Siyasi Qəflətdən Doğan Qeyri-Müəyyənlik

 

 

 

 

 

 

 

Yazar: Heydər Oğuz

İstər fərd olsun, istər cəmiyyət-istənilən sosyal varlığın fəlakəti qəflətlə başlayar. Hara getdiyini, qarşıda onu nəyin gözlədiyini bilməyən, başqalarının iradlarına qulaq asmayan insan kimi, siyasi rejimlər də bir gün öz arxayınçılıqlarının qurbanına çevrilirlər. Müəmmər Qəddafi bəlkə də qətlə yerilmədən altı ay öncə yatsaydı, heç yuxusunda görə bilməzdi ki, təslimiyyətinə inandığı, səbrindən arxayın olduğu Liviya xalqı qısa müddətdən sonra ayağa qalxacaq, onun bütün varidatını yerlə-yeksan edəcək və öz sonu da ağır faciəylə qurtaracaq. Halbulki, onun bəsirət gözü açıq olsaydı, artıq dünyada gedən ictimai-siyasi prosesləri düzgün qiymətləndirsəydi, cəmiyyətdə və dünyada hansı imiclə tanındığını nəzərə alsaydı, nə özünü, nə də xalqını bu ağır fəlakətlərin girdabına sürükləməzdi.

Təəssüf ki, eyni qəflət bizim rəsmilərdə də mövcuddur. Dünyanın aparıcı dövlətlərinin ölkəmızdə demokratik hüquqların pozulduğunu dəfələrlə vurğulamasına, hakimiyyəti insan haqlarına sayğıyla yanaşmağa çağırmasına baxmayaraq nədənsə, bütün bu beynəlxalq iradlara barmaqarası baxılır, siyasi mənsubiyyətinə görə insanlar təqib olunur, ən kiçik etiraz aksiyaları belə zorakı yollarla dağıdılır. Iqtidarın tutduğu bu mövqe istər-istəməz cəmiyyətimizdəki ictimai narazılığı artırır. Dünya mətbuatında Əliyevlər sülaləsini tənqid edən məqalələr artıq getdikcə adi hala çevrilir. Getdikcə mövcud rejimin dünyanın ən əzazil idarəetmə mexanizmlərindən biri olması haqda beynəlxalq imici yaranır. Bu isə xüsusilə, Qarabağ məsələsinin həllində müşkülə çevrilir. Çünkü, problemin yarandığı ilk gündən ermənilərin irəli sürdüyü “insan hüquqlarının ayaq altına salınıb taplandığı bu ölkədə xüsusilə milli azlıqların yaşaması imkansızdır”-arqumentinə haqq qazandırılır. Həqiqətən də uzaqdan baxanda “öz soydaşlarına belə amansızcasına yanaşan, adi piket keçirməyə imkan verməyən cəmiyyətdə milli azlıqların hansı hüququndan danışmaq mümkündür “ kimi fikir ortaya çıxır.

İqtidar mənsublarının son vaxtlar söylədikləri fikirlər də ölkəmizin diplomatik görüşlərdə bu arqumentlə küncə sıxışdırıldığını bariz şəkildə ortaya qoyur. Bu yaxınlarda Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun sanki dünyanı təhdid edərcəsinə göylərə sovurduğu kəlamlar bunun ən bariz misallarından biridir. Xatıylayırsınızsa, o, “ Azərbaycan, xüsusən, qonşu Ermənistanla Dağlıq Qarabağ münaqişəsi məsələsində daha geniş dəstək almayacağı təqdirdə, qərbyönümlü mövqeyini yenidən nəzərdən keçirə və “yeni blok”a daxil ola bilər.”-cümlələriylə hər kəsi təəccübləndirmişdi.

Təkcə, ona görə təəccübləndirməmişdi ki, söhbətin hansı blokdan getdiyini heç kim anlaya bilməmişdi. Həm də ona görə təəccübləndirmişdi ki, bu xəbəri eşidənlərin böyük ehtimalla mütləq əksəriyyəti  dünyanın çoxdan bəri təkqütblü siyasi oryantasiyaya malik olduğunu düşünürdülər. İndisə, birdən-birə Novruz müəllim adlı birisi ortaya çıxıb dünyanın qeyri-müəyyən qütbünə doğru yürümək istədiyini bəyan edirdi.

Bəs, bilinməyən bu qütb nədir, harda yerləşir, orada insanlar necə yaşayırlar? Milləti zorla bu qütbə sürükləmək istəyənlər gərək bu suallara da cavab verəydilər.

Əgər avanqardlarından birinin Azərbaycan olacağı bu qütbdə yaxın qonşumuzdakı İran da olacaqsa, onda hansı məntiqlə ölkəmiz həm də “Evrovizyon” mahnı yarışmasına ciddi cəhdlə hazırlaşır. Bu yolda milyonlarla pullar xərclənir və bütün bunlar İranın müsəlmançılıq təəssübkeşliyindən doğan siyasi qüruruna toxunur. Həqiqətən belə bir ilkin razılaşma əldə olunubsa, onda Təbrizdə “Sionist İlham Əliyev” şüarıya keçirilən mitinqlər nədir? Ən əsası isə ehtimal olunan bu ittifaq bizə böyük xoşbəxtlik bəxş edəcəkmi? İran Qarabağ probleminə müdaxiə edəcəyi təqdirdə əlimizdən çıxacaq yeni Şuşa hara olacaq?

Yox, əgər Novruz müəllimin fikir kimi ortaya atdığı yeni blokda Rusiya ilə bərabər olacağıqsa, elə həmin Qarabağ problemi bir vaxtlar gözləniləndən daha möhkəm ittifaq sayılan SSRİ-dən bizə miras qalan problem deyil mi? Elə indinin özündə də Rusiya siyasiləri açıq şəkildə problemin açarının onlarda olduğunu və Ermənistanı dəstəklədiklərini ifadə etməkdən çəkinmirlərsə,  bu birlikdəlikdən necə bir Qarabağ doğacaq?

Azərbaycanın Qərbdən üz döndərərək yeni blokda birləşə biləcəyi ərəb dünyasıdırsa, oralarda da kənarda qalan bir-iki dövlət vardı ki onların da üzü artıq Qərb istiqamətinə dönüb. Hələlik, bu üz döndərmələrdən yalnız Suriya yayınmağa çalışırsa, onun da ciddi şəkildə laxlamağa başladığını görürük. Bu laxlamaqdan ayaqda durmağı bacaran Suriya Qarabağı necə alıb bizə qaytaracaq?

Olmaya, Novruz müəllimin gurultulu üslubla muştuluğunu verməyə çalışdığı yeni blokun əsas subyektlərindən biri Şimali Koreya olacaq? Etiraf edək ki, əhalisi ac olduğu halda nüvə silahına milyonlar xərcləyən bu dövlətin siyasi məntiqi həqiqətən bizimkilərlə üst-üstə düşür. Axı, bizimkilər də bir günlük çörək pulusunu çətinliklə çıxaran vətəndaşlarımıza gün ağlamaq əvəzinə təbii sərvətlərimizdən gələn pulları hansısa mahnı yarışmasına, yaxud adını çöx az adamın bildiyi qəribə idman növlərində dünya çempionatlarının ölkəmizdə keçirilməsinə xərcləyir. Siyasi təfəkkür baxımından Şimali Koreya rejiminin indiki Azərbaycan hakimiyyətilə eyni mahiyyətdə olmağına təbii ki, eyni mahiyyətdədir, fəqət Qarabağın alınması istiqamətində bu mahiyyət kifayət etməz. Yoxsa, bəy əfəndilər yeni böyük qardaşlarının istehsal etdiyi silahlardan bir-ikisini də bunlara satacağınımı zənn edir? Bu  ümiddədirlərsə, onların siyasi uzaqgörənliklərinə həqiqətən bir beş düşür.

Göründüyü kimi, Novruz Məmmədov cənablarının irəli sürdüyü yeni blok nəzəriyyəsində Qarabağ probleminin həlli qeyri-mümkün sayılacaq qədər reallıqdan uzaqdır. Deməli, bu məqsəd də ola bilməz. Olsa-olsa beynəlxalq gücləri rəsmi Bakının ağlına güldürməkdən başqa heç bir işə yaramayan uşaq təhdidi və bu təhdidin bəhanəsi ola bilər. Təhdidin səbəbi isə mövcud hakimiyyətə qarşı yönələn beynəlxalq qınaqlardır və məqsədi bu qınaqları əngələməkdir. Halbiki, həmin qınaqlara da, elə Qarabağ probleminin dalana dirənməsinə aparan çözümsüzlüyə də şərait yaradan hakimiyyətin acgözlüyündən doğan siyasi ambissiyalarıdır. Bu ambissiyalar nəticəsində bütün insani hüquqları əllərindən alınan vətəndaşlarımızın demokratik qüvvələrə də inamı qalmayıb. Bu isə cəmiyyətimizin qonşu dövlətlərdən sistemli şəkildə ölkəyə idxal olunan yeni ideoloji axımlara yönəlməsinə gətirib çıxarır. Ölkədə mövcud olmayan ədalət arayışına çıxan vətəndaşlar bunu istər-istəməz rəsmi Tehranın və yaxud Səudiyyə Ərəbistanının dünyaya yaymağa çalışdığı siyasi islamda tapırlar. Bu gün artıq istənilən hər hansı məsciddə cümə namazına gedən dindarların sayı bütün demokratik müxalif qüvvələrin bir yerdə aksiyaya çıxardığı etirazçılardan çox olur. İqtidarın yürütdüyü siyasətdən hətta ən yaxın adamlarının belə narazı qaldığını nəzərə alsaq, onun da xalq arasındakı dəstəyi heç müxalifət qədər  də yoxdur.

Bu vəziyyət həqiqətən ölkəmizi get-gedə Qərbdən üz döndərməyə doğru aparır.  Yəni Novruz müəllimin proqnozlaşdırdığı qeyri-müəyyənliyə. Yalnız bir fərqlə. Aəzrbaycanı ağuşuna alması ehtimal olunan bu qaranlıq gələcəkdə nəinki, Novruz Məmmədov və onun himayədarları proseslərə yön verəcək mexanizmin başında dayana bilməyəcəklər, hətta əksinə onlarla bərabər, dünyəvi dövlətçilik prinsipinə inananların hamısı canlarını şəriət məhkəmələrinin hökmüylə dar ağacından asılmaqdan qoruya biləcəklərmi?  Bu, belə qeyri-müəyyəndir.

Əslində demoratik dünyanı da qorxudan elə bu qeyri müəyyənlikdir və buna görə də Azərbaycan hakimiyyətinin indiyə qədərki milli maraqlarımıza zidd siyasətinə artıq göz yummaq istəmirlər. Novruz Məmmədovlar isə hələ də dərin yuxulardan ayılmaq niyyətindən uzaq görünürlər.

Yuxunuz şirin olsun.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Bir Cavab to “Siyasi Qəflətdən Doğan Qeyri-Müəyyənlik”

  1. Novruz müəllim nə vaxtın siyasətçisi olub?Yaxşı olar ki,gedib müəllimliyini eləsin.Danışdıqlarının hamısı cəfəngiyatdır.Bunların sonu oldugunu anlayıb boş söhbətləri ilə vaxt udurlar.Siyasi qəflət bunları elə məst edib ki,dünyada baş verən prosesləri görə bilmirlər.H.Mübarək və Qəddafidən güclüsü olmayıb.Onların rus demişkən vesləri var idi,qərblə sıx əlaqədə idilər.Amma xalq dalgası qarşısında heç kim duruş gətirə bilməz.Qalan diktatorlar isə onların yanında uşaq-muşaqdır.Hamısının da canına xof düşüb,qorxu içindədirlər.Lakin müəyyən səbəblərə arxayın olub özlərini məhvə aparırlar.Məsələn B.Əsəd ölkəsi daxilində müəyyən qüvvələrə,eyni zamanda İrana,Əl-Qaidə,Rusiya və Çinə arxalanır.Amma anlamalıdır ki,bir müddətdən sonra qəddafidən də pis günə düşəcək.Hələki başının üzərindəki “Qara buludları”görə bilmir.Bizimkilər isə inana bilmir ki,xalq ayaga qalxa bilər.Çünki xalq arasında elə bir parçalanma toxumu səpilib ki,inana bilmirlər ki.canı bogazına yıgılan xalqda birlik ola bilər.Araqarışdıranlar olmasa bu birlik tez yaranar.Xalqın ayaga qalxması mütləqdir,geci-tezi var.2013-cü ildə bunlar üçün heç bir şans olmayacaq!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: