“Azərbaycanda intiqam almaq istəyən və intiqam alınacaq adamların sayı həddən artıqdır”

 

 

 

 

 

Hazırda ABŞ-da mühacir həyatı yaşayan Açıq Cəmiyyət Partiyasının lideri, eks-spiker Rəsul Quliyev “Yeni Müsavat”a müsahibə verib. Müsahibəni təqdim edirik.

– Rəsul müəllim, Azərbaycandakı proseslər uzaq Amerikadan baxdıqda və sizin gözünüzdə necə görünür? Nə baş verir hazırda Azərbaycanda?

– Azərbaycan aşağı sürətlə, ancaq qətiyyətlə addım-addım xaosa yaxınlaşır. Bugünkü hakimiyyətin aqressivliklə stabillik yaratmağa qadirliyi və müxalifətin zəifliyi fonunda həm ölkənin daxilində, həm də xaricində heç nəyin baş vermədiyi illüziyası aldadıcıdır. Bu, əslində xaosun daha ağır nəticələrlə, fəsadlarla başlayacağından xəbər verir.

– Martın 1-də Qubada üsyan oldu. Sizcə, bu proses davam edə bilərmi?

– Bu proses Bakıda taksi sürücülərinin iki ay qabaq etdiyi üsyanın masştablı davamı idi. Belə proseslərin davamları olmaya bilməz. Bu proses bir ocağın bir qığılcımının yalnız öz ətrafını yandırması ilə bitən deyil. Quba ocağı Azərbaycanın hər yerində var, onların hələ yandırmayan qığılcımlarını görməmək mümkün deyil. Bu proseslərin böyük şəhərlərə – Bakı, Sumqayıt, Gəncə, Naxçıvan və sair bölgələrə yayılması dediyim xaosun başlanğıcı olacaq. Azərbaycan daha ağır nəticələrlə yenidən 1992-93-cü illərə qayıdacaq. Böyük şəhərlərdə belə proseslərin inkişafını idarə edə biləcək qüvvə gözə görünmür, o cümlədən bu cür qüvvə hökumətdə yoxdur. Azərbaycanda həm intiqam almaq istəyənlərin, həm də intiqam alınacaqların sayı həddən artıqdır.

– Sizin təşəbbüsünüzlə yaranan Müqavimət Hərəkatının fəaliyyəti nə yerdədir? Təşkilatlanma işləri davam edirmi?

– Təşkilatın gördüyü işlər davam edir, xüsusi fərqləndirici aktivlik hələ yoxdur. Daha doğrusu, nəzərdə tutduğum nəticələri almaq hələlik mümkün olmayıb. Buna təəssüflənirəm. Gözlədiyim nəticənin hələlik alınmamasının səbəbləri təbii ki, var.

– Bir müddət əvvəl ölkədə 100 minlik mitinqin keçiriləcəyi barədə məlumat vermişdiniz. Baş tutacaqmı?

– Hadisələrin inkişafı göstərir ki, ya biz 100 minlik mitinqləri keçirməyə nail olmalıyıq, ya da 100 minlik xaosla rastlaşacağıq. Ancaq əvvəl nəzərdə tutduğum ənənəvi metodlarla kütləvi mitinqlərin təşkilinin kifayət qədər effektli işləmədiyini görürəm və müxtəlif variantlar üzərində işləyirəm. Azərbaycanlıların pessimistliyi fikirləşdiyimdən qat-qat güclü imiş.

– Sizin təmsil olunduğunuz Müqavimət Hərəkatının İctimai Palata ilə əməkdaşlığına nə mane olur? Birgə fəaliyyət uğurlu olmazmı?

– Məncə, heç bir şey. Sadəcə olaraq, İP-də reallığı qiymətləndirməyi bacarmayan bir neçə adam var. Onlar müxtəlif əməkdaşlıq formaları müzakirə edilməsinə maneçilik törədir. Daha əvvəl də demişdim, indi təkrar edirəm: başlanğıc üçün məsələn, hər iki təşkilat bir-birinin keçirəcəkləri protest aksiyalarının işində aktiv iştirak etmələri barədə müqavilə imzalaya bilərdilər. Ancaq buna mane olurlar. İP-də bəziləri deyir ki, biz onlarla niyə əməkdaşlıq etməliyik, onların gücü yoxdur, bizim mitinqə çıxaracağımız insanların heç 30 faizini də çıxara bilməzlər. Yəni biz min nəfər çıxarsaq, onlar 300 çıxaracaq, biz niyə onlarla əməkdaşlıq etməliyik. Lakin anlamırlar ki, hər halda, 1300 1000-dən çoxdur. Başa düşmürlər ki, elə 1300 də 1000 kimi azdır. Məncə, İP aprelin 8-nə təyin etdiyi mitinqi keçirsə də, keçirməsə də, nəhayət, aparıcı müxalifət ideyası xəstəliyindən xilas ola biləcək, real müzakirələr aparılacaq.

– Bugünlərdə “OMON” hadisələrinin ildönümü oldu. Bu hadisədən danışanlar bəzən sizə qarşı da ittihamlar irəli sürürlər. 17 ildən sonra bu hadisəyə baxışınız necədir?

– O dövrdə baş verənlərin dərindən olmasa da qismən analizini vermişəm. Məni kimlərinsə ittiham etmələrinə isə cavab vermək fikrim yoxdur. Sadəcə bu hadisələrlə bağlı şəxsi bloqumda (rasulguliyevblog.com), həm də YouTube-da yerləşdirilmiş 40 dəqiqəlik çıxışıma qulaq asandan sonra ittihamlar yenə də qalırsa, nə etmək olar, demokratiya arzu edən adam istənilən ədalətli və ya ədalətsiz ittihamlara dözməyi bacarmalıdır. 17 mart hadisələrindən sonra mən “OMON”-çuların əksəriyyətinin əfv olunmasının tərəfdarı idim. Misal olaraq həm Avropa, həm də Amerikada baş vermiş vətəndaş müharibələrini göstərirdim. Ancaq təəssüf ki, bu işi görə bilmədim, onların hamısını zindanlara atdılar və iztirab keçirməyə məcbur etdilər.

– Bugünlərdə keçmiş daxili işlər naziri Vaqif Novruzov “Yeni Müsavat”a müsahibəsində sizə qarşı ittihamlar səsləndirib. Bunlarla bağlı nə deyə bilərsiniz? Doğrudanmı siz onu evinizə çağırıb komandanıza dəvət etmisiniz? Onun söylədiyi fikirlərdə həqiqət payı varmı?

– Doğrusu, Vaqif Novruzovun nazir olmasını tamamilə unutmuşdum. Çünki bu adam o qədər zəif fiqur idi ki, heç bir hərəkəti ilə nə pozitiv, nə də neqativ yadda qalmayıb. Onun mənimlə bağlı söylədiklərinin bir hissəsini oxudum. Azərbaycanın belə bir vəziyyətə düşməsinin səbəbi onun kimi adamların gəlib nazir vəzifəsinə yetişməsidir. Bu proses təəssüf ki, ölkədə heç vaxt dayanmayıb. Mənə aydın olub ki, bu adam oğluna Bakıda ev almaq üçün Prezident Administrasiyasına müraciət edib. Əminəm ki, bu, onun birinci müraciəti deyil, əvvəllər həm də bir neçə dəfə özünə də vəzifə istəyib. Oradan bu yaxınlarda reaksiya veriblər, deyiblər get, Rəsul Quliyev barədə danış, sədaqətini göstər. İndi o, sədaqətini təsdiq etmək üçün nağıllar düzəldir. Birincisi, onun dediyi adamlar heç vaxt mənim evimdə olmayıb. İkincisi, Eldar Həsənovun adını çəkib, bir gündən sonra fikrini dəyişib. Mənə məlumdur ki, hansı səbəbdən fikrini dəyişib. Təsəvvür edin, 6-cı idarənin rəisi olmuş adam 2 metr arxadan və ya böyürdən Eldar Həsənovu tanımayıb. İndi deyəsən ki, yoldaş Novruzov, o evdə olmusan, yaz görək o evin içində nə var idi, mətbəx harada idi, mebellər necə dayanmışdı. Axı bu şəxsiyyət 6-cı idarənin rəisi işləyib, professionaldır, gördüyünü fotoaparat kimi beyninə həkk etdirməli idi. Sözsüz ki, bu sualların heç birinə cavab verə bilməz. İstəyirsiniz onu dəvət edin redaksiyanıza, mənimlə də əlaqə yaradın, ona bəzi suallar verim. Əgər cavab verə bilsə, ondan üzr istəyim, əks halda, o, məndən üzr istəsin. Bunun məlumatından sonra guya Heydər Əliyev məni danlayıbmış. Yoldaş Novruzov, mən Rəsul Quliyevəm, siz deyiləm. Məni nəinki Heydər Əliyev, hətta kommunist rejimində də heç kim danlamağa cəsarət etməyib. Bizim aramızda olan söhbətlərdən elə nağıllar yazır ki, adam çaşıb qalır. Gülməlidir, 1993-cü ildə Azərbaycanın 6-cı idarəsinin rəisi Novruzovun dünya bankları ilə əlaqəsi varmış, zəng edib mənim bank hesablarımı götürürmüş. Ay kişi, ayıb deyil 71 yaşında belə ağ yalan danışırsan? Novruzovun müsahibəsi uzun illərdir mənə qaranlıq qalan bir məsələnin üstünü açıb. 1993-ün axırı və ya 94-ün əvvəlində həqiqətən Heydər Əliyev guya böyük sirlə mənə bir hesab verdi. İndiyə qədər bilmirdim ki, onu Əliyevə kim verib. Artıq məlum oldu.

– O hesab nə məsələ idi?

– Heydər Əliyevin verdiyi bank hesabına baxdım, heç nə başa düşmədim, soruşdum ki, bu nədir. Dedi, sənin bank hesabındır, göstərilir ki, İngiltərədə 100 milyon dollar pulun var. Birtəhər oxudum, çünki adım ingilis dilindəki kimi Rasul yox, türkcə Resul yazılmışdı. Ardınca rəqəmə baxdım, “Lloyd Bank”, 101 milyon funt sterlinq” yazılmışdı. Məni gülmək tutdu. Heydər Əliyev dedi ki, nəyə gülürsən. Soruşdum ki, bu kağızı sizə çatdıran hətta onu da bilmir ki, burada 100 milyon dollar deyil, 160 milyon dollardır, funt dollardan 1,6 dəfə bahadır. İstəyirdim yumorumu davam etdirəm, Əliyev isə “bu kağızı sənə elə-belə göstərdim, bilirəm boş şeydir” deyib məsələni qurtardı. Ancaq mən bu məsələni belə qoymadım. Sabahısı gün “Lloyd Bank”a bir ərizə yazdım, onu Heydər Əliyevə gətirdim. Dedim, xahiş edirəm, bu ərizəmi o kağızı gətirənə verin, getsin o pulları götürsün bankdan, xahiş edirəm o məbləği Azərbaycana versin. Əliyev yəqin ki, bundan sonra onu pis vəziyyətə qoyan – məlum kağızı gətirən adama ağzına gələni demişdi. Buna baxmayaraq, mən ərizəmi banka yolladım, bir aydan sonra “Lloyd Bank” nəinki belə bir hesabın olmadığını, ümumiyyətlə, kodun banka aid olmadığına dair cavab yazdı. Həyatda ən zəhləm gedən şey insanların yalan danışmasıdır, istənilən yaşda. Ancaq 70 yaşında yalan danışmağı ən böyük qəbahət hesab edirəm.

– Azərbaycanda opponentiniz olan siyasətçilərin sizə ünvanlanan bir iddiası var. Onlar deyir ki, Amerikada yox, Azərbaycana qayıdıb siyasətlə məşğul olmaq lazımdır. Azərbaycana qayıdıb bu iddialara son qoymağı düşünürsünüz?

– Opponentlərimin iddiasını qəbul edirəm, amma təəssüf ki, hələ Azərbaycana dönə bilmirəm. Amma “Azərbaycana qayıdıb sonra siyasətlə məşğul olmalıdır” fikri ilə qəti surətdə razı deyiləm, sadəcə olaraq, onların tarixdən xəbəri yoxdur. Avtoritar rejimlərin 90 faizi xaricdən aparılan siyasətlə və xaricdəki siyasətçilərlə yıxılıb, lazımdırsa siyahı təqdim edə bilərəm. Azərbaycana qayıtmaq cəhdlərimi heç vaxt dayandırmamışam.

Elşad MƏMMƏDLİ

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

8 Cavab to ““Azərbaycanda intiqam almaq istəyən və intiqam alınacaq adamların sayı həddən artıqdır””

  1. Resul bey,sizin Novruz bayraminizi urekden tebrik edirem.Size can saqliqi,uzun omur ve Inshallah gelen bayrami evinizde,vetende qeyd edesiniz.

  2. Vaqif Novruzovun uydurdugu yalanlardan belə çıxır ki,Rəsul Quliyev hələ o vaxdan H.Əliyevə qarşı imiş və özü üçün komanda yıgırmış.İkinci isə cəmisi bir il nazir işləyən V.Novruzovun dediklərində məntiq var nə də həqiqət.Çünki o dovrdə R.Quliyevin vasitəsi ilə hakimiyyətə gələn H.Əliyevə qarşı komanda yıgmaq nə qədər məntiqə uygun ola bilər?V.Novruzov özü də yaxşı bilirki 71 yaşında ona heç bir vəzifə verməzlər,ola bilsin ki,uşaqları üçün nəsə əldə etmək üçün belə əlgən ayaqdan gedib yarınır.Özü də o adamlara qara yaxır ki,heç biri indi dövlət orqanlarında işləmir.Daxili işlər Naziri işləyən V.Novruzov görəsən R.Usubov haqqında heç nə demir?Axı o da o zaman polis orqanlarında ona tabe olub.Həm də ki o axı polis olub,polisin də işi adamlara qara yəxmaq olur da.

  3. Rəsul müəllim,ölkəmiz böhrandadır,torpaqlarımız işğal altındadır,səbri tükənmiş insanların özünə qəsd halları günü-gündən çoxalır,hakimiyyətdən narazı olan insanlar,eyni zamanda müxalifət mitinqlərə hazırlaşır.Belə bir məqamda “Evrovision” ərəfəsində ciddi gərginlik və qarşıdurmalar olması qaçılmazdır.Eyni zamanda mayına təsadüf edir ki,may ayında Azərbaycan Şuşanı və Laçını itirib.Ümümuiyyətlə “Evrovision”un Azərbaycan xalqına xeyiri nədir?Həm də hakimiyyətin diktator rejiminə,vicdan məhbusları olan ölkədyə etiraz edərək xarici ölkələrdən də bu tədbirin keçirilməsini məqbul saymırlar.Sizcə bu tədbir baş tuacaqmı?

    • Evrovijin 1950-ci ildə ilk birləşmiş avropa radiosu yaradılandan sonra əyləncə proqramı kimi təşkil edilib və o vaxtdan sərhədlərini genişləndirərək bu günkü həddə çatıb. Sözsüz bu əyləncə şousuna baxanlar kifayət qədərdir,ancaq məsələn avropanın futbol ,tenis,formula 1 və sair şouları ilə müqayisədə azəhəmiyyətli bir hadisədir.Bu əyləncə şousu əsl rəqabət üçün yaradılmadığı üçün şouda peşəkar oxuyanlar və müsiqiçilər iştirak etmir.1950-ci ildən bu günə qədər ancaq iki qələbə çalan məşurlaşa bilib,Selin Dion və ABBA qrupu. Evrovijinə diqqət əsasən avtoritar rejimlər qoşulandan sonra bir qədər artıb.Çünki ancaq avtoritar rejimlər istənilən müsiqiçinin və ya idmançının fərdi qələbəsini rejimin və onun diktatorunun xidmətləri kimi qələmə verir.Burada elə bir yenilik yoxdur komunistlər 70 il sovet sportsmenlərinin qələbəsinin ancaq komunist ideyalarının və onun baş katibinin dəyərli tapşırıqlarının hesabına baş verdiyini deyirdilər.Bu verlişdə avropadan qeyri profesianal müsiqiçilər iştirak edirlər, qərb ölkələrində hökümət demək olarki,bu işlə məşğul olmur,büdcədən xüsusi ayırmalar heç vaxt olmur,yeni konsert zalı və ya hotellər tikmək ümumiyyətlə absurddur.Məsələn Norvegiya və Almaniyada keçirilən evrovijinda o ölkənin hökümətlərinin iştirakı yoxdur,təşkilat komitəsi zal arendaya götürü onu yarışı keçirməyə hazırlayır.Bizdə komunist diktaturasındakı kimi bu hadisəni milli qələbə,rejimin xidmətləri kimi xalqın şüuruna yeridirlər.İstənilən normal ölkədə hökümət rəhbərləri bu hadisəni özünün xidməti kimi qələmə verib büdcədən konsert zalı və başqa infrastrukturların yaradılmasına pul ayırsa o hökümətin ömrü bir aydan çox olmaz.İnformasiya vasitələri o liderləri elə bir vəziyyətə salarki həmin liderlər ölənə qədər yuxularını qarışdırarlar.Hamınız Almaniyanın prezidentinin istefaya göndərilməsinin şahidi oldunuz,ancaq axıra qədər analiz etmədiniz. Bu adam bankdan ev tikdirmək üçün imtiyazlı kredit götürməkdə ittiham edildi.Diqqət yetirin yeni 300 min evro 1 faiz imtiyazla yəni hamıya 5 faizlə verilən krediti buna 4 faizə verilib götürdü. Yəni bu adam ildə təqribən 3 min evro qabağa düşüb.80 millyonluq alman xalqının prezidentini ildə alacağı yox az verəcəyi 4 min manata görə işindən xaric etdilər.Azərbaycan xalqını belə məsələlər maraqlandırmır,prezidentinin ildə milyardlar oğurlaması vecinə deyil bunu normal bir hadisə kimi qəbul edir.Belə bir vəziyyətdə sabah prezident durub desə ki,bu evrovijinidə əslində mən yaratmışam onuda qəbul edəcək.Belə bir şəraitdə biz kimi daha çox qınamalıyıq, xalqın mütiliyindən istifadə edib dahada harınlaşan prezidenti və dahada mütiləşməyə hazır olduğunu göstərən siqnallar göndərən xalqımızı.

      • gold-dia@mail.ru Mart 21, 2012 7:16 axşam

        Mənə elə gəlirki bütün günahlar biz xalqdadır.Biz hüququmuzu anlasaq,mütiliyimizdən,məzlumlugumuzdan,yaltaqlıgımızdan ə çəkə bilsək gözümüz baxa-baxa varidatımızı talaya bilməzlər,haqqımızı tapdalamaga cürət etməzlər.Bütün bunlar ümumilikdə xalqımızın savadsızlıgından,məzlumlugundan irəli gəlir,yaltaqlıq isə qanımıza hopub.Odur ki,cürət edib gözümüzü aça bilmirik,özümüzü dərk edə bilmirik.Özünü dərk edib ayaga qalxmaq istəyənləri isə həbsxanalara atıb sındırırlar ki,digərlərində oyanış olmasın.Ona görə də xalq acizləşib,qorxu,təlaş içərisindədir!
        Buna görə də biz özümüzü almanla,fransızla,amerikalı ilə müqayisə etmək üçün bizə bir əsr vaxt laımdır,bir əsrdən sonra isə onlar kosmosda olacaq!

  4. Rəsul müəllim,hal-hazırda oliqarxlar və imkanlı adamlar 3 illik şenqen vizası alıb start vəziyyətindədirlər.Xalqdan ogurlanan pulları Avropa və digər ölkələrdə obyektlərə və digər mülklərə qoyurlar.Qabaqlar respublikaya sərmayəçilər axtarılırdısa indi isə özləri xarici ölkələrdə sərmayələr qoyurlar.
    Bundan başqa ölkədə o qədər acınacaqlı vəziyyət yaranıb ki,daxildə iş görə bilmirlər,imkanı olan iş adamları respublikanı tərk edib xarici ölkələrə qaçırlar.
    Demokratik,sivil ölkələrdə müxalifəti ilə öyünürlər,bizdə isə əksinə müxalif olanlar qara siyahıya alınır,telefonları dinlənilir,ona düşmən gözü ilə baxılır.
    Aciz xalq isə işgəncələrə,təzyiqlərə məruz qalır,hüquqları tapdalanır.Bunun axırı necə olacaq?Əgər aciziksə,cürətsiziksə,qorxub haqqımız,azadlıgımız ugrunda ayaga qalxıb mitinqlərə çıxa bilmiriksə,o zaman kütləvi halda xarici ölkələrə müraciət edib sıgınacaq istəyək və respublikanı verək bu diktator rejimə.Bu ən asan yoldur,yoxsa bu xalq bahar gəlsə də hələ qış yuxusundan ayıla bilmir!

  5. bu edaletsiz hakimiyyetden qurtulmaq isteyirkse meydanlarda siysi partiler birlesmelidir.hamida meydanlara cixib etirazlara destec olmalidir.8 aprel mitinqi bizleri cozleyir.40 ildi eliyevler bizi mehv edib artiq danisiqlar diskusiyalar menasizdir.Resul muellume de ugurlar arzu edirem tezlikle rejimi deyisib azad bir olke olariq sizde azad Azerbaycanimizda olarsiniz.

  6. Biz Azərbaycan xalqı məzlumuq,acizik,qarışqayıq,qarşımızdakıları isə fil,əjdaha oldugunu düşünürük.Əslində isə onların hər biri ayrılıqda bizim yanımızda milçəkdir,hörümçəkdir.Və bu torda uzun illərdi boguluruq,uzun illərdi qanımızı sorub gücləniblər,biz sadəcə özümüzü dərk edib bu toru cırmalıyıq,yumruq kimi bir olub azadlıgımıza nail olmalıyıq!Bəs nə vaxt?Məncə yetər artıq sabah balalarımız da bizi qınayacaq,onların da köləliyinə baxa-baxa,görə-görə içimizdə qıvrılacagıq,bu bəlalara indi biganə baxsaq sabah gec olacaq!Hanı bəs Koroglunun Eyvazları,Dəli Həsənləri?Qalxın ayaga Xalq Müqavimət Hərakatına qoşulub azadlıgımızı əldə edək!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: