Açıq danışmaq lazımdır. Demokratik qüvvələrin xalqdan yetərincə dəstək ala bilməməsinin başlıca səbəbi bəlkə də ona yetərincə ümid verməməsindədir. Bir-birinin ayağından tutub dartan, “hakimiyyətə ya mən gəlməliyəm, ya da xalq bu rejimin caynağında çabalamalıdır”-məntiqiylə fəaliyyətini quran siyasilər öz aləmlərində ram edə bilmədikləri ictimaiyyəti cəzalandırmağa çalışsalar da əslində get-gedə sosial bazalarını itirirlər. Və deməli özləri xalq tərəfindən cəzalandırılırlar. İctimaiyyətin dəstəyini qazanmağın yeganə yolu böyük Türk mütəfəkkiri İsmail Qaspıralının təbiriylə desək, “işdə, əməldə, fikirdə birlik”-dən keçir.
Bu gün Azərbaycan müxalifəti əslində Qaspıralının qeyd etdiyi bu ittifaq fəlsəfəsinin bəzi təməllərində əslində birdirlər. Bütün müxalifət qüvvələri mövcud rejimin Azərbaycanı getdikçə uçuruma sürüklədiyini qəbul edir və onun tez bir zamanda tarix səhnəsindən silinməsini arzulayır. Qəribədir ki, ona qarşı mübarizə yolları və metodları barədə də ortaq düşüncəyə malikdirlər. Zatən rejimin yaratdığı siyasi mühitdə fərqli mübarizə metodları haqqında düşünmək də imkansızdır. Parlament yolu üzünə bağlanan, televiziyalardan uzaq tutulan, hətta Allahın bələdiyyələrinə belə seçdirilməyən müxalif qüvvələrin ölkənin taleyinə meydanlarda çarə axtarmaqdan başqa ikinci bir seçənəyi belə yoxdur. Belə bir vəziyyət yaratmaqla əslində hakimiyyət özü də istəmədən müxalif qüvvələri eyni məqsəd ətrafında birləşməyə və birgə mübarizə aparmağa vadar edib.
Mövcud şəraitin gətirdiyi məcburiyyətdən eyni tipli aksiyalar haqqında fikirləşən və onu həyata keçirməyə çalışan liderlər isə məhz şəxsi ambisiyalarının ucbatından bir araya gələ bilmirlər. Ayrı-ayrılıqda nəsə etməyə çaışmaları isə gözlənən effekti vermir. Bunun ən bariz nümunəsini onların “xalq gəzintisi” adıyla keçirməyə çalışdıqları müxtəlif aksiyalardan da görə bilərik.
Sirr deyil ki, bu ideyanı ilk əvvəl Rəsul Quliyev ortaya atmışdı. Rusiya ziyalılarının eyni tipli aksiyasını Azərbaycanda həyata keçirilməsi ən mümkün tədbir olaraq qəbul edən R. Quliyev bütün müxalifət qüvvələrini və ziyalıları “xalq gəzintisinə” çıxmağa çağırmışdı. Onun bu çağırışını qulaq ardına vuran digər müxalif partiyalar isə MMH-ın keçirdiyi tədbirdən bir həftə sonra üçün özləri “xalq gəzintisinə” çıxmağa qərar verdilər. Çünkü həqiqətən Azərbaycan reallığında ən mümkün görünən siyasi aksiya bu ola bilərdi. Görünür, təklif başqa siyasi liderdən gəlmişdi- deyə, İP yetkililəri əvvəl bunu qəbul etmədilər. Axı bu təklifin qəbulu rəqibin uzaqgörənliyinin etirafı kimi arzulamadıqları təəssürat yarada bilərdi. Bəlkə də sözügedən vəziyyəti nəzərə alıb bu təşəbbüsə qoşulmayanlar yəqin daha sonra qəlblərində “həqiqətən eks-spiker haqlıdır” qənaətinə gəliblər. Və özləri “xalq gəzintisi”nə çıxmağa qərar veriblər. Fikrimcə, bu təfriqəçiliyin başqa bir izahı yoxdur.
Bu cür cılız düşüncə və ambisiyalarla “xalq gəzintisinə” çıxsan, hətta arxanca bir milyon insan aparsan, nə fayda? Axı, niyə qəbul edilmir ki, Azərbaycan xalqının demokratik mübarizəsində Rəsul Quliyev faktoru var? Və eks-spiker yalnız ona görə bir faktora çevrilməyib ki, xalq arasındakı nüfuzu ölkədən xaricdə olmasına baxmayaraq digər müxalif liderlərdən heç də geri qalmır. Azərbaycana qayıdacağı və ya yaxınlaşacağı təqdirdə necə böyük reytinq partlamasına səbəb olacağı da istisna deyil. Rəsul Quliyev həm də ona görə bir faktordur ki, hakimiyyəti daxilən parçalaya biləcək, bir çox iri məmurları demokratik hərəkata cəlb edəcək imicə sahibdir. Etiraf olunmalıdır ki, nə xalq arasında, nə də hakimiyyət qüvvələri içərisində eyni siyasi qüdrətə malik ikinci belə bir şəxsiyyət tapmaq çətindir. Ölkədə tamamilə qansız, sivil bir dəyişim prosesi baş verəcəksə, bu yalnız Rəsul Quliyev faktorunun sayəsində olacaq. Bizim ona münasibətimizdən asılı olmayaraq bu bir reallıqdır və bizim münasibətimiz bu reallığı dəyişdirəcək gücdə deyil.
Bu gün Azərbaycan reallığında xalqın sərvətini öz əlində cəmləşdirən, hansı yolla olursa olsun mənimsəyən bütün hakim zümrəni silib atmaq, tamamilə məhv etmək imkanı yox səviyyəsindədir. Istəsək də, istəməsək də bəzi acı reallıqlarla razılaşmalıyıq. Razılaşmalıyıq ki, hətta xalq narazılığı hakim zümrəni tamamilə sıradan çıxarmaq qüdrətdə olsa belə bu, ölkəyə xoşbəxtlik gətirməyəcək. Əksinə, ölkəni daha çox iqtisadi böhrana doğru aparacaq. Kapital sahiblərinin iqtisadiyyatı iflic etmək planı işə düşərsə, onun gətirəcəyi bəlalardan yeni qurulacaq hakimiyyətlərin özünü qoruma şansı sıfra bərabər olacaq. Necə ki, Elçibəy hakimiyyəti dövründə yaşanan iqtisadi sobatajlar yenicə qurulan demokratik hakimiyyətin qəbrini qazdı, ölkəni 20 ildir, içindən çıxa bilmədiyi səltənətə sürüklədi. Ölkədə yenidən eyni senarini təcrübədən keçirmək milləti ancaq fəlakətə apara bilər. Belə vəziyyət yalnız qaş düzəltmək əvəzinə göz çıxartmağa bənzəyər.
Bu gün ərəb coğrafiyasında baş verən proseslər hakimiyyətli, müxalifətli hər birimiz üçün dərs olmalıdır. Ərəb inqilablarının təcrübəsi göstərdi ki, vulqar metodların zərbəsi ayrı-ayrı şəxslərə yox, bütünlüklə xalqa dəyir və heç kim öz gələcəyini “ellə gələn bəladan” sığortalaya bilmir. Və “ellə gələn bəla” heç də hər vaxt toy-bayram olmur. Necə ki, Liviyada , Misirdə axan qanlar hələ də dayanmayıb, Suriya vətəndaş müharibəsinə sürüklənmiş vəziyyətdədir. Azərbaycanın da eyni vəziyyətə düşməməsi üçün həm hakim elitanın can və mal güvənliyinə təminat verəcək, həm də demokratik qüvvələri hakimiyyət kürsüsünə daşıyacaq, ölkədə dinc və rahat iqtidar dəyişikliyini həyata keçirəcək şəxsiyyətə ehtiyac var. Demokratik qüvvələrlə hakim zümrə arasında körpünü ən rahat qura biləcək şəxsiyyət isə nə müxalifəti aşağılamaqdan xoşlanan İlham Əliyevdir, nə də iri məmurların qorxulu röyasına çevrilən İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseynov ittifaqıdır. Zatən bu ittifaqın ən sarsılmaz dayaqlarından sayılan Musavat Partiyasının artıq laxladığını görməmək üçün kor olmaq lazımdır. Hələ ki, öz tərəfdarlarına ümid verən Əli Kərimlinin də bu gedişlə müvəffəqiyyətsizlik sindromundan laxlaması qaçınılmaz olacaq. Halbuki, həm İsa Qəmbər, həm Əli Kərimli, həm də onların ətrafına toplanan dəyərli insanlar bu millətin ən böyük sərvətləridirlər. Təəssüf ki, çevrələndikləri dairənin cılız təəssüb hissi bu dəyərli milli sərvətlərimizin getdikçə puç olmasına şərait yaradır.
Eynilə müxtəlif metodlarla müxalifəti zəiflətdiyini fikirləşən hakim zümrə bu düşünülməmiş siyasətiylə əslində öz acınacaqlı sonlarını da hazırlayırlar. Çünkü müxalifətsiz toplum əslində yoxdur, xaos potensiallı müxaifətli toplum var. Hansı ki, müxalifətsiz toplumu idarə etdiyini zənn edən Müammər Qəddafi məhz həmin xaosun qurbanı oldu. Bu gün Azərbaycanı Liviyadan fərqləndirən yeganə amil beynəlxalq güclərin bizdə dəyişikliklərin sivil yolla həyata keçə biləcəyinə inanmasındadır. Dəyişim isə artıq arzulanır. Bunu Qərb dövlətlərinin Azərbaycana basqılarından da görə bilərik. Və mövcud hakimiyyətin əvvəllər olduğu kimi bu təzyiqlərdən yaxa qurtarmaq üçün Rusiyaya, İrana yönəlmək ehtimalı da artıq inandırıcılığını itirib. Ən azı ona görə ki, son vaxtlar hər iki dövlətlə rəsmi Bakı arasındakı getdikcə artan ziddiyyətlər gözdən yayınmayacaq qədər aydındır. Belə vəziyyətdən ən ağılı çıxış yolu təbii ki, ölkəni içindən çıxılması çətin xaosa aparan müxalifətsiz toplum yaratmaq yox, demokratik qüvvələrlə aradakı uçurumu aradan qaldırmaq ola bilər. Elə Rəsul Quliyev faktoru da bu işin reallaşması üçün ən uğurlu vasitə rolunu oynayacaq gücdədir.
Qısası, həm iqtidar, həm müxalifət qüvvələri üçün bu faktoru görməməzlikdən gəlmək hazırkı vəziyyətdə gözünü yumaraq uçuruma doğru irəliləmək kimi bir şeydir.
Son vaxtlarda oxuduğum ən duzgun analizdir.R.Quliyev faktoru həqiqətəndə vətənimizdə cohiss edilməkdədir. Bunu nəzərə almayanlar həyatlarinin ən böyuk səhvlərini edirlər.
Salam cənab prezident İlham Əliyev mən bu məqaləni mətbuatdan götürmüşəm sizə göndərirəm.Mən Qarabag əlili sizə dəfələrlə yazmışamki acınacaqlı vəziyətdə yaşayıram yagış evimin içinə yagır anam vəfat elədi mən anama eysan verə bilmədim mənm uşagım ana mənə ət ver deyib aglayanda mən Qarabag əlili uşagıma ət ala biməmişəm sizə ərizə yazdımki məni öz himayənizə götürəsiniz mən getdim Kəmaləddin.H qəbuluna məni qəbul eləmədi o xarici vətəndaşa verdiyiniz qızıldan puldan ikradan niyə Qarabag əlilinə vermirsiniz mən bu torpaga görə qanımı tökmüşəm saglamlıgımı itirmişəm lakin bu torpagın ikrasını qızılını xalçasını kimlərəsə hədiyə edirsiniz Qarabag əlilinə verilən OKA maşınına 30 il isdismar müdəti qoymusunuz.Sizin yeritdiyiniz siyasətin nəticəsidirki fərarinin uşagı mənə topal deyir fərarinin uşagı mənim qızımın qarçısını kəsir deyirki sənin atan poxdur sən poxun qızısan gedirəm İHB-Cehun Cəfərovun adamı mənə deyirki XALQ–KİMDİRKİ–Ə–XALQ–QƏLƏT–ELƏYİR.
————————————————————————-Rəsul müəllim siz xalqa deyinki ay avam xalq Qarabag əlilinə baxmayan Qarabag əlilini təhqir edən ilham mehriban xalqı məhv edəcək və məhv etməkdə davam edirlər Allaha and olsun. Görün Qarabag əlilinə belə münasibət gösdərən hakimiyət adi vətəndaşa hası münasibəti gösdərir…
salam Resul bey sizin bura gelmeyiniz muskul meseledi cunki Azerbaycanda bu deqiqe onu etemeye hec kimin huneri yoxduki cixa meydanlanlar deyeki Resul Quliyevi buraxin gelsin.xalqin hec bir gunahi yoxdu.siz ancaq Azerbaycana bir yolla gele bilersiz oda ABŞ-ın əli ilə yəni amerikanın adamı olmalısiniz neceki sakasvili amerkanin adamidi demokrat adamdi geldi hakimiyyete amerkanin əli ilə ölkəsin tam yaxşı duzeldi gürcü kimi bir qanmaz mlleti adam elədi.eger Azərbaycana gelmək isteyirsinise ordak konqresmenlerle gorusun və.s.söhbet o derceye catsini hedda amerkanın en yüksek dairleridə bu mesleye qarışsin baxin o zaman gelib,hakimiyyeti bunlardan temizliye bilersiniz.menim fikirimce bu amerika üçündə önemli bir mesele olar cunki AZerbaycan kimi bir dövləti hec kim əlinin tersi ilə itirməz.bizim indiki hakimiyyetimiz rusun adamidi yeni rus ne dedi odu neye gore qarabagi ala bilmirik cunki ermenistan hakimyyetide rusun adamıdı.rusda hemise bize pislik edib.size meslehetim ancaq bu ola iler yoxsa hec kim sizi bura getire bilmez.cavbinizi gozleyirem
Saakaşvili ilə əlaqədar siz dediyiniz proseslər baş verməyib,siz səhv edirsiniz.O dövrdə ABŞ əksinə Şevarnadzenin hakimiyyətdən getməsini istəmirdi.
Azerbaycanda bezi muxalifet liderleri öz mövqelerine ish yeri, dolanishiq yeri kimi baxirlar. Bezilerinin ise hec xalq umrunda deyil, esas mesele öz ambisiyalarini yeritmekdir. Bezilerinin ise hec yeterince uzvu bele yoxdur, ancaq onlar öz balaca mekanlarinda söz sahibidirler, balaca shah-dirlar. Bunu xalq da, iqtidar da gözel basha dushur. Ona göre de onlar iqtidara lazim, xalqa ise lazim deyiller.
Ancaq Resul Quliyev faktoru yegane real quvvedir ki, onun etrafina yigishib bu hakimiyyetin öhdesinden gelmek olar. Eger qisqancliq hissleri imkan verse…
Salam Rəsul müəllim bloqda deyəsə əngəl var şərh yazıram getmir
Biz Azərbaycan xalqı nə dövlət kimi,nə dəki millət kimi müstəqilliyimiz olmayıb.Nadir şahdan(1747-ci il) sonra xanlıqlar yarandı,hərə bir tərəfə çəkdi və rusun köləsi olduq.Nahayət Uzun illərdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti yarandı.Amma heç iki il çəkmədi,yenidən rusa tabe olduq.1991-ci ildə yenidən müstəqilliyimizi əldə etdik.1992-ci ildə Azərbaycanın türk oglu Elçibəy hakimiyyətə gəldi.Elçibəy üçün bir varlıq var idi,o da Türkçülüyün bütövlüyü,birliyi idi.Bunu unutmaq olmaz.Amma rus buna yenədə imkan vermədi,öz əlimizlə sürətləri ortaya çıxarıb müstəqilliyimizi,dövlətçiliyimizi məhv edərək “Ulu öndəri”gətirdilər ki,bir dəfəlik bu milləti
bu vəziyyətə salsın ki,bir daha özünə gəlib müstəqillik haqqında düşünməsin. Bu gün biz həqiqətən köləyik,bunu etiraf etməliyik.Bu gün indiki iqtidarın ətrafında olan əsil Azəri türkü haralı olmasından asılı olmayaraq manqurtlaşıb və bir tikə çörəyi,bu günü üçün yaşayaraq düşünmədən öz köləlik xidmətlərini həyata keçirirlər.Bir vaxt gələcək öz səhvlərini anlayacaqlar.Biz başda Rəsul müəllim olmaqla o zaman “Ulu öndərə”inanaraq onun hakimiyyətə gəlməsində iştirak etmişik.Çünki o vaxt Azərbaycan həqiqətən agır anlarını yaşayırdı və ümüdümüzü düşünmədən “Ulu öndərə”tikmişdik ki,o gəlib xalqı bu bəladan qurtaracaq.Gördüyünüz kimi belə olmadı,deməli özümüz gələcəyimiz işigın qabagına qara bulud çıxararaq özümüzü məhv etmişik.Elə bir dahi,insan yoxdur ki,onun həyatda səhvi olmasın.Bu bizim böyük səhvimiz idi və hələ də bu səhvimizi düzəltmək üçün əzabımızı çəkirik.Bu gün bir həqiqətdir ki,millət əzab çəkir.Odur ki.haralısan söhbətini bir daha dilimizə gətirməməliyik.Biz Türkük və bunu sübut etmək üçün ilk növbədə bütövləşməliyik.Allah amanında bunu bir bayraq kimi yüksək tutub qiymətləndirin,bütövlüyümüz,birliyimiz olmasa biz məhvə gedirik.
ardı
Azərbaycanda 42 siyasi partiya var və bu partiyalar düz 20 ildir bu hakimiyyətin ömrünü uzatmaga xidmət edir,başda da İsa Qənbər olmaqla.Bu gün o guya düz yola qayıtmaq istəyir,amma qozbeli qəbir düzəldər buna inanmaq bizim ikinci səhvimiz olar.Bununlada bu milləti kor edib həyatı boyu kölə olarıq.Bu millətin gələcəyi Rəsul Quliyevlə birlikdə olub mübarizə aparmaqdadır.Yoxsa gələcəyimiz qara buludlar altında məhv olacaq.Mən sizlərə Rəsul müəllim haqqında qısaca məlumat vermək istəyirəm.Rəsul müəllim hələ gəncliyindən Elşibəylə bir olub,bir ideya,amal,məqsəd üçün mübarizə aparıb.Hələ Topxana meşəsində beş-on agac qırılanda da bir milyon millətin Azadlıq meydanına toplaşmasında da onun böyük rolu olub.Elçibəyin hakimiyyətə gəlməsində də maliyyə dəstəkləri olub.Elçibəyin dövründə də Rəsul müəllim baş nazirin müavini olub,amma qara buludlar Azərbaycanı bürüyəndə Rəsul müəllim də bizimlə birlikdə bu böhrandan çıxmaq üçün “Ulu öndəri”hakimiyətə gətiriməkdə görüb.Rəsul müəllim cəmisi heç üç il bu hakimiyyətlə işləyə bilmədi,onların iç üzünü görüb uzaqlaşdı.Amma hiyləgər hakimiyyət onu xalqın gözündən salmaq üçün üzərinə ona aidiyyatı olmayan cinayət qaldıraraq birdəfəlik nufuzdan salmaga çalışdı.Amma yenə də buna nail ola bilmədi.Hamınız şahidsiniz ki,2005-ci ildə rəsul müəllim Respublikaya gəlmək istəyəndə Tank,BTR lə hava limanını mühasirəyə aldı.Rəsul müəllim Bakıya gəlsə idi,onu həbs etmək və yaxud elə göydə təyyarəsini vurmaq bunlar üçün çətin məsələ deyildi.Amma qorxdular,ona görə ki,o zaman bütün Azərbaycan ayaga qalxa bilərdi və bununlada bu hakimiyyətin sonu olardı.Ona görə də onu Ukraynada təyyarəsi yanacaq doldurmaq üçün yenərkən bir gün həbs etdirdilər.Və bununla da istədiklərinə nail oldular.Amma hələ də gec deyil bu gün Rəsul müəllimlə birliyimiz Azərbaycanın gələcəyi deməkdir.Kim bunu istəyirsə Azərbaycan ugrunda deyib irəli getməlidir.Azərbaycanını,balasını,gələcəyini görmək istəyən Türk oglullarına bu yolda ugurlar arzulayıram.Haydı irəli,hocam Türk ogulları
yazımı iki hissəyə böləndən sonra getdi