Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Görkəmli elm xadimi, Beynəlxalq Kristallaqraflar Cəmiyyətinin üzvü, professor Dayandur Qəmbərov dünən axşam saatlarında dünyasını dəyişib.
Dayandur Qəmbərov yalnız bir alim deyildi. O, həm də qəlbi yurd eşqiylə döyünən, ölkəmizin sivil dünyadan təcrid olunmasıyla barışmayan, milli-azadlıq hərəkatında olduğu kimi, demokratik cəmiyyət quruculuğu uğrunda mübarizədə də aktiv fəaliyyəti ilə seçilən, mübarizə aparan əsl ziyalı nümunəsi idi. Onun bir ziyalı kimi yetişməsində müəllimi Xudu Məmmədov kimi böyük şəxsiyyətin xidməti danılmazdır. Dayandur Qəmbərov bu böyük müəllimin tələbəsi adına layiq həyat tərzi keçirmiş, ondan miras qalan mənəvi ənənənin davamçısı olmuşdur. Təsadüfi deyil ki, dünya şöhrətli müəlliminin irsinə sədaqətlə bağlı olan Dayandur Qəmbərov bu yolda tutduğu prinsipial mövqeyinə görə Xudu Məmmədov adına mükafatın laureatı adına layiq görülüb.
Ömrünün sonuna qədər demokratik mübarizənin ön cərgələrində dayanan bu görkəmli alim ACP Ali Məclisinin sədri vəzifəsini də ləyaqətlə həyata keçirmiş, həyatının son anlarında belə bu müqəddəs mübarizənin quruculuğu və təbliğatından geri qalmamışdır.
Azərbaycanın demokratik qüvvələri həyatını ölkəsinin firavanlığına həsr etmiş bu böyük ziyalını heç vaxt unutmayacaq, milli-azadlıq hərəkatı və demokratik mübarizə tarixinin qəhrəman övladını adını əbədiləşdirəcəkdir.
Bu böyük itkidən sarsıntı keçirən hər kəsə-başda mərhumun ailə üzvlərinə, Azərbaycanın el xadimlərinə, ACP-çilərə və bütövlüklə, xalqımıza dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirəm.
Qəbrin nurla dolsun, böyük insan!
Rəsul Quliyev.
Cox gozel, semimi, haqqi deyen – INSAN! Allah rehmet elesin.
Allah rahmet elesin.Ailesine Allahdan sebr dileyirem.Cox semimi insan idi..
Allah rehmet elesin.
Cox kadarlandim. Mybariza illarindan tanijirdim marhumu.Asil mybariz ,madani,nazakatli .saliga- sahmanli biri kimi.Dajandur bej, siz charafli bir omyr jachadiniz xalgimizin ichigli galacaji ugrunda va ozynyzyn elmi potensialinizi ortaja dilajiram.abriniz gojmagla. Gabriniz nurla dolsun.Allahdan jaxinlariniza vaSizi jaxindan tanijanlara sabir dilajiram.
Allah rəhmət eləsin. Belə insanlarin dunyadan köcməsi azərbaycan ucun boyuk itkidir.
Allah rəhmət eləsin. Belə insanlarin dunyadan köcməsi azərbaycan ucun boyuk itkidir.