“Şəxsiyyəti Alçaldılan İnsanların Qisası Amansız Olur”

Rəsul Quliyev: “Azərbaycanda müxalifətin görünən fəaliyyəti əhalinin hökumətdən narazılıq potensialını ifadə etmir”

Eks-spiker Avropa görüşlərinin yekunlarını şərh etdi

ACP lideri Rəsul Quliyevin Avropa görüşləri başa çatıb. Səfərin yekunları barədə Rəsul Quliyev eksklüziv olaraq “Yeni Müsavat”a açıqlama verib. Norveçdə keçirilən görüşlərdə Açıq Cəmiyyət və Liberal Demokrat partiyalarının sədrləri Sülhəddin Əkbər, Fuad Əliyev və Müqavimət Hərəkatı Avropa bürosunun Skandinaviya üzrə nümayəndəsi, R.Quliyevin Avropada gənclərlə işlərini koordinasiya edən müşaviri Rauf Kərimov iştirak ediblər.

Meeting with Mr. Fleckenstein, MEP from Germany

R.Quliyev deyib ki, səfəri çərçivəsində Avropa ölkələrinin bir bayraq altında birləşən və dünya siyasətini müəyyənləşdirən aparıcı partiyalarının 20-dən çox deputatları ilə görüşüb. Onun görüşdüyü deputatlar 12 ölkənin təmsilçiləridir. Bundan əlavə o, bir nazirlik və 3 Avropa İttifaqı komissiyasında kifayət qədər məzmunlu danışıqlar aparıb. Həmçinin, Aİ hökumətinin başçısı Borrozo və onun müavini Aştonun xarici əlaqələr departamentinin rəhbərliyi ilə uzun müddətli görüşlər keçirib. Təmaslarda Azərbaycanda islahatların hansı istiqamətdə gedə bilməsi ilə bağlı detallı müzakirə aparılıb.

Meeting with Mr. Gerald Hafner, MEP from Germany

Eks-spiker həmçinin iki səfir və onların müşavirləri, habelə Müqavimət Hərəkatının Avropa bürosunun üzvləri və bu ölkələrdə yaşayan bir çox azərbaycanlılarla da görüşüb: “Nəzərdə tutulan proqram bütövlüklə baş tutdu. Görüşlər zamanı müzakirə olunan məsələlərin ümumiləşdirilmiş məzmunu belə oldu: Əliyevlər 19 ildir hakimiyyətdədir. Bu müddətdə ölkədə 8 – 4 parlament, 4 prezident seçkiləri keçirilib və ildən-ilə seçkilərin saxtalaşdırılması daha əcaib forma alıb. Axırıncı – 2010-cu il seçkisi seçiciləri rüşvətlə ələ almaqla total saxtalaşdırılıb. Ölkədə uzun müddət ərzində bu şəkildə xalqa ikrahlı münasibət daxili gərginliyi son həddə çatdırıb. Vizual stabillik istənilən vaxt kütlənin partlayışlı protesti ilə pozula bilər. 1988-1990-cı illər və bu yaxınlarda Azərbaycanın stabil rayonlarından biri sayılan Qubada idarə olunmayan kütlənin hansı dağıdıcı qüvvəyə malik olduğu buna sübutdur. Ərəb inqilabları da göstərir ki, totalitar rejim nə qədər uzun çəkirsə, inqilablar bir o qədər qan tökməklə başa çatır.

Meeting with Mr. Falbr, MEP from Czech Republic

”Gənc” totalitar rejimli Tunislə uzun müddətli totalitar rejimli Liviya və orta müddətli Misir müqayisə olunsa, insan tələfatı rejimin ömrü ilə mütənasibdir. Bu gün dünyada monarxiya tipli totalitar rejimlər ancaq 3 ölkədə mövcuddur; Şimali Koreya, Suriya və Azərbaycan. Suriyada tökülən 10 min insanın qanına hələ neçə min əlavə olunacaq, məlum deyil. Koreyada bu proses ola bilər ki, 1 milyon insanın qanı bahasına başa gəlsin. Məqsəd Azərbaycanda belə bir qan tökülməsinin qarşısını almaqdır. İndiyə qədər xalqının qanını tökmüş heç bir diktator öz vəzifəsini qoruyub saxlaya bilməyib. Faciə odur ki, bütün diktatorlar özünü başqa diktatorla müqayisə etmək ağlına malik deyillər. Onların hamısına elə gəlir ki, yaltaqlanmağa, tərif deməyə məcbur edilmiş camaat bu işləri ürəkdən edir, millət onu sevir. Anlaya bilmirlər ki, şəxsiyyəti alçaldılan insanların qisası daha amansız olur. Azərbaycanda bu proseslərin qarşısını almaq üçün rejimin liderinə və ətrafındakılara “dayanın, daha kifayətdir, ya insanların seçim hüququna hörmət edib onların konstitusiya hüquqlarını özlərinə qaytaracaqsınız, ya da dünyadan təcrid ediləcəksiniz” şərti qoyulmalıdır. Bütün bu məsələlər bizim görüşlərimizdə müzakirə olundu”.

Meeting with Ms. Ojuland, MEP from Estonia

Eks-spiker deyib ki, Dağlıq Qarabağ probleminin həlli yolları, korrupsiya və rüşvətin qarşısının alınması yolları da müzakirə edilib: “Bundan başqa aşağıdakı məsələlər müzakirə olundu:

Qərbə Azərbaycanın enerji resursları vacibdir, ya yerləşdiyi coğrafi məkan?

İslam fundamentalizminin vəziyyəti.

Hansı siyasi və iqtisadi reformalar həyata keçirilməlidir?

Avropa İttifaqı ilə münasibətlərin inkişafının gələcəyini şərtləndirən amillər.

Meeting with Mr. Farm, MEP from Sweden

Bu suallar, yəqin ki, vaxtilə Azərbaycanın indiki hökumətinin liderlərinə də verilib. Onlar bu suallara cavablarını əməlləri ilə verdiyindən Qərbdə onların demokratiya barədə söylədikləri nağıllara inanan bir adam da tapılmadı. Düzdür, Azərbaycan hökuməti xalqdan mənimsədiyi külli miqdarda pulu xərcləyərək, xalqa qarşı olan rejimlərini Qərbdə təbliğ etməyə kifayət qədər diqqət yetirir. Həqiqət naminə demək lazımdır ki, bu məsələdə müəyyən müvəffəqiyyətləri də var. Keçmiş sosialist düşərgəsindən çıxmış bir sıra ölkələrin deputatları bunun üçün kifayət qədər canfəşanlıq edirlər. Artıq onların da kimlər olduğunu hamı bilir”.

Meeting with Mr. Schmidt, MEP from Sweden

R.Quliyev bildirib ki, Azərbaycan hakimiyyətinə lobbiçilik etmək cəhdində olan bir neçə deputatla da görüşüb: “Azərbaycan iqtidarının arqumentləri kimi bu adamların da arqumentləri ilk yüngül həmlədən darmadağın oldu. Görüşün axırında isə onlar sərt qətnamələri dəstəkləyəcəklərinə söz verirdilər. Deputatlar və Avropa ölkələri hökumətlərinin adamları deyirdilər ki, Azərbaycanda güclü müxalifət olmasa, demokratiya istiqamətində istənilən cəhdlər uğurlu nəticə verməyəcək. Mənə sual olundu ki, müxalifəti gücləndirmək istiqamətində hansı plan var. Bildirdim ki, ölkədə müxalifətin görünən fəaliyyəti əhalinin hökumətdən narazılıq potensialını ifadə etmir. Müxalifətin görünən gücü ümumi narazılıq potensialından 100 dəfələrlə aşağıdır. Müxalifətin bugünkü durumu sadəcə Əliyevlər rejiminin ardıcıl, məqsədyönlü repressiya siyasətinin nəticəsində baş verib. Elə bir siyasət yeridilib ki, insanların hakimiyyətə nifrət potensialı ilə müxalifətə inanmamaq potensialı tarazlaşıb. Bu, çox təhlükəlidir. Bu vəziyyətin adı ümidsizlik və inamsızlıqdan doğan inqilabdır, qəfildən və partlayışla baş verir”.

Meeting with Sir Watson, MEP from the UK

R.Quliyev görüşlərin effektliliyinin 2012-ci ilin axırına qədər qəbul ediləcək qətnamələrdə öz əksini tapacağına ümid etdiyini bildirdi.

M.MAHRIZLI

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

3 Cavab to ““Şəxsiyyəti Alçaldılan İnsanların Qisası Amansız Olur””

  1. salam Mehriban xanım mən bu məktubu prezident İlham Əliyevədə göndərmişəm lakin cavab verməyib mən vətən yolunda saglamlıgımı iki qılçamı itirmişəm sizin ilham əliyevin budurmu Qarabag əlilinə olan hörməti Qarabag torpagı erməni işgalı altında erməni girovlugunda olan azərbaycan qadınları qızları erməni kişilərindən dünyaya uşaq gətirirlər lakin mən Qarabag əlilini uşaq vasitəsiylə təhqir edirlər sizə xidmət edənlər.cehun cəfərov mənə deyirki sənin səsini kəsəcəm c.cəfərovun sagəli tofiq hüseyinov mənə deyirki xalqkimdirki Ə xalq qələt eləyir.Mehriban xanım mən prezidentə
    yazmışamki qızlarınızın qızıl yatagı məni himayəsinə görürə bilər həldə cavab ala bilməmişəm. sizi and verirəm Heydar Əliyevin görüna ananızın ruhuna mənə kömək edin mənə cavab verin mənim üç körpə qız balam var sizdə analıq hissi varmı siz elə düşünməyinki bu belə gedəcək mənim göz yaşımı və üç qız balamın gözünün yaşın Allah yerdə qoymayacaq siz buna əmin ola bilərsiniz.. siz bnnu heydar əliyevin heykəlini xalq sökəndə dərk edəcəksiniz ondada gec olacaq.Qarabag əlilinə cavab verməsən o Allah bilsin sən bil.

  2. salam Resul myellim. mende sizinleyem. Bize ugurlar!

  3. İnsan öz şəxsiyyətini hər bir varlıqdan üstün tutmalıdır.Kimsənin qarşısında əzilib kiçilməməli,kölə olmamalıdır.Bu gün hamı bir ailənin qabagında (xüsusilə də böyük məmurlar) quldur,kölədir.Bir qarın çörəyə,vara,dövlətə görə bu qədər alçalmaq olarmı?Milləti heç kimin cürəti çatmaz ki,zorən əzsin,alçatsın,kölə etsin,deməli bu millət elə buna layiqdir ki,bundan istifadə edirlər.Amma mərd,qürurlu insanlar şəxsiyyətini,mənliyini uca tutub heç kimin qarşısında əyilmir bir tikə yavan çörəyi ilə balasını böyüdür və bu yavan çörəklə böyüyən balası da özü kimi qürurlu böyüyür,əzilmir,sınmır.Bax bu cür insanlar bu gün Rəsul Quliyevlə bir olub onu özmək istəyənlərə qarşı mübarizəsini apararaq sabahını quracaq,heç kimin buna şübhəsi olmasın.Qeyrəti olan hər bir kəsi mən Rəsul Quliyevin ətrafında birliyə səsləyirəm,beqeyrətlər isə gedib agalarının qarşısında donbalaq aşsınlar,abır həyalarını,namus qeyrətlərini tapdalatdırsınlar!Bizlər hələ sınmamışıq və çoxuq və bu gün qeyrətlilərlə beqeyrətlərin əslində davasıdır,biz mütləq onlara qalib gəlməliyik!Odur ki,vaxtında,yubanmadan ayaga qalxıb nə qədr qeyrətli olmagımızın sayını görsətməliyik,yoxsa sabah beqeyrətlərin sayı daha da artar!Hamıya ugurlar!!!!!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: