“Millət Öz Qəhrəmanlarını Yaxından Tanımalıdır”

 

 

 

 

 

Hörmətli milli qəhrəman Şahin müəllimin ittihamlarına cavab

Azərbaycanlıların içərisində son vaxtlar şok açıqlama şok xəbər adı altında qəfildən və tamamilə yalan məlumatların verilməsi çiçəklənir. Bu dövr korrupsiya və rüşvət  rejimi adı ilə  yanaşı ağ yalan demək böhtan söyləmək adı ilədə yaddaşlarda qalacaq.

Hörmətli milli qəhrəman siz həmin konfransda iştirak etməmisiniz, mənim çıxışım isə 5 hissədən ibarətdir və indi də youtubda dayanıb, sizdən xahiş edəcəyəm bir daha  orqinalda çıxışıma qulaq asasınız və çıxışdan gətirdiyiniz sitatın düzgün olmadığına görə üzr istəyəsiniz.

İP barəsində mən fikirlərimi dəfələrlə söyləmişəm təəssüf ki , həmin fikirlər hələ düz çıxır, ancaq konfransdadakı çıxışda siz dediyiniz şəkildə  frazalar işlədilməyib. Bütün milləti birləşdirmək istəyən qəhrəman gərək ən azı özü parçalamaq cəhdləri etməsin.

İkincisi uzun uzadı qərbi Azərbaycanlı E.Namazovu dəstəkləyəcəyimi mətbuatda söylədiyimdən danışırsınız.  Bilmək istərdim harada nə vaxt,  kimisə dəstəkləyəcəyim barədə çıxış etməyimi və ya hansısa yazı yazmağımı konkret göstərəsiniz, əgər tapa bilməsəniz yenə üzr istəmək lazımdır. Mətbuatda kiminsə bu barədə  yazmasını  mənim fikrim kimi yozmaq və ya təqdim etmək  olmaz cənab polkovnik leytenant. Mətbuatda bir dəfə məndən qərbi Azərbaycanlılarla münasibətimi soruşanda yeganə ,bu qədər kiçik ölkəni qərbi, şərqi, şimalı Azərbaycana bölmək olmaz  demişəm vəssəlam.

Yazılarına hörmətlə yanaşdığım Mehriban Vəzirinin başçılıq etdiyi hansı isə bir hərəkatın mənim yaratdığım hərəkata nə dəxli ola bilər. Siz elə bil əgər artileriya qoşunları varsa tank ordusu nəyə lazımdır deyirsiniz cənab polkovnik leytenant, bağışlayın ya sizi belə düşündürürlər ya da çox sadəlövhsünüz.

Qeid edirsiniz ki, 1992-ci ildə mən H.Əliyevin xeyrinə mitinqlərdə iştirak etmişəm. Mən mitinqlərdə iştirak etməmişəm, onun əsas təşkilatçısı olmuşam, yaş həddinin qoyulmasını ağılsızlıq hesab etdiyimə görə və  H.Əliyevə inandığıma görə.  Bu barədə dəfələrlə demişəm, hətta H.Əliyevin əleyhinə yazdığım kitabımda da yazmışam, doğrudan fikirləşirsiniz ki, siz sensasion açıqlama vermisiniz.

O ki qaldı Kəlbəcərə burada sizin fantaziyanızı heç bir şeylə müqayisə etmək olmaz. Doğrudan Kəlbəcərdə bizim qoşunlar ağır məğlubiyyətə uğrayıb. Ancaq bu döyüş vaxtı mən Sankt Peterburqda səfərdə idim. Orada xəbəri eşidib təcili geri döndüm, Aeroportdan bir başa ora getdim. Bəli həqiqətən qoşunlar Kəlbəcəri tərk etmişdi, zorla onların olan qalanını topladım, ətrafdakı rayonların icra başçıları və polis rəislərini toplayıb hər rayonun azı 50 silahlını Murov dağının ətəyinə toplamağı tapşırdım. Bir sözlə müdafiə xətti yaratdım, çünkü Gəncə təhlükə altında idi. Zabitlər məktəbinin məzunlarından ibarət rota kəşfiyyat üçün gecə ilə Murov dağa göndərildi. Həmin Murov dağın ətəyində gecə mən hər yarım saatdan bir onlarla rasiya ilə əlaqə saxlayırdım. 3 saatdan sonra onlar Murov dağın təpəsinə çatıb Erməni qoşunların olmadığından xəbər verdilər. Bir sözlə orada müdafiəni yarada bildik. Həmin günlər mən iki gün heç bir saatda yata bilmədim. Mən bilmirəm bu hadisələr baş verəndə siz hansı qoşun hissələrində vuruşurdunuz. Ancaq mənim bu dediklərimin minlərlə şahidi var. Məsələlər belə olub cənab polkovnik leytenant, zabitlik şərəfi yalan danışmağla bir yerdə sığışmamalıdır.

Bir məsələdə məni maraqlandırır, konfrans Berlində iki ay bundan öncə olub necə oldu indi o çıxışlar yadınıza düşdü, yerdə qalan məsələlərə də münasibəti nəyə görə indiyə qədər susub bildirmirdiniz birdən hərəkətə gəldiniz. Nə və ya kim sizi narahat etdi.

Bir sualımada cavab versəniz məmnun olardım. Hansı  döyüşlərdə, neçənci illərdə vuruşmusunuz  və milli qəhrəman adına nə vaxt və hansı şücaətlərinizə görə layiq görülmüsünüz barədə yazasınız.

Millət öz qəhrəmanlarını yaxından tanımalıdır.

Hörmətlə Rəsul Guliyev.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

29 Cavab to ““Millət Öz Qəhrəmanlarını Yaxından Tanımalıdır””

  1. Dogrudan da çox acınacaqlı bir dövrdə və qəribə insanlar əhatəsində yaşayırıq.Azərbaycan xalqı acı böhran dövrünü yaşayır,hüquqları tapdalanır,insanlara işgəncələr verilir buna adi hal kimi baxırıq,amma “filan mügənni filankəsə ərə getdi,sürüşmənin şok detalları,bakıya qar yagdı,filankəs filankəsə irad tutdu” və sair yazılara “ŞOK”xəbər adı qoyub dərc eləmək moda minib və bunu bir qəhramanlıq kimi yəqin ki,qəbul edirlər.Və dərhalda bütün mətmuat orqanları bir yzını bir-birinə ötürüb güya sensasiya yaradaraq xalqı çaşdırırlar.Tutaq kimi biri vicdanını satıb kiməsə şər,böhtan atır,(belələri minlərlədir),məgər bunu yoxlamadan,təfərrüatına varmadan dərc etmək olarmı?Görəsən düşünürlərmi ki,bunun son nəticədə ziyanı xalqa dəyir?
    Təbii ki,kminsə haqqında xəbər yazanın mütləq bir səbəbi olur.Ya kiminsə diqtəsi və sifarişi ilə,ya elə belə adamın qanında var ki,kiməsə şər atsın,Ya yaltaqdır özünü gözə soxur ki,mən də varam,ya da ki,mütləq hökümətdən bir umacagı var.
    Məsələn, son vaxtlar Vaqif Novruzovun Rəsul müəllim haqqındakı böhtan çıxışları kimə və nəyə xidmət edir?Adamdan soruşarlar ki,ay Vaqif,Rəsul müəllimin sənə nə pisliyi keçib,aranızda nə düşmənçilik var ki,heç bir dövlət orqanında işləmirsən,təqaüddə olan adamsan,bəs səni belə bir mədhahlıga məcbur edən nədir?Axı Rəsul müəllim xalqının belə bir agır günündə siyasətə qarışıb onun gələcəyi üçün yollar axtarır,görüşlər keçirib Azərbaycanda xalqa qarşı baş verən
    yaramazlıqları izah edib dünya təşkilatlarına başa salır ki,xalq bu böhrandan xilas olsun.Görəsən hökümətdən umacagı xalqına edilən bu zülmlərə,haqsızlıqlara dəyərmi?Deməli xalqını düşünməyən,ona dəyən ziyandan qidalanıb,öz şəxsi manafeyini güdən adamdan vətəndaş olmaz və o ən azı nankordur.
    İndi də sensasion bir yazı dərc ediblər, Mühacirətdə olan Milli Qəhrəman Şahin Tagıyev Rəsul Quliyevə irad tutur.Birinci mən Bakıda evi əlindən alınıb,İsveçə pənah aparan “qəhraman”Şahinə üzümü tutub deyirəm,əsil qəhraman xalqının yolunda düşünən adama qərəzli böhtan atmaz.Sən bir müsahibəndə yazırsan ki,evini də əlindən aldılar,işdən də qovdular və üz tutdun İsveçə.Bəs o zaman ay milli geroy səni Rəsul Quliyevə məntiqsiz iradların nədən xəbər verir? Milli Qəhraman təqaüdümü?
    Ümumiyyətlə çox şübhəli adamsan.1992-ci ildə Milli Qəhramanlıgını rəhmətlik Elçibəy verib.İndiki hakimiyyət isə işdən qovub,evini də əlindən alıb,bəs o zaman bu cənfəşanlıgın nəyə görədir?Xahiş edirəm sualıma kişiyana cavab ver.
    Bu saytda da sənin haqqında yazılan imkanın olsa oxu.

    http://tezadlar.narod.ru/67/iqtisadiyyat.htm

  2. Şahin Tagıyev müsahibəsində bunu da deyib:
    “Müxalifət liderlərinə bir məsləhətim var. Hələ ki gec deyil, tökün bu daşı ətəyinizdən. Bir-biriniz haqqında iyrənc sözlər deməkdən əl çəkin. Birləşin, birləşməsəniz bu xalqın axrı yoxdu. Bu torpaqların axrı yoxdu. Onsuz da torpaqlarımız işğal altındadır. Mən bir Azərbaycan vətəndaşı kimi siyasətlə məşğul olanlara onu deyə bilərəm ki, Azərbaycanda demokratiyanın bərqərar olması, insanların yaxşı yaşaması, torpaqlarımızın azad olunması üçün hamı birləşmələdi… Vətən naminə.”
    Bu sözlərin müəllifinin Rəsul müəllim haqda qərəzli,məkrli yazısını oxuyanda dogrudan da düşünürsən.Milli Qəhraman Şahin Tagıyevi buna məcbur edən nədir?Axı buna Milli Qəhramanlıgı Elçibəy verib,təqaüdü isə hələ indiyə kimi bu hakimiyyətdən alır.Bəs bu cənfəşanlıq nədən irəli gəlir?Bəlkə qorxur ki,təqaüdünü kəsərlər?

  3. Tia.az internet qəzetində dərc edilən ”Rəsul Quliyev mis ticarətinə görə, OMON-u qurban verdi”Müsahibə-Reportajda “milli qəhraman”Şahin Tagıyev yeni şantajlara keçir.Bu dəfə isə göstərir ki,OMON-çular Rəsul Quliyevin mis alverinə görə məhv edilib.Yazıqlar olsun bu “milli qəhramana” ki,nə qədər gülünc,riyakar,qərəzli şantajlara əl atır.Burda deyirlər ey,aşıgın sözü qurtaranda “nalay,nalay və yaxud da daley,daley” deyər.
    Sonra isə müsahibəsində Rəsul Quliyevə “Sual edirəm, gedib Əli İnsanovun yanına adam göndərib, onunla görüşməyə səni nələr məcbur edir. Bu məsələlərdən hər şey aydın olur. Əgər, o özünü demokrat sayırsa biraz fikirləşsə, onun üçün daha yaxşı olar. İctimai Palatada kifayyət qədər savadlı gənclər, ziyalılarımız fəaliyyət göstərirlər. Onun yaratdığı hərəkat mənasız və heç bir təsir imkanlarına malik olmayan bir qurumdur” sual edən milli qəhramanın nalay,daley sözlərində deyəsən “Xoruzun quyrugu”görsənməyə başlayır.Deyirəm axı İsveçdə yaşayan bu milli qəhraman Rəsul Quliyevin adamının türmədə olan Əli İnsanovla görüşünü necə görə bilərdi? İndi aydın olur ki, 20 ildir hakimiyyətə qarşı mübarizə aparan bu milli müxalifət öz məqsədlərinə çatmaq üçün Xalq yolunda mübarizə aparan Rəsul Quliyevə qarşı sifarş siyasətinə keçiblər.Halal olsun belə milli qəhramana da,20 ildir xalqını aldadan belə milli müxalifətə də.

  4. Siyasi səhnədə son anlarını yaşayan İctimai Palata əlinin yerdən,göydən üzüldüyünü görüb özünün ilk 8 aprel mitinqinə qərar verdi.Amma neçə vaxtdır yıgıncaqlar keçirib mitinqin təşkili üçün düzgün qərara gələ bilmir.Ünvan kimi “Nərimanov” və “Təbriz” kinoteatrlarının qarşısındakı meydan, 20-ci sahədəki sürücülük məktəbinin stadionu nəzərdə tutan İ.P indi isə iki ünvanı “Nərimanov” və “Təbriz” kinoteatrlarının qarşısını məqsədə uygun bilir.Bilirlər ki,Bakı meriyası bu yerləri mitinq üçün verməyəcək.Bəlkə yenə də xalqın balalarını dubunkaya verib həbs etdirmək fikirləri var?Və hakimiyyətdən incidilənləri də mitinqə səsləyir.Görəsən bunlar özlərinə sual verirlərmi 20 ildir mübarizədəyik amma xalq bizi niyə dəstəkləmir?Hakimiyyətdən incidilənin biri elə mən.Əgər mən bilsəydim ki,Siz həqiqi xalqın halına yanan müxalifətsiniz yəqin ki,çoxdan Sizin partiyaya daxil olub dəstəkləyərdim də.Eləcə digərləri Sizə niyə qoşulmur?Çünki Siz 20 ildir xalqı aldadırsınız,öz məqsədlərinizi həyata keçirmək üçün yalandan hay-küy salıb partiyanızı yaşadırsınız.Bu dəfə də bu mitinqdə səfvliyə yol versəniz daha sizin haqqınız yoxdur ki,özünüzü müxalifət adlandırasınız!Siz də hakimiyyət kimi üzə salmayın,demokratik addım atıb istefa verin ki,həm sizin canınız qurtarsın,həm də xalqın!O zaman xalq özü seçim edib kimə qoşuldugunu aydınlaşdıracaq.Ayıbdır Vallah ayıbdır,bəsdirin hayküyünüzlə xalqı çaşdırdınız!

  5. Cox Hörmetli Resul müellim ve bloq izleyicileri her vaxtiniz xeyr olsun! Son günler metbuatda Shahin Tagiyevin müsahibeleri ile mende tanish olmusham. Bundan sonra mene dostlar terefinden bezi melumatlar ve faktlar daxil olmushdur. Isteyirem hemin melumatlarla sizleri tanish edim ve münasibetimi bildirim. Shahin Tagiyev müsahibesinde Resul Quliyevi IP-nin bezi üzvlerini tehqir etmekde suclayir ve yeni yaradilmish Müqavimet Herakatinin yaradilmasinda xaliqi parcalamaq meqsedi güdüldüyünu iddia edir. Bunun evezinde vaxti ile Ebülfez Elcibey terefinden yaradilmish ve Mehriban Vezirovanin rehberlik etdiyi Müqavimet Herakati berpa etmeyin dogru oldugunu bildirir. Ashagidaki Shahin Tagiyevin auidio yazilarina diqqetle qulaq asin.

    Bu fikirlkeri Shahin Tagiyev 2 ay qabaq söyleyib. Qulaq asdikca görürük ki, Shahin Tagiyev bir gün önce müdafiye etmeye calishdigi her bir shexsi cox terbiyesiz sözlerle tehqir edir ve her birini xalq düshmeni adlandiracaq qeder ittiham edir. Men buindan sonra Shahin Tagiyevin kimliyini arashdirmaga bashladim. Örgendim ki, bu adamin hecbir Herbi Ali Tehsil almayib ve sadece cavush rütbesine yükselecek qeder tehsili olub. Qarabag döyüshlerinde Qurtulush bataliyonun komandiri vezifesinde calishib ve cemi 8 ay döyüshlerde ishtirak edib. Bu qisa müddet erzine hec leytenant, mayor rütbelerine yükselmeden birden bire Polkovnik Leytenant rütbesine sahib olub. Hetta bu qisa müddet erzinde Milli Qehremanda ola bilmishdir. Onuda örgene bildim ki, herbi qanunlara göre cavush rütbesine malik ola hecbir herbici Polkovnik Leytenant rütbesi ala bilmez. Bu herbi qanunlarla mümkünsüzdür.
    S. Tagiyev Isvecrede siyasi siginacaq almish ve hal hazirda orda yashayir. Mende olan deqiq melumata göre 3 il bundan qabaq S. Tagiyev Azerbaycana getmish (getmekde meqsed evlenmek olub) ve hebs olunmadan cox rahat birde geri qayitmishdir. Mende 10 ildir Almaniyada mühacir heyati yashayiram ve bu barede cox deqiq melumatlara malikem. Siyasi siginacaq o insanlara verilir ki, hemin adam siyasi fealiyyetine göre memleketinde teqib olunur ve ölkeye qayidacagi teqdirde heyati ücün real zehlüke yaranir.
    Ancaq Milli Qehraman, ehtiyatda olan Polkovnik leytenant Shahin Tagiyev bütün bu qanunlara ramen hem Azerbaycana rahat gedib gele bilir hemde Isvecrede siyasi mühacir kimi yashaya bilir. Hatta bu zamanlar erznde Azerbaycanin hazirki hökümeti terefinden Milli Qehreman fexri adina göre her ay 600 manat pul mükafati ile temin olunub ve olunur.
    Cox qeribedir deyilmi,,,
    Hesab edirem ki, üzüne müxalifetci maskasi keciererek, müxalif liderlerini 2013-cü ilde kecirilecek prezident seckileri ile elaqadar, Azerbaycanda hakimiyyeti zornan ele kecirib 20 ile yaxin hakimiyyetde olan korrupsiyoner rejimden bu xalqin azad etmek ücün aktiv siyasi fealiyyetlerlerine qara yaxmalarla meshxul olan bu ünsürleri artiq xalqa tanitmaq vaxtidir. Dünen verdiyi müsabelerle 2 ay bundan qabaq danishdigi fikirler tamamile ters mütanesiblik teshkil edir. Bu cür insanlara nece güvenib Milli Qehreman fexri adi vermek olar? Hansi fealiyyetlerine göre? hansi shücayetlerine göre?
    Shahin Tagiyevin rehberlk etdiyi Qurtulush bataliyonunda xidmet eden eskerlerin sözlerine göre döyüshler zamani shehid olmush eskerlerin meyitlerini valideyinlerine qaytarmaq ücün Shahin Tagiyev meyit dühmen terefde qalib ve bunun müqabilinde pul isteyirler deye inandiraraq onlardan pul alib ve biraz aralida gizledilmish esker meyidini resmen valideynlerine satirmish. Bunami göre verilib Milli Qehreman fexri adi?
    Cox tessüf edirem ki, hal hazirki rejm hakimiyyeti ellerinde saxlamaq ücün Azerbaycanin milli deyerlerinden olan “Milli Qehreman” fexri adlarindan öz meqsedleri ücün istifade etmekden bele cekinmirler. Bu cür aramizda olan, müxalifet maskasi altinda gizlenen SHEREFSIZLER düshmenimiz ermenilerden daha tehlükelidir.

    Hesab edirem ki, Milli Qehreman fexri adini S. Tagiyev kimilerin dashimaga menevi haqlari yoxdur ve xahis edirem bloq izleyicilerinden tekliflerinizi yazasiniz. Men isteyirem ki, bu haqda bir sorgu teshkil edim ve kecirim. Ancaq bunun bu adi ondan alinmasina ne kimi yardimi ola biler? Xahish edirem bu haqda qanunu bilen esasen herbici hemvetenlerim mene meslehet ve tekliflerinizi esirgemeyin.
    Sahain Tagiyev haqda men elde etdiyim teze materiyallari Facebook lövhemde mütamadi yerleshdirecem, Menim Facebook adresim:

    https://www.facebook.com/asadovhatem

    Izleyin ve tekliflerinizi, fikirlerinizi bildirin. Evvelceden haminiza teshekkür edirem!

    Derin Hörmetle: Hatem Seferoglu!

  6. Hatem bəy,çox sag olun ki,bu faktları əldə edə bilmisiniz.Mən diqqətlə qulaq asdım milli qəhramanın çıxışların və qənaətə gəldim ki,bu adam xəsədir və danışdıqları da cəfəngiyatdır.Özündən razı olan bu adam boş-boş lovgalaınır və özü İsa Qənbərdən tutmuş hamını kobudcasına təhqir edib küçə söyüləri ilə söyür.Amma çox qəribədir ki,guya Rəsul müəllimin İP-nın üzvülərini uşaq adlandırmasında suçlayır.Bəs o zaman bu adam kimdir və kimə xidmət edir?Məncə heç kimə bu sadəcə ara qarışdırandır.Amma öz kəlləsi ilə yox,buna sifariş əsnasında.Həm də ümumilikdə bu adam çox müəmmalı adamdır və o elə belə İsveçdə sıgınacaq almayıb,bunun bir səbəbi var,araşdırıb tapılsa yaxşı olar hər halda.

  7. Mən dunən bu milli qəhraman olacaq adam haqqinda yazmişdim ki. bu şəxs xəstə dir.Bu gun Hatəm muəllimin materialina qulaq asdim və gumanlarim tamamilə doğru cixdi.Bizdə döyuşmuşuk..lakin belə qəhramanlara rast gəlməmişik. Mən belə fikirləşirəm ki. belə adamlara coxda fikir vermək lazim deyil. Yəqin ki. bundanda sonra belə şəxslər olacaqdir.Onlarin bir dəfə cavabin verməklə kifayətlənmək lazimdir.

  8. Dogrudan da xestedir. Bu xesteden dediklerin tezeden sorushasan yadindan cixacaq. Hele bunun ag-qara sheklinde rengli ordenin hec yeri yoxdur.

  9. bos-bos danismaq hecne vermeyecec emeli herekete baslamaqlazimdir.milletin basina min oyun acirlar sizde bos-bos danisirsiniz.kimdir ki IP-ni pisleyen kisisense buyur mubarizeye tulku kimi evden bayira cixmayanlar.bu exlaqsiz rejimin suqutu meydandan cecir vessalam.

  10. Rəsul Quliyev, İsa Qəmbər və onun kimi hakimiyyətdə olmuş və sözünü demiş adamlar daha hakimiyyətə layiq deyillər. İsa Qəmbər hakimiyyətdə olanda Hakimiyyəti parcaladı özünə partiya yaratdı,(indi YAP-a baxıb dərs götürsün, hamı eyni sözü deyir)
    Rəsul Quliyev hakimiyyətdə oldu hakimiyyət bölgüsündə razılığa gələ bilmədi.
    Ona görə də həm bu bloqda, həm də İP-da özlərindən başqa heç kim yoxdur.
    Bu dəfə xalq özünə və hakimiyyətə layiq adamları seçəcək. Şəxsən mən buna inanıram.

    • Həsən müəllim mənim İsa Qəmbər və İlham Əliyevdən fərqli olaraq insanlarla kontaktda işləmək təcrübəm var. Ərz olssun qulluğuza ki mən 2 ilə yaxın fəhlə,4 ilə yaxın qurğu və sex rəisi,3 il baş mühəndis müavini,2 il baş mühəndis,10 il direktor, baş direktor, 1 il idarə rəisi,yarım il baş nazir müavini və 3 il parlament sədri işləmişəm.Ona görə sizin müqayisəniz yersiz və məntiqsizdir.Bloqa gəldikdə hörmətli müəllim deyəsən siz Bloqa daxil olub orada gedən materiallarla tanış olanlarla orada fikrini yazanların fərqini başa düşə bilmirsiniz.Ona görə ancaq özünüz Bloqda iştirak edirsiniz.Belə çıxır ki,sizdə bizdənsiniz. Hörmətli müəllim bloqa daxil olanların sayı orta hesabla gündə 2 min adamdır,şərh yazanların sayı isə 10-u keçməz.Hörmətli müəllim bloqa girənlərin 99 faizi mənim intervyularımı oxuyur və video müraciətlərimə baxırlar,statiztika var.Sizin yazdığınız şərhləri oxuyanların sayı çoxda böyük deyildir. Ancaq sizin qaldırdığınız məsələlərin mənim üçün çox əhəmiyyəti var,çünki onlar ölkədəki əhval ruhiyəni ifadə edir. Bloqda yazanların təxminən 30-35 faizi ya tam ya da qismən mənim əleyhimə olanlardır 70 faizə yaxını məni dəstəkləyənlərdir.Əlbəttə mən daha çox mənim əleyhidarlarımın çıxışlarına diqqət yetirirəm çünki onları izahımla öz tərəfimə çəkmək istəyirəm.Bu Bloqu mən sözsüz ki,öz ideyalarımı həyata keçirməyə kömək məqsədi ilə açmışam,söz güləşdirmək naminə yox.

      • Həsən Vəliyev Aprel 2, 2012 8:45 axşam

        Rəsul müəllim, əlbəttə ki, mən də siz olan düşərgədəyəm. Bu rejimdən, anarxiyadan, monarxiyadan narazı bir vətəndaş kimi. Amma reallıq ondadır ki, yeni bir adam olmalıdır. İndiyə qədər hakimiyyətdə təmsil olunmuşlar artıq nüfuzun itirib. Heç bir şansı yoxdur. Xalqa yeni dövrdə tərbiyə almış, xalqı, milləti düşünən adam lazımdır. siz belə bir adam tapıb onu hakimiyyətə gətirmək haqqında iş aparsanız müvəffəqiyyət qazana bilərsiniz. Əlbəttə bu mənim subyektiv fikrimdir. Siz yəqin inanırsınız ki, uğur qazanacaqsız, siyasətçi kimi yəqin siz nə etdiyinizi çox gözəl bilirsiniz.
        Birdə demək istəyirdim ki, hər şeyi İlham Əliyevlə müqayisədə sübut etməyə çalışırsınız. Doğru taktika deyil. Sizi hakimiyyətə gətirsək Gürcüstan, pribaltika respublikaları ilə müqayisədə biz nə əldə edəcəyik. Necə inanaq ki, siz şəxsi biznesin çiçəklənməsinə xidmət etməyəcəksiz? Monarxiyanın davam etməyəcəyinə xalq necə inansın?
        Mənə elə gəlir ki, siz də çox şeyi başa düşə bilmirsiniz.

    • Həsən müəllim,bəzi fikilərinizlə mən də razıyam.Təbii ki,Azərbaycanda siyasi müxalifət partiyaları kifayət qədərdir.Amma bu müxalifət partiyalarının hərəsi bir səmtə dartır.Bu da onunla baglıdır ki,hakimiyyət bu partiyalara qəşəngcə sıgal çəkib.Bunu da xalq uzaqdan çox gözəl seyr edir və bu oyunları anlayır.Amma bu partiyaların müəyyən qədər də olsa üzvüləri
      var və bunların içərisində elə ogul və qızlar var ki,vətəni yolunda gözünü qırpmadan ölümə belə şıgaya bilər,yəni hamısına qara yapmaga haqqımız yoxdur və ola da bilməz.O ki,qaldı Rəsul Quliyevlə baglı fikirinizlə mən razılaşa bilmərəm.Birinci sadaladıgımız müxalifət partiyaları
      20 ildir fəaliyyət göstərir və bu “qəddar rejim”qarşısında çox aciz oldugundan “sıgal”altında
      Başını dolandırır və birləşmək əvəzinə biri-birinə düşmən kimi baxır.İkinci isə Rəsul müəllim
      Son üç ay ərzində yaratdıgı Xalq Müqavimət Hərakatına 5 siyasi partiya qoşuldu və bloqu vasitəsi ilə özünə çoxlu dəstək topladı və bunun da sayı günü-gündən artır.Çünki,Rəsul müəllimin elmi potensialı çoxdur eyni zamanda iş təcrübəsi kifayət qədər və baş ucaldandır.
      Bu insan fəhləlikdən Milli Məclisin rəhbərliyinə qədər şərəfli bir yol keçmişdir.Sonda isə
      H.Əliyev rejiminə etiraz edib istefa vermişdi.İstefanı da səssiz-küysüz,səmimiyyəti,münasibəti pozmadan etmişdir və öpüşüb-görüşüb o rejimdən ayrılmışdır.Bu faktları hamımız xatırlayırıq və sonradan da onun başına gətirilən siyasi oyunları da yaxşıca qavrayırıq.Əvvala Rəsul müəllimin
      Azərbaycandakı həyat təcrübəsi +16 il Amerika kimi demokratik bir əlkədəki yaşayış təcrübəsi
      Çox böyük imkan verir ki,o bir Lider kimi xalqını bu böhrandan azad etsin və ölkədə demokratik bir cəmiyyət,dövlət yaratsın.Təbii ki,aglı,düşüncəsi,şüuru olan,həyatını azad və firəvan görmək istəyən hər kəs Rəsul müəllimi dəstəkləyəcək və azadlıgına qovuşacaq!

      • Həsən Vəliyev Aprel 2, 2012 8:50 axşam

        Müxalifət yoxdur. Hər bir müxalifət adlanan partiyanın müəyyən vəzifələri var. Onların hamısı elə hakimiyyətə xidmət edir.

  11. Salam olsun salama layiq olan keslere…gold muellim meni bir mesele dushundurur siz ve Resul beyin bloqu kiminle duzeldeceksiz Azerbaycani…?Azerbaycanin real veziyyeti beledir ki,olkenin ‘elmli’ potensialinin 60% YAP-in yaltaqlaridir.10% olkeni terk edib.30% de turmede sherlenerek hebs edilibler.Olke dindarlarin adam hesab etmirsiz,o IP-di nedi bilmirem olari da hokmete ishleyen hesab edirsiz tebii sizin mentiqinizle…Day yerde kim qaldi ???Ailesini dolandirmaq ucun jekde ishleyen kuce supuren qadinlar ya da bazarlarda pishtaxta da diyananlar..Bunlarla duzeldeceksiz Azerbaycani..?Yeni demek isteyirtem ki,sizin bloqa da bir qush…

    • Sakit müəllim Yapçıların hamısının bu rejimi dəstəklədiyinə doğrudanda inanırsınız.Sovet ittifaqını xatırladıram ki, komunistlər yıxdı.Komunist liderləri (Yelçin) sovet rejiminin dağılmasında ən aktiv iştirakçılar idilər.Məcburən yaltaqlananlar rejimə ən çox nifrət edənlərdir və fürsət düşən kimi birinci balta vuracaqlar bu hökümətə.10 faizdən çox ölkəni tərk edən vətəndaşlar Azərbaycanı tərk ediblər azərbaycanlılığı yox.İP-nın siyasətini və ya siyasətsizliyini formalaşdıran bəzi liderlərin fəaliyyətinin yararsızlığı mən bilən hamıya aydındır.Ancaq İP-nın mənimlə çiyin çiyinə bu rejimlə mübarizə aparanların sayı bəlkədə 90 faizə çatar.Hörmətli Sakit müəllim mən təkcə qoldla yox elə sizin özünüzlədə birlikdə bu rejimə qarşı mübarizə aparıram. Dindarla pis münasibət deyəndə kimi nəzərdə tutursunuz özünüzü,çünki mən heç vaxt belə bir fikir söyləməmişəm.Hər halda biz təbii əməkdaşıq.

    • Sakit bəy,yazdıqların öz şəxsi mülahizələrin və düşüncələrindir.1-ci ölkənin dediyiniz kimi 60 faiz elmli potensialı YAP yaltagı ola bilməz.Ümumiyyətlə elmi,savadı,düşüncəsi olan adam yaltaq ola bilməz.Ölkəni tərk edən 10 faizin də təbii ki hamısına elmi,savadı var demək olmaz,amma savadı və elmi olanları hansı ölkədə yaşamasından,nə işlə məşgul olmasından asılı olmayaraq xalqının bu agır vəziyyətini dərk edir və oradan öz gücü sayəsində səsini ucaldıb bu hakimiyyətə qarşı etirazını bildirir.O ki,qaldı 30 faiz (rəqəmlər sizindir)türmədə şərlənərək yatanlara,təbii ki,onların da müəyyən qismi xalqını düşünən və onun yolunda düşünərək bu əzablara dözənlərdir.O ki,qaldı dediyin dindarlara onun da başında duran iki dini ruhani akademiyanı SSRİ dövründə KQB xətti ilə qurtarandır ki,bunu da hamı gözəl bilir.Qalan bir qismi isə İran siyasətinə xidmət edir.Müəyyən qismi isə təbii ki,xalqını sevən və onun gələcəyini düşünən insanlardırki hamı da onları bilir və dəyərləndirir.İP-nı isə mən heç vaxt deməmişəm ki,hakimiyyətə işləyəndir.Amma mən demişəm yenə də deyirəm ki,neçə ki orada İsa Qənbər var,İctimai Palatadan heç bir irəliləyiş gözləmək olmaz.Qaldı ki,sənə sən də özün haqqında heç bir məlumat vermədin ki,kimsən,və kimə xidmət edirsən?Savadın və elmin isə aydındır.Amma məlumatın olsun deyə bildirim ki,haqsızlıqlara qarşı mitinq,inqilab etmək üçün hökm deyil ki,hamı savadlı olmalıdır.Savadlı bunları təşkil edir,yaramazlıqları xalqa anladır və xalq da o savadlı lidrinin arxasınca gedib azadlıgına nəsib olur.Təbii ki,sənin kimi “agzı göyçəklər”çox olsa və hərəsi bu məsələyə bir “quş”qoysa təbii ki,xalq azadlıgını asanlıqla və tez bir zamanda qazana bilməz.Həm də hiss olunur ki,guya dinə bir az meyilli adamsınız,odur ki,Allah xətirinə heç olmasa denən Allah işinizi avand eləsin!Qalanı ilə işin olmasın və narahat da olma,xalq azadlıgına mütləq çatacaq!!!!

  12. Resul bey geleceyin guclu ve demakratik,haminin huquqlarinin tanindigi azerbaycan namine her sheyi etmeye hazir olan oglanlar var,soz yox.Ama men deyirem bele oglanlara ne ise etmeye imkan yoxdur olke daxilinde.Ya onlari heps edirler ya da olkeden xaric olunurlar.Bu yaltaq yapcilara ise bel baglamaq sizin terefden sadelovluk olardi.Cunli oz sherefin kreslosuna satan “””adamlardan””” bu millete xeyir gele bilmez…Sozumun qisasi Resul bey batille mubarize ucun gerek arxan haqqa dirensin..Batile arxalanib haqq ucun mubarize aparmaq mahal bir ishdir,yeni neticesizdir.Bize de neticeli ish lazimdir.Cunki 20 ildir bu millet eyni sheyden eziyyet cekir,o da budur ki,sizin qeyd etdiyiniz bəzi liderlərin fəaliyyətinin yararsızlığı..Yeni bu liderler duzdur haqqi deyirler bu hokumeti tenqid edirler ama batile arxalandiqlari ucun mubarizelerinin neticesi yoxdur…O ki,qaldi komunistlerin ve pyanistka yeltsine onun atdigi addimlarin Rusiya ve Rus xalqi ucun hec bir yaxshi neticesi olmadi…

  13. Rəsul bəy iran məsələsinə görə ABŞ qafqazı rusiyaya güzəşdə gedərmi bu qafqazda demokratiya və müstəqiliyin tamamən məhvi demək deyilmi. video vasitəsi ilə cəvab versəniz minətdar olaram.

  14. Gold mellim senin dediklerin nece ALLAH kelamlaridir..??haminin dedikleri shexsi fikridir.sen diyesen esebinden gozlerin boyuyub men YAP-in elmli yaltaqlarin dirnaq icerisinde vermishdim.SSRI dovrunde ve ya ondan sonra KQB-xetti ile ”””ruhani”” olanlar ancaq seni kimilerin ishine yariyir cunki siz dunya ehlisiz ve bu KQB mollalari da dunya ishlerinde lazim olur ya olu basdirmaga ya da kebin kesdirmeye.Amma shukurler olsun bizler oz sheri vezifelerimizi yaxshi derk edirik.Biizim onlara ehtiyacimiz yoxdur.EYAR HAQQI DEMEK IRANA ISHLEMEKDIRSE BELI MEN IRANA ISHLEYEN EVVELINCI ADAMAM…umumiyyetle Azadliq anlayishi genish mevhumdur ve her kes bunu oz bashinin razmerine gore derk edir.Bu millet o vaxt heqiqi azadliga cata biler ki,oz milli kecmishin berpa ede bilsin…Mence en boyuk problem odur ki,bizim cemiyyetdeki insanlarin maddiyyati ile paralel olaraq meneviyyati inkishaf etmelidir..Meneviyyati olmayan insanlar jirnovskinin dediyi 7 milyonluq kutleye adiddir ve bele bir kutleyle inqilab etmek mumkun deyil…Bele kutleni nece otarmaq lazimdirsa onu gorbagor bu YAP-a yaxshi oyredib…indi demokratik secki kecirilse bele and ola ALLAHA bu kutle yene Ilhami prezident sececek…Cunki haqqi batilden ayira bilmirler.Sen beyem fil qulaginda yatmisan Azerbaycanda yashamirsan…???

    • Sakit bəy,indi bir az dinə-imana gəldin və tam da olmasa təxminən başa düşüdüm səni.Maşallah özündən də çox razısan və yazdıgından da belə başa düşdüm ki,özündən başqa da heç kimi bəyənmirsən.Xalqı da Jirinovski kimi 7 milyonluq “kütləyə”bənzətməyin yanlışdır.Təbii ki,hər millətdə oldugu kimi bizdə də sabahını,gələcəyini düşünməyənlər var və öz şəxsi manafeyini xalqın manafeyindən üstün tutanlar da var.
      İrana işləməyini də belə anladım ki,xalqın birliyi ugrunda olar İnşallah.
      Onu da bilki,əsəblərim yerindədir,sadəcə başa düşməyənə bir az emosianal cavab yazıram ki,həyatı anladım,o da bəzilərinin təbii ki,xoşuna gəlmir.Mən əminliklə onu da deyə bilərəm ki,xalqın mənəviyyatı var və o mütləq azadlıgına qovuşacaq bu şərtlə ki sən də haqqa gəlib mənəviyyatı olanlara qoşulasn.Sənli mənli fil qulagında yatsaq təbii ki,məsələlər bir az müşkül olacaq.

  15. Hörmetli Bloq ehli sahin kimi insanlara müellim deye xitab etmek mence olmaz en azi bu insanin buna seviyyesi catmir sonra ise savadi. Cölün düzünde iki qoyun öldürüb qanini da üsdüne yaxib gelib ki men ermeni öldürdüm ayib olsun bele Milli Qehremana ki milletini ag güne cixarmaq isdiyen insanlari ittiham etmeye calisir… Sahin sizden ancaq dovsan ovcusu cixar !

  16. Sakit sen qusbazsan beyem ? Bu bloqa qus qoyman ücün gerek hec olmasa bloqun kecirdiyi sonuncu (Berlinde) Mehmanxananin qarsini bele olmus olsa süpürmeniz lazimdi ki, bu bloqa qus qoyma hüququn (xeyalen) olsun ! Insanlarin eziyyetle ve serefi ile qatildigi bir bloqa söz demek mence seviyyesizlikdi !

  17. Sahin bey heqiqetende narahat dogurucu bir meseleye toxundunuz. ABS mence bele bir sehv addim atmaz cünki qafqaz kimi strateji bir mövge ABS-a Irannan vacib olmalidi.En azinnan Azerbaycani yaninda dost kimi görmek ABS ücün maraqli olar .

  18. Qurbet senin sobetin dagin basina cixib dagin eteyinde duranlara soymeye benzeyir ki,bu kisi isi deyil…Eyer uzbeuz gelsek dediklerinin hec birin uzume deye bilmezsen….Gold bey sizin aleminizde meneviyyat nedir…?

    • Sakit bəy,Mənəviyyat – insanın daxili aləmi, onun cəmiyyət və təbiətlə münasibətlər toplusu, mənəvi və mədəni dəyərlər əqidəsi. Mənəviyyat dedikdə insanın və cəmiyyətin mənəvi dəyərləri və ənənələri, dini baxışları, vətənpərvərliyi və qeyri- maddi mədəniyyətə münasibəti başa düşülür.Mənəviyyat həm də gərək insanın qanında olsun,onun ugrunda mübarizə aparsın.Yoxsa,Kimin qabında nə varsa elə odur. Quyunun dibinə su doldurmaqla quyu dolmaz.Qalanını özün nəticə çıxarmagın məsləhətdir.
      Birdə, əzizim xahiş edirəm heç kimə xox gəlmə bizə yaraşmaz.Həm də bizim qarşımızda daha önəmli məsələlər var,bir olub bu bəlalardan xalqımızı qurtarmalıyıq1

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: