– Siz videomüsahibənizdə AXC hökumətinin fəaliyyətini də tənqid etmişdiz. Bu tənqid isə KXCP sədri Mirəlioğlunun narahatlığına səbəb olduğundan deyib: “Rəsul Quliyevin bu fikirləri nəinki cavab istəyir, hətta tələb edir ki, ona cavab verilsin. Məncə, bu cavablar mütləq olacaq”. Bu cavabın nədən ibarət ola biləcəyini yəqinləşdirmisinizmi?
– Münasibət bildirmək üçün gərək o vaxtı gedən proseslərin içərisində olasan. İş elə gətirmişdi ki, o dövrdə mən bütün qrup, siyasi və hərbi fiqurların hamısı ilə əlaqə saxlayan yeganə şəxs idim. Bu qüvvələrin bir- birləri ilə görüşməsini, məsələləri müzakirə etməsini təşkil edən mən idim. Kimsə havadan, heç bir məntiqə söykənmədən hansısa fikirlər söyləsə, əgər hadisələrin təhrifi tarixi əhəmiyyət kəsb etsə, əlbəttə cavab verəcəyəm, faktlarla saxta mülahizələri darmadağın edəcəyəm. Əgər elə bir əhəmiyyəti olmayan fikirlər söylənilsə, cavab verməyəcəyəm.
Məsələn “Gündəlik Teleqraf” yazır ki, Etibar Məmmədov Rəsul Quliyevin yalanını çıxartdı. Birincisi, elə kobud ifadə işlətmək qəzet üçün profesional hesab edilə bilməz. Yalanı ancaq məhkəmə çıxara bilər, istənilən şəxsin dediyi onun düşüncəsincə, subyektiv fikri ola bilər. 24 saatda 2 saatlıq bir iclasın keçrilməsi və orada iştirak etməyim mənim dediyimin necə yalan olduğunu təsdiqləyə bilər. Kimsə fikirləşir ki, mən Elçibəyə təkbətək deyəcəyim sözü kimlərinsə Iştirakı olan iclasda deməliymişəm, kobud səhv edir. Elçibəyin Bakını tərk etməsi barədə xəbəri mən o iclasdan sonra da ala bilərdim. Bu necə gülünc yalan çıxartmaq metodudur. Yaxud Elçibəyin köməkçisinin, onun adı yadımda deyil, ancaq şəklini görən kimi xatırladım. Əbülfəz bəyin kiminlə çörək kəsib, kəsmədiyini bilməsi doğrudan məni təəccübləndirdi. Mən elə bilirdim ki, köməkçi siyasi fiqurdur. Heç ağlıma da gəlməzdi ki, mənim köməkçim kiminləsə yemək yediyimi bilə bilsin. Yenə mühafizəçi olsaydı bir təhər qəbul etmək olardı. Bunları yazmaqla bu səpgidən olan təkziblərə cavab verməyəcəyimi xatırlatmaq istədim.
Bu günlərdə oxudum ki, özünü baş ‘’müxalifətçi’’hesab edən birisi mənə cavab verməyəcəyini elan edib. Cünki siyasi arenada mən artıq 2005-ci ildən yoxam. Onu da oxudum ki, “baş müxalifətçi’’ məni Azərbaycana aparmaq üçün Simferopola gəlmişimiş. Belə sözlər deməyə vallah haqqı var. 2005-ci ildə mənim ətrafımda baş verən hadisələrin cərəyanında bir neçə deputat yeri ilə ağzı bağlanan “kapitan” 2008-ci ildə mən mane olmayanda, yəni siyasi arenada olmayanda az qala İlham Əliyevi yıxmışdı. Yadımdadır, 2008-ci il prezident seçkiləri ilə bağlı xarici mətbuatda gedən yazıların sayı bu yaxınlarda Dağlıq Qarabağda keçirilən seçkilərdən qat-qat azdır. 2008-ci ildə müxalifət “liderinin” aktivliyi elə səviyyədə oldu ki, dünya heç Azərbaycanda prezident seçkilərinin keçdiyindən də xəbər tuta bilmədi. 2009-cu ildə müxalifətin “əsas lideri” elə protest hərəkatı təşkil etdi ki, Əliyev nəinki özü üçün, heç bütün gələcək nəsilləri üçün də referendum keçirə bilmədi. 2010-cu il parlament seçkilərini isə müxalifətin “zirvədə” olmasının etalonu saymaq olar. Müxalifət elə “güclü” idi ki, nəinki parlamentdə, hətta kəndlərdə də bütün deputat yerlərini götürdü. Mən də bütün Azərbaycan xalqı ilə birlikdə 2005- 2012-ci ilin bu gününə qədər əsas işlərin “ağırlığını” çiynində saxlayan əsas “liderin” müvəffəqiyyətlərinə heyranam və alqışlayıram. Belə getsə, 2013-cü ildə heç bir seçkisiz İlham Əliyev 90 faizlə prezident olacaq. 2018-ci ildəsə dünyada birinci dəfə hökümətlə dil tapan müxalifət əvvəlcədən ümumi razılıq əsasında balaca Heydər Əliyevi 2038 –ci il üçün prezident seçəcək.
– Müqavimət Hərəkatında sizə daha yaxın olan ALDP ilə ACP arasında əməkdaşlığı bundan sonra hansı formada görürsünüz? ALDP-nin hərəkatdan çıxması o deməkdirmi ki, daha Fuad Əliyev sizin yanınızda görünməyəcək?
– ALDP sədri Fuad Əliyev elə ilk günlərdən hərəkatı yaradanlardan biridir. Fuadı mənimlə Azərbaycanın gələcəyi ilə əlaqəli problemlərin həllində fikirlərin bir birinə yaxın olması birləşdirir. Ümid edirəm ki, Fuad sona qədər yaratdığımız protest hərəkatının ən aktiv üzvlərindən biri olacaq. Avropada keçirdiyim görüşlərdə məni müşayət etmiş şəxs kimi onun potensialının şahidi oldum.
– YAP 2013-cü il prezident seşkilərində yenidən İlham Əliyevin namizədliyi üzərində dayandı. Əliyevin üçüncü dəfə namizədliyini irəli sürməsi nə anlamı verir? Xalqla yanaşı Azərbaycanda demokratiyanın bərqərar olmasına çalışan Qərbin bu məsələyə münasibətini necə proqnozlaşdırırsız?
– Bu günlərdə Böyük Britaniya hökuməti Belarusun prezidenti Lukaşenkonu İngiltərəyə buraxmadı, başqa sözlə viza vermədi. Cənab Əliyev Lukaşenkonun yoluyla gedir. Lukaşenko ilə Əliyevin fərqi ondadır ki, Lukaşenkonun nisbətən təmiz, Əliyevin isə korrupsiya və rüşvətin çirkabında üzən bir adam olmasıdır. İndi siz bu seçkilərdən sonra Əliyevə münasibətin necə olacağını təsəvvür edin. Əliyev və onun nazirləri Avropa və ABŞ vizalarından məhrum ediləcək. Tək o yox ailə üzvlərinə də viza verilməyəcək. Banklarda hesabları dondurulacaq və sair. Biz elə millətik ki, qonşunun başına gələnlərin heç vaxt bizə aid ola bilməyəcəyinə inanırıq, anlamaq niyə çətindir.
– Necə fikirləşirsiniz, 2009-cu ildə konstitusiyaya edilən məlum dəyişiklik və Daqlıq Qarabağ münaqişəsi həllinin bilərəkdən uzadılması əliyevlər hakimiyyətinin uzunömürlülüyünü təmin etmirmi?
– Əksinə bu dəyişikliklər əliyevlərin talelərinin faciə ilə qurtaracağından xəbər verir.
Hormetli Resul muellim. Sizin musahibelerinizi bir-bir oxuyanda anliyiram ve bashgalara baxanda cox da gozel basha dushurem ki, Sizden savayi bu olkenin bashkani olandan sonra ne etmeli cetin ki kim ise Siz yazdiginiz kimi dirnaq arasi bas muxalifatcilar arasinda bilir. Efsuslar olsun ki, onlar cirkab tokmekden bashqa ne ise elemek qabiliyyetinde deyiller. Bu menim subyektiv fikirlerimdir ve ola da biler ki, men bu yashda kor olmusham ve agil bashimdan qedib. Anlamaq olar ki siyasetde mubarizesiz hec neye nal olmaq mumkun deil. Amma her sheyin mence teri olmalidir. Men bilmirem Sizin gayidmaga planiniz neden ibaretdir ve bu detallar dushunuren hec de menim ishim deyil. Men birce Sizin numayyendelerden xahil eliyerdim ki, Size hemishe duzgun ve yerlerde real situasiyani catdirsinlar. Mene ele gelir ki, neticenin musbeti bundan da asilidir… Cox sag olun.
Hörmətli həmvətəndaş,Rəsul müəllimin uzaqda olmasına baxmayaraq respublikada baş verən bütün yaramazlıqlardan xəbəri var.Hətta, burada yaşayan Azərbaycanlılardan daha çox məlumatlıdır.Sadəcə onun haqqında iftira və böhtanla çıxış edən nankorları tanımır.Amma buna baxmayaraq bu yaramazlar yalanları ilə elə çıxış etməyə çalışırlar guya həqiqətən Rəsul Quliyevi dərindən tanıyırlar.İlqar adlı bir bambılısının R.Quliyev haqqında söz danışmaga heç mənəvi haqqı da yoxdur.Guya ki o,Etibar Məmmədovun vaxtılə müavini olub.Pah atonnan guya E.Məmmədov çox mahir müxalifətçi olub.Bir vaxtları o elə R.Quliyevin hesabına ortalıga çıxmışdı.Vətənini sevən və onun gələcəyini düşünən hər kəs bilməlidir ki,bu anda yalnız Rəsul müəllim xalqını bu bəladan qurtara bilər.Amma respublikada it yeyəsini tanımır,bilmirsən ki,müxalifətçisi kimdir,iqtidarı kimdir.Budur xalqı çaşqın vəziyyətə salan.Odur ki,ilk öncə xalq içərisində adını müxalifət qoyanlarla mübarizə aparmalıdır.İqtidarla mübarizə asan məsələdir.Ona görə də iqtidar belə nankorları bazarda it alan kimi satın alıb ona-buna hürüdürlər.Xalq bunları nəhayət anlayacaq!Bu gün xalq Rəsul Quliyevin ətrafında birləşsə bu xalqın gələcəji xoşbəxt olacaq,buna hamı əmin ola bilər!
Sözsüz Azərbaycandakı sualtı görünməyən proseslərdən də xəbərim vardır.Əsas məsələ üzdə görüntüsü olan prosesləri görməklə qurtarmır,əsas məsələ onu analiz edib nəticə çıxartmaqdır.
whoah this blog is magnificent i like
studying your articles. Stay up the great paintings!
You understand, lots of persons are looking
round for this information, you can help them greatly.