“İstənilən Şəxs Barədə Fikirlərimi Özüm Açıq Şəkildə Demişəm”

Son günlər Açıq Cəmiyyət Partiyasının və Müqavimət Hərəkatının lideri, eks-spiker Rəsul Quliyevin sabiq Müsavat funksioneri Sülhəddin Əkbəri ACP rəhbərliyinə gətirəcəyi haqda məlumatlar yayılır. Bundan başqa, arxasında R.Quliyevin dayandığı iddia olunan “Azpolitika” saytında parçalanma baş verib; hazırda azolitika.com və azpolitika.info saytları çalışır.

Bu arada isə belə iddialar səslənir ki, “Azpolitika”da Müsavat Partiyasının başqanı İsa Qəmbərin əleyhinə yazılar dərc olunması R.Quliyevin tapşırığı ilə həyata keçirilir.

Bu iddialara aydınlıq gətirməsi üçün R.Quliyevlə əlaqə saxladıq. Eks-spiker S.Əkbərlə bağlı məsələyə dair suala belə cavab verdi: “Sülhəddin Əkbəri 20 ildir tanıyıram, ona münasibətim həmişə yaxşı olub. Kifayət qədər məntiqli, analiz etməyi bacaran şəxslərdən biridir. Azərbaycanın gələcəyi məsələsi ilə əlaqədar bir çox tanınmış azərbaycanlılarla, o cümlədən Sülhəddin müəllimlə müzakirələr aparmışam. Onun fikirlərindəki orijinal ideyalar, məntiq məni maraqlandırdığından onunla Avropa ölkələrindən birində görüşməyi qərara almışıq. Ümid edirəm ki, bu görüş yaxın vaxtlarda baş tutacaq, ondan sonra daha geniş məlumat ala bilərsiniz”.

“Azpolitika” ilə bağlı məsələyə və həmin saytda İ.Qəmbərin tənqid olunması barədə suala cavabında o deyib: ““Azpolitika” müstəqil informasiya vasitəsidir, orada yazılanlar ciddiliyi ilə mənim xoşuma gəlir. Heç bir informasiya vasitəsini özəlləşdirmək fikrim yoxdur və heç vaxt olmayacaq. Düşünürəm ki, mətbuat ancaq azad olanda mətbuat sayıla bilər. Sözsüz ki, istənilən qəzetdə işləyən jurnalistlər cəmiyyətdən izoliyasiyada yaşamır, istənilən şəxs və ya hadisə barədə müəyyən fikrə malik olur.

Jurnalistlərin yazılarında da bu simpatiya və ya antipatiya hiss olunur. “Azpolitika”da nəyinsə baş verdiyindən xəbərim yoxdur, sayt normal işləyir, daxildə müəyyən fikir ayrılığı ola bilər, bu da təbii bir prosesdir. Dramatikləşdirməyə dəyməz. Mən həyatım boyu istənilən şəxs barədə fikirlərimi özüm açıq şəkildə demişəm. Heç vaxt heç kim haqqında sifarişlə nəsə yazdırmağa cəhd etməmişəm. Ümumiyyətlə, istənilən jurnalistə təzyiq etməkdən zəhləm gedir”.

Nəzərə çatdıraq ki, Elnur Məhərrəmlinin rəhbərlik etdiyi azpolitika.info saytı artıq Rəsul Quliyevə aid materialları, yeni məlumatları yaymır. Heydər Oğuzun rəhbərlik etdiyi azpoltika.com-da isə eks-spikerin müsahibələri, blokunun reklamları yer alır.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

5 Cavab to ““İstənilən Şəxs Barədə Fikirlərimi Özüm Açıq Şəkildə Demişəm””

  1. Hormetli Resul bey, Azerbaycanimizda xalgin hakimiyyetinin berpasi namine apardiginiz mubarize kimi, bu davada yanininzda gormek istediyiniz insanlar da geyretli, ishguzar ve ishiglidirlar. Algishlayiram, ugurlar arzulayiram!

  2. Salam Rəsul bəy.Mənə elə gəlir ki,əgər Sülhəddin bəy nəinki ACP-yə sədr,sadə fünksioner kimi üzv olsa belə bu böyük nailiyyət olar.Sülhədin bəy öz prinsipiallığı,ağıllı və məharətli siyasi bacarığı ilə həmişə cəmiyyətdə nüfuz və hörmət sahibi olub.Əgər sədr olsa,partiyaya yeni nəfəs gətirər və inanıram ki partiyanın fəaliyyətində də dikamika artar.

  3. UGURLAR!!!!!!!!11

  4. Resul bey,menimde sizin seciminize boyuk inamim var.Amma siz ozunuz burda olmayinca vallah hec bir xeyri yoxdur.O politologiyadan bezmish insanlar(amma rejimden narazi)bu herekata istediyiniz effekti vermek shansindan cox uzaqdilar.Inandirim sizi,2000-ci ilden bu yana olan dovrde Bizim faqir ve mezlum xalqimizin basina ela oyunlar aciblar ki,artiq hammi inamini itirib.Amma onu da deyim ki,camaati o qeder de savadsiz siyasetden kem kimi qebul elemek olmaz.Inaninki,camaat cox ayilib,aqi qaradan sece bilir.Hetta Ramiz Mehdiyeve de siyasetden ders kece bilerler.Ne ise…Onu demek isteyirem ki,siz ozunuz prosesin,herekatin basinda olmayinca,ayaqiniz bu torpaqlara deymeyince,hec bir nailiyyete inanmayin..Ikincisi de,Bey,bu azpolitika com da,biri var,yazilari cixir..O insan sizi qebul etmeyen biridir.Onun orda ne ishi var,anlaya bilmirem…Hormetlerimle..Sizin sadiq terefdarlarinizdan birsi)))

    • Sizinlə razıyam mənim Azərbaycana dönməyim əsas şərtlərdən biridir.İndi məqsədim mənə inanların aktivləşməsi hesabına bu prosesi gücləndirməkdir.Azpolitika müstəqil qəzetdir,mən heç vaxt onun işinə qarışmaram.Ümumiyyətlə söhbətində kimdən getdiyini bilmirəm.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: