“Azərbaycan Xalqının Bu Günə Düşməsində…Bizim Hamımız Günahkarıq.”

ACP lideri, eks-spiker Rəsul Quliyevin “Bizim yol” qəzetinə müsahibəsinin davamı

Əvvəli

– O zaman etiraf edirsiniz ki, Heydər Əliyev hamınızı aldatdı? Söhbət Etibar Məmmədovdan, Elçibəydən, Sizdən və başqa siyasilərdən gedir…

– Buna aldatdı demək olar, amma mən belə düşünmürəm. Yəni mən heç cür inana bilməzdim ki, bu qədər olar. Aldatdı deyəndə, burada aldatmaqdan söhbət getmir.

– Aydındır, söhbətin yönünü dəyişək, bu günlərdə haqqınızda müzakirələr gedəndə, bir fikir “qırmızı xətt”lə keçir, yəni Rəsul Quliyev hakimiyyəti parçalamaq gücündə olan yeganə siyasətçidir. Bu barədə deyilənlər əsaslıdırmı?

– (gülür). Bilirsiniz, bunlar əfsanə kimi bir şeydir, 100 faiz belədir. İndiki vəziyyətdə mənim hakimiyyəti parçalamaq şansım sıfra bərabərdir. Heydər Əliyev tərəfindən sistem elə qurulub ki, hakimiyyəti parçalamaq o qədər də asan deyil. Məsələn, iki bir-birinə dost nazir yoxdur, yaxud üç məmur bir yerdə hansısa məsələni müzakirə edə bilməz. Çünki əks reaksiya onlara baha başa gələr. Bu adamlar canavar kimi tək yaşamağa daha çox üstünlük verirlər. Amma rejimdə bu keyfiyyətin olması əslində çox qəfildən və tezliklə parçalanmaya səbəb ola bilər. Bax, bu prosesdə Rəsul Quliyev faktoru var! Buna tam əmin ola bilərsiniz. Yəni belə bir dağılma Rəsul Quliyevin bayrağı altında 100 faiz baş verə bilər. Başqa bu cür bayraq tutub gedən yoxdur. O mənada ki, başqa adam yoxdur ki, onun bayrağının altında getsinlər. Yeganə adam mənəm ki, bu bayrağı daşıya bilərəm. Necə və hansı şəkildə? Bax, Natiq müəllim, bunu deyə bilmərəm.

– Bu baxımdan hakimiyyətin gələcəyi ilə bağlı proqnozunuz varmı?

– Mən müəyyən reallıqlara söykənməsəm belə bəyanatlar vermərəm ki. Mən kifayət qədər real adamam. Əlbəttə, düşündüklərim reallaşmaya bilər, amma mənim nəzərdə tutduğum amillərin reallaşma faizi 70-ə yaxındır.

– Bəs 2003-cü ildə İsa Qəmbəri dəstəkləyəndə bu reallıqları hesablamışdınızmı?

– Mən İsa Qəmbəri dəstəkləməklə çox-çox kobud səhvə yol vermişəm.

– Çox kobud səhv nədən ibarətdir?

– Xatırlayırsınızsa, 2003-cü ildə İsa Qəmbər, Etibar Məmmədov və Əli Kərimli Londona gəlmişdilər. Sözsüz, mən Etibar Məmmədova daha yaxınam, nəinki İsa Qəmbərə, buna heç bir şübhə ola bilməz. Ancaq Etibar Məmmədov bu məsələdə bir qədər qeyri-səmimilik göstərdi. Bəli, onun görüşdə söylədikləri normal idi.

– Konkretləşdirə bilərsinizmi?

– O, bildirdi ki, Rəsul Quliyevi seçkilərə buraxsalar, o namizədliyini geri götürüb, məni dəstəkləyəcək. Mən ona görə bu fikri qeyr-səmimi hesab etdim ki, yəni mən Rəsul Quliyevi dəstəkləyəcəm, əgər onun namizədliyini qeydiyyata alsalar, ancaq bilirəm ki, onu qeydə almayacaqlar. Bax, Etibar Məmmədovun söylədiklərində mən bu məqamı görürdüm. Həm də onun dediklərində “Rəsul Quliyevin namizədliyinin qeydə alınmasında əlimizdən gələni edəcəyik” fikri yox idi. Sadəcə, olaraq getsin başına çarə qılsın, demək istəyirdi. Əslində, Etibar Məmmədov deyirdi ki, səni onsuz da qeydə almayacaqlar, ona görə sən də “mən qeydə alınmasam, Etibar Məmmədovu dəstəkləyəcəm” söylə. Sadəcə, bəsit bir forma yarandı. İsa Qəmbər isə dedi ki, o, özü seçkilərə qatılacaq. Mən də onların hər ikisinə bildirdim ki, sizlərə hələ dəstək vermək niyyətim yoxdur və bütün gücümü namizədliyimi qeydiyyatdan keçirməyə qoyacağam. Bununla da söhbətimiz yekunlaşdı. Namizədliyimi qeydə almadılar və seçkilərin keçirilməsinə üç gün qalanda xalqa müraciət yazdım. Müraciətimdə xalqdan İlham Əliyevə yox, Etibar Məmmədovla İsa Qəmbərə səs verməyi xahiş etdim.

– Niyə məhz ikisini də…?

– Bilirsiniz, boş söhbət olan naxçıvanlı-ermənistanlı məsələsini sındırmaq üçün. Demək istəyirdim ki, biri ermənistanlı, o biri də qarabağlıdır, ikisinə də dəstək verin. Yəni Rəsul Quliyevin yalnız Ermənistanlıya dəstək verdi ittihamını ortadan götürmək üçün o cür müraciət yazdım. Amma ADP-nin liderləri məni bu müraciətdən daşındırdılar.

– Sərdar Cəlaloğlunu və başqalarını nəzərdə tutursunuz?

– Fərqi nədir (gülür), sən gərək hökmən ad yazasan…? O mənada daşındırdılar ki, onlar gedib İsa Qəmbərlə danışıblar və o, mənim təkliflərimi qəbul etdiyini deyib. Mənim təkliflərim bundan ibarət idi: İsa bəyə dəstək verirəm və o, prezident seçiləndən 1 il sonra yeni prezident seçkilərinə start verir. Yəni İsa Qəmbər müvəqqəti prezident olur. İkinci, mən Nazirlər Kabinetinin sədri oluram və bütün nazirləri baş nazir təyin edir. Amma bunlara o dəqiqə razılıq vermədim, bir qədər müzakirə getdi, yenidən müqavilə hazırlandı və imzaladım. Bundan sonra müraciətimdə dəyişiklik etdim, Etibar Məmmədovun adını çıxardıb İsa Qəmbəri saxladım. Nəticədə İsa Qəmbərin mitinqinə gələnlərin sayı Etibar Məmmədovun keçirdiyi mitinqlərdə iştirakçılardan 3-4 dəfə artıq oldu. Çünki dəstəyimdən sonra İsa Qəmbərin mitinqinə xeyli adam qatıldı. Amma mənim səhvimi başa düşməyim uzun zaman çəkmədi. Cəmi 1 gün sonra, yəni seçki günü başa düşdüm ki, səhv etmişəm.

– Nə üçün seçki günü?

– Birinci, Rusiya televiziyalarından İsa Qəmbərin seçki günü məntəqədə jurnalistlərin suallarını izləyirdim, ondan seçkidən sonra vəziyyətin necə olacağını soruşurlar, o da bir aforizmlə, İsa Qəmbər aforizmlərlə danışmağı sevir axı (xeyli gülür). Bilirsiniz, ya hərdən dərin adamlar aforizmlərlə danışır, məsələn, Nitsşe, Konfutsi, ya da ki, heç nə bilməyən adamlar.

– İsa Qəmbər hansı kateqoriyadandır?

– Bilmirəm (gülür). Qayıdaq əsas suala, İsa Qəmbər cavab verir ki, növbəti prezidentliyə namizəd getsin, 2013-cü ildə gəlsin. Halbuki, bizim müqaviləmiz var ki, bir sonra yeni prezident seçkiləri keçiriləcək (xeyli gülür). O zaman başa düşdüm ki, böyük bir səhvə yol vermişəm. İkinci məqam, elan olundu ki, İlham Əliyev seçilib, mən soruşdum ki, bəs mitinq təşkil etmisiniz? Cavab verdilər ki, oktyabrın 16-da dəhşətli mitinq olacaq. Təşkil işinin necə olduğunu soruşduqda, dedilər ki, Pənah Hüseyn tələbələr arasında çağırış vərəqəsi paylayır, hamı mitinqə gələcək. Onda başa düşdüm ki, qurtardı! Elə o zaman səhvimi başa düşdüm. Ki, əgər mən əvvəlki müraciətimi, yəni hər iki namizədə olan dəstək müraciətimi saxlasaydım, ya da Etibar Məmmədova dəstək versəydim, o, sona qədər vuruşacaqdı. Ona görə hesab edirəm ki, 2003-cü ildə səhvə yol vermişəm.

– Ancaq bu fikir də var ki, Etibar Məmmədovla İsa Qəmbərin razılığından sonra Rəsul Quliyevin seçkiyə bir neçə gün qalmış ikinciyə dəstək verməsi AMİP-Müsavat ittifaqının dağılması ilə nəticələndi və bununla da hakim rejimin ömrü uzandı…

– Mütləq mənada yalandır.

– Bu fikri heç bölüşmürsünüz?

– Bölüşmək başqa şeydir, ümumiyyətlə yalandır.

– Ancaq İsa Qəmbər o zaman 1 illik prezident olacağı haqqında heç bir açıqlama verməmişdi…

– İndi mən nə edə bilərəm?! Sualı niyə mənə verirsən? İsa bəy tutaq ki, çox şeyi açmayıb… Ola bilər ki, açmayıb.

– Rəsul müəllim, Sizin hakimiyyətə gəlmək konsepsiyanız varmı, yəni cəmiyyəti mübarizəyə necə qoşmaq, İctimai Palata ilə hansı səviyyədə əməkdaşlıq etmək baxımından…?  

– Bəli, dediklərinizlə bağlı konsepsiyam var. Bilirsiniz, real iş planı olarsa, bizim üçün fərqi yoxdur, ya İctimai Palata, ya da başqa təşkilatlarla əməkdaşlıq etmək niyyətimiz var. Bir daha deyirəm, 100 faiz əməkdaşlıq edəcəyik. Ancaq deklorativ işlə məşğul olan istənilən qurumla, o cümlədən İctimai Palata olsun, heç zaman onlarla birgə əməkdaşlıq edə bilmərik.

– Nə üçün?

– Çünki mənası yoxdur. Deklorativ bəyanatlar Azərbaycan xalqını mübarizədən çəkindirən addımlardır. Mən bir neçə dəfə izah etdim ki, ikinci dəfə 20-ci sahədə mitinq keçirmək olmaz. Dəfələrlə izah etdim ki, yenidən ora getmək prosesi məhv edəcək. Sonra dövlət başçısı Nazirlər Kabinetində bu barədə necə ikrahla danışanda, adam xəcalətindən bilmir nə etsin. İkrahla münasibət bəsləməyi o tərəfə, təhqir edir.

– Son vaxtlar mediada Sizin AXCP sədri Əli Kərimli ilə danışıqlar aparmağınız haqqında məlumatlar yayılır. Yazılanların əsası varmı?

– Sin tam əmin ola bilərsiniz ki, mən heç kimə üstünlük vermirəm. Əgər Əli Kərimli mənim dediyim real plana yaxındırsa, deməli, elə mənə də yaxındır. Ola bilər ki, biz əməkdaşlıq müqaviləsi imzalaya bilərik, yaxud Müsavatla da belə bir müqavilə mümkündür. Ya da ayrı-ayrılıqda hər ikisi ilə müqavilə imzalayarıq, amma İctimai Palata tərkibində yox. Əgər birlikdə müəyyən bir iş planı hazırlaya bilsək, onlarla və AMİP-lə də ayrı-ayrılıqda müqavilə imzalaya bilərik. Belə fikir yaranıb ki, guya, mənim Müsavata münasibətim AXCP baxışımdan pisdir. Tam əmin ola bilərsiniz ki, elə deyil və yayılan fikirlər də yalandır. Müsavat Partiyasında da çox dəyərli insanlar var və mənim onlara hörmətim AXCP-də olanlarla eyni səviyyədədir.

– 2003-cü il hadisələrindən sonra mövqeyinizdə dəyişiklik olmayıb?

– İsa Qəmbərə münasibətlə Müsavata mövqeyimi niyə eyniləşdirirsiniz?

– Partiyanın başqanı İsa Qəmbər deyilmi?

– Bəli, o, başqandır. Amma partiya onun namizədliyini dəstəkləyəcəksə də, mən onu dəstəkləməyəcəm, bu məsələ bitdi. Mən bilə-bilə ki, Azərbaycanda İsa Qəmbər adlı adam heç zaman prezident ola bilməz, necə onu dəstəkləyə bilərəm. Bu, axı gülüncdür!

– Siz hansısa arqumentlə onun prezident ola bilməyəcəyini əsaslandırarsınız?

– Axı onun heç bir gücü yoxdur. Siz mənə onun gücünün nədə olduğunu izah edin, mən də düz söylədiyinizi bildirim. Belə bir güc yoxdur.

– Onun da tərəfdarları sual edirdi ki, Rəsul Quliyev mart ayında 100 minlik aksiya keçirirdi, nə oldu, heç Azərbaycana gələ bilmir…?

– Düz deyirlər və mən də bu məsələyə 100 dəfə cavab vermişəm. Ötən ilin dekabrında mən rejimə qarşı kəskin çıxış edəndə, həqiqətən qısa müddətdə 100 minlik mitinqin keçirilməsinin mümkünlüyünü düşünürdüm. Yanvarın sonunda gördüm ki, mən tamamilə yanılmışam, Azərbaycan nə Misirdir, nə Tunisdir, nə Qırğızıstandır, Nə Gürcüstan, Nə Moldovadır. Görünür, Azərbaycan xalqının belə vəziyyətə düşməsinin də səbəbləri var. Səbəblərdən biri neft gəlirlərinin müəyyən hissəsinin büdcə təşkilatlarında çalışanlara çatmasıdır. Proqnozum düz çıxmadığına görə də bu barədə fikrimi açıqladım. Həm də mən birbaşa 100 minlik mitinq deməmişdim, əvvəl 30 min, sonra kütləviliyin artacağını söylədim. Təkrar edirəm, proqnozumun səhv olduğunu elan etdim. Amma bu istiqamətdə işləyəcəyik. Mən yekə-yekə bəyanatlar verib Azərbaycan müxalifətinin mərkəzi olduğumuzu deməmişəm ki. Bilirsiniz, real gücdən danışmaq lazımdır.

– Ümumiyyətlə, Siz Azərbaycan xalqının indiki vəziyyətinə və rejimin möhkəmlənməsinə görə özünüzün də məsuliyyətli olduğunu hesab edirsinizmi?

– Azərbaycan xalqının bu günə düşməsində ADR quranlardan başlayaraq ondan sonra bolşeviklərin işğalından tutmuş ölkəyə rəhbərlik etmiş Kirov, Mirzoyan, Bağırov, Yaqubov, İmam Mustafayev, Axundov, Əliyev, Kamran Bağırov, Vəzirov, Mütəllibov, Elçibəy, yenə Əliyev, o cümlədən mən, bizim hamımız günahkarıq. Bir daha deyirəm, mən özüm də onların işçində olmaqla. Yeganə 1992-93-cü ildə hakimiyyətdə olmuş bəylərdən başqa bütün Azərbaycan xalqı günahkardır.

– Necə yəni bəylərdən başqa…?

– Bəylər deyir ki, onlar günahkar deyil. Mən indi necə deyim ki, onlar da günahkardır (gülür). Yaxşı, Allah xatirinə Sizin günahınız yoxdur. Mən özümü günahkarlardan birincisi hesab etməsəm də, hər halda 10-cu günahkar sayıram. Əlbəttə, Azərbaycan xalqının indiki vəziyyətə düşməsində biz, həm də ziyalılar və onlarla bir yerdə bütün millət günahkardır. Nəhayət, bunu da kişi kimi boynumuza almalıyıq da, belə olmaz axı.

Natiq CAVADLI

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Bir Cavab to ““Azərbaycan Xalqının Bu Günə Düşməsində…Bizim Hamımız Günahkarıq.””

  1. Rəsul müəllimin müsahibə və çıxışlarını diqqətlə izləsəniz,onun müxalifət liderlərinə qarşı səmimiliyini,öyüd-nəsihətlərini,real və məntiqi tənqidlərini dərhal duyacaqsınız.Rəsul müəllim həqiqətən istəyirki,müxalifətdə saglam mühit,vahid güc,mənalı,düşüncəli proqram.əməli iş yaransın,totalitar rejimə qarşı isə sərt,kəskin mübarizə aparılsın.Tənqid əslində dostlar üçündür ki,ondan nəticə çıxarılsın.Lakin bu Azərbaycan xalqı üçün deyil,çünki onu ürəkdən yanaraq tənqid etsən ki,əməlində düzəliş etsin,əvəzində pişik kimi qayıdıb üzünü cıracaq.Həm də bizdə siyasət üzdə gülmək,altdan isə ayagının altını qazmaq anlamında düşünülür.Xatırlayırsınızsa Rəsul müəllim iqtidara qarşı kəskin çıxışlar edəndə ilk əvvəl iqtidarın köləsi və qulu olan agamalılar onun artıq siyasəti tükənmişdir dedilər.İndi isə İsa qənbərlərin onun siyasəti 2005-ci ildə bitibdir deməsi Sizcə eyni simfoniyanın melodiyası deyilmi?Və yaxud “Müsavat”qəzetinin Rəsul Quliyevə qarşı aqressiv yazıları nədən xəbər verir?Məgər Sizlər bilmirsinizmi ki,qəzetin və onun rəhbəri R.Arifoglunun başında şəxsən geniral R.Usubov cənabları durur?Bax buna görə də milləti,xalqı bu günə salan bir başa hakimiyyət deyil,məhz arifolulardır,ona görə də 100 arif oglulardansa bir it oglu şərəflidir!Heç olmasa it oglundan gözləmək olar ki,vətənə,xalqa xəyanətkar çıxa bilər,amma belə ibnələrin əməllərindən xalqın çoxunun xəbəri yoxdur.Ey,mənim xalqım odur ki,ayıq olun,nankor və namərdləri tanıyın!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: