ACP lideri Rəsul Quliyev partiya fəalları ilə görüş keçirib

Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının qərərgahında Ağasif Şakiroğlunun sədrliyi ilə bir qrup ACP fəalının partiya lideri Rəsul Quliyevlə görüşü keçirilib. Görüşdə iştirak edən fəallar ölkədə baş verən ictimai-siyasi durumla bağlı partiya lideri Rəsul Quliyevə məlumat veriblər. Partiya fəalları ölkədəki qanunsuzluqlardan danışraq partiya liderlərinin təklif və məsləhətlərini dinləyiblər.

ACP lideri Rəsul Quliyev öz növbəsində partiya üzvülərinə mühim fikirlərini bildirərək öz fikirlərini səsləndirib. O, partiya fəallarını aktiv mübarizəyə hazır olmağa və ölkədə baş verən qanun pozuntularına qətiyyətlə göz yummamağa çağıraraq partiya fəallarına xüsusi tapşırıqlarını verib.
Sonda ACP lideri partiya üzvülərinin ayrı-ayrılıqda fərdi qaydada fikirlərini öyrənib.
ACP Mətbuat Xidməti
29.04.2012

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

40 Cavab to “ACP lideri Rəsul Quliyev partiya fəalları ilə görüş keçirib”

  1. Salam prezident İlham Əliyev.Mən sizə Tər-tər rayonunun İH başçısı Cehun Cəfərovun Qarabag əlilini necə ələ salmasından qısa yazacam.Mən aprel ayında prezident aparatına zəng elədim Rüfət Əliyevə 0124929625 Cehun.C məni qəbul eləmir Rüfət Əliyev mənə dediki mən bir həfdəyə gələcəm rayona və dediki mən zəng eləyib səni Cehun yanına çarıracam sənin nəprablemlərini həll edəcəm.Mən 10 gündən sonra PA Rüfət.Ə zəng elədim telefonu başqa adam götürdü soruşdum ki Rüfət müəllim demişdi gələcəm niyə gəlmədi o dediki Rüfəti.Ə gəlməyinə PA icazə vermədi.Mən 26 aprel 2012 ci tarixdə PA zəng elədim Rüfət.Ə deiki mən deyəcəm sən get Cehun səni qəbul edəcək mən getdim İH iki saat gözlədim məni qəbul eləmədilər mən dejurnuya deimki sən köməkçiyə zəng elə dejurnu köməkçi Camala zəng elədi Camal dejurnuya telefonda nə dedisə məim haqımda dejurnu gülüdü mən bunu görənkimi PA zəng elədim bu hadisəni dedim bu zəngdən sonra Cehun məni qəbul elədi söhbət əsnasında Cehun mən dediki dövlət sənə pensiya verir niyə dolana bilmirsən mən dedimki məni himayəsinə götürsün hansısa bir idarə və yaxud təşkilat Cehun dediki elə bir təşkilat yoxdur mənim bu sözümə cavab olaraq birisi dediki mən sənə 700 yüz manat ayda verərəm kəsəsi Cehun Cəfərov mənə dediki sən get biz fikrləşib bir iki günə sənə bir söz deyəcəyik mən 1 mayda zəng elədim İH köməkçi telefonu götürmədi zəng elədim MTN rəisi Raquf müəllimə ki Cehunun mənə cavabı nə oldu Raquf dediki Cehunu görəndə deyəcəm mən Raquf müəllimə dedimki sizin Cehunun yanında o adam dediki sənə 700 yüz manat pul verərəm hər ay Raquf müəllim mənə dediki o səninlə zarafat edirdi.cənab prezident sizə xidmət edən məmurlar Qarabag əlilini ələ salərlar Allah bu haqsızlıgı götürməyəcək.mən 10 may 2012-də PA zən elədim Rüfət.Ə deimki Cehun.C Raquf məni ələ salır Rüfət Əliyev mənə dediki sən Cehunun haqında nə varsa yaz göndər PA-na.cənab prezident 15 gündən sonra 10 mayda zəng elədim Raquf müəllim dediki Cehun müəllim deyirki mənim vəziyətim yaxşılaşanda ona bir köməklik edəcəm mən dedimki çoxsagolsun də Cehunu Qarabag əlilini ələ salır.cənab prezident sizin bütün rayon başçılarına ciddi tapşrıqlarınızın nəticəsidir ki rayon məmurları Qarabag əlilini ələ salırlar təhqir edirlər Allaha and olsun.cənab İlham mən PA sizə ərizə yazdım və yazdımki ərizədə siz məni öz çəxsi himayənizə götütəsiniz bir prezident kimi sizin qızlarınıza məxsus olan Çovdar qızıl mədəıni məni öz himayəsinə götürə bilərmi siz desəniz cənab prezident sizin Sumqayıtda olan 17 səxsi zavodan biri mən Qarabagəlilini himayəsinə götürə bilərmi mənim yagış yagan evimin dam ortüyünü dəyişələr sizin o zavodlardan birinin gücü çatarmı ki mənə bir maşın ala verə 14 il bundan qabaq aldıgım OKA isdismar müdətini 10 il bundan qabaq qurtarıb.mənə elə gəlirki siz Qarabag torpagınızı düşünürsünüzsə mənə cavab verəcəksiniz.11 may 2012 ciildə.
    ————————————————————————-salam Rəsul müəllim bu məktubu oxusunlar və dərk eləsinlərki ilham zəliyev Qarabag əlilini ələ salır indi xalq görsünkü adi vətəndaşa nə gözlə baxır Rəsul müəllim siz mən Qarabag əlilini nümünə gözdərinki bu avam xalq yuxudan ayılsın ki vətni qoruyan Qarabag əlilərini ilham zəlyev məhv edir Allaha and olsun xahiş edirəm bu məktuba fikrinizi bildirəsiniz Rəsul müəllim…mənim telefonum 050-3183886..

  2. 2010-cu ilin aprelində Qırğızıstan inqilabının iştirakçıları Böyük Vətən müharibəsinin veteranları ilə bərabər status istəyirlər. “Bizi müharibə veteranlarına bərabər tutmalıdırlar. Biz öz vətənimizdə qanımızı axıtmışıq”.
    Toqquşmalarda 70 nəfər həlak olmuşdu. Daha əvvəl inqilabın iştirakçıları medallarla mükafatlandırılmış, həlak olanların ailələri isə Bişkekdə mənzil almışdılar.
    Bax budur millilik,budur qeyrət,cəsarət.Biz isə yalançı müxalifət liderlərinin sərsəm şuarlarından məst olub,birliyimizi,bütövlüyümüzü əldə edə bilmirik.Neçə ki,yatmışıq və belə müxalifətə arxayın oluruqsa belə də davam edəcək,hər şeyimizi itirə-itirə kölə olacagıq.Bizə belə üzdən iraq liderlər,S.Rüstəmxanlı kimi ziyalılardan haray yoxdur ay mənim zavvallı millətim,cürətə gəlib özümüz birliyimizə qovuşub azadlıgımızı əldə etməliyik!

    • gold-dia@mail.ru adıyla yazan qardaçım Qarabag əliləri dərnəgüldə aclıq aksiyası keçirəndə heydar zəlyev şair bəxdityar vəhabzədəylə sabir rüsdəmxanlını göndərdi Qarabag əlilərinin yanına dərnəgülə gəldilər və bundan sonra küçəyə çıxan Qarabag əlilərini polis dubinkayla döydülər Qarabag əlilərini zindana saldılar ay qardaşım zəliyev hakimiyətinə işləyən şairlər akademiklər hamısı suka işləyir fikrimi sizə çatdıra bildimmi…..heft şirkətinə məktub yazmışam Rövnəqdə məni ələ salır Allaha and olsun..

      • gold-dia@mail.ru May 14, 2012 9:26 axşam

        Darıxma qardaşım pis günün axırı yaxşı olar.Düz deyirsə dediyin zəliyevlər bu xalqı elə parçalayıb ki,hamı asan yolu yaltaqlıqda görür.Bu isə xalqın bədbəxtçiliyidir.Ona görə də hamı ayrılıqda zülm çəkir.

  3. Mayın 13-də Moskvada xalq gəzintisi təşkil edən Rusiya ziyalılarının bu addımı ölkəmizdə də birmənalı qarşılanmadı.aksiyasını yüksək qiymətləndirən Rəsul Quliyev bu təklifinə 20 illik təcrübəsi olan,sərsə şuarları ilə 20 ildir xalqı aldadan partiya liderlərinin bəziləri telefonda fikirini bildirmədiyini deyib,digəri qonaqları oldugundan hələ vaxtı olmadıgını bildirib,”akademik,böyük politoloq,görkəmli siyasətçi”,nərdin zəri kimi 6 sifətli Sərdar Calaloglu isə bildirib ki,160 növ aksiya var amma onları Azərbaycanda tədbiqinin effekti ola bilməz .Maşallah agıl yeyəsidirlər bizi bu təcrübəli müxalifət liderlərimiz,bunlarınkı odur ki, xalq içində adını müxalifət qoyub,qab dibi yalamaqla başlarını girləsinlər.Afərin belələrinə.

  4. SƏXAVƏT

    Zamanmı dəyişib, bizmi dəyişdik,
    Hardan qəlbimizə doldu bu nifrət.
    Yalanı doğruya calaq edirik,
    Biz hara gedirik, hayana millətt?

    Hər kəs öz başının ağası olub,
    Hamının ağlının darğası olub,
    Qəlbimiz sıxıntı yuvası olub,
    Biz hara gedirik, hayana millət?

    Güzəşt et, bağışla, başqa yolun yox,
    Nəsihət verən çox, ağıl verən çox,
    Hər yerdə fırıldaq, yalan, sox ha sox,
    Biz hara gedirik, hayana millət?

    Dayana bilmirəm səbrim tükənir,
    Ruhum öz cismimdə üsyan eyləyir,
    Səbrimin özü də ”bəsdir ” söyləyir,
    Biz hara gedirik, hayana millət?

    Laqeydlik oyunsa mən də oyunçu,
    Baxaq necə olur bunun sonucu,
    Yetər sıralarda qaldıq sonuncu,
    Yetər səbr elədin, oyan a millət.
    Biz hara gedirik, hayana millət?

  5. Ədilli Şirvani

    Uğur marşı
    Birdir bizim ellərimiz,
    Dərbəndimiz, Kəngərimiz ,
    Çıxıb qından xəncərimiz,
    Hədəf bəlli, qərar qəti,
    Uğur sənə, Türk milləti!
    Var gücümüz, qüvvətimiz,
    Özgəyə yox minnətimiz,
    Bütövlükdür niyyətimiiz,
    Budur millət şərafəti,
    Hədəf bəlli, qərar qəti,
    Uğur sənə, Türk milləti!
    Aş Arazı, keç o taya,
    Bax Təbrizə, Urmiyaya,
    Gəl yenidən bu dünyaya,
    Anla yenə bu hikməti,
    Hədəf bəlli, qərar qəti,
    Uğur sənə, Türk milləti!
    Kim “böyüklük” edər bizə?
    Qır sədləri, çıx Körfəzə,
    Zalımları əzə-əzə
    Al əbədi hürriyyəti!
    Hədəf bəlli, qərar qəti,
    Uğur sənə, Türk milləti!

  6. İ.Palatanın bu günkü aksiyası bir daha görsətdi ki,belə kiçik aksiyalarla zalım hakimiyyətə batmaq mümkün deyil.Mitinqlər üçün isə Bakı meriyası şəhərin mərkəzində yer vermir.20-ci sahədə isə mitinqlərin keçirilməsinə şərait yoxdur.Və yaxud da xalqda mitinq keçirmək həvəsi yoxdur.O zaman canı bogazına yıgışan,hakimiyyətin zorakılıqlarına,təqiblərinə məruz qalan xalq nə etməlidir?Bu bir aksiomdur ki,tək əldən səs çıxmaz.Mütləq xalqın birliyi olmasa azadlıgını əldə edə bilməyəcək. Amma bu birliyi necə əldə etməyi,kimin arxasınca getməyi görünür xalq hələ müəyyən edə bilmir.hətta da siyasi partiyalar da hələlik birlik haqqında bir
    qərara gəlmir və yaxud gəlmək istəmir.Heç bir partiya liderləri də özünə sıgışdırıb digərlərini
    birliyə səsləmir.Özündən məgrur İ.Palata isə mitinq və aksiyalarını təklikdə keçirir.Və bu mitinqlərlə həm xarici demokratları,həm də ictimaiyyəti həvəsdən salır.Dogrudan da xarici qüvvələr elə düşünür ki,hakimiyyətdən narazı elə ortaya çıxan 500-600 nəfərdi.İqtidar yönlülər isə təbii ki,bundan istifadə edib bagırır ki,Azərbaycanda hakimiyyətdən narazı adam yoxdur və xalq bunların totalitar rejiminə valeh olub.Bəs o zaman bunun axırı necə olmalıdır? Mən elə düşünürəm ki,bu birliyin vasitəçisi Ziyalılar forumu ola bilər.Ziyalılar forumu məqsəd və məsələləri əsaslandırıb həm müxalifəti,həm də xalqı bu birliyə səsləyə bilər və səsləməlidir.
    Hörmətli Rəsul müəllim Siz bu birlik haqqında nə düşünürsünüz? Ümumi xalq birliyinin
    yaradılmasında nə kimi plan və fikirləriniz var?

  7. Rəsul müəllim, qərb mediasında son vaxtlar hakimiyyətin Bakıda mitinqləri qadağan etməsi geniş formada öz əksini tapır.Bildiyiniz kimi insanlar da mitinqlərə çıxmaqdan qorxur.İki cüt bir tək adamlarla da mitinq keçirmək effect vermir. hakimiyyət hər an vətəndaşların fundamental hüquq və azadlıqlarını pozsa da insanlar cəsarət tapıb sözünü deməkdən çəkinir.Çünki küçələrə çıxanlara divan tutulur, onlardan bir qrupu hələ də həbsdədir.Belə çıxır ki,hakimiyyət hətta demokratik ölkələrin etirazlarını da nəzərə almır.
    Mənə elə gəlir ki,ölkədə baş verən bütün yaramazlıqları geniş formada yazıb kütləvi sürətdə insanlara (pasportlarının nömrəsi ilə) imzalatdırıb aidiyyatı üzrə bütün Qərb əlkələrinə göndərmək daha effektli olar.Eyni zamanda bunu Qərbin nüfuzlu qəzet və jurnallarında dərc də elətdirmək olar.
    Siz buna necə baxırsınız?Bəlkə Qərbin bu məsələyə ciddi münasibəti xalqda bir oyanış yaradacaq?

    • Çox müsbət,gəlin fikirləşək necə etsək effektli olar.

      • Biz hakimiyyetle birleshsek effektli olar. Biz Ulu ÖnderHeyder Eliyev mezari önunde bash eyib sehflerimizi ehtiraf etmeliyik nece ki,Ayaz Mutellibov öz sehfini ehtiraf etdi mezar önunde bash eydi indide eks prezident satusuna malik olur. Ulu Önder Heyder Eliyev heykeli azadliq meydaninda qizilla tökulsun. Ulu Önderimiz Azerbaycan xalqinia ishiqli gelecek,guneshli gunler,xoshbextlik verdi.Biz Ilham Eliyev siyasetini destekleyirik onunla beraber böyuk addimlarla geleceye dogru addimlayiriq.Butun xalq ilhamli gunlerimize dogru addim atir buna her kes inanir.

      • Hörmətli Aktiv müəllim nə qədərki sizin kimi insanlar mövcuddur bir o qədərdə azərbaycanlılar elə belədə yaşamalıdırlar.Sizin kimi insanlar o Əliyevlərdəndə xatalıdır.

      • gold-dia@mail.ru May 15, 2012 4:33 axşam

        O zaman müraciətin yazılması Sizdən,imzaların toplanması isə bizdən.

  8. Resul Quliyev dahab yeter qocalmisan gel qoshul YAP-siralarina sizi vetene getirek bir vezife verek.Qerbib ölke yaman olar.Gezmeye Qerib ölke ölmeye veten yaxshi.Biz Yap-cilar sizin prezidente muracietinizi gözleyirik.

    • Hörmətli Aktiv müəllim doğru söyləyirsiniz yaşım kifayət qədərdir,ancaq Azərbaycan xalqının gələciyi ilə əlaqədar olan fikirlərimlə müqayisə etsək mən bütün YAP üzvüləri və ulu öndəriniz H.Əlievdən qat qat cavanam.Sizin düşüncələrinizi qocalmış yox 200 il bundan öncə ölmüş hesab etmək olar.O düşüncələrinizlə sizin harda ölməyinizin fərqi yoxdur. Çünki sizin öndəriniz və onun davamçısının vətəni yoxdur,siz vətəndə calayivətənsizin. Mənim idealogiyamlı insanların fiziki harada ölməsinin və sümüklərinin harada dəfn edilməsinin heç bir fərqi yoxdur o ideyalar nə qədər sizin kimilər varsa bir o qədərdə Azərbaycanda dolaşacaq,onları dəfn etmək mümkün deildir. Ulu öndərin davamçısına çatdırın ki,Azərbaycanlıların ölməyə vətən yaxşı folklor şeiri ilə yanaşı əziziyəm Qarabağı şeiridə var.Dursun elan etsin ki,o öləndə vəsiyyət edir Şuşada dəfn edilsin.Görək axırı nə ilə qurtaracaq.

    • Aktiv yap-ci,nə sahədə aktiv oldugunu bilmirəm,onu bilirəm ki,şər,böhtan atmaqda anoloqunuz yoxdur.İkinci isə millət artıq qalxıb ayaga sizi vətəndən didərgin salmaga,siz isə qəriblikdən Rəsul müəllimi dəvət edirsiniz.Qorxulusu odur ki,siz heç bir qərib ölkədə qəbul etməyəcək,demirəm bəlkə Afrikanın səhralarında ogurladıgınız pulların hesabına yer tapa bildiniz.Bundan xəbərin yoxdursa deməli o qədərdə aktivliyin yoxdur,partiyan kimi də passivsən.

  9. Aktiv Yapci ; demek olarki Butun Azerbaycan xalqi sizin Partiyanin YAP in uzvdur. Gedin birleshin Ilhamli Geleceye de addimlayin,

  10. gold-dia@mail.ru menim size cok yazigim gelir.Nece ki,biz variq neft axacaq esrler boyu.
    Bizim hakimiyyet esrler boyu yashyacaq.Xalq bizi sevir sevmese gölgemizde dincelmezler.

    • Sizin ola bilər bizə yazığınız gəlsin.Siz və sizin kimi düşünənlərə yazığı gəlmək lazım deyildir,çünki yazıq adamsınız.Elementar şeylərdən xəbəriniz yoxdur.

    • A bədbəxt Aktiv YAP-CI,sən nə vaxtan olmusan hakimiyyət?Yapçı ola bilərsən,amma sən adda hakimiyyətdə adam tanımıram,olsan da siçan-moçan deşiyində gizlənənlərdən olarsa.Burda deyirlər ey tısbaga qınından çıxdı,qınını bəyənmədi.Neftin pulları gör nə qədər gözünüzü yumubsa xalqı kölgəniz hesab edirsiniz.Xalqına nankor olan həyatda kor olar.Çox yazıq adamsan,xəbərin yoxdur ki,bütün dünya artıq sizin ogurlugunuzdan danışır,hamı da sizlərə qarşıdır,vaxtınıza da lap az qalıb.Düz deyirsən neft axacaq,amma sizin srokunuz bu ilin sonuna qədərdir,qurutacaqsınız.

    • Aktiv yapcı hünərün varsa gir Rəsul Quluyevin facebok səhvəsinə burda yazdıqlarını orda yaz baxax şəklüvə aduva deyəy sənə halal olsun .Yoxsa bilinmir kimsən və yaxud nəsən .Birdə Çamal Ali sözun dedidə yap lideruvə.

  11. Aktiv YAP-CI, yeni sizin cografiya fennini hech mi oxumamisiniz. Yaltaqliq gozuvuzu o geder ortub ki, bilmirsiz neft tukenen servetdir. Senin prezidentin de ele bilir ki, nefte guvenib xalqa zulm etmek olar. Sen de onun davamchisisan.

  12. “Ordu quruculuğu prosesində Azərbaycan böyük uğurlara nail ola bilmişdir. Hərbi xərclərimiz Ermənistanın dövlət büdcəsindən 50 faiz çoxdur”.Prezidenti İlham Əliyev mayın 16-da rəsmi twitter kanalında öz fikirlərini belə paylaşıb. Bu ugurlar görəsən nədir?İşgal olunmuş torpaqlarımızı almışıq?Ermənistandan 50 faiz artıq silah-sursat almaq bəyəm ugurdur?Xalqdan ogurlanan pulları perepiska ilə silaha xərcləmək yalnız öz qazancları üçündür.Ölkə başçısı bu qədər yalan söyləyirsə,o zaman onun Yapçılarının başdan ayaga yalan və şər-böhtanına nə ad verək?
    Və yaxud yenə də yazır ” Qeyri-neft iqtisadiyyatı 7,7 faiz, qeyri-neft sənaye 16,5 faiz artmışdır. Budur bugünkü Azərbaycanın inkişaf dinamikası və reallıqları.”Amma xalq acından ölür,insanların sərbəst biznesləri manopoliya altındadır.İş yerləri yoxdur,hətta ailəsini güclə dolandıran taksi sürücülərinin qarşılıgında 6 minə alınan taksi maşınları (36 min qiymətləndirməklə)gətizdirib onların bir tikə çörəyinə də bais olurlar.Budur xalqın inkişafı?
    Sonra yazır “Biz bugün bütün sahələrdə Heydər Əliyevin izini görürük. Onun təşəbbüsü ilə dövlətimizin ideoloji əsasları formalaşmışdır.” Bunu düz deyir xalqdan ogurlanan pullar bütün rayon,şəhər,qəsəbələrdə onun heykəllərinə,muzeylərinə xərclənir.İkinci izi isə odur ki,onun təşəbbüsü və fundamentini qoydugu siyasətlə xalqın sərvətini talayıb,xalqı isə kölə halında saxlayırlar.Hansı ki bu xalq ona ümüd bəsləmişdi.
    Və yaxud “Bakı sürətlə gözəlləşir, inkişaf edir. Bakıda həm qədimlik, həm müasirlik vəhdət təşkil edir. Bakı qədim və müasir şəhərdir”.Əvvala Bakının arxitekturasını tamam məhv etdiniz.
    Ikinci isə tikilən parklar,yollar,körpülər,şəxsi otel və obyektləriniz xalqdan talanan vəsaitin hesabınadır və “qara pullarınızın”agardılması hesabınadır.Bütün tikililərə xərclənən pulların 50 faizi Sizin cibinizə axır,müəyyən faizi isə məmurlarınızın.

  13. Xalqın bədbəxtçiliyi odur ki,haqlarını tələb etməkdə acizdir,başına gətirilən büsübətlərə dözür,susur,haqq səsini qaldıra bilmir.YAP-ın və bəzi üzdən iraq məmurların isə bədbəxtçiliyi ondadır ki,xalqına qarşı nankorluq edib,bir ailəyə yaltaqlıqla xidmət edib kölə,qul vəziyyətində agalarının qarşısında iki qat olurlar.Abırlarına qısılıb utanmadan hələ xalqına yuxarıdan aşagı baxıb ələ salırlar.Amma qanmırlar ki,onlar bu gün üçün yaşayırlar,sabah onların da balaları xalq kimi zülm altında olacaq.Dogrudan da bu çox acınacaqlı haldır.İnsanlar nə qədər düşüncəsiz və yazıqdırlar.Xalq da bu yazıqlar da ayılmalıdır,yoxsa bunun sonu fəlakət olacaq.

  14. Avropa Parlamentinin deputatları Azərbaycanda insan haqları və demokratiya mövzusuna həsr olunmuş debatlar keçirəcəklər.APA-nın məlumatına görə, debatlar Avropa Parlamentinin mayın 21-24-də Strasburqda keçiriləcək növbəti plenar sessiyası çərçivəsində baş tutacaq. Debatların yekununda qətnamə qəbul olunması gözlənilir.
    Rəsul müəllim,müraciət olunsa siz də həmin debatda iştirak edə bilərsinizmi?Məlumatlı bir siyasətçi kimi onlar Sizin iştirakınıza məncə müsbət baxarlar.

  15. Azərbaycan Demokrat və Ümid partiyalarının birləşdiyi Qarabağ Bloku İdarə heyəti növbəti toplantısında Azərbaycan Respublikasının Prezidentinə müraciət edərək onu, ailə üzvlərinin qeyri qanuni biznesi haqqında yazılanlara rəsmən münasibət bildirməyə çağırıb.Eyni zamanda blokun İdarə heyəti təklif edib ki, ölkədə korrupsiyanın dövlət siyasəti səviyyəsinə qalxmasını, dövlət vəsaitlərinin lazımsız istiqamətlərə və israfçılıqla xərclənməsinə dair çoxsaylı faktların olmasını, habelə iqtisadiyyatın tamamilə qapalı, qeyri şəffaf idarə edilməsini nəzərə alaraq beynəlxalq birliklərə və demokratik ölkələrin hökumətlərinə Azərbaycan hökumətinin rəhbər heyətinin və onların ailə üzvlərinin şəxsi bank hesablarının açıqlanması və əmlakları haqqında Azərbaycan xalqına məlumat verilməsi üçün ölkədə fəaliyyət göstərən bütün siyasi və ictimai təşkilatlar birgə müraciət etsin.
    Məncə bu çox vacib müraciətdir,əhali bilməlidir ki,ogurlanan pullar hardadır.Amma bu müraciətə açıqlama veriləcəkmi?Çox güman ki,yox.Çox adam bilməsə də müəyyən adamlar bilir ki,respublikada,xüsusilə də Bakı şəhərindəki obyektlər göz qabagındadır,amma xaici ölkəlrdə olan var-dövlətdən əksəriyyətinin xəbəri yoxdur.Bütün bunlara açıqlama verməsələr müəyyən ekspertlər fakt və sübutlarla araşdırıb xalqa məlumat verə bilərlər.Amma xarici ölkə banklarında yatırılan pulların araşdırılması müşkül olacaq.

  16. “Protest” Mitinq Komitəsi xalqı gəzintiyə çağırır. Mayın 19-da saat 17-də Aksiya “Sahil” bağından başlayaraq bulvara qədər davam edəcək.Dinc,,heç bir şuar səslənmədən,sükutla keçirilən bu aksiyada qorxaq da,cəsarətli və qorxmaz da bu gəzintidə iştirak edə bilər və vacibdir.Çünki hökümət aksiyaya cürət edib müdaxilə edə bilməz.Hər gün 10 minlərlə adam Bakının parklarında gəzintiyə çıxır.Bu aksiya dünya demokratları,mediaları tərəfindən izlənib qiymət veriləcək.Mənəviyyatı olan,xalqının taleyini,balasının gələcəyini düşünən hər bir kəs bu gəzintidə iştirak etməlidir.Bu gəzintinin həm saglamlıga xeyiri var,həm də mənəviyyatımıza.Ən azı isə mədhah Jirinovcki daha deməyəcək “H.Əliyevin Azərbaycanda 7 milyon qoyunu var.”Məncə biz təsərüffatda olan qoyunları da bu gəzintiyə dəvət etsək məmuniyyətlə iştirak edər.

  17. 17 May Norveçdə Konstitusiya günü kimi qeyd edilir.
    Bu gün Norveç səfirliyinin nümayəndələri və Eurovision üçün Bakıya gəlmiş jurnalist heyəti paytaxtımızda bayram yürüşü keçiriblər.Yürüş İçərişəhəri, Filarmoniya bağını əhatə edib.
    Azərbaycan necə də demokratik bir ölkədir.Amma öz əlkəsinin vətəndaşları belə yürüşlər keçirmək üçün mütləq Hacıbəladan icazə almalıdır,o isə 20-ci sahəni görsədəcək,kefidə istəsə icazə verməyəcək.

  18. Sabiq ABŞ prezidenti George W. Bush Yaxın Şərqdə və başqa yerlərdə avtoritar idarəçiliyə qarşı çıxanları alqışlayıb.Cənab Bush bildirib ki, ABŞ hər yerdə demokratik islahatları dəstəkləməlidir.Əsas məqsəd həyatlarını azadlığa həsr etmiş insanları şərəfləndirmək və onların nailiyyətlərini önə çəkməkdir.

  19. Bütün demokratik qüvvələr Azərbaycan avtoritar rejimindən narahat olduqlarını bildirir.Azərbaycan beynəlxalq öhdəlikləri yerinə yetirməlidir.Mənfi məqamlar sırasında onlar insan hüquqlarına əməl olunmamasını qeyd edir, demokratikləşmə yönündə islahatların, məhkəmə sisteminin müstəqilliyinin təmin olunmasının vacibliyini bildirir.

  20. Bəxtiyar Vahabzadə “Hara Gedir Sabahimiz” şeri
    Uzun illər düşünmüşəm:
    Millətlərin cərgəsində biz də varıq.
    Mədəmizi ağlımıza
    Dəyişməyi şərə sandıq.
    Özgəsinin qabağında toyuq olub
    Evimizdə xoruzlandıq.
    Qonşumuzun aclığını
    Bilib rahat yatırıqsa,
    Ləyaqəti, dəyanəti
    Vəzifəyə satırıqsa,
    Dostumuzdan donos yazıb
    Arzumuza çatırıqsa,
    Demək, bizdən üz döndərib
    Allahımız,
    Hara gedir sabahımız?

    Vicdan adlı bir mələkdən üz
    döndərib
    Iblisliklə barışdıqsa,
    Ləyaqəti tapdalayıb
    Özümüzdən yuxarıya yarındıqsa,
    Dinimizi pula satıb
    Özgə dinə sığındıqsa,
    Ruhanimiz dəllal isə, tacir isə,
    Anasının əmcəyini
    Kəsən ilə əlbir isə
    Rüşvət “Hacı” rütbəsini
    Qazanmağa tədbir isə
    Demək, yoxmuş Allahımız,
    Hara gedir sabahımız?

    Bu nəsildən o nəsilə tel qırıqsa,
    Tayfamızı millətimiz,
    Evimizi Vətənimiz sanırıqsa,
    Vətən, millət namusunu danırıqsa,
    Demək, bizdən üz döndərib
    Allahımız,
    Hara gedir sabahımız?

    Ömür boyu haram yeyib,
    Başqasının halalına cumuruqsa,
    Bir tikəyə möhtac olan əlacsızdan
    Əgər rüşvət umuruqsa,
    Gözümüzlə gördüyümüz dəhşətlərə
    Gözümüzü yumuruqsa,
    Özümüzdən ağır gələr günahımız,
    Özümüzü yandıracaq öz ahımız.
    Demək, bizdən üz döndərib
    Allahımız,
    Hara gedir sabahımız

  21. B.Vahabzadə

    Görən hara gedir ?

    Qorxu kölgəsinə sığınmış bu gün
    Sədaqət, diyanət, məhəbbət, Allah.
    Yalan hakim olub, böhtan gözətçi,
    Çürüyür zindanda həqiqət, Allah.

    Əyri əyriliyi yeridir daşa,
    Keçib əyrilikdə hamıdan başa.
    Doğru həsrət qalıb isti bir aşa,
    Görən hara gedir bu millət, Allah.

    Həftələr dəyişdi, gönlər dəyişdi,
    Tərəflər dəyişdi, yönlər dəyişdi.
    Qiblələr dəyişdi, dinlər dəyişdi,
    İtə ot verilir, ata ət, Allah.

    Ünvanı dəyişib rəzalətin də,
    Qaymaq da satılır şor qiymətində.
    İndi sədaqətin səltanətində,
    Əyləşib hökm edir xəyanət, Allah.

    Ha çığır, ha bağır, yalan ayılmaz,
    Yaxşını yamandan ayıran olmaz.
    Satsan, üzünə də baxan tapılmaz,
    Necə ucuzlaşıb ləyaqət, Allah.

    Yalanlar həqiqət qiyafəsində,
    Yeklər cövlan edir şeş xanəsində.
    Oğrular, əyrilər zəmanəsində,
    Əyrilik sayılır, fərasət, Allah.

  22. Çox insanlar Dahi Bəxtiyara saray şairi adı verir.Zalım dünya,ümüd bəslədiyimiz “başımızın agası”öz mədhah siyasəti ilə millətimizi,dahilərimizi,şair və ziyalılarımızı yaltaqlıga,nankorluga sövq edirsə kimdir günahkar?Amma dahi Bəxtiyarın,o cümlədən digər şair və ziyalılarımızın sözləri süngü kimi neştər olub xalqa xor baxanların,nankorların siyasi beyinlərinə sancılıb onların mədhahlıgını alt-üst edir.

  23. ALLAH rehmet eylesin cox gozel yazib;

  24. Eger bu xalq yerinden indi de terpenmese, demek ki, aktiv yap-cinin dediyi kimi xalq bu rejimi sevir ve destekleyi ve yapin kölgesinde rahat-rahat dincelir………

    • Esgər bəy,sözündə haqq var,amma gəlin kəskin qiymət verməyək bu tərpənişə.Baxmayaraq hörmətli şairimiz(Allah rehmət etsin)deyirki “Uzun illər düşünmüşəm:Millətlərin cərgəsində biz də varıq.”Amma bu şair düşüncələrinin arzularıdır.Mən də hərdən millətimizin ayılışı,özünü dərk etməsi üçün Koroglumuzdan,Dəli Həsənimizdən,Babəkimizdən və s. Ulu kökümüzdən şərhlərimdə misallar gətirib xatırlatmaqla çalışıram ki,millət oyansın,özünə gəlsin.Hərdən isə bədbəxtşiliyimizi irad tuturam.Amma etiraf edək ki,biz hələ şərq ölkələri yanında milliliyimizlə öyünməyə mənəvi haqqımız yoxdur,digər dinə mənsub millətlər yanında isə ümumiyyətlə danışmaga haqqımız yoxdur.Biz vətən deyəndə tayfamızı düşünürük,millət deyəndə ailəmizi.Bu dar düşüncələrimizlə biz mənaviyyatımızı ucuzlaşdırıb kiçildirik,ona görə də millətlərdən geri qalırıq.Əslində bu millətin günahı deyil,bizim baş bilənlərimiz,”agalarımız”yalnız ailəsini düşünüb milləti çalıb-çapırsa,millətə insan kimi qiymət vermirsə biz hansı vətənpərvərlikdən danışa bilərik?Millət bu günü üçün yaşayıb bir tikə çörək üçün düşünürki balası ac qalmasın.Belə olan tərzdə Qarabag haqqında düşünməyə millətin vaxtı,imkanı olarmı?Rəsul müəllim kəskin olaraq millətə bədbəxt deyəndə özümüzə sıgışdırmayıb bunu qəbul edə bilmirik,amma Rəsul müəllimin ürək agrısı ilə dediyi bu fikri düşünə bilsək,dərk etsək o zaman bizdə oyanış,dirçəliş olar.Amma gəlin ümüd bəsləyək ki,biz də özümüzə millətlər içində millət deyib öyünəcəyik!

  25. Hörmetli gold, mence ele gunahkar xalqin özudur. Cunki, “bashbilenlermizin, agalarimizin” ishi budur. Yeni insanlari cahilleshdirib, manqurtlashdirib plastilin kimi istediyi formaya sala bilsin. Meni maraqlandiran odur ki, adami ne qeder aldatmaq lazimdir ki, o etrafinda bash verenleri basha dushsun. Bunlar 40 ildir insanlari aldadirlar xalq yene ayilmir. Her kes haqsizliga qarshi mubarize aparmalidir, en azindan sessiz mubarize. Bu gunku gezinti bunu gösterecek… Bir de onu elave edim ki, insanlara qiymeti özleri vermelidir. Yeni men kenardakilara deyirem ki, menimle bele reftar edin, men buna laiqem.
    Resul Quliyev okeanin o tayindan deyir ki, ay millet eger mubarize yollarini bilmirsinizse men size etapla gösterim siz de herekete kecin… Bizse deyirik ki, yox ele hamisini sen gör, biz evden eshiye cixa bilmerik, biz hazirin naziriyik….

  26. Rehmetlik M.E.Sabir 100 il bundan qabaq deyib:
    Dindirir esr bizi,-dinmeyiriz,
    Acilan toplara diksinmeyiriz,
    Ecnebi seyre balonlarda cixir,
    Biz hele avtomobil minmeyiriz,
    Qush kimi göyde ucar yerdekiler
    Bizi gömmush yere minberdekiler!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: