Eks-spiker barəsindəki ittihamlarla bağlı “Azadlıq”a növbəti məktubunu göndərdi
Türkiyənin Azərbaycandakı sabiq diplomatlarından olan Turqut Ərlə eks-spiker Rəsul Quliyev arasındakı söz atışması səngimir. Xatırladaq ki, Turqut Ər Rəsul Quliyevi 6 rayonun verilməsində suçlu bilmişdi.
Eks-spiker isə türk diplomatı tarixi saxtalaşdırmaqda və hadisələri düzgün qeydə almamaqda ittiham edib və bildirib ki, diplomatın onu 6 rayonun işğalında günahlandırması doğru deyil.
Turqut Ər isə “Azadlıq”a göndərdiyi növbəti məktubda bildirib: “Məgər mən demişəm ki, Rəsul Quliyev torpaq verib? Rəsul Quliyev Heydər Əliyevin satdığı rayonları imza atdığı Bişkək Protokolu ilə rəsmiləşdirib. Bunu danmaq istəyirsə, dansın”.
Rəsul Quliyev də türkiyəli diplomata cavab olaraq redaksiyamıza növbəti məktubunu göndərib. Eks-spikerin yaxdıqlarını oxucuların diqqətinə çatdırırıq:
“Bu mənim Turqut müəllimə verəcəyim sonuncu cavabdır. Bundan sonra istədiyini yaza bilər, daha cavab almayacaq.
Sevr müqaviləsini misal çəkməklə mən anlatmağa çalışmışdım ki, xalq liderin (Atatürkün) arxasında dayananda onu hətta bütün dünya yığışsa belə yıxa bilmir. Amma Turqut müəllim qəfildən özündən çıxıb bu müqaviləyə imza atanların 60-cı ilə qədər Türkiyəyə buraxılmamasından danışır. Bunun mətləbə nə dəxli var. Bir neçə ay ərzində Turqut bəy eyni hadisəyə görə gündə birini günahlandırıb ağır ittihamlar irəli sürür. Və yazdıqları bir birini təkzib edir. Mart hadisələrində hansısa naxçıvanlıları ittiham edir, hansısa rus generallarından danışır. Birdən əsəbiləşib “Məgər Türkiyə səfirliyi gedib omonçuları güllələdi?” deyə sual edir. Bunun cavabını soruşur. Kimdən məlum deyil. Kim demişdi ki, Türkiyə səfirliyi güllələyib onları, başa düşmək olmur. Indi “Mart hadisələrinə Namiq Abbasovla, Nəcməddin Sadıqov cavab verməlidir, onlar hər şeyi bilir” iddiasını irəli sürür.
Sivil ölkələrin səfirləri görüşə gələndə birinci qaldırdıqları məsələ demokratiya və seçkilər idi. Bəs, siz niyə o məsələləri qaldırmırdınız Turqut müəllim? Özünü 21-ci əsrin görkəmli diplomatlarından sayan Turqut müəllimə parlament sədrinin imzaladığı protokolun müqavilə statusu daşımadığını izah etmək olmur. Turqut müəllim hələ də bilmir ki, parlament sədri parlamentin səs verib qəbul etdiyi qanun və qərarlara qol çəkdikdə onun hüquqi statusu olur. Ancaq o qanundursa prezident imzaladıqdan sonra qüvvəyə minir. Turqut müəllim, sizə bir məsləhətim var. Bundan sonra nəsə bir şey yazmaq istəsəniz xahiş edirəm arxiv materiallarından istifadə edəsiniz. Mən əminəm ki, siz o “Bişkek protokolu”nu oxumamısınız. Oxusaydınız ləkə yaxmaqdan xəcalət çəkərdiniz”.
İlk əvvəl Turqutun milliliyini yoxlamaq lazımdır,çünki kimə xidmət etdiyi məlum deyil.Sadəcə hətələn-pətələn danışıb özünü Azərbaycana yanar siyasətçi sanır.Gah hakimiyyətin əleyhinə,gah da Rəsul Quliyev kimi Liderin əleyhinə agzına gələni danışır.Bununla görəsən hansı məqsədi güdür?Belə çıxır ki, və yəqin ki onu öyrədən müxalifətçi qüvvələr var.
Bu müxalifətçilərin əksəriyyəti keçmiş AXCP üzvüləri olub.Bir qismi deputat olub açıq şəkildə,digərləri isə gizli halda bu hakimiyyətə xidmət edir.Bunların çoxu da həmən bu Turqutun dostlarıdır.Diqqətlə izləsəniz bunların kimliyi aydın olacaq.Ona görə də 20 ildir həmin bu müxalifətçilər adlarını “Ana müxalifət”qoyub hakimiyyətin ömrünü uzadırlar.Xalq öz taleyini artıq özü həll etməlidir,bunlara bel baglamaq ən azı sərsəmlikdir.Hamı bir olub öz liderinin arxasınca getməlidir.Ayılın ey insanlar,xalqın xilaskarı Rəsul Quliyevdir.daha yatmaq vaxtı deyil,ayaga qalxıb vətənimizi yagılardan azad etməliyik,yoxsa talanan Azərbaycanda özümüzü də özəlləşdirib qul edəcəklər.Bunu anlamayanın dörd ayaqlıdan heç də fərqi yoxdur məncə!
Resul muellim, mence bu turkun ortaya salinmasinin sebebi odur ki, size paxilliqla baxanlar sizin fikirleri ve enerjisini esas ishlerden uzaqlashdirmaq meqsedini gudur. Men sizinle raziyam ki, dushmenlere ve reqiblere cavab vermek gerekdir. Amma axmaqlara, bashi xeste ecnebi vetendashlara… Mence onlara sizin vaxtinizi serf etmeye hec de deymez…
Bu menim subyektiv fikrimdir ve ola biler ki men bu meselede edaletli, haqli deyilem..
Hörmətli hemvetendash,çox düzgün buyurursunuz ki,Rəsul müəllimə qarşı çox böyük paxıllıq var.Bu təkcə hakimiyyət tərəfindən deyil,eyni zamanda adını müxalifət qoyanların əksəriyyəti
tərəfindəndəndir.Ğslində isə bunlar müxalifət deyillər,20 ildir hakimiyyətin ömrünü uzadan nankorlardır.Bax elə ona görə də xalq belə zülm çəkir,böhran dövrünü yaşayır.Onlar elə başa düşür ki,”dəvə” girib pambıga heç kim görmür.Amma çox yanılırlar,xalq bunların çirkin hoqqalarını indi yaxşı görür.Hələ utanmırlar özləri Rəsul Quliyevə qarşı böhtan,şər atmaqla yanaşı Turqut kimi milliliyi bilinməyən agızdan gəvəzəni də öyrədib boş-boş çərənlədirlər.Axı məntiq var,əgər dogrudan da müxalifətsənsə niyə xalqı böhran vəziyyətində yaşadan hakimiyyətə qarşı mübarizə aparmırsan,xalqını bu zülmdən azad etməyə çalışan qeyrətli Rəsul Quliyevə qarşı böhtanlar atırsan?Müxalifətin 1-ci işi uzun illərdir xalqı kölə halında mavıldadan hakimiyyəti yıxmaq olmalıdır,bunu et sonra seçkilərdə özünü xalqa sevdirib məharətini görsədərsən.Amma bunlar əksinə xalqı bu agır vəziyyətdən çıxarmaq istəyən Rəsul müəllimə qara yaxmaga çalışırlar.Çünki öz vicdanlarını keçi qiymətinə satan bu nankorları xalq düşündürmür,qarınları düşündürür.İnanın ki,bu şəxsiyyətsizlərdənsə Calal Əliyev kişi adamdır.Qardaşı oglu olmasına baxmayaraq əlində imkan olsa bu hakimiyyətin iliyinə işləyər.Amma bu xainlər yaltaqlıqları ilə min dona girib xalqı da çaşdırırlar.Amma anlamalıdırlar ki,dələduzluqlarının heç bir xeyiri olmayacaq,çünki hal hazırda Rəsul Quliyevdən real namizəd yoxdur.Bunu hakimiyyətdə olanlar da anlayır və müəyyən vaxtdan sonra bəziləri gizlicə Rəsul müəllimi dəstəkləyəcəklər,bunu mütləq görəcəksiniz.Hələ xalq ayılıb ayaga qalxsa inanın ki,bizə nə Amerkanın,nə də Avropanın dəstəyi də lazım olmaz.Özümüz bunları düz Afrikaya qədər qova bilərik.Amma əfsuslar olsun ki,xalq bunu düşünə bilmir.Heç olmasa 30-40 min ayaga qalxa bilsək dabanlarına tüpürüb qaçacaqlar.