Demokratiyaya Gedən Yol – 3-cü hissə

 

 

 

 

3-cü hissə

 Klassik totalitar rejimlərdə hamının eyni- yoxsulluğa yaxın bir səviyyədə yaşaması əsas şərtlərdən biridir. Əhalinin maksimum 0.1 faizi – rəhbər vəzifədə olanlar müəyyən imtiyazlara malik ola bilər, ancaq onların yaşayışı da başqalarından fərqlənməməlidir. Stalin dövründə diktaturanın bu klassik mexanizminə ciddi şəkildə əməl edilirdi. Hər beş ildən bir həmin kiçik elitanın represiya edilməsi və yerlərinə başqalarının gətirilməsi acınacıqlı yaşayışından cana gəlib sosial partlayış səviyyəsinə çatan camaatın toplanmış enerjisini boşaldırdı, ictimaiyyətin əksəriyyəti bu represiyaları xalqın intiqamı kimi qəbul edirdi. Total represiyalar zamanı partiya, təsərrüfat, hərbçi  funksionerləri ilə yanaşı, xalqın düşünən beyni sayılan ziyalılıların da amansızcasına qırdırılması gözə çarpmadam baş verirdi. Etiraz potensiallı ziyalıların total şəkildə rejimə qulluq edən qabiliyyətsiz, sifarişlə işləyən ziyalılarla əvəz edilməsi cəmiyyəti manqurtlaşdırırdı.

Klassik diktatura üsuli-idarəsindən qismən uzaqlaşan Xruşşov və onu davam etdirən Brejnyev sovet diktatura rejimin sonunu yaxınlaşdırdı. Saddam Hüseyn klassik diktatura üsuli-idarəsinin sonuncu nümayəndələrindən biri idi.

Informasiya inqilabının yeni mərhələyə keçdiyi 1990-cı illərdən etibarən, qlobalaşma prosesi bir çox ölkələrdə klassik diktaturadan avtoritarizmə keçməyin zəruriliyini ortaya çıxartdı. Tam təcrid olunmuş vəziyyətdə ölkəni idarə etməyin qeyri-mümkünlüyünü başa düşən diktatorlar üçün siyasi və ictimai elmlərlə məşğul olan alimlər diktaturadan avtoritarizmə keçmək proqlamları hazırladılar.

Prinsipcə, “avtoritarizm rejimi diktaturadan yaxşıdır” düşüncəsini qəbul edən Qərb ölkələri bu prosesi ruh yüksəkliyi ilə qarşıladılar. Avtoritarizmi demokratiyaya geşid mərhələsi kimi qəbul edən Qərb, bu rejimləri növbəti addımlar atmağa həvəsləndirmək siyasətinə üstünlük verdi. Hətta Qərb ölkələri demokratiyanın qayçısı hesab edilən seçkilərin saxtalaşdırılmasının beş ildən bir azaldılmasıyla hədəflənən son mərhələyə çatmağın mümkünlüyünə inanmağa başladılar. Ona görə də, “demokratiya uzun yoldur, Amerikaya bu günkü səviyyəsinə çatmaq üçün 200 il vaxt lazım olub”- kimi təhlükəli fikirlər ortaya çıxdı. ABŞ-ın keçmiş siyasətşünasları Brjezinski və Madlen Olbrayt da belə fikirləri söyləyənlərin içərisində idilər. Xüsusilə Brjezinskinin 1995-ci ildə “Sizə bu gün stabillik lazımdır, demokratiya yox”- deməsi Əliyev erasına start verdi. Diktatorlar Qərbin bu yanlış addımından öz xalqlarına qarşı çox məharətlə istifadə etməyə başladılar. “Əgər Amerika indiki demokratik səviyyəsinə 200 ilə çatıbsa bizdən nə istəyirsiniz?”- deyib  saxtalaşdırmanı daha da gücləndirdilər.

Bu yalnış mövqedən belə çıxırdı ki, ABŞ, 1787-ci ildən başlayaraq prezident və parlament seçkilərini saxtlaşdıra-saxtalaşdıra və 200 il müddətində bu dövləti cinayətin səviyyəsini azaldaraq indiki legitim seçkilərə gəlib çatıb.

Halbuki, “seçkilərin saxtakarlığı ilə demokratiya bir qazanda qaynaya bilməz”- prinsipi tarixən mövcud olub və bu prinsipin pozulması sadəcə, avtoritarizmin güclənməsinə xidmət edib. Bu mənada Qərbin hər seçkidən sonra “proses beynəlxalq standartlara uyğun deyil, ancaq  demokratiyaya doğru bir addım sayıla bilər”- kimi həvəsləndirici mövqeyi uşağa oyuncaq verib “konfet yemə” -deməyə bənzəyirdi.

Bu gün dünyada mütləq izoliyasiyada yaşayan ancaq bir ölkə qalıbdır Şimali Koreya.  Avtoritar rejimlərin sayı isə ildən-ilə azalır, bu da təbii prosesdir.

Komunistlərin yenidən hakimiyyətə gələcəyindən qorxuya düşən Qərb ölkələri, başda ABŞ olmaqla, bütün diqqətlərini nüvə silahı hesabına super dövlət sayılan Rusiyaya yönəltdi və onlar kommunist idealogiyasına sadiq olmayan bütün diktatorları, o cümlədən H. Əliyevi dəstəklədilər. Nəticədə sabahlarına ümidləri az olan yeni yaranmış ölkələrin liderləri fürsətdən faydalanaraq rüşvətlə pul yığmağa başladılar. Öz korrupsioner fəaliyyətinə vəzifəyə adam qoyub rüşvət almaqla  başlayan Əliyev 1996-cı il ilin ortasında kommunistlərin Rusiyada həmişəlik  məğlubiyyətindən sonra dirçəldi və əl qol açmağa başladı. Hər halda 1994-cü ildə neft kontraktları bağlanmasına baxmayaraq, o, hakimiyyətdə uzun müddətdə qalacağına inanmırdı. Elə buna görə də oğluna- indiki ölkə başçısına Türkiyə vətəndaşlığı belə almışdı.

H. Əliyevin qorxusu ölkə daxilində özünə qarşı yönələ biləcək müxalifətin movcudluğu ehtimalından qaynaqlanmırdı. Sadəcə ona görə ki, ölkə daxilində belə bir qüvvənin mövcudluğuna inanmır, əsas problem yarada biləcək güc mərkəzlərini sıradan çıxartdığını düşünürdü. Onun fikrincə, Sürət Hüseynov və Cavadov qardaşları ənənəvi müxalifətdən daha təhlükəli idi və o bu məsələni kökündən həll etmişdi.

Onun qorxusu komunistlərin Rusiyada yenidən hakimiyyətə gəlməsindən idi. Hesab edirdi ki, kommunistlər onun hakimiyətdə qalmasına imkan verməyəcəklər. Odur ki, Kommunistlərin məqlubiyyətinə Rus demokratlarından çox, H. Əliyev sevinirdi.

1996-cı ilin avqustundan total rüşvət və korrupsiyaya start verildi. Sovetlərdən ayrılan diktatorlar Afrika ölkələrindən vüsət tapmağa başlamış korrupsiya və rüşvət rejiminin çatışmayan cəhətlərini analiz edərək (Afrika ölkələrində bu rejimlərin ömrü 10 ildən çox çəkmirdi.) onu yeni elementlərlə  zənginləşdirməyə başladılar. İnternetin inkişafı nəticəsində bank sistemlərinin liberallaşması , afşor kompaniyaların açılmasının sadələşdirilməsi diktatorların əl qolunu açmışdı. Artıq keçmiş SSRİ-nin bir çox subyektlərində korrupsiya və rüşvət çiçəklənməyə başlamışdı. Sovet ittifaqının dağılması və yüksək təbii resurslara malik olan ən azı 5 müstəqil dövlət – Rusiya Federasiyası, Kazaxstan, Özbəkistan və Türkmənistan 1993-dən, 1996-ci ildən isə Azərbaycan-geniş addımlarla bu istiqamətə doğru irəliləyirdi. Özbəkistan təbii sərvətinə görə bir qədər sonra əvvəlki mövqeyini itirsə də, ancaq korrupsioner xarakterini qorudu. Üç Pribaltika ölkəsindən başqa, yerdə qalan bütün yeni müstəqil dövlətlər bu şirnikləşdirici xəstəliyə tutuldular.

2000-ci illərin ortalarından bəzi ölkələrdə demokratiyanın inkişafına paralel olaraq, korrupsiyasızlaşdırma və rüşvətsiz cəmiyyət prosesləri ortaya çıxdı. Gürcüstan və Moldaviya bu prosesə rəhbərlik edirdi. Onların ardınca Ukrayna və Ermənistan da sözügedən prosesə qoşuldu.

Azərbaycanda isə tamamilə əks proseslərə start verildi. Bu ölkədə korrupsiya və rüşvət sistemi daha unikallaşdırıldı, O artıq totallığına görə dünyanın heç bir ölkəsi ilə müqaysə edilə bilməz. Azərbaycanda yaradılmış sistemin əsas prinsipi “korrupsiyada iştirak etməyən, rüşvət almayan heç bir adam dövlət işində işləyə bilməz”- fəlsəfəsidir. Əgər belə bir məmur varsa, ən yaxşı halda, işindən azad edilər. Hətta onun həbs edilməsi ehtimalı da istisna deyil.

Bu siyasətin nəticəsidir ki, dövlət təşkilatlarında işləyənlərin hamısı cinayət törədir və istənilən vaxt istənilən çinovnik – baş nazirdən tutmuş, hansısa şöbədə işləyəyənə qədər hər kəs həbs edilə bilər. Bu sistem rejimdən narazı olub öz təşəbbüsü ilə istefa vermək şansını da sıfıra endirir. İşdən azad olmanın təkbir yolu var. Ancaq və ancaq müəssisə rəisi öz təşəbbüsü ilə kimisə işdən çıxara bilər . Ona görə 10 minlərlə dövlət təşkilatlarında çalışanların arasında ölüm sükutu, sirkdə təlim görmüş heyvanların mütiliyi abi – havası hökm sürür.

Ölkədə belə vəziyyətə münbit şərait yaradan Azərbaycanın iqtisadi potensialıdır. Belə ki, hər bir Azərbaycanlının aldığı maaşın 75 faizi birbaşa və ya bilavasitə neft sektorundan gələn pulların hesabına təmin olunur. Deməli Gürcüstan və Ermənistan kimi neft olmasa idi, Azərbaycanda orta əmək haqqı 60 manatdan yuxarı ola bilməzdi. Satış qiymətləri isə indikindən azı 70 faiz baha olmalı idi, çünki idxalatın yüksək səviyyəsi Azərbaycan manatının sabit kursda  saxlanması üçün sərf olunan valyutanın yetərsizliyi problemini yaradacaqdı.

Əliyevlərin 20 illik fəaliyətinin nəticəsi Azərbaycanlıları total dilənçiliyə aparır desək, səhv etmərik. Neftin miqdarının azalması və minimum həddə çatması  xalqın güzəranının dilənçilikdən də aşağı səviyyəyə çatmasına gətirib çıxardacaq, xalq, sözsüz, onu bu səviyyəyə salanları amansızlıqla cəzalandıracaq, ancaq bu, onun həyat səviyyəsinin qısa bir müddətdə düzəlməsinə gətirib çıxartmayacaq. Milli sərvətlərimizin talan olunması hesabına zənginləşənlərin və bundan sonra da varlanacaqların heç bir faizini də həmin xaos şəraitində Azərbaycanda tapmaq mümkün olmayacaq.

Ölkədə tətbiq edilmiş total rüşvət və korrupsiya hətta ölkənin maksimum 0.5 faizinin varlanmasına qulluq etsəydi, yenə də dərd yarıydı. Məsələ ondadır ki, bu siyasətin nəticəsi bir tərəfdən bütün ölkələrnin inkişafının əsas fundamenti sayılan orta sinifin yaranmasının qarşısını aldığı kimi, digər tərəfdən də Azərbaycanda sosial təbəqələşməni də heç bir ölkəyə xas olmayacaq şəkildə müxtəlif siniflərə bölünür. Bu siniflər aşağıdakılardır;

Birinci təbəqə: 1 nömrəli varlılar, milyarderlər; İldə rəsmi olaraq 50 min manat maaş alan prezident və ətrafındakı ildə 10-12 min manata qol şəkən dörd – beş nazir, Baş prokuror və sairə.

İkinci təbəqə: Heç bir maaşa qol çəkməyən və ya  simvolik maaş alan prezidentin klanı; onların sayı haradasa 500 nəfərə çatar.

Üçüncü təbəqə: Dövlət orqanlarında işləyən yuxarı rütbəli çinovliklər, icra başçıları, məhkəmələr, prokurorlar, müstəntiqlər, polislər və sairə. Haradasa 10 minə yaxın adam. Onların da illik orta maaşı təqribən 6-8 min manatdır.

Dördüncü təbəqə: İllik maaşı beş min manata yaxın olan dövlət aparatlarında işləyən bütün çinovliklərin hamısı. Onların da sayı təqribən 100 min olar. Tutduğu vəzifədən istifadə edib xalqı talan edənlər bu yüksək eşalonun sayı təqribən 150 minə yaxındır.

Azərbaycanın var dövlətinin təqribən 90 faizi bu sinifin əlində cəmləşib.

Əhalinin digər aşağı eşalondan olan qismini də müxtəlif təbəqələrə bölmək olar. Aşağı eşalonun ən yuxarısında dayananlar qismən pulu olanlardır. Bunlar rejimin işləməyə icazə verdiyi biznesmenlərdir. Sözsüz ki, onlar da qazanclarının hardasa 70 faizini rüşvət şəkilində verməsələr, işləyə bilməzlər.  İldə 100 min manatdan 10 milyonlara qədər qazanan bu biznesmenlərin sayı təqribən 5 minə yaxın olar və onların da əlində ümumi varidatımızın təqribən 6-7 faizi toplanır.

İlk baxışdan çox da pis görünməyən iqtisadi göstəricilərinə baxmayaraq, həmin təbəqə ölkədə bəlkə də ən yazıq vəziyyətində olandır. Bunların hər birini istənilən vaxt həbs edə bilərlər (Verginin əksəriyyətini rüşvət şəkilində ödəyənləri həbs etməkdən asan heç bir şey yoxdur), iş yerlərini bağlayıb bütün var yoxlarını müsadirə edə bilərlər.

Bu təsnifatdan da  göründüyü kimi Azərbaycanın varidatının 98 faizinə sahib çıxanlar ölkə əhalisinin heç bir faizini də təşkil etmir. Parodoksal olsa da həmin bu bulağın gözündə yatanların 90 faizi ən çox təşviş içində yaşaynlardır. Bu rejimin dəyişilməsini onlar adi vətəndaşlardan az istəmir. Onlar da insan kimi yaşamaq istəyirlər. Həmişə qorxu içərisində yaşamaq onların çoxunu içki düşgününə çevirib. Hakimiyyət laxlayanda bu rejimin əleyhinə ən aktiv çıxış edənlərin sırasında yenə onlar olacaqlar. Və hətta bəlkə də bir birlərinə qarşı verəcəkləri donosları yazmaq üçün 10 minlik müstəntiq ordusu da kifayət etməyəcək.

Sonrakı sinif dövlət büdcəsindən maaş alanlardır. Maaşa baxanlar məmur kütləsinin mütləq əksəriyyətini təşkil edir. Sayları 2 milyon adama yaxındır. Bu sinifə acından ölməmək üçün minimum tələbatlarını ödəyən stabil əmək haqqı verilir. İldə 1.5-2.5 min manat orta gəlirləri olan bu insanlar vəziyyətlərini qismən yaxşılaşdırmaq üçün total rüşvət alırlar. Kasıb rayon yerlərində rüşvət kimi yumurtadan tutmuş, dollara qədər ən müxtəlif əmtəələri almaqdan belə utanmırlar. Faktiki olaraq yürüdülən siyasət onları hökümətin tam əsirinə çevirib. Bu insanlar faktiki həm hökümətə həm də özlərinə nifrət edirlər. Onlar bilirlər ki, istənilən vaxt işdən atılma ehtimalları var. Əgər işdən atılarlarsa, bu, onlar üçün böyük fəlakət olar, çünkü heç iki ay yaşamağa belə pulları yoxdur. Həmin zümrəni rejimin köləsinə çevirən də elə bu çarəsizlikləridir. Çarəsizliklərinin başlıca səbəblərindən biri də budur ki, müəllimlik və ya həkimlikdən savayı əllərindən başqa iş də gəlmir. İşsizlik təhlükəsi onlarda ailələri ilə birlikdə acından ölmək xofu yaradır. Bu qeyri-insanı təşviş hissi kiçik məmurların başının üstündə “Demokl qılıncı” kimi asılıb və istənilən vaxt qılıncı saxlayan ip qırıla bilər. Bütün çarəsizliklərinə baxmayaraq, bu sinif də siyasi cəhətdən aktiv potensiala malikdir, rejim zəifləyən kimi səmimi şəkildə etiraz edənlərə qoşulacaq.

Onların çatışmayan yeganə cəhəti birləşə bilməmələridir. Halbuki, təşkilatlana bilsələr, bir müəllimin qeyri-qanuni işdən çıxarılması ertəsi gün məktəbin, bir gündən sonra rayonun, üç gündən sonra respublikanın təhsil ocaqlarının etirazına gətirib çıxarar və onlar da həmişəlik məhkum olunduqları müti həyatdan can qurtara bilərlər. Onların bir araya gəlməsi üçün yarada biləcəkləri müstəqil sendikaların formalaşmasına isə imkan verilmir.

Yerdə qalanlar işsizlər və ya müvəqqəti iş tapanlardır. Ölkənin indiki vəziyyətində bu zümrə protest etməyə ən yüksək potensialı olan sinifdir.

H.Əliyevin yaratdığı bu tipli unikal korrupsiya-rüşvət sistemi bir para insanların varlanmağından daha çox, mövcud rejimin ömrünü uzatmağa qulluq edir. Adətən, bu cür qeyri-normal rejimlər iki halda çökür.

1. Heç olmazsa ölkədə 50 faiz orta sinif olmalıdır ki, ədalətsiz rejimin ortadan qalxmasında həlledici təkan rolunu oynasın. Orta sinifin bu dəyişim prosesindəki aktivliyini onların iqtisadi maraqlarıyla rejimin xarakterinin uzlaşmaması müəyyənləşdirir. Axı, mürtəcə rejim iqtisadi böyümənin, inkişafın qarşısını alır, orta sinif  isə təbii ki, inkişaf tərəfdarıdır və onun qarşısında duran maneələri aradan qaldırmaq əzmindədir.

2. Xalqın əksəriyyəti ac, özünü qılınca çarpar vəziyyətində olmalıdır, yəni, o bir parca çörəyi də tapa bilməməlidir. Azərbaycan xalqının hələ də ürəyində daşıdığı humanist duyğular, qohumlararası yardımlaşmalar, xaricdə işləyən miqrantların öz ailə üzvlərinə göstərdiyi maddi və mənəvi dəstək bu acınacaqlı vəziyyətin qarşısını qismən alır. Fəqət, rejimin öz hakimiyyətləri naminə əxlaqi dəyərləri məhv etməsi nəticəsində milli-mənəvi dünyamızın getdikçə deformasiyaya uğradılması kütləvi narazılığın qarşısını alan bu yeganə amili də yavaş-yavaş sıradan çıxarır.

Bütün bu yazılanlardan aydın olduğu kimi, ölkəmizdə şüurlu şəkildə yürüdülən korrupsiya siyasəti Azərbaycanı qaçılmaz olan inqilabi şəraitə doğru aparır. İndiki hakimiyyətdə olanların 90 faizi mənim yazdıqlarımı anlamaya, inanmaya bilərlər. Çünkü onların intilekti kimdənsə rüşvət almağa çatır. Bunun üçünsə beyində bir neçə yüz qırışın olması kifayət edir. Bir neçə yüz beyin qırışı ilə vəzifədə olanlar başa düşə bilmirlər ki, H.Əliyevin yaratdığı bu sistem hər kəsdən qabaq onların özlərini də fəlakətə sürükləyir. Vəzifəyə, pula hərislik bəsirət gözlərini elə örtüb ki, təmsil olunduqları hakimiyyəti bu yolla əbədi saxlayacaqlarına inanırlar. Buna görə də Azərbaycanda yeni kadrların vəzifəyə cəlb olunması prosesinin qarşısını alırlar. Çəkinirlər ki, birdən, beynində 2-3 milyon qırışlı adam vəzifəyə gələr və bunu özləri üçün olduqca təhlükəli hal hesab edirlər.

Sözsüz ki, gənclərin və müxalifətin rolu barədə də fikirlərimi yazacağam.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

3 Cavab to “Demokratiyaya Gedən Yol – 3-cü hissə”

  1. 10 minlərlə dövlət təşkilatlarında çalışanların əksəriyyəti avtoritar rejimin siyasətini anlayır və bu rejimin xalqa qarşı qəddarlıgını da görür və bu bəladan qurtarmagın yollarını da düşünür.Lakin düşüncələrini bu günkü günlərinə qurban verirlər!Çünki cəmiyyətdə aparılan “Öz başını qoru” siyasəti imkan vermirki düşüncədən uzaga gedəsən!…

  2. Rəsul müəllim, şox sağ olun ki, millətimizin düşdüyü vəziyyəti təhlil etməyə çalışırsınız. Siz yazırsınız:”…1996-cı ilin avqustundan total rüşvət və korrupsiyaya start verildi…” İcazə verin bu sözlərinizə əlavə edim: Azərbaycanda 1969-cu ildən rüşvət və qohumbazlıq siyasətinə start verildi…
    Rəsul müəllim, yeri gəlmişkən, H.Əliyev fondu barəsində də fikirlərinizi biz oxucularla bölüşsəydiniz məmnun olardıq, xüsusilə də fondun maliyyə mənbəyi (və ya mənbələri) barədə. Hörmətlə,

    • Heydər Əliyev fondu mütləq mənada korrupsion bir fonddur. Bu fonda neftin satışından, nazirlər,icra başçıları, dırnaq arası biznesmenlər və başqalarının təşkil etdiyi küllü miqdarda pul keçirilir. Bu fonda da vergi nazirliyinin heç bir təsərrüfat hesabı yoxlamadan bu qədər pul keçirmək lazımdır prinsipi ilə pul keçirilir.Bu fonddan müxtəlif proyektlərə məsələn məktəblər ,məscidlər tikmək ,heykəl qoymaq ,yol çəkmək,park salmaq ,mədəniyyət abidələrini həm ölkə daxilində həmdə xaricdə restavrasiya etmək və bir çox başqa adlar altında böyük miqdarda pullar ayrılır. Bu proyektləri hazırlamağı icra başçılarına,nazirlərə,dırnaq arası biznesmenlərə tapşırırlar. Onlar bu priyektlərdə dəyərlərindən 60-70 faiz yuxarı xərclər nəzərdə tuturlar. Bu proyektləri yerinə yetrilməsi üçün fonddan ayrılmış pulun maksimum 10 faizi işi görənin hesabına keçrilir, yerdə qalan 90 faizi fondun rəhbərliyi tərəfindən mənimsənilir. Tikinti işləri həmin icra başçıları,nazirlər və sairələrin vəsaiti ilə həyata keçrilir. Onlar da bu pulu toplamaq üçün əlavə rüşvət yığırlar,məsələn tutaq ki, ticarət obyektlərindən. Təbii ki,ticarət obyektləri də bu pulu vermək üçün qiymətləri artırır. Axır nəticədə fonddan xərclənən pul camaatın cibindən çıxarılır. Əlavə həmin işi görənlərdə proyektin həqiqi dəyəri ilə yüksəldilmiş dəyəri arasındakı fərqi öz ciblərinə qoyur. Bu fond əsl koruppsiya yuvasıdır.Hesabı xarici banklardadır, ona görə açıq-aşkar cinayət törədən bu adamlar çəkinmirlər ,düşünürlər ki, bu operasiyaların üstünü açmaq olmayacaq .Səhvdir,əksinə bunu üzə çıxarmaqdan asan şey yoxdur.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: