“Sizi deyib gəlmişəm ay mənim müsəlman qardaşlarım…..”

 

 

 

 

 

 

Rəsul Quliyev: «Kimlərisə mənim kölgəm hesab etmək olar, məni heç kimin kölgəsi hesab edən tapılmaz»

ABŞ-da mühacir həyatı yaşayan Azərbaycan Parlamentinin keçmiş sədri, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev yukselis.info saytına müsahibə verib. Azpolitika.info həmin müsahibəni təqdim edir.

– Rəsul bəy, son zamanlar ABŞ-da və Avropada yüksək səviyyəli görüşlər keçirirsiniz. Bu görüşlərdə əsas hansı məsələlər müzakirə olunur?

– Mən çox təəssüf edirəm ki, Azərbaycanda gedən kəskin neqativ prosesləri çox adam dərindən dərk edə bilmir. Amerikalılara dediyim kimi Azərbaycandakı zahiri əmin amanlıq, stabillik görüntüsü istənilən vaxt gəminin görünməyən böyük sualtı qayalarla toqquşub dağılmasına bənzər hadisəyə çevrilə bilər. Bilirsiniz, insanları manqurtlaşdırmaq nəzəriyyəsini yaxşı mənimsəmiş H. Əliyev ölkədə represiyaların gücü ilə korrupsiya rüşvət rejimi yaradıb və onu total nəzarətlə idarə edirdi. Yerinə təyin etdiyi heç bir idarəçilik təcrübəsi olmayan, kitab oxumadığına görə 18 yaşındakı akademik savadsızlığını qoruyub saxlayan oğul Əliyev həm də tənbəl olduğundan ancaq özünə verilən rüşvətə total nəzarət edir. Onu və ailəsini tənqid edənlərə potoloji nifrət edir. Əvvəllər belələrini (məsələn Elmar Hüseynov) öldürdürüb, sonralar həbs etdirirdi (Qənimət Zahid,Eynulla Fətullayev və başqaları) indi də şantaj elətdirir (Xədicə İsmayılova). Onun Azərbaycanda vəziyyətin dramatik və faciəli dəyişə bilməsinə inanmaması təbiidir, çünki analiz etməyə nə savadı nə də səbri çatır. Ətrafında olanların əksəriyyəti vəziyyətin o qədər də sadə olmadığını anlayırlar. Onların da demək olar ki hamısı ən azı 15 ildir, bu rejimdə işləyirlər, özlərinə xaricdə ikinci firavan həyatı yarada biliblər, övladlarının əksəriyyəti xarici ölkələrdən birinin vətəndaşıdır, düşünürlər ki onların nəslinə, yarana biləcək demokratik Azərbaycan hökümətinin əli çata bilməyəcək. Özlərinin də itirəcəyi bir şeyləri yoxdur. Onsuzda yaşadığlarını yaşayıblar.

Hakimiyyətdə olan gənc nəsl özünü qırağa çəkə biləcəyinə inanır. Prezident isə istənilən vaxt özünün Rus və Türk vətəndaşı pasportundan birinin işləyəcəyinə inanır. Yəni Bəşir Əsəddən fərqli olaraq vaxtında ölkəni tərk edə biləcəklərini düşünürlər.

Müxalifətə gəldikdə xalq onların hansısa bir dəyişikliyə nail olacaqlarına inamını çoxdan itirib.

Belə vəziyyət tarix boyu bir çox ölkələrdə yaranıb və həmişə xaosla, partlayışla qurtarıb. Partlayış idarə ediməyən kütləni əhatə etməklə nəticələnərsə, o, qarşısında olan hər şeyi süpürüb kənara atar. 1988 və 1990-cı illərdə Azərbaycanda belə bir partlayışla rastlaşanlar onun nə olduğunu yaxşı bilirlər.

İndi vəziyyət daha ağırdır.İnsanların nifrət enerjisi o illərlə müqayisədə dəfələrlə artıqdır.

İlk növbədə mən yaranmış bu vəziyyətin real olduğunu Vaşinqton siyasətçilərinə izah etməyə çalışırdım. Məqsədim, “dinc yolla belə bir partlayışın qarşısını almaq, ölkəmizdə insan tələfatı ilə qurtara biləcək xaosun yaranmasına imkan verməmək üçün ABŞ konqresi və höküməti konkret hansı köməklikləri edə bilər?”- məsələsini müzakirə etmək idi. Mənə belə gəlir ki,buna nail ola bildim.

Rəsul bəy, hakimiyyəti avtoritarizmdə günahlandırırsız, bəs müxalifət özü demokratikdirmi?

– Əlbəttə partiya rəhbərlərinin 10 illərlə partiya sədrliyi vəzifəsindən dörd əlli tutub istefa verməmələri avtoritarizmdən başqa bir şey deyil. İstənilən- istər saxtalaşdırılmış, istər düzgün keçirilən – seçkini uduzan partiyanın sədri və onun müavinləri istefa verməlidirlər, istefa vermirlərsə, istefaya göndərilməlidirlər. İndi başa düşmək olmur, bu Azərbaycanda nə baş verməlidir ki, kimsə o cümlədən partiya liderləri istefa versinlər? Bilirsiniz, problem ondadır ki onlar sadəcə olaraq istefa verərlərsə, nə işlə məşğul olacaqlarını bilmirlər.

Siz ölkədən kənardasız deyə, imkanlarınız məhduddur, bəs, ölkədə fəaliyyət göstərən müxalifətin uzun illərdir, durğunluq dövründən çıxmaması sizcə nə ilə bağlıdır?

– Suala sualla cavab verirəm,siz əminsinizki onlar bu durğunluqdan çıxmaq istəyirlər?

Sizcə nə vaxta qədər ölkədə müxalifətlə iqtidar arasında mitinq üçün yer uğrunda mübarizə gedəcək? Məgər müxalifətin fəaliyyəti ancaq bu çərçivədəmi olmalıdır?

– Mitinq təşkil etmək müxalifətin əsas işlərindən biridir. Bu yeganə tez nəticə verən protest formasıdır. Sözsüz ki, istifadə etmək lazımdır. Məsələ ondadır ki, yer məsələsi uşaq oyunu kimi artıq gülünc bir forma alıb. Analiz edəndə belə nəticəyə gəlmək olar ki, hər iki tərəf mitinq keçirməyə o qədər də maraqlı deyillər. Konstitusiya ilə mitinqlərin keçrilməsinə qadağan qoyula bilməz. Bir dəfə də olsun, müxalifətçilər mitinqlərə icazə verilməməsi məsələsinin öz həqiqi hüquqi qiymətini almasına çalışmayıblar. Niyə? Söhbət ondan gedir ki, meriyaya müraciət edilməli, icazə verilməzsə, bütün yerli instansiyaları keçib Strasburq məhkəməsindən Bakı merinin əleyhinə qərar alınmalıdır. Bu çox mühüm məsələdir. Niyə bu addım atılmır? Mənə belə gəlir, hökümət qorxur ki, icazə verər, çox adam gələr, vəziyyət ağırlaşar. Müxalifət də icazə verilərsə, adam çıxara bilməməkdən ehtiyat edir. Bu müxalifətə inamsızlığın son damlası ola bilər. Ona görə də hər iki tərəf ilk baxışda heç heçə qurtaran hərəkətlərə razı olurlar, əslində isə müxalifət uduzur.

Bu yaxınlarda Prezident keçmiş sovet əmanətlərinin qaytarılması haqqında sərəncam imzaladı. Siyasi xadim və iqtisadçı kimi bu sərəncamı necə qiymətləndirirsiz?

– Həddən artıq yubanmış, o dövrdəki alıcılıq qabiliyəti nəzərə almadan pul dəyişmək siasətbazlığıdır, vəssəlam.

Hamı deyir ki, Azərbaycan zəngin dövlətdir, sərvətləri var. Bəs nəyə görə hakimiyyətlər dəyişsə də bu xalqın güzəranı heç dəyişmir?

– Sovet dövründə hamı eyni səviyyədə hansı ölkədə yaşamasından asılı olmayaraq çox da fərqlənməyən həyatı yaşamalı idilər, ölkənin zənginliyinin elə bir əhəmiyyəti yox idi. Müstəqillik alandan sonra isə ancaq bir rejim olub nə vaxt siz hakimiyyətlərin dəyişməsinin şahidi olmusunuz? Yəni, Müstəqillik alandan sonra il yarımlıq təlatümlü dövrü siz hakimiyyət hesab edirsiniz?

Ölkədə bir əli hansısa nazirin, deputatın cibində olub bir əlini də müxalifətə sarı uzadıb özünü hakimiyyətdən narazı kimi göstərən və ya göstərmək istəyən xeyli siyasətçi və jurnalist var, onlara münasibətiniz maraqlıdır.

– Mən Azərbaycanlılara xas çatışmayan cəhətlərdən yazanda bəziləri səs səsə verib deyir ki, milləti bədbaxt adlandırırsan, özün ən böyük bədbaxtsan və s. əsasız şeylər yazırlar. Mən əminəm ki, xalqın catışamayan cəhətlərini göstərməmək ona xəyanət etməyə bərabədir. Bir daha demək istəyirəm, yazdığınız keyfiyyətlərin əmsalı bizdə başqa xalqlarla müqayisədə daha yuxarıdır. Bizim başqalarından geri qalmağımızın əsas səbəblərindən biri də bu neqativliyin bizdə zəngin olmasıdır.

Son zamanlarda keçmiş çinovniklər silsilə müsahibələr verir və hər dəfə sizdən mütləq nəsə danışırlar. Sizcə bunu nə məqsədlə edirlər?

– Məndən başqa kimin əleyhinə danışsalar, diqqəti cəlb edə bilərlər? Heç kimin. Şəxsiyyət nə qədər güclü və yadda qalandırsa, o həmişə diqqət mərkəzində olacaq istər müsbət tərəfdən istərsə də mənfi. Düşünməyin ki, mən özümü tərifləyirəm. Xeyr, bunun niyə baş verdiyini izah edirəm. Hər halda nə qədər cəhd olunsa da kimlərisə mənim kölgəm hesab etmək olar, məni heç kiminsə kölgəsi hesab edən tapılmaz, lap 20 yaşımdan bu günə qədər. İnanın ki, mən heç kimlə yuxarıdan aşağı danışmamışam Özlərini kiçildənlərin də (demək olar ki çox vaxt belə idi) qarşısını kəskinliklə almışam. O adamlar mənə kəskin etiraz edən nağıllarını bu gündə yuxuda görmək arzularında olanlardır. Sadəcə olaraq, nə orada olanda, nə də xaricə gedəndən sonra onların mənimlə necə və hansı mövzularda danışdıqlarını danışmağıma ləyaqətimin heç vaxt yol verməyəcəyini bildikləri üçün ağızlarını boşa qoyub danışırlar.

Ayaz Mütəllibov siyasətdən getmək şərti ilə Azərbaycana qayıtmaq imkanı qazandı. Rəsul Quliyev də nə vaxtsa Azərbaycana qayıdıb Fəxri Xiyabanı ziyarət edəcək, yoxsa siz başqa variant düşünürsüz? Azərbaycana hansı statusda qayıtmaq istərdiniz?

– Fəxri xiyabanda Cəlil Məmmədquluzadənin qəbrini ziyarət etməyi yəqin ki nəzərdə tutursunuz. Məmuniyyətlə qarşısında dayanıb “Sizi deyib gəlmişəm ay mənim müsəlman qardaşlarım, üstündən bu qədər keçməsinə baxmayaraq elə yenə Sabir demişkən, əsrin sizi dindirməsinə cavab vermirsiniz”- deyərdim.
Mənim yeganə bir statusum var Azərbaycan vətəndaşı.

Prezident seçkilərində iştirak etmək məqsədinizi artıq açıqlamısınız. Əgər Prezident seçilsəniz yenə də ölkəmizdə Ziya Məmmədov, Kəmaləddin Heydərov və digərləri kimi maaşı ilə əlində olan imkanları uyğun gəlməyən məmurların olmayacağına necə zəmanət verə bilərsiniz?

-Bu mənasız suala necə cavab vermək olar? Əgər bu rejim bu şəkildə davam edəcəksə, bu kişilər oturub işləyirlər, artıq müəyyən səriştələridə var, niyə görə mən ortaya çıxmalıyam?

Sizcə Qərb Azərbaycandakı növbəti prezident seçkilərində də demokratiyanı neftə qurban verməyəcəkmi?

– Qərb neftə görə heç vaxt demokratiyanı qurban verməyib. Sadəcə, Qərb demokratiya uğrunda mübarizə aparmaq istəməyən xalqın əvəzindən mübarizə aparmır.

 

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

43 Cavab to ““Sizi deyib gəlmişəm ay mənim müsəlman qardaşlarım…..””

  1. Assalyamu aleykum va rahmatulla olsun butun muselman gardashlarima.Rəsul bəy neçəsiz?

  2. Salam olsun bütün mühaçir həyatı yaşayan AZƏRİ TÜRKLƏRİNƏ.

  3. Resul bey, salam. Bilirik ki, parcalanmish veziyyetde bu hakimiyyetle mubarize aparmag mumkun deyil. Dushunurem ki, ” men” kelmesini “biz” ideyasina cevirsek, ne ise deyishmek olar. Sizin adiniz ve hormetinizle ” milli barishig” prosesini (igtidarsiz) heyata kecirseniz real deyishiklik tezlesher. 8 aprel mitinginde sizin yaxindan destek vermenizi Sizden xahish edirem. Bu miting izdihamli alinmasa igtidar xalga garshi daha da amansiz olacag, miting alinsa xalg herekatinin bashlangici olacag. Size ugurlar dileyirem.

    • Mən artıq 2 gün öncə bu dəstəyi vermişəm.Siz dəstəyi nə şəkildə verməyimi arzulayardınız.

    • Hormatli Rasul muallim. Atrafli va haqiqati aciq ashkar dediyiniz ucun tashakur ediram Bu millatin ishigli galacaya cixmasi ucun sham kimi yanan Mirza Calilin, Sabirin xatirasini yad etdiyiniz ucun. Bu millat hamisha corak dushunub, bu gunu yashayib va alabaxim pisxologiyasi ila yashayir aksariyyat hissasi. Taminati olub var dovlat toplayanlar hakimiyyatin qoltugunda sixinib xalq amlakini talan edanlarin cazasizliq sharaitinda meydan sulamasi va an acinagli halin isa boyuk aksariyyatin buna qanuni hal kimi baxmasi bu hakimiyyatin uzun muddat hokumranliq etmasina sabab olan asas faktorlardandir. Muxalifatin zaifliyinin asas sabablarindan birincisi isa hakimiyyatin represiyasinin
      naticasidir. Bu hakimiyyat muxalifata qarshi apardigi mubarizanin hec yuzda birini ermaniya qarshi aparmir

  4. Müqavimət bloku yaradıb yutubda cıxışınızdan sonra xalq aktivləşməyə başladı.Bəzi müxalifət liderləri fikirləşmir ki adboy verilər qalarlar ala yarımcıq.Əlidəndə olarlar Vəlidəndə.20ildi şablon sözlər danışırdılar.İndi elədiyləri söhbətlər yutubdakı şərhlərdi oxuyub cıxış edirlər.

  5. Hörmətli Rəsul müəllim,mən Sizin İ.Palatının 8 aprel mitinqini dəstəkləmənizi alqışlayıram.Bu addım bir daha Sizin böyüklüyünüzü görsətdi.Çünki Azərbaycan xalqının indiki böhran vəziyyətində qarşısında çox böyük imtahan durur.Yəni xalq bu bəladan necə qurtaracagını bilmir və azadlıgını tapmagın yollarını düşünür.Əgər İ.Palata həqiqətən də xalqı düşünərək aksiyalar keçirib bu rejimə qarşı çıxırsa hamılıqla bu aksiyaya qoşulmaq lazımdır.
    Vətənini ,balasının gələcəyini,azadlıgını düşünən hər bir kəs bu çagırışa qoşulmalıdır,hətta dövlət orqanlarında çalışan məmurlar,polislər belə özünü dərk edirsə bu aksiyalara mane olmamalı və əksinə bu aksiyalarda iştirak etməlidir.Əgər bu aksiyada 10 min adam iştirak etsə hakimiyyət anlayacaq ki,artıq xalq bu hakimiyyət rejiminin,klanının köləsi olmaq istəyində deyil və özü üçün bir nəticə çıxarmaga məcbur olacaq.İndi seçim xalqındır,xalq azadlıq istəyirsə,gələcəyini düşünürsə bir olub gücünü görsətməlidir!

  6. BU XALQI OYATMAQDA EN BOYUK YUK SIZIN CIYNINIZE DUSUR CUNKI KLASIK MUXALIFETE TEZE RENG GETIRMISNIZ GEREK BU RENGI CANLI TUTASINIZ KI XALQ DAHADA UMUTLANSIN BELKE INDI OLMASADA AMA YAXIN ZAMANDA OYANSIN

    • Azər bəy,dogrudan da düz dediniz ki,Rəsul müəllim müxalifətə təzə rəng gətirdi.Ümumiyyətlə Rəsul müəllimin Amerika,Avropadakı görüşləri,respublikamızda xalqa baş verən haqsızlıqlara açıqlama,analiz verməsi ilk öncə xalqda ruh oyatdı,müxalifətdə ciddilik yaratdı və hakimiyyətdə isə qorxu hissi yaratdı.Biz inanırıq ki,Rəsul müəllimin başçılıgı ilə xalq azadlıgına nail olacaq!Gəlin bir olub xalqımızı bu yaramazlıqlardan qurtaraq!Xalq bir olsa basılmaz Vətən!

  7. Hörmətli Rəsul Bayram oğlu Sizin nə vaxtsa da elə yaxın zamanda inşallah vətənə dönəcəyiniz günü səbirsizliklə gözləyirik.Bu siz türk oğlunun Azərbaycan xalqının yanında olmağınıza ciddi ehtiyacdan irəli gəlir .Ümidvarıq ki.bu gözəl gün yaxın zaman kəsiyində baş verəcək.Biz Sizin səmiyyətinizə həmişə inanmışıq.Allah yolunuzu açıq etsin.İLHAN

  8. Hamiya salam! Ele bilirsiniz Resul muellim zeng etsen imkan vererler salamlasin xalqi? Amma Resul muellim zeng edib milleti ruhlandirsa, miting daha da IZDIHAMLI kecer. Men muxalifetin yerinde olsaydim Resul Quliyevin kölgəsinden istifade edib, bu milleti RESUL QULIYEVIN bashciligi ile GUNESHLI gunlere cixarardim!

    RESUL MUELLIM BIZ SIZINLEYIK – AZERBAYCANLILAR!

  9. Dronqo siz resul muellimle bir ola bilersiz, amma AZERBAYCANLILARIN adindan yazmaga hugugunuz yoxdu. resul muellim bakini terk edenden, 2011ci ile geder susub oturub indi veten kreslo yada dushub? men ne indiki igtidari ne indiki muxalifeti o cumleden resul muellimi teriflemirem. AZERBAYCANA, XALQIN OZ ICHINDEN SADE SAVADLI BIR NEFERIN HAKIMIYYETE GELMEYININ TEREFDARIYAM. HANSI KI O SHEXS DE SADE IMKANSIZ XALQIN VEZIYYETINDE YASHAYIB PRAKTIKI OLARAG ONLARIN VEZIYYETINI HISS EDIB. VE MEN ISTEMIREM KI HAKIMIYYETE GELEN SHEXS 20 ILDE OTURUB QARABAGI BOSH BOSH DANISHIGLARLA ALMAGA SADE CAMAATI INANDIRSIN. XALQ YORULUB, VE XALQ BEZIB. BU GEDISHE SON DEMEYIN VAXTI GELIB VE ARTIG KECHIR.

    • Müəllim 2011-ci ilə qədər susub oturmağımı yazmağınızı başa düşmədim.Siz 1997-ci ildən bu günə qədər ”Neft və Siyasət”, ”Demokratiyaya gedən yol”,”Diktatorla üz üzə”, ”Mübarizəmizin məqsədi” ,”Axının əksinə”, ”Jurnalistlər”, ”Qarabağ faciəsi” kitablarını yazan,bu dövr ərzində 500-dən çox dövlət xadimləri ilə görüşən,Azərbaycanda demokratiyaya dəstək məqsədi ilə ABŞ konqresinin,Avropa şurasının qərarlarının çıxmasına nail olan Rəsul Quliyevdən danışırsınız ya başqasından.

    • Vetendash men bilirem kimin adindan yazmaq lazimdir. Mene meslehet vermek evezine siz demishken XALQIN OZ ICHINDEN SADE SAVADLI BIR NEFERIN yeni Resul Quliyevin hakimiyyete gelmesine destek olmaq lazimdir. Sizin o dedikleriniz ki, Resul muellim susub, onda maraqlidir bes sizin sesiniz niye cixmirdi, siz niye taninmamiziniz indiye qeder. Resul muellimin SESI GUCLU cixdigina gore haray heshir dushub, bezi insanlar telasha dushubler. Fikrimce obyektiv olmaq lazimdir. Men oz fikrimde de qaliram. AZERBAYCANLI olduguma gore Azerbaycanlilarin adindan da yazaram.

  10. yoldash vetendash sizin resul quliyevin fealiyyetinden ya xeberiniz yoxdur ya da ki neyinse xetrine bele yazirsiniz

  11. Rəsul muəllim Siz vətənə dönməsəniz buradaki muxalifət bir iş görə bilməyəcək. Necə və hansi qaydada etmək lazimdir ki burada olasiniz. Ondan sonra proseslər birə yuz artacaq.

  12. Rəsul Quliyev, Azərbaycanda dinchilərin fəallaşmasına, ölkədə bəzi dini cərəyanlara qarşı olan reperessiyalara və İP-də dini meyllərin artmasına necə münasibət bəsləyirsiniz?

  13. Hörmətli həmvətənlilər! Rəsul müəllim həmişə xalqi ilə birgə olub bu gün də vətəndən uzaqda olsa da doğma Azərbaycanı.xalqı ilə ürəyi bir döyünür.Rəsul müəllim həmişə. zavod direktoru.Baş nazirin müavini.Milli Məclisin sədri olanda da xalqa daim tam çilpaqçilığıyla .acı həqiqət olsa belə düzünü söyləmişdir.Onun səmilmiliyi .açıq fikirliliyi xalqın bütün zumrələrini razı salıb.Ona bütün siyasi dəyişikliklər zamanı ehtiyac olub .onun sa heç ambiyası olmayıb Azərbaycanın sağlam cələcəyi naminə bacardığlnı edib və bu gün də yaşının ağsaqqal vaxtında belə bundan .imtina etmir.O.Azərbaycanda kifayət qədər yüksək nüfuza malikdir.Allah amanında .Allah hamını bütün Azərbaycanı .Rəsul Bayram oğlunu qorusun.İlhan.

  14. Salam.Rəsul müəllim i.qənbərin sizin mitinqi salamlamağıniza etiraz etməsi bu gün üçün arzu olunmaz hətta layiq olmayan bir hərəkətdir.Bu kimin dəyirmanına su tökməkdir məlumdur.Belə olan surətdə millət çaş-baş qalır və …….

  15. Hörmətli vətəndaş siz deyesen Rasul Quliyev bakını tərk edəndən bəri dərin bir yuxuya dalmısınız ki bu aralıqda bas verən hadisələrdə Rasul Quliyevin fəaliyətini görə bilməmisiniz..Eyer yatmasayıdınız isdər 2003 prezident isdərsədə hal hazırda muxalifətin canla basla əldə etmək isdədiyi 2005 mitinqlərində Rasul Quliyevin fəaliyətini açıq aydın görə bilərdiniz…Eyer yatmasayidiniz isdər 2008 isdərsədə 2010 cu illərdə Rasul Quliyevin isdirak etmədiyi seçkilərində muxalifətin pasivliyini hec yoxmus kimi gorunməyinin aciq aydin gormus olardiniz..Məqsədim Rasul Quliyevi terifləmək deyil sadəcə olaraq gərçəkləri görmək və obyektiv olmaq lazımdı.. Heç bir insan qüsursuz deil bunuda unutmaq olmaz..

  16. Allahahin salami olsun salama layiq olanlara…Evvela kecen mitinq barede deyim ki,Cox zeif ve mubarize ruhu gorsenmeyen bir mitinq idi..En esasi ise mitinqde bayraq ve plakatlarin sayi adamlardan cox idi.Bu da cox gulunc gorsenirdi…o ki,qaldi Resul beyin burada istirakina mence hazirki Azerbaycan realliginda bunun mitinqde ele de tesiri olmayacagdi…Vetendas adli shexsin dediyi bezi meselelerde ona qatiliram.Meselen AZERBAYCANA, XALQIN OZ ICHINDEN SADE SAVADLI BIR NEFERIN HAKIMIYYETE GELMEYININ TEREFDARIYAM. HANSI KI O SHEXS DE SADE IMKANSIZ XALQIN VEZIYYETINDE YASHAYIB PRAKTIKI OLARAG ONLARIN VEZIYYETINI HISS EDIB. VE MEN ISTEMIREM KI HAKIMIYYETE GELEN SHEXS 20 ILDE OTURUB QARABAGI BOSH BOSH DANISHIGLARLA ALMAGA SADE CAMAATI INANDIRSIN. XALQ YORULUB, VE XALQ BEZIB. BU GEDISHE SON DEMEYIN VAXTI GELIB VE ARTIG KECHIR…Aydin meseledir ki,ne bugunki muxalifet adlanan mitinq mitinq oynayanlar ne de Resul bey kimi insanlar Qarabaga dair hec bir hell yolu bacarmazlar…Qarabagin azadligi shehid Mubarizin mezarindan kecir…Hormetli Ibn Sina adli yazar ve Resul bey beyem bir insan Allahin vaciblerine hormet edirse yeni sizin tebirinizle desek dindardirsa ne bilim cindardirsa ne bilim ne dardirsa bu esas verir ki hemin insan girsin evine ve hec bir olkedaxili siyasi proseslere qarishmasin…?Birden bu dindarlarin sayi artdi ve olke ehalisinin 70% oldu dindar…Onda sizin mentiqinizle hemin insanlar sesin udub oturmalidirlar ve yerde qalan 30% onlari otarmalidir oz istedikleri kimi …?Bes bu nece demokratiyadir ki,30% 70%-i idare ede..Beyem Resul bey size demokratiyani bele oyredibler Amerikada???

    • Sakit müəllim siz yenə bir sıra məsələlərin izahatını düzgün vermisiniz ancaq bəzi məsələlərdə də səhvlər buraxmısınız. Dinçilərin iyasətə qarışmasından yox dinin siyasətə qarışmasından söhbət gedirdi.Bunlar tamamilə müxtəlif anlayışlardır.Gənclərin və ya başqalarının siyasi arenaya çıxması vacibdir,ancaq bu adam orta savadlı ola bilməz. Ölkə başçısının orta savadlı olması faciədir.Qarabağ məsələsinə gələndə sizin mənim barədə söylədikləriniz mütləq mənada yanlışdır.

      • gold-dia@mail.ru Aprel 9, 2012 10:22 axşam

        Rəsul müəllim,məncə Azərbaycanda işgal olunmuş torpaqlarımız və onun həlli haqqında,ölkəmizdə demokratiyanın bərqərar olması və vacibliyi haqqında və bir sıra mühüm məsələlər haqqına Azərbaycan televiziya kanallarına istəsə ACP,istərsə də Xalq Müqavimət Hərakatı adından heç olmasa həftədə bir saat çıxışlar,müləhizələr haqqında müraciət olunsa yaxşı olar.Ola bilsin ki,buna imkan verilməz amma müraciət etmək pis nəticə verməz.

    • Sakit bəy,mən Sizin şərhlərinizi oxuyuram və belə qənaətə gəlirəm ki,Siz höcətləşməyi
      sevirsiniz və hər bir yazarın şərhlərinə iradlar tutmaga çalışırsınız.Hətta mitinqlərə də iradla yanaşırsınız.Siz məgər Azərbaycan vətəndaşı deyilsiniz?Əsil vətəndaş hamıya iradla yanaşmaq əvəzinə vətənpərvər kimi ölkəsində baş verən neqativ hallara qarşı konkret addımlar atar.
      Təbii ki,Biz ərəb kimi,Türk kimi,ən azı Qırgız kimi vətənpərvər ola bilmərik.Ərəblər vətən,
      xalq yolunda silaha sarılıb ölümün gözünə dik baxır,Tükün anasını söyərsən bəlkədə fikir verməz.fikirləşər ki dəlidir,amma bayragını söyərsən adamı parçalayar.Lakin biz adicə dinc mitinqlərə çıxmaga qorxuruq,amma yaglı-yaglı iradlar tuturuq.Çünki uzun illərdi Azərbaycanda manqurtlaşma, cılızlaşdırma,siyasəti aparılır.Vətənpərvərlik təbligatı aparılsaydı.təbii ki,
      Qarabag və sair torpaqlarımız əlimizdən alınmazdı. İncimə,hətta Sizin böyüklə danışmaq qabiliyyətiniz yoxdur.
      Və Rəsul müəllimə bu tərzdə sual verirsiniz.-Beyem Resul bey size demokratiyani bele oyredibler Amerikada??? Əzizim Rəsul müəllimə demokratiyanı öyrətmirlər,o onun zəkasında və qanındadır.Rəsul müəllim demokratiyadan bilməyənlərə,diktatorlara dərs verə bilər.Bir də onu bildirmək istəyirəm ki,demokratiya o demək deyil ki,agzına gələni danışıb kiməsə irad tutasan!Dini mövzuda fikirlərini də vətəni,xalqı bu bəladan qurtarandan sonra təblig edərsən.
      Biz hər halda respublikamızda,eyni ilə İranda da dini liderlərin harda təhsil aldıgını da apardıqları siyasəti də yaxşı bilirik!

  17. Çox sakit olmaqda bu gün üçün çözüm deyil.ağa sakit.bildiyin bir şey varsa təklif ver.yoxsa onsuzda bədbinolan xalqi öz fikirlərinlə yatırtma.Tarixən yoxsulları ram etmək üçün mollalardan istifadə ediblər.İndi qorxu vasitəsi şərdir.

  18. Ezizlerim siz meni basa dushmek ucun gerek teessub eyneyini gozlerinizden cixardasiniz…Men de her biriniz kimi muqavimetin terafdariyam…Ancaq bele yox muqavimet teskili cox shaxeli olmallidir ve vahid kordinasiyadan idare olunmalidir.Azerbaycan realliginda hal hazirda olke hokumetine qarshi 2 cebhe var.Dindarlar ve sekulyaristler…Ne qeder ki,bu iki cebhe arasinda fikir birliyi yaranmayib hokumete qarshi real guc formalashmayacag…Buna emin olun..Nece ki,bu sher hokumet bundan istifade edir.Meselen AiP sedri doktor Movsum Semedov hakimiyyeti tenqid edende YAPushlar bundan meharetle istifade etdiler ve onu Iranin cesusu elan etdiler ve yaxud Eli Kerimli hokumeti qerb mediyasinda tenqid edende YAPushlar yene devreye girdi ve onu guya qerbin Azerbaycana tesir vasitesi kimi gostermeye calishdi ve mueyyen qeder nail oldular da.Ama vicdani olan her bir kes Movsumun nece insan oldugun bilir.
    Azerbaycan muselman olkesidir.Ve xalq da oz dini inanclarina baglidir yaxshi ya pis.Nezere alsaq ki,genc nesil suretle Allaha meyllenir,onda emin ola bilerrsiniz ki,Azerbaycanda inqilab Cume namazlartindan bashlayacag…Cume gunu Mescidlerde olsaz ordaki potensiali derk ede bilersiz..Men niye bu mitinq baresinde menfi rey verdim sebebi coxdur.Gold sen oz milletini saydigin milletlerden eskiltmekle cox boyuk sehv edirsen..Onlar bir millet kimi bizim milletin hec dirnagi da ola bilmezler.Sadece o olkelerde veziyyet burdan bashqadir.Meselen Turkiyede haqqi deyeni tuturlar ama uzerine narkotik atib men ne bilim evinden tank cixarmirlar yeni sherlemirler.Ona gore insanlar urekle oz sozun deyir…Burda ise situasiya bashqadir.Insanlar meydana cixmaqdan dubinka yemekden yox ezizlerim mundar ittihamlarla sherlenmekden qorxurlar…Gold bey biz de toy generallari kimi bashlasa Resul beyi teriflemeye day YAPogenuslardan ne ferqimiz oldu…?…

    • Məncə heç vaxt heç kimi nəyəsə inandırmaq lazım deyil. Onsuzda o insan öz fikrində qalacaq. Hər bir insan həyatda baş verən hər şeyi öz düşüncə tərzinə görə dərk edir.

      • Rafik adlı birisi məni savadsız və şərhlərimi gülünc adlandırıb,ancaq mən ona görə yox Bloqda iştirak edənlər barədə təhqiramiz sözlər yazdığıına görə yazısını zibil qutusuna atmışam.Sizdən xahişim Rafik adlanan müəllim,ədəb ərkanla mənim hansı şərhimə irad tutduğunu və hansı səbəbdən irad tutduğunuzu yazın. Küçədəki gəda danışığından istifadə etməmək şərtilə. Əgər gəda dilindən başqa dil bilirsinizsə,söz verirəm cavab alacaqsınız.Fikrimcə siz həyatda elementar şeyləridə bilmirsiniz.Sübut edinki bu belə deyildir.

  19. Azerbaycanda son mitinq ve bashqa bu tipli cehdeler onu gosterirki xalq hal hazirki veziyyetini deyishmek istemir. muxalifete qarshi tenqidlere geldikde menim fikrimce bu tenqidler yersizidir.Cunki bu gun Azerbaycanda muxalifet yox, xalq yani insan problemi var.Bunu anlamaq cox cetin deyil sadece sosial shebekelerde bu ve ya diger meselelere yazilan sherhlere nezer yetirsek xalqin ehval rhiyesinin ve eyni zamanda savadinin ne yerde oldugunu aydin gormek olur.
    Amma bu o demek deyilki pessimist olmaq lazimdir, tameksine her kes daha cox istemeli ve calishmaldir ki veziyyet deyishsin.
    Menim her kesden artiq derecede xahishim var Gelin bir birimizde gunah, sehv axtarmayaq.Bu gun azerbaycandaki bu alçaldici veziyyetin baiskari yalniz ve yalniz hakimiyyetdir.

    • Salam hamiya! Bele gorsenir ki, camaat ancaq yazanda cesaretli olurlar. Resul muellimin dedyine gore Rafik adli bir sherefsiz bloq istirakcilarini tehqir edib. Shexsen oz adimdan deyirem bu rafik kimdirse cixsin uze eger cixa bilmirse, onda qayitsin cixdigi yere.

      • gold-dia@mail.ru Aprel 10, 2012 7:51 axşam

        DÜZ DEYİRSİNİZ CƏSARƏTİ OLSAYDI KİMLİYİNİ YAZARDI.YA İQTİDAR QULUDUR,YA DA AZƏRİ TÜRKÜ DEYİL.

  20. Rafik kimilere fikir vermeyin qardaslar..Eleleri dagin bashina cixib eteyindekileri soyenlere benzeyir…Zulüm ve esaret zincirlerinin kırılması Kudüs ve tüm kutsal beldelerin kurtarılması için canını vermek dâhil hiçbir fedakârlıktan kaçınmayıp, can-ı gönülden mücadele eden İslam’ın yiğit evlatlarına ithaf olunur…..http://www.youtube.com/watch?v=4-SgG1mD16k&feature=player_embedded

  21. Salam, Resul muellim! Size xalgin ” ag kune” cixmasi yolunda dediyiniz her bir soze ve atdiginiz her bir addima kore teshekkurumu bildirirem. Belke Sizin yerinize bashgasi olsa deyer ki, heyatda neyise kormushem, normal yashamisham, indi de uzr isteyirem, saggalim agarib, Amerika kimi bir olkede omrumu basha vurum. “Millete ne olur-olsun, ne ishim var.” Amma Sizin sadelikliyiniz, shexsiyyetiniz geder boyukdur. Bunu menim Size yazmagda megsedim forumda ishtirak eden bezi gardashlarima muracietimdir. Bizim her birimiz milletimizi gozel taniyir. Milletimizde olan kozel xisusiyyet hec bir xalgda yoxdur, olan pis xisusiyyet de hec bir millete xas deyil. Pula, var-dovlete, shan-shohrete olan “mehebbetimizle” cox sheyi gurban veririk. Ziyalisini, agsaggalini danan insan hec zaman menevi varligin sahibi olmur. Yashadigimiz heyat bunu subut edir. Azerbaycanda , baxin hansi heyatin sahibi olmushug-meneviyyatimiz elden kedir. Bunun garshisini ancag bir-birimizimizin kureyine arxa vermelkle ala bilerik, tehgirle yox. Blogda istirak edenleri, Resul muellime ve bashgalarina hormetle yanashmasini xahish edirem, Kiminse, xetrine deydimse uzr isteyirem. Heyatinizda ve bashladigimiz umumi mubarizede Size ugurlar dileyirem.

  22. blokda hərdən mitinqin zəif olmasından sevinə-sevinə danışanlara ; Hansı yollasa bir tikə çorek tapıbsınız bilmirem.amma unutmayın ki. söhbət çörəklə yanaşı rusvayçılıqdan hansı ki torpaqlarla birgə erməni elində olan insanlardan.pul xatirinə ərəbə farsa satilan.türkiyə pikniklərində azəri qızları adı ilə kürdləri əyləndirən namusdan.dövlət az maaş verir deyə tələbəyə baxanda 50 man görən bunun 40 -ı yuxarı gedir deyən müəllimdən.evə zəng vurub verməsəniz maaşımdan çıxacaqlar deyə 8 mart üçün 20m istəyən sinif rəhbərindən.uşaği incitməsinlər deyə son manatı verən balideyindən və saymaqla qurtarmayan haksızlıqlardan.iş uçün başqa ölkələrdə alçaldılan insanlardan gedir və bilin ki bu gün Azərbayanda sığortalı çörək yoxdur hər an dilənçi ola bilərsən.

  23. Boyuklerimden esitmisem ki, Resul Quliyev hele zavod direktoru islediyi vaxtlardan “corek veren” adam olub, edaletli adam olub, merd adam olub. Eyer haqsizliga goz yumaraq eyilmeyi bacaran adam olsaydi, indiye qeder Azerbaycanda islemis olardi ve servetine de servet qatardi. Indi Azerbaycanda hansisa zeif bir nazirlikde sobe mudiri isleyen adamin bele serveti milyonlarla olculur. Resul Quliyev sinan, var-dovlet ucun meneviyyatsizlasmagi bacaran biri olsaydi, hal-hazirda olkenin en azi 2-ci ve ya 3-cu adami olardi. Is bacarigina gelince de indiki nazirlerin hec biri onun eline su toke bilmez. Hakimiyyetin basinda oturanlar kimdir, hansi bacarigin yiyesidir ki Resul Quliyev onlara biet etsin? Bu kishi illerdir olkesine gede bilmir, olulerinin qebrini ziyaret ede bilmir. Yasi da irelileyir. Vallah-billah hiss edirem ki, sadece olaraq onun oz milletine yazigi gelir. Men onun semimiyyetine inaniram. O vaxtlar Heyder Eliyev sonradan mehsur olacaq bir soz demisdi. Sehv etmiremse bele idi: “Men omrumun qalan hissesini xalqima hesr edirem”. Ve inanin ki, camaat buna semimi qelbden inanmisdi. O Azerbaycan xalqinin psixologiyasina yaxsi beled idi. Men ozum sahidem ki, yasli qadinlar ellerini qaldirib Allaha yalvarirdilar ki “Ay Allah menim omrumden kes Heyder Eliyeve ver”. Men buna ozum shahid olmusam. Olkede veziyyet heqiqeten cox pis idi, xalq ona boyuk umid besleyirdi. Yaziq xalq haradan bileydi ki, omrunun sonlarina gelmis bu qoca siyasetci uygun konyukturani yaradan kimi oz sulale hakimiyyetini yaradacaq. Vehsi bir diktatura quraraq qohum-eqraba xalqin var dovletini talan eleyib dehsetli derecede varlanacaq, insanlara zulm edilecek, hakimiyyetini mohkemletmek ucun ermenilerle gizli sovdelesmeye girerek onlarin uzun zamana planladiqlari mekrli isteklerini qisa zamanda temin ederek Qarabagi ve etraf rayonlari onlara teslim edecek. Azerbaycan neftini dedelerinin mirasi kimi satib yeyecekler. Menim mezlum xalqim bunlari haradan bileydi? Mene ele gelir ki, Resul Bey de ona inanmisdi. Sonradan onun esl niyyetini basa dusdu. Amma onunla ve onun qurdugu ogru aparatla bacara bilmeyerek istefa verib olkeden ayrildi. Sizi emin edirem ki, Azerbaycan xalqinin gozunde bu ogru hakimiyyet ile bacara bilecek yegane guc Resul Quliyevdir. Indiki diger muxalifet liderleri de ne ise etmeye calisirlar. Amma cox zeifdirler. Qetiyyen Resul Quliyevle muqayise olunacaq fiqurlar deyiller. Baxmayaraq ki, bu kishi illerdir olkeden kenarda yasayir ve onun adini dile getirmek Azerbaycanda boyuk riskdir amma Resul Quliyev adi xalqi hele de en cox heyacanlandiran “brend”-dir. Menim ona umidim boyukdur. Allah ona ve xalqimiza komek olsun.

    • Anar bəy,Rəsuı müəllim haqqında fikirləriniz çox dolgun və düzgündür.Əslində Rəsul müəllim elə respublikada ikinci şəxs idi.Rəsul müəllimi də digərləri kimi pul və vəzifə düşündürsəydi təbii ki,istefa verməzdi və qalıb işləyərdi.O öz şəxsiyyətini hər şeydən üstün tutdu və onun hesabına hakimiyyət başında olan H.Əliyevlə işləməməyi qarşısına məqsəd qoyub istefa verdi.
      Respublikada olan acınacaqlı vəziyyət indiki hakimiyyətin dövründə daha da qabarıq özünü görsətdi.Açıq-aşkar xalqa zülm verilir.Böyük kreslolarda oturanlar,xüsusilə də Məhkəmə,Prokuror və polis orqanları əsil mənada cinayətkardır.Onların əli ilə nə qədər insanlara sui-qəsd olub,nə qədər günahsız insanlar həbsxanalarda çürüyür,nə qədər insanlar evsiz-eşiksiz qalıb.Bunlar yalnız sifarişlə işləyirlər,xalqını düşünən yoxdur.Heç bir millətdə xalqına qarşı belə ədalətsizlik etmirlər,yagı düşmən kimi yalnız çalıb-çapırlar!Çünki qarşılarında söz deyən yoxdur.
      Müxalifəti də ələ alıblar.İsa Qənbər kimi müxalifət başçısı 20 ildir xalqı səs-küyü ilə aldadıb öz başını girləyir.Təccüblü budur ki,xalq bunu görə bilmir.Bunu yalnız belə başa düşmək olar,təsəvvür edinki Qarabagımız rusun əli ilə alınıb,buna baxmayaraq gətirib onu ATƏT-in Minsk qurupuna həmsədir seçmişik.Satılmış müxalifətimizə də başçı kimi İsa Qənbər,İsa Qənbər deyib qışqırırıq!Məncə yetər özümüz-özümüzü aldadırıq.Odur ki,nə Qarabagımız azad olacaq,nə də ki,xalqının qanını soran bu iqtidardan azad ola biləcəyik!Bütün bu məsələlərin həlli və xalqın firavanlıgı indiki halda yalnız və yalnız Rəsul Quliyevin liderliyi ilə öz həllini tapa bilər.Mən bunu tam səmimiyyətlə deyirəm və Rəsul müəllimə çox inanıram!Amma Rəsul müəllimə qarşı olan adamlar var,bunların kimliyini bilsək biləcəksiniz ki,belə adamlar ya iqtidarın quyruq bulayanlarıdır,ya da xalqını düşünməyən nankorlardır.Bu bəlalardan qurtarmaq üçün xalq özünə inanıb Rəsul müəllimin respublikamıza qayıdışını tələb eləməlidir.Rəsul müəllimin vətənimizə qayıdışı xalqımızın xoçbəxtliyinə rəvac verəcək,mənə inanın!Bunun üçün bir olub dinc mitinqlər keçirməliyik!30-40 min sayda mitinqlər təşkil edə bilsək istədiyimizə nail olacagıq.

  24. Rəsul müəllimin gəlişini təşkil edə bilsək məsələ tez həll olunacaq yoxsa uş uzana bilər

  25. Prezident İlham Əliyev son vaxtlar geniş ürəklə rayonlarda yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı böyük miqdarda pullar ayrılması üçün sərəncam imzalayır.Çox gözəl bilirik ki,dövlət büdcəsindən ayrılmış pulların tam 50 faizi şəxsən özünə qaytarılır.Adı da olur ki guya xalq üçün abadlıq işləri aparılır.Get-haget vaxtı yəqinki Azərbaycanı tarı-mar etmək məqsədi güdülür.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: