“Əliyevlərin Taleləri Faciə İlə Qurtaracaq”

-ACP və ALDP-nin DCUMH-i tərk etməsi həm iqtidar, həm də müxalifət düşərgəsində əsl şok yaratdı. Bunu müxtəlif aspektlərdən izah etdilər. Bəs əsas səbəb nədir?
-Bu iki partiyanın DCUMH-i tərk etməsini nə üçün şok yaratdığını izah etmək mənim üçün çox çətindir. Çünki biz bu təşkilatı yaradanda real iş görəcəyini nəzərdə tutmuşduq. Müxtəlif hadisələrə münasibət bildirən bəyanatların verilməsinin real işlə heç bir əlaqəsi yox idi. Bu təşkilatın işi bundan ibarət oldu. Hər iki partiyanın sədrləri, həm Fuad Əliyev, həm də Sülhəddin Əkbər bu qurumun gələcəyinin olmadığını, oradan çıxmağın vacibliyi barədə dəfələrlə deyiblər. Onların o təşkilatdan çıxmaları gözlənilirdi, bu qəfildən baş verən hadisə deyildi.
-Bu məsələdən sonra DCUMH-da təmsil olan KXCP və Azadlıq partiyasının rəhbərliyi birbaşa sizi hədəf götürdülər. Niyə məhz siz? Bu sifarişdir, yoxsa bilmədən atılan addım? – Bunun hansı addım olması məni qəti surətdə maraqlandırmır. İndi əlləri, qolları açıqdır, onlara müvəffəqiyyətlər arzulayıram. O təşkilatda Mirmahmud Mirəlioğlunu tanıyırdım, mən Milli Məclisin sədri olanda o, deputat idi. Yerdə qalanları tanımırdım. ACP hərəkatı tərk etdikdən sonra onlar mənimlə əlaqəni kəsməklərindən məmnun olduqlarını bildirdilər. Hər halda mən də yas içində deyiləm. Əvvəllər də onları tanımırdım, bu qısa müddətdə də tanıya bilmədim və yollarımızın ayrılmasına da peşman deyiləm.

 

– Siz videomüsahibənizdə AXC hökumətinin fəaliyyətini də tənqid etmişdiz. Bu tənqid isə KXCP sədri Mirəlioğlunun narahatlığına səbəb olduğundan deyib: “Rəsul Quliyevin bu fikirləri nəinki cavab istəyir, hətta tələb edir ki, ona cavab verilsin. Məncə, bu cavablar mütləq olacaq”. Bu cavabın nədən ibarət ola biləcəyini yəqinləşdirmisinizmi?

– Münasibət bildirmək üçün gərək o vaxtı gedən proseslərin içərisində olasan. İş elə gətirmişdi ki, o dövrdə mən bütün qrup, siyasi və hərbi fiqurların hamısı ilə əlaqə saxlayan yeganə şəxs idim. Bu qüvvələrin bir- birləri ilə görüşməsini, məsələləri müzakirə etməsini təşkil edən mən idim. Kimsə havadan, heç bir məntiqə söykənmədən hansısa fikirlər söyləsə, əgər hadisələrin təhrifi tarixi əhəmiyyət kəsb etsə, əlbəttə cavab verəcəyəm, faktlarla saxta mülahizələri darmadağın edəcəyəm. Əgər elə bir əhəmiyyəti olmayan fikirlər söylənilsə, cavab verməyəcəyəm.

Məsələn “Gündəlik Teleqraf” yazır ki, Etibar Məmmədov Rəsul Quliyevin yalanını çıxartdı. Birincisi, elə kobud ifadə işlətmək qəzet üçün profesional hesab edilə bilməz. Yalanı ancaq məhkəmə çıxara bilər, istənilən şəxsin dediyi onun düşüncəsincə, subyektiv fikri ola bilər. 24 saatda 2 saatlıq bir iclasın keçrilməsi və orada iştirak etməyim mənim dediyimin necə yalan olduğunu təsdiqləyə bilər. Kimsə fikirləşir ki, mən Elçibəyə təkbətək deyəcəyim sözü kimlərinsə Iştirakı olan iclasda deməliymişəm, kobud səhv edir. Elçibəyin Bakını tərk etməsi barədə xəbəri mən o iclasdan sonra da ala bilərdim. Bu necə gülünc yalan çıxartmaq metodudur. Yaxud Elçibəyin köməkçisinin, onun adı yadımda deyil, ancaq şəklini görən kimi xatırladım. Əbülfəz bəyin kiminlə çörək kəsib, kəsmədiyini bilməsi doğrudan məni təəccübləndirdi. Mən elə bilirdim ki, köməkçi siyasi fiqurdur. Heç ağlıma da gəlməzdi ki, mənim köməkçim kiminləsə yemək yediyimi bilə bilsin. Yenə mühafizəçi olsaydı bir təhər qəbul etmək olardı. Bunları yazmaqla bu səpgidən olan təkziblərə cavab verməyəcəyimi xatırlatmaq istədim.

Bu günlərdə oxudum ki,  özünü baş ‘’müxalifətçi’’hesab edən birisi mənə cavab verməyəcəyini elan edib. Cünki siyasi arenada mən artıq  2005-ci ildən yoxam. Onu da oxudum ki, “baş müxalifətçi’’ məni Azərbaycana aparmaq üçün Simferopola gəlmişimiş. Belə sözlər deməyə vallah haqqı var. 2005-ci ildə mənim ətrafımda baş verən hadisələrin cərəyanında bir neçə deputat yeri ilə ağzı bağlanan “kapitan” 2008-ci ildə mən mane olmayanda, yəni siyasi arenada olmayanda az qala İlham Əliyevi yıxmışdı. Yadımdadır, 2008-ci il prezident seçkiləri ilə bağlı xarici mətbuatda gedən yazıların sayı bu yaxınlarda Dağlıq Qarabağda keçirilən seçkilərdən qat-qat azdır. 2008-ci ildə müxalifət “liderinin” aktivliyi elə səviyyədə oldu ki, dünya heç Azərbaycanda prezident seçkilərinin keçdiyindən də xəbər tuta bilmədi. 2009-cu ildə müxalifətin “əsas lideri” elə protest hərəkatı təşkil etdi ki, Əliyev nəinki özü üçün, heç bütün gələcək nəsilləri üçün də referendum keçirə bilmədi. 2010-cu il parlament seçkilərini isə müxalifətin “zirvədə” olmasının etalonu saymaq olar. Müxalifət elə “güclü” idi ki, nəinki parlamentdə, hətta kəndlərdə də bütün deputat yerlərini götürdü. Mən də bütün Azərbaycan xalqı ilə birlikdə  2005- 2012-ci ilin bu gününə qədər əsas işlərin “ağırlığını” çiynində saxlayan əsas “liderin” müvəffəqiyyətlərinə heyranam və alqışlayıram. Belə getsə, 2013-cü ildə heç bir seçkisiz İlham Əliyev 90 faizlə prezident olacaq. 2018-ci ildəsə dünyada birinci dəfə hökümətlə dil tapan müxalifət əvvəlcədən ümumi razılıq əsasında balaca Heydər Əliyevi 2038 –ci il üçün prezident seçəcək.

 

Müqavimət Hərəkatında sizə daha yaxın olan ALDP ilə ACP arasında əməkdaşlığı bundan sonra hansı formada görürsünüz? ALDP-nin hərəkatdan çıxması o deməkdirmi ki, daha Fuad Əliyev sizin yanınızda görünməyəcək?

– ALDP sədri Fuad Əliyev elə ilk günlərdən hərəkatı yaradanlardan biridir. Fuadı mənimlə Azərbaycanın gələcəyi ilə əlaqəli problemlərin həllində fikirlərin bir birinə yaxın olması birləşdirir. Ümid edirəm ki, Fuad sona qədər yaratdığımız protest hərəkatının ən aktiv üzvlərindən biri olacaq.  Avropada keçirdiyim görüşlərdə məni müşayət etmiş şəxs kimi onun potensialının şahidi oldum.

 

– YAP 2013-cü il prezident seşkilərində yenidən İlham Əliyevin namizədliyi üzərində dayandı. Əliyevin üçüncü dəfə namizədliyini irəli sürməsi nə anlamı verir? Xalqla yanaşı Azərbaycanda demokratiyanın bərqərar olmasına çalışan Qərbin bu məsələyə münasibətini necə proqnozlaşdırırsız?

– Bu günlərdə Böyük Britaniya hökuməti Belarusun prezidenti Lukaşenkonu İngiltərəyə buraxmadı, başqa sözlə viza vermədi. Cənab Əliyev Lukaşenkonun yoluyla gedir. Lukaşenko ilə Əliyevin fərqi ondadır ki, Lukaşenkonun nisbətən təmiz, Əliyevin isə korrupsiya və rüşvətin çirkabında üzən bir adam olmasıdır. İndi siz bu seçkilərdən sonra Əliyevə münasibətin necə olacağını təsəvvür edin. Əliyev və onun nazirləri Avropa və ABŞ vizalarından məhrum ediləcək. Tək o yox ailə üzvlərinə də viza verilməyəcək. Banklarda hesabları dondurulacaq və sair. Biz elə millətik ki, qonşunun başına gələnlərin heç vaxt bizə aid ola bilməyəcəyinə inanırıq, anlamaq niyə çətindir.

 

– Necə fikirləşirsiniz, 2009-cu ildə konstitusiyaya edilən məlum dəyişiklik və Daqlıq Qarabağ münaqişəsi həllinin bilərəkdən uzadılması əliyevlər hakimiyyətinin uzunömürlülüyünü təmin etmirmi?

–  Əksinə bu dəyişikliklər əliyevlərin talelərinin faciə ilə qurtaracağından xəbər verir.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

4 Cavab to ““Əliyevlərin Taleləri Faciə İlə Qurtaracaq””

  1. Hormetli Resul muellim. Sizin musahibelerinizi bir-bir oxuyanda anliyiram ve bashgalara baxanda cox da gozel basha dushurem ki, Sizden savayi bu olkenin bashkani olandan sonra ne etmeli cetin ki kim ise Siz yazdiginiz kimi dirnaq arasi bas muxalifatcilar arasinda bilir. Efsuslar olsun ki, onlar cirkab tokmekden bashqa ne ise elemek qabiliyyetinde deyiller. Bu menim subyektiv fikirlerimdir ve ola da biler ki, men bu yashda kor olmusham ve agil bashimdan qedib. Anlamaq olar ki siyasetde mubarizesiz hec neye nal olmaq mumkun deil. Amma her sheyin mence teri olmalidir. Men bilmirem Sizin gayidmaga planiniz neden ibaretdir ve bu detallar dushunuren hec de menim ishim deyil. Men birce Sizin numayyendelerden xahil eliyerdim ki, Size hemishe duzgun ve yerlerde real situasiyani catdirsinlar. Mene ele gelir ki, neticenin musbeti bundan da asilidir… Cox sag olun.

    • Hörmətli həmvətəndaş,Rəsul müəllimin uzaqda olmasına baxmayaraq respublikada baş verən bütün yaramazlıqlardan xəbəri var.Hətta, burada yaşayan Azərbaycanlılardan daha çox məlumatlıdır.Sadəcə onun haqqında iftira və böhtanla çıxış edən nankorları tanımır.Amma buna baxmayaraq bu yaramazlar yalanları ilə elə çıxış etməyə çalışırlar guya həqiqətən Rəsul Quliyevi dərindən tanıyırlar.İlqar adlı bir bambılısının R.Quliyev haqqında söz danışmaga heç mənəvi haqqı da yoxdur.Guya ki o,Etibar Məmmədovun vaxtılə müavini olub.Pah atonnan guya E.Məmmədov çox mahir müxalifətçi olub.Bir vaxtları o elə R.Quliyevin hesabına ortalıga çıxmışdı.Vətənini sevən və onun gələcəyini düşünən hər kəs bilməlidir ki,bu anda yalnız Rəsul müəllim xalqını bu bəladan qurtara bilər.Amma respublikada it yeyəsini tanımır,bilmirsən ki,müxalifətçisi kimdir,iqtidarı kimdir.Budur xalqı çaşqın vəziyyətə salan.Odur ki,ilk öncə xalq içərisində adını müxalifət qoyanlarla mübarizə aparmalıdır.İqtidarla mübarizə asan məsələdir.Ona görə də iqtidar belə nankorları bazarda it alan kimi satın alıb ona-buna hürüdürlər.Xalq bunları nəhayət anlayacaq!Bu gün xalq Rəsul Quliyevin ətrafında birləşsə bu xalqın gələcəji xoşbəxt olacaq,buna hamı əmin ola bilər!

  2. whoah this blog is magnificent i like

    studying your articles. Stay up the great paintings!

    You understand, lots of persons are looking

    round for this information, you can help them greatly.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: