Əziz həmvətənlər!
Protest Mitinq Komitəsi olaraq mayın 19-da saat 17-də xalq gəzintisinə çıxmağı qərarlaşdırmışıq. Aksiya “Sahil” bağından başlayaraq bulvara qədər davam edəcək.
Bu yaxınlarda Rusiya Federasiyasının paytaxtında ziyalıların çağırışıyla keçirilən eyni tipli aksiyanın təcrübəsindən görüldü ki, keçmiş Sovet rejimindən qalan mənən çürümüş düzənlərə qarşı həyata keçiriləcək ən yaxşı mübarizə vasitələrindən biri məhz bu cür gəzintilərdir. Çünkü, heç bir siyasi tələb və şüarın səslənmədiyi belə aksiyalar qarşısında rejimin zor aparatı da öz fünksiyasını ititrir, xalq qarşısında geriyə çəkilməyə məcbur olur. Üstəlik etiraz səsini ucaltmaq istədiyi halda bu imkanı ədə edə bilməyən ictimaiyyət də həm gəzintiyə çıxaraq illərlə toplanmış stresini atır, milli həmrəyliyin əsası qoyulur, həm də rejimə qarçı mövqe ortaya qoya bilir.
Bu gün Azərbaycanın da bu cür mövqe nümayiş etdirməyə daha çox ehtiyacı var. Çünkü özünə hörmət edən bütün dünya dövlətləri artıq demokratik üsul idarələr qurur, mütərrəqqi islahatlar apararaq dünyanın aparıcı ölkələriylə ayaqlaşmağa çalışırlar. Bunadan fərqli olaraq bizim kimi ölkələrdə isə hər əzaba dözdüyümüzdən zülm ərşə dirənir. Millətin sərvətləri bir ovuc zümrə tərəfindən talanır, iri-xırda məmurların intəhasız iştəhalarının qurbanına çevrilən xalqlar isə ona nicat yolu göstərəcək ziyalılara ümid bağlayır. Evi başına uçurulan məzlumların gözünün yaşı qurumadığı, bir tikə çörəyə möhtac vətəndaşların ziyalı münasibətinə son ümid yeri kimi baxdığı indiki məqamda kabinetlərindən çölə çıxmayan bir xislətlə demoktratik dünya düzənində yer almaq imkansızdır. Hər kəs Azərbaycan naminə əlindən gələni etməli, ölkəmizin adının Şərq diktatorlarının idarə etdiyi ölkələrə eyni sırada çəkilməsinə səbr göstərməməlidir.
Biz məhz onun üçün xalq gəzintinsinə çıxacağıq ki, bizim adımızdan danışan, dünyada Azərbaycan xalqını təmsil edən şəxslər Cibuti, Konqo və s. respublikalarının rəhbərləriylə eyni sırada qəbul olunmasın. Biz ona görə bu gəzintiyə çıxmaq istəyirik ki, ölkəmizə təşrif buyuran xaricilər burada insanların mövcudluğunu görsünlər. Bu qədər zəngin təbii ehtiyatlara malik coğrafiyada milli iradəsi olan cəmiyyətin mövcudluğundan xəbər tutsunlar. Və bizimlə münasibətlərini də insani keyfiyyətlərə görə müəyyənləşdirsinlər. Kimsə bu ölkə haqqında danışanda “Heydər Əliyevin 8 milyonluq sürüsü var”-deməsin. Kimsə sərvətlərimizi taladığı azmış kimi, bayrağımıza təhqiramiz gözlə baxmasın. Torpağımız ala biləcək, haqsızlığa, Allahsızlığa itiraz edəcək qüdrətimizin olduğunu dərk etsinlər. Yəni , 19 mayda düzənləyəcəyimiz xalq gəzintisi yalnız mövcud rejimə qarşı da yönəlməyib. Həm də bu torpağı Vətən etməyi, insanlarının vətəndaşlıq hüququ qazanmağını hədəfləyib.
Məhz buna görə də heç kimin, xüsusilə də ziyalılarımızın bu aksiyadan kənarda qalmağa mənəvi yoxdur. Ən azı ona görə ki, ziyalı könlündə daşıdığı işıqla zülmət içərisində boğulan məmləkəti nura qərq etdiyi zaman öz həqiqi adına layiq ola bilər. Əks halda, nə onun özünün, nə də təmsil etdiyi millətin cəmiyyət adlandırılması mümkün deyil. Deməli biz həm də bu aksiyaya MİİLLƏT ola bilmək adına çıxırıq.
Bu gün bizdən- ziyalılı, sıravili hər birimizdən MİLLƏT olma naminə fədakarıq tələb olunur. Bəyənmədiyimiz Yaxın Şərq xalqları belə artıq özlərinə başucalığı gətirməyən bu tipli rejimlərlə mübarizədə çox böyük fədakarlıq nümunəsi göstərirlər. Dövlətlərini kimlərinsə buxovundan çıxarmaq naminə hər gün onlarla, yüzlərlə insan həyatından keçir, azadlıqları uğruna ən dəyərli nemətlərindən imtina edirlər. Bizdən isə sadəcə gəzintiyə çıxmaq tələb olunur..
Yaxın Şərq xalqları qədər fədakarlığa cəsarətimiz çatmırsa, heç olmasa fədakar insanların yanında olmaqdan, onlarla bərabər addımlamaqdan çəkinməməliyik. Əks halda hansı haqla bu Vətənin övladı olmaqdan danışıb sinəmizə döyə bilərik.
Biz Protest Mitinq Komitəsi olaraq hər kəsi bizimlə bərabər xalq gəzintisinə çağırırıq. Dinc və heç bir şüar səsləndirmədən, sadəcə yol boyu addımlayaraq demokratik dövlət quruculuğunun yanında olduğumuzu dünyaya, ondan əvvəl isə öz daxili vicdanımıza göstərmək üçün bu yürüşə ehtiyac var. Bəli, biz sadəcə MİLLƏT olduğumuza özümüzü inandırmaq üçün gəzəcəyik. Buyurun, Siz də bizə qoşulun. Heç olmasa millət ola bilmə adına qoşulun.
“Protest” Mitinq Komitəsi
Xatırladaq ki, bu aksiya mayın 19-da “Sahil” bağından başlayaraq bulvara qədər davam edəcək. Heç bir şüarın səsləndirilməyəcəyi bu aksiya saat 17-00-da başlayacaq.
Bu GEZINTIYE – MILLETINI diger MILLETLER yaninda UCALTMAG, indiki dunyada ona SHEREF, INAM getirmek ve XAlQIN HAKIMIYYETINI 100 il bundan evvel bergerar etmish agilli kishilerin ovladlari oldugumuzu gostermek uchun chixmaliyig. BIZ BU ZALIMLIQDAN QORXMURUQ !!! BIZ GORXAG DEYILIK!!!
BİZ SABAH BU GƏZİNTİDƏ ƏYANİ OLARAQ BİRİ-BİRİMİZİ TANIYACAGIQ.RƏSUL MÜƏLLİMİ SEVİB DƏSTƏKLƏYƏNLƏR BİRLƏŞİB MİLLİLİYİMİZİ SÜBUTA YETİRƏCƏYİK.BUDUR RƏSUL MÜƏLLİMİN ARZUSU,İSTƏYİ.ONU PREZİDENTLİK DÜŞÜNDÜRMÜR,ONUN İSTƏYİ ODUR Kİ,MİLLƏT ÖZÜNÜ DƏRK ETSİN,MİLLƏTLƏR İÇİNDƏ ÖZÜNƏ MİLLƏT DEMƏYƏ HAQQI OLSUN.O VAXTI O HAKİMİYYƏTDƏN İSTEFA VERİB GEDƏNDƏ “ULU BABAMIZDAN”KÜSÜB GETMƏDİ,MÜBARİZƏ APARMAGA ONU DA SİYASİ GÜCÜ ÇATARDI,AMMA MİLLƏTİN ÖZÜNÜ DƏRK PROBLEMİ BU ADDIMI ATMAGA SÖVQ ETDİ.AMMA İNDİ RƏSUL MÜƏLLİM MİLLƏTİN BU ACINACAQLI HALINA DÖZMƏYİB ONUN AYILMASINA CAN ATIR,MİLLƏTİ BU KÖLƏLİKDƏN AZAD ETMƏYİ DÜŞÜNÜR.
BİZ SUKUTLA KEÇİRDİYİMİZ BU GƏZİNTİDƏ MƏQSƏDİMİZ MİLLİ VARLIGIMIZI SUBUT ETMƏKDİR.BU SÜKUTDA BÖYÜK,İZDİHAMLI BİRLİYİMİZİ GÖRSƏDƏRƏK BİLDİRİRİK Kİ,BU İZDİHAM SABAN HAQQ SÖZÜNÜ DƏ UCALDA BİLƏR.ÖZÜNÜ,MİLLİYİNİ DƏRK EDƏN HƏR KƏSİN MİLLİ BORCUDUR Kİ, BU BİRLİYƏ QOŞULSUN!HAMIYA UGURLAR…
RƏSUL BƏY ARİF HACILININ MÜRACİYƏTİ ONUN İKTİDAR QANADINA DOĞRU MEYİLƏNMƏSİ KİMİ QİYMƏTLƏNDİRMƏK OLARMI NECƏ Kİ RUSLN BƏŞİRLİ İÇİNDƏ OLAN BÖYÜK İLHAM ƏLİYEV SEVGİSİNİ HƏPİSDƏ OLDUQU MÜDDƏTDƏ ANLAMIŞ DAHİ İLHAM ƏLİYEVƏ DƏSTƏK OLUB ONON YOLUNU GEDƏCƏYİNİ SÖYLƏMİŞDİ FİKİRLƏRİNİZİ BİLMƏK İSTƏRDİK
Salam Rəsul müəllim. Azərbaycandan çox salam var Sizə. Rəsul müəllim, oxudum ku, yaxın vaxtlarda Georgia-ya səfər etmək fikrindəsiniz. Əgər belədirsə və əgər demokratiya tərəfdarları ilə açıq görüş keçirəcəksinizsə, mən də iştirak etmək istərdim. Tovuz elindən və əhalisindən səmimi salamlar! Allah başladığıniz işdə Sizə uğur versin və Bir Yumruq olaq.