“Vahid Namizəd Olub Hamını Öz Ətrafında Toplamaq Mümkün Deyil”

 

Ölkədə və regionda son günlərdə baş verən mühüm siyasi proseslərlə bağlı “Unikal” qəzetinin suallarını Ədalət Partiyası sədrinin müavini Heydər Oğuz cavablandırır.

-Heydər bəy, 19 ildir ki, Azərbaycan müxalifəti bu cəmiyyətin gözləntilərini doğrulda bilmir. Bunun səbəbləri nələrdən qaynaqlanır?

-Müxalifət sosial qurum kimi çıxış etmir və sosial qurum deyil. Müxalifət hakmiyyəti əvəz edə biləcək bir sistemdir. Bildiyiniz kimi, müxalifət sözü ərəbcə “xələf” sözündən törəyib. Yəni əvəz edən. Xatırlatdığınız müddətdə Azərbaycanda elə bir müxalifət qurumu olmayıb ki, hakimiyyəti əvəzləyəcək potensialda ola bilsin. Əvvəla, müxalifətin ideoloji bazası yoxdur. İkincisi, müxalifətin təşkilatlanma səviyyəsi çox zəifdir, mən deyərdim ki, təkilati baxımdan mövcud deyil. Üçüncüsü isə, bütün standartlara cavab verəsi lideri yoxdur. İstənilən təşkilatın formalaşması üçün vacib olan üç elementdən heç biri yoxdur. Ona görə də müxalifət bu cəmiyyətin ümidlərini reallaşdıra bilmir. Rəhmətlik Elçibəy lider nümunəsi idi və dediklərimi o bacarardı. Ona da vaxtında məhz indiki liderlər mane oldular, imkan vermədilər. Təbiidir ki, o , rəhmətə gedəndən sonra bunlar da öz dəyərlərini itirdilər. Çünki hökumət onları Elçibəyə qarşı çıxmaq üçün maliyyələşdirirdi. Elçibəy öləndən sonra hökumət əlini bunların üstündən götürüb başlı-başına buraxdı və onlar da oldular indiki müxalifət. İndiki müxalifət isə yuxarıda dediyim strukturları yarada biləcək gücdə deyil. Hazırkı vəziyyətdə həmin strukturu yarada biləcək yeganə adam Rəsul Quliyevdir, o da xaricdədir, qoymurlar ölkəyə gəlsin. Beləliklə də, Azərbaycan müxalifətsiz bir cəmiyyətə çevrilib.

Xarici səfərlərin birində Türkmənbaşıya bir sual vermişdilər ki, “Niyə Türkmənsitanda müxalifət yoxdur?”, o da cavabında demişdi ki, “Bizdə müxalifət olmaq istəyənlər yoxdur, ona görə. Mən zorla müxalifət yaratmayacağam ki!”

Heydər Əliyevin böyüklüyü onda idi ki, müxalifəti özü yaradırdı ki, xaricdən ona qarşı təzyiqlər olmasın. İndi isə ölkədə müxalifət adlananlar var, özləri yoxdur. Azərbaycan müxalifəti “Halal” markalı kolbasalar kimidir – adı halaldır, özü yox. Müxalifət narazı elektoratın təşkilatlanmış formasıdır. Bizdə narazı elektorat olsa da, müxalifət yoxdur. Narazı elektorat da marginallamış elektoratdır, yəni narazılığı öz çərçivəsində qalır.

-Müxalifəti ideologiyasız müxalifət adlandırdınız. Bunu bir qədər geniş şəkildə açıqlaya bilərdiniz?

-Hansı müxalifət partiyasının nizamnaməsini oxuyursansa, eyni sözlərə, eyni cümlələrə rast gəlirsən. “Biz Azərbaycanın demokratikləşməsin istəyirik, biz Azərbaycanın…”. Amma bu demokratikləşmə necə olacaq, bu prosesin fundamental əsasları necə olacaq, bunları bilmirlər. İqtisadi konsepsiyaları yoxdur. Onlar iqtidarın neft siyasətini tənqid edirlər, amma özlərinin alternativ layihələri yoxdur. Tənqid etmək asandır. Əvəzində nə təklif edirsən? Bu yoxdur. Heç bunu yarada biləcək gücdə də deyillər. Problem bundadır. Oturub ölkədəki təhsil siyasətini, daha doğrusu, təhsil siyasətini yox, Misir Mərdanovu, rüşvətxorluğu tənqid edirlər. Bəs bu rüşvətxorluğun qarşısı necə alınacaq – buna cavab verə bilmirlər. Ona görə də müxalifət camaatı inandıra bilmir. Yəni müəllimi inandırmalısan ki, o sənin tərəfinə keçsin.

Bu 19 il ərzində müxalifət ən həlledici məqamda meydandan geri çəkilib, anlaşılmaz səbəblərə görə mitinqləri təxirə salıb. Bununla da hər şeyini itirib. Bu müxalifət gözünü dikib xarici dəstəyə. Fikirləri qalıb ancaq xarici dəstəyin yanında. Xarici qüvvələrin də nəyinə lazımdır ki, kimisə dəstəkləsin? Bu hakimiyyətlə rahatca dil tapıb öz işini görür. Xarici qüvvələr müxalifətdən istifadə edib Azərbaycandan istədiyini qoparda bilir. Əslində, bu müxalifət xarici dairələrin hakimiyyət qarşı istifadə etdiyi bir qurumdur. Əli Kərimli yaxşı bir hüquqşünasdir, amma hansı iqtisadi konsepsiyanı təklif edəcək? İsa Qəmbər yaxşı tarixçi ola bilər, amma ölkədə hansı hüquqi islahatları aparmaq lazımdır – bunun ortaya qoya bilmir. Konkrert hansısa mövzulara toxunurlar, alternativ fikirləri yoxdur. Nəticədə isə iqtidarın alternativinə, yəni xələfinə çevrilə bilmirlər. Arada iqtisadçı Qubad İbadoğlu gözəl fikirlər söyləyə bilir, vəssalam.

-Zaman-zaman Azərbaycan müxalifətində bir sağalmaz mərəz baş qaldırır: vahid namizəd problemi. Bu mərəz nədən yaranıb?

-Muhəmməd (s.ə.s.) peyğəmbərin bir sözü var, deyir ki, “Böyük başlar fikirlərə, orta başlar hadisələrə, kiçik başlar isə insanlara qiymət verir”. İndi də hadisələr qalıb bir kənarda, Azərbaycan müxalifət insanları, liderləri ölçüb-biçir. Vahid namizəd olub hamını öz ətrafında toplamaq mümkün deyil. Hamının eyni namizədi ola bilməz. İsa Qəmbər ancaq öz tərəfdarlarının vahid namizədi ola bilər. Rəsul Quliyev də o cümlədən. Niyə sən kimisə mütləq vahid namizəd seçirsən ki, elektoratın bir hissəsini passivləşdirəsən? Bunu hansı hüquqla edirsən? Amma sən situasiyanın özünə qarşı mübarizə aparsan, bu işdə hamının marağı olar. Ölkədə demokratikləmə uğrunda mübarizə aparsan, buna hamı qoşular. Çünki hamı istəyər ki, bu demokratik rejimdən bəhrələnsin. Biri deputat seçilmək istəyər, biri, doğrudan da, müstəqil qəzet buraxmaq istəyər, biri sərbəst kommersant olmaq istəyər və s. Amma bunlar bunu demirlər. İnanın, müxalifət vahid namizəd məsələsini həll edə bilsə, yenə də onu hamısı dəstəkləməyəcək. 2003-cü ildə Rəsul Quliyev deyirdi ki, “Mən İsa Qəmbəri dəstəkləyirəm”, amma onun tərəfdarları bu fikrin əksinə hərəkət edirdilər. Çünki eklektorata zorla deyə bilməzsən ki, filankəsi dəstəkləyin. Ümumiyyətlə, vahid namizəd məsələsini ortalığa atmaq kimə və nəyə lazımdır? Cavabı budur: müxalifəti və elektoratı parçalamaq istəyənlərə. Ümumiyyətlə, vahid namizəd məsələsi birbaşa iqtidarın mənafeyinə xidmət edir və bu oyunun müəllifi iqtidardır! Ortalığa bu məsələ qoyulmalıdır: Azərbaycanda demokratik mühitin yaradılması. Və bu hədəf uğrunda hamı birləşər. İctimai Palata mitinq keçirtdi, nə qədər adam yığa bildi? Deyirlər ki, on min. On min adamla cəmiyyəti dəyişdirmək olar?

Rəsul Quliyevin Azərbaycana qayıtmasında kim daha çox maraqlı deyil: iqtidar, yoxsa müxalifət?

-Azərbaycandakı siyasi qüvvələrin heç biri Rəsul Quliyevin Azərbaycana qayıtmasında maraqlı deyil. Niyə maraqlı deyillər? Müxalifət real müxalifət deyil, ona görə. Ölkədə saxta bir müxalifət formalaşdırılıb. “Partiya” sözünün əvvəlinə müxalifət kəlməsini artırmaqla müxalifət olmaq olmaz. Ad hələ mahiyyəti ifadə etmir, mahiyyət daha böyük anlayışdır. Azərbaycanda müxalifət adını daşıyan qurumların bəziləri parlamentə buraxılıb, bəzilərinə də deyiblər ki, meydanlarda hərdən mitinq edin. Müxalifət mariginal quruma çevrilib, yəni heç kəsə və heç bir prosesə təsir edə bilmir, ancaq özü deyib özü də eşidir. Müxalifət güzgüdə ancaq özünü görüb bununla təsəlli tapanda bu amil cəmiyyətdəki narazılıq ocağının qarşısını alır, cəmiyyəti passivləşdirir. Bizdə konservləşdirilmiş müxalifət modeli yaradılıb. Ona görə də bu konservləşdirilmiş müxalifət bilir ki, ölkədə real müxalifət və dinamik siyasin mühit yaranarsa, onların bu cür müxalifətçilik etmək imkanlarının sonu çatacaq və bütün imtiyazlar əldən gedəcək. Buna kim razı olar? Bəs onda bunların çörək pulu haradan çıxacaq? Cəmiyyət çevikləşsə, bu müxalifət siyasi səhnədən birdəfəlik silinəcək. Onlar bunu çox gözəl bilirlər və buna görə da hamıya sərf edən müxalifət-müxalifət oyunu oynayırlar. Elə istəyirlər ki, olsunlar öz minipartiyalarının sədrləri, bunlar gələndə biri çantasını götürsün, biri də “Buyur, bəy!” desin, hökumət bunlara maliyyə ötürsün, bunlar kef eləsinlər və s.

-Siz Yaxın və Orta Şərqdə, o cümlədən İslam məkanında baş verən proseslərə yaxşı bələdsiniz. Suriyada gedən proseslər artıq yekunlaşmaq üzrədir. Bu yekunlaşma Türkiyə üçün hansı minuslar gətirə bilər?

-Suriyada prosesin başa çatması bu ölkənin parçalanması ilə nəticələnə bilər. Suriyadakı hərbi müxalifət indiyə qədər Hələbdən o tərəfə keçə bilməyib. Hələb də, bildiyiniz kimi, Türkiyənin sərhədlərinə çox yaxındır. Qərbin məqsədi Suriyanı parçalamaqdır. Əsəd devriləndən sonra Suriyada demokratik rejim də qura bilərlər, amma bunu etməyəcəklər. Çünki Suriyanın bir hissəsində Kürdüstan dövləti qurmaq niyyətindədirlər. Şimali İraqda artıq belə bir qurum yaradılıb, lakin onun yaşamaq şansı yoxdur. Çünki bir tərəfdən Türkiyə ilə əhatəlidir, bir tərəfdən İranla, digər tərfədən isə Suriya ilə. Bu ölkələrin hamısı Kürdüstan dövlətinin yaradılmasına qarşıdır. Və İraq neftinin böyük bir hissəsinin, yəni 40%-nin bu ərazidə yerləşməsinə baxmayaraq bu nefti Qərbə daşımaq ciddi problemlərlə üzləşə bilər. Bu neft həm də gələcək Kürdüstan dövləti üçün iqtisadi baza rolunu oynaya bilər. İraq nefti çox da keyfiyyətli neftdir. Bu neftin daşınması üçün də okeana və ya dənizə çıxış lazımdır. Bu yol da ya Suriyadan keçməlidir, ya İrandan, ya da Türkiyədən. Kürdüstanın qurulması isə Türkiyənin parçalanmasına gətirib çıxarda bilər. Həm İranın, həm Suriyanın, həm də Türkiyənin kürd problemi var. Qərb çalışacaq ki, İraq neftini daşımaqdan ötrü Aralıq dənizinə çıxan bir dəhliz yaratsın. Suriyadakı kürdlər də nəzərdə tutulan həmin dəhlizdə yaşayırlar. Buna görə də yaxın perspektivdə Türkiyəni olduqca xoşagəlməz perspektivlər gözləyə bilər. Əgər Türkiyə İraqda və Liviyada buraxdığı səhvləri Suriyada da təkrarlasa, biz yaxın gələcəkdə bu dövlətin parçalanmasının seyrçi şahidləri olacağıq. Amma mənə elə gəlir ki, Türkiyədə də bunu anlamamış deyillər.

Söhbətləşdi: Savalan

“Unikal” qəzeti

 

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: