“Mən Müharibəyə Oktyabrın Axırında Qarışmağa Başladım -Öz Təşəbbüsümlə.”

ACP lideri Rəsul Quliyev Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı Turqut Ərin ittihamlarına cavab verib. Xatırladaq ki, Turqut Ər “Azadlıq”a göndərdiyi məktubda Rəsul Quliyevə qarşı bir sıra ittihamlar irəli sürüb. Məktub ACP liderinin müsahibələrindən birində Turqut Ər barədə səsləndirdiyi fikirlərə cavab xarakteri daşıyıb.

Rəsul Quliyevin Turqut Ərə ünvanladığı cavabı müəyyən redaktə ilə təqdim edirik:

“Hər dəfə Turqut Ərin yazısına rast gələndə, yazını hadisələrdən xəbərsiz bir adamın yazdığını düşünmək olar. Bu dəfəki yazısında Turqut Ər indiyə qədər yazdıqlarının hamısını arxada qoyub, fantastik şeylər uydurub.

Turqut Ər yazır ki, mən bir neçə dəfə onun barəsində danışmışam, ancaq o, cavab verməyib. Soruşmaq lazımdır, hansı qəzetdə və nə zaman. Turqut müəllim, məgər məni bir ay öncə hər məsələdə günahlandıran siz deyildinizmi? 20 il bundan öncəki tarixi araşdıran insanın bir ay bundan öncə söylədikləri yadından çıxıb?

Əgər ömrünü diplomatik işlərə sərf etmiş bir şəxs, parlament sədrlərinin imzaladığı sənədin – protokolun statusunu bilmirsə, onun nəsə bildiyinə inanmaq olarmı? Turqut Ər iddia edir ki, Bişkek protokolu ilə mən Azərbaycanın 6 rayonunun işğalına səbəb oldum. Xocam, belə ciddi qərar verməmişdən öncə gərək o rayonların nə vaxt verildiyini öyrənərdiniz heç olmasa. Onda görərdiniz ki, 6 rayonuın işğalı 1993-cü il iyunun axırı Ağdamdan başlayıb, oktyabrın axırı Zəngilanla bitib. O dövrdə mən nazirlər kabinetində 5-6 müavinlərdən biri idim və müharibə ilə əlaqədar işlərə qarışmağa ixtiyarım yox idi. Müharibəni prezident əvəzi Heydər Əliyev və baş nazir Surət Hüseynov aparırdı. Hətta bəzi baş nazirin müavinləri müharibə zonasına göndərilirdi, məndən başqa.

Mən müharibəyə oktyabrın axırında qarışmağa başladım -öz təşəbbüsümlə. Hiss etdim ki tədbir görülməsə Ermənilər Mingəçevir-Yevlax yoluna çıxacaqlar. Qısa müddətdə əskərlikdə (Sovet) olmuşlardan rayon batalyonları yaradıldı və düz bir aydan sonra 5 mindən çox əskər və zabit döyüşə atıldı, nəticədə işğal olmuş torpaqların 3 faizinə yaxını Fizuli-Horadiz istiamətində dekabr ayında azad edildi.

Bişkek protokolu isə 1994-cü il may ayında imzalanıb.

Elçibəyə hansı xəyanətdən söhbət gedir? Siz tarixçisiniz, yadınıza Türkiyə ilə əlaqədar önəmli bir hadisəni  salmaq istəyirəm. 10 avqust 1920-ci ildə Fransanın Sevr şəhərində Antantanın bütün ölkələri, o cümlədən Ermənistan bir tərəfdən, Osmanlı imperiyası o biri tərəfdən Türkiyəni parçalamaq, daha doğrusu dağıtmaq müqaviləsinə imza atdılar. Ədirnə, İzmir, bir çox şəhər və kəndlər Yunanıstana, Qars regionu ermənilərə, hətta İstambul Türkiyədən alınıb beynəlxalq nəzarət idarəçiliyinə verildi. Bir sözlə bütün dünya Türkiyənin əleyhinə müqaviləyə imza atdı. Bu dediyiniz Bişkək protokolundan fərqli olaraq, əziz diplomat, hüquqi sənəd idi, çünki hökümət qol çəkmişdi. Türkiyədə Atatürkün başçılığı altında xalq bütün dünyaya müharibə elan etdi və 1922-ci ildə qalib gəldi. Demək istədiyim odur ki, xalqın dəstəyi olan höküməti heç bir qüvvə və ya 1993-cü ilin iyununda ümumiyyətlə qüvvəsi olmayan Rusiya, yaxud Heydər Əliyev yıxa bilməzdi. Rəsul Quliyevdən isə heç söhbət gedə bilməzdi.

Rövşən Cavadov və onun ətrafında olanların qanının tökülməsi haqda böhtan deməkdən çəkinmirsiniz. Heydər Əliyev dünyasını dəyişib, ancaq mən sağam və hadisələrin necə baş verdiyini bilirəm. Rövşən Cavadov qiyamına birbaşa Türkiyənin səfirliyi rəhbərlik edirdi. Nəyə görə rəhbərlik edirdi, onu da açıqlaya bilərəm. 17 mart döyüşləri gecəsi yatmayıb gözləyirdiniz ki, Cavadovun komandası çıxıb gələcək və Prezident Aparatını ələ keçirəcək. Əvvəl çox böyük ruh yüksəkliyi ilə Cavadovgili ruhlandırırdınız, saat 4-dən sonra kefiniz pozuldu, səhər saat 6-da panika içərisində Əliyevə zəng edib atəşi saxlamağı xahiş etdiniz. Kabinetdə biz ikimiz idik. Əliyev soruşdu ki, Cavadov yenidən əvvəlki hoqqaları  çıxarmayacağına necə inana bilərik. Xatırlayın səfirin  cavabı nə oldu. “O, bizim sözümüzdən çıxa bilməz” dedi. Ancaq artıq gec idi”.

About Rasul Guliyev - Rəsul Quliyev

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

15 Cavab to ““Mən Müharibəyə Oktyabrın Axırında Qarışmağa Başladım -Öz Təşəbbüsümlə.””

  1. Rəsul bəy bu şəklin biraz böyük ölçülü olanı var?

  2. Mence bu turk cenabin sehhetinde deyishmez prossesleri bash verib gedir… Allah ona komek edsin.

    • Türk cənabın doğrudan problemi var.Ağlı üstündə olan insan belə cəfəngiyatlar yazmaz.
      Mənə son vaxtlar növbəti yapçı ləqəbi ilə birisi etikadan kənar yazılar göndərir və sözsüz onları bloqa qoymuram.Bu xalq bu tip adamlardan heç vaxt xilas ola bilməyəcək.

  3. Resul muellim sizin bloqunuzda fotoalbomda resiminiz var idir ne ucun onu sildiniz.Tarixi resimleri saxlmaq lazim bloqda.Heyder Eliyevle parlamentde qucaqlashib öpushduyunuz shekil tarixi shekildir.Özunuzn resmini cixartmisiniz o magmun Ebulfez Eliyevin resmini saxlamisiniz.

  4. Bir zaman Resul Quliyev mushavirede cixishi zamani men ölenecen Heyder Eliyev siyasetine xidmet edecem.Heyder Eliyev Azerbaycanin dahi siyasetcisi deyen ,onu qucaqlashib öpen sexs bu gun onun siyasetine dushmen kesilib.

    • Haqq Ədalətsiz mən həyatımda elə bir söz işlədə bilmərəm.Sadəcə olaraq ölənə qədər xalqdan başqa kiməsə xidmət etmək mənim leksikonumda yoxdur. Bu ağ yalandır.Yeganə mən parlamentin sədri seçiləndə,mən H.Əliyevin siyasətini dəstəkləyirəm, dəstəkləmədiyim gün istefa verəcəyəm demişəm.

      • Beli Uzr dileyirem.Sehf menim terefimden.Heyder Eliyev siyasetini destekleyirem demisiniz.Cok uzr dilerem.

      • Ancaq yenə axıra qədər yaxşı oxumadınız. Xahiş edirəm birdə oxuyun və sizin yazdığınıza heç uyğun gəlmədiyi üçün bir daha üzr istəyin.

      • Eger siz isteyirsiniz men ikinci defe uzr dileyim bu mumkun ish deyil,Ilk defe uzr dilemeyi size hörmet olaraq söyledim.Siz ki,bu cur cavablandirdiniz.Ikinci defe uzr dileyim bu hec zaman olmayacaq. Men sizin kimi Heyder Eliyev bulaginda su icib ona qarshi indi dushmen mövqe tutmuram.Sizin onunla parlamentde öpushduyunuz resimi niye blogun albomundan göturmusunuz eger siz haqqli insansiniz.Ebulfez Eliyevin resimini göturmedin öz resiminizi göturdun.Demeli sizin video arxivde olan cixishinizi Yotubide izleyin baxin siz dogurdanda ele söylediniz ki,men Heyder Eliyev siyasetyini ve özunu ölenecen mudafie edecem.Bele bir fakt var. Danmaq lazim deyil.Tarix var.Cok sag olun Hörmetle

    • H.Əliyev siyasətini çoxumuz dəstəkləmişik,belə olmasaydı ölu dirilib yenidən rəhbər seçilə bilməzdi.Bu bizim hamımızın böyük səfvidir.Amma görün “şeytan”nə qədər bic,aferist olub ki,bizlər onun iç üzünü görə bilməmişik.Lakin artıq hər şey aydındır,amma sənin kimi adını Haqq-Ədalət qoyanlar hələ də o siyasətin qurbanı olaraq köləliyindən dönmək istəmir.Yaltıq qanınızda o qədər dərin kök salıb ki,xalq yolunda mübarizə aparanlara belə irad və iftiralarla yanaşaraq su bulandırırsınız.Tutaq ki kimsə H.Əliyev siyasətini bəyənib,məgər o onun günahıdır?Şeytanın aldatdıgı insanlar məgər düz yola qayıda bilməz?Acınacaqlı budur ki,bəziləri şeytanın təsiri altında iblisləşib,hamıya qara yaxmaga çalışır.Düşüncəsi saglam adam heç kimə şübhə ilə yanaşmamalıdır,bu hal xain və xüdbin adamlara məxsusdur.

  5. Rəsul Quliyev çaşıb. Gah deyir ki, o 6 rayonun ermənilərə verilməsində iştrak etməyib, amma Bişkek protokolunda onun imzası durur, ya qocalıqdan yaddan çıxarlb, ya da biclikdən gizlətməyə çalışır.
    Eşələyib, tapıb bir şəkil çıxarib ortaya, H.Əliyevlə Elcibəy öpüşür.
    Bəs nə çətinlik var ki, bir sənəd çıxarsin ortaya ki, hər hansı bir məsələdə H.Əliyelə razılaşmayıbsan, onun siyasətinə qarşı çıxıbsan. Yenə də ya qocalıqdan yaddan çıxarıbsan hər şeyi, ya da biclikdən özünü günahsız göstərmək istəyirsən.

  6. Zahmat olmasa , 29 iyul musahibesinin birinci ve ikinci hissesini harda tapmagda yardimci olun, blogda ve youtube da link gosterir ki, 1-ci hissedir, lakin video materiallar 3-cu hisseden bashlayir,yegin ki, texniki sehvdir

    • Ömurunuzde hakimiyyet nedir görmeyeceksiniz.Eliyevler hakimiyyetine 100 illerle xidmet edeceksiniz.Yashasin Ilham Eliyev

  7. Sizde olan demokratiya yalniz indiki hakimiyyetden de qeddar olaca. Size aid,terif yaxshi sherhleri verirsiniz.Size faktla yazilan sherhleri utandiginizdan silirsiniz.Heyder Eliyevle qucaqlashib öpushduyun resimi gizletdin biz tapib Yotubiye qoyariq

    • Vətəndaş siz belə görürəmki 100 yaş yaşasanızda elə uşaq qalacaqsınız. Bu əhəmiyyətsiz yazıları yazmağın nə mənası var. Mənim H.Əliyevlə 100-lərlə şəkilim var,heç çoxunun harada olmasından xəbərim yoxdur. Nə olsun.

Rasul Guliyev - Rəsul Quliyev üçün bir cavab yazın Cavabı ləğv et