Beləliklə, 1991-ci ildə Dağlıq Qarabağın özünü “müstəqil respublika” elan etməsinin bünövrəsi məhz 1970-ci illərdən qoyulmağa başlamışdı.
Epizod
1975-ci il, Azərbaycan Respublikası MK-nın birinci katibinin kabineti
Əliyev:
– Yoldaş Krasilnikov, Sviqun zəng etmişdi, bir məsələdə sizin mövqeyinizdən narazı olduğunu bildirdi. Nə məsələdir o?
Krasilnikov Əliyevin Sviqon və Andropovla münasibətlərinin necə olduğunu yaxşı bilirdi. Sviqunun hər şeyi Əliyevə danışdığına heç bir şübhəsi yox idi. Eyni zamanda, müavininin də Əliyevə bütün məlumatları verdiyini bilirdi.
– Elə bir fikr ayrılığı yoxdur, yoldaş Əliyev. Bilirsiniz, univeristetin bir müəllimi var – Əliyev Əbülfəz. O, 1973-cü ildən bizim nəzarətimizdədir. O, institutu qurtarandan sonra tərcüməçi kimi xaricə, deyəsən, Misirə göndərilmişdi. Siz onda KQB-də işləyirdiniz. Xaricə göndərilən tərcüməçilərin hamısı KQB-nin agentləri olmalıdır, Siz bunu məndən yaxşı bilirsiniz. Ancaq bu Əliyev bizim Misirdəki nümayəndəmizlə özünü kifayət qədər səmimi aparmamışdır. Faktiki, hər gün içib ağzına gələni danışan hərbiçilər barədə heç bir məlumat verməmişdir.
Sədr dayanıb Əliyevin gözlərinin içinə baxdı. O, yaxşı bilirdi ki, bunların hamısından onun çox yaxşı xəbəri var. Davam etdirməyin lazım olub-olmadığını bilmək istədi. Əliyevin yaşıl, bir qədər bulanıq gözləri heç bir şey ifadə etmirdi. Krasilnikov davam etdi:
– Qayıdandan sonra biz onu periodik nəzarətdə saxlamışdıq. Ancaq 1973-cü ildən o, müstəqillik barədə söhbətləri ilə millətçi tələbələrin sevimlisinə çevrildi. O vaxtdan biz onu daimi nəzarətə götürdük. İçki məclislərində hərdənbir müstəqillikdən söhbət açsa da, antisovet təbliğatı aparmırdı. Ümumiyyətlə, bir qədər melanxolik və emosional adamdır. İnsanlarla ünsiyyəti xoşlayır. Bu yaxınlarda məlum oldu ki, o, Parisdə buraxılan «Kontinent» jurnalının redaksiya heyətinə üzv seçilib. «Kontinent» jurnalının yaradıcısı yazıçı Vladimir Maksimovdur. Daha doğrusu, ideya və maliyyə MKİ tərəfdəndir, ancaq başında tanınmış antisovet Maksimov durub. MKİ-nin planı ilə redaksiya heyətinə hər respublikadan ən azı bir adam tapmaq lazım idi. Uzun axtarışdan sonra Gürcüstanın tanınmış antisovetçisi Qamsaxurdiya Əbülfəz Əliyevlə bu məsələni müzakirə edib, razılığını alıb. Ancaq o, həmin jurnalın redaksiya heyətinin üzvü olsa da, orada heç bir yazısı çıxmayıb, hələ heç o jurnalın üzünü də görməyib. Bu jurnal gizli yolla 50 nüsxə Gürcüstana, 100 nüsxə Ermənistana gətirilib. Bizim fikrimizcə, Azərbaycanda yoxdur. Sviqun tələb edir ki, biz Əliyevi həbs edib, cinayət işi qaldırmalıyıq. Mən bunun düz olmadığını düşünürəm. Hansı əsasla biz onu həbs edək? İnsan heç o jurnalın üzünü belə görməyib. Məncə, onu çağırıb xəbərdarlıq edib buraxmaq lazımdır. Əgər bir daha bu işlərlə məşğul olsa, onda həbsi barədə fikirləşmək olar.
Krasilnikov fasilə verib, Əliyevin reaksiyasını gözlədi.
– Bəs Sviqun nəyə görə sizinlə razılaşmır, hökmən Əliyevin həbs edilməsini tələb edir?
Heydər Əliyevi yaxşı tanıyan sədr, onun artıq Əbülfəz Əliyevin həbs olunması barədə qərar qəbul etdiyini başa düşdü. Əks halda, onun söylədiklərindən daha çox məlumatlı olan birinci katib söhbəti başqa istiqamətə yönəldərdi. Məsələn, soruşardı ki, universitetin rəhbərliyi onun işindən razıdır, ya yox, müəllimlik səviyyəsi necədir və sairə.
Krasilnikov:
– Sviqun belə hesab edir ki, Əbülfəz Əliyevin bu addımları Azərbaycanda dissident hərəkatına gətirib çıxaracaq, bizim sistem üçün ən təhlükəli olan bu hərəkatı beşiyindəcə boğmaq lazımdır.
Əliyev:
– Məgər, bizim hamımızın vəzifəsi sistemimizi göz bəbəyi kimi qorumaq deyil? Məgər, siz də bu yolun yolçusu deyilsiniz? Ola bilər, hüquqi nöqteyi-nəzərdən siz haqlısınız. Ancaq Sovet İttifaqının düşmənlərini aradan götürmək üçün biz hüquqi baza axtarmalıyıqmı?
– Mən hər şeyi başa düşdüm, yoldaş Əliyev.
– Nəyi başa düşdün?
– Əbülfəz Əliyevi camaatdan təcrid etmək gərəkdir.
– Deməli, qərara gəlmisiniz ki, onu həbs etmək lazımdır…
Krasilnikov həmişə Əliyevin qərar qəbul etmək manerasından təəccüblənirdi. Bütün haqsız qərarların sifarişçisi olan Əliyevin bu dəfə də ustalıqla, guya, Əbülfəz Əliyevin həbsi barədə qərarı Krasilnikovun qəbul etdiyini deməyə məcbur qalmasından heyrətə gəldi.
– Bəli, yoldaş Əliyev, haqlısınız, onu həbs etmək lazımdır.
– Mən məhkəmə deyiləm, Əbülfəz Əliyevin haqlı-haqsızlığı barədə hökm çıxardam. Siz fikirləşirsiniz ki, onu cəmiyyətdən təcrid etmək lazımdır, elə deyilmi?
– Elədir…
…1969-1982-ci illərin repressiyaları respublikanın erməni ekstremistlərinə qarşı müqavimətini yenidən sıfra endirdi. Dəmirçiyanın başçılığı altında Ermənistanda millətçilərin “Böyük Ermənistan” xülyası ilə yaşayanların şəbəkəsinin genişləndiyi bir vaxtda, Azərbaycanda Əbülfəz Əliyev kimi hətta eşidilməz səslə müstəqillik deyənlərin belə, qarşısı sərt üsullarla alınırdı.
Bir tərəfdən terrorçu «ASALA» təşkilatına Azərbaycanın torpaqlarının Ermənistana veriləcəyi barədə söz verib, onları Türkiyə və Qərbin üstünə yönəldən SSRİ KQB-si, o biri tərəfdən isə erməni demokratlarına bütün haqsızlıqların səbəbi kimi sovetləri göstərən, bu imperiya çökəndən sonra onlara torpaqlarını genişləndirməyə kömək edəcəklərinə söz verən Qərb kəşfiyyatları Azərbaycanda olub-qalan müqavimətin Əliyev tərəfindən darmadağın edilməsindən çox məmnun idilər.
Ermənistan və Gürcüstanda nəinki kökü kəsilməmiş, əksinə bir qədər də güclənmiş dissident hərəkatının 1989-cu ildə yeni seçilmiş SSRİ parlamentində oynayacağı rol əvəzedilməz idi. Həmin ildə Azərbaycanın lideri Vəzirov seçkiləri bütövlüklə saxtalaşdırıb müti adamları ora göndərəndə, qonşularımız mübarizələrdə bərkimiş, xalq tərəfindən seçilmiş keçmiş dissidentlərini Moskvaya göndərdilər. Parlamentdə Yeltsin və Afanasyev tərəfindən yaradılmış Demokratik Blokun üzvü olan erməni və gürcü deputatları 1990-cı ildə Dağlıq Qarabağ barədə rəyi artıq formalaşdırmışdılar. Nəinki onda, daha sonra 1990-cı ildə hakimiyyətə gələn Ayaz Mütəllibov da bir azərbaycanlının həmin qrupa daxil olmasına imkan vermədi. Tezlikə bir-birinin ardınca respublikalarda hakimiyyətə gələn demokratlar Ermənistanın yeni demokratı Ter-Petrosyanın təbii dostlarına çevrilmişdilər. Azərbaycan isə bu respublikalar üçün sivil sayılmayan Orta Asiya ölkələrinin siyahısında idi. Ona görə də 1991-ci ildə arxasında Yeltsin başda olmaqla, Rusiya, Pribaltika ölkələri dayanmış Ermənistan cəsarətlə, heç nədən ehtiyatlanmadan Dağlıq Qarabağı öz müstəqilliyini elan etməyə təhrik etdi. Əliyevin 1969-cu ildən məqsədyönlü olaraq başladığı Azərbaycanın düşünən beyinlərini fiziki və mənəvi məhvetmə siyasətinin nəticəsidir ki, bu gün torpaqlarının 20 faizini itirmiş, xalqının acizlik etalonu olan ölkə, faktiki, heç bir dövlətin dəstəkləmədiyi izolyasiya vəziyyətindədir…
Ardı bir aydan sonra davam etdiriləcək…
Rasul muellim, cox sag olun! Mene ele gelir ki, zaman yetishib.Biz bir millet kimi ayaga galxib Aliyevlerin ve ele dushunceli etrafini xalgdan temizlemesek, bizim balalarimiz bizi lenetleyecekler. Bunlarin bu xalga vurdugu zerbeni aradan galdirmaga 50-100 il vaxt lazimdir.BU milletin bele “dozumu” neye kerekdir?
İlqar bəy,2013-cü ildə bu Hakimiyyətin süqutu olacaq,buna əmin ola bilərsən!
Rasul müellim yazılarınıza görə çox sağ olun ..Bu cür yazılarınızı oxuduqca bizlərə Azərbaycanın yaxın keçmişinə dair qaranlıq qalan bütün məsələllər aydın olur…
Bundan çox arzu edərdim Azərbaycan üçün nəsə etmək istəyi güclənsin.
Salam Rasul müellim mən öz adımdan deyə bilərəm ki hal hazırda üsdümə düşən vəzifəni gücüm çatdığı qədər yerinə yetrirəm…Misal üçün sizin siyasətə geri qayıtmanız və yeni yaratdığınız müqavimət hərakatı haqqda insanlara məlumat verirəm..yardım etmək üçün yaxın bildiklərimdən pul yığmaqa cəht edirəm ama hələ buna nail ola bilməmişəm (maraqlıdır bu korupsiyener hakimiyət hər bir vətandaşın cibində hər il ən azı min manat oğurlayır heç kim səsini çıxarmır ancaq əksər insanlar öz gələcəkləri üçün 3 manatdan belə keçmirlər yəqin ki bu hakimiyətin insanlar üzərindəki qorxusundan irəli gəlir) mənim yaşadığım zonada insanların 80 faizi sizin tərəfinizdədir sadəcə olaraq bunu qorxudan kimsə dilə gətrib deyə bilmir.. Mənim yaşadığım zonada təşkilatlanma yoxdur belə ki Bakıda güclü təşkilatlanma olmadan Azərbaycanın digər zonalarına nisbətən zülümün və haqsızlığın iki qat güclü olduğu bir yerdə təşkilatlanmaq həqiqətəndə çox çətindir…Onuda deyim ki burda insanların narazılığı digər zonalardan iki qat daha güclüdür..
Məlumat üçün qeyd edim ki mənim yaşadığım zona Naxçıvandır…..
Resul bey daha effectli gencleri cheke bilecey ishler gözleyirik bu yazıları oxuyan genclik yoxdur efsuslar olsun ki video charxlar olsa daha yaxshıdır ve sosial shebekelerde de paylashılaraq choxlar . bunu nezere alın..hörmetle NiCaT.
Bütün dünya ölkələrində imkanlı Azərbaycanlılar var.Əfsuslar olsun ki,onıar xalqının acınacaqlı vəziyətinə reaksiya vermirlər.Amma qeyrəti olan hər bir Azərbaycanlı xalqının gələcəyi üçün öz köməkliyini görsətməlidir.
Mən Ukraynada idim və çoxları ilə təmasda oldum və gördüm ki,əksəriyyət xaricdə yaşamaqlarına baxmayaraq qorxurlar.
Prezident İlham Əliyev Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciət edib.
Amma demədi ki,düşmən tərəfindən məhv edilnən bu insanların müəyyən mənada canı qurtarıb,80 faiz xalqı qəddar Hakimiyyətimiz tərəfindən diri-diri ölü vəziyyətinə salmaq ən dəhşətli faciədir!