Vaşington görüşləri haqqında

29 martda Rəsul Guliyevin Vaşinqtondakı görüşləri başa çatıb. Bu günlər ərzində o 18 kongresmen və senat ofislərində görüşlər keçirib. 11 konqresmen və senatorla, və  7 onların baş məsləhətçiləri və idarə rəhbərləri ilə Azərbaycanda vəziyyət və demokratiyaya keçid yollarını və bu prosesdə ABŞ-ın verə biləcəyi dəstək müzakirə edilmişdir.

ABŞ siyasətini müəyyənləşdirən və Ağ evə strategic planlar təqdim edən 3 analitik mərkəz və inistitutlarda tanınmış alimlərlə də bu mövzularda müzakirələr aparılmışdır.

ABŞ-ın Rusiya və başqa MDB ölkələrində keçmişdə Amerikanın səfirləri olmuş indi ABŞ-ın təhlükəsizlik proqramını hazırlayan 3 tanınmış səfirlərlə görüşlərdədə Azərbaycanın gələcək inkişaf yolları indiki totalitar rejimdən qansız qadasız demokratiyaya keçid yolları müzakirə edilib.

Amerikanın səsi radiosunun rəhbərliyi ilə görüşdə 1980-cı illərin axırı ilə müqayisədə həm bu həmdə Azadlıq radiosunun rolunun zəiflədiyi təsirinin azaldığı məsələləri müzakirə edilib. Rəsul Guliyev qeyd edibki bu radiolar yeni informasiya inqilabının texnoloji imkanlarını zəif tətbiq edir, dinləyicilərinin sayını gündən günə itirir. Peyk televiziyasının olmaması xalqlara obyektiv informasiyaların vaxtında və effektli çatdırımamasına gətirib çıxardır.Məsələn Azərbaycan kimi ölkələrdə bir neçə yerli telekanalın hər gün 24 saat diktatorların necə ağıllı dahi olduğunu, Azərbaycanlıların dünyanın ən xoşbəxt adamları olduğunu təbliq edən verlişləri qarşısında sizin radionun 30 dəqiqəlik verlişi heç bir rol oynaya bilməz.

Bütün görüşlərdə Azərbaycanda son bir il ərzində və əvvəllər həbs olunmuş siyasi dustaqların məsələləri müzakirə olunub, onların azad edilməsi üçün ABŞ-ın göstərəcəyi cəhdlərin yolları haqqında danışılıb.

Görüşlər çox intensiv və gərgin keçib. Üst üstə 60 saatdan artıq çəkən bu görüşlərdəki müzakirələrdə hər bir istiqamət detalları ilə müzakirə olunub. Görüşlər və Rəsul Guliyevin təqdim etdiyi sənədlər barədə geniş hesabat yaxın günlərdə veriləcək.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

13 Cavab to “Vaşington görüşləri haqqında”

  1. SalamOLSUN SALAMA LAYIQ OLANLARA…Resul bey zehmet olmasa bu informasiyni oxuyub munasibet bildirin…İngilis-Amerikan İrqçiliyi və Yəhudi Təlimi
    Avropa, müasir çağın başlanğıcına qədər irqçilik anlayışıyla tanış deyildi. Orta əsrlərdə Katolik Kilsəsinin qurduğu cəmiyyət modeli irqçilikdən tamamilə uzaq idi. İnsanlar özlərini bu ya da bu irqin üzvü deyil, Xristian dininin bağlıları olaraq qəbul edirdilər. Xristian olmayan cəmiyyətləri də irqi cəhətdən aşağı görmək kimi düşüncələri yox idi. Hətta, 590-604 illəri arasında Papa Gregory (Gregory The Great) Yəhudilərə hər cür təzyiq edilməsini qadağan etmişdi və bu qayda əsrlər boyu davam etdirildi. 11. əsrdə Yəhudilərə qarşı sərt bir tutum başlamışdır amma bu bir irqçilikdən çox, Yəhudilərin “İsanın qatilləri” olaraq görülməsindən, yəni dini səbəblərdəndir. Bu arada diqqət yetirilməsi lazım olan bir başqa nöqtə, Katolik Kilsəsinin, Kolumb və adamlarının qarşıya qoyduğu “Amerikan yerlilərinin bir növ heyvan olduğu” şəklindəki düşüncəyə qarşı çıxmış olmasıdır. Amerikanı Yəhudilik adına kəşfə çıxan Kabalaçı Kolumb, Yəhudi təlimindəki irqçilik düşüncəsini Amerikan yerlilərinə tətbiq etməkdən çəkinməzkən, Katolik kilsəsi buna reaksiya vermiş və bu insanlara da dinin izah edilməsi lazım olduğunu bildirmişdi. Bunun ən məşhur nümunəsi, Chiapas yepiskopu Bartolome də Las Casasın, Kolumb ilə birlikdə Yeni Dünyaya ayaq basan koloniyaçıların “yerlilər bir növ heyvandır” iddiasına qarşılıq, yerlilərin “gerçək bir insan” olduğunu müdafiə etmiş olmasıdır. Bu səbəblə Las Casas “yerlilərin həvarisi” olaraq xatırlanmağa başlamışdı. Las Casasın yerliləri müdafiə edən düşüncələri, daha sonra bir başqa rahib Domingo da Soto tərəfindən də müdafiə olunacaq və Soto, “imanı qılıncla qəbul etdirmək, onu iyrənc hala gətirməkdir” deyəcəkdi.

    Eyni şəkildə, Dominikanlı rahib Fray Antonio Montesinos da 1511-ci ildə san-Domingo kilsəsində müstəmləkəçi conquistadorların tətbiqlərini lənətləmiş və “günahsız bir xalqa tətbiq etdiyiniz vəhşilik səbəbiylə hamınız ölümcül bir günah içindəsiniz” deyərək onları günahlandırmışdı. Daha sonra, 1537də, Papa III. Paul da, nəşr etdiyi Sublimis Deus adlı fərmanında müstəmləkəçi vəhşiliyini lənətləmiş, Qırmızıdərililərin gerçək insanlar (veros homines) olduqlarını, onları kölə səviyyəsinə sadələşdirmək həyasızlığını göstərənlərə baxmayaraq, iman sahibi olma qabiliyyətinə sahib insanlar olduqlarını elan etmişdi.

    Ancaq Katolik kilsəsinin qurduğu Avropa nizamı əvvəl Protestantlıq, sonra da İşıqlanma ilə yıxıldı. Qurulan yeni nizam, bərabərində ideologiyaları doğurdu. Bu ideologiyaların ən əhəmiyyətlilərindən biriysə irqçilik mövzusu idi. İrqçilik, ilk olaraq Protestant ideologiyasıyla birlikdə yaşıllaşacaq zəmin tapdı. Lutherin təliminin irqçiliyin inkişafına əhəmiyyətli bir zəmin hazırladığı qəbul edilir. Yeni Dünyada irqçiliyin ən əhəmiyyətli nümayəndələri isə başda Püritenler olmaq üzrə Protestant İngilis koloniyaçılarıdır. Burada doğan irqçilik, Anglo-Sakson (İngilis və Amerikan) irqçiliyini meydana gətirmişdir. İngiliscə danışan irqlərin digərlərindən üstün olduğunu müdafiə edən bu təlim, bir azdan araşdıracağımız kimi imperializmə də güc vermişdir. Amerikalı sosioloq Tomas F. Gossett, Race: The History of an Idea en America (İrq: Amerikadakı Bir Düşüncənin Tarixi) adlı kitabında, Anglo-Sakson irqçiliyindəki Protestant və xüsusilə də Püriten təsirinin əhəmiyyətinə diqqət çəkir. Gossettə görə, irqçi düşüncənin inkişafında əhəmiyyətli rol oynayan adların başında Amerikalı Protestant din adamı Josiah Strong gəlməkdədir. Strong, İctimai Darvinizmlə Protestant təlimini birləşdirərək, Anglo-Sakson irqinin üstün bir irq olduğunu və “Qırmızıdərililəri Tanrının icazəsiylə yox etmə haqqına” sahib olduqlarını qarşıya qoymuşdur. Tomas Gossett, bu üstün irq boş sözünün qaynağının belə analiz edər:

    Ağ olmayan irqlərin, Tanrının istəyinə uyğun olaraq yox edilməsi düşüncəsi, şübhəsiz Josiah Strongun öz başına inkişaf etdirdiyi bir düşüncə deyil. ‘Tanrı, öz xalqına yervermək üçün, digərlərinin yox edilməsini istədi’ cümləsi, Püriten din adamların tərəfindən deyilmişdir. Bir başqa Püriten, ‘Tanrı, aralarında xəstəlik yayaraq Massachusettsdəki Qırmızıdərililərin saylarının 30 mindən üçyüzə endirməmizi istədi’ demişdi. Benjamin Franklin, daha sonra eyni düşüncəni müdafiə edəcək və otobiyografisine belə yazacaqdı: ‘Yerlilərə içirdiyimiz rom içkisi Tanrının bu pislikləri (Qırmızıdərililəri) yer üzündən qaldırmaq üçün etdiyi planın bir parçası idi’. İngilis koloniyaçıları, biologiya qaydaları (İctimai Darvinizm) ilə isbat edilməyə çalışılmadan çox daha əvvəl də özlərinin seçilmiş xalq olduğuna inanırdılar. Püritenler, Tanrıyla aralarındakı əlaqənin, İsrailoğulları ilə Tanrı arasındakı əlaqə kimi olduğunu düşünürdülər. Amerikan müstəqilliyinin ardından, ‘Amerikalı İsrailoğulları’ başlıqlı bir dini danışma edən Əzərə Stiles eyni düşüncəni vurğulamışdı. İki il sonra Tomas Jefferson, Amerikan Böyük Möhürünə İsrailoğullarının qurtuluşu ilə əlaqədar bir təsvir yerləşdirməyi təklif etdi. 1787də Timoty Dwight, Amerikalılardan ‘seçilmiş irq’ olaraq danışmağa başladı.

    Açıqca görüldüyü kimi, Anglo-Sakson irqçiliyi, Təhrif olunmuş Tövratdakı Yəhudi təlimində yer alan “seçilmiş irq” boş sözünün, Amerikalı və İngilislərə uyğunlaşdırılması ilə özünə dayaq tapırdı. Digər bir deyişlə İngiliscə danışan xalqların irqçilik axını, açıq bir “Yəhudiləşmə” idi. (Gossettin üstdə sözünü etdiyi Qırmızıdərili qırğınındakı Yəhudi təsirini daha detallı olaraq araşdırmışdıq. )1805 ilində Tomas Jeffersonun “Tanrı, İsrailoğullarına tarix boyunca necə rəhbərlik etdisə, Amerikanın qurucularına da elə rəhbərlik etmişdir” demişdi. (“İsrailoğulları”na bu cür düşkün olan Jefferson, araşdırdığımız kimi bir gül-Xaç və mason idi). Gossett, bu üstün irq inancının 19. əsrin irqçi havasıyla daha da gücləndiyini izah edir və “1840larla birlikdə, seçilmiş irq düşüncəsi, ‘Anglo-Sakson irqinin üstün xüsusiyyətlərinin təyin olunmağa başlamasıyla daha da gücləndi” deyir. Belə ki 1846da, Senator Tomas Hart Benkon, bu “üstün irq”in Sakit okean sahillərinə qədər bütün Amerikanı ələ keçərəcəyini, daha sonra da Asiyanı koloniyalaşdırmağa başlayacağını müjdələmişdi. Gossettin izah etdiyinə görə, 19. əsr boyunca Amerikalı və İngilis Protestant din adamları, ictimai Darvinizmlə, Köhnə Əhdin (Təhrif olunmuş Tövrat) irqçi təlimlərini bir-biriylə qaynaşdırıb, Anglo-Sakson üstünlüyünü sübut etməyə çalışdılar.

    Anglo-Sakson İrqçilərinin Şüarı:

    ‘Bizlər də Yəhudiyik; Yer üzü Bizim Olmalıdır’!

    Amerikalı sosioloq Tomas Gossett, irqçiliyin mənşələrini araşdırdığı kitabında, Anglo-Sakson irqçilərinin özlərini Yəhudilərlə qaynaşdırmalarını izah edərkən, bir də bu düşüncəyə bağlı olaraq inkişaf etdirilən maraqlı bir nəzəriyyəni izah edir. İngilis din adamı John Wilson tərəfindən inkişaf etdirilən nəzəriyyə, Anglo-Saksonların-yəni Amerikalı və İngilislərin yəhudilərlə qaynaşdırma səylərinə, konkret və orqanik bir əsas təşkil etmə sınağından ibarət idi. “Anglo-İsrail” hərəkətini başladan bu nəzəriyyəylə, Anglo-Saksonlar, əslində özlərinin də “yəhudi” olduğunu isbat etməyə (!) məşğul olurdular:

    Anglo-İsrail hərəkatı, 1837də İngiltərədə başladı. John Wilson adlı ‘nonconformist’ (müstəqil protestant) bir rahib, Köhnə Əhddə izah edilən və Jacobun (Hz. Yaqub(ə)), oğulu Cozefə (Hz. Yusif(ə)) əbədi olaraq zəfərlə dolu bir ömür vəd etdiyi hekayəni dəyişik bir şəkildə şərh etdi: Wilson, Cozefin zəfərlə müjdələnilmiş soyunun İngilislər olduğunu qarşıya qoydu. Ona görə, İngilislər, açıqca Cozefin soyundan gəlirdilər. Belə ki; İsrailoğullarının on qəbiləsi, Aşşurlar tərəfindən MÖ 8. əsrdə İsraildən sürgün edilmişdi. Daha sonra bu qəbilələr itmiş və aqibətləri tarixin dərinliklərinə basdırılmışdı. Amma, Wilsona görə, İsrailin ‘On İtkin Qəbiləsi artıq tapılmışdı: Bu ‘itkin’ yəhudilər, İngiltərənin Anglo-Saksonları idi… Hərçənd İngilislərin fiziki xüsusiyyətlərinin Yəhudilərə uyğun gəlmədiyi şəklində bir etiraz gələ bilərdi amma Wilson və şagirdləri buna qarşı da ustaca bir açıqlamaverdilər: Yəhudilər orijinal olaraq əslində eyni İngilislər kimi sarışın insanlar olmalıdır. Çünki Müqəddəs Kitab, Davidin (Hz. Davud(ə)) ‘qırmızı saçlı’ olduğunu söyləyirdi! Qısacası, Anglo-Saksonlar da gerçək bir Yəhudi idilər; yəni Tanrının seçilmiş irqindən idilər…

    İngilis irqçilərinin ortaya atdığı bu nəzəriyyə sürətlə mənimsəndi. Qısa müddət sonra İngiltərədə Anglo-Israel Association (Anglo-İsrail Birliyi) quruldu. Daha sonra British-Israel Association (Britanya-İsrail Birliyi) adını alan təşkilat, ölkə içində bir çox sempatizan yığdı. Təşkilat, 1890dan 1915ə qədər nəşr olunan Our Race, Its Origin and Its Destiny (İrqimiz, Mənşəyi və Gələcəyi) adlı bir həftəlik qəzet çıxardı. Qəzetdə, İngiliscə danışan xalqların da “yəhudi” olduğuyla əlaqədar “dəlil”lər təqdim edilir, Köhnə Əhddən seçilmiş irq düşüncəsini dəstəkləyən keçidlər nəşr olunurdu. Qəzetin yazıçıları, Təhrif olunmuş Tövrat ayələrinə istinadən İngiltərə və Amerikanın gələcəyiylə əlaqədar təxminlər də edirdilər. Anglo-İsrail hərəkatı, 1870lərdə Amerikaya da sıçradı. 1884-cü ildə, İngilis Anglo-İsrail hərəkatının missionerlərindən olan Edward Hine adlı bir rahib Amerikaya göndərildi və böyük bir təbliğat kampaniyası açdı. Beləcə, “bizlər də Yəhudiyik” şüarı Amerikan irqçilərinin də ağızında gəzməyə başladı. (Anglo-İsrail hərəkatı bu gün də həm İngiltərədə həm də Amerikada bəzi dini qruplar tərəfindən davam etdirilməkdədir.)

    Şübhəsiz nə İngilislər nə də Amerikalılar, “seçilmiş irq” deyildilər. Anglo-İsrail hərəkatının və bənzəri “Yəhudiləşmə” axınlarının əsl təsiri də onsuz da içində olduqları cəmiyyətləri “seçilmiş irq” olduqlarına inandırmaq olmadı. Əhəmiyyətli olan bu “Yəhudiləşmə” hərəkatlarının, İngilis və Amerikalıların ictimai şüuru üzərindəki təsiridir. Çünki bu cəmiyyətlərdə, haqqında danışılan “yəhudiləşmə” hərəkatlarının nəticəsində, Yəhudilərə qarşı duyulan fövqəladə simpatiya və “Yəhudilərin Fələstinə dönmə haqqı”na olan inanc daha da gücləndi. İngiltərə və Amerikadakı bu ictimai təsir, bu iki ölkənin Yəhudilərin Vəd edilmiş Torpaqlara dönmə səyi olan Sionizmi niyə böyük bir istəklə dəstəklədiklərini də açıqlayır. Yəhudiləri “seçilmiş xalq” olaraq görmə vərdişinə sahib bu iki ölkədən bir çox adam, 20. əsrdə Sionizmə böyük dəstək verərək “Xristian Sionistlər” sifətini qazanmışdır
    Hazırladı İlkin Hüseyni

    • Sakit siz bu yazınızda bir çox ziddiyyət doğuran, müxtəlif alimlərin tam müxtəlif yanaşdığıları məsələlərdən yazmısınız.Buna bir cümlə ilə cavab vermək olar. Məsələn irqçiliyin yaranması tarixi və səbəbləri,müxtəlif dinlərin bir birlərinə münasibətləri daima ya müsbət ya da mənfi istiqamətdə dəyişən uzun bir prosesdir,indidə davm edir,onun barəsəndə hər bu məsələ ilə maraqlanan adam ancaq subyektiv fikrini yaza bilər. Dərin analiz üçün mən gərək bəzi tarixi faktları araşdıram və sair,indi ona nə vaxtım nə də həvəsim yoxdur.

  2. Sakit, irqciliy, dini ayri seckiliye ve sair bu kimi meseleler haqqinda fikir soylemek yox, bu tip zererli seylere qarshi mubarize aparmaq lazilmdir.

  3. Çingiz bəy,Azərbaycanda hazırda irqçilik problemi yoxdur.Bütün xalq indiki
    avtoritar rejimin qurbanıdır.Hətta heç yerliçilik siyasəti də aparılmır.Düzdür bəzi “agzı göyçəklər”Naxçıxan,Ermənistan klanı terminini düşünmədən əsassız olaraq və yaxud
    müəyyən məqsəd üçün işlədirlər.Amma mən Sizi inandırım ki,onlardan da çox bu rejimin əziyyətini çəkən də yoxdur.Elə götürək Naxçıvanı,isti ocagını qoyub Türkiyəyə pənah
    aparan insanlar ailəlikcə Türkiyənin küçələrində bir tikə çörək üçün hamballıq edirlər.
    Odur ki, xalq bu cansıxıcı rejimdən yaxasını qurtarmaq üçün özünə qayıtmalı,gələcəyini
    düşünməli və bu bəladan qurtarmagın yollarını axtarmalıdır.Bu yolun tək bir çarəsi var.
    Hamı,sabahını,balasının gələcəyini,firavanlıgını düşünən bütün xalq biri-birinə irad
    tutmagı,haralısan söhbətini,ayrı-seçkiliyi beyinlərdən silməli,bir olub azadlıgına nail
    olmalıdır.Çox gözəl görürük ki,xalqın adından danışan müxalifət arasında elə bir
    “ayrılıq”toxumu səpilibki nəinki özləri,hətta xalqı da özlərinə yaxınlaşdırıb birləşdirə
    bilmirlər.Odur ki,səbri tükən xalq artıq ayılmalıdır.Biz kütləvi olaraq bir olub dinc
    mitinqlərə çıxa bilsək,nə bir adamın burnu qanayar,nə də hakimiyyət cürət edib xalqa
    qarşı zor tədbiq edər.

  4. ÜZR İSTƏYİRƏM ŞƏRHİM SAKİT BƏYƏ YAZILIB SƏHVƏN ÇİNGİZ YAZMIŞAM

  5. mazahir nece mubarize aparaq sionistlere qarshi…?

    • Sakit , Menim fikrimce sionist olsun, qeyri sionist olsun her kesin oz inandiqlari ugrunda calishir ve kim gucludur o da qazanir. Ona gorede calish guclu ol. Sen ozun de meselen Shiesen eledeyilmi. ne bilim biri sunnidir.her neyise men butun bu adlara qarshiyam.. Amma ne edimki dunyada bele seyler var.Butun bu adlarin umumi insanliga bir qara qepik de xeyri yoxdur..

  6. indi birden gucumuz catmadi ne edek erdogan kimi masqa deyishek..?

  7. mazahir indi birden gucumuz catmadi ne edek erdogan kimi masqa deyishek..?men ozumu shiye bilmirem…Menim kimiler shiye adina lekedir.Men shiyenin dirnagi ola bilsem fexr ederem….Umumiyyetle Azerbaycanda shiye yoxdur..Cunki shiye torpaq satmaz ve umummilli gorbagorun satmagina da imkan vermezdi.Eyer Azerbaycan da shiye olsaydi ermeni kopeyler torpaqlarimizi ala bilmezdiler.Nece ki,Livan shiyelerinin qudretinden ve izzetinden israil livana gire bilmedi.Irani da ki,demeye ehtiyac yoxdur.8 illik mubarek mudafiye…

    • Hörmətli cənab Sakit Allah yaratdığı bütün çağalar bir birləri ilə heç nə ilə fərqlənmir. İnsanın formalaşması doğulduğu birinci gündən başlayır.Bütün uşaqlar eyni cür iməkləməyə və yeriməyə başlayırlar. Hər bir çağa onun anadan olduğu evdə nə dilində danışırlarsa o dildədə danışmağa başlayır.Din məsələsinə gəldikdə o da ailənin hansı dinə qulluq etməsindən asılıdır. Məsələn sizin prototipiniz olan azı 100 uşaq indi ya ingilis ,ya Çin və ya başqa dildə danışır və müvafiq olaraq ya xristian ya bütpərəst əgər alim materialist evində anadan olubsa ya aqnostik ya da ateistdir. Allahın yaratdığı 7 milyardlıq əhalinin maksimum 150 milyonu şiyədir.Şiyəliyə mütləq başqa dinləri din saymamaqla siz Allahın əleyhinə getdiyinizi anlayırsınız ya yox.Bu əcaib fikirləri başınızdan vurub çıxardın,uşaq kimi özünüzdən fundamentalist obrazı yaratmaqdan əl çəkin.Sizdən xahiş etmişdim Rusiyadakı mitinqlərin analizinə baxıb fikr söyləyəsiniz.Boş boşuna dindən danışmaq əlbəttə analiz etməkdən asandır.

  8. Resul bey men sadece mazahi adli sexsin yazdiqlarina oz munasibetimi bildirmisdim..sizden xahis edirem birde dini meselelerde ne ise danismayin.Cunki sizin bu sozleriniz yeni din baresinde danisdiqlariniz ona benzeyir ki,ele bil montiyorun eline kelbetini veribler ve o hekimin evezinde en agir beyin cerrahiyyesi aparir.Bilmem anlata bildimmi…Men defelerle demisem ve yene de tekrar edirem ki,ozunmu Allah yaninda en asagi ve en uzuqara insan bilirem.Butun milletler Allah yaninda birdir.Allah insanlara milliyet,irq reng dil ayriseckiliyi qoymayib insanlarin Allah yaninda ustunluyu yalniz ona bende oomagina goredir…Shiyeler baresinde ise onu size deye bilerem ki,siyeler ozlerin Eli(e.s.)-in davamcilari bilirler…Sonda bir ibretamiz meselenin diqqetinize catdirim ki,gunlerin bir gun gororler ki,Eli cox mohkem aglayir.Sebebin sorusduqda ise bildirir ki,menim xelifelik etdiyim memleketde bir xristiyan ailenin malina tecavuz edibler ve men aglayiram ki,buna gore Allaha nece cavab verecem.Yeni xelife oldugum olkede Allahin emanetine sahib cixa bilmedim…Mence bu mesele butun muselmanlar ucun ibretdir..Ve bidirim ki,beyenmediyiniz IRAN ISLAM RESPUBLIKASINI paytaxti tehranda boyuk bir mehelle var ki,sakinleri terefinden terk edilib.Amma hokumet o mehellenin sakinlerinden halalliq alinmadan o evlkerin sokulmeyine icaze vermir..Paradoksal olsa da bu mehellenin kecmis sakinleri hal-hazirda israile muhaciret etmis yehudilerdir…

    • Məndə düşünürəmki dindən çox danışmaq lazım deyildir.Sizin yazdıqlarınızın müddəaları ilə razılaşmamaq mümkün deyildir,izahınız düzdür. Belə normal analizin arxasında İran rejimini fetişləşdirmənizi başa düşmək çətindir.

      • dfczfc, o biri videolardakı peanrsojların f6z f6lkələrindəki rolunu bilmirəm. d6yrənməyə e7alışacam.a0Mən Rf6yanın sfcni və ya təbii oynamağına şərh eləmirəm. Bu artıq rejissor işidir. Sən demiş a0Aqil M. Quliyevin səviyyəsidir.Mən sırf see7imi deyirəm. Personajı. Hansı ki, başlıqda ona toxunmusan. Yəni onların məqsədi inanmıram texnoloji funksiyalarını sadalamaq olsun. Texnologiya ilə belə maraqlanan adam internetdə f6zfc araşdırıb, onun qiymətinin sərfəsiz, funksiyalarının zay olduğunu, durduğu yerdə səbəbsiz sf6ndfcyfcnfc onsuzda tapacaq. Əgər normal reklam olsa idi bu haqda parketinq yazmayacaqdı. c7ox olsa weboxu-da və ya bir-iki başqa texnologiyaya aid saytda olardı. Facebookda 140-dan e7ox paylaşılmayacaqdı. Hələ yəqin ki, zir-zibil əyləncə saytları da bu haqda yazacaq.İnternet userləri az olan bir f6lkə fce7fcn internet bum u yaratmağın yolu belə tanınmış sima ilə işləməkdi. c7fcnki video təkcə internetdə olacaq deyirlər. Belə baxanda Pamela Anderson da texnologiya ilə əlaqəli bir person deyil. Nokia f6z zəif cəhətini bilir, buna gf6rə də texnolojik tərəfə yox digər tərəfə f6zfcnfc satmağa e7alışır. Daha e7ox media faylları fce7fcn istifadə olunan telefon kimi tanıdır.a0Artıq rolikin keyfiyyəti, ssenarisi, kopiraytinq məsələsi başqadır. c7əkiliş keyfiyyətini hər halda sənlə mfcbahisə edəsi deyiləm, daha təcrfcbəlisən .a0

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: