Fevral 27, 2012-ci il – İran Rejimi və Qarşıda Gələn Parlament Seçkilərinin Əhəmiyyəti

About Rasul Guliyev - Rəsul Quliyev

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

37 Cavab to “Fevral 27, 2012-ci il – İran Rejimi və Qarşıda Gələn Parlament Seçkilərinin Əhəmiyyəti”

  1. Rəsul müəllim,mənə elə gəlirki,Ərəb inqilablarından sonra Qərb bir şapalaga 3-4 meyid yıxacaq!

  2. Rəsul müəllim,vidio çıxışınız və eyni zamanda əhval-ruhiyəniz çox yüksək səviyyədə idi.Rusiyada keçiriləcək prezident seçkilərinə analizinizdən belə qənaətə gəlmək olar ki,V.Putin yenidən prezident olacaq. Təbiidir,seçkidə saxtakarlıq əsnasında Putunin yenidən prezident olmasına şansı böyükdür.Həm də Putinin seçki qabagı xalq üçün irəli sürdüyü məlum güzəştlər də reytinqini bir az qaldırdı.Məlumdur ki,Putin millətpərəstdir və ölkəsini super dövlət olmasına maraqlıdır.Amma mənim fikirimcə Putinin yenidən prezident olmasının Azərbaycana heç bir xeyiri ola bilməz.Eyni zamanda Qarabag məsələsinin düyünləri açıla bilməz,çünki Putinin 15 illik hakimiyyəti bunu açıq şəkildə görsətdi.
    İkincı,Putin Azərbaycan diktatorundan heç də geridə qalmır.Hətta mən deyərdim ki,xalqın “qanını soran”,onun varidatını talayan Putin dünya mqyasında ən varlı mafiyozdur!Bunu hətta son günlərdə ayaga qalxan 100 minlərlə rus xalqı da sübut etdi.
    Üçüncü isə İranda qəddar,sərt rejimə başçılıq edən MOLLA hakimiyyəti devrilməlidir.Belə olan halda İran xalqı öz azadlıgına nail olar,hətta Şimali Azərbaycanla Cənubu Azərbaycanın da birliyi məsələsi öz həllini tapa bilər!Bununla hətta Qarabag məsələsinin həlli də öz əksini tapar,yəni ermənilərin blokadada olması bunu məcbur edər!

  3. Salam,Rəsul müəllim.Sizin İran haqqında dediyiiniz fikirlərə diqqətlə baxdım.İndi isə öz fikirlərimi savadım çərçivəsində sizə yazıram.Və xahiş edirəm məni düz başa düşəsiniz.
    Rəsul müəllim,mənim sizə böyik hörmətim var.Sizin Azərbaycan xalqı üçün bu qədər ürək yanğısı ilə danişmağınızı mən başa düşürəm.Azərbaycanımızın uçuruma , fəlakətə doğru getdiyini siz görür və bunu bızlərə çatdırmağa çalışırsiz.Və bu yolda bizlərdən dəstək istəyirsiniz. Amma…
    Siz arif adamsinız və məni başa düşərsinız nə demək istədiyimi.Rəsul müəllim,hərdən siyasətçilər ifadələrində bəzi səhflər buraxırlar.Bilmirəm bunu bilərəkdən edirlər .yoxsa bilməyərəkdən.İndi fikrimi daha aydın çatdırmağa çalışacağam.Əvvəla onu bidirim ki, Iranda Islam hakimiyyəti ALLAH[C.C]-ın köməyi , millətin əməyi ilə qurulub.Və heç bir qüvvə bunu dağıtmaq qüdrətində deyil.Çünki ALLAH[C.C]-ın nəzəri var o ölkənin üzərində.
    Siz bilirsiz ki,Azərbaycan Müsəlman ölkəsidir və Şiə təriqəti üstünlük təşkil edir.Şükür ALLAHA dindarların, ALLAH[C.C]-nın qoyduğu qanunla yaşamaq istəyənlərin sayı gündən -günə artır.Bu yol hansı yoldu : Haqqın-ədalətin tərəfini saxlamaq,namus-qeyrətnən yaşamaq,Din , Vətən uğrunda canından keçməyə hazır olmaq.Rəsul müəllim,bu böyük qüvvədi.Bu qüvvədən də istifadə etmək olar və lazımdı.Mən heç cür anlaya bilmirəm , bu dindarlar sizlərə nə ediblər.Axı niyə qaçırsiz bu dindar insanlardan.Məgər biz, vətənimiz Azərbaycanın düşməniyik ?.Biz məgər istəmirik ki,Azərbaycanımız çiçəklənsin.insanlar halallıqnan,gözəl,firavan yaşasın ?.Bəs onda niyə bizlərə yad göznən baxırsız. Axı nədir bizlərin günahı.Rəsul müəllim .biz bu millətin balaları deyilik ?. ALLAH TƏALA [C.C] Müqəddəs QURAN-da buyurub ki, Din-də məcburiyyət yoxdu.Yəni heç kimə ixtiyar verilməyib ki, kimisə dindar olmağa məcbur eləsin.
    Siz sual edə bilərsiniz ki, bunları niyə sizə yazıram.Ona görəki,hörmətli Rəsul müəllim.Sizin İranla bağlı fikirlərinizdə bəzi ifadələr eşitdim.İnanın ki,bu ifadələr məni çox ağrıtdı.Yəqin ki,mənim kimi bir çox inanclı, dindar insanları da. Axı Siz deyirsiniz birləşək .birgə mübarizə aparaq .Bəs necə olsun. Axı elə fikirlər ,ifadələr var ki, dindar. inanclı insanların qəlbini incidir.
    Onları özünüzdən soyutmayın.Sizin ALLAHA, İslam dinimizə olan münasibəti mən bilmirəm.Amma İranla bağlı fikirlərinizdəki bəzi ifadələrdən mənə nəsə çatdı.
    ALLAH [C.C] özü Sizə kömək etsin.

    • Hörmətli Hacı Rauf yazdıqlarınızı diqqətlə oxudum.Nəzərinizə çatdırmaq istəyirəmki,mən heç vaxt öz dinimə xor baxmamışam,ölənə qədərdə baxmayacağam və həmişə İslam dinini tarixdə proqresiv rolunu qeyd etmişəm.İslam dinini Allahın həvaləsi ilə Məhəmməd peyğəmbər yaradıb.Quran,bizim müqəddəs kitab 12 il ərzində Məhəmməd Peyqəmbər tərəfindən yaradılıb və onun vəfatından 20 il sonra artıq yazılı kitab şəkilində rəsmiləşdirilib. Bir şeyi anlamaq lazımdır. Allah birdir və yer kürəsində yaşayan 7 milyard əhalinin hamısının Allahıdır. Allah insanları müxtəlif dinlər ətrafında birləşdirmək üçün özünün yerdə peyğəmbərlərin yaradıbdır. Planetin əhalisinin yarısının qulluq etdiyi Buddizmi Budda ,1.5 milyardının inandığı Xristianlığı İsa və 1.1 milyardın qulluq etdiyi İslamı Məhəmməd peyğəmbərin rəhbərliyi ilə yaradıbdır. Ona görədə bütün dinlərə hörmətlə yanaşmaq lazımdır,çünki onlar hamısı Allahın istəyi ilə yaranıbdır. Yarandığı dövrlərdəki elmin inkişafı səviyyəsinə uyğun təbiətdə baş verən proseslərin izahı verilib və ümumi qanunlar müəyyənləşdirilibdir. Məsələn bütün dini kitablarda Günəşin yerin ətrafında frlanması iddia edilir. Ancaq bu o demək deyildirki, bu Quranda belə yazıldığı üçün dəyişilməzdir. İndi hamı bilirki,yer günəşin ətrafında fırlanır. Belə çox misallar göstərmək olar. Məhəmməd peyğəmbər sağ olsa idi indi özü Quranın bir çox müddəlarını dəyişmişdi. Sizin fikrinizcə Məhəmməd peyğəmbər islam dinini parçalayan şiyəlik,vahabilik,ələvilik və bir sıra bir birlərini qəbul etməyən dini cəryanların yaranmasına imkan verərdi qətiyyətlə deyirəm yox.Çünki peyğəmbərin məqsədi yeganə bir dinin qanunları əsasında müxtəlif xalqları birləşdirmək idi. Məhəmməd peyğəmbərin vəfatından sonra 500 il müddətində Qurana doqma kimi baxılmayıb. Yəni qanunları zaman dəyişdikcə yeni elmi kəşflərə uyğun izah olunubdur. Ona görə Avropada elm öz inkişafını islamın yaratdığı liberal cəmiyyətlərin fundamental elmi bazasından götürür. Bir məsələni anlamaq lazımdır ki, çox allahçılıq ideyasını qəbul edən,bu gün bizim kafir hesab etdiyimiz antik Yunan filosofları,Aristotel,Sokrat,Platon müsəlman dinin inkişafı dövründə ərəb dilinə çevrilib və dünyanın inkişafında əsas dərslik kimi qəbul olunub. 700 il bundan öncə müxtəlif insanların,ərəb xəlifətini parçalamaq xatirinə ”kəşf ” etdikləri müxtəlif dini cəryanlar islam dünyasını zəiflədib və indi də öz işini gərməkdədir.Mənim kimi əsl İslam dinin proqresivliyinə inananlar heç vaxt molla rejimlərinin dövləti idarə etməsi ilə razılaşmaz. Mən İranda hakimiyyəti ələ keçirmiş molla ideyalogiyasının əleyhinə olmağımı siz dinin əleyhinə hərəkət kimi qəbul edirsiniz.Əslində mən dinin tərəfdarıyam,siz isə dindən öz şəxsi hakimiyyətini yaratma istəyən bir ovuc mollanın. Əyninə əba geyib saqqal buraxmaqla dinə münasibət müəyyənləşirsə vay bizim halımıza. Hörmətli Hacı Rauf bu gün biz müsəlmanları inkişafımıza görə 3-cü dünya yəni geri qalmış hesab edirlər. Əslində bu belədir.Biz nə kompyuter,nə təyyarə,nə avtomobil ümumiyyətlə ciddi texnologiya hesab edilən heç bir şey istehsal etmirik. Korrupsiya və rüşvətə gəldikdə 1-25-ə qədər yerləri müsəlman ölkələri tutur. Nəyə görə Quranın haram mal yemək olmaz əsas müdəalarından biri işləmir.Çünki mollaları xalq seçmir öz kastaları seçir. Dinin dövlətdən ayrı olduğu Türkiyə,İndoneziya,Malaziya artıq Albaniya və Kosova tamamilə başqa inkişaf səviyyəsinə qədəm qoyur. Fərq ondadırki,mən və mənim kimi milyonlar İslam dinin təbliğ edirik, sizin dedikləriniz isə sadəcə olaraq bir ovuc molları.Sizdən xahiş edərdim əsl dn sevərlərin yanında olasınız.

  4. Dediyiviz sozlerin hec bir mentiqi yoxdur..Holliwuda yaxin oldugunuza gore yaxsi bedii fikir bildirirsiz ama siyasi yox.Iran islam dovletine ilk defe CIA agentleri molla rejimi deyib, ve bununla siyasi islami alcatmaq niyyeti tutublar.Onlar isteyirdiler dunyaya subut etsinler ki, islam ancaq eyilib qalxmaq dinidir ama Imam Xomeyni r.e. bunun eksini duyaya subut etdi.O ki, qaldi bunku irana Iranda faktiki muxalifet deye bir sey yoxdur….Ve verdiyiviz praqnoz bosh sheydir.Iran inqilabi dagilacaq Imam zuhur edende.Bu butun dunya shiyelerinin resmi inancidir….Bilirsiz Resul bey niye bu gun dunyaya xristoslar diqte edir.Cunki onlar oz “papalarina” hormet edirler.Hansiki ushaqbazligla meshguldur.Ama sizin de ifade terzinizce desek BADBAXT muselmanlar oz sheri rehberlerine ag olublar.Muselmanlarin 80% ona dushmendi.Bu 80% basha dushulur,cunki onlarin mezheb problemi var ve ona gore shiye Veliyi feqihi ozlerine rehber bilmirler.Teccublusu Azerbaycandir.Nece olur 86% shiye olkesinde ehalinin chox hissesi bashda sizin kimi ziyalilar olmaqla oz rehberlerine dushmendiler.Bunun 2 sebebi ola biler.Ya sovet doneminin kebinsiz evlilikleri,ya da sionist medyanin anti islam tebligati…Umid edirem 1-ci deyil..Allah amininda…

    • Sizin işiniz allaha qalıb,başınızı aşağı salıb imamın zühur etməsini gözləyin,ondan sonra işləriniz düzələcək.1000 ildir sizin kimi minlərlə adamlar İmamın zühur etməsini gözləyir, qorx ki,sizin 500 ildən sonra yaşyacaq ulu ulu kötücənizdə İmamın zühurunu gözləyəcək.Sizin gücünüz demoqoqiyada mənim gücüm tealogiya elmini bilməkdədir. Biz vuruşa bilmərik,çəki dərəcələrimiz çox fərqlidir.Allah amanında.

  5. Cox sag olun.((Allah yaninda insanlarin ferqi yalniz teqvasi iledir.neink mensub oldugu ish,irq,reng,siyasi baxish,..Qurani yaxshi oxusaz rast gelersiz.Beqere suresi…..Imamin zuhuru baresinde olan eqidenizle subut etdiniz ki,Qurani Allahshukur kimi oxuyursuz…Siz bu fikirle 1400 illik shiye eqidesin tehqir etdiz.Oz ishinizdir,ama inancli Azerbaycan cavanlari sizin kim oldugunuzu artiq anladilar.Biz shiyelere bu teneni yeni imamin zuhur felsefesini vehhabiler vururlar…Ne oldu size Resul bey Naxcivandan bu eqidede olan 1-ci adam siz olduz…Ama yanilirsiz biz imamin zuhurun yatib gozleyenlerden deyilik…Sizi qinamiram sizin sadece zuhur barede kifayet qeder elminiz yoxdur…fikir bldirmiye bilersiz.Cunki sizi bizim kimi cavanlar maraqlandirmir.Size Evro standarta uygun olanlar maraqlidir.Ama yaddan chixarmayin tene etdiyiniz mekteb ve onun ardicillari shehid Mubariz kimi oglan chixardi ortaya…Ama sizin sekulyarist mektebin bu 20 ilde ortaya cixardigi yari cilpaq qadin mugenniler ve qaluboy “kisilerdi”…Men oz mektebimin yetirmesi SHEHID MUBARIZLE fexr edirem.Bes siz nece???..onu da deyim ki,butun bu prosesleri izleyen inancli nesil cavanlardir ve bu yazi ve ifadelerinizi soyleyerken onlari nezere alin.Azerbaycanda geden prosesleri yalniz bu cavanlar izleyir.Cunki o birilerin kefden bashi acilmir…

    • Birincisi şiyəliyin 1400 yaşı yoxdur.Şiyəlik bir din cəryanı kimi kiçik bir qrupla 9-cu əsrin axırında Yəməndə yaranıb,əsas inkişafını 550 il bundan öncə Səfəvilər vaxtı tapıb. İkncisi rəhbəriniz imam Xomeyni 1 milyondan çox gəncin boğazından açar asdırıb,ölən kimi cənnətdə olacaqsınız nağılı ilə İraq müharibəsində şəhid etdirdi və nəyə nail oldu.Şiyələrin sayını artırdı və ya İraqdan torpaq qoparda bildi,heç bir şey.İnsanı allah yaşamaq olmaq üçün yaradıb şəhid olmaq üçün yox. Bəli insan öz torpaqları uğrunda mübarizəyə qalxmalıdır,vətəni uğrunda şəhid olmağada hazır olmalıdır.Dünyanı yaradan allah yəni o qədər zəifdirki, sizin kimi bəndəsi onbun yolunda şəhid olsun.Məntiqiniz olsun. Fundamentalist fikirlərdən özünüzü azad edin,bu keyfiyyətlərlə siz ətrafınızdakılara bədbaxtlıqdan başqa bir şey verə bilməzsiniz. Bu da Quranın qoyduğu qanunlara ziddir. Allah Şükürün savadını mənim səviyyəmə qaldırmaqla siz ona kompliment dediniz. O özünü xoşbəxt hesab edəcək.

  6. Ne ise …Shehidlik senin kimiler ucun menasiz ola biler.Ama bizim ucun boyuk menasi var .Cunki bizim yasam idellarimiz olan Peygember ve 11 imam eqideleri uste shehid olublar…ve Quran buyurur. onlar yeni shehidler olu deyiller oz Rebbleri yaninda her cur ruzilerden qidalanirlar…Bunu Imam Xomeyni demir hhaaaa,Quran yeni Allah deyir….Quranda hem de Allah seni kimilerin baresinde bele buyurur…Sen onların heyatına bütün insanlardan, hetta müşriklerden de daha heris olduqlarını göreceksen. Onlardan her biri min il ömür sürmesini ister. Halbuki uzun ömür bele onu ezabdan uzaqlaşdıra bilmez. Allah onların ne etdiklerini görür….O ki, qaldi muharibeye Resul bey sizin yashda bir insanin bele absurd ve gulunc cavab vereceyin fikirlesmirdim.Onda bele cixir Qarabagda vurusanlarin hamisi bos sheydi.Hamisi BADBAXTI…Iran Iraq muharibesinin sebeblerin ve neticesin siz menden daha yaxsi bilirsiz..Ama demek cesaretiniz yoxdur.Bu muharibenin sebebi Amerikanin Iranda yaranmis siyasi islami ardan aparmaq ucun qurdugu strateji plan idi.Amerika isteyirdi ki,mezheblerarasi muharibe yaratmaqla Onun dunya hegemoniyasinin onunde duran Vilayeti-Feqih sistemin dagitsin.Men basa duse bilmirem siz Azerbaycanin basinda dursaydiz ve bele bir tehluke ile rastlassaydiz Veteni satardiz?…Imam Xomeyni etdiklerin dunya ucun etseydi oglun shehid vermez ve hesirle mohur ustunde dunyadan getmezdi.oturardi devirdiyi shahin sarayinda sizin kimi dunya arzulayardi.Ne ise menim meqsedim ferdleri mudafiye etmek deyil.Meqsedim odur ki,aid oldugum idealogiyani mudafiye edim…Shiye siyasi cehetden son 500-ilde aktivlese biler bunun obyektiv ve subyektiv sebebleri var.Bu sebeleri anlamaq ucun islam tarixin oxumaq lazimdir.Ama bu ona delalet etmir ki,shiye mezhebi 500-ildi yaranib.Shiye yeni Eli-nin terefinde olanlar ele Peygemberin dovrunde de var idi.Ama Peygemberin rehletinden sonra ortaya cixdi.Yeni muselmanlar xilafet baresinde 2 yere ayrildilar….Bəli insan öz torpaqları uğrunda mübarizəyə qalxmalıdır,vətəni uğrunda şəhid olmağada hazır olmalıdır…Sizin bu sozunuz Ilham Eliyevin gozlediyi lazimla eynidir.O da seni kimi deyir lazim gelse torpaqlari da alariq…..Ama Azerbaycan cavanlarina Lazim lazim doyul…

    • Sizə artıq deyiləsi sözüm yoxdur.Siz mənim yazdıqlarımı belə oxumadınız və ya başa düşmədiniz.Sizin mənə qarşı dedikləriniz heç biri mənim yazdığımda öz əksini tapmır.Xahiş edirəm əvvəlcə onu oxuyun yazdıqlarımı başa düşmədiyinizi böynunuza alın sonra sözünüz olarsa yazarsınız.Sizin beyniniz sadəcə olaraq fundamentalist ideyalarla zəhərlənib artıq o heç bir şeyi qəbul etmək imkanına malik deyildir.Necə ola bilər mənim yazım orada dayana dayana belə boz boz danışıb təhrif edəsiniz.

  7. Rəsul müəllim.Əfsuslar olsun ki, mənin nə demək istədiyimi siz başa düşmədiniz.Amma sizə təşəkkür edirəm ki, İslam haqqında , inanclı dindar insanlar haqqında fikrinizi bizimlə bölüşdünüz. Mənə çox şey aydın oldu.Təəssüf…
    Əzizimiz Rəsul müəllim.Mən Sizinlə mübahisə etmək istəmirəm.Amma onu bildirmək istəyirəm ki. İslam dinimiz heç vaxt elmi qadağan etməyib.Əksinə elm öyrənməyi əmr edib.Əziz Peyğəmbərimiz [S.Ə.A.S] -dən möhtəşəm hədis var : ,,Bələkdən qəbr evinə kimi elm öyrənin.”
    Budur bizim şüarımız.Müsəlmanları tənqid edib deyirsiniz ki. ən geridə qalmış insanlardır.Bu belə deyil.Quran başdan- başa elmdir.Sizin təriflədiyiniz Xristianlar Müsəlmanların elmindən
    istifadə edib belə yüksəkliklərə çatıblar. Buna misal -Məhşur alim İbn Sina.İndinin özündə onun kitablarından istifadə edilir.Bəs niyə biz Müsəlmanlar inkişaf edib yüksəkliklərə çata bilmirik?. Axı bizim nəyimiz yoxdu.ALLAH [C.C] müsəlmanlara hər şey verib.Gözəl münbit torpaqlar .neft. qaz.var-dövlət. Nə olsun.Yenə rəzil günündə yaşayırıq.Bunun bir çox səbəbləri var.
    1-ci. Dünyapərəst harınlamış alçaq haramzadə insanlardan fərqli olaraq mömin insanlar heç vaxt dünya həyatı üçün yaşamayıblar.Axirət üçün yaşayıblar.Dünya onlar üçün imtahan evidir. Axirət isə sorğu-sual evi.
    2-ci. Odur ki, Xristianlar və Yəhudilər Heç vaxt Müsəlmanların inkişafını. yüksəlməsini istəməyiblər. Vər cür vasitə .üsulnan buna manə olublar.Bunu hamı görür. bilir .və Siz də gözəl bilirsiniz.Adi bir misal çəkmək olar. Vəhabilərı.Bu təriqəti İngilislər Musəlmanları parçalamaq üçün yaradıblar və bunu etiraf edrlər də.Siz Rəsul müəllim savadlı insansınız və bunları yəqin ki bilirsiniz.Artıq şəhrə eytiyac yoxdur.
    Əzizimiz Rəsul müəllim.Sizdən konkret sualım olacaq.Xahiş edirəm Azərbaycanda məktəblərdə Hicabın qadağası haqqında. məscidlərin sökülməsi haqqında .inanclı dindar insanların ciblərinə nəşə – narkotik atılıb həbs olunmaları haqqında fikirlərinizi bildirəsiniz.
    Sağ olun.

    • Mən sizi səmimi bir insan kimi qəbul etdim və sözsüzki,sizin inamınıza hörmətlə yanşıram.Təəssüf edirəmki mənim yazım səhifədə dayana dayana açıq aşkar dediklərimi təhrif edirsiniz. Mən izah etdim ki, islam ilk qədim yunan fəlsəfəsini ərəb dilinə çevirib onun bazasında proqressiv elm yaradan dindir və bu günkü Avropa həmin elmdən istifadə edərək bu günkü vəziyyətinə çatıb.Siz mənə nə yazırsınız.Siz bir İbni Sinanın adını çəkdiniz mən sizə azı 8-9 ğsrdə yaşamış 5 dünya şöhrətli alim adı çəkə bilərəm. Bütün dinlərdə axirət var və bütün dinlərdə insanlar yaşadığı illərə görə axirətdə cavab verməlidir tezisi vardır.Müxtəlif dinlər həmişə bir birlərinə qarşı rəqabətdədir,elə buna görədə müxtəlif dinlər yaranıb əgər bu rəqabətdə biz uduzuruqsa deməli özümüzün çatışmayan cəhətlərimizidə öyrənməliyik nəticə çıxartmalıyıq,irəli getmək üçün reformalar etməliyik.Hicab məsələsi insan haqları ilə əlaqədardır ona görə heç kimin hicabı qadağan etməyə ixtiyarı yoxdur.Ancaq mənim fikrimcə 18 bəlkədə 16 yaşına qədər məktəbdə oxuyan qızların hicab geyinməsi onların daxili psixikasına pis təiri ola bilər,onuda nəzərə almaq lazımdır. Bəlkədə ola bilərki,bir neçə qız məktəbləri açılsın. Dinçilərin cibinə narkotik maddələrin atılıb tutulmasına yüksək səıviyəli əxlaqsızlıq kimi baxıram,mən heç vaxt buna yol verməzdim.Ümumiyyətlə insanların inamına görə təqib edilməsi mənəviyatsızlıqdır. Mənim əsl dinə inanlarla həmişə rəğbətim olub.Paralel özünü dindar adlandırıb haram malla yaşayanlara ikrahla baxıram. Mən sizə izah etməyə çalışdım ki, dinin dövlətdən ayrılması inkişafın əsas şərtidir.Protestantlığın 15-ci əsrdən inkişafı Avropada dinin dövlətdən ayrılması ilə nəticələndi və həmin dövrdən inkişaf başladı. Mən başa düşə bilmirəm siz fikirləşirsinizki,dinçilər hakimiyyəti ələ keçirib 1400 il bundan əvvəl yazılmış qanunlarla ölkəni idarə etsələr yaxşı olar. Əgər belə düşünürsünüzsə sizi dindar adlandırmaq olmaz,sadəcə olaraq sizdə totalitar rejimlər yaradanlardan birinə çevriləcəksiniz.

    • Əzizim Hacirauf,əvvala ALLAHINI tanımayan kafirdi.Kafir dini-imanı olmayana deyirlər.Xiristianlar da,bütpərəstlər də və sair dinlərə mənsub olanların hamısı Allahın bəndələridir.Axı Allah vahiddir,O bütün dinlərə mənsub bəndələrin hamısının Allahıdır!Bəs necə olur İran mollaları amerkanlıya,avropalıya,rusa,çinliyə və sairlərə kafir deyir?Sizcə Allah-Tala yaradan insanı insan bəndəsi dar agacından asarmı,onu işkəncələrlə,əzabla öldürərmi?Xomeynini 13-cü İmam adlandırdıq,amma gorba-gor olmuş Salman Rüşdü ona görə İslama qarşı böhtan xarakterli kitablar yazdı.Mənim Sizinlə dini mübahisə etmək fikirim yoxdur,sadəcə yazılarını oxudum və gördüm ki,Allah adamısan eyni zamanda Allaha itaət etməklə yanaşı az da olsa anlayışın var.Ebuzer bəy də Allah adamıdır,amma dərin aanlayışı olmasa da gördüm ki,höcəti sevir,bildi-bilmədi istəyir ki,öz bildiyini məcburi də olsa həyata keçirsin,odur ki,mən ona fikirimi bildirməyi lüzümsuz bildim.Sizə isə ona görə yazdım ki,Siz Rəsul müəllimin yazdıgını düzgün oxumamısınız və yaxud başa düşmədən deyirsiniz ki,”Rəsul müəllim Siz müsəlmanları tənqid edib deyirsiniz ki,müsəlmanlar ən geridə qalmış insanlardı.”Əslində isə mənim qardaşım Rəsul müəllim belə yazıb ” Hörmətli Hacı Rauf bu gün biz müsəlmanları inkişafımıza görə 3-cü dünya yəni geri qalmış hesab edirlər.”Yəni deyirki bunu müsəlman olmayan digər xalqlar deyir.Qardaşım Hacirauf məgər belə deyil?Allahın verdiyi sərvətin hesabına rusiyadan,Ukraynadan aldıgı sınıq salxaq silah-sürsatla İran Amerikanın yaratdıgı Yer kürəsini məhv edən silahların qarşısına çıxa bilərmi?Təbii ki,yox.İranın iqtisadiyyatını 50 il geri salan mollalar hələ indi istəyir ki,nüvə silahı yaratsın ona da imkan vermirlər.Yazırsan ki,”1-ci. Dünyapərəst harınlamış alçaq haramzadə insanlardan fərqli olaraq mömin insanlar heç vaxt dünya həyatı üçün yaşamayıblar”.Deməli biz dünya həyatı üçün yaşamırıqsa,onu dərk etmiriksə bəs o zaman nüvə silahı nəyimizə lazımdır?Bəli dediyin kimi Əziz Peyğəmbərimiz [S.Ə.A.S] -dən möhtəşəm hədis var : ,,Bələkdən qəbr evinə kimi elm öyrənin.”
      Amma oxuyuruqmu?Düzdür dünya miqyaslı alimlərimiz var,əfsuslar olsun ki,əksəriyyəti ixtiralarını digər ölkələrdə yaşayıb yaradıblar.
      Nə isə əzizim,indi din haqqında mübahisə vaxtı deyil bunu dinc dövrümüzdə eləyərsiniz.İran-Turandan əvvəl isə özümüzü fikirləşməliyik.Hazırda millətimiz zülm çəkir,milliliyimiz də əldən gedir.Gəlin birləşib özümüzü bu bəladan qurtaraq.
      Sag olun,Allah amanında!

  8. Men ne dediyimi yaxshi bilirem…Eyer tesssuf gozlerinizi tutmasa siz de gorersiz…Her sheyi buraxiram Allahin uzerine…

  9. gold-dia@mail.ru..Men hec kmi tehqir etmemishem ki,Men de sizi kimi oz fikrimi bildirirem de.Gerey sizin dediylerivizi gozuyumulu qebul edek?…Havaya soz atmaqla deyil eee,subut lazimdir…Sizin nezerinizde dovletin inkishafi nedir..??Ancaq avropa kostyumlari tikib Avropaya ixrac etmek?Budur inkishaf?Eyer budursa onda umummillinin inkishaf tezisleri ile sizinkine hec bir ferq yoxtu?Deyisiz neye lazimdir nuve?Bunu basha dushmeye fitri istedad lazim deyil adama..Dunyanin 5 dovleti bunu elde edib deyirler dunyanin agasi bizik.Biz ne dedik o da olmalidir.Budu edalet?..Iranin nuve enerjisinde hedefi 5+2 olmaqdir.inshallah ele de olacag….Ozumuzu fikirleshirsen…?nece sizinle uzlashaq axi sizin Resul beyde Misir Merdanov kimi Quranin ayelerin oz isteyi ile uzlashdirib.Allah yash teyin edir hicaba.Allahijn qanununa insan qiymet vere bilmez.Allah hicabi 9-yashda vacib edib.Bunu kimine kefine gore tenzimlemek olmaz…Eyer bunu ushaqlara mecburiyyet hesab edirsizse onda peyvende de aparmayinda ushaglari.1-ci sinife mecbur aparmayin,axa mecburiyyet olmaz…Niye Amerika shah dovrunde Iranla dushmen deyildi,hetda Iran ucun Bushehrde atam stansiyasi tikmek isteyirdi?..Ama islam inqilabi olan kimi Irani dunyaya dushmen kimi tanitdirmaga bashladi?..bir dene sade cavabi var o da islam..Niye Amerika ozu bu silahi besheriyyete tebiq etdiyi halda ,Irani bu silahi duzeltmekde ittiham edir…?..Sen azerbaycanin inkishafdan dala qalmagin islamla baglama.Burda veziyyet bashqadi ozun de bilirsen…Iranda elmin inkishafi ucun her cur sherayit yaradilib,ama dunya onlari edaletsiz blokada ve enbarqolarla sixir ki,elmde qabaga getmesin….Alimlerine terror edirler ki,insanlar elmden qorxsunlar.Bu yaxinlarda terror olunan alim Mustafa Neccar bilirsen dunyada oz sahesi uzre 5 alimden biri idi.Bes bu nece olur yetishir.?

    • Allah o vaxt hicaba yaş təyin edəndə insanların orta yaşayış müddəti 40 il idi.O vaxtın 9 yaşı bu günün azı 16 yaşı deməkdir,hörmətli Ebuzer.Allah o vaxt demişdiki gün yerin ətrafında fırlanır və ayda yer kimi planetdir.900 ildən sonra məlum olduki bu belə deyil,indi necə olsun zorla günü yerin ətrafında fırladacaqsınız.Allah o vaxtlar kişilər müharibədə öldükləri üçün demişdiki bir kişi 4 arvad ala bilər.İndi məlum olub ki, allah bir kişiyə bir arvad yaradır,biri 4 arvad alsa 3 kişi dul qalmalıdır.Bunları yazmaqda məqsədim sizi əqidənizdən döndərmək deyil,sadəcə olaraq izah etmək istəyirəm ki, doqma yəni bir dəfə deyiləni dəyişməmək konservatizmi düzgün deyildir.Hicab deyirsiniz 9 yaşından olmalıdır. Siz bunu istəyirsiniz,bəs azərbaycanlıların neçə faizi bunu istəyir bilirsiniz.Əgər əminsinizki Azərbaycanlılar hicaba səs verəcək referendum keçirdim,hə desələr o avtomatik qanun olacaq heç kimdə onu dəyişə bilməz.Yox desələr bir də bu məsələni qaldırmayın çünki azlıq çoxluğa tabe olmalıdır yoxsa ölkədə xaos olar.Aydındır.İndi yazacaqsınız ki,quranda belə yazılıb onu referenduma çıxarmaq olmaz.Məndə deyəcəyəm ki olar.Kim sizə ixtiyar veribki bütün Azərbaycanlıların adından danışasınız.Onlarda sizin kimi müsəlmandır özüdə şiyədirlər.Bəlkədə sizdən qat qat yaxşı müsəlmanlardır.

    • Hörmətli Ebuzer,hamı allahın bəndəsidir,hamının da hüququ bərabər,azad,dini,əqidəsi,dili müstəqil olmalıdır.Amma İslam ölkəsi olan İran Mollaları əhalisinin 40-45 faizi Azərbaycan Türklərinin hüquqlarını tapdalayır,işkəncələr verir.Türkün əktəbi yox,azadlıgı yox,sərbəst dili yoxdursa diktator rejimi sistemi mancanagında xalqı sıxan,əzən Mollalar İslamın qanunlarına Sizcə düzgünmü rəiyyət edirlər?Mən İranın nüvə enerjisinə heç bir etirazım yoxdur,lakin bu rejim terror qüvvələrini dəstəkləyirsə,dinc insanların qanı tökülürsə deməli belə rəhbərlərə nüvə silahının etibar edilməsi təqdirə layiq deyil.
      Rusa,avropalıya kafir deyən İran mollası bəs əsil kafirlik edən erməni dıgasını necə olur ki,dəstəkləyir?Axı gözəl bilir ki,erməninin Azərbaycana qarşı elədikləri,Xocalı soyqırımı heç bir bəşəri qanunlara sıgmır.
      Odur ki,əzizim söhbət müsəlmançılıqdan gedirsə bizdə ona rəiyyət etmək könüllüdürsə İranda isə əksinə.
      Gəlin bir olub xalqımızı bəladan qurtarmagı düşünək!
      Hamımıza ugurlar!

  10. HaciRaufindarları Cavabla Mart 4, 2012 8:56 səhər

    Əzizlərim . Mən demirəm ki.gəlin Azərbaycanımızda dini dövlət quraq.Mən axı birinci yazımda yazdım ki. Din azaddır. Heç kimi dinə məcbur etmək olmaz. Bu onun şəxsi işidir. Bir də ki. insanların bütün Dinlərə hörməti olmalıdır. Bunu bizlərə Quranı Kərim əmr edir.Quranda buyurulur ki. başqa dinləri təhqir etməyin.Sozüm onda deyil.Sadəcə hörmətli Rəsul müəllim. Biz dindarlar bilmək istəyirik ki. Sizlər İNŞƏALLAH hakimiyyətə gəlsəniz Azərbaycanda dini durum. dindarların vəziyyəti. dini qadağalar necə olacaq.Misal: Adın çəkmək istəmirəm. İndiki millət vəkillərindən biri [Youtub-da çıxışıda var] hakimiyyətdə olmamışdan qabaq televiziada insan haqlarından .Dini vəziyyətdən .dindarların vəziyyətlərindən elə danışırdı ki.bu hakimiyyətə gəlsə hər şey düzələcək. Amma nə oldu. İndi millət vəkilidi İnsan haqları üçün konstusiyon haqlar üçün heç bir iş görmür. Yəni mənim Əzizlərim . İnsanları tanımaq onların iç üzünü bilmək çox çətindir. Vallah məni qınamayın. Biz dindarlara sadəcə dini azadlıq lazımdır. Dini qadağalar yox. Rəsul müəllim çox gözəl bilir. Qadağalar həmişə radikallığa gətirib çıxarır. İndiki hakimiyyətdə oturanlara gəlincə onlara belə insanlar sərf eləmir.Onlara manqurt. yaltaq. ikiüzlü. zonbiləşmiş adamlar [insan deyə bilmirəm] sərf edir.
    Sözüm ondadır ki. mənim də fikrim budur ki. birləşək. Bir ideya uğrunda Azərbaycanımız uğrunda birləşək. Dinindən. mənsubiyyətindən asılı olmayaraq.Əl-Ələ verib bu Milləti bu uçurumdan saxlayaq. Çox sağ olun.

    • Hacı dindarların vəziyyəti Azərbaycan konstitusiyasında vətəndaşlar üçün nələri nəzərdə tutubsa hamı kimi eyni olacaq nə çox nə az.Konstitusiyaya görə bütün vətəndaşlar eyni hüquqa malikdir,yeganə imtiyazlar, müharibə veteranlarına,müharibə əlillərinə,ümumiyyətlə əllillərə, yoxsul pensionerlərə, kiçik uşaqları olan tək qadınlara və başqa bəzi qrupdan olanlara verilməlidir. Dini əqidəyə görə heç bir imtyaz ola bilməz,ancaq dindarların məscidlər tikməyə, dinin tarixi ilə əlaqədar tarixi muzeylər açmağa və başqa köməklər ediləcək.Bu qədər.Mən bilmirəm kimlərsə yalandan yüz vədələr verib sonra qaçıb gizlənir,ancaq mən dediklərim vəd deyil sadəcə olaraq reallıq olacaq.Şiyəliyin özünün bir çox variantları var.İraq,Əfqanistan,Livan və İran şiyələrinin siyasətləri müxtəlifdir.Dövlət heç bir qolu müdafiə etməyəcək.Dindarlar özləri konfranslarını keçirib müəyyən razılığa gəlməlidir və demokratik yolla öz rəhbərliyini müəyyənləşdirməlidir.Dövlət qəti surətdə ona loyal olan dindarların rəhbər orqanlarda olmasına dəstək verməməli neytral olmalıdır.

  11. Cenab Rasul Guliyev,
    Siz deyirsizki ALLAH Quranda deyirki Gunesh yer etrafinda firlanir. Bunu hansi ayede oxuyubsuz verin zehmet olmasa menbeni mende oxuyum.Eger Yasin suresinin 38 cu ayesini deyirsizse Orada ALLAH Guneshin oz etrafinda hereket etdiyini soyleyir ve buda Muasir Astronomiya elmi terefinden tesdiq edilir.
    ikinci mesele, Yerin gunesh etrafinda firlanmasini ilk defe Musulman alimi El Biruni 10 cu esrde soyleyib.Qaliley Kopernik ise ise bunu 15, 16 ci esrde soyleyib,
    Ucuncu bir mesele Bu gun Azerbaycan ve yaxud diger sherq olkelirinin geride qalmasinin sebebinin Islamla hec bir elaqesi yoxdur Cunki hal hazirda Islam Allahin qanunlari ile yashayan dunyada hec bir dovlet yoxdur.
    Iranda ve yaxud melum ereb olkelirinde Islam qanunlarinin olduguna bu gun agli bashinda olan birinci sinife geden ushaq bele inanmaz.
    Ona gorede sizden ve diger dindar soydashlarimizdan Qurani semimi qelble oxumagi xahish edirem.Onda her sey aydin olacag..
    Hormetle

  12. Allah M.Ə.Sabiri və oglu professor Tahirzadəni də rəhmət eləsin.Bu il M.Ə.Sabirin 150 yaşı tamam oldu.Oglu Tahirzadə Pedoqoji İnstitutunun kafedra müdiri idi.Qəbul imtahanında imtahan verən zəif bilikli bir gənc bilet çəkir və görürki,suallar ona tanış deyil və müəllimdən soroşur ki,müəllim olar mən biletimi dəyişim?Tahirzadə də icazə verir ki,dəyiş.Zəif biliyi olan uşaq beləliklə bir neçə dəfə bileti dəyişir,Tahirzadə görürki uşaq sualları bilmir və deyirki oglum çox zəifsən get yaxşı oxu gələn il gəlib instituta qəbul olarsan.Uşaq durub qapıdan çıxanda deyir müəllim elə dədən də sənin kimi idi,”reyirdi ki,oxutmuram əl çəkin”deyib qaçmaq istəyir.(M.Ə.Sabirin oxutmuram
    şeirinə istina olaraq)Tahirzədə deyir onu saxlayın gətirin yanıma.Uşagı gətirirlər və Tahirzadə onu başa salır ki,oglum mən bütün məsuliyyəti götürürəm boynuma sənə 4 yazıram,amma gedib M.Ə.Sabiri yaxşı-yaxşı öyrən və başa düş ki,Sabirin də dövründə indiki kimi diktatura o qədər güclü idi ki,şairin yazdıqlarını gərək əksinə başa düşəsən.
    Amma onun dogru adlı şeiri də var və onu oldugu kimi gərək başa düşəsən:
    Doğru deyən olsaydı yalançı usanardı,
    Avarə qalanlar dəxi bir sözdə qanardı!
    Sabitqədəm olsaydı əgər yar vəfadə,
    Aşiq dəxi qaçmazdı bəladən, dayanardı!
    Əqval iləƏmal bir olsaydı yəqinən,
    Bunca denilən sözlərə məxluq inanardı!

    Münsif həqə həq, batilə batil söyləsəydi,
    Əlbəttə ki, nahəq söyləyənşəxs utanardı!
    Bəzi yoldaşlara bir başa aid olan yoldaşlardan xahiş edərdim ki,Sabiri yaxşı-yaxşı öyrənsinlər.

  13. Allah M.Ə.Sabiri və oglu professor Tahirzadəni də rəhmət eləsin.Bu il M.Ə.Sabirin 150 yaşı tamam oldu.Oglu Tahirzadə Pedoqoji İnstitutunun kafedra müdiri idi.Qəbul imtahanında imtahan verən zəif bilikli bir gənc bilet çəkir və görürki,suallar ona tanış deyil və müəllimdən soroşur ki,müəllim olar mən biletimi dəyişim?Tahirzadə də icazə verir ki,dəyiş.Zəif biliyi olan uşaq beləliklə bir neçə dəfə bileti dəyişir,Tahirzadə görürki uşaq sualları bilmir və deyirki oglum çox zəifsən get yaxşı oxu gələn il gəlib instituta qəbul olarsan.Uşaq durub qapıdan çıxanda deyir müəllim elə dədən də sənin kimi idi,”reyirdi ki,oxutmuram əl çəkin”deyib qaçmaq istəyir.(M.Ə.Sabirin oxutmuram
    şeirinə istina olaraq)Tahirzədə deyir onu saxlayın gətirin yanıma.Uşagı gətirirlər və Tahirzadə onu başa salır ki,oglum mən bütün məsuliyyəti götürürəm boynuma sənə 4 yazıram,amma gedib M.Ə.Sabiri yaxşı-yaxşı öyrən və başa düş ki,Sabirin də dövründə indiki kimi diktatura o qədər güclü idi ki,şairin yazdıqlarını gərək əksinə başa düşəsən.
    Amma onun dogru adlı şeiri də var və onu oldugu kimi gərək başa düşəsən:
    Doğru deyən olsaydı yalançı usanardı,
    Avarə qalanlar dəxi bir sözdə qanardı!
    Sabitqədəm olsaydı əgər yar vəfadə,
    Aşiq dəxi qaçmazdı bəladən, dayanardı!
    Əqval iləƏmal bir olsaydı yəqinən,
    Bunca denilən sözlərə məxluq inanardı!
    Münsif həqə həq, batilə batil söyləsəydi,
    Əlbəttə ki, nahəq söyləyənşəxs utanardı!
    Bəzi yoldaşlara bir başa aid olan yoldaşlardan xahiş edərdim ki,Sabiri yaxşı-yaxşı öyrənsinlər.
    Və başa düşsünlər ki,Vətən,xalq haqqında düşünə bilməyənlərə sadəcə nankor məxluq deyirlər və ondan heç nə gözləmək olmaz!

  14. Gözünüz aydın,rusiyada tam demokratiyadır,Putin yenidən Prezident oldu!……

  15. Amma sevincində də özünü saxlaya bilməyib agladı………

  16. gold-dia@mail.ru….Menim yazdiqlarimi niye sildiz???Heqiqeti deyende siz de bele edirsizse onda YAP-in yalindan doyunca icib saga-sola huren meddahlardan ne ferq oldu size.Ozunuze Zahid orucdan ,Ziyafet eskerovadan ,Siyavush Novruzdan ferq qomursuzsa vay sizin haliniza…

    • Əzizim sizin yazıları mən silirəm,siz deyə biləcəklərinizin hamısını dediniz hamısıda bloqa qoyuldu və hamısına da cavab aldınız.Artıq yeni məsələdən danışırmırsınız,eyni şeyləri yazırsınız,sadəcə olaraq istəyirsiniz ki, kimsə siz düz deyirsiniz yazsın.Bu da yazılmayacaq, məndə öz fikrimi artıq söyləmişəm,işimi gücümü buraxıb təkrar təkrar sizinlə eyni məsələdə mübahisə edə bilmərəm ki.Yapla müqayisə etməyiniz göstərir ki,siz qeyri obyekti v admsınız. Sizin yazılara mən özüm şəxsən cavab vermişəm,belə şeyi yap yox hansı liderdə görmüsünüz.Qeyri obyektiv adam dindar ola bilməz,siz dindarlıq görüntüsü yaradırsınız.Belə deyilsə yazın tərcümeyi halınızı hamı sizi tanısın.

    • Hansı həqiqətdən danışırsan,Ebuzer bəy?

  17. Putin sevincindən agladı və qalib gəldiyini bəyan etdi.Amma kimə qalib gəldi?Onun diktator rejiminə etiraz edən öz xalqına.Onun prezidentliyinə etiraz edənlərin bundan sonrakı taleyi necə olacaq görəsən?Yenə də ayrı seçkilik,yenə də tutha-tut.Amma Putin qalib gəldiyini elə bəyan etdiki,elə bil Amerika ilə müharibədə qalib gəlib!

  18. Putinə ilk təbrik teleqrammanı İlham Əliev verdi.

  19. Menim eslen bele bir kompleksim yoxdur ki,hami menim dediyimi qebul etsin.>>>>>gold-dia@mail.ruHörmətli Ebuzer,hamı allahın bəndəsidir,hamının da hüququ bərabər,azad,dini,əqidəsi,dili müstəqil olmalıdır.Amma İslam ölkəsi olan İran Mollaları əhalisinin 40-45 faizi Azərbaycan Türklərinin hüquqlarını tapdalayır,işkəncələr verir.Türkün əktəbi yox,azadlıgı yox,sərbəst dili yoxdursa diktator rejimi sistemi mancanagında xalqı sıxan,əzən Mollalar İslamın qanunlarına Sizcə düzgünmü rəiyyət edirlər?Mən İranın nüvə enerjisinə heç bir etirazım yoxdur,lakin bu rejim terror qüvvələrini dəstəkləyirsə,dinc insanların qanı tökülürsə deməli belə rəhbərlərə nüvə silahının etibar edilməsi təqdirə layiq deyil.
    Rusa,avropalıya kafir deyən İran mollası bəs əsil kafirlik edən erməni dıgasını necə olur ki,dəstəkləyir?Axı gözəl bilir ki,erməninin Azərbaycana qarşı elədikləri,Xocalı soyqırımı heç bir bəşəri qanunlara sıgmır.
    Odur ki,əzizim söhbət müsəlmançılıqdan gedirsə bizdə ona rəiyyət etmək könüllüdürsə İranda isə əksinə.
    Gəlin bir olub xalqımızı bəladan qurtarmagı düşünək!
    Hamımıza ugurlar!>>>>>>Bu kishinin dediklerine yazdigim cavabi niye silmisiz???Niye ikili standarta yol verirsiz resul bey…?Her bir kes fikir bildirmekde azad deyil?Sizi YAP-a benzetmeyim ona gore idi ki,YAP-da oturanlarda kime danishmaga icaze verirlerse ancaq onlari teriflemeli ve onlarin dediklerin gozuyumulu qebul etmelidir…Eyer sizin de isteyiniz bu deyilse menim yazdigim cavabi oldugu kimi berpa edin.vesssalam…

    • Ebuzer bəy,sən fikirlərini mənim elektron adresime də yaza bilərsən gold-dia@mail.ru.Mən izah etdimki milləti bu bəladan qurtarmaq haqqında düşünək,sonra isə İran mollaları haqqında danışaraq,əgər mollalar o vaxta qədər hakimiyyətdə qala biləcəklərsə.
      Amma mən sənin yazılarını oxudum və orada xalqa xeyiri dəyən bir fikir görmədim,sən sadəcə öz düşüncələrini istəyirsənki kimsə qəbul etsin.Mənasız,məntiqsiz sözlər heç kim üçün maraqlı ola biləz.Hal-hazırda xalqı bu agır vəziyyətdən çıxarmaq haqqında fikirin varsa buyur söylə bu haqda düşünək.

  20. Rəsul bəy! Siz İrann haqqında və o cümlədən ordakı dini nəzəriyyə haqqında danışdız…Siz bu inqilabın liderinin adını belə düz demədiyiniz subut edir ki siz XOMEYNİnin nəzəriyyəsi ilə yaxşı tanış deyilsiz…İkincisi iddia edirsizniz ki İran-İraq müharibəsini Xomeyni başlayıb..Bunu heç Amerikada iran düşmənləri demirlər…Təzə inqilab olan İran necə müharibə istəyə bilərdi? Təbii kik İran əleyhdarları İraqı müharibəyə qısqırtdılar…Üçüncüsü siyasi mədəniyyət deyilən bir şey var…Buna əməl edib İran hökumətini MOLLA REJİMİ adlandırmalə deyildiz…Dördüncüsü şiəlik haqqında və Quran haqqında fikirləriniz…Şiəliyin Yəməndə güya kiminsə ideyası ətrafında yaranması ilk növbədə absurd və böhtandır..Bunu vəhhasbilər deyir…Quranda yerin günəş ətrafında fırlandığı barəsində isə ayə yoxdur…əgər etiqadınız Quranın 1400 il səvvəl səhv edə bilmək kimdirsə onda bu din cəfəngiyyatdır və buna inanmalı deyil anlamndadır..Axırıncı məsələ…AÇLIQ CƏMİYYƏT nəzəriyyəsinin İCTİMAİ və SİYASİ tərəfi gözəgəlimlidir…Həmin nzəriyyə ailədə də AÇIQ CƏMİYYƏT təəb edir..Məsələn ATA və ANA EVDƏ LÜT OLMALIDIR…Bunu açıq cəmiyyət tərfadrlarının haqqında çəkilmiş sənədli filmlərdə də görmək olur…Bunun üçün Fransa və Aımaniyanın birgə televiziyası ilan ARTE kanalına baxçmaq kifayətdir…Mən daha açıq cəmiyyət nəzəriyyəsinin ailədə adi bir tərəfini dedim…Daha əlavə eləmirəm ki hətta intim münasibətlərəd sərhəd yoxdur ailə içində…

    • Birincisi izah et görüm kimin adını düz deməmişəm.İkincisi hansı əsasla deyirsiniz ki,bu müharibəni İraq başlayıb.Orada yazılıb ki,İran İraqı provokasiyaya çəkdi.Siz İran rejimini molla rejimi yox hansı rejim adlandırırsınız söyləyin,ikincisi molla adından xoşunuz gəlmir bəs necə dinə qulluq edirsiniz.Harada yaranıb şiəlik birinci, göstərin və səhv etdiyinizi təsdiq edən material göstərilən kimi üzr istəyin.Ata və Ananın evdə lüt olması belə başa düşürəm sizin nəzəriyədir.Çünki açıq cəmiyyətin nə demək olduğunu mütləq mənada anlamırsınız və gələcəkdədə anlamaq şansınız yoxdur.İslam dinin tənəzzül etməsinin səbəbi sizin kimi cahil adamların olmasıdır.Sizin kimilər dünyanın ən proqressiv dini haqqında mənfi fikirlərin yaranmasının mənbəidir. Mümkündür siz bu fikirlərinizi gedib gedib sizin kimilərlə bölüşəsiniz.

  21. Rəsul bəy! Əvvələn mən sizə kobud nəsə yazmadım ki siz bu cür aqressiv cavab yazırsız? Mənim şəxsimdə olan yazılarınıza mən cavab vermirəm…Ona gör ki məni tanımrsız…Fikriniz də bu mənada absurd olması təbiidir……Saniyən XAMENEİ və XOMEYNİ adını qarışdırısız…Salisən İrandakı rejimi İSLAM lap uzağı ŞİƏ DÖVLƏTİ adlandıra bilərsiz..Pis və ya yaxşı burdakı rejim İSLAMIN ŞİƏLİK QOLUNU RƏSMƏN ideologiya seçib…MOLLA sözünün əsli şübhəsiz ki siz işlədən məna deyi…Azərbaycanda MOLLAIQ bir sənətdir…Rabiən, ŞİƏLİK kobud desək erkən islamda peyğəmbərin vəfatından sonra imamət barəsində fikir ixtilafından sonra yaranıb…Xamisən…Açıq Cəmiyyət barsəsindəki yazıma elə reaksiya verdiz ki sanki yəhudi filosof deyil siz bu nəzəriyyəni yaratmısız…Soros Fondu olmasaydı bu nəzərəiyyə elə polşada kağız üzərində qalacaqdı…Adından göründüyü kimi AÇIQ CƏMİYYƏT nəzəriyyəsi müsəlman mentalitetinə hesablanmayıb…Özünüz yaxşı bilirsiz ki bu nə deməkdir…İSLAM DİNİ TƏNƏZZÜL edə bilməz bəy! Bəlkə MÜSƏLMAN DÜNYASI TƏNƏZZÜL EDİB deyirsiz? Tam doğrudur bu mənada…İslamı təmsil edənlərin günahı çoxdur bu məsələdə..Sizdə olan SİYASİ DÖZÜMSÜZLÜK heç fanat dindarlardakı DİNİ DÖZÜMSÜZLÜKdən geri qalmır ki!

gold-dia@mail.ru üçün bir cavab yazın Cavabı ləğv et