arxiv | May 17, 2012

“Protest” Mitinq Komitəsi Xalqı Gəzintiyə Çağırdı

Əziz həmvətənlər! Protest Mitinq Komitəsi olaraq mayın 19-da saat 17-də xalq gəzintisinə çıxmağı qərarlaşdırmışıq. Aksiya “Sahil” bağından başlayaraq bulvara qədər davam edəcək. Bu yaxınlarda Rusiya Federasiyasının paytaxtında ziyalıların çağırışıyla keçirilən eyni tipli aksiyanın təcrübəsindən görüldü ki, keçmiş Sovet rejimindən qalan mənən çürümüş düzənlərə qarşı həyata keçiriləcək ən yaxşı mübarizə vasitələrindən biri məhz bu cür gəzintilərdir. […]

Oxumağa davam et

Rəsul Quliyev: “Gözləmək ölümə bərabərdir”

Məlum olduğu kimi, Milli Müqavimət Hərəkatı ölkə ictimaiyyətini mayın 19-na planlaşdırdığı xalq gəzintisinə çağırıb. Bəs buna hərəkatın əsas hərəkətverici gücü olan Rəsul Quliyevin münasibəti necədir? Azpoilitika.com-un suallarını cavablandıran eks-spiker bunları söylədi: “Azərbaycanda son bir il ərzində baş verənlər hər bir vətəndaşımızı narahat etməlidir. Çünki hadisələrin bu tempdə inkişafının ayrı-ayrı klan və qruplara yox, bütünlüklə, xalqa […]

Oxumağa davam et