Rəsul Quliyevin AzPolitika Internet Qəzetinə Müsahibəsi – Aprel 16, 2012 – 2-ci hissə

April 16, 2012 – Rasul Guliyev‘s Interview to AzPolitika (www.azpolitika.info) Internet Newspaper – Part 2

Rəsul Quliyevin AzPolitika Internet Qəzetinə (www.azpolitika.info) Müsahibəsi – Aprel 16, 2012 – 2-ci hissə

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

14 Cavab to “Rəsul Quliyevin AzPolitika Internet Qəzetinə Müsahibəsi – Aprel 16, 2012 – 2-ci hissə”

  1. Rəsul müəllim,mən Sizin AzPolitika Internet Qəzetinə verdiyiniz müsahibənin 2-ci hissəsinə diqqətlə qulaq asdım.Düzdür müxbirin sualları çox çətin eşidilsə də Sizin cavablarınızı alqışlayaraq Sizə çox olun deyirəm.Çünki dolgun fikir və analizlərinizdə çox böyük həqiqət var.Xüsusilə də müxalifət və ictimai palata haqqında söylədikləriniz tam həqiqətə uygundur.Həqiqətən də bu rejimin dövründə müxalifətin yalnız adı olub,onun fəaliyyəti isə demək olar ki,sıfıra yaxın olub.Və bunu onların özləri də gözəl bilir.Sonradan “Ərəb inqilablarından cuşa gələn müxalifət üçün bir şans yaransa da tələm-tələsik İctimai Palata adlı bir qrum yaradıb partiyaları bir yerə cəmləşdirməyə çalışdılar.Lakin heç bir partiya İ.Palataya Ə.Kərimdən başqa qoşulmadı.Siz hətta da İ.P-nın yaranması ərəfəsində də buna tənqidi analizlərinizi vermişdiniz.Uzun müddət özlüyünü belə unudan müxalifət ( İ.P )mən də varam deyib plansız,proqramsız meydana atıldı.Mən hətta düşündüm ki,xalq arasında azdan-çoxdan nüfuzu olan Ə.Kərimli İsa Qənbərin “çaynagına” düşdüsə geci-tezi onu hörmətdən salıb onun nüfuzuna xələl gətirəcək.Siz müsahibənizdə bilərəkdən və yaxud bilməyərəkdən müxalifətin iqtidarın demokratik imicinin yaranmasına bir dəstəkdir dediniz.Mən isə belə düşünürəm ki,bu İsa Qənbərin bilərəkdən bu rejimin dəyirmanına su tökməkdir.O,çox gözəl bilirki onun prezident olması çox müşkül məsələdir və fikiri,düşüncələri iki daşın arasındadır.Yəni tutsa qatıq,tutmasa necə deyərlər ayran.Yəni Ə.Kərimə ümüd bəsləyən İsa Qənbər İqtidarı da müəyyən mənada digər əlində tutur.Lakin mən fikirləşirəm ki,Ə.Kərimli hələki gec deyil,Xalq Müqavimət Hərakatına qoşulsa bunun çox böyük effekti olar.İ.Palatanın işi yalnız bəyanat vərdişinə çevrilib.Bunlar indi “çöpə”də,Hacıbalanın yolları söküb düzəltməsinə də,havaların soyuq keçməsinə də bəyanat verirlər,hətta Azərbaycanda məşhur saxtakar və maşennik olan Texnika Bankın müdüri E.Əliyevə qoşularaq bank əməliyyatlarında cinayət əməli olan texnika bankın məsul işcisi haqqında da bəyanat verərək özlərini daha da nüfuzdan salırlar.Yasamal filialının məsul işçisi Ə.Kərimlinin qaynıdır və güya ki,onu məhz Ə.Kərimliyə təsir etmək üçün həbs ediblər.Mən şəxsən bilirəm ki,Texnika bankın müdüri Etibar Əliyev saxtakar olmaqla yanaşı nə qədər evlər yıxıb insanları evsiz eşiksiz qoyub.

  2. Resul muellim, salam. Menim Size boyuk hormetim var. Sizin butun fikirlerinizle xususen, istisadi analizinizle raziyam. Amma muxalifet hagginda dediklerinizin hamisi ile yox. Cunki Azerbaycanda bu kunku reallig bashgadir ve onun ic uzu koz gabagindadir. Men muxalifet deyende birinci Ali Kerimlini nezerde tuturam ve ona oz minnetdarligimi bildirirem. Resul muellim, Sizin vetene gayitmaginiz kozel olardi, amma buna imkan verilmeyecek. Cunki bu xalgi sevenleri ordan govurlar, esasen de azeri turkunu. Bu gun Azerbaycan milleti PKK-nin ve etnik mafioz gruplarin idareciliyindedir, sabahimiz da hele bilinmir. Milletimiz, xalgimiz ve Vetenimiz xatirine bir olmaliyig. Her bir partiya sedri ozunu prezident kormek isteyir. Bu absurddur. Bu gedishle, prezident olmaga Beten galmayacag. Ona gore butun muxalif “gruplar” bir araya gelib bahid bir lider secmelidir. Bu gun bu milleti ancag BIRLIK xilas edecek. i.aliyevin yaxinlardaki cixishi oz xalgina olan “SEVKISINI” ortaliga goydu. Buna gore mene ele gelir ki, bir ziyali ve istedadli el agsaggali kimi Siz buna boyuk tekan vere bilersinis. TEKI VETEN SAG OLSUN!!!

  3. Salam aleykum Resul muellim.Sizden bir ricam var,zehmet olmasa fikirinizi bimek isterdim.Siz ayin 8 de ki mitinqe tam destek verdiniz.aciqi sirf sizin caqirishiniz deya,men ve bir neca yoldashim o mitinqde istirak etdik.Amma sonradan olan cixislarinizi dinledikde,bela qenaete geldim ki,bzi o mitinqde istirak etmemeli idik.Yani,sehv addim olub o mitinqe getmeyimiz..Sizi duzgun basha dushdum?

  4. Çox seviyyesiz jurnalistin, çox seviyyesiz siyasetçisi ile qiybətidi bu. Rəsul Quliyev, sən kim olursan ki, hamını ittiham edirsən. Hardan, kimden almısan bu haqqı? Bu rejimi quranlardan birincisi sen deyilsenmi? Eliyevden sonra fikirleşirdin ki, dövran senin olacaq. Amma gördün ki, yox, Qoca özünden sonraya oğlunu hazırlayır, sene perspektiv yoxdu, valı deyişdin. Axı sen nə eləmisen ki, özünü bu qədər haqlı sayırsan, başqalarını ittiham edirsen. Sen olsa-olsa yaxşı bir zavod direktoru ola bilərsən. Bunu inkar etmirem. Pulun var, hakimiyyetin içinde guya adamların var. Bununla özün haqqında fon yaradırsan ki, güclüsen. Amma senin bu meziyyetlerinden başqa neyin var ki. Maliyyeleşdirdiyin 5-3 adamda illerdir beynimizi xarab edir ki, hakimiyyet içinde Rəsulun tərəfdarları var, lazım olanda onlar keçecek onun terefine. Amma bil ki, bize ele hökumet lazım deyil. Əliyevin tör-töküntülərindən ibarət hökumət quracaqsan. Əli Kərimlidən ötrü əlləşirsən, götür senin olsun. Onsuz da o da senin kimi bu rejime qulluq edənlərdir. Düşərgəsinə xəyanət edən adamdı. Amma burax başqalarının peşini. Mübarizə aparıırsan apar, sene bir şey deyen yoxdu. Amma hakimiyyetden dnış, İsa Qəmbərdən əl çək. Özün deyirsen, İsa Qəmbər sene problem deyir. Amma özün ve seni tebliğ edənlərin işi-gücü İsa Qəmbərlədi.

    • Ataların gözəl kəlamı var”Sogan yeməmisən niy için göynəyir”.İsa Qənbərçinin burda nə işi var,get İsa Qənbərin blokunda iştirak elə və onu təriflə.

      • Bagışlayın, adınızı da bilmirem, amma menim sizinle bir işim yoxdu. Yazdıqlarımın da sizə dəxli yoxdu. Ayrıca men “kimçi“ de deyilem və kimise de teriflemirem. Bir de men bilmirdim ki, bura ancaq terif deyenler yığışır. Helelik. Men getdim. Siz ise burda Rəsul Quliyevə difirambalar deməklə onu xoşbəxt eləməklə məşğul olun.
        Yadda saxla: mubarizəni hakimiyyətlə aparmaq lazımdı.

    • Siz hörmətli Vüqar müəllim nə yazdığınızı və nə istədiyinizi anlayırsınız ya yox.Mən öz fikirlərimi söyləmək üçün kimdən və necə icazə almalıyam deyə bilərsiniz.Mən məgər intervyuda bu haqqı mənə veriblər və bunlarıda ona görə sizə söyləməliyəm demişdim ki,siz məndən bu haqqı mənə kimin verdiyini dəqiqləşdirmək istəyirsiniz.Bu rejimi quranlardan birincisi mən deyiləm,yaşınızı bilmirəm neçədir,əgər 40 yaşınız varsa biridə sizsiniz.Mən gedəndən 7 il sonra onun oğlu sizin mütiliyiniz şəraitində hakimiyyətə gəlib,ədalət carçısı Vüqar müəllim.Əgər siz heç bir şey etmədən özünüzü haqlı sayırsınızsa mən çox şey etmişəm. Ümumiyyətlə sizin absrakt yazılarınıza cavab verənlərə də normal sakit və ədəblə cavab verə bilmirsiniz.Yazınızda sən deyə deyə durursunuz, təhsilinizi harada almısınız,sizə demiyiblər tənqid edəndə də nəzakət həddini keçməməlisiniz.Mənim heç bir gücümün nə xalq arasında nə də indi hökümətdə işləyənlər arasında yoxluğunu bilə bilə niyə təlaşa düşürsünüz,ümumiyyətlə niyə intervyuya qulaq asırsınız,qiymətli vaxtınızı niyə yazışmalara sərf edirsiniz,kimə inanırsınızsa onunla birlikdə çiyin çiyinə xalqı bu vəziyyətdən çıxardın bizdə sizi alqışlayaq.

  5. Belə müxalifət olan iqtidara zaval yoxdur. Hökümət
    niyə bunları maliyələşdirmir bilmirəm.Bunlar Yap dan çox işə yarayır

  6. Vüqar bu hakimiyyet bütün planlarini sen dediyin Qemberlerin vasitesile heyata kecirir. Men musavatci deyilem amma Isa Qemberin hansi sahede ne fikir söyleyeceyini artiq ezber bilirem. Cünki nece illerdir yeni bir shey eshitmemishem. Cünki ondan teleb edilen bu qederdir, artiq söyleye bilmez ve yaxud elave bir shey söylemek ücün savad lazimdir. Sakashvili gelib milli meclisde M.E.Resulzadenin fealliyyetini saxtalashdirir ve onu tehqir edir. Özlerini Resulzade davamcilari adlandiranlar Saakashvilinin shenine bey terifi demek ücün yarisha girmishdiler. Bax budur seviyyesizlik.
    Heydar Aliyevin hakimiyyete gelmeyinde Isa Gemberin az rolu olmayib. Cünki o vaxtki Cebhe hakimiyyeti idare etme gücünü itirmishdir. Buna esas sebeb Cebhe icerisinde bash veren parcalanmalar sebeb oldu. Bu parcalanan esas qollarindan birine de Isa Qemberov bashciliq edirdi. Bütün bunlar Heydarin gelishini reallashdirdi. Hec olmasa bundan sonra bunlardan xeberiniz olsun. Resul Quliyevi ishden azad etmeyibler, Resul Quliyev hökümetin ikinci vezifesinden özü imtina etmishdir. Amma Elcibey prezident olanda stuldan duran kimi Isa Gember qacib onun yerinde otururmush. Tesevvür ede bilirsiniz.
    Bu rejimin ne oldugunu hami gözel derk edir, ve her shey ortadadir. Ancaq ortada özlerini azadliq ashiqleri kimi xalqa siriyanlar eslinde ise bu rejime qulluq edirler. Resul Quliyev bunu bütün arqumentleri ile izah edir. Bu cür “azadliq ashiqlerinin” fealiyyetinin netzicesidir ki, 2013-cü ilde Aliyevler hakimiyyetlerinin 20-illik yübleyini qeyd edcekler. Sizin yazinizi diqqetle oxuyanda hiss olunur ki, cox heycanlisiniz ve ne isteyirsiniz edin Isa Qemberova toxunmayin deyirsiniz. Olmaz Bey, her shey öz adi ile cagirilmalidir. Zamaniniz olanda ashagidaki yazini oxuyun. http://www.azpolitika.info/news.php?id=276 Müellif faktlarnan cox ustaliqla bu rejimin Musavat liderine ne qeder bagli olduglarini subut ede bilmishdir. Ona göre men sizi anlamaga calishiram, ancaq onu deqiq bilirem ki, bashinizin caresine baxmagin zamani gelmish artiq. Bunu ne qeder tez basha düshseniz hem özünüz hemde xalqimiz ücün kömeklik etmish olarsiniz. Hec olmasa bir defe buna cehd edin.

    • Hatem, getməzdən öncə sizin fikirlərinizə də münasibət bildirməliyəm. Mənim bir Rəsul Quliyev tərəfdarı kimi sizinlə heç bir problemim yoxdur. Bu sizin seçiminizdir. Fikirlərim bu bloqun sahibinədir və onun cavabları maraqlandırır məni. Siz isə mənim suallarıma cavab verməmisiniz və mən də bunu gözləmirəm sizdən. Tövsiyyə etdiyiniz yazını da tam olmasa da oxudum. Doğrusu, heyran qaldım sizin mentiqinize. Hem de Əli Həsənova necə bir etibarlı qaynaq kimi baxmanıza lap meettel qaldım. Qeribe gelir ki, siz onun ucuz ironiyasını (Əli Həsənov: – Deməli, bu, Rəsul Quliyevin bütün müxalifət liderlərinin istefaya getməsi çağırışı ilə əlaqədar deyil.) necə öz mülahizələrinizi əsaslandırmaq üçün arqument kimi istifadə edirsiniz. “Cox maraqlidir, sanki müsahibədə Əli Həsənov müxalifətin Rəsul Quliyevin cağırışlari əsasında fəaliyyət göstərməyəcəyi təqdirdə onlarla əməkdaşlıq edəcəyini vurğulamaq istəyir və bundan sonra müəmmalı mitinq qərarı gəlir və beləcə 8 aprel aksiyası keçirilir.“ Necə yəni “sanki“. Men birinci dəfədir “sanki“ ilə başlayan siyasi qənaətə rast gəlirəm, özü de iddia edirsiniz ki, sübut elemisiniz. Bu cür sevgi məktubları yazmaq olar. Yox, əzizim, böyük müğənnimiz demişkən “bu toy olmadı, bu kinodu“. Ancaq men ümid edirem ki, siz ne zamansa siyasi şərh yazmağı öyrənəcəksiniz. Bunun üçün Rəsul müəllim sizə və həmin saytda çalışanlara əla imkan yaradıb. Bu saytdakı dayaz məntiqə və uydurma arqumentlərə əsaslanan şərhlər nə qədər ki onun sahibinə ləzzət eləyir, işinizdə olun.
      Açığı bu səpkidə əsaslandırmaları obyektiv jurnalistika baxımından məqbul saymıram. Bir ara, heç olmasa, müxalifət mətbuatında bu cür yazılar seyrəlmişdi deyə sevinirdim. Ümumiyyətlə, lideri bu cür təbliğ etməyi, digərlərini isə aşağılamağın əlyhinəyəm. Bu Əliyev metodu idi, sonradan özlərinə islahatçı damğası yapışdıran müxalifətçilər də bunu yaxşıca mənimsəmişdi: şəxsləri olmadığı kimi təqim etmək, öz qondarma mülahizəni sübut etmək üçün bütün faktları təhrif etmək, faktların ardıcıllığını istədiyin kimi təqdim etmək. Qəbuledilməzdir. Biz bu şüurla mübarizə aparmalıyıq. Bir yalanı dağıtmaq üçün yeni yalanlar uydurmaq, yeni bütlər qurmaq gərək deyil bizə. Mən bunun əleyhinəyəm. Hamı rejimlə mübarizəsini aparsın, xalqa imkan yaradılsın ki, azad seçimini etsin. O kimi seçərsə seçər.
      Ancaq bütün bunlara baxmayaraq sizin pozitiv adam olduğunuz hiss olunur və lider kimi qəbul etdiyiniz adamı da öyməyə tam haqqınız var. Öyün, ancaq həqiqətlərlə. Mən isə iddia etmirəm ki, İsa Qəmbərə toxunmayın. Toxunun və tənqid edin. Ancaq hədəfləri unutmayın. Para qazanmaq lazımdı, amma ədaləti heç vaxt yaddan çıxarmayın. Bu siyasi şərh yazmaq istəyən adam üçün bir az romantik təklif ola bilər. Ancaq yenə də ədalətli olun. Sizə uğurlar.

      • gold-dia@mail.ru Aprel 19, 2012 7:02 axşam

        Vüqar sizin kimliyiniz məlumdur,belə bir söz var nə ondansan,nə bundan.Amma Azərbaycanda Siyasi qüvvələr də, cəmiyyət də, müxalifət də zəifdir. Məlumdur ki, ölkədə problemlər həddini aşıb.Millət acınacaqlı vəziyyətdə yaşayır.var Cəmiyyət isə çox ölgündür, çünki öz hüquqlarını müdafiə edə bilmir.Ümumilikdə cəmiyyətdə halsızlıq, acizlik var. Bu acizlikdə hamının
        öz payı var.Hakimiyyət isə zəli kimi xalqın qanını sorur.Bir Azərbaycanlı kimi siz özünüz bu problemlərə qarşı nə etmisiniz?Amma hamıya tənqidi yanaşırsan.Belə hikkə ilə danışmaga heç kimə hüquq verilməyib.Odur ki,ya cəmiyyətə qarış,ya da bunu bacarmırsansa yaxşı olar ki,səsin gəlməsin
        Çünki,sənin kimilər çaşqınlıq yaradır,onsuz da xalqını düşünən hər bir kəsBaşa düşür ki,sənin kimilərin fikri nədir.

  7. Rəsul muəllimin cağrişindan sonra mən və bir necə nəfər mitinqə getmək istədik. mitinq yerinə gəldikdə gözlərimə inana bilmədim.Mən fikirləşirdim ki. orada kifayyət qədər adam olacaq.Lakin oradaki mənzərəni gördukdən sonra fikirləşdim ki. təşkilatciliq işi cox zəif aparlmşdir.İ.Qəmbərin V.Mahmudovun cixiş etməsinə etiraz etməsi sadəcə olaraq cilizlqdir.

  8. “Mavilərin Təhlükəsizlik Nazirliyi”nin Cəlilabad şousu
    Bu gün səhər Cəlilabad şəhərində dini kəsimdə prinsipial bir dindar kimi tanınmış Nəzərov Azər Mirzağa oğlu həbs edilib. Ssenari MTN formatında təkrarlanıb. Gənc dindarın evinə silah atılıb və Bakıdan gəlmiş əməliyyat qrupu qanunsuz silah ittihamı ilə A. Nəzərovu Bakıya aparıb.
    Kimdir Azər Nəzərov? Onu daha çox mərhum atası ilə tanıyırlar. Mərhum Mirzağa müəllim təkcə Cəlilabad yox, respublika səviyyəsində tanınmış kimya müəllimi idi. Mirzağa müəllimin övladları Cəlilabadda əxlaqlı, təmiz, haqqı deyən insanlar kimi tanınıb. Azər Nəzərov vaxtı ilə Tehran Tibb Akademiyasına imtahan verərək yüksək balla qəbul olunub. Amma… Bu uğur daim mavilərin, korrupsionerlərin, oliqarxların təhlükəsizliyi ilə məşğul olan MTN-i narahat edib. Heç bir əsas göstərilmədən Azər Nəzərovun xarici pasportu alınıb və ona qonşu ölkədə təhsil almaq qadağan edilib. Bu hadisə Azər Nəzərovun hakimiyyətə baxışlarında öz sözünü deyib. Müxalifətçi-dindar A. Nəzərov dini kəsim arasında sözünü deyən, ölümündən çəkinməyən bir gənc kimi tanınıb.
    Redaksiyamıza daxil olmuş məlumata əsasən, 3 ay öncə Azər Nəzərov MTN-nin əməkdaşları tərəfindən hədələnib, ona “salamat qalmaq istəyirsənsə ölkəni tərk et” əmri verilib. Azərin cavabı qəti olub: “Öldürün, bu mənim üçün daha şərəflidir!”
    Azər Nəzərov gənclər arasında Eurovision kimi əxlaqsız tədbirlərin mahiyyətindən danışmaqdan çəkinməz, hicab qadağası ilə bağlı hakimiyyəti tənqid edərdi. Bu gün onun evindən silah çıxarılması kimsəni təəcübləndirməyib. Artıq hamı bilir ki, MTN-nin işi budur. Onlarla vəhabi dilində danışmaq lazımdır, insan dilində yox.
    Azərbaycan hökuməti, Əliyev rejimi hər gün, hər saat bu xalqı təmsil etmək ləyaqətindən uzaqlaşır. Bu ailə hakimiyyətə qayıdanda Qərb mətbuatında “Piratlar dənizə çıxır” kimi məqalələr səs-küy salmışdı. Hamı bilirdi ki, bolşevik əsilli KQB generalı Heydər Əliyev demokratiya deyilən bir həqiqətlə eyni cinsdən deyil. Amma yenə sadəlöhv xalq illüziyalara qapıldı, ümid etdi ki, bolşevik şinelindən çıxmış bir diktator dəyişib və xalqa xidmət etmək fikrindədir. Amma bu qayıdış eynən “Tülkü həccə gedir” cizgi filmini xatırladırdı. Əliyevin qayıdışı yenicə cücərməkdə olan demokratik dəyərləri eksponata çevirdi. Ölkədə polis rejimi quruldu. Güc strukturları xalqı, torpaqları, asayişi qorumalı ikən Əliyevlərin keşikçisinə çevrildi.
    Təkcə son iki ildə baş verən hadisələr, sifarişli qətllər, sifarişli həbslər, sifarişli təqiblər bu rejimin heç zaman dəyişməyəcəyinə sübutdur.
    Azərbaycan! Sən bu gün dəniz kənarında böyük həbsxananı xatırladırsan! Milyonların can verdiyi bir həbsxana!

  9. Mən bu yazımı Azpolitikaya göndərmişəm yəqinki dərc edərlər.

    Prezidentin ölkədən xəbəri yoxdur.

    Prezident İlham Əliyevin Ağstafada ictimaiyyət nümayəndələri ilə görüşündən
    Belə qənaətə gəlmək olar ki,Cənab Prezidentin ölkəsindən xəbəri yoxdur.
    «Mən hər dəfə, hər bir yerə, hər bir rayona icra başçısı təyin edəndə tapşırıram ki, təmiz
    işləməlisən, insanlarla bir yerdə olmalısan, insanların qayğıları ilə yaşamalısan».
    «Harada ki, seçim düzgündür, orada işlər daha yaxşı gedir. Harada ki, bu seçimdə səhvə
    yol verilib, orada işlər o qədər də yaxşı getmir, yaxud da ki, pis gedir. 8 ildən artıqdır ki,
    prezidentəm. Bu illər ərzində elə yerlər var ki, orada icra başçısı bir neçə dəfə dəyişilib.
    Etimadı doğrultmaq lazımdır. Harada ki, icra başçısı bunu doğruldur o, mənim
    tərəfimdən qiymətləndirilir, dəstəklənir. Harada ki, özünü doğrultmur, əlbəttə ki, orada
    biz tədbirlər görürük. Mənim bölgələrə səfərlərimin səbəblərindən biri də məhz bundan
    ibarətdir ki, gedim öz gözümlə görüm. Özüm görüm ki, insanların əhval-ruhiyyəsi
    necədir?!». Ürək agrısı ilə deyilən bu sözləri eşidəndə adamı aglamaq tutur.Bilmirsən
    ki,hər an hüquqları pozulan,ac yalavac insanların,ölkədə baş verən yaramazlıqları
    ictimaiyətə çatdıran və bunun müqavilində döyülən,zindanlara atılan,təqiblərə məruz
    qalan jurnalistlərin halına acıyasan,yoxsa,ölkəsinin inkişafı üçün gecəsini gündüzünə
    qatıb, bir an belə vaxtı olmayan Cənab Prezidentin halına.Axı onun bu qədər vaxtı
    hardandır ki,hər dəfə gedib rayonlarda təqiblərə,haqsızlıqlara məruz qalan insanların
    taleyini gözləri ilə görə bilsin.Hər dəfə,hər bir yerə icra başçısı təyin edəndə Cənab
    Prezident xüsusilə tapşırır ki,təmiz işləsinlər,insanların qaygıları ilə yaşasınlar.Bəs
    o zaman icra başçıları kimə arxayındır,onları təqdim edən “Oliqarxlara”,yoxsa kimə?
    Yəqin ki,Cənab Prezidentin heç bu Oliqarxların rayonları necə manapoliyalaşdırma-
    sından da xəbəri yoxdur.Vallah bunlar “Qurd”ürəyi yeyib,heç prezidenti də aldatmaq
    olarmı? Mən indi başa düşdüm ki,Cənab Prezident niyə işlərində məsuliyətsiz olan
    icra başçılarının yerlərini dəyişir.Yəqin fikirləşir ki,yerdəyişmə ilə gedib digər rayonda
    düz işləyəcəklər,insanların qaygılarına qalacaqlar! Hələ bununla belə dövlət büdcəsin-
    dən əhalisinin bogazından kəsib rayonların abadlaşması üçün etibar edib milyonlarla
    pullar ayırır bunlara.Məgər bilmir ki,prezidenti aldadan icra başçıları bu pulların
    yarıdan çoxunu “ciblərə” axıdır.Elə Qubada da icra başçısının kassasından tapılan 4
    milyon haqqında da bilirəm ki,prezidentə xəbər verməyiblər.
    Eh,Cənab Prezident Sizin hələ hər gün,hər an məhkəmə orqanlarının qanunsuz
    Qərarları ilə evsiz-eşiksiz qalan,haqları tapdalanan,günahsız yerə zindanlara atılan
    insanların taleyindən də xəbəriniz yoxdur.
    Mən düşünürəm ki,Sizin vaxtınız olmayacaq gedib bütün haqsızlıqları gözünüzlə görə
    biləsiniz.
    Məlumatınız olsun ki,Cənab Prezident,ölkədə tam anarxiyadır,rüşvətxorluq,korrupsiya,
    manapoliya,haqsızlıq,özbaşınalıq baş alıb gedir.Amma Cənab Prezident xahiş edirəm
    bunlar öz aramızda qalsın,yoxsa bu Olqarxlar mənim axırıma çıxar,heç xəbəriniz də
    olmaz!

    Aydın Şirinov
    20.04.2012-ci il.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: