“Mən Əliyevlə Münasibətimi Heç Zaman Gizlətməmişəm.”

ACP lideri, eks-spiker Rəsul Quliyevin “Bizim yol” qəzetinə müsahibəsinin davamı 

Əvvəli

 – Qayıdaq yuxarıda regionçuluqla bağlı səsləndirdiyim suala. Hansı səbəbdən Sizin son illərdə rəhbərlik etdiyiniz partiyalarda rəhbərlikdə daha çox naxçıvanlılardır?

– Həqiqətən bu məsələnin səbəbini bilmirəm. ACP Məclisinin sədri professor Dayandur müəllimdir, çox görkəmli alimdir və rəhmətlik Xudu Məmmədovdan yadigar qalan bir şəxsdir. Onun tələbəsi olub. Bildiyimə görə Dayandur müəllim naxçıvanlı deyil, güman ki, aran zonasındandır, partiyamızda Naxçıvandan da, Qərbi Azərbaycandan da olan var. Zəminə Dünyamalıyeva Ağdamdandır. İndi Sülhəddin Əkbər naxçıvanlıdır deyə, mənim yalnız həmin bölgəyə üstünlük verdiyimi düşünmək səhvdir. Götürək elə Sülhəddin müəllimi, onunla müsahibə edin və mürəkkəb suallarınızı verin, görün mən düzgün seçimmi etmişəm? Onun ağlı var və mən də ağıla baş əyən adamam. Hətta düşmənim olsun, ağlı varsa, mən ona hörmət edirəm, baxmayaraq ki, düşmənliyim də qalır. Sülhəddin müəllimə hələ şərait yaranmayıb, bunlar olandan sonra özünü göstərəcək. Onun kifayət qədər potensialı var və naxçıvanlı olub-olmamasının heç bir aidiyyatı yoxdur. Mən regionçuluqla bağlı deyilənlərə cavab üçün Azərbaycan Kommunist Partiyasının birinci katibi Vəzirovun dövründə olan bir hadisəni xatırlatmaq istəyirəm. Məlumdur ki, o, Heydər Əliyevlə düşmən idi, çünki onu Azərbaycandan didərgin salmışdı. Deməli, 1988-ci ilində yazında o, respublikaya rəhbər təyin olunandan sonra Heydər Əliyevə olan münasibətini naxçıvanlılara da bəslədi. Yəni, Heydər Əliyevlə naxçıvanlıları qarışdırdı, onlardan da biri mənəm idim. Ona görə ki, SSRİ miqyasında olan istehsalat birliyinin direktoruydum. O zaman zavoda yoxlama aparmaq üçün komissiya göndərildi, əsas məqsəd də vəzifələrə nə qədər naxçıvanlı təyin etməyimi araşdırmaq idi. Komissiyaya rəhbərlik edənlər də gizlətmədən deyirdilər ki, kadr məsələsini araşdıracaqlar, görək, nə qədər yerliçilik etmisən. Doğrusu, çaşqınlıq yaransa da, özümü itirmədim, kadrlar şöbəsinin müdirinə zəng edib göstəriş verdim ki, bütün rəhbər vəzifəlilərin şəxsi işini gətirsin. Nəzərə alın ki, kadrlar şöbəsinin müdiri də Bakıdan idi. Təsəvvür edin ki, komissiya ilə birgə işlərə baxdıqca gülürdüm, baxın, baş mühəndis bakılı, direktor müavinlərim zərdablı, şamaxılı, baş texnoloq goranboylu, baş mühasib yenə şamaxılı, amma rus millətindən idi, maliyyə şöbəsinin müdiri şamaxılı, plan şöbəsinin müdiri ağdamlı… Gördüm ki, ətrafımda bir naxçıvanlı nədir, heç ermənistanlı da yoxdur (gülür). Elə komissiya nümayəndələrinin yanında kadrlar şöbəsinin müdirinə göstəriş verdim ki, əmr yaz, bu gündən zavodda istehsal idarəsi açılır və rəis Əhmədov Rafael təyin olunur. O, da naxçıvanlıydı. İndi bu naxçıvanlılar sabah mənə deməz ki, sənin yanında bir yerlin yoxdur (xeyli gülür). İnandırım Sizi komissiya dedi ki, axı, onlar elə-belə gedə bilməzlər, bir qüsurdan-zaddan tap, məsələ bitsin. Onlara bildirdim ki, mən təyin olunandan baş texnoloq, mühəndis erməni və başqa millətdən idi, mən isə zavodu azərbaycanlaşdırmışam. Təklif etdim ki, yazın erməniləri işdən çıxardıb, vəssalam! Danışdıqlarım faktdır, araşdıra bilərsiniz. Mən baş nazirin müavini və Milli Məclisin sədri işləyəndə də ətrafıma naxçıvanlı toplamamışam. Ona görə bu barədə deyilənlər yalandır. Bəli, sabah ətrafımda olan 10 nəfərin hamısı naxçıvanlı ola bilər, ancaq onları həmin regiondan olduqları üçün yox, savadlarına və peşəkarlıqlarına görə işə cəlb edərəm.

– Siyasi fəaliyyətinizdə bir sıra şəxslərlə yaxın olmusunuz, məsələn, Etibar Məmmədov, Rövşən Cavadov, Pənah Hüseyn və Elçibəy. Bu günlərdə təhlilçi Azər Rəşidoğlu həmin adları çəkərək bildirir ki, nə vaxtsa eks-spiker memuar yazmalı olsa, bu adamları necə bitirdiyindən də bəhs edəcək…

– Yox, razılaşmıram. Məsələn, rəhmətlik Əbülfəz Elçibəylə isti münasibətləri heç zaman kəsməmişəm. Elçibəy vəfat etməzdən əvvəl Vaşinqtona gəlmişdi, onun köməkçisi, deyəsən Əli Mürsəloğlu idi, araşdıra bilərsiniz, bizim çox səmimi və isti söhbətimiz oldu. Təəssüf ki, mən Elçibəylə 2 saatlıq söhbətin məğzini deyə bilməyəcəm. Çünki bu təmas iki insan arasında olan çox səmimi danışıqlar olduğundan bunları açmağa ehtiyac görmürəm. Hər halda bu söhbət publika üçün deyil. Təkrar edirəm, heç bir çıxdaş, bitirmək söhbəti yoxdur. Bəli, Elçibəy prezident seçiləndən sonra iki dəfə aramız dəyib, amma bu, Siz düşündüyünüz səviyyədə olmayıb, yəni müvəqqəti olaraq bir-birimizdən incimişik.

– İncikliyin səbəblərini deyə bilərsiniz?

– Elçibəy prezident seçiləndə mən artıq 20 ildən çox idi idarəetmədə çalışdığımdan götürülən kursun AXC hakimiyyətini məhvə apardığını görürdüm. Hakimiyyətin başqa kursu olmadığından komandanın vahid mövqe yox idi. Adi bir misal, Rusiyanın əleyhinə ritorik çıxışlar, Çinə, İrana bayraq taxmaq, Türkiyəyə birləşmək kimi bəyanatlar dərin analizin yox, kiçik yaşlı uşağın söylədiklərini xatırladırdı. Əbülfəz bəylə bu barədə söhbətimizdə soyuqluq yarandı, amma bizim çox yaxın dostluğumuz olub və el diliylə desək “bir ton çörək yemişik”. Deməli, bir dəfə prezidentin iqamətgahına gedəndə çörək üstünə çıxdım, elə oldu ki, mən də o qədər nöqsanlardan danışdım, onun kefi pozuldu, yemək də yaddan çıxdı. O zaman dedi ki, bəy, Siz də mənim “belimi qıranlardan” oldunuz, səbəbini soruşanda seçkilərdə Etibar Məmmədova dəstək verdiyimi xatırlatdı. Əlavə etdi ki, o, komandasının arasında təklənmiş vəziyyətdədir, halbuki, təcrübəniz olduğunuz üçün Sizə nazir, sonra isə kabinetə rəhbər gətirməyi düşünürdü. Amma imkan vermədiniz, gedib Etibar bəyi dəstəklədiniz. Elçibəy müəyyən qədər haqlı olsa da, böyük mənada haqsız idi.

– Nə üçün?

– Çünki demokratiyanın şərtlərindən biri siyasətdə rəqabətin olmasıdır. Siyasətdə rəqabət olmasa, cəmiyyətin demokratikləşməsi mümkün deyil. Mən düşünürdüm ki, seçkilərdə Əbülfəz bəy iştirak etməlidir, ona görə ki, əhalinin 50 faizindən çoxu onu dəstəkləyir, Etibar bəyin də iştirakı vacibdir, 30 faiz də onun dəstəyi var. O cümlədən Heydər Əliyev də seçkilərə qatılmalıdır, onun da 15-20 faiz səsi var, söhbət 1992-ci ilin seçkilərindən gedir. Mən demokratik baxımdan rəqabətin cəmiyyətdə daha tez oturuşması baxımından hər üç şəxsin iştirakının tərəfdarıydım, çox təəssüf ki, AXC hakimiyyətində olanlar bunu anlamadılar. Beləliklə, bizim incikliyimiz yarandı. Halbuki, bəylə bizim dostluğumuz çoxdan olduğundan o, prezident olandan sonra mən ona lap yaxınlaşmalıydım. Amma bu alınmadı, səbəbini dedim. İkincisi, Elçibəy prezident seçiləndən 4-5 ay sonra maşında gedərkən, radioda eşitdim ki, Rəsul Quliyev Neft Şirkətinin neftayırma üzrə birliyinin rəisi təyin olunub. Ancaq mənə bu barədə əvvəlcədən xəbər verməmişdilər. Gəldim aparata və sərəncamı istədim ki, alım, gedib oturum kabinetdə. Elə həmin aralıqda Elçibəylə bir neçə dəfə olan görüşümüzdə də aparılan siyasi-iqtisadi kursun düzgün olmadığını desəm də, o, öz mövqeyini müdafiə edirdi. Yenə deyirəm, fikir ayrılığı olsa da, biz bir yerdə işləyirdik.

– Bəs baş nazirin müavini olsanız da, Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün çalışmanız doğrudurmu?

– Gəlirəm o məsələyə, amma inanın ki, danışdıqlarım səmimidir. Kəlbəcərin işğalından sonra AXC hakimiyyətinin vəziyyəti katastrofik durumdaydı. İşğal aprelin əvvəlində olmuşdu, mart ayında isə Heydər Əliyev Moskvada ailəsinin məişət məsələlərinin həll etmək üçün Elçibəydən icazəsini almışdı. Sözsüz ki, Heydər Əliyev Moskvada Rusiyanın siyasətini müəyyən edən adamlarla görüşmüşdü. Mayın əvvəlində AXC hakimiyyəti son günlərini yaşayırdı. Mənim baş nazirin müavin təyin olunmağıma gələk, Pənah Hüseyn özünün analitik ağlıyla Elçibəyə demişdi ki, Rəsul Quliyevi Nazirlər Kabinetinə gətirək, yəni həm bəylə dost olmuşam, həm də bununla gözlərinin önündə olum. Guya bununla mənə nəzarət edəcəkdilər, gülməlidir. Baxın, 4 iyuna 10 gün qalmış mən baş nazirin müavini təyin olundum. Bu 10 günün 4 gününü Pənah Hüseynovla səfərdə olduq, sonra İsveçrəyə getdik. Deməli, mən baş nazirin müavini oldum və Əliyevi hakimiyyətə gətirdim, bu, mifdir!

– Məgər, münasibətiniz olmayıbmı?

– Mən Əliyevlə münasibətimi heç zaman gizlətməmişəm. Guya, AXC hakimiyyəti dövründə əlaltından iş görmüşəm, Əliyevlə telefonla danışırdım, onlar da dinləyirdi, burada nə var ki?! Məgər, mən, yaxud Əliyev bilmirdi ki, telefonlar dinlənilir?! Əlbəttə bunlar gülməlidir. Hətta bir dəfə Əliyev mənə dedi ki, onlar səni işdən ayırmaq üçün baş nazirin müavini təyin ediblər, mən də belə olduğunu bilirəm. İkinci, mən Heydər Əliyevi gətirmək niyyətində olsaydım, ona deyərdim ki, elə baş nazirin müavini postuna səni hakimiyyətə gətirmək üçün razılıq verdim də. Halbuki, Əliyevə bildirmişdim ki, AXC hakimiyyətini xilas etmək üçün onları bəzi şeylərdən çəkindirirəm, uçuruma getməsinlər. Həqiqətən də mən bu cür mövqedəydim. İndi Elçibəyin Bakıdan getməsinə gələk, bu, sadəcə dəhşətli bir şeydir. Bəli, Heydər Əliyev insanların daxilində panika yaratmağın ustasıdır, o, DTK və Kommunist Partiyasının rəhbərliyində çalışıb və SSRİ kimi dövlətin Nazirlər Kabinetinin birinci müavini vəzifəsinə yüksəlib. Bu vəzifələr elə vəzifədir ki, istər-istəməz insanı mürəkkəbləşdirir. Deməli, Əliyev prezidentin ətrafında olanlar vasitəsilə şayiə yaydırıb ki, sabah Surət Hüseynov gəlir və Bakıya çatan kimi Prezident Aparatına daxil olub Elçibəyi qolubağlı Azadlıq meydanına aparıb güllələyəcək. Mən artıq bu şayiənin yayıldığını bildiyimdən Elçibəyə iyunun 17-də düz 10 dəfə zəng etdim ki, məni 15 dəqiqəlik qəbul edəsiniz, sonra 10, daha sonra 5, görəndə ki, görüşdən yayınır, sonuncu zəngdə 1 dəqiqə vaxt istədim və bildirdim ki, vacib sözüm var.

– Prezidentə nə demək istəyirdiniz?

– Mən Əbülfəz bəyə deyəcəkdim ki, a kişi, mən təminat verirəm, Surət bu işi görə bilməz. Narahatsansa, mən mühafizəni üzərimə götürürəm, hətta zavodda belə səni saxlayacam. Axı Surətin nəyi var ki, prezidenti həbs etsin. Təəssüf ki, mən Elçibəyə bunları deyə bilmədim, 10 dəfə xahiş etsəm də, görüşmədi. Hər dəfə cavab verirdi ki, özü zəng edəcək. Deməli, sonuncu zəngimdən bir neçə saat sonra, gecə saat 1-2 radələrində Vaqif Axundov mənə zəng edib deyir ki, bəs, Heydər Əliyevlə danışmaq istəyir. Cavab verdim ki, Heydər Əliyevlə danışmaq istəyirsənsə, götür zəng et də. Guya, telefonun nömrəsini bilmirdi, əlbəttə yalan danışırdı. Mən 100 faiz bilirdim ki, Vaqif Axundov Heydər Əliyevlə əlaqə saxlayıb, o da deyib ki, Rəsul Quliyevə söylə və qoy, o, mənə zəng etsin. Bunun səbəbini də izah edərəm, amma bunun üçün də 20 dəqiqə lazımdır. Bu məsələ sadə adam üçün qeyri-adi görünə bilər, ancaq mənə sanki şahmatda olduğu kimi peşka ilə gediş edirsən. Mən Vaqif Axundovdan “Heydər Əliyevi gecənin bu zamanı neyləyirsən” soruşanda, o, təcili xəbər olduğunu bildirdi. Mən nömrəni ona verdim, bir azdan Heydər Əliyev mənimlə əlaqə saxlayıb harada olduğumu soruşdu. Mən də kabinetimdə oturub Elçibəyin zəngini gözləyirdim (gülür). Görüşmək istədiyini deyəndə, “istəyirsənsə, gəlim”, çünki o, Cəlal müəllimin evində qalırdı, Nazirlər Kabineti də həmin binaya yaxın idi. Amma Heydər Əliyev dedi ki, gərək gələm ora. Mən ondan israrla niyə belə tələsik görüşmək istədiyini soruşanda, cavab verdi ki, Elçibəy qaçıb. Başa düşdüm ki, Əbülfəz bəy onun tələsinə düşdü. Deməli, görüşdük və səhərə qədər söhbətimiz oldu, bunları kənara qoyaq, çünki danışılsa, böyük bir kitab olacaq. Danışdıqlarım mənim Elçibəyi çıxdaş etməyim haqqında yazılana münasibətimdir, əslində o, məni çıxdaş edib, bir neçə dəqiqə görüşümüz baş tutsaydı, vəziyyət başqa olardı və heç kim də onu prezidentlikdən çıxarda bilməzdi. Məsələ onda idi ki, o zaman Heydər Əliyevin deyilən qədər güc yox idi və Elçibəy 5 il prezident postunda oturacaqdı. Mən təminat verirəm ki, bu iş baş verməyəcəkdi.

– Ümumiyyətlə, Siz Heydər Əliyevin hakimiyyətə gəlməsini istəmisinizmi?

– Necə yəni istəmişəm, bunun üçün əməlli-başlı çalışmışam, ancaq gəlib Elçibəyi prezidentlikdən kənarlaşdırıb yerinə keçmək mənasında çalışmamışam. Mən onun Milli Məclis sədri, yaxud baş nazir olmasını istəmişəm. Düşünmüşəm ki, bu qədər təcrübəli adam, 70 yaşı var, bundan sonra da 5 ilini Azərbaycan üçün işləsin. Bu mənada Heydər Əliyevin hakimiyyətdə təmsil olunmasını ürəkdən istəmişəm. Özü də mənim ağlıma da gəlməzdi ki, Əliyev bu cür işlərlə məşğul ola bilər, həqiqətən deyirəm, inanın mənə. İndi də xatırlayanda təəccüblənirəm.

– O zaman etiraf edirsiniz ki, Heydər Əliyev hamınızı aldatdı? Söhbət Etibar Məmmədovdan, Elçibəydən, Sizdən və başqa siyasilərdən gedir…

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

69 Cavab to ““Mən Əliyevlə Münasibətimi Heç Zaman Gizlətməmişəm.””

  1. Salam Resul muellim. Son zamanlar musahibeleriniz “siyasi arenada” boyuk rezonans dogurub ve bir birinin ardinca adlarini cekdiyiniz insanlar ve terefdashlari size garsi ittihamlar soylemeye baslayiblar ve dediklerinizi tekzib edirler. Bele fikirler ister-istemez insanlarda hegigetin kimin duz dediyi hagda shubheler yaradir. Buna munasibetinizi oyrenmek isterdik.

  2. Cox gozel shekildir….

  3. Hec bir tarixi hadiseler gizli qalmir ne vaxtsa ustu acilir. Indi Resul muellim bezi faktlari deyirse, niye narahat olmaq lazimdir? Eksine sevinmek lazimdir ki, nehayet MILLETE DUZ DANISHAN LIDER VAR!!!! Maraqli odur ki. cemiyyetde ele bir fikir formalashib ki, guya Heyder Eliyevi ancaq ve ancaq Resul Quliyev getirib hakimiyyete. AXC hakimiyyeti dovrunde H.Eliyeve ishleyen o qeder adamlar var idi. Resul muellim semimi deyir ki, onun terefdari idi. Yaxshi bes bashqalarinin sesi niye cixmir?

  4. Rəsul bəy, siz Heydər Əliyevin PKK-ya kömək etdiyini, Türk düşməni olduğunu, anasının erməni olduğunu, qohumu erməni Gevorkovla birləşib Azərbaycanda ixtişaşlar törətdiyini bilmirdiniz mi? Belə olan halda niyə Əliyevi dəstəkləyirdiniz?

    • Fikirləşmirəm ki,Əlievin anası erməni olub.Onuda fikirləşmirəm ki,Əliyev Gevorkovu qohumu olduğuna görə DQ-a birinci katib qoydurub. Gevorkovdan öncə olan katib Melkumyan daha abırsız millətçi olub. Kürdlərə kömək məsələsindən 1995-ci ildə şübhələndim,ancaq dəqiqləşdirə bilmədim. Şübhələnməyimə səbəb yadımda deyil hansı isə Türk yuxarı vəzifəlisi mənimlə görüşəndə dedi ki, Ermənistandan silah sursat Naxçıvan ərazisindən keçirilərək kürdlərə çatdırılır,siz niyə onun qarşısını almırsınız. Mən təəccüb qaldım dedim bu inanılası məsələ deyil Naxçıvanda heç kürd yaşamır. O dediki sizin xəbəriniz yoxdur orada kürdlər var və onların əli ilə silah kürd teroristlərinə ötürülür.Mən o gedəndən sonra H.Əliyevdən Naxçıvamda kürdlərin kompakt şəkildə yaşadığını bilib ilmədiyini soruşdum. Bir sözlə o çox ətraflı hansı kəntdə nə qədər kürdün yaşaması barədə mənə geniş məlumat verdi. Bir sözlə Türkün dediklərini onunla müzakirə etdik,çox konkret qərarlar qəbul etdik.Mən şəxsən bu məsələ ilə məşğul oldum.Mən Azərbaycandan çıxana qədər bu silah daşıma kanalı bağlanıldı. Bir neçə dəfə Türk generalları mənim yanımda olanda təşəkkürlərini bildirdilər.Onda bu işdə Əliyevin barmağının olmasından şübhələndim,amma qəti sürətdə təsdiqləyə bilmərən çünki subut edən bir başa dəlillərim yoxdur.

      • Rəsul müəllim, mümkünsə keçmiş deputat Hacıbaba Əzimovun aşağıdakı müsahibəsi zamanı Cəfa Mirzəyev və Hadı Rəcəbli barədə dediklərinə öz münasibətinizi bildirəsiniz. Öncədən təşəkkür edirəm.
        Milli Məclisdəki PKK-çılar və Separatçılar kimlərdir? Azerbaycan Saatı 19. Bölüm

  5. Ümumiyyətlə bu ailə qarma-qarışıq və müammalıdır.Amma qarışıq ailədə ön planda kürdçülük siyasəti durur.Çünki dünya siyasətində də bu məsələ ön plandadır.Bir neçə müsəlman ölkələrində kürd dövlətçiliyinin qurulması görünür ki,digər ölkələr üçün daha maraqlıdır.Elə Türkiyənin özündə də uzun tarix boyu qardaşcasına bir bayraq altında yaşayan bu iki millət Sovet hakimiyyəti dövründə yaranan PPK bu iki milləti parçalamaga başladı.İndi isə bu məsələ Türkiyəyə düşmənçilik edən digər dövlətlər üçün də maraga çevrilib.Üzdə İki dövlət bir millət deyən “Ulu öndər”siyasətinin də altında bu məsələ özünü qabarıq görsədibdir.Hələ Naxçıvanda olarkən Dilanla,A.Öcalanla keçirilən görüşlər buna bariz misaldır.Eyni zamanda bütün dünyada yaşayan kürdlər bu gün də Azərbaycanda müəyyən genirallarla sıx əlaqədirlər və buradan müntəzəm dəstəklənirlər.Azərbaycan xalqı bu gün ayılıb bu hakimiyyəti vaxtında yıxmasa xalq öz acı taleyini sabah qarşılayacaq.Buna əmin ola bilərsiniz.Söhbət təkcə Azərbaycanın varidatının talançılıgından,xalqın köləliliyindən getmir,eyni zanada dövlətçiliyimiz də kölgə altındadır.Hətta bu gün elə bir siyasət hökm sürürki kürd olmayanlar belə şüursuzcasına bir qarın çörəyə görə özünə kürd adı qoyur.
    Hələ 1991-ci ildə Türkiyənin Agrı bölgəsinə getmişdim.Məndən Naxçıvanda tanınan Vəli adlı birisinin necə adam oldugunu soruşdular.Dedim ki,pis adam deyil,amma onu söydülər və pis adam oldugunu bildirdilər.Vəlini mən yaxşı tanıyırdım və qayıdanda ona bildirdim ki,səni Agrıda yaman pis adam oldugunu dedidələ.Cavabında isə bildirdi ki,onlar gəlib Naxçıvanda kürd siyasəti aparırlar mən isə onları təhqir edib buna imkan vermirəm,odur ki,onların
    məndən zəhləsi gedir.Dogrudan da əvvələr biz belə şeylərə əhəmiyyət vermirdik və bilmirdik ki,kim kürddür,kim türkdür.İndi isə çox şərəflə kürdlüyünü etiraf edənlərin sayı artıbdır.Hal-hazırda Azərbaycanda bu məsələ qabarıq halda özünü görsədir.Çox ciddi məsələlər var ki,yəqin ki,qısa tarix ərzində üzə şıxacaqdır.Amma bu məzlum xalqımız hələ “Fil qulagında”mürgü vurur və sabahgı acı taleyini görə bilmir.Yatmaq vaxtı deyil ey əhli-kef millət,ayılın!

  6. Bu xalqa düşmən lazım deyil.Bu xalq özü-özünə düşmən,qənim kəsilib.Söhbət təkcə adi xalqdan getmir.Elə baş bilənlərimiz,deputatlarımız elə bilirsiniz ki,dünyada eyni zamanda daxilimizdə gedən siyasətdən anlayırlar?Əsla yox.Onlar bir qarın çörəyə,vara-dövlətə görə robotlaşıblar,kölə,qul olublar.Bunları “Ulu Öndər” bir-bir ələkdən keçirib,ona görə də 20 ildir bu hakimiyyətin daimi üzvü seçiliblər.Amma bir vaxtları bunların əksəriyyəti onu söyənlər olublar.Amma “Ulunu”hakimiyyətə gətirənlərin və onu anlamayaraq sevənlərin əksəriyyəti ilk öncədən vurulub sıradan çıxarıldı.Elə Rəsul Quliyev,R.Cavadov,rəhmətlik Afiyyəddin və digərləri bu saxta hakimiyyətin qurulmasında ən böyük rəqiblər idi.Ona görə də vaxtında hamısı sıradan çıxarıldı.Çünki bunlar indikilər kimi robort ola bilməzdi,çünki cəsarətli idilər,xalqın taleyini düşünən idilər.Belələri isə təbii ki,”Ulu öndərə”sərf edə bilməzdi.
    SNQ dövlətləri içərisində iki nəhəng diktator rəhbərlik edib,biri Tükmənistanın Türkmənbaşı,biri isə Ulu öndər.Amma bunların dünyaya baxışları,siyasətləri fərqli idi.Türkmənbaşı yetimçiliklə böyüməsinə baxmayaraq şəxsiyyətə pərəstliyi,özünə güvənliyi ilə bərabər agıldan bir az xəstə idi.O imkan vermədi ki,türkmənistanda müxalifət deyilən qüvvə olsun,odur ki bir vaxtları baş qaldıranları dərhal ölkədən digərdin salıb viza rejimi yaratdı.Mənim Türkmənistanda bir tanışım o zaman DİN də uqolovnu rozuskunun rəisi olub,and içir ki,göstəriş verdi bir gecənin içində 28 adamı diri-diri basdırtdırdı.
    Amma Ulu öndər isə xalq,vətən ugrunda düşünənləri xalq qarşısında düşmən obrazına çevirə bildi,hərəsinə xalq,dövlətçilik düçməni adı verib sıradan çıxardı.Eyni zamanda imkan verdi ki,müxalifət qüvvələri yaransın.Dərhal da müxalifəti keçi qiymətinə satın aldı.Bir qismi deputat və digər vəzifələr postuna qoyularaq açıq-aşkar hakimiyyətə işlədi,digərləri isə podpolnu adını ana müxalifət qoyub xalqa qənim kəsildi.İndi düşünün nə üçün və kimlərin hesabına hakimiyyət bu qədər var-dövlətə sahib olub gücləndi?Çünki qarşılarında satın aldıqları “ana”müxalifət var.Hansı tarıxdə və ölkədə görmüsünüz ki,müxalifət biri-birinə irad tutsun,biri-birinə düşmən kəsilsin?İndi təsəvvür edirsinizmi nə üçün xalqının taleyini düşünən,onu bu bataqlıqdan çıxarmaga can atan Rəsul Quliyevə qarşı həm müxalifət,həm iqtidar,eyni zamanda turqutlardan hücümlar edilib ləkə,qara yaxılır?Bu haqda dərindən düşünün ey biçarə xalq.Dostunuzla,sizin taleyinizə yananla, düşməniniz göz önündədir.Sadəcə bunu görmək,anlamaq lazımdır.Bunu anlaya bilsək, deməli sabahımız hələ birdəfəlik məhv olmayıb,anlamasaq o zaman vay bu millətin halına!
    Yalandan haray-həşir salanlara fikir verməyin,bu canfəşanlıq bu hakimiyyətin ömrünü uzatmaq vasitəsidir,bunu anlamaq lazımdır.Bizim xalqımızın yeganə çıxış yolu,sabahı Rəsul Quliyevdən asılıdır ona kişiyana dəstək ola bilsək bu xalq yaşayacaq,yoxsa sabahımız məhvə gedir,inanın buna!

  7. xalqin haqqinda dushunene baxin. Get qerdesh öz sosial veziyyetini duzelt sonra xalqim söyle.Ay bedbext gold-dia@mail.ru siz hakimiyyrte gelseniz indiki hakimiyyetdende zalim kafir olacaqsiniz bu xalqa qarshi.Lenin sizlerden yaxshi olmush bu xalqa.

    • Bedbaxt Lenin sen qarshindakini “sen kasibsan” demekle ashagilamaq isteyirsen. Meger insanliq budursa bizim heyvanlardan ne ferqimiz var?. Meshede bütün heyvanlar Aslandan qorxmaga mecburdur, cünki aslan daha güclüdür, ancaq meshede ceyranda yahsayir ve aslandan ferqli olaraq, gözelliyi ile insanlari özüne valeh edir. Cenab Lenin biz deyende elbette ki, göz qabagina ilk önce Resul Quliyev faktoru gelir ve siz bu hakimiyyete gelmemishden cox qabaq yüksek vezifelerde calishib. Indi siz biraz leninliyinizi bir kenara qoyub hemin vaxtlar ishlemish, yashamish insanlardan sorushun. Sorushun görek Resul Quliyev nece kishi olub? ve eshitdiklerinizi de oldugu kimi burda yazmaga cehd edin. Maraqli burasindadir ki, siz özünüzde bu hakimiyyeti “zalim ve kafir” adlandirirsiniz. Bashqa cebheden olsanizda, fikirleriniz bu hakimiyyetin fikirleri ile eynidir. “Get qerdesh öz sosial veziyyetini duzelt sonra xalqim söyle.Ay bedbext gold-dia@mail.ru ” yazmazdin. Sen bilmirsen ki, bu memleketde yaxshi yashamaq ücün en azindan gedib heydar aliyev adina bir dash parcasinin qabaginda “bashin ashagi ,,,, yuxari” dayanmalisan? Indi dostumuz gold-dia@mail.ru bey bunu etmirse dönüb olur kafir?

    • Bədbəxt adam heç olmasa Lenin kimi bir şəxsiyyəti biabır eləmə,axı o ad sənin kimilərə yaraşmır.İkinci isə hər halda mənim şəxsi sosial vəziyyətim çox güman ki,sənin sosial durumundan yaxşı olar.Buna baxmayaraq məni daha çox xalqın sosial durumu maraqlandırır.Belə olmasaydı mən də sənin kimi başımı soxardım qınıma sənin kimi yaltaqlıq edərdim.Amma darıxma biz hakimiyyətə gələcəyəyik və xalqın sosial durumu da azadlıgı da tam təmin olacaqdır,buna heç şübhən olmasın,o zaman sənin kimilər yenə bir daha yaltaqlıq edə bilmiyəcək.Çünki əminəm ki,xalqın öndəri və lideri Rəsul Quliyev ilk növbədə yaltaqlara qarşı kəskin mübarizə aparıb xalqı bu tüfeylilərdən təmizləyəcək ki,xalq arasında saglam mühit olsun.Əfsuslar olsun ki,sənin kimi yaramazlar xalq arasında çoxdur,lakin 2013-cü ildən bunların sayını azaltmaga başlayacagıq.
      Biz bilirik ki,indiki hakimiyyət biz xalqa qarşı qənim kəsilib və ondan umacagımız yoxdur,amma sizlərdən isə “rezin”kimi istifadə edirlər çox güman ki,hələ sənə növbə çatmayıb,əmin ola bilərsən ki,növbən çatanda ayılıb görəcksən ki,canfəşanlıgın nahaq imiş,artıq heç nəyə lazımsız bir məxluqsan.

  8. Hatem oxumaqla insana agil verilmir.Qalstuk asmaqlada insanin agli yuksek inkishaf etmir.
    Men cenab Resul Quliyevi cok gözel taniyiram ve sizlerdende önce.Menim ona qarshi daimi musbet fikirde olmusham.Onun haqqinda da cok gözel,musbet fikirler sade insanlarin dilinden eshitmishem.Bu o demek deyil ki,men kimseni tenqid ede bilmerem.Tenqid her bir vertendashi etmek olar hemin tenqid esasinda özune heyatda tecrube qazanmaq shansi verilsiin.Gold-dia@mail.ru size gelince siz menden qat-qat zengin olsanizda men bununla fexr ede bilmerem.Eksine nifret edirem butun Azerbaycan rushvet ustunde qurulmush tarixler boyu bu gunde inkishaf edir rushvet.
    Bu gun Azerbaycanda geden cok qeliz,qapali hakimiyyet siyasetini siz anlasaydiniz bu cur gözel vaxtinizi burda serf etmeyin evezine ön cebhede olardiniz.Siz Hatem ve Gold cenablari sizin yalniz amaliniz ,Resul Quliyev hakimiyyete gelsin siz ise her hansi vezifede oturub ximir-ximir xalqin servetini talayib yemekdir.Men sizlerden cok-cok yashda böyukem buna baxmayaraq sizin helede agliniz o geder yuksek inkishaf etmeyib eksine kutleshib.Yaxshi olar ki,siz bu siyaset arenasinda yaxshi tecrube qazanmaq ucun siyasetcilerden ders ve ibret göturesiniz.
    Vladimir Ilic Lenin böyuk dahi insan olmush ve ona tarix qiymet vermish.Vladimir Ilic Lenin idealari insanlari guneshli gunler verdi.

    • Lenin inanin semimiyyetime, menden yashda böyük olsanizda cox dayaz kafaya maliksiniz. Men inanmadim ki, siz Resul Quliyevi yaxshi taniyirsiniz. Biz sade siradan bir vetendashiq ve bizim kimilerin yaxshi sözlerine Resul Quliyev kimi shexsiyyetin hec ehtiyaci yoxdur. Sen yaxindan tanisaydin, vezifeye rushvet almaq ücün gelmek isteyenlere qarshi Resul Quliyevin amansiz mövqede oldugunu bilmeliydin. Bunlara qarshi nece reaksiya verdiyini xatirlayanda, onunla birde görüshmekden qorxmaya bilmirsen. Men bunlarin canli shahidi olmusham.
      O ki qaldi mene: Menim hec kime ve hec neye ehtiyacim yoxdur, xüsusi ile sene qeyd edirem ki, qessengde pulum var. Bunu men rüshvetle deyil, eziyyetimle qazanmisham, yeni bunu etmek qabiliyyetim var. Bundan sonra “bizlerin meqsedi vezifeye qazanib rüshvet yigmaqdir” fikriniz ne qeder mentiqli görünür?.
      Siz qeyd etdiyiniz ki, agilli olsaydiniz, bundan sonra rüshvetle varidat yigmaqin mümkünsüz oldugunbu derk ederdin, biz artiq bashqa dünyada yashayiriq. Brazdan hemin xalqdan ogurlanmish pullar sahiblerini nece xoshbext edeceklerinin shahidi olacaqsan, bir azda döz,,,
      Ona göre rahat olun, emin olun ki, Resul Quliyev hakimiyyete gelse ilk önce sizin kimileri azad edecek, qelbinizdeki “tamahin” girovlugundan.
      Fikirlerinle hakimiyyet haqda “ölmez kassey” obrazi yaradirsan, bunun özü bu rejime xidmek etmekdir.

    • Agıl həm də yaşda deyil,başdadır.Yaşının çoxlugu da görsədir ki,agzından süd iyi gələn bir cocuq da səndən agıllıdır.Yazdıgın şərhindən məlum olur ki,milliyətin də bəlli deyil,yoxsa kürdü Azərbaycanlıdan üstün bilməzdin.Ən nəhayət,tənqid yaxşı şeydir,amma sənin kimi təhqirə layiqlər üçün deyil bu.”Azerbaycanda geden cok qeliz,qapali hakimiyyet siyasetini” anlayana bir bax!Yaşın nə qədər çox olsa da ölənəcən də bu haqda anlayışın olmayacaq və beləcə də sahibsiz tazılar kimi qorxudan havıldayacaqsan.Bu millətin bu günə düşməyinin əsas səbəbkarları sənin kimi millətsizlərdi ki,hakimiyyət də bundan istifadə edib dediyin kimi “cok qeliz”siyasət aparır.Sənin kimilər qara çiban,ləkədir bu millətə.

  9. Salam, Rəsul m.
    Xahiş edirəm aşağıda yazdığım fikrə aydınlıq gətirəsiniz.
    1993-cü il 17-18 iyul hadisələri haqda –Əbülfəz-Elçibəyin Bakını tərk etməsindən qabaq kimlərlə görüşməsi haqda hətta Əbülfəz-Elçibəyin özü də deyirdi ki, gecə saatlarında (saat 12-dən sonra 12-30) H.Əliyev, R.Quliyev və E.Məmmədovla görüşü olub və onlarla olan söhbətdən sonra Bakını tərk etmək qərarına gəlib. Onlarla söhbətdən belə nəticə çıxarıb ki, o, rus keşfiyyatını qabaqlayıb, törədilə biləcək Görcüstan qirğından və s… bizi xilas etmək üçün gecə ilə Bakını tərk edib. Lakin Siz burda deyirsiniz ki, Əbülfəz-Elçibəylə görüşməkdə israrlı olmusunuz o Sizi qəbul etməyib. Onu da qeyd edim ki, Əbülfəz-Elçibəyin dediklərini bir çox başqa adamlar, o vaxt prezident aparatında olanlar da təsdiqləyirdi. Bu haqda mətbuatda çox yazılmışdı. Beləliklə, Siz deyənlə Əbülfəz-Elçibəyin dedikləri ziddiyyət yaradır.
    Odur ki, çox xahiş edirəm səmimi olaraq bu məsələyə aydınlıq gətirin. Ancaq səmimi ya da cavab verməyin. Susun…

    • Bir daha Ə.Elçibəylə axşam saat 10-dan sonra heç bir görüşüm olmayıbı təsdiqləyirəm.Siz mənə Elçibəyin harada yəni verdiyi intervyunun ayın neçəsində hansı qəzetdə çap olunmasını göstərməklə gecə saat 12-dən sonra bizimlə görüşdüyünü yazın mən o qəzeti tapıb oxuyaram və belə bir şey varsa Əbülfəz bəyin səhv etdiyini təsdiqləyərəm.Bu həddən artıq səmimi cavabdır.Anlaya bilmirəm bu görüşün vaxtını gizlətmək mənim nəyimə lazım ola bilər.Elçibəyin Bakını tərk etməsinin mənə nə dəxli ola bilər. Fikirləşirsiniz ki, əgər Elçibəy mənimlə görüşsə idi onu getməyə qoymazdım deməklə mən özümün necə qəhrəman olduğumu göstərmək istəyirəm. Sakit olun,görüşəndən sonra belə onun getmək fikrindən daşınacağını indi artıq demək mümkün deyildir. Bu Azərbaycan üçün elə böyük talehyüklü məsələ deyil,sadəcə olaraq tarixi saxtalaşdırmaqdan zəhləm gedir.

  10. Bağışlayın, mən əvvəlki yazımda 1993-cü il 17-18 iyun əvəzinə səhv olaraq 1993-cü il 17-18 iyul yazmışam.

  11. Cok hörmetli:Cenab Resul Quliyev 2013-cu ile cok az qalmish sizin apardiginiz siyaset cok zeif ve leng gedir.Lakin sizin tecrubeniz siyasetde az olsada, iqtisadiyyatda böyuk tecrubeye maliksiniz.Bu gun sizin etrafiniza yigishan siyasetciler guclu tebligat aparmali. Lakin Azerbaycanin sheher,kend,rayonlarinda xalq bu tebligatdan cok-cok kenarda qalmishlar.Hakimiyyetin söylediyi kimi Azerbaycanda suretle inkishaf gedir lakin bu qondarma inkishaf sadece Azerbaycanin sheher rayonlarin merkezinde park ve Heyder Eliyev merkezi ile tamamlanir.Baki paytaxtinda ise mehmanxana,yuksek binalar , kefiyyetsiz körpu,yollar tikilmekle buna suretli inkishaf demezler.Ilk önce xalqin saglamligi,xalqin tehsili,medeniyyet,muasirleshme inkishaf etmeli.Azerbaycan hakimiyyetinde olan memurlarin sexsi heyatlari yuksek inkishaf edir.ACP-nin görduyu ishler bu gun qenaetbexsh deyil ona göre ki,bir Bakinin paytaxtinda tebligat aparilmamali butun rayon ve kendlerde ehali arasinda guclu tebligat aparmali.Bu gun rayonlarda ve kendlerde kimden sorushursan genc nesilden ACP-nin sedri Lideri kim oldugunu bilmirler ve partiyanin gelecek programindan hec bir melumatlari yoxdur.Azerbaycan hakimiyyeti 20 ildir azerbaycanin daxilinde apardigi gizli siyasetden xeberiniz varmi eger varsa ne ucun bunun qarshisi alinmir.Eger yoxdursa ne ucun bu haqqda maraqlanmamisiniz.Azerbaycanda aparilan gizli siyaset gelecekde Azerbaycan xalqina böyuk zerbedir ve bu zerbe tarixler boyu sagalmaz yara ola biler.Nece ki,ermeni teroristleri Azerbaycanda bu gun at oynadir. Cenab Resul Quliyev Azerbaycanda xalq hakimiyyetini qurmaq ucun hec bir demokratiya,azadliq buna yol vermeyecek.Cunku bu gun Azerbaycan hakimiyyeti terefinden zorla xalqin servetleri dagidilirsa,sexsi mulkleri qeyri shertsiz bashina ucurdulursa,haqqlari tapdalanirsa zeli kimi xalqin qani memurlar terefinden sorulursa.Demek bu gun hec bir demokratiyadan ,azadliqdan ve yaxud azad secki yolu ile hakimiyyete gelmek bu bir guluncdur.Siz özunuz Azerbaycanda rehber vezifelerde ishlemisiniz ve yaxshi bilirsiniz ki,Azerbaycanda hec zaman azad,musteqil seckiler kecirilmeyib ve kecirilmeyecek nece ki,diktator rejimi fealiyyetdedir.
    Sizin parlament sedri ishlediyiniz dövrde de parlament seckileri demokratik kecirilmeyib ve secilen millet vekilleri rushvet vererek secilmishler ve bu gunde bu davam edir.Demeli xalqa zulm eden diktator hakimiyyetini biz bu un zorlada olasa qan tökulsede istefaya göndermeliyik.
    Bu xalqin isteyidir.Azerbaycan xalqinin 90% bu hakimiyyetin elehinedir.Xalqi siz bir lider kimi etrafinizda birleshdirmek ucun ACP guclu tebligat kompaniyasina kecmeli. Sizinde Azerbaycana qayitmaginiz neinki 2013-cu ilde prezident seckilerinde bir namized kimi Azerbaycana dönmeyiniz bu bir fakt deyil bunun qarshisi hakimiyyet terefinden alinacaq ve alinir.Sizin hal-hazirda Azerbaycana dönmeyiniz ve Azerbaycanin butun rayonlarina,kendlerine gedib ehali ile görushmeyiniz bu gun su ve hava kimi xalqa lazimdir.Bunu siz derk etmelisiniz ve bu gunden ehtibaren Azerbaycana dönmeyinizin yollarini axtarmalisiniz.Eger siz Amerikada oturub yazmaqla,video cixishlarla hec ne elde edilmeyecek ona göre ki,men hesab edirem siz Azerbaycana dönseniz yuzminlerle ehali kucelere cixacaq ve sizi qarshilayacaq.Bunu hakimiyyet bilir ve neyin bahasina olur olsun bunun qarshisini almaq isteyir ve alir.Azerbaycana dönmeyiniz xalqin böyuk etimadini qazanmalisiniz buna men eminem.Lakin yollarini arayib axtarmaq lazim hansi yolla ve nece dönmek lazim bunu siz cok gözel bilirsiniz.Sizin 2013-cu ile kimi Azerbaycana dönmeseniz Azerbaycan xalqinin talehini bitmish hesab edin bu 100 illerle bu hakimiyyet xalqi istediyi kimi idare edecek.Azerbaycanda geden bezi shux shaxeli siyasetin hansi istiqamete getdiyini siz cok yaxshi bilirsiniz sizden bashqa ele bir lider yoxdur ki,bunu anlayib derk etsin.Azerbaycanda Eli Kerime hal-hazirda tele qurulur………….? Isa Qember özunuz bilirsiniz bu xalqin talehi onu maraqlandirmir onu maraqlandiran öz sexsi maraqlari ve siyaset arenasinda qalib bir siyasetci kimi siyasetini yalan-dogru davam etsin ve sifarishleri yerine yetirsin.Men dushunrem ve burda butun sherh yazanlarin ve aktiv ishtirak edenlerin yazilarini oxuyuram hec kim hal-hazirdaki durum haqqinda fikirleshmir ve mövzudan kenar suallar verilir kecmish siyasi dövrlerden.Her bir azerbaycan vetendashi bilmelidir ki,bu gun qarshidan duran yalniz bir meqsed ve amalimiz olmali ,cenab Resul Quliyevin Azerbaycana dönmesi ucun xalq kucelere cixamali bhunu hakimiyyetden teleb etmeli ve yaxud hakimiyyeti zorlada olsa istefaya, göndermeliyik.
    Azerbaycanin musteqilliyini azerbaycan xalqi shehid vererek qazanmish ve indiye kimi qoruyub saxlamish bu tarix saxtalashdirila bilmez bunun qarshisi alinmali.Hakimiyyetin qulu olan Ixtiyar Shirinov bu gun Etibar Memmedovu lekelemek ucun saxta cixishlar edir bu hakimiyyetin sifarishi ile yerine yetirilir.Azerbaycanda xalqi terefinden sevilen cenab Resul Quliyev,Etibar Memmedov, bu gun hakimiyyete xidmet eden iki uzluler terefinden neyin bahasina olur olsun xalqin gözunden salmaq ve hebs etmekle bu cur cirkin emmelerinden el cekmirler. Nemet Penahli xalqa azadliqi bexsh eden zindanda sesi alinib.Eli Kerimliye yeni tele.Bu cur cirkin siyasetlerin qurbanina cevirilmsi Ixtiyar Shirinov kimi yaltaqlar Azerbaycanda coxdur ve bunlardan ehtiyatlanmaq ucun xalqi ayaga qaldirmaq ve 2013-cu ili gözlemeye deymez.Xalq zorlada,qanlada olsa hakimiyyeti istefaya göndermeli.

  12. Azerbaycann xalqi bu gun azadliqdan mehrumdur,polis deyenekleri ile xalqa zulmler edilir.Xalqin huquqlari tapdalanir.mitinqlerde qadina,ushaqa,erkeke baxmayaraq dubiinka ile döyulur fiziki saglamliqlari itirilir.Polis bölmelerine aparilan bezi vetendashlarimiz döyulerek qetle yetirilir ve saxta ekspert reyleri ile urek tutmasi ile ölmesinii tesdiq edirler.Azerbaycan xalqinin bashina bu gun zulmler eden hakimiyyetle hecde demokratik,azad secki yolu ile xalq qelebe calmayacaq.Bu gun bir yolumuz var zalimlara,qarshi zalim olmaq lazim.

    • Əzizim M.Qənbər,ürək yangısı ilə yazdıqlarınız təbii ki,göz önündə olan faktlardır.Lakin bu faktları və faciələri aradan qaldırmaq üçün Rəsul müəllim var gücü ilə fəaliyyət göstərir.Düzgün qeyd edirsiniz ki,təbligatımız zəifdir.Amma bunun əsas səbəblərindən biri də budur ki,əhalinin əksəriyyəti internetdən istifadə etməyi bacarmır,media tam blokadadır,bəzi müxalifət qəzetlərinin çoxu iqtidarın yüksək məmurlarının tabeliyindədir.Elə müsavat qəzetinin özü geniral R.Usubovun ixtiyarındadır.Siz elə bilirsiniz ki,bunu məgər İsa Qənbər bilmir?Çox gözəl bilir və o özü bu xalqın xain nankorudur.Belə bir şəraitdə təbii ki,təbligat aparmaq çox müşküldür.İqtidar tör-töküntüsü,gəda-güdələr elə Rəsul Quliyevin blokunda da cənfəşanlıq edir,Rəsul müəllimin əleyhinə agızlarına gələni danışıb şər-böhtan atırlar.Çünki dahi “Ulu”bu milləti elə zəhərləyibki hamı biri-birinə düşmən kəsilib.Təbii ki,düşüncəsi olan insanlar bunu dərk edir və anlayır,amma zatı qırıqlar,milli hissi olmayanlar robort kimi nə mənsəbə qulluq etdiklərini hələ də anlaya bilmir.Hamı bilir ki millətin 80 faizindən çoxu bu hakimiyyətə nifrət edir.Sizi inandırım ki,bunun ən azı 70 faizi Rəsul Quliyevə etibar edən,onun siyasətinə inan insanlardır.Mən müntəzəm olaraq əhalinin elit təbəqəsi ilə təmasdayam və hamı Rəsul müəllimi dəstəkləyir,amma hələ də inana bilmir ki,bu qəddar rejim onun vətəninə qayıdışına imkan verər.Lakin insanlar anlaya bilmir ki,hər bir məsələ xalqın iradə və təpərindən asılıdır.Xalq ayaga qalxsa görəcəksiniz ki,bu acizlər xalqın qarşısında tab gətirə bilməz.Rəsul müəllim mütləq Respublikaya gələcək buna 100 faiz mən əminəm.Yaxın günlərdə Allah qoysa Rəsul müəllim ofisini Azərbaycan ətrafında yerləşdirəcək,buna əmin olun.Əsas məsələ odur ki,beynalxalq qurum Rəsul müəllimin prezident seçkilərində iştirakına hüququ qanun versin və bu məsələ yaxın vaxtlarda öz əksini tapacaq.Əslində isə xalq ayaga qalxıb bunu tələb etsə Rəsul müəllimin respublikamıza gəlişi daha asan olar.Amma nə edək qanı zəhərlənmiş xalqımızı qınamaq da olmur,geci-tezi bunu anlayıb ayaga qalxacaq!Kür bir az qalxanda respublika onun qarşısını ala bilmirdi,təsəvvür edin ki,Xəzər qalxsa necə olar?Hələ Okeanı demirəm.Bax bu anlamı xalq düşünsə o zaman millətin problemi ola bilməz!Bunun üçün sadəcə qürur,milli birlik lazımdır.

  13. Mənim millətim,qanım-canım,qardaşlarım!Siz elə düşünürsünüz ki,biz Azərbaycanımızı,milliliyimizi,qürürumuzu son 20 ildə itirmişik?Çox yanılırsınız,biz düz 42 ildir bir şeytana inanaraq bu varlıgımızdan uzagıq.Artıq demək mümkünsə bıçaq sümüyə dayanıb və hələ müəyyən hisssəmiz (çox az) indi anlayırıq ki,biz bütün varlıgımızı itirmişik.Bax,bunun nəticəsidir ki,biz qəflət yuxusunda uyuyuruq,ayıla bilmirik.Əgər bu 2012-ci ilin sonunadək bunu anlamasaq bu millətin sonu kölə,quldur!Heç kimin buna şübhəsi olmasın.Amma mən hələ də inanıram və ümüdüm var ki,bu millətin qeyrət damarı oyanacaq və azadlıgına qovuşacaq.Bu dediklərim həm zülm çəkən millətə,həm də indiki hakimiyyətin daxilində keyf çəkən milli vətəndaşlarımız olan millətimizin qanananına və qanmayanına aidddir.Bu gün bunu anlamasaq inanın ki,biz cəhənnəm, balalarımızın sabahı qaranlıq zülmət olacaq!Sadəcə kişiliyinizə qayıdın,qeyrətə gəlib Rəsul Quliyevə dəstək verin ki,varlıgımıza yiyələnək,milliliyimizə nəsib olaq!Çünki gələcəyimiz,sabahımız,xoşbəxtliyimiz bu gün yalnız ondan asılıdır!Düşüncə ilə bunu anlasaq başa düşərik ki,Rəsul Quliyev uzaq başı beş il dövlətimizə rəhbərlik edəcək və bu müddətdə dövlətçiliyimizi elə nizamlayacaq ki,ondan sonra lap naşımız belə rəhbər olsa problemimiz olmayacaq.Azad nəfəs alıb milli qürurumuzla dövlətçiliyimizi stabil saxlaya biləcəyik və bu xalq öz firavanlıgına nəsib olacaq!Xahiş edirəm milli qüruru olan,sabahını və gələcəyini düşünən hər bir vətəndaşımız bunu anlayıb qardaşcasına birliyinə nail olsun!

  14. Musavat qezetinin bash redaktoru Ramil Usubovun qara quludur.

  15. Salam. Cavabın üçün təşəkkür edirəm. Yazılı materialları əldə etməyə çalışacam və tapan kimi Sizə məlumat verəcəm. Siz dediyiniz kimi, bu elə də böyük əhəmiyyət kəsb etmir lakin, tarixi saxtalaşdırmayaq. Çünki Əbülfəz bəy hər şeyi , daha doğrusu ölkə üçün, xalqın müqəddəratı üçün əhəmiyyətli olan faktları ya “zamana ehtiyacı var” deyərək demədi, ya da söz-arasına söz qatdı…. Son zamanlar onun zəhərlənməsi ilə ortaya atılan diskusiyalar da bunun nəticəsidir. Biz azərbaycanlılar deyirik “Ölənin arxasınca danışmazlar ya da danışanda yaxşı sözlər danışarlar.” Bağılasın məni Azərbaycan xalqı, mən bu fikirlə razı deyiləm. Çünki tarixdə çox dahilər yetirmiş başqa bir xalqın isə belə bir məsəli var ” Ölkənin, xalqın taleyində həlledici, mühüm rol oynamış siyasi xadim, rəhbər haqda o dünyasını dəyişdikdən sonra nəinki danışarlar, hətta, lazım gəlsə onu qəbirdən də çıxararlar… mühakimə edərlər”.
    Sözümün canı nədir. Əbülfəz bəy 1988-1992-ci illər arasında Qarabağı, Siz də dəfələrlə dediyiniz kimi, sərhədləri bağlamaq, erməniri bizim konstitusiyaya riayət etməyə çağırmaq əks halda beynəlxalq müşahidəçilər çağırmaq, onların qabağında erməniləri avtobusa mindirib Qarabağdan çıxarmaqla azad etməcəyini deyirdi. Özü də bu təklifini Vəzirova, Mütəllibova deyirdi. Xalq da, o cümlədən mən də ona inanırdım. Vəzirova Vəziryan deyirdim və s. Lakin arada bir fikirləşirdim ki, yəni belə bir həll metodunu Vəzirov, Mütəllibov bilmirmiş, ancaq Əbülfəz bilirmiş!!! Neynək inandıq. Hakimiyyətə gəldi. Xalqda ruh yüksəkliyi yarandı. Orduda müvəffəqiyyətlət oldu…lakin 1992-ci ilin sentyabr-oktyabr aylarında Laçındakı “koridoru” həm könüllülər, həm də ordu heyəti bağlamaq istəyən zaman Bakıdan əmr gəldi “Koridoru bağlamaq olmaz! Xarici dövlətlər bizi ermənilərə soyqırımında ittiham edərlər! “. Bir çox gönüllü silahı yerə atıb, komandiri ilə söyüşüb ordunu tərk etmişdilər. Bu haqda həmin ərəfədə orada olmuş döyüşçülər də danışır. Bu nə oyun idi, bu nə xəyanət idi. Bu vaxta kimi bu işi xalqadan gizləyirlər…. O zaman 1939-1945-ci illərdəki müharibədə iştirak etmiş zabitlər Əbülfəzlə, İ.Qəmbərlə görüşmək istəyir, lakin görüşə vaxt ayrılmır, nəhayət İ.Qəmbərlə görüşürlər, müharibəni necə aparmaq, “koridoru” necə bağlamaq haqda öz təkliflərini ona söyləyirlər, o da deyir ki,”Koridoru bağlamaq olmaz!Bunu bizə icazə ….”.
    Sonra. Əbülfəz bəy 1997-ci ildə oktyabrında Kələkidən Bakıya qayıtdı və çıxışlarında belə bir fikir dedi ki, “…biz Şuşaya Təbrizdən getməliyik.” Xalqın artıq çox hissəsi “ayılmışdı”, torbada pişik olduğunu anladı!!! Əbülfəzin məqsədi xalqı Qarabağ məsələsindən ayırmaq və s. Amerikanın İran üzrə olan planını həyata keçirmək. Qarabağı ….
    Zaman keçdikcə, yəni, “ərəb baharı” və s.indiki hadisələr o vaxt Əbülfəzin həmin qlobal siyasətdə bir “oyuncaq” fiqur olduğunu göstərir.
    1998-ci il seşkisində də aranı qarışdırdı və s.
    2000-ci ildə Mirşahini “Ən yeni tarix”ində Mirşahin nə qədər israr etdisə o faktları de, xalq bilsin, yenə də demədi, “zamana ehtiyacı var, vaxtı çatmayıb və s….”.
    Acı da olsa bir sözü deyim, xalq Əbülfəzə öz “layiqli adını” verib, bunu Siz də bilirsiniz. Mən burda o “adı” yazmağı özümə rəva bilmirəm.

    Məni, bunlar, “koridor” haqda Sizin fikriniz çox maraqlandırır.
    Çünki, Siz də onlarla əvvəllər bir “cəbhədə” olmusunuz və indi də arada bir onlarla bir olmaq fikrində bulunursunuz.,
    Xalq onun başına gətirilənləri bilməlidir. Məşhur məsəldə deyildiyi kimi, bir nəfəri həyatı boyu aldatmaq olar,…… hamını həmişə aldatmaq olmaz!
    Vaxt gələcək ….

  16. Hörmetli Resul Quliyev cenablari siz uzaqda oturub,toydan danishirsiniz.Yaxshi olar ki,bir defelik minib ucaqa gelesiniz Gurcustana ve ordanda gece iken serhedi piyada pozub Azerbaycana giresiniz. Xalqin arasina cixib cixish edesiniz. Zindandan qorxmaq lazim deyil.Sizi zindana ata bilmezler xalqin 95 faizi sizi destekleyir.Amerikada oturub Azerbaycan siyasetinden dem vurmaq bu hecde realiqdan xeber vermir. Yaxshi olar zorlada olsa geri qayidasiniz.Siz isteyirsiniz hakimiyyet dagilsin siz ise Azerbaycana gelib prezident olasiniz.
    Bu mumkun olan ish deyil hakimiyyyeti dagidan oglanin özude prezident olacaq.

    • Hörmətli Əhməd xan siz düşünürsünüz ki, mənim təyyarəyə minib Gürcüstana gəlməyin mümkündür?Səhv edirsiniz,İlham Əliyev xalqın pulunu düşünürsünüz müftə yerdən Saakaşviliyə bağışlayır.Düşünürsünüz ki,mən bilmirəm ayağım Azərbaycana dəysə məni həbs edə bilməzlər,və doğrudan düşünürsünüz ki,mən həbsdən qorxub gəlmirəm.Çoz bəsit düşünürsünüz.

    • Ehmed xan özünüzde qeyd edirsiniz ki, xalqin 95%-i Resul Quliyevi destekleyir. Sonrada meslehet verirsiniz ki, “bir defelik minib ucaqa gelesiniz Gurcustana ve ordanda gece iken serhedi piyada pozub Azerbaycana giresiniz.”. Piyada mentiqinize heyran qalmamaq mümkün deyil…

    • Bəzi agzı göyçəklər hakimiyyətin şər-böhtan diqtəsi ilə düşünür ki,Rəsul müəllim milyonlar aparıb.Əgər belə idisə necə oldu ki,Ulu öndər (indi olmasın) onu öpüb yola saldı?İkinci isə bunlar xalqın varidatını hər gün talayır,xalqın milyardlarını saga-sola səpib öz şkuralarını qoruyur,bütün Azərbaycanı özəlləşdirib başımıza da qapazı vururlar M.Ə.Sabir demişkən dinməyiriz,qoyun kimi zopa altında məliyirik.Amma danışanda agzımıza çullu dovşan sıgmır.Əzizim Əhməd xan,Rəsul müəllim nəinki Gürcüstana,hətta öz vətəninə də qayıda bilər və buna haqqı da var.Amma o zaman ki,bu xalq həqiqətən xalq ola,ayaga qalxıb onun gəlişini tələb edə.Lakin buna cürətimiz çatmır,birliyimizi parçalayıb hamını biri-birinə qarşı düşmən,satqın ediblər.Satqınlıq,yaltaqlıq Azərbaycanı bürüyüb,qanına,iliyinə işləyib.Yer kürəsində hələ bizim kimi “unikal” -rəzil və yazıq millət yoxdur və olmayacaq.Amma bu millət qeyrətə gəlib haqqını tələb etməyi bacarsa o zaman azadlıgına qovuşar,insan kimi yaşayışını təmin edə bilər.Əks təqdirdə bu millət bundan da rəzil,səfil bir günə düşücək.2013-cü il bu millətin son şansıdır,bundan istifadə edə bilməsə ömrü boyu qapaz altında inildəyəcək,kölə,qul halında dəyənəklənəcək!

  17. Bu millətin zalım hakimiyyətdən,qəddar rejimdən şikayət etməyə haqqı yoxdur.Ona görə yoxdur ki,bu millət özü-özünü rəzil edib qapazı başına vurdurur.Cürəti,qeyrəti,mənliyi olan xalq heç vaxt inildəməz,rəzil günə düşməz!Özü də gözlərinizi açıb diqqətlə baxın kimlərin qarşısında,beş-on nəfər dılqır bu milləti qoyun kimi otarır,eşşək kimi belinə minib çapır.Hələ bu azmış kimi deyirik Allah ömrümüzdən kəsib bunların ömrünə calasın.Budur millətin əqidəsi,mənliyi.Dünya aləm öz azadlıgı,mənliyi,varlıgı ugrunda bübarizə aparsa dinməyin,tısbaga kimi qınınıza girib gizlənin,hələ fürsət düşsə biri-birinzə badalaq da vurun,qoyun milləti əzsinlər,varidatını talayıb,başına da qapazı vursunlar,satqınlarımızın vasitəsi ilə Rəsul Quliyev kimi qeyrətlilərimizə ləkə yaxıb vətəndən didərgin salıb milləti başsız,yetim qosunlar.Qırgızlar,ərəblər və digərləri uzaqdan baxıb bizi lənətləndirsinlər,kül sənin millət başına desinlər!

  18. Hörmetli:Hatem Esedov piyada deyende niye bele teeccublenirsiniz. Demokratik insanlar piyada ve velosipedlede geze biler ve mesafeni qet ede biler.Siz Azerbaycanda bahali mashinlara minib piyada gezmeyi öyreshmemisen.Cenab Resul Quliyev demokratik sade bir insandir piyada da olsa xalqi ucun bunu eder.Lakin men piyada sözunu misal getirdim siz ise kercekden anladiniz.Hatem savadiniza söz yoxdur lakin metni oxuyanda yaxshi oxu ve derk et gelecekde vezife tiutmaq arzusundasan.Xalqin shikayetlerini bu cur oxuyacaqsansa vay o xalqin halina sizin kimi vezifeli memuru olsun.
    Saakashviliye gelince pul bagishlamalari bir olsaydi insani yandirmazdir.Mesele budur ki,xalqin Servetleri Somaliden tutmush butun dunyaya sepelenmish Heyder Eliyev merkezleri tikilir. Eger dushunursunuzse beledir Ilham Eliyeve dushmen ölkelere ucun samalyotla.Iran,Rusiya,Daqestan.Men dushunurem 15 il Amerikada gözel biznes qursaydiniz belkede milyardlar sahibi olmusghdunuz. Dushunurem Azerbaycana sizin daxil olmaginiz bu gun hava ve su kimi lazimdir.Xalq sizi mudafie edecek. Ilham Eliyev Saakashviliye pul buraxmish sizde Obama ile Putine buraxin)))))))))

    • Ehmed xan söhbet her hansi bir insanin piyada ve yaxud velosebetle gezmeyinden getmir, eslinde siz özünüz yazdiklarinizi birde tekrar ve diqetle oxuyun. Söhbet hazirki hakimiyyet ücün cox tehlükeli bir shexsiyyetin 21-ci esrde bir dövletin erazisinden (qacaq yolla) bashqa bir dövletin erazisine piyada kecmesinden gedir. Men bu fikirlerinize göre sizin seviyyenizin “piyada”ligina heyran oldugumu bildirmishem )). Menim Azerbaycanda hec vaxt aftomobilim olmayib ve hemishe de piyada gezmishem. Cenab Resul Quliyevin demokratik ve sade insan oldugunu men sizden daha yaxshi bilirem deye düshünürem, cünki bütün bunlarin bir nece defe canli shahidi olmaq mene qismet olub. Men 10 ilden artiqdir Avropanin inkishaf etmish ölkesinde yashayiram ve burda dövlet memurlarinin insanlara nece xidmet etdiyini cox yaxindan müshahide ede bilmishem, yeni bu xidmetleri shexsi heyatimda da göre bilirem. Hemishe de “menim xalqim niye bele yashamamlidir”? deye ürek agrisi kecirmishem. Eslinde burda hec bir cetinlik yoxdur. Inanin ki, hakimiyete Resul Quliyev kimi bir demokratik shexsiyyet gelerse, bütün bunlari yaxin 3 ay erzinde Azerbaycanimizda temin etmek mümkündür.
      Size tam semimiyyetimle bildirirem ki, menim gelecekde Azerbaycanda her hansi bir vezife tutmaq niyyetim hec yoxdur. Yashadigim ölkede tez bir zamanda cox yaxshi ish qura bilmishem ve ilden-ile perespektivlerim dahada artmaqdadir.
      Meni inciden bashqa meseledir, men her defe bu ölkeye vergi ödeyende, bunu öz memleketimde, öz xalqima niye ede bilmirem deye cox ezab cekirem.

      • Siz cok sehf dushunursunuz hansi ölkede yashayirsiniz o ölkeyede vergi ödemelisen.O ölke size siginacaq verib qanadina almishsa siz o ölkeye sadiq vetendash olmalisiniz.Sizi dar gunde size himayelik eden dövlete bu qeder bigane yanshmaginiz ordan xeber verir ki,siz vergi ödemekle hemin dövlete cok görursusunz.Bu bele deyil insan harda yaxshi yashayirsa,onun huquqlari bir insan kimi harda qorunursa ora insanin veten kimi hesab oluna biler.Ikinci vetene sadiq qalmaq lazimdir .Avropdan ve dunyadan cok xeberim var ve dunyanin 27 ölkesinde olmusham ve xeberdaram harda insan huquqlariina daha cok hörmetle yanashirlar.Cok sag olun hörmetle

  19. 1992-ci ilde rehmetlik Ebulfez Eliyev sexsen özu Ixtiyar Shirinov ve teqdimatini respublika prokurorluguna getiren zaman mende orda idim bir prokuror ishcisi ile bir ayri otaqda idik.
    Söyledi ki,respuplikada adam tapmadilar prokuror teyin etmeye,dinsiz,imansizi hardan tapdilar.
    Men cok guldum dedim niye bele dushunursen dedi men onu yaxshi taniyiram.Dedi AXC -de hakimiyyete gelenlerin ne savadi var nede siyasetden bash cixartmirlar bunlari idare eden dahi bir sexsdir.Indi Ixtiyar Shirinov olub bir ejdaha,hakimiyyetin quluna cevirilerek , Etibar Memmedov haqqinda olmayan terxibatlar söyleyir.Cenab Resul Quliyev sizde zamaninda rehmetlik Heyder Eliyev siyasetini desteklediniz onun hakimiyyete gelmesinde bir cok insanlar kimi sizde semimi qelbden ona destek verdiniz. Lakin Ayaz Mutellibov zamani Eliyevler Moskvadan qorxularindan Bakiya gele bilmirdiler.Pashayevler Bakida qacib gizlenmishler.
    Ayaz Mutellibov eli xalqin qanina bulashdi cinayetkar Mixail Qarbocovla birleshib Heyder Eliyeve böyuk zerbeler vurmaqla beraber Azerbaycan xalqina da böyuk zerbeler vurdular ve xalqi 20 yanvar hadiseleri,Xocali hadiseleri kimi azerbaycan xalqi shehidler verdi.Rehmetlik Heyder Eliyevin Bakiya gelmesinde Ayaz Mutellibovun qerdeshi Haci Ebdul öz tayfasi ile bunun qarshisini almaq ucun Bine aeroportuna yigishmishdilar. Hemin hadiselerin gedishinde Ayaz Mutellibovun qurdugu tele Zil mashinla teror törederek ,Heyder Eliyevin mashinin ezmek ve onunla bu ishe son qoymaq idir.Lakin Rafayil Allahverdiyevin tecrubeli suruculuyu bu teror hadiseden sovushdurdu.Cenab Resul Quliyev ise Heyder Eliyevin Bakiya dönmesini öz yaxin adamlari ile qarshilamaq ve ona sedaqetle xidmet etmek idir. Sonu ne ile neticelendi.Rafayil Allahverdiyev qerbib ölkede dunyasini deyishdi.Cenab Resul Quliyev bu qeder yaxshliqdan sonra Eliyevler onu dushmen kimi qebul etdiler.Qerib ölkede muhaciret kimi 15 ildir yashayir xalqina sedaqetle xidmet eden azerbaycanin el oglu,veten oglu.Bu gun Eliyevler ve Pashayevler terorist,cinayetkar,eli xalqin qanina bulashmish Ayaz Mutellibov Eliyevlerin en eziz dostuna cevirilmish.Ayaz Mutellibov haqqinda cinayet ishi qaldirilmishdir,onun haqqinda axtarish elan olunmushdur.Sonu ne ile neticelendi xalq ayaga durub Ayaz Mutellibov ve hakimiyyete qarshi hec bir ehtirazlarini bildirmediler ki,20 yanvar hadiseleri shehidleri torpaga tapshiran gun Ayaz Mutellibov Moskvada Mixail Qarbocovun elini öperek ona yalvarirdi onu MK-1-ci katibi versin,Heyder Eliyeve qarshi elinden geleni ederek Mixail Qarbocovu razi salacaq cunku 20 yanvar qoshunlarini Ebdulrehman Vezirov,Ayaz Mutellibov ve Elmira Qafarovun imzasi ile Bakiya yeridilmishdir.Sonradan ise böyuk sehlenkarliqina göre Xocalida 1000 lerle soydashimiz qetle yetirildi.Ayaz Mutellibov Xalqi ataraq ogrun-ogrun Azerbaycani terk etdi.Bu gun Ayaz Mutellibovdan sorushan yoxdur ki,senin canin Xocalida ölenlerden artiq idir.Bu cur cinayetleri töretdikden sonra Heyder Eliyev fondu Ayaz Mutellibovun ailesine yardim etmish.Bu az kimi neveside iki az yashli ushaqi ve Babani yoldan kecerken ezib öldurmush hadise yerinde dayanmadan qacmiash.Sonradan istintaq ölen neveler ve Babani gunahkar etmish.Bu cur qansiz,vicdansizliq olarmi.Cenab Resul Quliyev bunlari yazmaqda bir meqsedim var bunu oxuyanlar basha dushenler qoy nifret etsinler bu cur hakimiyyete.
    Nemet Penahli,Etibar Memmedov,Resul Quliyev Heyder Eliyevin hakimiyyete gelmesinde böyuk rollari olmush.Bu gun Nemet Penahli sifarishle zindanda sesi alinib.Ixtiyar Shirinov kimi hakimiyyetin qullarini Etibar Memmedov qarshi qaldirilmish.Resul Quliyevin peceyini tutanlar bu gun onun elehine qaldirilmish.Meqsed bu gun yaltaqlardan hakimiyyet meharetle istifade edir.Tarixe nezer salsaq cok acilmayan sirrler var .Xalq döyulerek,ezilerek tam qorxudulmush.
    Xalqin taqeti yok durmaga.

  20. Eli Kerimlinin son cixishini , video sujetini izledim cok gözel cixish etmish.Men dushunurem ki,Cenab Resul Quliyev Eli Kerimli bir amala xidmet etseler xalq onlari mudafie edecek.

  21. Eziz hemvetenliler burda sherh yazanlar siz bir defelik anlamalisiniz Resul Quliyevde hakimiyyetin yaxin adamidir nece ki,Ayaz Mutellibovu olan kimi.Siz bunlara inanmayin.Bir zaman gelecek Resul Quliyevde Azerbaycana dönub hakimiyyetle birleshib ishleyecek.
    xalq hec yadina dushmeyecek,.Siyasetci gerek öz siyasetinde böyuk sehflere yol vermesin.
    Xalq fehle-kendli inqlabi etmeli bir yolluq bu qansiz kapitalistlere surgun etmeli.Rus ile birleshmeli yeni hökumet yaratmali.

    • Bu stalinlər,leninlər boş, məntiqsiz yazıları ilə görəsən anlayırlarmı bloqda iştirak edən adamlarda özlərinə qarşı nifrət hissi yaradırlar?Adamdan soruşarlar ki,adə məntiqsiz Rəsul Quliyev hakimiyyətin necə adamı ola bilərki 16 ildir evindən,vətənindən didərgin salıblar,bütün qohum-əqrabasını günahları olmadan qazamatlara salmışdılar,özünə olmayan cinayət işi açıblar,hətta Əli İnsanov,Fərhad Əliyev və digərlərinin cinayət əməllərini də Rəsul Quliyevə bagladılar,hansı ki,Fərhadı ümumiyyətlə Rəsul müəllim tanımır.Hamı gözəl bilir ki,bu insanların başında elə prezidentin əmisi Calal Əliyev dururdu.
      Qəribəsi budur ki,bu stalin və leninlər belə canfəşanlıqla şər atmaqla kimlərə xidmət edirlər?

      • Kimlere xidmet edecekler gold-dia@mail.ru bey , sahiblerine,,,. Men hesab edirem ki, bu lenin normal bir durumda deyil. Bunun evvelki yazilarina diqqet etdikde tam emin olursan ki, bu bedbaxtin derdi böyükdür. Bu olacaq, demokratiya adli antibiyotik sizin kimi xesteliklerin hamisini geberdecek. Artiq bu prosesler zamanin telebine cevrilib.

  22. Hakimiyyet artiq bu yaxinlarda exs spiker statusu vermeyi planlashdirir.

  23. Lenin hal-hazirdaki Putin onu evez edecek

  24. Salam, Rəsul m. Cavab yazdığınıza görə təşəkkür edirəm. İzləyəcəyəm youtube-u.
    Rəsul m. Siz mərhum prezident H.Əliyevlə 3 (üç) il birlikdə çalışmısınız. Sizin intellektual səviyyəniz həm xalqa, həm də mərhum prezident H.Əliyevə də məlum idi. Odur ki, Sizdən bir-iki məələyə aydınlıq gətirməyi çox-çox xahiş edirəm. Çünki, Sizin səmimi cavabınız bu “bədbəxt” xalqa çox kömək edə bilər.
    Birinci sualım. 1993-cü ilin iyun hadisələri zamanı rəhmətlik H.Əliyev Milli Məclisin (MM) sədri seçildikdən sonra Gəncə hadiələri ilə əlaqədar əvvəlki (cəbhə) iqtidarının bir neçə rəhbər vəzifəlisini elə MM-də iclas gedərkən sorğu-suala tuturdu, səmimi desək həqiqətən elə bil ki, məhkəmə qurulmuşdu. Növbə İ.Qəmbərə gəlib çatdıqda o, İ.Qəmbər sorğu-suala cavab verməyəcəyini bildirdi və “… fasilə zamanı yarımsaatlıq mən binanı tərk etmək istəyəndə imkan vermədilər və dedilər ki, Siz burda qalmalısız… Bəlkə də Ali Sovetin indiki sədri H.Əliyevin hakimiyyəti dövründə Azərbaycanı gözləyən, təəssüf ki, bəlaları görməmək üçün yaxın müdətdə bəlkə də ən yaxşı yer həbsxanadır” dedi. Cəbhə iqtidarının başqa üzvləri kimi İ.Qəmbər də həmin gün həbs edildi. Lakin bir gündən sonra –səhərisi gün H.Əliyev 7 milyonluq Azərbaycan xalqı qarşısında “… mənə xəbər çatdı ki, ….Ali Sovetin sədri İsa Qəmbərovu həbs ediblər…. Onu azad etdim.”. 7 milyonluq Azərbaycan xalqı və həmin hadisələri izləyən şəxslər sadəcə desək H.Əliyevin səmimi danışmadığını anladılar və H.Əliyevin belə bir “yalan” danışmasına heyrətləndilər. Həqiqət budur. Əlahəzrət fakt budur. Hadisələri təfrif etmək lazım deyil.
    Rəsul m. əvvəldə qeyd etdiyim kimi Siz mərhum prezident H.Əliyevlə 3 (üç) il birlikdə çalışmısınız və H.Əliyevin də Sizə inamı böyük idi. Mən əminəm ki, Siz bu məsələni bilirsiniz. Odur ki, çox rica edirəm hansı dövlət başçısı və ya hansı şəxs H.Əliyevdən İsa Qəmbərovu həbsdən azad etdirdiyini xalqa deyin. Artıq xeyli vaxt keçib XALQ BUNLARI BİLMƏLİDİR!
    Rəsul m. əgər Siz bu və başqa bir çox faktları (növbəti suallarım o haqda olacaq) xalqa açmasanız xalqın təmənnasız hərəkata qoşulan, həqiqi vətənpərvər övladları Sizi dəstəkləməyıcək!!! İnanın mənə! 2003-cü il seçkilərində tərəfdaşlarını qırğına verib özü isə sakitcə qərargahı tərk edən və sonra da 10-15 gün evində dövlətin polisi tərəfindən qorunan İ.Qəmbərin iç üzünü açmaq lazımdır!!! Əgər Siz bunları açmasanız xalq Sizi bağışlamayacaq!!!
    Xalqın bir az siyasi savadsız hissəsinə ümid etmək olmaz!!!
    Əks halda Siz heç nəyə nail olmacaqsınız.

    • Sizin sualı qismən cavablandıracağam. Ancaq xalqın məni dəstəkləməsi xətrinə bu işi görmürəm. Ümumiyyətlə xalqla alver etməkdən zəhləm gedir. Bir çox vaxtlar həqiqəti söyləməklə dəstəyi itirdiyimi bilsəmdə həqiqəti gizlətmirəm.
      Əliyevin hakimiyyətə gəlməsi 10 gündən bir qədər artıq idi. Əliyevin hakimiyyətə gəlməsinə kimlər kömək etmişdi.Türkiyə başda Dəmirəl,Rusiya Primakovun təklifi ilə,Ermənistan Ter Petrosyanın DQ Əliyevin onlara verəcəyk şərtinə razılaşdığı üçün,İran Xomeyni və prezident Rəfsəncaninin (Əliyev onlarada neft kontraktında iştirak etməklərinə şərait yaradacağına söz verdiyinə görə) ,xalq cəbhəsi höküməti İ.Qəmbər və P Hüseynovun təklifi ilə. Bildiyiniz kimi Əliyev verdiyi sözlərin heç birinə axıra qədər əməl etmədi. Ən çox yerinə yetirdiyi Dəmirəl və Ter Petrosyana verdiyi vədlərdir. İndi gələk İsa Qəmbərin tutulması məsələsinə. O guya S. Hüseynovun (əslində o həqiqətən bu məsələni qaldırmışdı) İsa Qəmbərin tutulmasına razılıq verib. Mənə çatdıranda ki,İ.Qəmbəri həbs ediblər,həmin dəqiqə H.Əliyevdən bu səhv addımı niyə atıb və bu dəqiqə onu azad etməlidirlər tələbini irəli sürdüm.O and aman içdiki xəbəri olmayıb,S.Hüseynov onu həbs edib və vertalyotla Gəncəyə apartdırıb.Və guya bu dəli Sürətlə dil tapmağın mümkün olmadığını dedi. Sürətlə danışdım,o da cavabında ay Rəsul müəllim sizin nəyinizə lazımdır,mən bu işi ağsaqqalın iczəsi ilə etmişəm dedi.Bundan sonra Əliyevin belə yalandn mənim xəbərim yoxdur nağılları tez tez təkrar olurdu. Bilsədəki, mən buna inanmıram yenə şakərindən azad ola bilmirdi.İndi qayıdaq İsa Qəmbərin azad olmasını kimlər xahiş ediblər. Birincisi RF -sı Primakovun təhriki ilə. İkincisi ABŞ-ın səfiri daha doğrusu səfir əvəzinin konqresmenlərin müraciətini əsas götürərək xahiş edib.3-cüsü Dəmirəl ”dostum qardaşım bu izin imicə pis təsir edər,burax o cocuğu” deyib.Axırıncıda onun ətrafında olan mənim kimilərin təhrikidə az rol oynamayıb. Burada söhbət İsa Qəmbərin fiqurasından getmir. Onun yerinə istənilən adam,lap YAP-danda kimsə parlament sədri olsa idi belə Türkiyə və ABŞ-ın münasibəti eyni olacaqdı.

  25. Bəli Rəsul müəllim açılmamış tarixdir,onun respublikada baş verən və xüsusilə də H.Əliyevin gizli siyasəti haqqında bildikləri kifayət qədərdir.Ona görə də Rəsul müəllim H.Əliyevlə işləməyi özünə rəva bilmədi.Başqa çıxış yolu da yox idi,yalnız dinc yolla ayrılmaq lazım idi.Amma bildiyiniz kimi onu yenə də dinc buraxmadılar,üzərinə olmayan cinayət işi qaldırıb əhalinin gözündən salmaga çalışdılar.Amma inanın ki,zaman H.Əliyevin bu xalqa qarşı mənfur siyasətini açacaqdır.42 ildir bu xalq dilənçi,rəzil,yazıq,bədbəxt,biri-birinə qarşı satqın bir vəziyyətə düşmüşdür.Bunu anlamasaq bu xalq bu vəziyyətdən çıxa bilməyəcək.Baxın görün Hafiz Hacıyev kimi mənfurların əli ilə nə kimi iyrənc siyasətə yol verilir.F.Agamalı,adlarını müxalifət qoyub xalqın mərd ogullarına qarşı şər böhtan atanlar və eyni zamanda blokda adını leninlər,stalinlər və sairələr qoyub mənfur fikirlərlə xalqı çaşdırmaga çalışanların hamısı həmin siyasətin tör-töküntüləridirlər.Belələrini xalq bagışlamamalıdır və hər yanda bunları tənqid atəşinə tutub üzlərinə tüpürməlidir.Lenin,stalin adı altında gizlənən bu mənfurlar bilirsinizmi kimlərdir?Bunlar nankor və ən iyrənc məxluqdurlar ki belələrinə bu torpaqda yer yoxdur,amma bunlar hansı vicdanla bu torpaqda yaşayıb adını Azərbaycanlı qoyursa deməli bunlar ən təhlükəli və bu xalqa düşməndirdirlər.

  26. Heyifki xalg helede Isa Qemberin igtidara ishlediyini acig aydin gormur

    • İsa Qənbərin iqtidara işləməsinin xalq tərəfindən açıq aydın görməsinin elə bir əhəmiyyəti yoxdur.Əsas məsələ odur ki,xalq özü təpər tapıb azadlıgına nail olmalıdır.Əfsuslar olsun ki,xalqda təpər yoxdur və məzlumlugundan da ayıla bilmir.

  27. Demek ki, Isa Qember baresinde men yanilmamisam! Men ele bele de bilirdim ki, O,xalqdan deyil. Resul bey Siz oz namizedliyinizi 2013-cu il seckilerinde ireli surmek fikriniz var? Men ele dusnurem ki, xalq o,zaman sizin adiniza yaxilan lekelerin yalan oldugunu artiq anlayib ve size destek ola biler! Evvelceden tesekkurumu bildirirem!

    • Isa Gambarin sonuncu müsahibesinden sonra derinden nefes alib yaxshi ki men Muavatin üzvü deyilem deye shükür etdim. Hec kime bele bir vezyyete düshmesini arzu etmirem. Güvendiyin, lider qebul etdiyin shexsin bu qeder özünü hamidan cox düshünen, qorxaq olmasi cox üzücüdür. Zülfüqar bey beli Resul Quliyev 2013-cü ilde kecirilecek prezident seckilerinde, Azerbaycana qayidib öz namizedliyini ireli süreceyini beyan edib.

      • Haminizi salamlayiram . Hormetli Azerbaycan vetendaslari men bir sade vetendas olarag lisa genberin ic uzunu gore biliremse goresen siz savadli intelektual insanlar bunu gore bilmirsiniz ? Bu kambar 20 ildir milleti barmagina dolayir millet hele bunu basa dusmek istemir ((( . Mene bele gelirki onun adini hallandirmag sadece onu reytinge mindirmek kimi bir seydir . Ona da bu lazimdir ki millet bunu edir teessuff (((. Umumiyyetle onun hagginda danismag ozu boyuk gunahdir . Tarix gosterecek milletin basina gelen oyunlarin 90 % onun ucbatindandir .Elcibeye birinci xeyaneti eden Azerbaycanin (molotovu )
        Sehvim varsa uzr isteyirem . Hamiya ugurlar .

      • Cavabınıza göre teşekkür edirem Hatem bey! Bloqu hele tam oxumadığımdan xeberim yox idi! Sonra oxuyub gördüm. Teşekkürler size diqqetiniz ve cavabınız üçün!

  28. Hörmetli:Resul Quliyev bu gun hakimiyyetle mubarizenizi dayandirin ve Azerbaycan hakimiyyetine.Butun Azerbaycan xalqi cenab prezident Ilham Eliyev etrafina toplasharaq onu mudafie edir ve 2013-cu ilde Azerbaycanda yok dunyada Ilham Eliyevin alternativi yoxdur.Azerabaycan xlaqi onu ömurluk prezident secilmesini mudafie edecek.Ramil Seferovu tebrik edirik onun azadliqa cixmasini, prezident Ilham Eliyevintecrubesi ve uzaq görenliyi sayesinde heyata kecirildi.Gelin birlikde cenab prezidente öz teshekurumuzu bildirek ve onu mudafie edek.Umud edirem ki,
    Resul Quliyev humanist addimi ataraq Azerbaycan prezidenti cenab Ilham Eliyeve muraciet ederek onunda ehf olunmasini ve Azerbaycana qayitmasina icaze vermesini xahish etmeli.
    Azerbaycanda xalq Ilham Eliyevi 100% mudafie edir.Mudafiye etmeyenler xalqin dushmenleridir.Azerbaycan muxalifeti Azerbaycan xalqinin daxili siyasetini xarici dushmenlere satib ordan qrant alirlar. Ura ,Ura,Ura Yashasin Ilham Eliyev

    • İlk növbədə Ramil Səfərovu azad olunması münasibəti ilə təbrik edirəm. Onu Azərbaycana ekstradisiya ediməsi üçün hökümətin, prezidentin gördüyü iş həqiqətən təqdirə layiqdir.
      Bununla belə Ramil Səfərovun Azərbaycan torpağına qədəm qoyan kimi əfv edilməsini ağılsızlıq səviyyəsində edilmiş kobud səhv olaraq qiymətləndirir, bunu şərh etmək üçün söz tapa bilmirəm. Bu addımı atmamışdan öncə açıq ağılla bir qədər düşünmək lazım idi. Məgər İlham Əliyev və ya onun ətrafındakılar bilmirlər ki, ekstradisiya dünyada qəbul olunmuş bir proseduraya uyğun həyata keçirilir və bundan sonra ölkələr necə hərəkət etməlidirlər? Məgər onlar bilmirlər ki, elə qonşu RF-na indiyə qədər 10-larla həbsdə olan rus vətəndaşını veriblər və sonradan onlar hamısı azadlığa buraxılsalar da bunu əfv fərmanı ilə həyata keçirməyiblər?
      Dünyada mövcud olan təcrübələrdən görmüşük ki, bu cür hallarda adətən eyni üsuldan istifadə olunur: ekstadisiya olunmuş məhbus bir neçə ay həbsdə saxanılaraq məhkəməyə müraciət edir və bundan sonra hakimlərin uzun müzakirələri nəticəsində ya azadlığa buraxılır, ya da cəzası şərti işlə əvəz olunur. Baxmayaraq ki, indiyə qədərki təcrübələrdə qarşılaşdığımız adamların cinayət maddələri Ramilinkindən qat-qat yüngül olub.
      Məgər onlar bilmirlər ki, minlərlə türkün bir başa qanına bais olan Ocalan beynəlxalq münasibətin korlanacağından ehtiyatlanan Türkiyəni onu edam etməkdən çəkindirir.
      Məgər onlar bilmirlər gündə azı 10 ABŞ əskərini edam edən terroristlərə işgəncə verdiklərinə görə başda ABŞ-ın qadın general olmaqla, onlarla hərbiçisi Amerikaya gətirilib ən ağır cəza ilə həbsxanaya atılıb.
      Təəssüf ki, ölkə başçısının atdığı bu addım onun özü qədər, bəlkə də özündən də artıq Azərbaycanın adına yaxşıheçnə gətirməyəcək. O səbəbdən ki, beynəlxalq aləmdə heç kim Ramili əfv edənin adını bəlkə də çəkməyəcək, amma Azərbaycanın adını mütləq mənfi yöndə hallandıracaqlar.
      Doğrudanmı Ramil üçün yaxşı bir şərait yaradıb bir aydan sonra normal məhkəməyə müraciət etməsini təşkil etmək çətin məsələ idi? “Prezident kişi adamdır” – sözünü eşitməyin xətrinə belə bir addımı atılması nə qədər düzgün addımdır? Bu “kişi adamdır” sözünün maksimum 10 gün ömrü var. Əgər bir insanın minnətdarlıq hissindən istifadə edib onu məzar daşı öpmək kimi başqa işlərə də sövq elətdirsələr bu siyasi dividentin ömrü ondan da az olacaq. Ancaq bu əfv fərmanı Azərbaycanın başında xeyli müddət taqqıldadılacaq.
      Hökümət və sizin kimilər özlərini elə aparırlar ki,elə bil Qarabağı azad ediblər. Boş beyninizlə düşünə bilmirsiniz ki,belə bir hərəkət Qarabağ probleminin həllini qeyrimümkünsüzləşdirir.Beynəlxalq aləmdə imicini puç edir. Prezidentdə ağıl olsa fərmana hələ imza atmadığını elan edər və mən dediyim prosedura ilə gedər.

      • Cenab Resul Quliyev kendine gel cenab prezident Ilham Eliyeve erize yazaraq sizinde ehf olunmaginizi ondan xahish et.Azerbaycanin prezidenti Ilham Eliyev dunya siyasetinde demek olar ki,öz tecrubesi sahesinde qazandigi ugurlari sadalamaqla bitmez.Bu gun muxalifet de olmaq yok Azerbaycanin prezidenti cenab Ilham Eliyev etrafinda six birlesherek 20% torpaqlari geri qytarmaliyiq.Bu gun hakimiyyet ugrunda mubarize aparmaq zamani deyil bu gun dushmene qarshi mubarizemizi birlikde davam etmeliyik.

    • Vedishirazli bəy,Ramil Səfərov kimi mərd ogullara verilən qiymət sevindirici haldır və hər bir Azərbaycanlı təbii ki,buna sevinir.Kaş ki,prezident İ.Əliyev bütün xalq üçün belə qaygı görsədə bilərdi.Bütün Azərbaycanı rəzil,kasıb,yazıq,yaltaq,kölə halına salan prezidentə təkcə Ramili əhv etməklə bəraət vermək onu tərifləyib göylərə qaldırmagın özü də yaltaqlıgın bir nümayişidir.Hər gün Azərbaycanda insanlar kütləvi sürətdə,ailəlikcə özünə süyi-qəsd edir.Dərindən bunun səbəbini öyrənsək bütün bu halların kökü hakimiyyətin xalqına qaygısızlıgından irəli gəldiyini görərik.Hümanist prezidentin xalqı Azərbaycan kimi sərvəti olan ölkədə ac,yalavac,yaltaq olmaz.Eyni zamanda agıllı prezidentin torpagı erməni kimi dıganın əsarətində də olmaz.Kaş Ramildə olan qeyrət başda prezidentimiz olmaqla bütün millətimizdə olardı.Əfsuslar olsun ki,xalqı talamaq və onu belə acınacaqlı vəziyyətə salmaq qeyrətdən irəlidir.Belə jestlər indiki durumda özünə bəraət qazanmaqdan başqa bir şey deyil.Amma yenə də sag olsun ki,Ramili vətənimizə gətirdib və bunu mən dənizdə bir damla hesab edirəm.

  29. Ermənilərin Xocalıda və Qarabagın digər bölgələrində etdikləri soyqırıma bütün dünya məhəl qoymadı.Amma Ramil Səfərovun erməni dıgasının dövlətimizin bayragına təhqirinə dözməyərək etdiyi cinayətə bütün dünya reaksiya verib Azərbaycana iradlar tutacaq.Lakin məsələ onda deyil,mən düşünürəm ki,hakimiyyət xalqının hər bir vətəndaşına qarşı belə bir qaygı,dəstək,sevgi ilə yanaşsaydı görəsən o boyda torpaqlarımız əsarət altında qalardımı?

  30. Azerbaycanin prezidenti Ilham Eliyev ele bir addim atdi ki,hem dunya hemde Azerbaycan xalqi bunu musbet qoymetlendirdi.Men deyerdim Azerbaycan prezidenti cenab Ilham Eliyev ölunu dirilti .Men Ilham Eliyev qarshisinda ömurumun sonuna kimi bash eyirem.

  31. Allah evinizi yıxsın ey xalqı bu vəziyyətə salanlar!Məgər kresloya,pula görə milləti belə rəzil,yaltaq,manqurt etmək olarmı?Niyə bu millət bu günə düşdü,dar düşüncəli olub Agasının qarşısında boyun əydi?O millət ki,bədbindir,dar düşüncəlidir,manqurtdur deməli o millət ölüdür,kardır,kordur.Ola bilsin ki,bu millət kəndinə gələ bilməyəcək,amma onu bilirəm ki,onu bu vəziyyətə salanların taleyi Qəddafidən də acınacaqlı vəziyyətə düşəcək!Çünki bu millətin içində hələ ki,qürurlusu,mərdi var və bu qisas Allahın köməyi ilə yerdə qalmaz!Bu insanlar hələ də qana bilmədilər ki,heç kim həyatdan heç nə aparmayıb və lüt gəlib lüt də gedir.
    Ey millətin qürurlu,mərd ogulları,qızları Siz belə baş əyənlərə,yaltaqlara fikir verməyin,vətən,millət naminə ayılın,boyun əyməyin,sınmayın biz mütləq qalib gəlcəyik!

  32. Narahat olmayin men bu bloqa daha girmeyecem.Lakin meslehet verirem ki,sizde Ilham Eliyeve muraciet edesiniz. Sizi ehf etsin 15 illik hesrete son qoyasiniz.Men sizin partiyani cagiriram Cenab prezident qarshisinda bash eyib sehflerinizi ehtiraf edesiniz.Sonra gec olar. Qatar geder tarixe iz qoyar. Xudafis

    • Sən get baş əyməyində ol və Rəsul Quliyevin partiyası barədə də heç narahat olma,2013-cü ildə sənin baş əydiyin agaların bu partiya qarşısında mütləq baş əyəcək!

  33. Ramil Səfərov əfv olunub bəli bunu məndə müsbət qarşılayıram.Ancaq bu o demək deyilki İlham Aliyev hər bir işdə belədir.Xeyr .Mənim fikrimcə Camahatı birazda özünə yaxınlaşdırmaq istəyir.Hələ Əli Əhmədov deyibki Ramil Səfərovda sonra növbəti Addım Qarabağın azadlığı olacaq…Gör bunu kim deyire )))))).Biraz şüarlı danışırlar camahatı çəkirlər yanına.Hərhalda seçkiyə hazırlaşır )))))

  34. Azərbaycanda 3 eks-prezident olub,A.Mütəllimov,Ə.Elçibəy və H.Əliyev.Bu 3 eks-prezidentlərin fəaliyyətini yəqin ki,çoxları gözəl anlayır.Hətta A.Mütəllimov vətəndən didərgin salınmışdır.Ə.Elçibəyin isə hakimiyyəti dövründəki fəaliyyəti həm də onun xalqına olan sevgisi hamıya bəllidir. Amma H.Əliyevin “dərin siyasətli”fəaliyyəti çox gümanki gələcəkdə dərindən araşdırılacaq,xalqa və dövlətçiliyə olan xeyri də şəri də şərh olunub xalq çatdırılacaq.Lakin H.Əliyevə yenə də eks-prezident demək olmaz çünki indi də hər bir məsələdə,eyni zamanda hər şey hər an onun adı ilə baglanır və sanki hər bir məsələnin də indi də göstərişlərini o özü verir.Azərbaycanda demək olar ki,hər bir məkan şəxsən onundur və heykəlləri,portretləri də hər yanı bəzəyir. Elə bil o hardasa oturub dövləti idarə edir.Eks-prezidentlər haqqında yenicə imzalanan qanun eks-prezident A.Mütəllimova aid bütün şərtlər icra olunsa da H.Əliyevi hakimiyyətə gətirən və xalqını həqiqətən sevən mərhum Ə.Elçibəyin ailəsi hələ də ondan yararlana bilmir.Bu qanun görəsən həqiqətən eks-prezidentlər üçünmü,hansı ki,bir vaxtları onlara düşmən kimi baxılırdı,yoxsa bu “sirli qanunun”pərdəsi altında başqa bir siyasət yatır?Bu məsələdə çox güman ki,iki anlam düşünülür,biri xalq arasında bəraət qazanmaq,digəri isə özünün sabahını düşünmək.Elə eks-sipiker M.Ələsgərovun və ailə üzvülərinin təminatı haqqında da belə bir qanun çıxarılmışdı.Bəs eks-sipiker R.Quliyev haqqında niyə bu qanun tədbiq olunmur?Axı dövlətin qanunu hamı üçün eyni qaydada tədbiq olunmalıdır.Belə çıxır ki,Azərbaycanda qanun iki başı var.

Geri izləmələr/Geri bildirişlər

  1. “Azərbaycan Xalqının Bu Günə Düşməsində…Bizim Hamımız Günahkarıq.” | RƏSUL QULİYEV - RASUL GULIYEV - İyul 27, 2012

    […] Əvvəli […]

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: