Azərbaycan avtoritizmi Türkmənistan, Tacikıstan, Özbəkistan, Qazaxıstan kimi Orta Asiya ölkələri ilə müqayisədə yalnız özünün bəzi cüzi demokratik elementləri xatırladan xüsusiyyətləriylə qabaqdadır. Bəzi adamlar bunun səbəbini müxalifətin xidməti kimi qələmə verməyə çalışır ki, bu, tamamilə səhv və əsassız fikirdir. Əslində isə demokratiya uğrunda mübarizə aparmaq vəzifəsinin öhdəsindən gələ bilməyən müxalifət liderlərini mövcud rejimin var olmasında müstəsna xidmətlərə malikdir. Lakin onların özləri haqqında yaratmış olduqları “miflər” guya, ölkəmizin demokratik inkişafında hansısa “xidmətlərininin” olması barədə psevdo-fikrə gətirib çıxarır və müxalifət liderləri bununla qismən də olsa, mənəvi təskinlik tapır, özlərinin lazımlılıqlarına inanırlar. Beləliklə də fəaliyyətlərinə “lazımamsa, deməli, siyasi arenada qalmalıyam”-kimi əsassız arqumentlərlə haqq qazandırmağa çalışırlar. Son 20 ildə Azərbaycanda baş vermiş hadisələr isə haqqında söhbət açdığımız fikirlərin tam əksini sübut edir. Buna əmin olmaq üçün, gəlin, bəzi faktlara müraciət edək.
1991-93-cü illərdə Azərbaycanda demokratiya elementlərinin demək olar ki, 60 faizi mövcud idi. Həmin dövrdə yuxarıda adlarını sadaladığım ölkələrdə isə bu göstərici sıfra bərabər idi. Sadəcə, Qazaxstanda bu rəqəmi 40 faizlə göstərmək olardı. Sözsüz ki, Azərbaycanda 1980-cı illərdə hakimiyyətdə H.Əliyev olsa idi, 1990-cı illərin əvvəlində bizdə də vəziyyət, böyük ehtimalla, Orta Asiya ölkələrindən fərqlənməyəcəkdi.
İndi qayıdaq, 1993-cü ildən sonrakı vəziyyətə. Müxalifət bu dövrdən başlayaraq, öz mövqeyini addımbaaddım itirməyə başladı. 1998-ci ildə artıq demokratiya elementləri 30, 2003-də 15, 2005-də 10, 2011-ci ilin əvvəlində isə maksimum 5 faizə düşdü. Həmin beş faizi də “Azadlıq” və ona bənzər bir neçə KİV-ə və müxalifətin müəyyən iclaslarını keçirməsinə və bu qəzetlərdə fikirlərinin dərc olinmasına borcluyuq.
Bilindiyi kimi demokratik dövlətçilik ənənəsinin əsas göstəricisi azad seçkilərlə bağlıdır. Azərbaycanda isə mövcud hakimiyyətin rəhbərliyi altında 1993-cü ildən bəri bütün seçkilər saxtlaşdırılıb. Seçkilərin saxtalaşdırılması 1995-ci ildə 70, 2000-ci ildə 85 , 2005-də 95 və 2010-cu ildə 100 faizlə həyata keçirilib. Məgər, bu saxtalaşdırma faktlarını hər hansı siyasi təşkilatın xidmətlər kateqoriyasına aid etmək mümkündürmü?
Orta Asiya ölkələrində isə bu sahədə demokratiya elementləri 0 faizlə başlayıb, bəzilərində 2, bəzilərində isə 1faizə yüksəlib. İndi hansı ölkələrdə demokratik ənənələtin və müxalifətin daha çox gücləndiyinə özünüz qərar verin.
Azərbaycan müxalifəti bu “psevdo-əvəzedilməzlik” eyforiyasından nə qədər tez azad olacaq və öz yerini daha layiqli gənc nəsillərə ötürəcəksə, ölkəmizdə demokratikləşmə prosesləri bir o qədər tez sürətlənəcək. Bunun da ən bariz nümunəsini keçmiş sovet məkanında baş verən proseslərə diqqət yetirdiyimiz zaman görə bilərik. Təsadüfi deyil ki, 1990-cı illərin Rusiyasında inqilabı təşkil edənlərin heç birisi siyasi arenada yoxdur. Baxmayaraq ki, Yelçindən başqa hamısı sağdır. Ancaq hər biri öz ixtisaslarına müvafiq olaraq ya univeristetlərdə dərs deyir, ya da hansısa elm mərkəzində çalışır. Hətta 2000-ci illərdə arenada olanlar da yavaş-yavaş siyasi arenanı tərk edirlər. Necə ki, Rusiyada son mitinqləri təşkil edənlərin 90 faizi tamamilə yeni adamlardır .
Keçmış Sovet məkanının ikinci böyük dövləti Ukraynada da vəziyyət eynidir. 1990-cı illərin aktivistlərindən birini belə siyasi arenada görə bilmərik. Ukraynanın xalq cəbhəsi RUH, birinci prezidenti Kravçuk öz yerlərini çoxdan başqalarına ötürüb. Hətta ikinci dalğa aktivistlər də artıq siyasi arenadan çəkiliblər. Hazırda qonşumuz Gürcüstanda 1990-cı illərin aktivistlərindən heç olmazsa birinin siyasi arenada olmasını misal gətirən tapılsa, minnətdar olaram. Pribaltika, Moldova, Qırğızıstandan isə heç söhbət açmağa dəyməz. Hamıya məlumdur ki, bu ölkələrdə hətta 2000-ci ilin siyasətçisinə belə rast gəlmək mümkün deyil. Zənnimcə, demokratik dəyişmələrin siyasi liderlərin dəyişməsi ilə əlaqədar olduğunu sübut etmək üçün əlavə şərhə ehtiyac yoxdur.
Bəs, bizdə nələr baş verir? 1990-cı illərin aktivistlərinin, demək olar, hamısı (dünyasını dəyişənlərdən başqa) bir nəfər kimi siyasi arenada cüzi bir dayaq üzərində və ya dayaqsız öz mövqelərini qoruyurlar. Ölkədə paradoksal bir vəziyyət yaranıb. Xalqın ümumi nifrətinin mərkəz nöqtəsi olan hökumət siyasət olimpində dayanıb ora yaxınlaşmaq istəyənləri dubinkayla, həbslə, ölkədən sürgün etməklə “zərərsizləşdirir”. Müxalifətdə isə köhnə liderlər səhnəyə çıxmaq istəyən yeni qüvvələri onların güclənməsinə imkan vermədən zəif vəziyyətlərində itələyib aşağı salırlar. Bu mənada bizim müxalif liderlərimiz də elə prezidentimizə oxşayır. President özünün “əvəzedilməzliyini” ətrafındakılara və camaata dedizdirərək mənəvi həzz aldığı kimi, partiya liderləri də təxminən eyni işlə məşğul olurlar.
Mənim fikrimcə, bu gün arenada olan 1990-cı illərin aktivistləri Azərbaycanın gələcəyi naminə təcili istefa verməlidirlər. İmkan verilməlidirlər ki, yeni fikirli, yeni ideyalı, cəsarətli addımlar atmağı bacaran qüvvələr irəli çıxa bilsin.
Hər kəs əmin olsun ki, kimin ölkəmizin demokratikləşməsində nə xidməti olubsa, xalq bunu yaddan çıxarmayacaq, demokratik seçki şəraiti yarandıqdan sonra onları prezident seçkilərində iştirak etməyə çağıracaqlar. Xidmət varsa narahat olmağa dəyməz, hər halda qısa bir müddətdə yaddan çıxmazlar.
Sadəcə olaraq, başa düşmək lazımdır ki, bu 20 il ərzində eyni metod, eyni yolla aparılan mübarizə əks nəticə verib və metodlar dəyişilməsə, bundan sonra da elə olacaq. İndiki müxalifət liderlərinin isə ortaya qoymağa yeni ideyaları yoxdur.
Başa düşmək lazımdır ki, “başqalarının da heç bir ideyası yoxdur”- kimi cəfəng fikirlərlə öz hərəkətlərinə haqq qazandırmaq olmaz.
“Mən getsəm partiya və ya müxalifət zəifləyəcək” kimi xülyalara düşmək ziyanlıdır və cəmiyyətimizə bəlalardan başqa bir şey gətirmir.
Haqlı olaraq sual oluna bilər: -Bəs, sən özün niyə siyasi səhnəni tərk etmirsən?
Bunun bir neçə səbəbi var;
1.Mən digər liderlərdən fərqli olaraq partiyanın heç bir işinə qarışmıram, partiya üzvləri qərar qəbul etməkdə tam müstəqil hərəkət edirlər.
2. Ən əsası isə mənim bu rejimdən xilas olmaq üçün real ideyam var və düşünürəm ki, bunu həyata keçirmək üçün çalışmağa dəyər.
3. Bu ideyanı mən heç kimə təlqin etməyə çalışmıram, fikirlərimi xalqın müzakirəsinə verir və bütün təkliflərə də qulaq asıram.
4. Azərbaycanda olmadığım üçün mənim xalqın aparacağı mübarizəyə ziyan vurmaq şansım yoxdur və bu mübarizədə yalnız ona xeyrim dəyə bilər.
Hormetli Resul bey sizin semimiyyetinize inanmamaq ucun nadan olmaq lazimdir.Men bu yaxinlarda Azadliq qezetine serh yazmisdim ki.Resul Quliyev bugun hakimiyyete can atanlarin arzuladiqi bir postdan istefa verib.Cox semimi sozumdur xalqi dusunerek atdiqiniz bu addima gore onunuzde bas eyirem.Bu addim bizim cemiyyetde nadir isanlarin ata bileceyi addimdir.Allah size komek olsun.Arzulariniz tezlikle cin olsun.
Ümümiyyətlə son vaxtlara qədər Azərbaycanda demək olar ki,müxalifət ölü vəziyyətində idi.Sadəcə hay-küyləri və adları var idi.Əksəriyyətinin isə İqtidara satılması xalqda ruh düşkünlüyü yaratmışdır,bax elə ona görə də xalq hələ də özünə gələ bilmir,çünki inam yox idi.Ərəb ölkələrində ki,inqilablar bəzi müxalifət partiyalarında həvəs yaratsa da köhnə metodları ilə hay küy salmaga çalışdılar.Lakin yenə də başa düşə bilmirlər ki,hay-küydən əvvəl xalqı inamla birliyə çagırmalıdırlar!Amma əksinə bunlar özlərini “Məlikməmməd nagılındakı qəhramanlar”kimi aparır və güya bu İqtidarla mübarizə apardıqlarına əmindirlər.Ya bunlar yenə də köhnə ambisiyaları ilə oyun oynuyurlar,ya da ki,inanırlar ki onsuzda bu hakimiyyət devriləcək və bundan istifadə edərək arenada olmaqla bəhrələnmək məqsədi güdürlər!Rəsul müəllim çox düzgün qeyd edir ki,qoy xalqı çaşdırmasınlar,istefa versinlər və bu kimi bəhrələri yeni hakimiyyətdən gözləsinlər!
Yoxsa ayrı seçkilik salıb xalqı çaşdırmaqla heç nəyə nail ola bilməyəcəklər.Çox qəribəsi budur ki,özlərindən razı olan bu insanlar başa düşmürlər ki,20 ildir müxalifət adı ilə xalqın qanını soran iqtidara qarşı guya mübarizə aparırlar amma xalqın isə onları dəstəkləməməsini görə bilmirlər.
Düzdür 5-6 müxalifət partiyasının tərkibində 200-300 qeyrətli adamlar var amma bu o demək deyil ki,bununla Hakimiyyəti devirmək olar.Bunun üçün xalqda birlik yaratmaq lazımdır.Odur ki,əqidən düzdürsə,hay-küy salma xalqı biliyə səslə xalqa birləş,Xalq Müqavimət Hərakatının üzvü ol!Bu fürsətdən istifadə et və bunun yaradıcılarına qərəzli fikirlərindən uzaqlaş!
Çox düzgün fikirdir ki,ya istefa verməlidirlər,ya da xalqa qoşulmalıdırlar!
Mən hələ Xalq Müqavımət Hərakatı yaranmamışdan əvvəl də fikirlərimi bildirmişəm.
http://twitter.com/Azbaki?utm_campaign=welcome20100914phx&utm_content=profile&utm_medium=email&utm_source=welcome
Türkiyədə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunan və fevralın 26-da saat 14.00-da İstanbulun Taksim meydanında “Hepimiz Hocalılıyız!” şüarı ilə keçiriləcək yürüşə dəstək olaraq Bakıda da mitinq keçirilməlidir!
Rəsul müəllim,Siz Azərbaycanda olsaydınız təbii ki,proseslər öz bəhrəsini daha tez verərdi eyni zamanda xalqın birliyi daha tez reallaşardı!Ona görə də İqtidar hər vasitə ilə Sizin Azərbaycana gəlməyinizin qarşısını almaq üçün “Qara,Ləkəli,Şər-böhtan xarakterli”siyasətlərini düşüncəli halda məharətlə həyata keçiriblər.
Amma Biz Sizin xaricdə də apardıgınız mübarizənizi dəstəkləyir və atdıgınız hər bir addımı alqışlayırıq!Mən əminəm ki,xalqı bu bəladan çıxaracagıq və qəddar Hakimiyyəti devirəcəyik!
Ulu Öndər hələ o zaman gözəl bilirdi ki,indiki Hakimiyyətə ən böyük alternativ qüvvə Sizsiniz və ona dörə də düşüncəli halda Sizi Respublikadan uzaqlaşdırdılar!Əfsuslar olsun ki,xalq bunu başa düşməkdə çətinlik çəkir!
salamlar xeyirli uğurlu olsun
http://blogs.mail.ru/mail/fatima2888/2D5A52B232944CEA.html
Bu gün dəhşətli Xocalı soyqrımının 20-ci ildönümüdür.Bu faciyə yaddaşlarda daşlaşıb,donub.Düşmən isə bu qanlı faciyədən sevinir,
öyünür.Biz isə bu qanlı tarıxı beyinlərimizdə yaşatmaqla kifayətlənəcəyikmi?Bəs,görəsən 20 ildir Ali Baş komandamız bu haqda nə fikirləşir?Mənəvi haqqı varmı yenidən kürsüsündə oturmaga?
Xocalı faciəsini Azərbaycan xalqı heç vaxt unuda bilməz. 20-ci əsrin sonu 20ci əsrin əvvəli deyildir. 20-ci əsrin axırında bir nəfərin milli mənsubiyyətinə görə dam edilməsi,20-ci əsrin əvvəlindəki min nəfərə qarşı edilən soyqrıma bərabərdir. Çünki 2-ci dünya müharibəsindən sonra dünya 50 il idiki xalakostu damğalayırdı, dünyanın bütün xalqları qəbul etmişdiki tarixdə birdə belə hadisəyə heç vaxt yol verilməməlidir. Hamı erməni millətçilərindən başqa. Faktiki onların atdığı addım 1914-1915-ci illərdə Türk kəndlərində türklərə qarşı ermənilərin soyqrımı addımlarının təkrarı idi. Bizim bir neçə saatda itirdiyimiz 600-dən çox adamımızı unudulmadığı kimi erməni millətçilərinin vəhşiliyidə heç vaxt unudulmayacaq.Onlar bu ləkəni üzərlərindən yuması üçün Azərbaycan xalqından üzr istəməli və işğal etdikləri torpaqları azad etməlidirlər. Biz bilirdik ki, belə namərd qonşularımız var. Nəyə görə heç bir tədbir görmədik. Kimlərin bu soyqrımın qarşısını almamaqda günahları var. Hələ bu günə qədər bu məsələ araşdırılıb ortaya qoyulmayıbdır. Bu səviyyədə laqeydsizlik, Azərbaycanlılara qarşı gələcəkdədə soyqrımın ola bilməsi ehtimalını gücləndirir. Biz həminki məsuliyətsiz ,ancaq yasda ucadan ağı deməyi bacaran azərbaycanlılarıq dəyişməmişik, Ermənilərdə həminki kəmfürsət, Azərbaycanlıların qanlarına susamış vəhşilərdir.
Rasul bej, salam.Allah Sizin zakanizi , bilijinizi ,omrynyzy alinizdan almasin.Amin.Galdi jardima xahihc ediram ,minnat kimi cixmasin ha cahd ediram paypal-a gira bilmiram,Amma bir nafar blogun oxucusu bilgi verib Asadov Hatem adli onu joxlamalijam.
Rasu muallim sizin facebukda Wall, Message aktiv deyil. Yani size yazmaq munasibet. Bildirmek mumkun deyil. neychun bu beledir?