınlaşan B.Əsəd daha da quduzlaşıb xalqı məhv edir.Belə olarma orada xalq kütləvi qırılır BMT,Qərb isə susur.Qanla başa gələn demokratiya neçə illər də keçsə ərəb ölkələrində çətinki bərqərar olsun.

  9. Əgər dogrudanda BMT və Qərb bütün dünyada Demokratiyanı müdafiə edirlərsə kütləvi qırgınlara son qoyulmalıdır!Hər bir ölkənin diktatorlarının yırtıcı sistemi haqqında əllərində kifayət qədər faktlar və məlumatlar var,azlıq edirsə bu faktları sübutlarla çatdırmaq lazımdır.BMT və Qərbin sərt mesajları kifayət edər ki,
    diktatorlar könüllü istefa verib rədd olsunlar!

  10. Azərbaycanda korrupsiya və rüşvətxorluq elə bir hal alıb ki,dünyanın heç bir ölkəsində anoloqu yoxdur.Guya buna qarşı da qərarlar verilib,mübarizə aparılır.Yüksək rütbəli məmurlar isə bu hqda suallara agızlarına gələnləri danışırlar.Cürət edib deyə bilmirlər ki,axı biz kimik bizə göstəriş verilsə bunun kökü bir gündə kəsilər.Cürət edib demirlər və deməzlərdə çünki bu onlara da xeyir eləmir.

  11. B.Əsəd Suriyada insanları top-tüfənglə qırır.Azərbaycanda isə insanları maralnı qırırlar,mənaviyyatını məfv edirlər!Varidatını isə talıyırlar!

  12. Здравствуйте очень рада что нашла Ваш сайт.

  13. У нас в стране сейчас не демократия а анархия.Сколько это будет продолжатся,люди просто погебают,особенно пожелые,какой будет конец в Азербайджане?

  14. Bütün dünya diktatorları xalqına yuxarıdan aşagı baxır.Xüsusilədə müsəlman ölkəlrində.Elə düşünür ki,xalq sadəcə kütlədir,zəifdir,
    səviyyəsiz quldur,kölədir.Ərəb ölkələrində heç bir diktator inana bilmirdi ki,xalq ayaga qalxa bilər.Çünki onlarda yaşayış səviyyəsi yüksək idi,bizdəki kimi deyildi.Amma bu diktator anlamırdı ki,yırtıcı
    sistemləri xalqı təngə gətirə bilər.Çünki köləliyə vərdiş etmiş xalq canı bogazına yıgılanda haqq səsini qaldıra bilər.Təbii ki,LƏYAQƏTİ olan xalq.Ləyaqəti olmayan xalq elə kölə kimi də olacaq və o buna layiqdir!Həmişə ona yuxarıdan aşagı baxılacaq və həyatını vərdiş etmiş köləliyində yaşayacaq.

  15. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 30 milyarda çatıb.Xalqımız isə yag-bal içərisində yaşayaraq,qarlı-şaxtalı vaxtda özlərinin işıqlı,isti,təmtaraqlı villalarında kef sürürlər!

    • Həmin o villaların hamısının avtanom elektrik təcizat sistemi var,qazdan asılı deyillər.Onlar özləri üçün yaratdıqları həmin mini ölkələrində bir il istənilən qar çovğunda yaşaya bilər. Onlara həmin mini ölkələri itrilmiş 20 min kv kilometr Azərbaycan torpaqlarından qat qat əzizdir.Bəlkə heç bir ildə bir dəfədə o torpaqları xatırlamırlar.

  16. Millət kef çəkir,halal olsun korrupsiyanın “DƏDƏSİ” olan belə hökümətə!

  17. pulsuz insan hec vaxt azad ola bilmez. Ona gore bu hakimiyyet biz milletin varlanmasina imkan vermeyecek . Azadliq ucun Aciq Cemiyyet yaratmaliyiq.

    • Absolyut belədir.Pul insanların azadlığını təmin edən yeganə vasitədir. Pula yəni çörəyə möhtac olan adamı qul psixologoyasından xilas etmək çətindir. Ya bizim camaat ömrü boyu qul kimi yaşamalıdır,ya da qazanacağı pulun qarşısını əjdaha kimi kəsmiş bu rejimlə əlbəyaxa olub qalib gəlməlidir. Heç olmazsa 2-3 ay pula möhtac olmayan insanlarla hökümət yuxarıdan danışa bilməz ,heyvan hesab edib ikrahla yanaşammaz.

  18. XX əsrin sonu XXI əsrin əvvəllərində dünyanın bir çox xalqları demokratiya yolunu seçib demokratiyanın daha ali formaları haqqında axtarışlara başladılar…Azərbaycanda isə Antidemokratik bir cəmiyyət quruldu…. İnsanlar demokratiyanın yox korrupsiyanın, yalataqlıqın ali dərəcələrini tapmaq ardınca getməyə başladılar…..Nəticədə isə rüşvətə korrupsiyaya bulaşmış bir cəmiyət yetişdi Azərbaycanda….Rasul müellim çox gözəl qeid edir ki..Bütün parametrləri ilə xalqın əleyhinə olan belə bir rejimin uzunömürlü və vizual stabil olması haradan və necə qaynaqlanır?- sualına cavab tapılmasa rejimə qarşı effektli mübarizə aparmaq qeyri mümkün olacaq……RAsul müellim sizdən xahşımız bu haqda geniş bir məqalə yazmanızdır….məqalənizi səbirsizliklə gözləyirik….

    • Bilmirsiniz bəyəm hardan qaynaqlanır?Azərbaycanın bütün sərvəti,varı,dövləti bunların əlindədir!Onlar insanları da pulla alırlar,yəni öz içimizdən olan baltaları.
      Bir baxın görün bunları inanmaq olarmı Azərbaycan anaları dogub?

  19. RUS Патриархı Кирилл deyib ki,Putin Prezident keçəcək!
    Gərək biz də Şeyx Həzrətlərindən soruşaq görək bizdə necə olacaq.

  20. Amma Putin veto verməklə tale kitabını bagladı.Bununla bütün ərəb ölkələrini itirməli olacaq,hətta prezident seçkilərinə də xələl gətirməli olacaq.

  21. arab olkeleriyle rusiyani bir tutmag duzgun deyil, arablar omur boyu fransiz esirinin altinda yashablar,koloniyal olkedi,satginda aralarinda coh olub,man hec kimi tekkir etmek istemirem amma bu beledi realligdir! Rusiya eksine imperia olub ve hele dagilmayib, Rusiya tipli okelerde bu tip inglab mumkunsuz olmasada ona ohshar bir sheydi! yaddan cixartmayinki arab inglablari silah yoluyla bash verib! Rusiyaya ise heckimin huneri silahli basgin etmeye catmaz!

    • Rusiyanın tarixini çox zəif bilisiniz. Rusiynın imperiyalıq tarixi 18-ci əsrin ortalarından başlayır.Bu imperiyanın heç bir əhalinin yaşamadağı ərazisi ümumi ərazisinin 70 faizini təşkil edir.İmperiya ətrafında olan bir neçə kiçik ölkələrin bazasında yaranıb və cəmi 300 illik tarixi var. Ərəb imperiyasının 600 illik tarixi var. Əraziləri isə Hindistandan tutmuş İspaniyaya qədər insanların ən sıx yaşadığı ölkələri əhatə edir. Qədim mədəniyyəti və 13-cü əsrə qədər elmin inkişafı birinci yerdədir. Rusiyanı sözsüz ərəblərlə müqayisə etmək mümkün deyildir, sadəcə olaraq onların tarixi yoxdur. Osmanlı imperiyası 500 il ərəb ölkələrində hökmranlıq edib. 1-ci dünya müharibəsindən sonra isə 70 faiz ərəb ərazilərində ingilislər ancaq 30 faizində fransızlar olub, qısa bir müddətdə cəmi 45 il. Rusiyada ərəblərdən fərqli olaraq hakimiyyət dəyişikliyi həmişə qan tökməklə baş verib. Axırıncı inqilabdan başqa.

    • Ayının binbir oyunu bir kal armudun başında oldugu kimi bütün bu çaxnaşmaların da biri də Rus imperiyasını dagıtmaqdır.Rusiyanın demək olar ki,hər tərəfdən əlaqələri artıq tükənir.Suryanı dəstəkləməklə müsəlmana can yandırmır,öz maraqları üçün canfəşanlıq edir,bu da mənasızdır!İmperiya dagılacaq,bu mütləqdir!

      • Rusiyanın beynəlxalq nüfuzu onsuz da yox dərəcəsində idi, bu hərəkəti ilə özünü izolyasiyaya saldı. Qərb və ərəb ölkələrinin, Lavrov Dəməşqdə olanda səfirlərini Suriyadan çıxartmaları faktiki Rusiyanın atdığı addıma nota vermək idi. Onların səhvlərini başa düşmələri Medvedyevin Ərdoğan və Sarkoziyə zəng etməsi ilə açıq təsdiqini tapır. Ancaq qatar artıq gedib,heç kim Rusiyanın Suriyadakı apardığı danışıqları nə müzakirə edəcək nə də ciddi qəbul edəcək. Rusiyanın Avropa qitəsində rolu demək olar ki, sıfıra bərabərdir. Ermənistan və Azərbaycandan başqa. Asiyada Rusiyanın təsiri qismən şimalı Koreya ilə başa çatır.Afrika və Amerika qitələrində Venesuala ilə kifayətlənir.12 illik xarici siyasətinin nəticəsi olaraq bu gün Rusiya təsirinə görə də korrupsiyada olduğu kimi axırıncı yerlərdən birini tutur.

  22. Rəsul müəllim,təbii ki,B.Əsədin taleyi göz qarşısındadır.Görəsən yaxın günlərdə onu kaznit edəndən sonra digər diktatorlara dərs olacaqmı?
    Hər bir diktator yaxşı bilirki xalq onları sevmir,yəni onlar yalnız arxeyindirlər xalqdan ogurladıqlara.Elə düşünürlər ki,pulları ilə müəyyən yadelli qüvvələri ələ ala bilərlər ki,xətər onlardan sovuşsun.Yəni həmin qüvvələr prezident seçkiləri keçerdiyindən onların pullarına ehtiyac ola bilər və bununla canlarını qurtararlar.Bu mümkündürmü?

  23. Hormetli Resul muellim, Sizin Isvecre uzre Elcin adli numayendeniz (bezen deyirler partiyada muavindir) Sizin adinizdan FB-da materiallar yerlesirir. Bu materiallarin arasinda milletcilik guclu vurgulanir ve tebligatin neticesi kimi Azerbaycanda hakimiyyete geldiyiniz zaman turklerden basqa milletlerin kenarda qoyulacagi anlamini verir. Biz bilirik ki, Siz muxtelif vezifelerde oldugunuz zaman butun milletlere beraber munasibet gostermisiniz. ve basqa xalqlardan coxlu dostlariniz oldugunu deyirler. Azerbaycanda yasayan basqa milletlere partiyanizin siyacetinde bir deyisiklik varmi? Cox sag olun.

  24. onlara komek edenin biride sen idin

  25. Salam Rəsul bəy Münhendə ilham əliyevə ünvanlanan sual və sonra ALMAN medyasında hakimiyətin tənqid edilməsi sizin ALmaniya səfərinizinlə əlaqəli ola bilərmi ?

    • Hər halda bu mənim Almaniyaya səfərimdən sonra baş verib,mənim görüşdülərimin ən azı ikisi o təşkilatlar ki,İlham Əliyevə xarakteristika verirdi onların rəhbərliyindədir. Şpigelə gəldikdə o insanların obyektivliyini alğışlamaq lazımdır,hər halda mənim Şpiqeldən tanıdığım və söhbət etdiyim şəxslər çox ləyaqətli adamdılar və heç vaxt insan haqlarının pozulması ilə barışmazlar.

  26. Hörmətli Rəsul müəllim,təbii ki,xalqın qanı bahasına varlanmış Hakimiyyətlə xalq silah davası edə bilməz.Yalnız kütləvi mitinqlərimizn və dünya ictimaiyyətini başımıza gətirilən müsübətləri faktlarla izah edib təbligat etməklə hakimiyyətin ədalətsizliyinə qarşı çıxaraq nail ola bilərik.Mən Sizin Almaniyada gördükləriniz nailiyyətlərinizi alqışlayıram və bundan sonra da yorulmadan davamlı olaraq Avropada,eyni ilə Amerikada belə əlamətdar tədbirlərin aparılmasını arzulayıram.Prezidentin hər hansı bir ölkədə iştirakı
    zamanı respublikamızdakı neqativləri əvvəlcədən faktlarla subut edib dünya ictimaiyyətinə və demokratiyanı dəstəkləyən orqanlara çatdırmaq effektli ən böyük nailiyyətlərimiz olar.

  27. Açıq-aşkar Qərb bütün dünyada hökm sürən avroritar rejim sistemi ilə hakimiyyəti əlində saxlayanların kürkünə birə salıb.”Ərəb baharı”inqilabları hadisələrində diktatorlara Qərbin sərt mesajları və xalqların Azadlıgı ugrunda dəstəyi bir daha göstərdi ki,diktatura süquta ugramalı,demokratiya bərqərar olmalıdır.Amma bu məsələyə xalqların reaksiyası ən mühüm amildir.Məsələn Türkmənistanda son günlərdə keçirilən Prezident seçkiləri görsətdi ki,orada millilik sıfıra bərabərdi və öz qul,kölə ambisiyalarından qurtuluşa yəqin ki,hələ xeyli vaxt gərəkdir.Azərbaycanda isə Türkmənlərə nisbətən xeyli oyanış var,sadəcə xalq cürətə gəlib birlik yaratmaqda çətinlik çəkir.Bu çətinliklərin müxtəlif formaları olsa da ən başlıcası avtoritar rejimin insanların daxilindəki xofudur.Xalq bu xofu içindən çıxarıb ata bilsə və məhtəşəm birlik yarada bilsə bizdə Ərəb ölkələrindəki hadisələr baş vermədən öz azadlıgını qazana bilər.Çünki “Bizdə” dünyada baş verən hadisələri dərk edən diktaturanın bir ayagı qaçaqdadır.Amma hələlik,öz xalqına kölə kimi baxan Hakimiyyət inanmır ki,bu xalqda birlik ola bilər.

  28. Xalqda bu möhtəşəm birliyin yaranmamasının (xofdan başqa)ikinci səbəbi isə ölkəmizdəki siyasi müxalifət partiyalarının parəkəndə halda mənəm mənəmlik ideyaları ilə hərəkət etmələridir.Hələ Xalq Müqavimət Hərakatı yox idi və son zamanda yaranan İctimai Palata da yalnız iki partiyanın əsasında birləşmişdi.Bəs digər partiyalar bu birliyə niyə qoşulmadı və yaxud qoşulanlar niyə bu birlikdən kənarlaşdı?
    Bax, deməli xofdan başqa bu teatrı seyr edən insanlar arasında eyni zamanda bir çaşqınlıq yaradıb.Xalq bilmirki kimin dalınca getsin.Yəni yaxşı ilə pisi aydınlaşdırmaqda çətinlik çəkilir.Buna səbəb isə bu partiyaların biri-birinə qarşı haqlı-haqsız iddealarıdır.İndi isə Xalq Müqavimət Hərakatı yarandı və dərhal 5 partiya bu hərakata qoşuldu.İqtidar hələki bu hərakata demək olar ki,etiraz gücünü görsətmir,amma digər partiyalar,xüsusilə İP yalançı iddeaları ilə şər-böhtan təbligatına keçiblər.Niyə,bəs buna səbəb nədir?Elə düşünürlər ki,kimsə bu dəqiqə Prezident keçəcək bunlar isə qalacaq qıraqda.Deməli kreslo davası bunları əsas ideya və məqsədlərdən uzaqlaşdırır.Başa düşmürlərki qarşıdakı rəqib yıxılmasa bunların bu iddeaları əbəsdir.
    Ona görədə xalq düşüncəli halda Xalq Müqavimət Hərakatına qoşulmalıdır.
    Bütün siyasi partiyaların bir məqsəd ugrunda Xalq Hərakatına qoşulsa xalqın bu birliyə qoşulmasını daha sürətlə tezləşdirər….

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: