“Mən Gəlmək və Azərbaycanda Olmaq Şərtilə Seçkilərdə İştirak Etmək Niyyətindəyəm.”

İlqar Rəsul, 26.07.2012

2013-cü il prezident seçkisi artıq gündəmin mövzularından birinə çevrilməkdədir. Bu səbəbdən də Azadlıq Radiosu qarşıdakı seçkilərdə namizəd kimi adıçəkilən şəxslərdən və ya onların mənsub olduğu düşərgənin təmsilçilərindən müsahibələr təqdim edir.

Budəfəki həmsöhbətimiz hazırda Amerikada mühacirətdə yaşayan eks-spiker Rəsul Quliyevdir.

Rəsul müəllim, 2013-cü ilin prezident seçkisinə qatılmaq niyyətində olduğunuzu açıqlamısınız. Hansı planla iştirak edəcəksiniz, strategiyanız nədir? 

– Söhbət təbliğatdan gedirsə, sözsüz ki, mən bu seçkilərdə iştirak edəndə bütün rayonlarda insanlarla birbaşa real görüşlər keçirmək istəyirəm. Bu görüşlərdə Azərbaycanın gələcəyi ilə bağlı uzunmüddətli və yaxın strateji planlarımı insanlara çatdırmaq fikrindəyəm. Söhbət mənim iqtisadi və siyasi islahatlar keçirməyə hazırlaşmağımdan gedir. Sözsüz ki, mən öz proqramımı həm də KİV, televiziyalardakı debatlar vasitəsilə xalqa çatdıracam.

– Bu dediklərinizi gəlib Azərbaycanda həyata keçirmək mümkün olacaq ya elə Amerikadan cəhd edəcəksiniz?

– Mən gəlmək və Azərbaycanda olmaq şərtilə seçkilərdə iştirak etmək niyyətindəyəm. Çünki gələ bilməsəm, məni xaricdə olduğum üçün heç namizəd kimi qeydiyyatdan keçirməyəcəklər. Qiyabi də olsa, məni seçkilərə buraxmayacaqlar. Ona görə də, mən, sözsüz ki, gəlmək niyyətindəyəm.

– «Seçkilərdə iştirak etsəniz, hakimiyyət nəticəni saxtalaşdıra bilməyəcək, bu mümkün deyil» deyirsiniz. Nədən belə arxayınsınız?

– Azərbaycan post-sovet məkanından çıxmış bir ölkədir. Mən bu bəyanatı verəndə, qonşu ölkələrin təcrübəsini nəzərə alıram. Gürcüstanda, Ukraynada, Moldovada keçirilən seçkilər saxtalaşdırıldı. Hətta guya qalib gəlmişlərin adları elan olundu. Amma buna baxmayaraq, mitinqlər hesabına, xalqın gücü ilə o saxta qərarlar ləğv olundu. O ölkələrin hər birində, sözün əsl mənasında, xalqın tərəfində durmuş adamlar hakimiyyətə gəldilər. Hesab edirəm ki, Azərbaycanda da bizim bu işi görmək imkanımız var. Çünki Əliyevlərin uzunmüddətli hakimiyyətdə olması son illər bu hakimiyyətə qarşı nifrət potensialını artırıb. Belə bir vəziyyətdə biz imkan vermərik ki, onlar seçkiləri saxtalaşdırsınlar.

Gürcüstan, Moldova, Ukrayna dediniz. Amma post-sovet məkanından çıxmış Özbəkistan, Qazaxıstan, Türkmənistan da var.

– Bəli. 100 faiz düz deyirsiniz. Hələ onlardan başqa Tacikistan və Belarus da var. Mən belə fikirləşirəm ki, Azərbaycan bu prosesə Moldova qədər yaxın olmasa da, hər halda Türkmənistan, Özbəkistan, Tacikistan və Qazaxıstan qədər də uzaq deyil. Mən Azərbaycandakı situasiyanı dediyiniz Mərkəzi Asiya ölkələri ilə müqayisə etməzdim.

– Namizədlərin kim olmasından asılı olmayaraq, qalib gələcəyinizə ümid haradandı Sizdə?

– Bilirsiniz, Azərbaycanda istər iqtidardan, istərsə də müxalifətdən kimlərin prezidentliyə namizəd olacağı artıq məlumdur. Bu baxımdan mən üfüqdə təzə bir fiqur görmürəm. Başqa ölkələrdəki kimi, doğrudan da yeni bir fiqur ortaya çıxıb fikirləri dəyişsin – belə bir şəxs  Azərbaycanda gözə dəymir. Düşünürəm ki, indiki namizədlərlə debatlarda yaxın və uzunmüddətli strateji planı olan mən öz üstünlüyümü göstərə biləcəm. Buna şübhəm yoxdur. Sözsüz ki, bu işlərdə mənə həm də ömrü boyu bu insanlarla birbaşa təmasda olmaq təcrübəm kömək edəcək. Çünki həmişə bu cür insanlarla işləmişəm. Ola bilər ki, bu prezident seçkilərində 10 nəfər iştirak edər və mən birinci turda qalib gəlmərəm. Bu, mümkündür. Ancaq bu halda ikinci tur olmalıdır və ikinci turda qalib gəlməyimə heç bir şübhəm yoxdur.

– Amma Siz illərdir xaricdə yaşadığınız halda müxalifətdən olan rəqibləriniz ölkədə mitinqlər, etiraz aksiyaları keçiriblər. Yəni, onlar mübarizəni dayandırmadıqlarını önə çəkib Sizi seçki yarışında, təbliğat işində arxa plana keçirdə bilməzlərmi?

– (Gülür) Bu mümkün olan şey deyil. Çünki onların keçirdikləri mitinqlər, elədikləri aktivliklər ancaq və ancaq bu rejimin güclənməsinə gətirib çıxardıb. Onlar özlərinin mitinqlər keçirdiklərini, mənim isə bu ərəfədə ölkədə olmadığımı və buna görə də prezidentliyə haqqım çatmadığı fikrini irəli sürsələr, yarışı tamamilə uduzarlar. Çünki mənim xaricdə gördüyüm işlər hesabına xalqa nəsə deməyə sözüm olacaq. Ancaq onların fəallığının nəticəsi göz qabağındadır. Əksinə, heç gərək bu məsələnin üstünə gəlinməsin.

– Axı niyə məhz Sizə inanmalıdır seçicilər?

– Ona görə  ki, mən 23 yaşımdan real işlə məşğul olmuşam. 10 minlərlə real insanlarla təmasda olmuşam. Həmin 10 minlər indi də mənə inanırlar. Bilirlər ki, birincisi, verdiyim sözü yerinə yetirirəm, ikincisi də, mənim ən əsas məqsədim ətrafımda olan insanların hamısını firavan və azad yaşamasına nail olmaqdır. Bu, həmişə belə olub və bunu görüblər. Ona görə də, məni yalnız partiyam və ya ətrafımdakı adamlar dəstəkləməyəcək. Mən sizi əmin edirəm ki, Azərbaycanda tərəfdarlarımın sayı 10 minləri keçəcək.

– Bəlkə Sizə elə gəlir? Neçə ildir Azərbaycanda deylsiniz. Bəlkə hər şey dəyişib?

– Hər şey ola bilər. Amma mən bunu utopik adamlar kimi, kənardan baxıb söyləmirəm. Mən bu gün təmasda olduğum adamların danışdıqlarının, müzakirələrimiz zamanı gəlinən nəticənin kontekstində belə bir fikir söyləyirəm. Əlbəttə ki, yanıla da bilərəm. Amma nə dərəcədə yanıldığını həyat göstərər.


– Digər partiyalarla niyə işləmirsiniz? Bəlkə bu variantda hərəkət daha effektli olar.

– Digər partiyalarla biz işləyirik. Sülhəddin Əkbər partiyaların rəhbərlərinin hər biri ilə ayrı-ayrılıqda və ya bir qrup halında görüşür. Bizim gələcək planları onlarla müzakirə edir, razılaşdırır. Çünki ilk növbədə Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün şəraitin yaradılmasına nail olmaq lazımdır. Belə bir şəraitə nail olunmasa, hər hansı prezident seçkilərindən söhbət açmaq da gülünc olar.

– Bəs Avropada yaratdığınız müqavimət hərəkatı nə yerdə qaldı, nə oldu onun axırı?

– Müqavimət hərəkatı kifayət qədər yaxşı inkişaf edir. Bu, Avropada və Amerikada işləyən bir hərəkatdır. Hərəkatın Avropadakı üzvləri bu yaxınlarda mənim İngiltərə, Fransa və Hollandiyada görüşlərimi təşkil edirlər. Paralel olaraq Rusiyada və Türkiyədə də bu hərəkatın bürolarının formalaşması prosesi gedir. Müqavimət Hərəkatının Azərbaycanda bürosunun formalaşması prosesinə yeni formatda start verilib. Hazırda Açıq Cəmiyyət və Liberal Demokrat partiyaları bu büronun formalaşması istiqamətində iş aparırlar.

Amerika, Avropa, Rusiya və Türkiyədə keçiriləcək görüşlər Azərbaycanda nəyisə dəyişə bilir?

– Mənim Avropa İttifaqındakı görüşlərim, eləcə də həm Avropa Şurasının üzvləri ilə, həm də  Amerika Konqresində, həmçinin BMT-də keçirdiyim görüşlər müəyyən qərar və qətnamələrin qəbul olunması ilə nəticələnəcək. Sözsüz ki, bu gün müxalifətə inanmayan, Azərbaycanda dəyişikliklərin baş verməsinə böyük şübhə ilə yanaşan azərbaycanlılar belə qərar və qətnamələrin qəbul olunması ilə yenidən əvvəlki inamlarını özlərinə qaytarmalıdırlar. Hər halda, bu, onların totalitar rejimlə mübarizədə tək olmadıqlarına, yanlarında başqa ölkələrin, beynəlxalq təşkilatların dayandığına inanmalarına kömək etməlidir.

Bayaqdan bütün bu danışdıqlarımız bir «əgər» ehtimalının altından keçirdi. Yəni, dediyiniz o «əgər ölkəyə gələ bilsəniz» məsələsini nəzərdə tuturam. Bax, qayıtmaq üçün planınız nədir?

– Düzdür. Qayıtmaq üçün mən bu beynəlxalq təşkilatlarla və Avropa ölkələri, o cümlədən Türkiyə ilə çox ciddi işlər aparıram. Çalışıram mənim hüquqlarımı pozan bu hakimiyyətə çox sərt mesajlar göndərilsin. Bildirilsin ki, insan haqlarını bu səviyyədə pozmağa ixtiyarları yoxdur. Mənə imkan verməlidirlər ki, gəlib seçkilərdə iştirak edim. Sözsüz ki, bunlar müəyyən qərar və qətnamələr şəklində qəbul olunmalıdır və düşünürəm ki, belə də olacaq. Bundan başqa, bu hüququmun pozulması barədə BMT-nin məhkəmə sisteminə müraciət edəcəm. Düşünürəm ki, bu məsələyə BMT-də baxılmasına və müsbət qərarın qəbul olunmasına nail olacam. Ancaq bunlarla yanaşı, mənim qayıdıb seçkilərdə iştirak etməyim üçün sentyabr-oktyabr aylarında artıq imzalar toplanması, mitinqlər keçirilməsi, bir sözlə hökumətə təzyiqin bütün vasitələrindən istifadə etmək üçün Azərbaycanda da hərəkat başlayacaq.

– Alınmasa, Siz də keçmiş prezident Ayaz Mütəllibov kimi bütün siyasi iddialarınızdan əl çəkmək şərtilə Azərbaycana qayıdıb evinizdə oturmağa razı olarsınızmı? 

– (Gülür) Mənim həyatda yaşamağımın məqsədi gəlib Azərbaycanda evdə oturub bozbaş yeməkdən ibarət deyil. Mənim həyatımın məqsədi Azərbaycan Respublikasında demokratiyanı bərpa etməkdir. Bunun da əsasında Azərbaycan xalqının firavan gələcəyini təmin etmək məqsədi dayanır. Ona görə də, mənim üçün qızıldan ev tiksələr belə, gəlib onun içərisində yaşamaram. Mən ömrümün sonunadək Azərbaycanda demokratiyanın bərpası uğrunda mübarizə aparacam. Məni bu işdən ölüm, ya da hansısa dəhşətli bir xəstəlik dayandıra bilər.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

4 Cavab to ““Mən Gəlmək və Azərbaycanda Olmaq Şərtilə Seçkilərdə İştirak Etmək Niyyətindəyəm.””

  1. Biz Sizinleyik Resul muellim!!!!!!!

  2. Azərbaycan xalqı Rəsul Quliyevlə olsa onun qarşısında heç kim dayana bilməz!Odur ki,xalq bir olumalıdır və Rəsul Quliyevi dəstəkləməlidir.Mən xalq deyəndə Azərbaycanın gələcəyini,xalqının taleyini düşünən qeyrətli ogulları nəzərdə tuturam gədaları,satqınları yox!Özünü,balasını,ailəsini düşününən hər bir kəs bu birliyə qoşulmalıdır.O zaman baxaq görək kim Rəsul müəllimin qarşısında tab gətirə bilər!Birlik,birlik,yenə də birlik!Xalqın bu zülmdən azad olmasının yeganə səbəbkərı yalnız Rəsul Quliyevdir,bunu çox səmimi deyirəm və inşallah görəcəksiniz!Azərbaycanın 70 faizinin Rəsul müəllimə böyük inamı var,amma əksəriyyət hələ gözləmə mövqeyindədir.Bu da təbiidir,lakin bu birliyə lap az qalır.yaxın vaxtlarda hamı Lideri yolunda ayaga qalxacaq!

  3. Rəsul Bəy sizi bilirsiz necə çox istəyirikki Azərbaycana gələsiz özümə necə inanıramsa sizədə elə inanıram .Qələbə bizimlə olacaq inşaAllah.Bəy bilmirsiz mən Sizin təşkilata necə üzv ola bilərəm.? Bakıda fəaliyəti var bildiyim qədəri ilə.18 yaşım var..Əlimdən gəldiyi qədəri ilə sizi Azərbaycandakı cavanlara tanıtdırıram saytlarda forumlarda və s..Bilirsiz sizi hələdə tanımayanlar var…Onu deyə bilərəmki 2013 də Bakıya gəlsəz qələbə sizinlədir 100000%..Təşəkkürlər

  4. Bu arada sizin Qarabağ məsələsinə toxunduğunuzdan sonra görürükki artıq Bəzi məmurların ölkə başçısının ermənistana sözdə təzyiqi artır guya ))) .Artıq səbrimiz tükənib .Səbr göstərməyəcəyik.Qarabağı bu yaxında azad edəcəyik və s həmişəki kimi şablon sözlər..Bunlar çoox çox qorxurlar sizdən…Düzünü desəm belə bilməzdim heç))))

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: